MƏDƏNİYYƏT: problemlər və perspektiVLƏR



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə19/20
tarix29.01.2020
ölçüsü1,5 Mb.
#30337
1   ...   12   13   14   15   16   17   18   19   20
konf2


Xalq tamaşaları 
İnsanların  əylənməsinə xidmət edən folklor nümunələrindən biri də xalq tamaşalarıdır. 
Xalq tamaşaları da şifahi xalq ədəbiyyatının qədim janrlarından biridir. Xalq dramları tarix boyu 
müəyyən inkişaf yolu keçmiş  və getdikcə  təkmilləşmişdir. Xalq tamaşaları bir janr kimi 
formalaşana qədər folklorun başqa növləri daxilində, xüsusilə epik növün ayrı-ayrı janrlarında 
yaranmağa başlamışdır. 

 
126
Xalq oyunlarından fərqli olaraq, xalq tamaşaları indiyə qədər qorunub saxlana bilmişdir. 
Belə ki, məktəblərdə, tədris müəssisələrində folklor nümunələri sırasında əhəmiyyətli yeri tutan 
xalq tamaşaları barədə xüsusi dərslər keçilir. Mədəniyyət ocaqlarında, teatr və səhnələrdə zaman-
zaman xalq tamaşalarının ən qədim parçaları nümayiş etdirilir, xalqın sahib olduğu qədim tarixi-
mədəni irs qorunub saxlanılır. 
 
Ülviyyə  Aliyeva 
                                        ADMİU- magistrant 
 
 
ELNARƏ DADAŞOVANIN UŞAQLAR ÜÇÜN FORTEPİANO ƏSƏRLƏRİ 
 
Milli prinsiplərə  əsaslanan, mayası folklorumuz üzərində köklənənmüasir musiqi dilində 
bir-birindən dəyərli 
əsərlərin müəllifi Elnarə Dadaşovanın yaradıcılığının 
formalaşmasında Qara Qarayevin sinfindədərs almasının böyük rolu olub.O, fortepiano, simli 
kvartet, kamera-instrumental, soprano və kamera, nəfəsli orkestr üçün əsərlər bəstələmiş, sənədli 
filmlərə silsilə musiqilər yazmışdır. Bəstəkarın yaradıcılığının parlaq səhifəsini onun fortepiano 
üçün yazılmış “24 Prelüd” silsiləsi, “Sayalı” baleti, orqan üçün “Variasiya”, “Fantaziya”, 
“Postlüdiya” əsərləri təşkil etmişdir. Bəstəkarın fortepiano, simli kvartet, violinovə soprano üçün 
yazılmış “Bahar sərgisi”, “Rəngim döndü sənsiz”, “3 prelüd”, “Sonatina”, “Lay-lay”, “Sənə 
düşüb meylim”, “Aşıqsayağı”, “Vüqarlı dağları sevirəm”, “İlk bahar”, “4 fuqa” və s. əsərlərini 
də qeyd edə bilərik.  
 
Çoxşaxəli yaradıcılığının səhifələrində  uşaqlar üçün yazmış olduğu  əsərlər 
özünəməxsusluğu ilə seçilir. Uşaq albomu" mahnı toplusu (1997); "Uşaq albomu" mahnı toplusu 
(1998);"Tıq-tıq xanımın nağılı" - musiqili nağıl  Azərbaycan xalq mahnılarına əsaslanır. Uşaqlar 
musiqi qabiliyyətinin və ifaçılıq texnikasının, eləcə də musiqi təfəkkürünün inkişafı üçün yazmış 
olduğu “Uşaqlar üçün iki royalda ifa olunan pyeslər silsiləsi” , fortepiano üçün “iki uşaq pyesi”, 
rondo, sonatina,  “Baqatel” “Lay-lay” əsərlərinin mühüm əhəmiyyət kəsb edir.  
Bəstəkarın bu sahəyə diqqət ayırmasının  əsas səbəblərindən biri bu sahədə mövcud olan 
əksiklikləri idi. Milli musiqi dili ilə yazılmış marerialın azlığına diqqət yerirən Elnarə xanım bu 
sahədə bir-birindən maraqlı pyeslər yazmışdır.Bu  əsərlərdə  bəstəkar uşaqların sevimli şairi 
A.Şaiqin şeirlərinə əsaslanmış, şeirləin obrazını musiqi dili ilə canlandıra bilmişdir. Uşaqlar üçün 
fortepiano əsərlərində də bəstəkar muğam və aşıq musiqisinə dayanıqlıq diqqəti cəlb edir.  
1990-cı ildə E.Dadaşovanın uşaqlar üçün  bəstələdiyi  əsərləri  SSRİ  Bəstəkarlar  İttifaqının 
repertuar komissiyası  yüksək dəyərləndirərək, SSRİ  Mədəniyyət və  Təhsil Nazirliklərinin 
repertuar  komissiyalarının təşkilati dəstəyilə MDB-nin təhsil ocaqlarının tədris proqramlarına 
daxil etdirmişdir.  
          XX əsr musiqi tarixində bildiyimiz kimi sematikanın əsas cəhətlərindən biri olan təsvirilik 
(indeks) uşaq musiqisində öz əksini tapmışdır. Prokofyev “Petya və canavar”, Bartok 
”Mikrokosmos”, Şedrin ”Gənclik dəftəri” və s. Elnarə Dadaşovanın yaradıcılığında uşaqlar üçün 
fortepiano yaradıcılığında semiotik baxımdan böyük maraq kəsb edir. 
“Uşaqlar üçün iki royalda ifa olunan pyeslər” silsiləsi “Arı”, “Bülbül”, “Bənövşə”, “Ostinato”, 
“Saz çalır, aşıq çalır”, “Etüd” adlı 6 pyesdən ibarətdir. Period formasına əsaslanan bu əsərlərin 
musiqi dili və faktura sadəliyi ilə seçilir.Bu əsərlərdə semiozisin emosiya və  təsirlilik kimi 
cəhətləri sintez halında çıxış edir. Birinci nömrədə arının uçuşu sol əldə yamsılanıb, ikinci 
nömrədə bülbülün cəhcəhəsi sağ  əldə forşlaq vasitəsilə oxunur. Dördüncü nömrədə isə saz 
alətinin müşaiəti yamsılanmışdır. Xaraktercə milli rəqsləri və  nəğmələri xatırladan bu əsərlər 
uşaqlarda milli musiqi təfəkkürünün inkişafında mühüm rol oynayır. “Ostinato” nömrəsində 
müşaiət  II pianino basso-ostinatoya əsaslanılır. Ümumilikdə bu məcmuədə  uşaq nəinki oyun 
nümunələri ilə tanış olur. Həmçinin, İntibah dövrünün nümunəsi olan basso ostinato ilə, eləcə də  
musiqi qabiliyyətinin inkişafı üçün dərs proqramında nəzərdə tutulmuş etüd məşğələsi ilə tanış 
olmuş olur.  

 
127
     Fortepiano üçün “2 Uşaq pyesi” buraya  “Sözsüz mahnı”, “Zarafat rəqsi” burada semiotikinın 
emosiya (ikon) cəhəti öz əksini tapır.   
    “Lay-lay” əsərində  isə həm təsvirilik, həm də emosiya vəhdət halında dinləyicə çatdırılır.  
Təhlilimizə yekun vuraraq qeyd edə bilərik ki,Elnarə Dadaşovanın uşaq üçün fortepiano əsərləri 
milli semantika baxımdan böyük maraq kəsb edir. 
 
Ədəbiyyat: 
 
1.  Шаймухаметова  Л. Семантический  анализ  музыкальной  темы.  М.:  РАМ  им. 
Гнесиных, 1998,  
2.  Мечковская  Н. Б. Семиотика:  Язык.  Природа.  Культура:  Курс  лекций:  учебное 
пособие / 2-е изд., испр. Москва, Академия, 2007. 
3.  Пирс  Ч. С. Логические  основания  теории  знаков [1895] / Пер.  с  англ.: 
В. В. Кирющенко, М. В. Колопотин. Санкт-Петербург, Алетейя, 2000 
 
Fidan  İsgəndərzadə  
ADMİU- magistrant 
 
 
AZƏRBAYCANIN   MÜSTƏQİLLİK   DÖVRÜNDƏKİ  BƏDİİ 
 ƏDƏBİYYATIN  EKRAN  TƏCƏSSÜMÜ 
 
 
XIX əsrin sonu azərbaycan kino tarixinin yaranması kimi yaddaşlara həkk olunub. 1895-ci 
ildənözünə iz salan kino sənəti çox şaxəli yaradıcılıq yolu keçmiş, dünya mədəniyyətinəsürətlə 
inteqrasiya edmişdir. 
Ölkəmizdə filmlərin güclü inkişafına və dövrlə  səsləşən mövzulara müraciət edilməsinə 
böyük tələbat var. 90-cı illərin keçid dövrünü yaşayan Azərbaycan kinosu bazar iqtisadiyyatı 
şəraitində  çətin vəziyyətə düşdü. Buna baxmayaraq, kinematoqrafçılarımız vəziyyətdən çıxış 
yolları arayır, dövlət və sponsor vəsaiti hesabına filmlər çəkirdilər. «Qətldən yeddi gün sonra», 
«Təhminə», «Vahimə», “Qara volqa”, “Otel otağı”,  “Hökmdarın taleyi”, “Dolu”, “Sübhün 
səfiri”, “Məhkumlar”, “Tilsim”, “Aktyorun əsgisi”, “Bəxt üzüyü”, “Qisas”, “Lal”, “O dünyadan 
salam”,  “Həm ziyarət, həm ticarət” ,”Fransız” müstəqillik dövrünün uğurlu filmlərindəndir. 
Azərbaycanın kino sənətini davam etdirən müasir rejissorlardan Hüseyn Mehdiyevin, 
Cahangir Mehdiyevin, Yavər Rzayevin, Nicat Feyzullayevin, Ayaz Salayevin, Gülbəniz 
Əzimzadənin,Eldar Quliyevin, Oqtay Mirqasımovun,Vaqif Mustafayevin,Rasim Ocaqovun 
filmləri ölkədə baş verən sosial ,siyası ,mədəni, iqtisadi dəyişikləri  əks etdirirdi. Rejissorların 
ərsəyə gətirdiyi filmlər  bir sıra kinofestivallarda mükafatlara layiq görülmüşdür. 
90-cı illərin kino xronologiyasına nəzər salarkən biz daha çox həmin müddətdə müharibə 
mövzusunun aktuallıq təşkil etdiyini görürük. Tezliklə baş verən qanlı matəm hadisələri 
kinodramaturqların, rejissorların, yazarların da gözündən qaçmır və bu hadisələr öz əksini 
filmlərdə,  ədəbiyyatda da tapmağa başladı. Həmin illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” 
kinostudiyasında qərargah  yaradılır. O zaman kinostudiyanın direktoru R.Fətəliyevin rəhbərliyi 
altında xüsusi çəkiliş qrupu şəhidlər haqqında videofilm üzərində  işləyirdi. R.Fətəliyev 
bildirmişdi ki, 200 ekran saatlıq 60 videokasset hazırlanmışdır. 
Hamımız bilirik ki, teatr və kino sintetik sənət növüdür. Kino teatrdan fərqli olaraq əsrlər 
keçsə də lent yazıları vasitəsilə öz təravətini qoruyub saxlaya bilir. Ancaq bir şeyi də unutmayaq: 
teatr çox qədim tarixi öz çiyinlərində daşıyır. Teatr üçün dram əsərləri olduqca çoxdur. Lakin 
kinoya gəlincə bu sahədə bir lənglik, sıxlıq duyulmaqdadır. Bayaqdediyim kimi son dövrlərdə 
filmlərin güclü inkişafına, dövrlə  səsləşən mövzulara müraciət edilməsinə  və dünya bazarına 
çıxmasına böyük tələbat var. Kino yarandığı gündən bu günədək bu problemlərlə mübarizə 

 
128
aparmaqdadır. Kino sənətinin yaranma tarixinə  nəzər salsaq kinonun yarandığı gündən bu 
günədək keçdiyi maraqlı mərhələləri daha aydın şəkildə hiss etmiş olacağıq. 
Mövzunun aktuallığı ondadır ki, bu sahədə elə  də geniş dissertasiya, elmi işlər qələmə 
alınmamış, qələmə aldığımız mövzu müzakirə obyektinə çevrilməmişdir. Biz bu gün qələmə 
aldığımız “Müstəqillik dövrü: bədii  ədəbiyyatın ekran təcəssümü” adlı elmi-işimizdə kinonun 
yaranma tarixinə  nəzər salacaq, bu sahədə  fəaliyyət göstərmiş rejissorların, kinotənqidçilərinin 
fikirlərini öyrənmiş olacağıq. 
 Mədəniyyət və Turizm Nazirliyi uzun müddət müxtəlif kino layihələr həyata keçirir. 
Məsələn “Bu meydan, bu ekran” kino müsabiqəsi. Belə  layihələr milli kino sənətinin yeni 
uğurlar əldə edilməsundə fundamental təkan yaradır. 
 
Ədəbiyyat: 
 
1.  Dadaşov A.. Gerçəkliyin astanasında. Monoqrafiya.1992; 
2.  Dadaşov A.. Ekran dramaturgiyası: mövzu, struktur, üslub, janrproblemləri. 
Monoqrafiya.1999; 
 
Zümrüd Zeynallı  
ADMİU- magistrant 
 
 
YÜKSƏK TEXNOLOGİYALI DİZAYN HAY-TEK 
 
XX əsrin 70-80 illərində Norman Foster tərəfindən arxitekturaya gətirilmiş hay-tek bu gün 
interyer aləmində özünə kifayət qədər pərəstişkar və nüfuz qazana bilən sahələrdəndir. Hay-tek 
üslubunda əsasən dəmir-beton, metal, şüşə, plastik kimi materillardan istifadə etməklə spesifik 
gözəlliklər yaratmaq mümkündür. Hay-tek üslubunda işləyən memarlar əsasən yüksək 
texnologiyaya cavab verən avadanlıqlardan yararlanırlar. Burada əsasən düz formalı  xətlərə 
üstünlük verilir.  
Bu üslub müəyyən mənada praktik mənaya malik olsa da, sənaye dizaynı baxımından artıq 
elementləri kənar edib məkanda genişlik yaratmaqla estetik gözəllik bəxş edir. Üslubun əsas 
xüsusiyyətlərindən biri burada yüksəkliklərə meyllilikdir.  
Hay-teki digər üslublardan fəqrləndirən cəhəti məkanda mənzil rahatlığı yaradan 
elementlərdən-təbii materiallardan demək olar ki, istifadə edilməməsidir. Ona görə də bu üslubu 
əsasən geniş ərazisi olan məkanlarda estetik gözəllik yaratmaq üçün istifadə edirlər. Başqa sözlə 
desək, bu üslub ilk dövrlər daha çox sənaye sahələrində, qeyri-yaşayış  məkanlarında istifadə 
edilirdi. Lakin sonradan müəyyən elementlərin daxil edilməsi nəticəsində bü üslubun yaşayış 
məkanlarına tətbiqi reallaşdı. 
Lakin bu cür estetik gozəlliyi yaradan kövrək elementlərlə incə davranış  tələb olunur. 
Çünki  şüşədən olan stol-stul, rəflər, plastik məhsullardan olan stulların səthlərinin zərər 
görməməsi üçün səliqəli istifadə vacibdir. 
Hay-tek üslubu dəbə uyğun olaraq müasir materillardan olan elementlərlə daim yenilə 
bildiyindən gənc nəsil tərəfindən çox sevilir. Qeyri-ənənəvi formaya, maksimal funksionallığa 
malik mebel bu üslubun əsas atributlarından biridir. Həmçinin məkanın quruluşu və elementlərin 
yerləşmə mövqeyində tətbiq edilən qeyri-adilik ümumi interyerin estetikasına təsir göstərir.       
Stil və texnikanın son nailiyyətlərinə  əsaslanaraq tətbiq edilən mühəndislik avadanlıqları 
da bu üslubun ayrılmaz hissəsidir. Xromlanmış borular, metal səthlər, parıltılı hissələr, müxtəlif 
birləşmələrin cilalanmış forması ümumi interyeri hansısa kosmik gəmidəki abu-hava ilə 
eyniləşdirir. Bir sözlə, hay-tek daim yenilənə bilən, müasir texnologiyanın imkanlarına 
uyğunlaşan, ultramüasir xarakter daşıyan, hər cür fantaziyanı qəbul edən bir interyer üslubudur. 
Dizayn  (ingiliscə yeni proekt fikirləşmək, plan cızmaq, proekt qurmaq) – estetik şəkildə 
eskizlərdən qaynaqlanaraq proekt təşkil etməkdir. Belə hesab edilir ki, dizaynı  təkcə 

 
129
konstruksiya qurma yaradıcılığı kimi düşünməklə kifayətlənməməli, bu sənəti geniş  şəkildə 
sosial-texniki problemlərin də həllində başlıca amil kimi qəbul etmək lazımdır. 
 
 
Şahpəri  Abbasova 
ADMİU- magistrant 
 
 
KİNOOPERATOR RASİM OCAQOVUN PEŞƏ ÜSLUBU 
 
II Dünya Müharibəsi qurtarandan sonra bütün sovet kinematoqrafiyasında olduğu kimi
Azərbaycan kinosunda da vəziyyət xeyli ağırlaşmışdı. Kino istehsalı ilə  məşğul olan milli 
studiyanın  həm texniki, həm də yaradıcılıq imkanları məhdudlaşmışdı. İşığahəssas materialların, 
yəni, neqativ və pozitiv lentin qıtlığı o həddə  gəlib çatmışdı ki, Moskva və Leninqrad 
kinostudiyalarından başqa Sovetlər Birliyinin digər istehsal bazalarında, o cümlədən, 
Azərbaycanda bədii filmlər nadir hallarda çəkilirdi. Film çəkilişlərinə ayrılan maliyyə vəsaitinin 
qıtlığı obyektiv, Bakı kinostudiyasında milli kadrlara ehtiyyac subyektiv faktorlar kimi vəziyyətə 
təsirsiz ötüşmürdü.  Problemi aradan qaldırmaq, kinoda çalışacaq milli kadrları yetişdirmək üçün 
gənclərdən bir qrupu Moskvaya, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitunda təhsil almaq, 
digərləri isə ixtisasını artırmaq üçün Moskva və Leninqrad kinostudiyalarına təcrübə keçməyə 
göndərilir. 
         XX  əsrin 50-60-cı illərində Sovet İttifaqının tərkibində inkişaf edən Azərbaycan 
mədəniyyəti siyasətə, ideologiyaya xidmət etdiyindən incəsənət xeyli müddət durğunluq dövrünü 
keçirirdi. Bu ənənənin mənfi cəhəti ondan ibarət oldu ki, incəsənət xadimləri və yazıçılar 
incəsənətin bir çox sahələrini və kinonu novatorcasına inkişaf etdirmək, zənginləşdirmək 
imkanından məhrum oldular. Belə bir çətin vaxtda Şəkidə orta məktəbi yenicə bitirmiş və böyük 
arzularla yaşayan gənc Rasim Ocaqov da Moskvaya gedir və 1951-ci ildə  həmin institutun 
operatorluq fakültəsinə daxil olur. 50-ci illərin ortalarıdan Azərbaycan kinematoqrafiyasında 
film qıtlığı dövrü arxa plana keçir və Bakı kinostudiyası  tədricən istehsal gücünü artırmağa 
başlayır. Beləliklə  də, kinomuz inkşafının yeni mərhələsinə daxil olur. Yaşlı  nəsillə birgə 
ÜİDKİ-ni yenicə bitirmiş gənc yaradıcı kadrlar çiyin-çiyinə verərək kinostudiyada yeni filmlər 
üzərində işləyirlər. O vaxtlar yaradıcı qrupların birində gənc kinematoqrafçı kinooperator Rasim 
Ocaqov da sənətdə ilk addımlarını atırdı: böyük həvəslə, yüksək ruhla... 
Rasim Ocaqov Azərbaycan kino tarixində ondan çox filmin kinooperatoru olaraq 
Azərbaycan kinosuna şöhrət gətirən bir sıra dəyərli filmlər yaradıb. Azərbaycan kinoşünaslığında 
“Rasin Ocaqov məktəbi”, “Rasim Ocaqov üslubu”, “Rasim Ocaqov kinosu” ifadələri məhz 
görkəmli sənətkarın kinomuzdakı çoxillik məhsuldar fəaliyyətinin yekunu kimi meydana gəlmiş 
vəAzərbayacan kino tarixində layiqli yerini tutmuşdur. Rasim Ocaqov Azərbayacan kino 
sənətində orjinal üslub xüsusiyyətinə görə digər həmkarlarından fərqlənib. Rasim Ocaqov milli 
ağ – qara kinosunun zirvəsi idi. Rasim Ocaqov təkcə ağ – qara kinoda uğur əldə etməmişdi, o 
həmdə Azərbaycanda ilk dəfə olaraq geniş bucaqlı obyektivlə insan portreti yaratmışdı. Və bu 
Azərbaycan kinosu üçün yenilik idi. İtaliyan neorealizmi və S.Urusevski məktəbinin təsvirlə 
bağlı nailiyyətlərini, kinokameranın fundamentdən çıxarılıb  ələ götürülməsi və bu üsulla 
filmlərinçəkilməsi – bütün bunları, Ocaqov birləşdirib filmlərində  tətbiq etdi. Sənətkar, 
Azərbaycan kino tarixinə öz adını qızıl hərflərlə yazdı.  
Aygün Baxışlı 
ADMİU- magistr 
 
B.BREXTİN EPİK TEATR NƏZƏRİYYƏSİ 
 
B.Brext və onun “Epik teatr”ı da tarixdə və incəsənətdə öz sözünü deməyə müvəffəq olur. «Epik 
teatr» terminini ilk dəfə Piskator işlətsə  də, alman rejissoru, dramaturqu və teatr nəzəriyyəçisi 

 
130
B.Brext bu terminə yeni istiqamət verdi. Nəzəriyyəçi-rejissorun epik teatrı insanın cəmiyyətdəki 
real vəziyyətini göstərməyə və məsuliyyət hissi oyatmağa can atırdı. Epik teatr estetik bir forma 
olaraq insanları hadisələri görməyə, analiz etməyə və laqeyd olmamağa yönəldirdi. B.Brext öz 
yaradıcılıq fəaliyyətinə şair, tənqidçi kimi başladı, dramaturgiya ilə məşğul oldu və ən əsası yeni 
teatr formasını yaratmaqla teatr reformatoru kimi arzularını gerçəkləşdirə bildi... 
Böyük rejissorun epik teatrında adından göründüyü kimi hadisə, hərəkət yox, hekayət əsas 
idi. Onun fikrincə, dramaturji əsərdən fərqli olaraq epik əsəri hissələrə ayırmaq olar və bu 
hissələr öz həyatiliyini itirməz. O, öz teatrını Qeyri-Aristotel dramı adlandırırdı. Bildiyimiz kimi, 
Aristotel «Poetika» əsərində janrların təsnifatını apararkən dramatik növü hadisələrin, epik növü 
əhvalatların, lirik növü isə hisslərin təsviri üçün ayırırdı. Lakin B.Brext yalnız bu təsnifatı 
eyniləşdirməklə yox, həm də antik faciənin prinsiplərini qəbul etməməklə  yadda qaldı. Dünya 
teatr ənənəsinin özüllərindən olan «katarsis» prinsipinə rejissorun özəl münasibəti var idi. Onun 
fikrincə, «katarsis» Aristotelin söylədiyi kimi yüksək emosional gərginliyin nəticəsində baş verə 
bilməz. O, tamaşaçıların hadisələri analiz etməyinin tərəfdarı idi. 
O hesab edirdi ki, insanın  ən çətin vəziyyətlərdə belə azad seçimi var. Ən çətin 
məqamlarda belə öz keyfiyyətini göstərə bilər. Və tamaşaçı heç vaxt seçimsizlik fikrinə məğlub 
olmamalıdı. Rejissor yazırdı ki, «Epik  teatr» tamaşaçını guya «qəhrəmanın yerində olsa, məhz o 
da belə  hərəkət edərdi» kimi illüziyadan imtinaya məcbur edir. Tamaşaçı analiz edib bilməli, 
düzgün olanı görməlidir. 
B.Brext tamaşaçıların hisslərinə yox, ağlına, düşüncəsinə  təsir edirdi. O, hesab edirdi ki, 
tamaşaçılar səhnədə  hərəkət görməsələr belə, eşitdikləri hadisələri həm də yaşamış olarlar. 
Səhnədə K.Stanislavskidən fərqli olaraq B.Brext yaşama məktəbindən  əsər-əlamət olmayan 
tamaşalar hazırlayır, burada hadisələrin nəqli böyük əhəmiyyət kəsb edirdi. Bu tamaşalar 
tamaşaçılar tərəfindən də maraqla qarşılanırdı. Hər teatrın öz aktyoru olduğu kimi, B.Brextin 
“Epik teatr”ının da tamaşaçısı  və sevənləri var idi. Böyük rejissor illərnən öz nəzəriyyəsini 
yaratmaq üçün bütün bacarıq və düşüncəsini bu sənətə  həsr etmişdir. Nəzəriyyəçinin nəzəri 
fikirləri K.Stanisklavski qədər yüksək mərhələyə çatmasa da, öz dövründən tədricən qəbul edilib, 
sevilməyə, hətta öz aktyorlarını toparlamağa müvəffəq olur.  
 
Ədəbiyyat: 
1. Q.Kristi. “Stanislavski məktəbi  əsasında aktyor tərbiyəsi”. Bakı, 1979. Tərcümə edəni: 
Ə.Quliyev. 
2. K.S.Stanislavski. Mənim sənət həyatım. Bakı, 1963. Tərcümə edəni: R.Təhmasib. 
3. K.S.Stanislavski. Səhnə danışığı haqqında. Bakı, 1989. Tərtib edəni: Ə.Quliyev. 
 
Pərvin Misirli  
                                            ADMİU- magistrant 
 
 
GÖRKƏMLİ KİNOREJİSSOR ARİF BABAYEV 
 
 Azərbaycanda kino yaranandan sonra, milli kino sənətinin inkişafında yüzlərlə kinemato- 
qrafçının  əməyi olmuşdur. Zaman keçdikcə bu sənətkarlar yaratdıqları filmlərə görə  nəinki 
respublikamızda, həm də keçmiş  Sovetlər ölkəsində  də tanınıb, seviliblər. Nəsillər bir-birini 
əvəz etdikcə yaşlı  sənət adamları öz yerlərini gənclərə vermiş, dünyalarını  dəyişsələr də adları 
kino tariximizə əbədi həkk olunmuşdur. 
 
Milli kino və televiziyanın inkişafında xüsusi rolu olan Arif Hacı  oğlu Babayev də öz 
adını audio-vizual sənət tarixinə qızıl hərflərlə yazıb. Hər bir insanın formalaşmasında mühitin 
böyük rolu var. Arif Babayevin də yaradıcılığında yaşadığı mühitin rolu danılmazdır. Görkəmli 
sənətkar 24 sentyabr 1928-ci ildə  İçərişəhərdə anadan olub. Arif Babayevin uşaqlığı  təbliğat 
funksiyasını yerinə yetirən teatrın geniş vüsət aldığı 30-cu illərə  təsadüf edib. Sənətkar o 
zamanlar teatr dərnəyinə gedirdi. Ağır müharibə illərində teatr texnikomuna daxil olan bu 

 
131
yeniyetmə on beş yaşında Gənc Tamaşaçılar Teatrında Ağadadaş Qurbanovun quruluş verdiyi 
Turqut Bədəlbəyli nin “İbrət” tamaşasında kiçik bir rol oynamaqla səhnəyə bağlanır. 
 
Arif Babayev tanınmış rejissor Mehdi Məmmədovun kursunda təhsil alıb. Tədris 
teatrında hazırlanan Qoqolun “Müfəttiş” tamaşasında Qorodniçini parlaq ifa eden gənc rejissorun 
istedadı hamı  tərəfindən qəbul olunur. 1948-ci ildə Arif Babayev Gənc Tamaşaçılar Teatrında 
Cəfər Cabbarlının “Aydın” pyesini tamaşaya qoyan, gələcəkdə onun yaradıcılığında mühüm rol 
oynayacaq rejissor Məhərrəm Haşımovun köməkçisi olur. 
 1956-cı ildə Azərbaycan televiziyası yaranandan Arif Babayev rejissor asistenti kimi işə 
qəbul olunur və milli televiziyamızın yaradıcılarından biri olur. Televiziyada çalışdığı illərdə 
“Şəhərimizin uşaqları”, “Xəzər sahilində  şəhər”, “Bakı bulvarı”, “Şən  əhvalatlar” və.s sənədli 
filmlərini çəkir. Bu filmlərdən bir neçəsinin senarisini də özü yazır. 
 
Arif  Babayev 1967-ci ildən kinostudiyada işləməyə başlayır. Tanınmış televiziya rejis- 
sorunun təcrübəli dramaturq İmran Qasımovla birgə  əməkdaşlığı  “İnsan məskən salır” 
tammetrajlı  bədii filmində  uğurla davam etdirilir. Bu kino əsəri böyük kinoya istedadlı 
sənətkarın gəlməsindən xəbər verirdi. 
 
Arif  Babayev Azərbaycan kino tarixi üçün əhəmiyyətli filmlər yaradıb. Onun filmlərin 
də həyatımızın çox incə mətləbləri ilə yanaşı, problemlər də qaldırılıb və müasir kinomuz üçün 
onun öyrənilməsi çox əhəmiyyətlidir. 
 
Arif  Hacı  oğlu Babayev –Azərbaycan kinorejissoru, televiziya rejissoru , aktyor, 
əməkdar incəsənət xadimi (1962). Azərbaycan kinosunda “müəllif”kinosunun 
nümayəndələrindən olub. 
 
Təranə Əlizadə 
ADMİU- magistrant 
 
 
MÜASİR AZƏRBAYCAN KİNOSUNDA HƏRBİ-VƏTƏNPƏRVƏRLİK 
MÖVZUSUNUN ƏKSİ 
 
    Müharibə dövrünü əks etdirən filmlərimizdə vətənpərvərliyin bariz nümunələrinə hər birimiz 
rast gəlmişik. Bu qəhrəmanlardan sevdiyimiz də olub, tənqid etdiyimiz də. Amma bütün hallarda 
gizli bir rəğbət hiss etmişik vətənpərvər qəhrəmanlarımıza. Vətənpərvərlik o hissdir ki, 
uşağından- böyüyünə  hər birimiz üçün qorunması, “yetkinləşib”, “müdrikləşməsi” vacibdir. 
Müasir vətənpərvərliyimizin artıq bir qənirəyə yaxın yaşı var. Son 25 ildə  çəkilən filmlərdə 
vətənpərvərlik mövzusu daha çox qabardılır, önə  çəkilir. Kinoşünaslar isə  təhlil, tənqid edir, 
mübahisələr, müzakirələr səngimək bilmir. Bunu son illərin kino məhsulu olan “Dolu”da bir 
daha müşahidə etdik. Təbii, vətənpərvərlik konkret bir hiss deyil, onun fərdə  məxsus müxtəlif 
təzahür üsulları var. Hər kəs düşüncəsi qədər vətənpərvərdir.  
      Vətənpərvərlik mövzusu uşaq filmlərindən- animasiyalardan tutmuş döyüş, dram, melodram, 
komediya filmlərimdə belə özünü büruzə verməli, aşılanmalıdır. II Dünya Müharibəsi başa 
çatandan sonra bütün sovet respublikalarında olduğu kimi, Azərbaycan kinosunda da yeni bir 
mərhələ başlandı. Bu illərdən başlayaraq “Azərbaycanfilm” müharibə mövzusunda xeyli maraqlı 
filmlər çəkib və bu filmlərin hər birində  vətənpərvərliyi müxtəlif qəhrəman və obrazların 
simasında alqışlayıb təqdir etmişik. 
Tofiq Tağızadənin 1958-ci ildə Sovet Ittifaqı  Qəhrəmanı Mehdi Hüseynzadənin döyüş 
yolundan bəhs edən “Uzaq sahillərdə” filmindən başlanan vətənpərvərliyin yaşı heç də az deyil. 
Vətənpərvərliyimiz də artıq qocamandır, öz müdrik ömrünü yaşayır demək  olar.   
   "Uzaq sahillərdə", "Bizim 
Cəbiş müəllim", 
"Onun böyük ürəyi", "Tütək səsi", 
"Sizi dünyalar qədər sevirəm" adlı Azərbaycan filmlərinəbu gün də maraqla baxılır.  Öz zamanı, 
dövrü üçün olduqca baxımlı bu filmlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, 

 
132
böyüməsinə  rəvac verirdi. İndi isə bu filmlərə  rəqib hansısa kino işi tapmaq olarmı, ya yox- 
düşünməyə dəyən sualdır.  
    Məsələn, sovet dönəminin başqa bir maraqlı yaradıcılıq işi olan “Mən ki, gözəl deyildim” 
filmində yalnız arxa cəbhə canlandırılsa da biz burda da vətənpərvərlik örnəyi obrazlarla 
tanışırıq. Vətənpərvərlik döyüşə qatılmaq, düşmən tərəfdən kimlərisə  mərmi qarşısına düzmək 
deyil axı. Biz vətənpərvərlik anlayışı yalnız silah səslərində, döyüş  səhnələrində axtarmırıq, 
vətənpərvərlik qəhrəmanın adi bir davranışında - daşa, torpağa, yurda, onun insanına diqqət və 
qayğısında da sezilməlidir.. 
    Vətənpərvərlik mövzusu deyəndə klassik örnəklərdən “Bizim Cəbiş müəllim”də xatırlanır, 
yada düşür. Bu filmdəki  hadisələrdə əsasən uşaqları görsək, izləsək, sevsək də, filmin əsas süjet 
xətti Cəbiş müəllimin fərqli insan xarakteri, məhrəm duyğuları, dürüst rəftarıdır. 
Vətənpərvər 
müasirimizin 
obrazının yaratmaq üçün bu gün kino sahəsində addımlara atılır, hətta bir-biriylə 
yarışa girən rejissorlar da var demək olar.  Amma o obraz yaranıbmı, hansısa rejissor buna nail 
ola bilibmi? Bax, bu, sual birmənalı qarşılanmır və cavab vermək də göründüyü qədər asan deyil.  
Müasir vətənpərvər necə olmalıdır, rejissor onu necə yaratmalıdır, ya obraz özü-özünü necə 
təqdim etməli, nə cür sevdirməlidir? Kinosevərlərin, kinoşünasların hər birini maraqlandıran 
suallardır bunlar. Və biz hər birimiz bu qəhrəmanı görmək arzusundayıq. Sülh və müharibə 
şəraitinin tam ortasında bir ölkənin vətənpərvəri bizi necə həyəcanlandıra bilər? Axı döyüşə girib 
düşmən tərəfi güllə səsləri ilə susdurmaq zamanı keçib. Axı biz düşmən üzərində sübut etmək 
istəmirik vətənpərvərliyimizi. Bəs körpələrimiz bu hissi hardan öyrənsin? Kino bu sahədə uğurlu 
materiallar qoya bilər ortaya. Amma əlbəttə ki, uğurlu materialdan söhbət gedir.  Qarabağ 
müharibəsinin qəhrəmanlıq səhifələrinin bədii və  sənədli kino dili ilə canlandırılması, bu 
vətənpərvərlik filmlərinin  kinoteatrlarda və televiziya ekranlarında yayımlanması  ətrafında kı 
söhbət səngimir bu gün. Demək, biz hələ də öz qəhrəmanımızı axtarırıq, onu yaradanlar ya tam 
yaratmayıb, ya heç yaratmayıb. Amma bu obrazlar var- onları xüsusi rəğbət və sevgiylə 
xatırlayırıq.  Məsələn, “Mən evə qayıdıram” (2014) filmi. Rejissor bu filmi qəhrəman Tərlanın 
simasında Azərbaycanın şəhid olmuş bütün igidlərinin şərəfinə çəkdiyini bildirir. Həqiqətən də 
obraz olduqca uğurlu işlənib. Qəhrəmanın vətənpərvərlik
 hisslərinin hər bir addım və rəftarında 
qabardılıb önə çəkilməsi obrazı tam aydınlığı ilə izah edə bilir tamaşaçıya. "Mən evə qayıdıram" 
1990-cı illərədən bəhs edir. Hərbi vətənpərvərlik mövzusunda, real hadisələr  əsasında çəkilib. 
Film Azərbaycanın  ən çətin illərində rus ordusunda xidmət edən Tərlan Seyidzadənin 
qəhrəmanlıq hekayəsini anladır və biz izlədikcə onun ağrı  və iztirablaırnın canlı  şahidinə 
çevrilirik sanki. 85 dəqiqə sürən "Mən evə qayıdıram" filmində ilk dəfə Azərbaycan hərbi hava 
qüvvələrinə (HHQ) məxsus qırıcı  təyyarələrin səmada düşmən texnikası ilə mübarizəsi  əks 
olunub
.
  Bəli, i
nsafla desək, müasir dövrümüzdə  hərbi -  vətənpərvərlik mövzusunda diqqət 
çəkən, maraqlı, dolğun filmlər çəkilib və geniş ictimaiyyətə  təqdim olunub. 
Hazırda 
“Vətənpərvərliyin təbliğinə  dəstək"  İctimai Birliyi də  hərbi-vətənpərvərlik  mövzusunda bədii, 
sənədli filmlərin çəkilməsi üçün çalışır. Müxtəlif müsabiqələr, layihələr təşkil olunur. Gənc 
rejissor lar da bu müsabiqələrə cəlb olunurlar. Çünki bizə yaxşı film lazımdır.  Torpaqlarının 20 
faizdən çoxu işğal olunan ölkənin müharibə, mübarizə yolu budur. Öz həqiqətlərini dünyaya 
çatdırmaq. Dünyayla danışmağın ən yaxşı üsullarından biri də kinodur. Bu sənət bizə imkan verir 
ki, dünya informasiya bazarına çıxaq, özümüzü və gerçəklərimizi təqdim edək.  
Hərbi 
vətənpərvərlik tərbiyəsindən söhbət  açarkən ilk olaraq Qarabağ müharibəsi yada düşür. Bu da 
təbiidir.  Ən ağrılı yerimzidir Qarabağ.  İşğal altında qalan torpaqlarımız. Yurdundan didərgin 
düşmüş soydaşlaırmız, başımıza gətirilən faciə və fəlakətlər hamızı bizim ümummilli dərdimiz, 
ağrımızdır.    Bu  səbəbdən də son illər Azərbaycan kinosuna dövlət qayğısı durmadan 
artmaqdadır. Milli serialların çəkilməsi ilə bağlı ölkə başçısı İlham Əliyevin xüsusi sərəncamı var.  Bu  
sahənin inkişafına durmadan vəsait ayrılır.  
  Bunun nəticəsində  də bu sahədə xeyli uğurlar əldə edilmişdir.  İstər xalqımızın şanlı  və 
zəngin tarixi, istərsə  də Qarabağın işğalı  və parçalanması   mövzusunda tammetrajlı  və 
qısametrajlı, sənədli və bədii filmlər çəkilir. 

 
133
  Gələcək gənclərin addımları üzərində dayanacaq və biz bir ölkə, xalq, dövlər olaraq 
həmin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi üçün əlimizdən gələni etməliyik. Bütün 
sahələrdə olduğu kimi kino sahəsi də bunun üçün məsuliyyət daşıyır.  Kinolarımız müharibə, 
vətənpərvərlik, insan və ümid haqqında olmalı, bizi və tariximizi əks etdirməlidir. Hər bir xalqın 
ən güclü silahlarından biri də onun incəsənəti, mədəniyyətidir.  Bu sahədəki addımlarımız 
səngiməməlidir.  
      
Müasir dövr kino sənətində  hərbi-vətənpərvərlik amilini  diqqətə çəkmək, gəncləri daha 
da ruhlandırmaq və bu milli vətənpərvərlik hisslərini təbliğ etmək məqsədi ilə  sənədli filmlərin 
çəkilişinə daha çox yer çevrilir. Sənədli filmlər vasitəsilə qəhrəmanlarımızın həyat yoluna nəzər 
salınır, onların döyüş yolu, vətənpərvərlik duyğuları sevdiklərinin- ailəsi və  yaxınlarının 
dilindən səsləndirilir...Azərbaycan Tələbə  Gənclər Təşkilatları  İttifaqı (ATGTİ) tərəfindən 2 
mart 2011-ci il tarixdə “Yaşayan tarix” adlı layihəyə start verilərək  II Dünya müharibəsinin 
veteranlarının hər biri haqqında ayrı-ayrılıqda qısametrajlı  sənədli filmlər çəkilmişdir. 
Videoçarxların çəkilməsində məqsəd, II Dünya müharibəsində azərbaycanlı döyüşçülərin  faşızm 
üzərində qələbənin əldə olunmasında göstərdikləri qəhrəmanlıqları haqda xatirələrini onların öz 
dilərindən lentə almaq və bu filmlərdən gənc nəslin hərbi-vətənpərvərlik ruhda tərbiyəsi 
sahəsində əyani vəsait kimi istifadə etməkdir. 
   
 11 rayonda filmin çəkilişləri yekunlaşdırılıb. Bugünkü tarix üçün çəkiliş qrupları paytaxt 
rayonlarından - Binəqədi, Yasamal, Nəsimi, Nərimanov, Nizami, Səbail, Suraxanı, Xətai 
rayonlarında və  mərkəzləri Bakıda yerləşən   işğal olunmuş Qubadlı, Laçın rayonunda və  Şuşa 
şəhərində olan, umumilikdə 200-ə  yaxın veteran haqda videoçarxların çəkilişini başa çatdırıb. 
Qeyd edək ki, “Yaşayan tarix” layihəsi gənclərimizə  qəhrəmanlarımızı  və veteranlarımızı 
tanıtmaq yolunda atılmış  uğurlu addımlardandır. Bu həm də kino sənətində milli-
vətənpərvərliyin təbliğinə yönəlmiş genişmiqyaslı istiqamətdir. 
     “Hay ver mənə, leytenant!”, “Mübariz”, “Vətən oğlu” , 
"Qartal yuvası”,  “Müqəddəs zirvə”, 
“Xəzər dənizçiləri”, “416-cı” və s..
 
 
Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin