M.Ə. Nağıyeva M. K. Zamanova A. S. Zamanova R. E. Haqverdiyeva azərbaycan diLİNDƏ



Yüklə 499,8 Kb.
səhifə15/76
tarix24.04.2023
ölçüsü499,8 Kb.
#101898
1   ...   11   12   13   14   15   16   17   18   ...   76
İAK.Kitab.son

Ünsiyyət prosesində birbaşa sınaq və səhv yolla əldə edilən biliklər.Bu cür biliklər vacib olsa da kifayət deyil

  • Təcrübədə əldə edilən biliklər.Bu halda işgüzar kommunikasiya qabiliyyəti, səriştəsi, səviyyəsi, bacarığı yüksək səviyyədə olur.

    Əsas əlamətləri:

    • ­­­­qaşılıqlı fəaliyyətdə sürətli, vaxtında, dəqiq istiqamətlənmə;

    • konkret vəziyyətdə müvafiq tələblər kontekstində başqasını anlamağa

    çalışmaq;

    • müvafiq işgüzar əlaqələri müstəqil qurmaq və onu qorumaq ;

    • işgüzar qarşılıqlı əlaqələrdə yüksək perfomans və nəticələr əldə etmək;

    • kollektivdə əlverişli ab-hava yaratmaq;

    • işgüzar ünsiyyətdən məmnunluq duymaq və bu müddətdə əsəb-gərginlik keçirməmək.

    Tərəfdaşları ilə işgüzar söhbətlər aparmaq, ünsiyyət mədəniyyətini formalaşdırmaq olduqca vacibdir.Bu onlara gələcəkdə işgüzar kommunikasiyanın daha effektiv üsulları ilə peşəkar fəaliyyətini davam etdirməyə imkan verir.Zaman dəyişir –mahiyyət qalır, sələflərin kommunikativ təcrübəsindən istifadə olunur, ictimai münasibətlər fərdlərin işgüzar qarşılıqlı əlaqəsi ilə həyata keçir.
    Hər bir təşkilat və ya müəssisə müstəqil bir sistemdir, daxili informasiya əlaqələri ilə bir-birinə bağlıdır.Məlumat mübadiləsi işgüzar kommunikasiyaların xarici və daxili hissələrə bölünməsinə zəmin yaradır.Əgər sistem tək, fərdi sahibkarla təmsil olunursa, o zaman onun bütün işgüzar əlaqələri xariclə bağlıdır.Xarici və daxili işgüzar əlaqələr təşkilat və sahibkarlar arasında müxtəlif səviyyələrdə həyata keşirilən kommunikasiyadır.
    İşgüzar kommunikasiyanın müxtəlif formaları informasiya məzmununun daha effektiv şəkildə həyata keçirilməsinə kömək edir. Bu formalar aşağıdakılardır:

    • işgüzar söhbətlər danışıqlar

    • kütləvi çıxışlar(məruzələr təbriklər)

    • mətbuat konfransları

    • müzakirələr diskussiyalar mübahisələr

    • təqdimatlar

    • işgüzar yeməklər və s.

    İşgüzar kommunikasiyanın proses və nəticələri rəsmi məktub, protokol, əmr, müqavilə, qətnamə və s.şəklində sənədləşdirilir, hər bir aktı məlumat mübadiləsi prosesidir.İşgüzar kommunikasiya danışıqlarla əlaqə qurmaq və problemləri həll etmək üçün səlahiyyətli, qarşılıqlı maraq dairələri olan insanlar arasinda şifahi nitq mübadiləsidir.İşgüzar qarşılıqlı fəaliyyətdə reqlamentlik nitqə diqqətdən başlayır.Nitq işgüzar insanın geyimi ilə yanaşı imicinin ən vacib elementidir.İşgüzar ünsiyyətdə düzgün nitq, səs tonu, tələffüz, artikulyasiya və söz seçimi mühüm rol oynayır.İnformasiyanın qəbulunun adekvatlığı əsasən ünsiyyət prosesində kommunikasiya maneələrinin olub-olmamağından asılıdır.Rəqiblər ararasında müəyyən bir nəticənin əldə edilməsi, problemlərin həlli və ya müəyyən bir hədəfin həyata keçirilməsini nəzərdə tutan məlumat, təcrübə mübadiləsi, münasibət və qarşılıqlı əlaqə qurulur.Konkret problemin həllini stimullaşdırmaq ilk növbədə ünsiyyətdə özünü göstərir.Kommunikasiyanın ümumi prinsipindən asılı olaraq effektiv ünsiyyətdə maneə informasiyanın subyektiv həlli ilə bağlıdır.Kommunikator inanır ki, əgər o başqalarına nə demək istədiyini ötürsə, onda onun sözləri eyni şəkildə şərh ediləcək.
    İnformasiyanın verilməsi və qəbulu müxtəlif mərhələlərdən keçir:

    • ümumi və məqsədyönlü şəkildə həmsöhbətə məlumat vermə;

    • sualları düzgün qoymaq;

    • həmsöhbəti dinləmək;

    • reaksiyaları müşahidə və analiz etmək;

    • ünsiyyətin uğurla tamamlanması üçün müzakirə zamanı qarşı tərəfi problemlərin birgə həllinə cəlb emək.

    İşgüzar kommunikasiyada problemlərin həlli uzanarsa, yaxud telefon və ya digər onlayn vasitələr planlaşdırılan məlumatları həyata keçirmək üçün yetərli deyilsə, o zaman müşavirə keçirmək məqsədəuyğundur.İşgüzar müşavirə mövcud vəziyyət barədə məlumat vermək və həlli yollarını göstərmək üçün nəzərdə tutulan kollegial müzakirə formasıdır.Bəzən isə məsələlər ictimai çıxışla müşayiət olunur.İctimai çıxış müxtəlif səviyyəli məlumatı natiqlik ustalığının qayda və prinsiplərinə əməl edərək geniş auditoriyaya ötürməkdir.
    İşgüzar kommunikasiyada maraqlar üst-üstə düşdükdə və ya zidd olduqda iş ortaqları arasında razılığa gəlmək üçün danışıq fəaliyyət formasından istifadə olunur.Danışıqların aparılmasında məqsəd müştərək həll yolunun, iştirakçıların maraqlarını təmin edən mövqelərin müəyyənləşdirilməsi, nailiyyət qazanılması, yazılı şəkildə ifadə olunan razılaşmaların (müqavilələrin,sazişlərin və.s)əldə edilməsidir. Danışıq əsasən diplomatik sənəddir, işgüzar kommunikasiya üçün bir qədər zamanla uzanan bir prosesdir.Danışıqlar bəzən dəyirmi masa və ya disput formasında həyata keçirilir.Dəyirmi masa hər hansı məsələni danışıqla həll etmək, müzakirə yolu ilə razılığa gəlmək, qarşılıqlı anlaşmaya nail olmaq üçün dialoq aparmaq üsuludur.Bu zaman koordinator mövzu ilə bağlı giriş təqdim edir, iştirak qaydalarını müəyyənləşdirir və heç kəsə üstünlük vermədən müzakirə aparır.Disput isə müəyyən işgüzar mövzuda açıq mübahisədir.Aparıcı mövzunu dərindən bilməli, məsələni kəskin və maraqlı qoymağı bacarmalıdır.Suallar mövzunun əsas məsələlərini əhatə etməli, məntiqi ardıcıllıqla elə düzülməlidir ki, müzakirə həmin ardıcıllıqla getsin.Disputun suallarını aparıcı müəyyənləşdirir.



    Yüklə 499,8 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   11   12   13   14   15   16   17   18   ...   76




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin