M.Ə. Nağıyeva M. K. Zamanova A. S. Zamanova R. E. Haqverdiyeva azərbaycan diLİNDƏ



Yüklə 499,8 Kb.
səhifə12/76
tarix24.04.2023
ölçüsü499,8 Kb.
#101898
1   ...   8   9   10   11   12   13   14   15   ...   76
İAK.Kitab.son

Qeyri-rəsmi ünsiyyət- daha çevik və təbii rabitə qurulur,əsasən şəxsiyyətlərarası münasibətlərə yönəldilir və çox vaxt işin rifahına ən çox təsir edən biri olur.
İşgüzar ünsiyyətin dörd əsas funksiyası var:
1.İnstrumental, yəni müştərək əməli fəaliyyət (məsələn, birgə görülən kollektiv iş);
2.Sindikativ ünsiyyət- qoşulanların birliyi;
3.Özünü ifadəetmə- qarşılıqlı anlaşma və kommunikasiya;
4.Yayım- fəaliyyət imkanlarını yaymaq, dəyərləndirmə (məsələn, internetdə paylaşma).
Ünsiyyətin strukturu ünsiyyətdə bir-biri ilə əlaqəli üç aspekti vurğulamaqla xarakterizə olunur: kommunikativ, interaktiv, preseptual. Kommunikativ tərəf ünsiyyət quran şəxslər arasında məlumat mübadiləsindən ibarətdir.İnteraktiv tərəf ünsiyyət (hərəkət mübadiləsi ) arasında qarşılıqlı əlaqənin təşkilidir.Pereseptual ünsiyyətdə tərəfdaşlar tərəfindən bir-birini qavraması və bilməsi və bu əsasda qarşılıqlı anlaşmanın qurulması prosesi deməkdir.
İşgüzar ünsiyyətin kommunikativ nitq qaydaları bunlardır:

Müasir cəmiyyət iş məsələlərinin həllinin əksəriyəti elektron yazışmalara aiddir, bu zaman işgüzar ünsiyyətin aşağıdakı kommunikativ nitq qaydaları tətbiq olunur:

  • Bir-birinin iş məqsədlərinə hörmət və diqqətlilik;

  • İnformasiyanın sərbəst yazılması;

  • Savadlılıq və punktallıq.

İşgüzar ünsiyyətin əsas formaları və qaydaları arasında danışıqlar prosesinə təsir edən bir sıra maneələr vardır.

  • İnamsızlıq;

  • Fikrini izah edə bilməmək;

  • Nitqin qüsurluluğu;

  • Qulaq asmağı bacarmamaq;

  • Modal maneələr;

  • Xarakter;

  • Qarşındakının danışığına dözümsüzlük;

  • Ekspressivlik (emosianal təəssüratların yaradılması)

İşgüzar ünsiyyətin mərhələləri aşağıdakı bölmələrə malikdir.

Yüklə 499,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin