İşgüzar kommunikasiya fəaliyyət növlərindən biri olub mövcud məsəd və məqsədlərin əldə edilməsi üçün kollektiv ünsiyyət fəaliyyətidir.İşgüzar kommunikasiya əsasən subyektlərin fəaliyyət sferalarında qarşılıqlı münasibəti tənzimləyir.İşgüzar kommunikasiyanın əsas məqsədi tərəf müqabilinin ünsiyyətə qoşulmaq təşəbbüsünə istiqamət vermək və onların arasında ünsiyyət yaratmaqdır.İşgüzar kommunikasiya birgə fəaliyyətdə məqsədə çatmaq üçün iştirakçıların intelektual informasiya mübadiləsi, qarşılıqlı əlaqədə münasibətlərin formalaşmasıdır.Bu proses konstruktiv olduğu kimi həm də destruktiv xarakter daşıyır.İşgüzar kommunikasiya müəyyən suallar, yaxud problemlərə əlaqədar fikir mübadiləsidir.İşgüzar kommunikasiya aşağıdakı funksiyalarla həyata keçirilir:
İşgüzar danışıqlar-maraqlı tərəflərin ünsiyyət prosesində razılaşdırılmış qərar qəbul edilməsinin əsas vasitəsidir
İşgüzar müşavirə - problemlərin mütəxəssislər qrupu tərəfindən kollektiv müzakirəsi üsuludur
İşgüzar məktublaşma- mətnin xüsusi üsulla ötürülməsi ilə əlaqədar müxtəlif məzmunlu sənədlərin ümumiləşdirilmiş adıdır.
İşgüzar kommunikasiyanın aşağıdakı növləri var
Yazılı və şifahi(işgüzar,söhbət,müşavirə,danışıqlar,konfranslar,görüşlər)
Dioloji və monoloji
Fərdi(ikitərəfli)və kollektiv (çoxtərəfli)
Birbaşa və dolayı (vasitəçinin iştirakı ilə)
Akademik kommunikasiya.Elmi ədəbiyyatda akademik kommunikasiya müxtəlif aspektlərdə nəzərdən keçirilir :1)kommunikasiya institutları vasitəsi ilə elmi biliklərin yayılması mexanizmi; 2)elmi icyimaiyyətdə peşəkar ünsiyyət növlərinin məcmusu ;) alimlər və elmlər arasında qarşılıqlı informasiya-fəaliyyət prosesi.
Akademk kommunikasiya müxtəlif vasitələrlə elmi biliklərin yayılması mexanizminin,bu kontekstin formalaşdırılması prosesi və vərdişlərinin əsasıdır.Akademik kommunikasiya həmçinin yaradıcılıq fəaliyyəti konsepsiyasına söykənən texnologiyalar əsasında qurulur.
Akademik kommunikasiyada elmi texnologiyalara, mətnin modellər əsasında qurulmasına, parafraz və sitat gətirmə vərdişlərinə, əlaqəli qaydada nizamlanmış elmi mətni qiymətləndirmə bacarığına, leksik, qrammatik, üslubi və məntiqi səhvləri düzəltmək səriştəsinə, redaktə etmək qabiliyyətinə yiyələnmək lazımdır.
Akademik kommunikasiyada geniş erudisiyaya, fundamental elmi baza və yaradıcılıq metodologiyasına informasiyanın əldə edilməsi, işlənməsi, saxlanması və istifadəsi qaydalarına yiyələnmək, səmərəli elmi-tədqiqat fəaliyyətinə malik olmaq, elmi məqalələr yazmaq, auditoriya qarşısında çıxış etmək bacarığı tələb edir.
Akademik kommunikasiya həmçinin tələbələrdə beynəlxalq elmi jurnalların tələblərinə cavab verən məqalələr yazmaqda vərdişlər yaratmaq, qrant layihələri hazırlamaq, elmi tədqiqatların nəticələrini konfranslarda yüksək səviyyədə təqdim edə bilmək bacarıqlarını və vərdişləri aşılayır.Bunun üçün akademik kommunikasiyanın dil və üslub xüsusiyyətlərini, parametr və prinsiplərini beynəlxalq norma və tələbləri bilmək lazımdır.
Akademik kommunikasiya müəyyən mərhələlərdən keçir:əsas janrları, üslubu, elmi işlərin quruluş və kompozisiyası, elmi aparaturu və onun keyfiyyəti, ədəbiyyat siyahısı, sitat və istinad etmə, plagiat və antiplagiat anlayışları, cari nəzarət və aralıq attestasiya formaları.
Akademik kommunikasiyanın üç aspekti var:
1)mətnlərin şərhi üçün dil sistemlərinin metodların vasitələrin və texnologiyaların əlaqəli əməliyyatı;
2)orjinal sosial və ya peşəkar konteksdə müzakirələr;
3)transformasiya və mövcud diskurs təcrübələrinin kritik nəzərdən keçirilməsi ilə tənqidi fikirlər.
Bu üç ölçü qarşılıqlı əlaqəli və bir-birindən asılıdır.Elmi mətn yazmaq üçün yalnız müəyyən bir bilik sahəsinə onun quruluşunun üsul və texnologoyalarına sahib olmaq orada hansı problemlərin müzakirə olunduğunu bilmək deyil həm də biliklərin yenilənməsində və bu problemlərin həllində yeni yolların tapılmasıdır.Akademik savadlılığın müasir konsepsiyası sosial əhəmiyyətli mətn fəaliyyətinin funksiyasını ön plana çəkir.Daim dəyişən texnosemiotik mənzərə kontekstində mütəxəssisdən akademik rəqəmsal savadlılıqla bərabər kompüter vasitəsi ilə məlumat məlumat istehsal etmək bacarığı da tələb edilir.Texnologiya nüfuzlu bir müəllifin fikirlərinin təsdiqi deyil əksinə bir çox mənbələrin təhlilinə əsaslanaraq elmi bilikləri yaratmağın şüurlu aktıdır.Mətn texnoloji bir mühitdə istehsal olunduğu üçün hibrid çevik və multimodal bir xarakter qazanır.
Akademik kommunikasiya kontekstinə elmi mətnin xüsusiyyətləri, fərdi və kollektiv əməyin habelə əqli mülkiyyətin mahiyyəti, məlumatların uçota alınması, biliklərin qorunub saxlanması və ötürülməsi üçün yeni texnologiyalardan istifadə, tədqiqatlarda sosial- iqtisadi şərtiliklərin dəyişməsi, akademik yazı normalarının təkmilləşdirilməsi və.s daxildir.
Akademik kommunikasiya elmi mühakimələrə, mühakimələr isə faktlara, məlumatlara və sübutlara əsaslanır.
Akademik kommunikasiya yazılı və şifahi olmaqla iki qrupa bölünür.
İnformasiya – kommunikasiya texnologiyalarının yarandığı imkanlar sayəsində yazmaq meyli çoxalıb.