M.Ə. Nağıyeva M. K. Zamanova A. S. Zamanova R. E. Haqverdiyeva azərbaycan diLİNDƏ



Yüklə 499,8 Kb.
səhifə23/76
tarix24.04.2023
ölçüsü499,8 Kb.
#101898
1   ...   19   20   21   22   23   24   25   26   ...   76
İAK.Kitab.son

vint-vinçester
qama-kompüter oyunu
yuzat-şübhəli istifadəçi
haker-şəbəkə və ya başqa bir yerdə tapılan digər mənbələrdən və fikirlərdən istifadə edərək virusları yazan lamerlər;müxtəlif şəbəkə təhlükəsizliyi xidmətləri; dar ixtisaslaşmaya malik olan,lisenziyalı proqram təminatı olmayan, adi istifadəçilər üçün fayda verən
pros-prosessor, kompüterin demir ətrafı
kuler-ventilyator( adətən, prosessorda yerləşir)
materinka-ana plata
flop-disk yeri
ram-operativ yaddaş
mış-siçana oxşar əl manipulyatoru
vinçester-sabit disk
virus-“xeyirxah” insanlar tərəfindən yaradılan, kompüterə ziyan vuran pulsuz bir proqram
antivirus-“xeyirxah” insanların yaratdığı zərərverici əməllərə qarşı əks-proqram
çat-adətən, insanlar arasında faydasız virtual əyləncə, ünsiyyət
spam-təmizlik içində zibil (adətən, aqressiv-reklam xarakteri daşıyır)
kilo-kilobayt
meqa-meqabayt
Nəticədə kommunikasiya terminologiyasında müxtəlif dünyagörüşlərini təmsil edən müəyyən mədəni-nitq şəbəkə etiketlərini və üslubi modellər tənzimləyici rol oynayır.Milli mentaliteti və ifadə-diskurs xüsusiyyətlərini nəzərə almaqla işgüzar ünsiyyətin emosionla komponenti şəbəkədə kommunikasiya növləri və üsullarını,bir qayda olaraq,müxtəlif mədəniyyətlərin nümayəndələri üçün unifikasiya etməyə meyillidir.Aydındır ki, sosial gerçəkliyin qavranılmasında diferensial modellərdən istifadə edilir və bu,hiperkommunikasiya sistemində dil konstruksiyasının istifadəsində özün göstərir.Müvafiq olaraq işgüzar kommunikasiyaya koqnitiv,sosial-psixoloji,fəlsəfi və mədəni tərkibləri nəzərə alaraq yanaşmaq,təhlil etmək optimal olardı.Müxtəlif linqvokulturoloji sahənin nümayəndəsi kimi,kommunikantların şüurunda dil və koqnitiv tərkib hissələri birbaşa elektron diskursun xüsusiyyətlərini müəyyənləşdirir.
Kompüter-internet diskursu son illər həyata keçirilən çoxlu sayda tədqiqatın obyektidir.Bu mövzunun yeniliyi və işlənməsi bir çox məsələlərin həllində fərqli yanaşmalara gətirib çıxarır,uyğunsuzluq hətta tədqiq olunan obyektin nominasiyası səviyyəsində özünü göstərir.Bir çoc müəlliflər təkcə kommunikasiya,ünsiyyət diskurs deyil,elektron,virtual kompüter və ya internet anlayışlarını qarışdırır,eyni obyekt üçün müxtəlif nominasiyalardan istifadə edilər.Aydınlığın olmaması razılaşdırılmamış yanaşmaların və kompüter-internet diskursunda ələmət və xüsusiyyətlərin müəyyən edilməməsinə səbəb olur.Elektron diskurs internet saytlarında yazılı ünsiyyətdir,interaktiv xarakter daşıyır, real vaxt rejimində şifahi şəkildə həyata keçirilir.
Elmdə bu yeni obyektin analizi üçün adekvat metodların empirik axtarışı aparılır.Virtual diskurs, elektron diskursdiskurs anlayışlarının tədqiqatlarına əsaslansaq, kompüter diskursukompüter-internet diskursu məfhumlarını eyniləşdirmək olmaz. Virtuallıq, elektron rabitənin kompüter-internet diskursunda əsas diferensial əlamətlərindən biri olması şübhə doğurmur.Ünsiyyət,dil fəaliyyəti prosesi,danışıq yolu-diskurs müasir dilçilikdə mənaca mənt anlayışına yaxındır, lakin ünsiyyət daha dinamikdir, zamana uyğunlaşır, bunun əksi-mətn, əsasən statik obyektdir, dil fəaliyyətinin nəticəsi kimi başa düşülür.”Dil əlaqələri əsasında təşkil olunan sintaktik vahidin məzmunlu birləşməsi bütövlükdə mətn adlanır.Mətn dilin varlığında ilk əlamətdir.Forma və məzmun əlamətindən məzmunlu forma faktı və məzmunun təşkili,hər şeydən əvvəl,onu tələb edir ki,üslubi təhlil “məzmunun tərtibi” xarakterində olur.Bu da mətnin üzə çıxması deməkdir”.Diskurs həm dil fəaliyyətinin dinamik prosesi, həm də onun nəticəsidir (yəni mətn).”Diskurs, bir qayda olaraq, yaxın (üz-üzə) təmas bazasında,yəni aktiv və passiv kommunikantın vizual və vokal təmas məsafəsində olduğu zaman reallaşan ünsiyyət prosesində yaranır.Diskursiv ünsiyyətə real həyatda əyani şəkildə yaşanan ünsiyyət də demək mümkündür.Bu ünsiyyət üçün aktiv və passiv kommunikant faktoru nə qədər vacibdirsə,həmin ünsiyyətin cərəyan etdiyi real zaman,şərait və situasiyanın özü də bir o qədər vacibdir.Danışan və dinləyən şəxslərin üz-üzə dayandığı,bir-birini həm görmək,həm də eşitmək imkanına malik olduğu təbii şəraitdə baş verən dialoq, söhbət, mübadiləsi və s. diskursun ən bariz nümunəsi hesab oluna bilər.Burada qeyd edilən “təbii şərait” ifadəsi çox vacib faktorlardan və ya şərtlərdən biridir,çünki təbii şəkildə baş verməyən dialoqm, söhbət, mübahisə və s.diskurs deyil,nitq mahiyyəti daşıyır”. Diskurs istənilən kommunikativ akt kimi dialoq anlayışına çox yaxındır:fundamental rollar danışan (müəllif) və ünvan sahibidir. Bu zaman diskurs iştirakçıları arasında-müəllif və ünvan sahibinin rolu növbə ilə yenidən bölüşdürülə bilər,bu-dialoqdur. Əgər diskurs (və ya diskursun əhəmiyyətli hissəsi) ərzində danışanın rolu eyni şəxs üçün nəzərdə tutulubsa,bu-monoloqdur.Monolaqda yeganə iştirakçı olduğu üçün mübahisə haqqında düşünmək olmaz.
Dünya kompüter şəbəkəsinin inkişafı elə bir səviyyəyə çatıb ki,bu reallıq virtual adı alıb və çox sürətlə yayıldığına görə onu nəinki proqnozlaşdırmaq, hətta əhəmiyyətini,sosial,koqnitiv,texnoloji və etik aspektlərini təsvir etmək mümkün deyil,bu fenomenin elmi ictimaiyyətin,işgüzar ünsiyyət iştirakçılarının diqqətindən kənar olduğunu söyləmək olmaz.Virtual ünsiyyət elə bir üsuldur ki, insanlar arasında kommunikasiyada internet şəbəkələri vasitəçidir-bütün qarşılıqlı əlaqələr virtual reallıq məkanında həyata keçirilir.Bir çox insanlar üçün virtual kommunikasiya həyat tərzinin bir hissəsidiro daha çox tələsik yazılı ünsiyyətdir və teleqraf sintaksisinə uyğun, son dərəcə sadədir-bəzən böyük hərflərdən,durğu işarələrindən imtina edilir,qənaət prinsipi ilə hazır cavablara və ixtisaslara müraciət olunur.Virtual prosesdə danışanlar bu ünsiyyətin məqsədləri üçün ən rasional dil vasitələrini seçirlər,leksik qrafik ixtisasların bolluğu bununla izah olunur.İnternet ünsiyyətinin əsasında anonimlik dayanır, heç kəs burada olduğu qədər sərbəst deyil-özünə istədiyi qədər vaxt ayıra bilir, hətta tanınmağını istəmədiyi halda başqa bir şəkil paylaşır, uydurma personaj rolu oynayır,həyatda utancaq, hətta qorxaq olan insan burada öz qabiliyyətlərini,bacarığını göstərir və s.Virtual kommunikasiya yəni bir dil deyil,elektron mesajların yazılma prinsipləri fərqlidir; təqdimat tərzi istifadəçinin və onun alıcısının yaşından,əxlaqından, düşüncə tərzindən asılıdır.Bu dil çox sürətlə inkişsf edir və dəyişir.Vahid bir norma yoxdur və hər bir istifadəçi yeni sözlərdən,ixtisar variantlarından istifadə etməklə onun təkamülünə təsir göstərə bilər.
Elektron diskursun janr diferensiasiyası daha çox işgüzar kommunikasiyanın spesifikliyi ilə bağlıdır.İşgüzar əlaqələrin elektron janrları: məktublar,videokonfrans və müzakirələr sosial şəbəkələrdə ünsiyyəti təmsil edir.Sinxron və asinxron rabitə elektron işgüzar diskursun xüsusiyyətləridir;janrların bəzisi yazılı nitqə (statik), digəri söhbətə-şifahi nitqə meyillənən diskurslara malikdir, bəzi janrlarda bu amillərin üst-üstə düşməsi də baş verir,söhbətin spesifikliyi şifahi və yazılı diskursun birləşməsindəndir. Əgər elektron məktublardan danışsaq,epistolyar janr transformasiyaya uğrayır, diskret sintaksis,ixtisarlar,punktuasiya qanunları önə keçir.İşgüzar elektron diskursda şəxsi və statuslu ünsiyyət arasındakı sərhəd silinir: bir tərəfdən dəqiqlik və aydınlıq,digər tərəfdən isə danışıq tərzinə xas olan sintaksis. “Real kommunikasiyada əhəmiyyət kəsb edən bəzi şəxsi parametrlər, sadəcə, tənzimlənə bilər. İnternet istifadəçiləri daha çox şəxsi maraqları baxımından reqlamentə, subordinasiyaya əməl etmədən fikirləri ilə birbaşa təsir etməyi xoşlayırlar”.
Virtual kommunikasiya prosesində yaranan maneələrin səbəbi kommunikantların koqnitiv məkanlarının bir-birinə uyğun gəlməməsi və gərçəkliyin müxtəlif modellərinin qəbul edilməsidir-bu da təsirini elektron diskursda göstərir.Kommunikativ maneələrin aradan qaldırılmasının əsasında çeviklik,digər mədəniyyətlərin maksimal dəqiq başa düşülməsinin, xüsusiyyətlərinin və kontekstinin nəzərə alınmasının motivasiyası dayanır.Adaptasiya, bir qayda olaraq, tərəfdaşın linqvokulturoloji spesifikliyinə uyğun qurulması və müvafiq kommunikativ addımların atılması ilə həyata keçirilir.
Əksər tədqiqatçılar,qeyd etdiyimiz kimi, kompüter-internet diskursunu interaktiv (həmsöhbətin mesaja reaksiyası) janrlara bölürlər: söhbət, məşvərət, forum, konfrans, bloq, elektron poçt və s. Ümumiyyətlə,kompüter-internet diskursunun janrları haqqında fikirləri tamamilə yekun hesab etmirik.Bu təqdimatda internetin kompüter vasitəsilə insanlar arasında yanlız ünsiyyətə xidmət etməsi anlaşılır. Lakin kompüter-internet diskursu təkcə ünsiyyət iştirakçıları arasında deyil,internet məkanında da mövcuddur.Axtarış, ödəniş sistemləri, reklam və digər xidmətlər kompüter-internet diskursu haqqında daha geniş təsəvvür formalaşdırır.Çoxsaylı internet xidmətlərinin tam təsvirini vermədən kompüter-internet diskursunun əsas əlamətlərini və funksiyalarını düzgün müəyyənləşdirmək,geniş təsəvvür yaratmaq olmaz.
Kompüter-internet diskursu çoxşaxəlidir,internet xidmətlərinin (və ya sahələrinin) xüsusiyyətlərini nəzərə alsaq,onun tərkib hissələrini və lazımi məlumatları əldə etmək mümkündür; internet məkanı istifadəçilərinə bir çox fəaliyyət növlərini həyata keçirmək imkanı verir.Hal-hazırda kompüter-internet diskursu aşağıdakı sahələrə bölünür:

  1. əsas xidmətlər-dünya şəbəkəsi (e-poçt );

  2. axtarış sistemləri-mesajlaşma ;

  3. oyunlar;

  4. onlayn-xəbər.

Bu əsas sahələr digər xidmətlərin köməyi olmadan bilavasitə istifadə oluna biləcək müstəqil internet məkanıdır,əsas xüsusiyyəti şifahinin yazılı diskursa qarşı qoyulmasıdır. Fərq informasıyanın ötürülməsi ilə bağlıdır: şifahi diskurs akustik,yazılı diskurs vizualdır; qarşıdurma: dilin şifahi və yazılı formaları diskursla mətn arasındakı fərqə bərabərdir.
Elektron işgüzar diskurslara şəxsi və rəsmi diskursların kombinasiyası kimi baxmaq olar. İşgüzar kommunikasiyada istifadə olunan şəbəkə etiketi adi nəzakət qaydasının elektron aspektlərini təşkil edir.Bu qaydalar işgüzar mühitdə kommunikasiyanın müxtəlif janrları üçün unifikasiya olunur. Təbii ki, bu cür diskursa nail olmağa yönəlmiş davranışın stereotipləşdirilməsi sabit kommunikasiya alqoritmləri, qaydaları,spesifik,işarələri eyni nitq kodu üçün səciyyəvidir.



Yüklə 499,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin