Мцяллифдян


«Alabaşlı»  ağ  portveyni



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə266/405
tarix30.12.2021
ölçüsü7,95 Mb.
#19803
növüDərs
1   ...   262   263   264   265   266   267   268   269   ...   405
«Alabaşlı»  ağ  portveyni.  1946-cı  ildən  Gəncə-Qazax  və 

Qarabağ-Mil  zonasında  istehsal  olunur.  Adını  ġəmkir  rayonunun 

AlabaĢlı kəndindən götürmüĢdür. 70% BayanĢirə və 30% Rkasiteli 

üzüm  sortlarının  qarıĢığından  hazırlanır.  Üzüm  20%  Ģəkərlikdə 

yığılır. 

Birinci  il  Ģərab  eqalizasiya  olunub,  kondisiyaya  çatdırılır  və  2 

açıq  köçürmə  aparılır.  Ġkinci  il  Ģərab  yapıĢqanlanıb,  iki  açıq 

köçürmə aparılır. Üçüncü il bir qapalı köçürmə aparılır. 

Hazır  Ģərab  19  h.%  spirtə,  12  q/100  ml  Ģəkərə  və  5  q/dm

3

 



titrləĢən  turĢuluğa  malik  olur.  Rəngi  tünd-qızılı,  buketi  meyvə-bal 

tonlu,  dadı  dolğun,  harmonikdir.  Markalı  Ģərab  olub,  3  il 

yetiĢdirilir.  Beynəlxalq  müsabiqələrdə  4  qızıl  və  4  gümüĢ  medala 

layiq görülmüĢdür. 

Respublikamızda  istehsal  olunan  ordinar  portveynlərdən 

aĢağıdakıları  göstərə  bilərik;  Ağdam  ağ  portveyni  (spirt  19  h.%, 

Ģəkərliyi  8  q/100  ml);  Azərbaycanın  ağ  porveyni  (spirt  18  h.%, 

Ģəkərliyi  7  q/100  ml);  Azərbaycanın  qırmızı  porveyni  (spirt  18 

h.%, Ģəkərliyi 7 q/100 ml); Dəllər porveyni (spirt 17 h.%, Ģəkərliyi 

7  q/100  ml);  Qarayeri  porveyni  (spirt  19  h.%,  Ģəkərliyi  10  q/100 

ml); Qızıl Ģərbət (spirt 18 h.%, Ģəkərliyi 12 q/100 ml); Ağ portveyn 

«777» (spirt 18 h.%, Ģəkərliyi 10 q/100 ml) və b. 

Bu Ģərablar  ordinar Ģərabların  texnologiyasına uyğun  hazırlanır 

və  əsasən  istehsal  olunduğu  yerin  adına  və  rənginə  görə 

adlandırılır. 

Markalı  və  ordinar  portveyn  alınmasının  texnoloji  sxemini 

aĢağıdakı kimi göstərə bilirik: 

 



 

~ 365 ~ 


 

 

 



16.5.2. Madera  

Madera  ilk  dəfə  Portuqaliyanın  sıx  meĢəli  Madeyra  adasında 

hazırlanmıĢ və öz adını da buradan götürmüĢdür. Bu ada, Atlantik 

okeanında  yerləĢməklə,  Avropadan  (Lissabondan)  1300  km 

məsafədədir.  Portuqaliya  dilində  Madeyra,  ispan  dilində  madera-

meĢə, ağac deməkdir. 

Madera  Ģərabının  ilk  dəfə  təsadüf  nəticəsində  alınmasını  nağıl 

edirlər. Xariclə ticarət edən bir nəfər tacir Hindistana böyük Ģərab 

partiyası  yola  salır.  ġərabla  doldurulmuĢ  yelkənli  gəmi  Madera 

adasından  yola düĢərək, Afrikanı dolanır (o vaxtlar SüveyĢ kanalı 

olmadığından)  və  Hindistan  sahillərinə  çatana  qədər  iki  dəfə 

ekvatoru  keçir.  Bu  müddətdə,  bir  neçə  ay keçməsinə baxmayaraq, 

Ģərab üzərində heç bir qulluq iĢi aparılmır. Hindistanda məlum olur 

ki,  bu  Ģərabı  sifariĢ  verən  Ģəxs  vəfat  etmiĢ  və  onun  varisləri  bu 

Ģərabı  almaqdan  imtina  edirlər.  Məcburiyyət  qarĢısında  qalmıĢ 

kapitan, Ģərabı madera adasına qaytarmalı olur və yenə ekvatoru iki 

dəfə  keçir.  ġərabın  qayıtması  barədə  xəbəri  eĢidən  tacir  özünü 

öldürmək  istəyir.  Lakin  ölümündən  qabaq  sonuncu  dəfə  Ģərab 

içmək  qərarına  gəlir.  QayıtmıĢ  çəlləklərdən  birini  açaraq,  bir 

qurtum  içir  və  həyəcandan  özünü  itirir.  ġərab  tamamilə  yeni 

xüsusiyyət  kəsb  etmiĢ,  gözəl  dada,  iyə  və  buketə  malik  olmuĢdu. 



 

~ 366 ~ 


 

Əlavə  bir  neçə  çəlləyi  də  açıb,  yoxlayır  və  eyni  keyfiyyəti 

müĢahidə edirlər. 

Bu hadisəni izah etmək üçün, tezliklə Ģərabçılar toplanır və belə 

qərara  gəlirlər  ki,  Ģərabın  keyfiyyətinin  yüksəlməsinə  səbəb  onun 

çəlləklərdə  daimi  hərəkəti  zamanı  yaranın  silkələnmədir.  Oradaca 

Ģərabı  silkələmək  üçün  stellajlar  yaradırlar.  Lakin  uzun  müddətli 

silkələnməyə baxmayaraq, bu heç bir nəticə vermir. Onda səbəbin 

tropik  istilik  olması  rəyi  meydana  gəlir.  Bununla  əlaqədar  olaraq, 

Ģərabı  kifayət  qədər  tündləĢdirdikdən  sonra,  yeraltı  zirzəmidən 

günəĢ  altına  çıxarırlar.  Lakin  Maderada  bütün  ilboyu  isti  hava 

hökm sürmədiyindən,  günəĢ istiliyinə süni istilik də əlavə  edirlər. 

Beləliklə, Madera kameraları yaranır.  

Burada  Madera  Sersial,  Veldelyo  və  Malvaziya  üzüm 

sortlarından  hazırlanır.  Sersial  və  Veldelyo  sortlarından  turĢ 

(Ģəkərsiz), Malvaziyadan Ģirin madera hazırlanır. 

TurĢ  madera  hazırladıqda  yaxĢı  yetiĢmiĢ  üzüm  əzilir,  əzinti 

axıra  qədər  qıcqırdılır  və  sıxılıb  ayrılır.  AlınmıĢ  cavan  Ģərab 

materialı fenol maddələrilə zəngin olur.  

ġirin  madera  hazırlandıqda  isə  Malvaziya  sortunun  salxımları 

sıxılır.  Əzintidən  daraq  ayrılır,  qalan  cecə  bir  neçə  dəfə  sıxılır  və 

alınan Ģirə qıcqırdılır. Spirtləmə qıcqırma vaxtı, qıcqırmadan sonra 

və  yetiĢdirmə  vaxtı  aparılır.  Birinci  sıxmadan  alınan  Ģirədən 

yüksək  keyfiyyətli,  ikinci  və  üçüncü  sıxmadan  nisbətən  aĢağı 

keyfiyyətli  madera  alınır.  ġirə  qıcqırdılır,  Ģəkər  müəyyən  həddə 

çatdıqda spirtləĢdirilir. Bu madera üçün material olur. Sonra həmin 

material  palıd  çəlləklərdə  günəĢ  altında  35-40

0

C  və  ya 



maderniklərdə  40-45

0

C  temperaturda  yetiĢdirilir.  Lakin  günəĢ 



altında maderalaĢdırma az tətbiq olunur. Çünki bu halda gündüz və 

gecənin əvəzolunması ilə kəskin temperaturlar dəyiĢməsi baĢ verir. 

Ona  görə  də  burada  Madera  almaq  üçün  estufa  adlanan  süni 

qızdırıcı  kameralardan  istifadə  olunur.  Adi  estufa  möhkəm  daĢ 

divarlı, 2 mərtəbəli binadır. Qızdırma buxar və ya adi peçlə aparılır 

(30-70


0

C). ġərabın  keyfiyyəti bilavasitə qızdırma dərəcəsindən və 

müddətindən  asılıdır.  Yüksək  keyfiyyətli  madera  hazırladıqda 

Ģərab 6 ay müddətində 45-50

0

C  temperaturda,  orta  keyfiyyətli  -4-




 

~ 367 ~ 


 

4,5  ay  55

0

-yə  qədər  temperaturda  və  nəhayət,  adi  madera 



hazırladıqda  3  ay  65

0

C  temperaturda  yetiĢdirilir.  Bu  baxımdan 



estufa özünü yarımtermostat kimi göstərir.  

Estufadan  sonra  zirzəmidə  kupaj,  köçürmə,  durultma  əməliy-

yatları  aparılır.  Adi  Ģərablar  estufada  yetiĢdirildikdən  sonra  satıĢa 

verilir. Yüksək keyfiyyətli Ģərablar isə iki ilə yaxın yetiĢdirməklə, 

çoxlu sayda köçürmə əməliyyatı aparılır. Hava ilə təmasda olmanı 

artırmaq məqsədilə Ģərabı açıq köçürürlər.  

Maderanın  tərkibinə  müxtəlif  Ģərab  materialları,  həmçinin 

qatılaĢdırılmıĢ və spirtləĢdirilmiĢ Ģirə (sifone) daxil olur.   

Hazırda madera tipli Ģərablar bir çox ölkələrdə istehsal olunur. 

Ġstehsal olunduğu yerdən asılı olmayaraq madera üçün aĢağıdakılar 

səciyyəvidir:  rəngi  -  parlaq-qızılı;  buketi  -  dolğun,  özünəməxsus, 

mürəkkəb; dadında yüksək spirtlik və ekstraktlıq harmoniya təĢkil 

etməklə, yüksək olmayan Ģəkərlik hiss olunur. 


Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   ...   262   263   264   265   266   267   268   269   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin