ÜNSİYYƏT, KOMMUNİKASİYA VƏ
İŞGÜZAR KOMMUNİKASİYA
Ünsiyyət canlılardan yalnız insana məxsus olub, əsas mənbəyi insan təfəkkürü, şüuru və qavrayışıdır.Ünsiyyətlə insanlar bir-birlərini tanıyırlar, qarşılıqlı əlaqə vasitəsi ilə kəşf edirlər ,dostluq münasibəti qururlar .
Ünsiyyət prosesi mənəvi məzmun qazanaraq, digər şəxslərlə qarşılıqlı əlaqələrə zəmin yaradır, bütövlükdə cəmiyyətin həyat fəaliyyətini səciyyələndirir.
Ünsiyyət həmçinin sosial xarakter daşıyır, birgə fəaliyyətin tələblərindən yaranan insanların qarşılıqlı əlaqəsinin ayrılmaz hissəsi, idrak və ya emosional-qiymətləndirmə xarakterli məlumat mübadiləsidir.
Ünsiyyət prosesi məqsədli birgə fəaliyyətə qatılmaqla ehtiyacların ödənilməsi və bu zaman insanlar arasında əlaqə qurulması, mövcud əlaqələrin inkişaf etdirilməsi, informasiya mübadiləsi aparılması, növbəti qarşılıqlı fəaliyyət strategiyasının müəyyənləşdirilməsi, digər şəxslərin fikirlərini duymaq və anlamaq prosesidir.Ünsiyyət fəaliyyət kimi şüurlu məqsədəuyğunluq-qarşıya qoyulan məqsədə çatmaq üçün müvəffəqiyyət vasitəsi, tərəf müqabillərlə sünii mühitdir;bu fəaliyyət nəticəsində nəzərdə tutulan zəruri davranış qaydaları nizamlanır, məhz qarşılıqlı münasibətdə səmərəli münasibətlər mədəniyyət göstəricisi olur.
Ünsiyyətdə səmimiliyə yüksək dəyər verilir, fikir qarşılığı rəqabətə yox, sağlam düşüncəyə inandırmaya, o da öz növbəsində ümumi nəticələr çıxarmağa əsaslanır.Ünsiyyətin əsas məqsədi təkcə informasiyanı ötürmək və ya almaq deyil, həm də ona dəstək vermək, insanlar arasında qarşılıqlı anlaşmanı daha yüksək səviyyəsinə çatdıra bilmək və onu qurmaqdır.İnsan həmçinin başqa canlılarla da ünsiyyət qura bilir.Ünsiyyət eyni zamanda insanın həyat fəaliyyəti və mənəvi məqsədlərinin əvəzolunmaz biostimuludur.
Ünsiyyət anlayışının üç səviyyəsi vardır:
-fərdin həyat tərzini təmin edən (maksimal səviyyə);
-müxtəlif fərdi əlaqələrə əsaslanan( söhbət mübahisə-orta səviyyə);
-psixoloji durumu təyin edən(mikro səviyyə).
Elmi mənbələrdə ünsiyyətin məqsədindən asılı olaraq səkkiz funksiya yerinə yetirdiyi qeyd edilir:
Dostları ilə paylaş: |