~ 115 ~
qoruyucu örtüyün tipinə, yerləĢməsinə (horizontal, vertikal, bir çox
mərtəbəli və s.) və həmçinin hərəkətinə görə -hərəkətiz, yaxud
nəqliyyat rezervuarları kimi ola bilər. Ölkəmizin Ģərabçılıq
sənayesində dəmir beton və metal qablar geniĢ yayılmaqla, bəzi
müəssisələrdə palıddan hazırlanmıĢ ağac qablar da (çəllək, but,
çən) istifadə olunur.
Ağac qablar. Hələ çox qədimdən Ģərabı saxlamaq üçün gildən
hazırlanmıĢ küplərdən istifadə etmiĢlər. Qədim Ģərabçılıq
rayonları- Azərbaycan, Gürcüstan və həmçinin Qərbi Avropa
ölkələri: Ġtaliya, Fransa və baĢqa yerlərdə aparılan arxeoloji
qazıntılar zamanı müxtəlif böyüklük və formalarda gil küplər
tapılmıĢdır. Məlum olmuĢdur ki, qədim insanlar Ģərabı daĢımaq
üçün 20-50dal, qıcqırtmaq üçün isə 100dal və daha böyük
həcmlərdə olan küplərdən istifadə edirmiĢlər. Bundan baĢqa
müxtəlif heyvan dərilərindən hazırlanmıĢ kisələr (tuluq) da geniĢ
yayılıbmıĢ. Son yüzülliklərdə bu qabları ağac qablar sıxıĢdırıb
demək olar ki, aradan çıxarmıĢdır. Əvvəllər müxtəlif ağac
materillarından istifadə edən insanlar, tədricən palıd taxtasının
üstünlüyünü hiss etməyə baĢlamıĢlar. Çünki, bu Ģəraba heç bir
kənar iy, dad vermir, onun keyfiyyətinin yaxĢılaĢmasına səbəb
olur. Lakin məsaməli olduğuna görə, Ģərabda oksidləĢmə prosesləri
getməsini təmin edir. Məhz özünün bir sıra üstünlüklərinə görə
palıd taxtasından hazırlanmıĢ qablar (çəllək, but, çən) Ģərabçılıq
sənayesində geniĢ tətbiq sahəsi tapmıĢdır. Lakin qeyd etmək
lazımdır ki, palıd ağacının bütün cinslərindən və bütün torpaq-
iqlim Ģəraitində yayılanlardan keyfiyyətli qablar hazırlanması
mümkün deyildir. Qafqaz, Ukrayna, Belarus, Tatarıstan və
BaĢqırdıstanda becərilən palıd ağacı quraq və zəif torpaqlarda
böyümüĢ palıd ağacı hesab olunur.
Palıd qablardan yüksək keyfiyyətli Ģərablar (markalı Ģərablar)
istehsalında, konyak spirtinin yetiĢdirilməsində və s. geniĢ istifadə
edilir. Palıd qablar-çəllək, but və çən kimi fərqlənir.
Çəllək. Çəlləklər 5; 10; 15; 20; 30; 40; 45; 60 dal həcmlərində
hazırlanır. Çəllək üçün yaxĢı qurudulmuĢ, standartın tələblərinə
cavab verən, nəmliyi 15 faizdən yüksək olmayan palıd taxtasından
~ 116 ~
istifadə etmək lazımdır (Ģəkil 4.2).
Şəkil 4.2. Çəllək
Dostları ilə paylaş: