M.Ə. Nağıyeva M. K. Zamanova A. S. Zamanova R. E. Haqverdiyeva azərbaycan diLİNDƏ



Yüklə 499,8 Kb.
səhifə19/76
tarix24.04.2023
ölçüsü499,8 Kb.
#101898
1   ...   15   16   17   18   19   20   21   22   ...   76
İAK.Kitab.son

4.Fatik funksiya.Əlaqə qurmaq funksiyasıdır.
5.Konativ funksiya.Qarşı tərəfi fəaliyyətə çəkən, hərəkətə gətirən, bir sözlə canlandıran funksiyadır.
6.Emotiv(təsir göstərmə) funksiya.Kommunikantın bütövlükdə ünsiyyət aktına və onun ayrı-ayrı elementlərinə münasibətini izləmək.Bu əsasən emosionalliqla bağlı funksiyadır.
7.İşarə (metadil) funksiyası. Bu funksiya danışanın beynində kodlaşdırdığı məlumatın qarşı tərəfin beynindəki koda adekvat olması deməkdir. Qeyd edəki, sadalananlar sırasına əfsunlama (magiya) funksiyasını və digərlərini də əlvə etmək olar.Yadda saxlamalıyıq ki, kommunikasiya aktında bu funksiyalar ayrılıqda yox, sinxron əlaqədə iştirak edirlər. Göstərdiklərimiz bir daha təsdiqləyir ki, nitq, usiyyət və kommunikasiya təqribən eyni fünksiyalara malikdir. Bu funksiyalar şifahi və yazılı kanallarla dillə (kodlaşmış şəkildə) həyata vəsiqə alır.
Bu ardıcıllıq Roman Yakobsonun “kommunikasiyanın funksiyaları modeli” kimi tanınır.Qeyd edək ki kommunikasiyanın və ünsiyyətin funksiyaları bu gün də aktualdır.Kommunikasiya ünsiyyət və danışıqlar birbaşa nitqlə gerçəkləşən fəaliyyət prosesi olduğundan öncə nitqin funksiyalarına bələdlik tələb olunur.Hətta müxtəlif terminlərlə ifadə olunmasına baxmayaraq kommunikasiya ünsiyyət və danışıqların üç əsas və hər birinin ayrılıqda özünəməxsus yardımçı funksiyaları mövcuddur. Bunlar məlumatvermə, ünsiyyət və təsirgöstərmə funksiyalarıdır.
İşgüzar kommunikasiya və kommunikasiya terminləri arasında da real anlaşmada məzmun, məna fərqi vardır.Oxşarlıq özünü daha çox kommunikasiya anlayışında göstərsə də, elmi ədəbiyyatda bu terminlər sinonim işlənsə də, onların hər birinin özəlliyi vardır.İşgüzar kommunikasiya ünsiyyətə əsaslanır, özündə ümumi dil, ümumi yaddaş, ümumi düşünmək meyarının estetik tələblərini, fikir və təfəkkür mədəniyyətini, nəsillərə ötürmə mexanizmini ehtiva edir.İşgüzar kommunikasiya işgüzar münasibətlərin qarşılıqlı təzahürüdür, informasiyanın müxtəlif forma və məzmununda insanları və xidmətləri əlaqələndirən nitq sözünün sinonimi və texnologiyasının komponentidir.Lakin kommunikasiya bir informasiya ötürücüsündən məlumatın qəbul edən tərəfindən alınmasıdırsa, işgüzar kommunikasiya insanlar arasında nitq mübadiləsidir.
Semiotik münasibətdə onların arasında oxşar və fərqli cəhətlər vardır:
1.Kommunikasiya informasiya prosesidir, o təkcə insanlarla yox, texniki vasitələr, hətta süni dillərlə də həyata keçirilə bilər .İşgüzar kommunikasiya isə insanlar arasında olur, həm praktik, həm də mənəvi informasiya xarakteri daşıyır.
2.Kommunikasiya subyektin bu və ya digər obyektlə əlaqəsidir.Bu zaman təkcə insan yox, hər hansı canlı (heyvan)və ya maşın(texniki vasitə) obyekt rolunda eynilə insan kimi çıxış edə bilər .İşgüzar kommunikasiya isə yalnız fərdi subyektlər –insanlar arasında baş verir.
3.Kommunikasiya informasiya ötürmə prosesidir, bu funksiyada o birtərəflidir-monoloqludur.İşgüzar kommunikasiya qarşılıqlı əlaqə, münasibətlər prosesidir, ikitərəflidir-dioloqludur.
İşgzar kommunikasiya və kommunikasiya iştirakçıların aktivlik dərəcəsinə görə də bir-birindən fərqlənir:

  • Kommunikasiyada həmişə bir nəfər aktiv olur, digərləri isə informasiya almaqda passivdirlər.İşgüzar kpmmunikasiyada eyni zamanda bütün tərəf –müqabilləri az və ya çox dərəcədə aktiv ola bilir, danışan(və ya yazan) nitqini sadəcə dinləməklə (və ya yazan) ifadə etmir və bu təkcə informasiya ötürməyə və ya qəbul etməyə yönəlmir, həm də növbəli şəkildə şərhinə qarşılıqlı aktiv reaksiya verir.

  • Kommunikasiya bir istiqamətli prosesdir, plan üzrə tərtib edilir; əgər kiməsə və ya nə barədəsə xəbər çatdırmaq lazımsa, bunun üçün bütün imkanlar var-texniki vasitələrlə dinləmək və ya yazılı məlumatı oxumaq:kommunikasiya bütün hallarda öz vəzifəsini icra edir.İşgüzar kommunikasiya isə qarşılıqlı əlaqələr prosesi olduğu üçün hər zaman improvizasiya olunur, əvvəlcədən müəyyən edilmir.

  • Kommunikasiya şəbəkə funksiyasındadır-informasiya eyni zamanda işarələnmiş ünvan sahiblərinə göndərilir, bu halda informasiya alanların sayı kommunikasiyanın xarakterinə təsir göstərmir, böyük bir kollektiv olsalar da, onlar bu məlumatı fərdi, tək-tək qəbul edirlər.İşgüzar kommunikasiyada isə informasiya tərəf-müqabilləri arasında qarşılıqlı, dəqiq ünvanlanma tələb edir.

İşgüzar kommunikasiya və kommunikasiya müəyyən informasiya prosesində dərketmənin nəticəsinə görə bir-birindən fərqlənir. Kommunikasiyada effektivlik informasiyanı göndərmək və almaq dərəcəsi ilə qiymətləndirilir, əvəzində informasiya alana onu mütləq dərk etmək tələbi qoyulmur-informasiysa verən hər zaman ötürdüyünün fərqinə varmır.İşgüzar kommunikasiyada isə effektivlik ilk növbədə tərəf-müqabillərin bir-birini necə anlamasıdır.Anlamaq həm ünsiyyətə, həm də tərəf-müqabillərə aid edilir, danışıqda informasiyanı qəbul etmək olar, anlamağın bir səviyyəsi də insanın həm özünü, həm də hansısa bir məsələdə mövqeyini anltamağı, informasiya ünvanlanmış adamların bunu başa düşə bilməsidir.Anlamağın nəticəsi son instansiyada gerçəkləşir-eyni xəbəri müxtəlif səviyyələrdə başa düşmək olar və bundan asılı olaraq, cavab da fərqli olacaq.Anlaşıqlıq olmadığı halda işgüzar kommunikasiya baş tutmaya bilər tərəf-müqabilləri arasında ya fikir ümumiliyi baş verəcək ya da verməyəcək.Demək anlamaq kommunikasiya üçün fakültətiv (təxmini) işgüzar kommunikasiya üçün isə mütləq əhəmiyyət daşıyır.
Aydın olur ki, işgüzar kommunikasiya və kommunikasiya anlayışları arasındakı fərq bu prosesdəki nomenklatur atributlardır,hərəsinin nitq prosesində öz üstünlüyü vardır.Formal mövqeləri iştirakçıların və danışanların sayına görə fərqlənməsidir,işgüzar kommunikasiyada monoloq, işgüzar ünsiyyətdə isə dioloq.Ancaq bu onların arasındakı kəskin fərq deyil.İşgüzar kommunikasiyanın təbiətinin əsası onun dioloq formasında olmasıdır.Bu mövqedə yanaşdıqda monoloq təkcə nitq forması kimi mövcud olmur, nitqi təmin edən tərəf-müqabillərinin növbəliyi olmadan təşəkkül tapır, bu da daxili dioloqun replikasından asılıdır.İşgüzar kommunikasiyanın başlıca vəzifəsi informasiyanı ötürmək və ya qəbul etməkdir, fərqli olaraq kommunikasiya hər zaman cavab reaksiyası ilə müşayiət olunmur.Əks halda bu informasiyaya ünvanlanan sualı, ya da yeni informasiya sorğusuna verilən cavabı ifadə edir, informasiya mübadiləsi qarşılıqlı şəkildə növbəlik prinsipi ilə davam edir, bu da monloqa yox, dioloqa xas xüsusiyyətdir. Müvafiq qaydada kommunikasiya öz təbiətinə görə ünsiyyətdən fərqli olaraq monoloqdur.

Yüklə 499,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin