M.Ə. Nağıyeva M. K. Zamanova A. S. Zamanova R. E. Haqverdiyeva azərbaycan diLİNDƏ



Yüklə 499,8 Kb.
səhifə22/76
tarix24.04.2023
ölçüsü499,8 Kb.
#101898
1   ...   18   19   20   21   22   23   24   25   ...   76
İAK.Kitab.son

İşgüzar ünsiyyətin horizontal etikası. Bunu belə ifadə etmək olar: işgüzar ünsiyyətdə istədiyiniz kimi həmkarlarınız sizə münasibət göstərsinlər. Əgər bu və ya digər vəziyyətdə özünüzü necə aparmaqda çətinlik çəkirsinizsə, özünüzü həmkarlarınızın yerinə qoyun.
Həmkarlar arasında işgüzar ünsiyyət etikasının bir neçə prinsipi vardır:
- özünüzə hər hansı bir xüsusi münasibət və ya imtiyaz tələb etməyin
- ümumi işin yerinə yetirilməsində hüquqların və məsuliyyətin aydın şəkildə bölünməsinə nail olun.
- digər şöbələrdən olan həmkarlarınız arasındakı münasibətdə öz şöbənizə cavab verməlisiniz və təqsirinizi tabeliyinizdəkilərin üzərinə atmayın
- nitqinizdə xoş sözlər işlətməyə çalışın
- fikrinizi qısa və məzmunlu ifadə edin
- ünsiyyət zamanı şəxsi münasibətlərə keçməyin, işdə şəxsi məsələləri, xüsusilə də problemləri soruşmaq qəbuledilməzdir
- əgər müvəqqəti olaraq işçinizin digər şöbəyə köçürülməsini xahiş etsələr, məsuliyyətsiz və qeyri-peşəkar işçi göndərməyin, çünki orada sizin və ümumiyyətlə, şöbəniz haqqında müzakirələr olacaq
- həmkarlarınıza qərəzli yanaşmayın, həmsöhbətinizə xoş münasibət göstərin
- həmsöhbətinizi öz adı ilə çağırın və bunu çox təkrar etməyin
- yerinə yetirilə bilməyəcək işlərə vəd verməyin, işlərinizin, işgüzar fəaliyyətinizin imkanlarını şişirtməyin, ən yaxşı, daha ağıllı və maraqlı görünməyə cəhd etməyin
- həmkarınıza məqsədinizə çatmaq üçün bir vasitə kimi yox,şəxsiyyət kimi baxın
Nüfuzunu qorumaq istəyən hər bir müəssisə biznes üçün çox vacib komponent olan işgüzar ünsiyyət etikasının yüksək standartlarını qorumağa çalışmalıdır. Təşkilatlar, firmalar, rəhbərlər və sahibkarlar bütün səviyyələrdə işgüzar ünsiyyət etikasının artırılması üçün maksimum səy göstərməli, bunun üçün müxtəlif üsul və vasitələrdən istifadə etməlidirlər- ilk növbədə işgüzar ünsiyyət etikasının öyrənilməsindən başlamaq lazımdır.


İnternet-ünsiyyət etikası
İnternet etikasının obyektini informasiya yaymaq, almaq, ötürmək, fikri sərbəst surətdə ifadə etməkdə texniki imkanlara malik olan veb-saytlar, bloqlar, sosial şəbəkələr, elektron qəzet və poçtlar, inernet TV-lər, digər kommunikasiya vasitələri təşkil edir. İnternet insanların qarşılıqlı ünsiyyət saxladığı qlobal informasiya və kommunikasiya şəbəkəsi olduğu üçün pozitiv hüquq normalarından başqa, digər tənzimləyici etik və əxlaqi qaydalar da fəaliyyətdədir. Bu qaydalar ümumi xarakter daşısa da, məcburi qüvvə kəsb etmir və onların yerinə yetirilməsinə nəzarət dövlətin və hüququn təsiri xaricindədir.
İnternet etikasının əsas prinsipləri aşağıdakılardır:
- şəxsi həyat sirrinin qorunması – şəxsi həyatın muxtariyyəti və azadlığı;
- xüsusi mülkiyyətin toxunulmazlığı – informasiyaya sahiblik hüquqlarına və müəlliflik haqlarına riayət edilməsi;
İnternet etikasının fəaliyyət sferasına, yəni onun tətbiq sahəsinə bunlar aiddir:

  • Elektron poçtda, çatda, telekonfranslarda ünsiyyət;

  • Şəbəkə etiket qaydaları.

Bu sferaların hər birində, onun iştirakçı auditoriyasında müvafiq özünəməxsus qaydalar mövcuddur.
Beləliklə, internet etikası dedikdə bu və digər şəbəkə qrupları tərəfindən qəbul edilən və kiberməkanda davranışın xüsusiyyətlərini müəyyən edən etiket qaydaları başa düşülür.
Şəbəkə etikası öz inkişafı baxımından adi ictimai etikanı qismən qabaqlayır. Sosial şəbəkələr özünün unikal keyfiyyətləri ilə digər kiberməkan istifadəçilərindən fərqləndiyinə görə, şəbəkələrdəki şəxslər üçün aşağıdakı etik qaydalar qəbul edilmişdir:

  • dərk edin ki, siz insanla ünsiyyətdəsiniz;

  • real həyatda mövcud olan davranış standartlarının tərəfdarı olun;

  • anlayın ki, siz kiberməkandasınız;

  • digər şəxslərin vaxtına və imkanlarına hörmət edin;

  • imicinizi qoruyun;

  • konfliktlərə imkan yaratmayın;

  • şəxsi yazışmalar hüququna hörmətlə yanaşın;

  • imkanlarınızdan sui-isifadə etməyin;

  • başqalarının səhvlərini bağışlamağı bacarın

Sosial şəbəkələrdən istifadə edərkən müəyyən əxlaq normalarına riayət etmək lazımdır:
- Sosial şəbəkədə öz profilində başqasının şəklini onun icazəsi olmadan yerləşdirmək olmaz.
- Heç bir halda dostlarınızın sizə açıq, lakin başqaları üçün qapalı olan profilindən informasiya və şəkilləri digər şəxslərə ünvanlamayın.
- Digərlərinin şəxsi məlumatlarına əsasən qeydiyyatdan keçməyin. Əgər adınızın bildirilməməyini istəyirsinizsə, şərti adlardan istifadə edin. Ən yaxşı halda foto yerini boş saxlayın. Şərti adlardan istifadə edərkən öz dostlarınıza qəsdən yalan məlumat ünvanlamayın. Şərti adlar yalnız şəxsi məlumatların müdafiəsi nöqteyi-nəzərdən yolveriləndir, lakin heç bir vəchlə həmsöhbətin aldadılması üçün nəzərdə tutulmamışdır.
- Şəklin yüklənməsi zəruri olan halda məşhur şəxslərin fotolarından istifadə edə bilərsiniz.
- Profilinizdə ali təhsil və ya iş yeriniz haqqında qeyri-dəqiq məlumatlar göstərməyin. Çünki tanışlarınız və həmkarlarınız şəbəkədə axtarış verən zaman narahatlıq hiss edəcəklər.
- Sizi öz dostluğuna qəbul etməyən şəxslərə sakit münasibət bəsləyin. Dostluq təklifinin iki dəfə rədd edilməsi əmin olmağa kifayət edir ki, istifadəçi şəxsi informasiyasının sizin üçün açıq olmasını istəmir.
Sosial şəbəkə unikal informasiya kommunikasiya mühiti hesab olunur və burada hüquq normalarından daha çox özünəməxsus sosial davranış qaydaları və prinsipləri üstünlük təşkil edir.
Onlayn işgüzar kommunikasiya və kompüter-internet diskursu

İnternet bir-biri ilə bağlı kompüter şəbəkələrinin qlobal sistemidir, müasir dünyada cəmiyyətin və inasanın gündəlik həyat tərzində və fəaliyyətində ən mühüm faktora çevrilməklə bəşəriyyətin vahid cəmiyyət modelini formalaşdırmaqdadır.İstənilən işgüzar kommunikasiyanin effektiv inkişafı əhəmiyyətli dərəcədə ondan asılıdır.İnternet yeni texnologiyalar və tamamilə fərqli həyat tərzi yaratdı.Əslində, dəyişikliklər o qədər geniş, qlobaldır ki, internetdən sonra dünyaya gələnlər üçün keçmiş günləri, həyatı başa düşmək, demək olar ki, mümkün deyil.


Elektron təyinatına görə kompüter işgüzar kommunikasiyanın əsas baza əlamətidir, onun xüsusiyyətlərinin daha ətraflı nəzərdən keçirilməsi kontekstində internet ünsiyyətinin polifonik xarakterini göstərmək xüsusi əhəmiyyət kəsb edir.Bu ünsiyyət növü məsafədən məlumat-baza xarakterinə malikdir: internet bir-birindən uzaq olan insanları məkan və zaman baxımından qovuşdurur, onlar arasında bir sıra texniki vasitələrlə qarşılıqlı əlaqə həyata keçirir.Yaxın vaxtadək elektron rabitənin funksiyasını telefon yerinə yetirirdi, ünsiyyət mürəkkəb məsələ idi, bahalı telefon zəngləri və ya uzun səfərlər tələb olunurdu; internet zənglərin dəyərini birmənalı azaltdı, hətta sıfıra endirdi.İnternetin yayıldığı vaxtdan işgüzar kommunikasiya-insanların bir-biri ilə əlaqə qurması, faylların mübadiləsi əməkdaşlığı tamamilə dəyişdi, kommunikantlar indi səfər xərcləri olmadan videokonfrans ünsiyyəti qura bilirlər.
Bütün məsələ effektiv komanda işində və yaxşı əməkdaşlıqdadır, internetin inteqrasiyası sayəsində dünyanın müxtəlif yerlərindən daha yaxşı işgüzar ünsiyyət qurmaq mümkündür.Bu texnologiya təhsildə də faydalıdır, tələbələr dünyanın müxtəlif yerlərindəki həmkarları ilə fikir mübadiləsi apara, müxtəlif mədəniyyətlər haqqında məlumat əldə edə bilirlər.Məsafə artıq maneə deyil, internet vasitəsilə səmərəli ünsiyyət qurmaq və məsələləri diqqətlə müzakirə etmək mümkündür.Fakt budur ki, sürətli və etbarlı internet bağlantısı təşkilat, xüsusilə də qlobal auditoriyaya istiqamətlənmiş işgüzar kommunikasiya üçün vacib bir aktivdir.
İnternet kommunikasiyası lazım olduqda daha sürətli və səmərəli platformaların köməyi ilə müxtəlif layihələrdə asanlıqla əməkdaşlıq etməyə imkan yaradır, onların həyata keçirilmə müddətini azaldır və ən vacibi-vəsaitə qənaət olunur.Bu da layihələrin keyfiyyətinə və ümumi səmərəliliyinə müsbət təsir göstərir və işgüzar ünsiyyət, əməkdaşlıqda yaxşı nəticələr əldə edilir.
İnternetin dəyərini digər mövcud rabitə vasitələri ilə müqayisə etsək, qiymətin əhəmiyyətli dərəcədə az olduğunu görürük-onlayn kommunikasiya daha qənaətlidir və səmərəli qarşılıqlı əlaqə yaratmağa imkan verir.Təcrübə göstərdi ki, internet hətta pandemiya şəraitində, insanların təhlükəsizlik məqsədləri üçün karantinə riayət etməsi zamanında lazım olan vəziyyətdən çıxmağı asanlaşdırdı.Bütün bunlar səmərəli işgüzar ünsiyyətdə internetin mühüm rolunu aydın şəkildə göstərir.Şübhə yoxdur ki, rəsmi sayt, elektron marketinq, onlayın kommunikasiya biznesinin uğur qazanmasında və artmasında həlledici rol oynayır.Kommunikasiya platformaları yalnız biznes üçün deyil, həm də əməkdaşlığın artırılmasına kömək edir, bu da mükəmməl performansın yaxşılaşdırılmasına gətirib çıxarır.İşgüzar ünsiyyət internetdən necə istifadə olunmasından asılı olaraq, münaqişəyə də səbəb ola bilər.
Elektron poçt işgüzar ünsiyyətdə internetin ən populyar tətbiqlərindən biridir, həm daxili, həm də xarici kommunikasiyada geniş istifadə olunur: e-poçt istifadəçilərə hər zaman və müxtəlif şəraitlərdə ünsiyyətə imkan verir, bu da sorğu, söhbət və digər mühüm məlimatların izlənilməsində effektiv bir yoldur. İşgüzar kommunikasiyada internetin ən əhəmiyyətli daxili istifadə növlərindən biri yalnız müəyyən bir təşkilatın üzvləri üçün mövcud olan veb-saytdır; işçilər üçün zəruri, faydalı olan forma, məlumat və digər resurslara daxil olmaq üçün bir mənbə kimi xidmət edir.Müasir dövrümüzdə, demək olar ki, hər sahədə asılı olduğumuz və həyatımızı onsuz təsəvvür edə bilmədiyimiz bir vaxtda internet işgüzar kommunikasiya və marketinq strategiyalarına güclü təsir göstərir.Veb-sayta daxil olanlar təkcə əlaqə saxlamır, tövsiyələr əldə edə bilirlər, bu hər hansı bir narahatlığın və yubanmanın qarşısını alır.Sürətli qarşılıqlı əlaqə və ani reaksiya biznesdə həlledici rol oynayır, işə davamlılıq inam və müştəri məmnuniyyətini qazansırır. Veb-sayt yaratmaq və işgüzar fəaliyyətə başlamaq üçün investisiya yox, yalnız etibarlı bir internet bağlantısı lazımdır.İnternet saytlarının əksəriyyəti parolla qorunur və bəziləri hətta yalnız müəyyən işçi qrupları üçün mövcud olan bölmələrə malikdirlər. Veb-sayt işgüzar ünsiyyətdə satış, resurs və ya biznesin aparilmasında mühüm metod sayılır.
İşgüzar ünsiyyətdə internetin bəzi xidmətləri az rentabellidir.Məsələn, mesajların ötürülmə sürəti faydalıdır, lakin dərhal göndərilən mesajda strateji bir səhvin qarşısını almaq qeyri-mümkündür -bu, yazılı formadır, səhvlərin olması, lakin düzəldilə bilməməyi məqbuldur. E-poçtda spam problemləri anlaşılmazlıq, vaxt, pul və resursların itkisinə səbəb olan kiçik və böyük münaqişələr yarada bilir.
Kommunikasiya informasiya mübadiləsinə əsaslanır, prosesin özü göndərənin və alanın texnologiyası,mədəniyyət amilləri, işgüzar ünsiyyət protokolları ilə müşayiət edillir, mahiyyət yalnız sosial, peşəkar qarşılıqlı münasibətlər və ya kommunikasiyanın baş verdiyi məqsədyönlü fəaliyyət kontekstində anlaşılır.İnternet şəbəkəsi meydana gələndən ünsiyyətin forma və modelləri də dəyişib,ilkin mərhələdə qlobal şəbəkələrdə kommunikasiya subyektləri tərəfindən bilinməyən göndərən və məlumat alıcıları var idi,indi kommunikasiya kütləvi ünsiyyət kimi müəyyən edilir.Şəxslərarası ünsiyyətdən fərqli olaraq,kütləvi kommunikasiya interaktiv və biristiqamətli ola bilər.Şəbəkələrdəki kütləvi ünsiyyət (YouTube,bloq),ənənənin əksi-biristiqamətli,eləcə də potensial olaraq böyük bir auditoriya üçün qurula bilər.Müasir şəbəkələrdə kommunikasiyanın üç növü mövcuddur: şəxslərarası, kütləvi birgəyaşayış.Onlar bir-birini tamamlasalar da, əvəz etmirlər.
Müasir informasiya-korporativ və qlobal şəbəkələr cəmiyyətin idarəetmə mexanizmini dəyişdirdi,informasiyanın açıqlığı və şəbəkədə avtonom kommunikasiyanın mövcudluğu bir tərəfdən müxtəlif maraqları olan kiçik qruplar üçün yeni imkanlar yaratdı,digər tərəfdən isə yeni mədəni,sosial və s. xüsusiyyətlər gətirdi,cəmiyyətdə idarəetməni yenilədi.
Müasir informasiya cəmiyyətində zaman və məkan kimi baza anlayışları da transformasiya olunur.Texnologiyaların inkişafı bəzi prosesləri təşkil etməyə,birgə iş,kommunikasiya və s. üçün virtual məkan qurmağa imkan verir.Elektron kommunikasiya özündə müxtəlif diskurs tiplərini birləşdirən internet-ünsiyyətdə mühüm rol oynayır.İnformasiya cəmiyyəti təkcə genişlənməkdə olan məlumat yığımının və emalının imkanlarını deyil,həm də yeni kommunikasiya formalarını fərqləndirir.Şəbəkə istifadəçiləri arasında ünsiyyət təbii dil vasitələri ilə həyata keçirilir,internetlə bu sırada əlavə funksiyalar əldə edilir.Elektron diskurs kommunikasiyanın yeni və keyfiyyətli bir formasıdır.
Bu gün internetin kommunikativ mühitdə dilin və bütövlükdə şəxsiyyətin özünəməxsus transformasiyanın olduğu haqqında danışmaq olar.Əslində,hər bir şəxs bu və ya başqa bir şəkildə danışıq vasitəsilə özünü tanıdır.Bu,verbal kommunikasiya ilə bağlıdır,elektron mühitdə kommunikantların təqdimatı spesifik diskurs üçün çərçivəsində həyata keçir.Elektron diskurs üçün distantlıq və vasitəçilik səciyyəvidir,lakin bu,kommunikasiya prosesini həm asanlaşdırır,həm çətinləşdirir.İnternetdə kommunikasiyaya xidmət edən yazılı nitq fikirlərin ardıcıllığı,janr-üslub normaları kommunikativ strategiya və taktika səviyyəsində transformasiyaya məruz qalır,internet-ünsiyyət üslubunun spesifik xüsusiyyətləri,hətta dillə bağlı dərin refleksiyaya meyilli olmayan adi internet istifadəçilərinin də diqqətini çəkir.Bunlardan ən zərərlisi ümumişlək-danışıq leksikasından işgüzar diskurslara keçən kompüter jarqonlarıdır.Dilimizə kompüter terminologiyası fəal şəkildə daxil olur,lakin qeyri-peşəkarlar və fəal istifadəçilər arasında kompüter jarqonu geniş yayılır.Məsələn:

Yüklə 499,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin