~ 118 ~
istifadə olunur. Lakin metal qablar kimi dəmir-beton qablar da bir
sıra texnoloji xarakterli çatıĢmazlığa malikdir. Bunlardan ən əsası
onların çox zəif diffuziya xassəsinin (qaz mübudiləsinin)
olmasıdır. Ona görə də onlarda Ģərab yetiĢdirmək mümkün olmur.
Dəmir-beton qablar zirzəmilərdə, yaxud birinci mərtəbədə
yerləĢdirilməlidir ki, özül yükü dərinliyə ötürə bilsin. Dəmir-beton
və metal rezervuarların daxilinə örtük çəkilməli və onlara vaxtaĢırı
qulluq edilməlidir.
Rezervuarların daxilinə çəkilən müdafiə örtüklərinə aĢağıdakı
tələblər verilir:
- Örtüyün kimyəvi maddələri Ģəraba (yaxud digər məhsula)
keçməməlidir;
- Yuyucu və dezinfeksiyaedici vasitələrə və həmçinin Ģərab
materiallarını iĢləmək üçün tətbiq edilən materiallara (sulfid
anhidridi və s.) davamlı olmalıdır;
- Uzunömürlü olmalıdır;
- ġəraba heç bir iy və tam verməməlidir;
- Temperaturun dəyiĢməsinə davamlı olmalıdır və s.
Korroziyaya qarĢı ən yaxĢı örtük cilalanmıĢ ĢüĢə plitələrdir.
Onların ölçüsü 150x150 və 400x400 mm-dir. Belə funksiyanı ЕП-
793, ЕД-16, ЕД-20 epoksid örtükləri və onların əsasında
hazırlanmıĢ kompozisiyalar da yerinə yetirə bilir.
Epoksid örtüklərdən – «Eprosin» (Çexiya və Slovakiya),
«Gelitank» (Fransa), «Polimeks» (PolĢa), «Epolor» və «Epulyuks»
(keçmiĢ Yuqoslaviya) da geniĢ istifadə olunur.
Dostları ilə paylaş: