M.Ə. Nağıyeva M. K. Zamanova A. S. Zamanova R. E. Haqverdiyeva azərbaycan diLİNDƏ



Yüklə 499,8 Kb.
səhifə61/76
tarix24.04.2023
ölçüsü499,8 Kb.
#101898
1   ...   57   58   59   60   61   62   63   64   ...   76
İAK.Kitab.son

Məhkəmə natiqliyi.

Natiqlik sənətində ən qədim tarixə malik məhkəmə natiqliyi demokratik əsaslar üzərində qurulan bir anlayışı ifadə edir. Natiqlik sənətinin inkişafında əvəzsiz xidmətləri olan məhkəmə natiqliyi antik dövrün məhsulu kimi diqqəti cəlb edir.

Məhkəmə natiqliyi müttəhimin müdafiəsi üzərində qurulur və ədalətin zəfər çalması üçün vəkil nitqi kimi hüquqi əsaslarla səciyyələnir.

Bununla da məhkəmə zamanı gizli qalan hadisələr, obyektiv və subyektiv cəhətlər elmi şəkildə araşdırılır və ədalətli nəticə əldə olunur.

Məhkəmə natiqliyində əsas məsələlərdən biri müttəhimin son söz söyləməsidir. Bu son söz, adətən, ibrətamiz xarakter daşıyır. Müttəhim törətdiyi əmələ görə peşman olduğunu bildirir. Bir də heç vaxt cinayət törətməyəcəyinə söz verir.

Məhkəmə prosesində prokurorun nitqi əsas rol oynayır. O, dövlət nümayəndəsi kimi çıxış edir və müttəhimin törətdiyi cinayətə görə cəza almasını hakimdən tələb edir. Hakim isə müttəhimin cavan və ya qocalığını, uşaqlarını, ata-anasını və digər cəhətlərini nəzərə alıb işi müəyyən qədər yüngülləşdirir.

Məhkəmə natiqliyi öz məzmun, forma və quruluşuna görə o biri növlərdən fərqlənir. Belə ki, bu prosesdə bir neçə adam iştirak edir. Hər birinin nitqi bir-birindən əsaslı surətdə fərqlənir. Məsələn, prokuror ədalətin bərpası, hadisələrin düzgün təhlil və şərhini ustalıqla yerinə yetirməlidir.

Vəkillər isə qanunların aliliyini gözləməklə, müttəhimin hüquqlarını müdafiə etməli, həm də şahidlərin nitqini düzgün və dəqiq izləməli, üst-üstə düşməyən fikirləri təkzib etməlidir.

Məhkəmə natiqliyi əsasən rəsmi xarakter daşıyır. Hadisələrin gedişi, sübutlar, dəlillər, faktlar, əşyayi-dəlil olan hər bir şey rəsmiləşir və məhkəmə prosesində istifadə olunur. 

Məişət natiqliyi.

Məişət natiqliyinin tarixi qədim olub xalq həyatının, məişətinin inkişafını əks etdirir. Məişət natiqliyinin bir sıra qolu indi də yaşamaqdadır. Qəbirüstü nitqlər, nekroloqlar bu gün də davam etdirilir. Məişət natiqliyinin ən geniş yayılmış qollarından biri də sağlıq nitqidir. Sağlıq yubileylərdə, şənliklərdə, toylarda, mərasimlərdə söylənilir. Sağlıq nitqlərində əsas yerlərdən birini tutan təbriklər müxtəlif məzmunda olur. Burada natiqin səmimiyyəti, arzu və istəklər əsas yer tutub çıxışın əsasını təşkil edir. Maraqlı cəhətlərdən biri odur ki, məişət anlayışı bütün xalq həyatını əhatə etdiyi kimi, məişət natiqliyi də geniş və əhatəli bir sahəni əks etdirir. Natiqlik sənətinin digər növləri və onların qolları məişət natiqliyi ilə sıx əlaqədardır.


Yüklə 499,8 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin