MƏDƏNİYYƏT: problemlər və perspektiVLƏR



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə14/20
tarix29.01.2020
ölçüsü1,5 Mb.
#30337
1   ...   10   11   12   13   14   15   16   17   ...   20
konf2


 
Əlləz Əhmədov  
ADMİU- magistrant 
 
 
AKTYORUN ƏSAS VƏZİFƏLƏRİ 
 
Sənət insandan müəyyən bilik, vərdiş və bacarıq tələb edir. Aktyor sənətinin sistemli şəklə 
düşməsi KStanislavski ilə başlayır. K,Stanislavskiyə qədər tarixdə çoxlu nəzəriyyəçilər, rejissor 
və aktyorlar müəyyən sistem yaradaraq, aktyordan istədikləri kimi istifadə etməyə çalışırdılar. 
Lakin həmin sistemlər göründüyü kimi elə tutarlı və biçimli olmadığı olmadı və bu səbəbdən də 
aradan çıxarıldı.  
Böyül rejissor ilə yanaşı  həmin dövrlərdə B.Brext, V.Meyerxold və digərləri özlərinin 
nəzəriyyələrini yaradaraq teatrda forma, üslub axtarışlarını davam etdirmiş, lakin təəssüflər olsun 
ki, həmin sistemlər teatrda elə də uzunömürlü olmağı bacarmadı. Bunun müxtəlif səbəbləri var. 
Lakin bir nəsnəni də qeyd edək ki, Avropa ölkələrinin  əksəriyyətində bir qisim rejissor və 
aktyorlar hələ də B.Brext və V.Meyerxold nəzəriyyəsini öz yaradıcılıqlarında yaşadırlar.  
XIX  əsrin sonu XX əsrin  əvvəllərində yaşamış  nəzəriyyəçinin aktyor sənəti ilə bağlı 
fikirləri özü tərəfindən sistemləşdirilmiş, sənətçilərin rol üzərində  iş prosesinə, hazırlıq 
mərhələlərinə  həsr edilmişdir. K.Stanislavski obraz üzərində  işləmək üçün düzgün sistem 
yaratmış, aktyordan hər  şeyin  ən mükəmməlini tələb etmişdir. Onun fikrincə aktyor ən sadə 
hərəkətləri müxtəlif həyati vəziyyətlərdə yerinə yetirməyi bacardıqca o qədər də  çətinlik 
çəkmədən bu işin öhdəsindən gələcəkdir  (Q.Kristi. Stanislavski məktəbi  əsasında aktyor 
tərbiyəsi. 1979. s 335). 
Bu sistem dahi rejissor tərəfindən hiss-hissə yaradılmış  və  hər dəfə  də o bu yeniliklərlə 
teatrı da tanış etmişdir. Digər nəzəriyyəçilər kimi K.Stanislavski nəzəriyyəsi də ilkin dövrlərdə 
hər kəs tərəfindən eyni dərəcədə qəbul edilmirdi. Lakin tədricən teatr, incəsənət inkişaf etdikcə 
teatr xadimləri bu nəzəriyyənin daha mükəmməl və orijinal olduğunun fərqinə vardılar. 
Stanislavski nəzəriyyəsində tamamilə aktyorun xeyrinə  çıxış edirdi. O, aktyordan 
professionallıq, incəlik, qabiliyyət, istedad və dünyagörüş tələb edirdi. Əks təqdirdə hər hansısa 
müsbət obrazdan söhbət belə gedə bilməzdi. Böyük nəzəriyyəçi aktyorun qarşısına müxtəlif 
məqsədlər qoyurdu öz nəzəriyyəsində bu məqsədə çatmaq üçün hansı  mərhələlərdən keçmək 
lazım olduğunu sıralayırdı. Stanislavski təlimi olduqca maraqlı və biçimli idi: istər aktyor, istərsə 
də teatr üçün ən əlverişli variant idi. Bu məktəbdən keçən tələbələr mütləq mükəmməl aktyorluq 
pilləsinə yiyələnirdilər. Çünki K.Stanislavskinin nəzəriyyəsi aktyoru pillə-pillə keçərək 
yüksəklərə qaldırırdı, belə halda həm aktyor, həm də teatr uğurlu tamaşalar əldə edirdi.  
Tarixi araşdırmalar nəticəsində birmənalı  şəkildə aktyorluq sözünün mənasını  və 
yaranmasını axtarmağa çalışdıq. Aktyor sözü latın sözü olub actor sözündən götürülmüş  və 
mənası icraçı deməkdir. Sənətçilər həm teatrın bütün növ və janrlarında, eyni zamanda sirklərdə, 
kino və operalarda, baletlərdə, kukla teatrlarında, son dövrlərə nəzər salsaq şou proqramlarda rol 
icraçılarıdır. Oyunçularla aktyorlar arasındakı  fərq onların sadəcə olaraq tamaşalarda iştirak 
etməmələri, eyni zamanda müəyyən olunmuş rolda hər hansı bir obrazı yaratmalarıdır. 
Sənətçiliyin  əsas vəzifələrindən biri onun rola daxil ola bilmək qabiliyyəti, rolu düzgün 
dərk edərək, yaşamasıdır.  İfaçılıq sənətinin ilk tərəflərindən danışarkən biz onun rola həm 
daxilən, həm də xaricən daxil ola bilməsidir. 
 
Ədəbiyyat: 
1.  KristiQ..“Stanislavski məktəbi  əsasında aktyor tərbiyəsi”. Bakı: 1979. Tərcümə edəni: 
Ə.Quliyev. 
2.  StanislavskiK.S.. Mənim sənət həyatım. Bakı: 1963. Tərcümə edəni: R.Təhmasib 
 
 

 
96
Nuranə  Abbasova  
ADMİU- magistrant 
 
 
MEYDAN   TAMAŞALARINDA   RİTUALLIQ 
 
Azərbaycan xalqının  ənənəvi oyun mədəniyyəti qədim, zəngin,  əhatəli və  rəngarəngdir. 
İlkin tamaşa mədəniyyəti maddi-mədəniyyət nümunələrində axtarılır. Tamaşa sənətinin kökü 
sayılan  şaman mərasim tamaşalarının daxili məzmunu aşkarlanır. Türklərin  ən qədim 
şamançılarının başlıca ibadətinin oyun olduğu bildirilir. Bu oyun-tamaşa sənətinin ritorik-
mifoloji əlamətləri önə çəkilir. Oxumaq, söz demək, mühakimə yürütmək, yol göstərəmək, əmin-
amanlığa çağırış ruhulu kimi cəhətləri özündə ehtiva edən şamançılıq ənənlərinin ilk anda ilahi 
təbiətlə bağlı olduğu qeyd edilir.  
Ən qədim oyun-tamaşalarda  istifadə olunan maskalar simvolik məna daşıyıb. Kosa xalq 
oyun-tamaşalarının  ən qədim personajı kimi qocalmış Günəş tanrısının yer üzündə  təmsilçisi 
kimi xarakterizə edilir. O təkcə köhnə ilin, qış  fəslinin deyil, həmçinin  şərin, bəd  əməlin, pis 
xarakterin timsalı, insana aclıq, yoxsulluq, səfalət, fəlakət gətirən obraz kimi təqdim olunur. 
Kosanın qara rəngdə  təsviri olunması, onun eybəcər, vahiməli, bədheybət görkəmə salınması 
burdan ırdı. Sonradan "Kosa oyunu" nda məişət hadisələri əsatir oyunlarını üstələyib. Nəticədə 
bu gün biz Kosanı olduqca şən, gülərüzlü, zarafatcıl, xeyirxah insan kimi görürük.  
 Meydan tamaşalarında Buğa, Keçi, Qoyun, Qurd, Keçəl, Qış, Yaz kimi obrazların əsatir 
mənşəli maskalarda görünməsində  məqsəd xeyirin şər üzərində  qələbəsini,  əsarətin azadlıqla 
əvəzlənməsini  önə çəkmək olub. Buğa maskası gücü və qüdrəti, Qoyun maskası bərəkət, Yaz 
maskası  səadət, sevinc, təzələnmə  rəmzi kimi qəbul olunub. Qış maskası isə qorxu, ölümə 
məhkum obrazı kimi qavranılıb.  
Qışı qorxutmaq üçün icra olunan “Kəvsəc” oyun-tamaşasında Kosa öz geyimində  şaman 
libasının rəmzi əlamətlərini daşıyır.  
Oyun-mərasim maskaları forma baxımından iki cür olub: sifəti boyaboy örtən maskalar; 
yalnız üzü tutan maskalar. 
Əsatir oyunları  tədricən sıradan çıxdıqca, məişətdən doğan həyat hadisələri meydan 
tamaşalarının aparıcı mövzularına çevrildikcə  məişətdən doğan həyat hadisələri meydan 
tamaşalarının aparıcı mövzularına çevrilir. Və maskaların materialları  və hazırlanma 
texnologiyaları sadələşdirildikcə qiymətli materialdan imtina olunur. Beləliklə, maskalarda 
görkəmcə obrazlılıq və emosional duyğular oyatmaq ruhu önə çıxır. 
 
Ədəbiyyat: 
 
1. Allahverdiyev M.Q. Azərbaycan Azərbaycan xalq teatrı tarixi. Bakı: Maarif, 1978, 235 səh.; 
2.  Azərbaycan tarixi (Ən qədim zamanlardan XX əsrədək). I cild. / Z.M.Bünyadovun və 
Y.B.Yusifovun redaktəsi ilə. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1994, 688 səh. 
 
 
Nigar Həmzəyeva 
ADMİU- magistrant 
 
AZƏRBAYCAN KİNOSUNDA ÜSLUB PROBLEMİ 
 
 
Dünya kino tarixinin təcrübəsinə  müraciət etsək görərik ki,  bir çox rejissorların   
D.U.Qriffitin, S. Eyzenşteynin, A. Tarkovskinin, İ. Berqmanın və başqalarının fərdi yaradıcılıq 
üslubları onların  həyatı,  ədəbi-bədii yaradıcılıqları  və  kinematoqrafik fəaliyyətləriylə  sıx 
bağlıdır. 

 
97
Üslub – tarixi problem olduğundan,  kinoda onun qoyulması bütövlükdə  bu problemlə 
bağlıdır.  Yuxarıda adları çəkilən hər bir rejissorun xüsusi üslubu olduğundan, artıq filmlərin ilk 
kadrlarından  bu və ya digər rejissora məxsus olduğunu aid etmək olar.  
Müasir dünya kinosunda  rejissor üslubunun əsasını rejissorla aktyor arasındakı qarşılıqlı 
yaradıcılıq təsiri təşkil edir. 
S. Eyzenşteyinin filmləri montajlı-poetik  üsluba, D. Qriffitin ustadlığı Amerikanın ilk 
qısa metrajlı filmlərinə aiddir. S. Eyzenşteynin filmlərində hadisələr sanki, şahidin gözü ilə təsvir 
edilir. D. Qriffitin  isə filmlərinin əsasını aktyorla, montajla iş təşkil edir.   
A. Tarkovski və İ. Berqman bu sırada xüsusi  bir yer tutur.  
A. Tarkovskinin kinoda fəaliyyətini necə adlandırmaq olar? Sadəcə zaman və  məkanın 
bir memarsayağı formalaşdırılması. Memar bir mərmər parçasını götürüb daxili hisslərinə 
söykənərək ondan artıq hissələri qırıb necə  çıxarırsa, A. Tarkovskidə yaradıcılığında zamanın 
daş parçasından sənət üçün lazım olan elementləri yontayaraq  gələcək filmində  istifadə edir. 
 
İ.Berqmanın  əsas üslub istiqamətləri – dinin, ənənəvi ailə  və  şəxsiyyət krizisi kimi 
adlandırmaq olar. Onun filmlərində böyük planlardan istifadə etməsi hisslərin mürəkkəb 
formaların göstəricis kimi çıxış edir. Öz aktyorlarının köməyi ilə Berqman insanın ətrafındakı və 
daxilindəki dünya haqqında həqiqi hissləri ifadə edə bilir.  
Ümumilikdə, tamaşaçının və tənqidçinin araşdırma obyekti ilk növbədə filmin mövzusu, 
rejissorun materialla işləmə qabiliyyəti və sonda aktyorun ekran təqdimatıdır. Bu üç amilin 
mükəmməl vəhdəti filmi baxımlı və aktual edir.  
 
Xəyal Abbasov 
ADMİU- magistrant 
 
 
MİLLİ ZƏRB ALƏTLƏRİNİN İNKİŞAF PROSESİNDƏ 
  “NATİQ RİTM QRUPU”NUN ROLU 
 
     Natiq  Şirinov 2001-ci ildə beş  nəfərdən ibarət “Natiq Ritm Qrupu”-nu yaradır. Nağaradan 
əlavə, o, qədim Azərbaycan aləti olan zurna, balaban və tütəyi qrupa daxil edir. O, nağaranın 
Azərbaycana məxsus olduğunu sübut etmək, onu daha da təkmilləşdirmək, yeni ritmlər qurmaq, 
nağaranı başqa ölkələrdə sevdirmək məqsədi ilə bu qrupu yaratmışdır. Azərbaycan ritmlərini 
nağarada genişləndirmək üçün  2002-ci ildə Natiq Moskva şəhərində, Hindistan konsulluğunda 
yerləşən tabla məktəbində  dərs almağa və sonralar Azərbaycan ritmlərini dünya ritmləri ilə 
sintez etməyə başlamışdır. O, 2004-cü ildə “Mənim Dünyam” və 2006-cı ildə “Mənim Dünyam 
II” adlı albomlarını yazdırdı. Bu albomlara bəm, böyük, dəri, davul, küt, qopuzlu, qoşa, zəng, zil 
kimi müxtəlif nağara növlərində ifanı daxil etmişdir. Bu kompozisiyalarda Azərbaycanın xalq 
musiqisi ilə yanaşı, yeni meyllər və ritmləri görmək mümkündür. 2004-cü ilin noyabr ayında o, 
Taypeyin 120-ci ildönümünə  həsr olunmuş “Təbil və  Rəqs üzrə Dünya Musiqisi Festivalı”na 
rəsmi dəvət almışdır.  Əsrarəngiz və möhtəşəm çıxışına görə o, Taypey Şəhər Hakimiyyətinin 
Mədəniyyət İşləri Şöbəsinin Ali Komissarı tərəfindən Tərifnamə ilə təltif olunmuşdur. O, 2005, 
2006, 2008 və 2009-cu illərdə keçirilən Zərb Alətləri festivalının prodüseri, möhtəşəm 
perkussiya ifaçısı Tofiq Cabarov tərəfindən festivalda iştirak etmək üçün dəvət almışdır. Onun 
qrupunun ifa etdiyi əsərlər festivalın ən parlaq nümunələrindən biri idi. Natiq Ritm Qrupu “MDB 
– 15 il: əməkdaşlıq və inteqrasiya” adlı Dövlətlərarası  Sərgidə  iştirak etmiş  və Rusiya 
Federasiyasının  İqtisadi İnkişaf və Ticarət Nazirliyinin Təşkilat Şurası Sədri tərəfindən diplom 
ilə  təltif olunmuşdur. O, 2006-cı ildə pianoçu və  bəstəkar Emil İbrahimin kvarteti ilə birlikdə 
Belçikada çıxış etmək üçün dəvət almış və 2007-ci ildə Bakı Caz Festivalında “Emil İbrahim və 
Dostları” adlı konsertində iştirak etmişdir. Natiq, öz qrupu ilə birlikdə 2006 və 2007-ci illərdə 
Moskvada, 2007-ci ildə Fransada, 2008-ci ildə  Mərakeş  və Almaniyada keçirilən Azərbaycan 
Mədəniyyət Günlərində  çıxış etmişdir. 2007-ci ilin iyun ayında o, mahir pianoçu və  bəstəkar 
Salman Qəmbərovun rəhbərlik etdiyi qrup ilə Varşavada keçirilən “Qafqazın 3-cü Beynəlxalq 

 
98
İncəsənət Festivalı”nda çıxış etmək təklifi almışdır. Həmin qrup şərq və  qərb musiqi 
nümunələrini dəyişdirilmiş şəkildə ifa etmişdir. 2007-ci ilin sentyabr ayında Natiq Azərbaycan 
Respublikası Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikasının Əməkdar 
Artisti adına layiq görülmüşdür. “Network Medien” şirkətinin Azərbaycanın  əməkdar artisti, 
müğənni Sevda Ələkbərzadənin 2007-ci ildə işıq üzü görən “Gül Açdı” və 2009-cu ildə”Sevdalı 
Dünya” adlı albom yazıları üçün Natiq, müğənni tərəfindən dəvət almışdır. Natiq Sevda 
Ələkbərzadə ilə 2008-ci ildə Avstriya, Almaniya və Rumıniyada, 2009-cu ildə Almaniyada bir 
sıra konsert proqramı ilə çıxış etmişdilər. Natiq Ritm Qrupu Dövlət Rəqs Ansamblı ilə birlikdə 
2008-ci ildə Azərbaycan, Türkiyə  və Serbiyada Avrovijn Mahnı Müsabiqəsinə  dəstək 
konsertində möhtəşəm açılış mərasimi proqramı ilə çıxış etmişdir. Öz qrupu ilə birlikdə 2008-ci 
ildə “Ritm varsa, Həyat var” və 2009-cu ildə “Natiq Ritm Şou” adlı son iki konsert zamanı o, 
yalnız ifaçılıq texnikasını göstərməmiş, həm də nağarada mümkün sayda avazları  səsləndirmiş 
və özünü bir bəstəkar kimi təqdim etmişdir. Natiq nağara ifasında çevriliş etmiş və bu alətin yeni 
növlərini ixtira etmişdir. Bəstəkar, musiqiçi, nağara ifaçısı, ritmlərin mükəmməl vəhdətini 
yaratmağa can atan yaradıcı insan, Natiq Şirinov öz sənətinin zirvələrinə qalxmaq üçün daim 
axtarışdadır. Natiqin yaratdığı və ifa etdiyi hər bir əsərdə incə zövq, yaradıcılıq, yeniliyə meyl, 
qələbəyə inam, alov və mübarizlik ruhu vardır. 
     Natiq Şirinov və onun “Ritm” qrupu 2000-ci ildə Fransanın Mompelye şəhərinə dəvət almış 
və orada festivalda iştirak etmişdir. 2001-ci ildə Moskva şəhərində ustadı Ali-Kahandan Hind 
aləti tablanın dərinliklərini öyrənmişdir. 2001-ci ilin may ayında “Natiq” ritm qrupunu 
yaratmışdır. Bu qrupla dövlət konsertlərində iştirak etmiş, xarici dövlətlərə dəvət almışdır. Qrand 
və bir çox diplomlar da buna daxildir. 2004-cü ildə qrupla bərabər Tayvanda festivalda iştirak 
etmiş, diplom və sertifikatlarla mükafatlandırılmışdır. 2001-2004-cü illərdə Bakıda keçirilən Caz 
festivallarda iştirak etmiş və diplomlara layiq görülmüşdür. 2006-cı ildə Azərbaycanda ilk dəfə 
Natiq  Şirinovun rəhbərliyi ilə “Natiq” ritm qrupunun konserti keçirilmişdir. 2004-cü ildə 
“Mənim dünyam-I”, 2006-ci ildə “Mənim dünyam-II” adlı musiqi albomları işıq üzü görmüşdür. 
Hazırda “Natiq” ritm qrupu öz fəaliyyətini davam etdirir və Azərbaycanın milli sərvəti olan 
nağaranı xarici ölkələrdə uğurla təmsil edir. 
     Avroviziya  2012  –  22  may  2012-ci  ildə Bakıda baş tutmuş Avroviziya müsabiqəsinin 
yarımfinalında səsvermə zamanı  qədim Azərbaycan musiqi mədəniyyətini  simvolizə edən 
Qavaldaşı “Eurovision” səhnəsinə çıxarılıb. İnterval şousunda Azərbaycanın milli musiqi alətləri 
tar, balaban, nağaranın canlı ifası  təqdim olunur. Şouda qədim qavaldaşında “Natiq” ritm 
qrupunun bədii rəhbəri Natiq Şirinovun ifası ilə yanaşı Azərbaycan Dövlət Rəqs Ansamblı da 
iştirak edib. 
 
Yaqut Məmmədova 
ADMİU- magistrant 
 
 
MÜASİR AZƏRBAYCAN KİNOSUNDA MÜHİT-PERSONAJ ƏLAQƏSİ 
 
XX əsrin əvvəllərində azərbaycan kino tarixinin yaranması kimi yaddaşlara həkk olunub. 
Dünya kino tarixi də o qədər qədim deyil. XIX əsrdən tarixdə özünə iz salan kino sənəti çox 
şaxəli yaradıcılıq yolu keçmiş, bütün dünyaya çox sürətlə inteqrasiya etmişdir.  Qələmə alınan 
elmi işdə biz müasir Azərbaycan kinosunda mühit-personaj əlaqələri yeni yazarların  əsərlərinə 
müraciət edən kinorejissorlardan, bu filmlərin bədii həllindən, aktyor və rejissor işindən bəhs 
edəcəyik. Nəzərə çarpacaq dərəcədə az olan müasir filmlərin təhlilini vermək, bu filmlərin 
dövrlə  səsləşib-səsləşməməsini bədii-estetik və elmi cəhətdən açıb təhlil etmək bizim əsas 
məqsədimizdir. Mövzunun aktuallığı göz önündədir. mövzuya müraciət edilməmişdir, bu elmi iş 
yeni və orijinaldır. Müasir filmlərin tarixinin araşdırılması nədənsə ləngiyir, buna əhəmiyyət elə 
də verilmir. Lakin biz müraciət etdiyimiz mövzuda bu sıxıntılar aradan qaldırılacaq, bunun 
səbəbləri araşdırılacaqdır. Təbii ki, biz bu sahədə müasir yazarların  əsərlərindəki mövzu 

 
99
aktuallığına fikir verəcək, kinorejissorların bu filmlərə müraciətinin  əsas səbəbini araşdıracaq, 
tamaşaçı kütləsinin həmin kinolara olan marağının hansı  dərəcədə olmasına münasibət 
bildirəcəyik. Nədənsə son dövrlər ədəbiyyatımız olduqca kasadlıq təşkil edir. Son dövrlərdə film 
üçün ssenari və ya əsər yazan yazarlar çox az saydadır.  Ələlxüsus da bu dövrlə  səsləşən 
hadisələrdən gedirsə.    
Hamımız bilirik ki, teatr və kino sintetik sənət növüdür. Kino teatrdan fərqli olaraq əsrlər 
keçsə  də lent yazıları vasitəsilə öz təravətini qoruyub saxlaya bilib. Ancaq bir şeyi də 
unutmayaq: teatr çox qədim tarixi öz çiyinlərində daşıyır. Teatr üçün dram əsərləri olduqca 
çoxdur. Lakin kinoya gəlincə bu sahədə bir lənglik, sıxlıq duyulmaqdadır. Bildiyimiz kimi son 
dövrlərdə filmlərin güclü inkişafına və dövrlə  səsləşən mövzulara müraciət edilməsinə böyük 
tələbat var. Kino yarandığı gündən bu günədək bu problemlərlə mübarizə aparmaqdadır. Kino 
sənətinin yaranma tarixinə nəzər salsaq kinonun yarandığı gündən bu günədək keçdiyi maraqlı 
mərhələləri daha aydın şəkildə hiss etmiş olacağıq. 
Mövzunun aktuallığı ondadır ki, bu sahədə elə  də geniş dissertasiya, elmi işlər qələmə 
alınmamış, qələmə aldığımız mövzu müzakirə obyektinə çevrilməmişdir. Biz bu gün qələmə 
aldığımız “Müasir Azərbaycan kinosunda mühit-personaj əlaqəsi” adlı elmi-işimizdə kinonun 
yaranma tarixinə  nəzər salacaq, bu sahədə  fəaliyyət göstərmiş rejissorların, kinotənqidçilərinin 
fikirlərini öyrənmiş olacağıq. Bununla yanaşı kinonun azərbaycana izolyasiyasını çözələyəcək, 
azərbaycan kino tarixinin dərin qatlarını araşdıcaraq, bu sahədə  fəaliyyət göstərən 
kinorejissorların (istər kişi, istərsə də qadın) yaradıcılığını təhlil obyektinə çevirəcəyik.  
 
Ədəbiyyat: 
 
1.  A.Dadaşov. Ekran dramaturgiyası: mövzu, struktur, üslub, janr problemləri. (Monoqrafiya), 
1999; 
2.  A.Dadaşov. Ssenari yaradıcılığı. Dərslik.2001; 
3.  A.Dadaşov. Müstəqillik dövrünün dramaturgiyası. Monoqrafiya.2005; 
4.  A.Dadaşov.  Rejissor Arif Babayev. Monoqrafiya. 2006.  
 
Qizqayıt Quliyeva  
ADMİU- magistrant 
 
 
AZƏRBAYCANIN XXI ƏSR MODELYER RƏSSAMLARININ YARADICILIĞI 
 
       İncəsənət insan hisslərinin təsviridir. Həmçinin istənilən fəaliyyət sahəsində insanın 
göstərdiyi yüksək bacarıq, məharət də nəzərdə tutulur. Mədəniyyət – hər bir insanın az və ya çox 
dərəcədə əldə etdiyi bilik və vərdişlər, ictimai və istehsalat həyatı, savad və tərbiyə, yaradıcılıq 
və  mənəvi-əxlaqi fəallıqdır. Eyni zamanda, buraya insan tərəfindən yaradılmış  sərvətlər (o 
cümlədən maddi sərvətlər)də daxildir. Mədəniyyətşunaslığın  əsas məsələlərindən biri də 
mədəniyyətlə  təbiətin qarşılıqlı münasibətləridir. Müasir dövrdə bu münasibətlərin  əhəmiyyəti 
çox aktualdır. Hər ikisi insan həyatının ayrılmaz hissəsidir. Mədəniyyət insanın fəaliyyəti 
nəticəsində təbiətin bir qədər dəyişilməz formasıdır. Bu  bir  tərəfdən  təbiəti nizamlasa da, digər 
tərəfdən təbiətin nizamlanmış qaydasına ciddi dəyişikliklərə aparıb çıxarır. Mədəniyyət “ikinci 
təbiət” də adlana bilər. İnsanın təbiətlə əməkdaşlığı  hər iki subyektə  sərfəlidir.  İnsan təbiətdən 
maddi sərvət götürür, ideyalar alır, ondan öyrənir. Bu düşünülmüş olduqda təbiəti daha da 
zənginləşdirir. Təbiətə ziyan vuran hərəkətlər isə ilk növbədə insanın özünə ciddi problem 
yaradır. Bu hərəkət mədəniyyət anlayışına zidd sayılır. Mədəniyyətlə  təbiət vahid təsəvvür 
edilməli, bir-birindən yararlanmalıdır. Bu baxımdan  şəhər mədəniyyətinin heç də hamısı 
mədəniyyət hesab edilə bilməz. İncəsənət – cəmiyyət həyatında ən vacib və maraqlı amillərdən 
biridir, o nəinki fərdi inkişafda həmdə  cəmiyyət üçündə mühüm rol oynayır.  İncəsənətin 
mahiyyəti dünyaya estetik anlayışı  ən tam və effektiv formada çatdırmaqdır.  İncəsənət bütün 

 
100
ideyaları, insanların fikir və duyğularını mücərrəd anlayışlar kimi həyata müxtəlif formalarda 
çatdırmaqdır, lakin xüsusi şəkildə. Bunun üçün xüsusi bir sənət var bədii təsvir, lakin onun öz 
vasitələri var. Bədii təsvirin köməyi ilə  sənət öz fikrini, məzmunu və  mənasını köçürməyə 
kömək edir. Hər incəsənət növünün öz spesefikliyi var. Onlar müəyyən məsələlərin həllərini 
edirlər. Bütün incəsənət sənətlərinin öz dili, bədii imkanları  və müəyyən bir orjinallığı vardır. 
İncəsənət ictimai şüurun formalarından biridir. İncəsənət insanın mənəvi aləminin, onun həyata 
bədii-estetik münasibətinin ifadəsidir. Nəhayət, incəsənət-həyatın bədii  əksidir.  İnsanın asudə 
vaxtının səmərəli, maraqlı  və daha yaradıcı formada keçirməyi dünya ictimaiyyətində vacib 
problemlərdən biridir. Moda evinin dizayn və  bədii estetik baxımından səmərəli fəaliyyəti 
müasir zamanın önəmli məsələləri kimi irəli sürülür. Bakı  şəhəri öz memarlığı, arxitekturasi, 
dizaynı ilə seçilən bir şəhərdir və burada hər hansı bir moda evinin açılışı olanda, açılan moda 
evi ərazi ilə uyğunlaşmalıdır. Çünki, Bakının bir neçə tarixi mərhələlərinin təzahürü olduğundan 
təbii ki, onun ayrı-ayrı moda evlərinin tərtibatı da müxtəlif olmalıdır. Ona görə də Bakıda böyük 
moda evləri açılmalı, təkmilləşməli, inkişaf etdirilməli, ön plana çəkilməlidir. 
 
Ədəbiyyat: 
 
1.  Ərtegin Salamzadə - “Dizayn və informasiya”. Bakı: 2012; 
2.  Don Clarke - “Moda evi necə olmalıdır?”. Bakı: 2014 
3.  www.wikipedia.org 
 
 
Lalə Şükürova  
ADMİU- magistrant 
 
 
AZƏRBAYCAN KİNOSUNDA TARİXİ HADİSƏNİN BƏDİİ HƏLLİ 
 
Tarixi  şəxsiyyətlərin həyatından və tarixi hadisələrdən bəhs edən filmlərimiz azlıq təşkil 
edir.  Ədəbiyyat və tarixi kitabları  vərəqləsək, neçə-neçə görkəmli  şəxsiyyətlərin adlarının 
vərəqlər altında yatdığını görərik. Məhəmməd Füzuli kimi görkəmli bir şəxsiyyətin özü ayrılıqda 
bir həyat dərsidir insana, Molla Pənah Vaqifin yaşadığı dövr başqa gerçəkliklərlə yadda qalır. 
 Mirzə  Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin həyatına nəzər salsaq görərik ki, 
onların dövrü də ayrı-ayrı qalmaqallı həyatla yadda qalır. Bütün bu olub keçmişləri lentə almaq 
sözsüz ki, gələcək nəsillərin inkişafına, maariflənməsinə zəmin yarada bilərdi. Ancaq təəssüf  ki, 
bu şəxsiyyətlərin heç birinin həyatı lentə alınmayıb.  
Son dövrlərin məhsulu kimi nəzərimizi Əliağa Vahidin həyatından bəhs edən film cəlb edir. 
Kinoşünas Aydın Kazımzadə deyir ki, tarixi şəxsiyyətlər barədə filmlər yüksək səviyyədə 
çəkilsə, o zaman bu, Azərbaycanın, onun kinosunun və simalarının dünyada tanıdılmasında 
böyük rol oynaya bilər: "Kinonun səviyyəsi orta, yaxud aşağıdırsa, onu xaricə göndərməyin 
mənası yoxdur. Yəni az olsun, amma yaxşı olsun. O ki qaldı indi çəkilən filmlərin səviyyəsinə...  
Müstəqillikdən sonra bizim kinoda bir boşluq yarandı. Hazırda isə həmin boşluğu cavanlar 
doldurur. Bunlardan da, yüksək səviyyəli kino çəkməyi tələb etmək mümkün deyil. Hazırda 
filmlər lentə alınır və festivallara da gedir. Həmin zaman mükafatlara da layiq görülürük. 
Məsələn, bu sırada "40-cı qapı", "Sahə" filmləri var. Yəni bəzi filmlərimiz beynəlxalq 
festivallarda mükafat alır, amma bütün bununla iş bitmir.  
Hazırda çatışmayan cəhətimiz odur ki, bizim filmlərimiz bazara çıxa bilmir. Bu problem 
aradan qaldırılsa, o zaman siz deyən kimi çəkilən tarixi kinolarımızın da dünyada tanınması baş 
tutar. Yaxşı film istər-istəməz özünə yol tapır. Nümunə üçün bu yaxınlarda "Sahə" filmi çəkildi 
və "Oskar"a təqdim olundu. Düzdür, "Oskar"a qədər gedib çıxmasaq da, hər halda kinoda 
oynayan aktyor Amerika Kino Akademiyasının mükafatına layiq görüldü. Əlbəttə ki, böyük uğur 
sayılmalıdır. İndi elə çəkmək lazımdır ki, filmlər xarici bazarlara çıxsın".  

 
101
 Kinoşünas inanır ki, yaxın gələcəkdə tarixi səpkidə filmlərin çəkilməsi prosesi davam 
etdirələcək: "Yəni mən nikbinəm. Çünki nəzərdə tutulub ki, həm janr, həm də mövzu 
baxımından filmlər çəkilsin. Yəni indi kinoya buraxılan vəsait təkcə tarixlə bağlı məhdudlaşmır, 
burada komediya, drama da var. Həmçinin müasirlik elementləri mövcuddur.  
Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin