MƏDƏNİYYƏT: problemlər və perspektiVLƏR



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə10/20
tarix29.01.2020
ölçüsü1,5 Mb.
#30337
1   ...   6   7   8   9   10   11   12   13   ...   20
konf2


Banuçiçək  Quliyeva 
ADMİU- magistrant 
 
KAMAL  ABDULLANIN ƏSƏRLƏRİNİN SƏHNƏ TƏCƏSSÜMÜ 
 
Tanınmış elm xadimi Kamal Abdullanın Azərbaycan ədəbiyyatında özünəməxsus mövqeyi 
var. Yazıçının müxtəlif illərdə yazdığı  əsərlər təkcə respublikamızda deyil, eyni zamanda 
ölkədən kənarda da tərcümə edilərək, təbliğ edilir. Kamal Abdullanın  əsərlərinə istər teatr 
xadimləri, istərsə  də kinematoqrafçılar müraciət etmiş, bu əsərlərdəki mövzu, üslub və 
problematika məsələləri təhlil edilmişdir. Kamal Abdullanın  ədəbiyyata gəlişi və  əsərlərinin 
təbliği elə dövrə təsadüf edir ki, bu dövrdə ədəbiyyatda bir boşluq, süstlük əmələ gəlmişdi. Bu 
dövr ədəbiyyatını Kamal Abdulla və digərlərinin ədəbi əsərləri zənginləşdirmişdir.  
Kamal Abdullanın  ədəbi  əsərləri, roman və hekayələri təkcə  ədəbiyyat inciləri olmaqla 
qalmır, eyni zamanda milli teatrımızın zəngin tamaşaları kimi yadda qalır. Türk dilləri 
filologiyası üzrə mütəxəssis və türk ədəbi irsinin məşhur və rəmzi epik əsəri olan “Kitabi Dədə-
Qorqud”un böyük araşdırıcısıdır. Düşünmək olar ki, bu əsər və ümumiyyətlə türk dünyasının 
klassik ədəbiyyatının ruhu müəllifin öz əsərlərini yazarkən ilhamlandığı təməl qaynaqlardır. 
«Dədə Qorqud» mətni əsasında hazırlanmış işlər içərisində Vaqif İbrahimoğlunun rəhbərlik 
etdiyi «Yuğ» teatrında hazırlanmış tamaşalar xüsusilə diqqətəlayiqdir. “V.İbrahimoğlu «Kitabi-
Dədə Qorqud» əsasında öz konseptual poetikasını ilk dəfə 1982-cü ildə  İncəsənət  İnstitutunun 
tədris Teatrında hazırladığı «Mən Dədə Qorqud» tamaşasında həyata keçirmişdir. Ümumiyyətlə, 
V.İbrahimoğlunun hazırladığı tamaşalar çoxmənalılığı ilə seçilir” (1).  
V.İbrahimoğlu daha sonra Kamal Abdullanın bu əsərinə bir də müraciət edərək onu “Oğul” 
tamaşası adı ilə hazırlayır. Artıq bu tamaşada qadın-kişi münasibətlərindəki ülvilik, cəfakeşlik, 
eyni zamanda qadın məhəbbəti, qadın sədaqəti ön plana çəkilərək tamaşaçılara təqdim edilir. 
Böyük rejissorun K.Abdullanın “Dədə Qorqud” dastanları əsasında yazdığı “Casus” əsərini Milli 
Akademik Teatrda səhnəyə qoymuşdur. Beyrək, Dədəmiz Qorqud K.Abdulladan ötrü həm canlı 
insan, həm mənəvi kateqoriya, həm də sirr-müəmmalı anlayışdır.  
2013-cü ildə Milli Dram Teatrında Kamal Abdullanın “Yarımçıq  əlyazma”  əsərinin 
motivləri  əsasında “Şah və  şair” tamaşası tamaşaçılara təqdim edilir. Kamal Abdullanın 
postmodern estetikayla qələmə alınmış «Yarımçıq əlyazma» romanı nəşr olunduğu vaxtdan bu 
yana istər Azərbaycanda, istərsə də xarici ölkələrin mətbuat səhifələrində geniş müzakirələrə və 
polemikalara yol açan ədəbi hadisə kimi yadda qalıb” (2). 
2015-ci ildə Kamal Abdullanın əsərlərindən olan “Hərdən mənə mələk də deyirlər”ə Tbilisi 
Dövlət Azərbaycan Dram Teatrının kollektivi tanınmış yazıçı Kamal Abdullanın "Hərdən mənə 

 
71
mələk də deyirlər"  əsərinin tamaşasını hazırlayıb. “Tamaşanın süjet xəttini xeyir və  şərin 
mübarizəsi təşkil edir. Şeytan müxtəlif rənglər, səslər, maddi vəsait hesabına gənc şairi dinindən, 
dilindən döndərməyə çalışır. Lakin xeyir mələyi gəncin dinindən dönməsinə imkan vermir. 
Hadisələr xeyir mələyinin qələbəsi ilə başa çatır” (3). 
 
Ədəbiyyat: 
 
1.  İsmayılovaY.N.. “Kitabi-Dədə Qorqud” dastanları, Kamal Abdulla dramaturgiyası, Vaqif 
İbrahimoğlunun rejissorluğu. Bakı Universitetinin xəbərləri. № 2,  2012; 
2.  Qaynar info. Kamal Abdullanın əsəri Milli Dram Teatrında. Şah və Şair. 20.05.2013; 
3.  Mədəniyyət qəzeti. Kamal Abdullanın əsəri Tbilisi səhnəsində. 26.05.15; 
 
Şərmin Yusifova  
ADMİU- magistrant 
 
MÜASİR AZƏRBAYCAN KİNOSUNDA BƏDİİ ŞƏRTİLİK 
 
İstənilən sənət əsəri insana təsir gücünü real heyatdan alır. Hər bir sənət növü az və ya 
çox dərəcədə auditoriyanın reallıq hissinə müraciət edir. Bu sənətlər içərisində kino daha fəaldır. 
Onu da deyək ki, tamaşaçıya yönəldilən hadisələrin nə  dərəcədə real olması o qədər də 
əhəmiyyət kəsb etmir, başqa sözlə, təki tamaşaçı deyilənə və eyni zamanda göstərilənə inansın. 
Hətta fantastik süjetin özü də tamaşaçını təsirləndirə bilər, yəni tamaşaçı təsirlənirsə, deməli baş 
verənlərə, ən azı indiki vaxtda, inanır.Bu təsir özünü iki istiqamətdə göstərə bilər; həyat həqiqəti 
və  bədii həqiqət. Kinoda bədii həqiqətin olması vacibdir, lakin bu bədiilik gerçəkliklə 
harmoniyada olmalıdır. Bədii  şərtilik tamaşaçının duyğularını  təmin edər, həyat həqiqəti və 
gerçəklik ona nəyin necə olduğunu və olacağını göstərər. Yəni əsl filmin böyüklüyü ondadır ki, o 
həm  şüurlara, həm də duyğulara siraət edə bilsin. Məhz bu zaman bu harmoniyanın içində 
tamaşaçı hadisəni yaşamış olur. 
            Reallıq hissi özünü başqa bir şəkildə  də göstərir: ekranda baş verən hadisələr nə  qədər 
şərti və nə qədər fantastik olsalar da, tamaşaçı baş verənlərin şahidi olmaqla bir növ o hadisələrin 
iştirakçısına çevrilir. Elə buna görə də tamaşaçı ağlı və şüuru ilə baş verənlərin irreal olduğunu   
dərk edir, hissləri və emosiyaları ilə isə    həmin fantastik hadisələri olmuş hadisələr kimi 
qavrayır, onlara inanır. Bax elə burda kinematoqrafik vasitələrlə  gələcək və keçmiş zamanı 
ekranda canlandırmaq çox çətin başa gəlir. Bu çətinliyin öhdəsindən gəlmək işində kinematoqraf 
bədii şərtilikdən istifadə edir.  
   Teatr  şərtiliyi teatra nəfəs verdiyi kimi, bədii  şərtilik də kinoda hər  şeyi mümkün edir. 
Tamaşaçı böyük məmnuniyyətlə aldanmağa razılaşır, təki onu yaxşı aldatsınlar, onu yalana 
inandıra bilsinlər. Əgər bu baş verirsə, deməli, sənət yaranıb. 
Hələ eramızdan  əvvəl Aristotel deyirdi ki, ünsiyyət prosesi özündə üç şərti birləşdirir: mənbə, 
məlumat, ünvan. Əgər bu üç şərtdən biri yoxdursa ünsiyyət alınmayacaq. Deməli, filmin 
müəllifləri tamaşaçını necə olursa-olsun, ekrana bağlamağı bacarmalıdır. Bu cəhətdən 
kinematoqraf  ən müxtəlif üsullardan istifadə edir ki, bu yerdə  bədii  şərtilik önə  çıxır. Yəni 
rejissorun filmdə çatdırmaq istədiyi fikir, tamaşaçı ilə yaratmaq istədiyi “ünsiyyət” bədii 
şərtiliyin gücündənasılıdır. 
Bədii  şərtilik kinonu əsil həyatdan ayırır, fərqləndirir. Məhz bədii  şərtiliyin hesabına 
kinoda baş verənlər həyatda baş verənlərdən daha inandırıcı, daha təsirli olur. Bu da məntiqidir: 
həyat kimisə  nəyəsə inandırmağa borclu deyil, sənət isə buna məcburdur, bu, onun əsas 
missiyasıdır. 

 
72
Aysel Süleymanova  
ADMİU- magistrant 
 
MÜASİR AZƏRBAYCAN XALÇASI 
 
Müasir Azərbaycan xalçalarından danışarkən ilk növbədə qeyd etmək lazımdır ki, 
xalçaçılıq sənəti yarandığı gündən sevilməyə, istər şahların, vəzirlərin, istərsə də sadə təbəqənin 
böyük marağına səbəb olmuşdur.  
Şərq ölkələri içində böyük marağa səbəb olan xalçalar istər Azərbaycanda, Türkiyədə, 
İranda istərsə də digər ölkələrdə öz zövqlərinə uyğun toxunularaq dünya arenasına təqdim edilir. 
Azərbaycan xalçalarının inkişaf tarixi hələ eramızdan  əvvəllərə gedib çıxır. Zamanla inkişaf 
edən və formalaşan milli xalçalarımız özünəməxsus ornamentləri, naxış yaddaşı ilə böyük 
ölkələrin maraq dairəsini öz üzərinə cəlb etməyə müvəffəq olub. Naxış yaddaşımızdakı incəlik, 
rənglərin həmahəngliyi, fikir bütövlüyü, boyaların zərif seçimi milli xalçalarımızı bütün dünyada 
tez bir zamanda tanıdır.  
Bu gün dünyanın dörd bir tərəfində insanlar Şərq mədəniyyətinə və adət-ənənələrinə olan 
maraqları səbəbindən tez-tez ölkəmizə də səfərlər edir, mədəniyyətimizin əsas qollarından birini 
təşkil edən xalçalarla daha yaxından tanış olurlar. Dünya ölkələri içində Amerikada, Moskvada, 
İngiltərədə, Fransada, İsveçrədə, Böyük Britaniyada, Macarıstanda, Almaniyada, Türkiyədə  və 
digər ölkələrin muzeylərində Azərbaycan mədəniyyət nümunələri öz əksini tapır. Bu ölkələrin 
hər birində  təkcə xalçalarımız deyil, eyni zamanda digər mədəniyyət nümunələrimiz öz əksini 
tapır.  
Yeni dövrdə istehsal edilən xalçalar köhnə xalçalardan tamamilə fərqli formada və metodla 
toxunur. Bu xalçaların toxunuşu zamanı xalçaçılar müxtəlif təbii və süni iplik materiallarından, 
eyni zamanda onların qarışığından istifadə edirlər.  İplik materialların seçilərkən onların kimyəvi 
və mexaniki cəhətdən xeyli davamlılığı, zahiri görnüşünün gözəl olması, həmçinin istehsalının 
sadəliyi və dəyərinin ucuz olması nəzərə alınır. 
Müasir Azərbaycan xalçalarının toxunuşu, hazırlanması, yunun yuyulması, eyni zamanda 
yun qırxımı daxil olmaqla bütün proseslər ayrı-ayrı aqreqat, dəzgah və aparatlar vasitəsi ilə 
yerinə yetirilir. Yun bir neçə prosesdən keçirilərək əmələ gətirilir ki, bunlardan biri da yağlama 
mərhələsidir. Yağlamaqda məqsəd yun liflərinin bir–birinə dolaşmasının qarşısını almaqdan 
ibarətdir. Bundan başqa xalçanın hazırlanmasınadək müxtəlif proseslər həyata keçirilərək, dəqiq 
yerinə yetirilir.  
Müasir Azərbaycan xalçaçılıq sənəti tarixində önəmli hadisələrdən biri də "Azərxalça" 
Elmi Yaradıcılıq  İstehsalat Birliyinin (AEYİB), "Azər-İlmə" Məhdud Məsuliyyətli 
Cəmiyyətinin, "Lətif Kərimov adına Azərbaycan xalça sənətinin inkişafı Fondu" İctimai 
Birliyinin və digər birlik və  təşkilatların mövcudluğu və  fəaliyyətidir. Sadalanan bu birlik və 
təşkilatlar xalçaçılıq sənətinin qorunmasına, yaşadılmasına  əhəmiyyətli dərəcədə kömək etmiş 
olacaqdır.  
Ədəbiyyat: 
 
1.  Əzizbəyova.P.Ə. Azərbaycan tikmələri. Moskva, “İskustvo”, 1971. 
2.  Əfəndiyev.R. Azərbaycan xalça sənəti. Biblioqrafiya göstəricisi (1776-1983), Bakı:Yazıçı, 
1983. 
3.  Əfəndiyev R. Azərbaycan xalq sənəti. Bakı: İşıq, 1984. 

 
73
Günel Abbasova  
ADMİU- magistrant 
 
DİZAYN SƏNƏTİ 
 
İncəsənətin müxtəlif növ janrları, müxtəlif nəsildən olan insanların bədiilik inkişafında 
mühüm rol oynayır.  İncəsənət inkişaf etdikcə müxtəlif janrlar, növlər meydana gəlir ki, bu da 
birbaşa insan həyatı ilə əlaqədə olur. Daima inkişafda olan sənət növləri getdikcə paralel şəkildə 
özündən asılı olan maraqlı  və diqqətçəkən janrları dövriyəyə buraxır. Rəssamlıq, təsviri sənət, 
dekorasiya inkişaf etdikcə yeni bir nəsnəyə ehtiyac ortaya çıxır. Məhz dekorasiya bu ehtiyacdan 
qaynaqlanaraq yaranan sənət növüdür. Bu sənət azərbaycanda yenidir, insanlarda maraq oyadır, 
lakin bir elm kimi tam bərpa olmayıb.  
Dizayn  (ingiliscə yeni proyekt fikirləşmək, plan cızmaq, proyekt qurmaq) – estetik şəkildə 
eskizlərdən qaynaqlanaraq proyekt təşkil etməkdir. Belə hesab edilir ki, dizaynı  təkcə 
konstruksiya qurma yaradıcılığı kimi düşünməklə kifayətlənməməli, bu sənəti geniş  şəkildə 
sosial-texniki problemlərin də həllində başlıca amil kimi qəbul etmək lazımdır. 
Dizayn sənəti XX əsrin kəşfi kimi də  qəbul edilə bilər. Dizayn genişşaxəli bir bölmədir. 
Biz dizayn vasitəsilə istər evlərdə,  şirkətlərdə, məktəb və bağlarda, istərsə  də veb-dizayn kimi 
səslənən (kompyuter dizaynı) proqramlarda yararlana bilərik. 
Mövzunun aktuallığına gəlincə, ilk növbədə onu qeyd edək ki, araşdırma apardığımız 
müddətdə biz dizayn sənətinin elmi-nəzəri araşdırmalarının ana dilində  şərhinə rast gələ 
bilmədik. Lakin avropa və rus dillərində çoxlu sayda bu sahəyə yer verilib, geniş 
monoqrafiyalar, dərs vəsaitləri, kitablarlar qələmə alınıb. Biz də  məhz həmin kitablardan 
yararlanaraq, dizayn sənətinin özəlliklərini qələmə alacağıq.  
Dizayn sənəti geniş  şəkildə öz inkişafını XXI əsrdən tapmağa başlayıb. Bu sənət çox 
həssas, incə, psixoloji növdür. Belə ki, dizaynla məşğul olan dizaynerlər ilk növbədə rənglərin 
dilini bilməli, rənglərlə  işləməyi bacarmalıdır, daha sonra bu sənətlə  məşğul olan dizaynerlər 
geniş dünyagörüşə malik olmalıdırlar ki, dünyada baş verən dəyişiklikləri, yenilikləri bilsinlər. 
Dizaynerlər cəmiyyətin zövqünü tamamlamalıdırlar, müştərinin dilini bilməli, öz fikirlərini 
onlara qəbul etdirməyi bacarmalıdırlar. Bütün bu cəhətləri nəzərə alsaq, belə bir fikir ortaya 
çıxır: Dizaynerlik göründüyü kimi də asan sənət deyilmi? – Əlbəttə yox.  
Mövzunun aktuallığı da məhz bütün bu çətin və asan cəhətləri elmi şəkildə oxucuya, 
gələcək dizaynerlərə çatdırmaqdır. Biz elmi işimizi rus dilində yazılmış kitablara əsaslanaraq 
işləsək də, məhz öz ölkəmizin tələbatlarına qaynaqlanaraq təqdim edəcəyik.  
Dizayn sənətinin nəzəri tərəfləri onun texniki estetikasından çox asılıdır. Dizayn sözü 
“düşünülmüş dizayn” termininin professional təqdimidir.  
   
Ədəbiyyat: 
 
1.  Иконников А.В. Зарубежная архитектура. М., 1982; 
2.  Андреа Палладио. Четыре книги об архитектуре.изд. Архитектура-С, 2006; 
3.  Рябушин  А.В.,  Шукурова  А.  Н..  Творческие  противоречия  в  новейшей 
архитектуре.изд. М., 2003; 
 
 

 
74
Məsmə Əmrayeva  
ADMİU- magistrant 
 
MÜASİR AZƏRBAYCAN KİNOSUNDA SSENARİ PROBLEMİ 
 
Azərbaycan kino sənəti çox böyük yol keçib və müəyyən uğurlara da nail olub. Uzun illər 
bir-birindən maraqlı filmlərlə tamaşaçı qarşısına çıxan milli kinomuz özünün inkişaf, tərəqqi 
dövrünü də yaşayıb, tənəzzül dövrünü də. Bir vaxtlar Azərbaycanın kino sahəsində ciddi 
qayğılar vardı, ölkədə uzun illər kino sənayesi inkişafdan qalıb. Ancaq son on ildə kinonun 
inkişafı ilə bağlı əməli tədbirlər görülür. 
Azərbaycan milli kino sənətinin inkişaf tendensiyasını ümumi hədəf kimi götürsək, 
ssenarinin rolunun əhəmiyyətini daha dəqiq və aydın bir şəkildə görə bilərik. Ssenari yaradıcılığı 
kinomuzun milli düşüncənin formalaşması, ortaq dəyərlərimizin qorunması baxımından çox 
böyük  əhəmiyyətə malikdir. Ssenari yaradıcılığı  və ekran dramaturgiyası ümumilikdə 
kinoşünaslığın  ən ayrılmaz bir hissəsidir. Sovet İttifaqı dövründə  çəkilmiş filmlərin ideya və 
strukturu, xarakterlərin təcəssümü və eyni zamanda  mövzunun sosialist ideologoyasının  əsas 
arxetipi olması bu sahədə həmişə bir rəngli inkişafın şahidi olmağımıza səbəb olmuşdur. 
          1991-ci  ildə Azərbaycanın müstəqillik  əldə etməsi, cəmiyyət qarşında keyfiyyətcə yeni 
məqsəd və  vəzifələr qoymuşdur. Azərbaycanda milli ideologiyanın və  cəmiyyətin yeni inkişaf 
modellərinin qurulması  və digər bu kimi sosial problemlər humanitar elmlərin öncül tədqiqat 
istiqamətlərinə çevrilmişdir. 1990-cı ildən sonra Azərbaycan kinosunda (1990-2000) çəkilən 
filmlərin sayı əvvəlki illərə nisbətən az olmuşdur. Bununla belə, Azərbaycan kinematoqrafçıları 
böyük  əhəmiyyətli, həyati mövzulara müraciət edərək, estetik tələblərə cavab verə biləcək 
filmlər çəkmişlər ("Yarasa" (rejissor A.Salayev), "Özgə vaxtı" (rejissor H.Mehdiyev), Vaqif 
Mustafayevin filmləri). Azərbaycan kinosunun başlıca mövzularından biri Qarabağla bağlıdır. 
Müstəqillik illərində çəkilən “Fəryad”, “Ağ atlı oğlan”, “Ümid”, “Arxada qalmış gələcək”, “Biz 
qayıdacağıq”, “Xoca”, “Dolu” və “Qanlı Yanvar”  filmləri bu mövzudadır. Eyni zamanda Xocalı 
faciəsinin millətimizdə yaratdığı psixoloji, əxlaqi və  mənəvi təsiri kino sənətində özünü daha 
geniş  şəkildə göstərməkdədir. Xüsusilə  də bu istiqamətdə  çəkilmiş filmlər məhz bu tədqiqatın 
əsas tezisinin irəli sürdüyü müddəaları daha da konseptual bir şəkildə dəstəkləyir. 
1991-ci ildən etibarən dövlətin vahid kino sistemi dağılmağa başlamış  və Azərbaycan 
kinematoqrafiyası bir sıra çətinliklərlə qarşılaşmışdır. Keçid mərhələsindəki ciddi problemlərə 
baxmayaraq, müstəqillik dövründə Azərbaycan kinosu öz yaradıcılıq potensialı sayəsində  qısa 
vaxt ərzində müəyyən durğunluğu aradan qaldırmışdır. Bununla yanaşı, milli kino ənənələrinin 
qorunması  və Azərbaycan kinosunun dünya kinematoqrafiyasının tərkib hissəsi olaraq yeni 
şəraitdə  fəaliyyət göstərə bilməsi üçün bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə 
zərurət yaranmışdır. 
XXI  əsrin gəlişi Azərbaycan kinosunda daha çox müstəqil studiyaların sayının 
nəzərəçarpacaq dərəcədə azalması, özəl vəsaitin kinodan uzaqlaşması ilə yadda qalır. Belə ki 
2000-ci illərdə dövlət, tədricən kinematoqrafiya üçün dominant maliyyə mənbəyinə çevrilmiş və 
istehsalatı öz nəzarətinə götürmüşdür. Bu illər həm də milli kinoya təzə  nəslin gəlişi 
xarakterikdir. Dünya kinosunda gedən prosesləri yaxından izləyən bu nəsil, həm vizual, həm də 
dramaturji baxımdan ölkə  sərhədlərindən kənara çıxa biləcək filmlər yaratmağa çalışırlar. Son 
bir neçə ildə  çəkilən filmlərdən Asif Rüstəmovun “Ev”, Əli  İsa Cabbarovun “Düyün” 
qısametrajlı, Elçin Musaoğlunun “40-cı qapı”, Şamil Nəcəfzadənin “Qala”, Çingiz Rəsulzadənin 
“Kuklalar” tammetrajlı bədii filmləri Rotterdam, Monreal, Təbriz benyəlxalq kinofestivallarında 
nümayiş olunmuşdur. 
 

 
75
Elnurə Kazımova 
ADMİU- magistrant 
 
AZƏRBAYCAN TELEMƏKANINDA SƏNƏDLİ  
FİLMLƏRİN STRUKTUR PROBLEMLƏRİ 
 
Sənədli televiziya filmlərinin rolunu araşdıran bu tədqiqat  işinin obyekti sənədli filmlərin 
yaranması ilə təşəkkül tapan, zaman-zaman inkişaf edən, formalaşan, televiziyanın yaranması ilə 
öz nüfuz dairəsini  əhəmiyyətli dərəcədə genişləndirən və onun nəzəri problemləridir. 
Dissertasiyanın predmeti isə televiziyanın film ustaları  tərəfindən  ərsəyə  gətirilən sənədli 
telefilmlərdir. Müqayisəli təhlil  aparmaq üçün sənədli kinofilm nümunələri də nəzərdən keçirilib. 
        Yaşadığımız dünya haqqında  geniş  təsəvvürlər  əldə etmək üçün bizə insanların öz 
zamanlarında nə hiss etdiklərini və necə yaşadıqlarını anlamaq çox vacibdir. Dünyanın, tarixi 
keçmişimizin, dünənimizin dərk olunması, anlaşılması baxımında sənədli televiziya filmləri (sənədli 
kino filmlər də  həmçinin) çox qiymətli vasitələrdəndir. Bu baxımdan film ustalarının nəzəri 
prinsiplərə əməl etmələrində əlavə, daim obyektiv, qərərsiz mövqe tutmaları olduqca önəmlidir. 
          Artıq ilk yaranışından etibarən Azərbaycan sənədli filmlərində, əsl sənət əsərləri yaradan 
görkəmli rejissorların sənət sahələrindən birinə çevrilməyə başlayır.  
         «Azərbaycan  teleməkanında sənədli filmlərdə struktur  problemləri»   adlı   bir   mövzuya   
müraciət   etməyimizin   başlıca    məqsədi Azərbaycan teleməkanında olan sənədli filmlərdə 
strukturun tərkib hissələri olan, ideya və  təklif olunan vəziyyət,  əməli fəaliyyət prensipi, tipaj, 
personaj, obraz, xarakter, sujet, fabola, montaj, ritm, rakurs, arxtektonika, audivizuallıq prensipi 
və  sənədli filmlərdə yaranan yeni tendensiyaları araşdırmaq və kinoşünaslıq və rejissorluq 
elminin gündəminə gətirməkdir.  
         Tədqiqat      işinin      elmi      yeniliyini  aydınlaşdırmaq üçün öncə Azərbaycan sənədli filmlərin 
tarixinə, nəzər salmaq lazımdır. Bunun üçün biz Aztv-nin arxivində, C.Cabbarlı adına kinostudiyanın 
və film fondun arxivində, Azərbaycan dövlət arxivində, M.F.Axundov adna kitabxanada, S. Mümtaz 
adına ədəbiyyat arxivində muntəzəm olaraq elmi araşdırmalar  və tədqiqatlar aparırıq. 
Mövzu ilə bağlı çoxlu sayda qəzet-jurnal və arxiv materiallarına rast gəlinməsinə  
baxmayaraq,  irihəcmli monoqrafiyaya, tədqiqat işinə təsadüf etmirik.  Bu baxımdan  düşünürəm 
ki, təqdim olunan tədqiqat işi kinoşünaslıq və rejissorluq  elmi   üçün tam yeni və orijinal bir 
elmi problemi ortaya qoyur. 
Artıq ilk yaranışından etibarən Azərbaycan sənədli filmlərində,  əsl sənət  əsərləri yaradan 
görkəmli rejissorların sənət sahələrindən birinə çevrilməyə başlayır. Adları sadalamaqla bitməyən  bu 
rejissorlar müasir dövr rejissorlar üçün sözün əsl mənasında məktəb qoyub getmişlər. 
          Onlardan bir çoxu canlı tarix kimi hazırkı dövrdə də yaradıcı fəaliyyətlərini davam etdirir,  
universitetdə pedaqoji fəaliyyətlə  də  məşğul olurlar. Sadalanan bu fakt mövzunun aktuallığını 
şərtləndirir. 
         Tədqiqatçıların, eləcə  də tanınan film ustalarının internet ünvanlarında, qəzet 
materiallarında  əks olunan fikirləri də bu işində müraciət olunan mövzunun aktuallığını 
əsaslandırmağımıza imkan verir. Bu fikirlərə görə,  ildən ilə  sənədli kino azalır, televiziya 
sənədli kinosu isə çoxalmağa doğru gedir». Telefilmlərin xeyrinə olan bu fərqin səbəbi kimi 
daha çox «sənədli kinonun hazırlanmasının çətin olmasından başqa, onu qəbul etməyin də çətin 
olması» göstərilir. Sənədli kinonun kəmiyyət baxımında telefilmlərdən geridə qalmasının 
səbəbləri ilə bağlı mütəxəssis mülahizələri bir-birindən fərqlənir və mühakimələrin, 
mübahisələrin kökündə danılmaz bir fakt dayanır: sənədli kino filmləri məkanını zaman-zaman 
sənədli telefilmlərə «güzəştə» gedib və ilbəil bu proses daha da sürətlənir. 
Azərbaycan televiziyasının ilk sənədli filmi - «Səməd Vurğun» 1958-ci ildə  çəkilib. O 
zamandan indiyə qədər Azərbaycan televiziya məkanına yüzlərlə      sənədli film daxil olub. Bu 
filmlər sırasında dövrün ideologiyasına xidmət edən ekran əsərlərinin sayı kifayət qədər çoxluq 
təşkil edib, tamaşaçı marağına cavab verən, insanların sosial, mədəni problemlərinə  işıq salan, 
saf, mənəvi dəyərləri təbliğ edən, lazımlı bilgilər verən telefilmlərin sayı isə  daim            azlıqda 

 
76
qalıb. Azərbaycanda sənədli telefilm yaradıcılığındakı mövcud keyfiyyət    geriliyinin 
səbəblərinin incələnib araşdırılmasına, mükəmməl ekran əsərlərinin meydana çıxmasına nələrin 
əngəl olduğunun müəyyənləşdirilməsinə ehtiyac duyulur.  
Tədqiqatın obyekti  ilk sənədli filmlərin yarandığı gündən bəri ,  müssir dövrə qədər olan 
filmləri və Azərbaycanda rejissorluq sənətidir. Fikrimcə, sənədli televiziya filmlərinin 
özünəməxsusluğunu dolğun  şəkildə ifadə etmək üçün sənədli kadrların xüsusiyyətlərini də 
nəzərdən keçirməyimiz zəruridir.  
             Sənədli kadr bizim tərəfdən yalnız filmin publisistik və  bədii fikir elementi kimi yox, 
həm də nə müəllifdən, nə də filmdən asılı olmayan reallığın izi kimi   qəbul olunur.  
Audiovizual informasiya vasitələrinin işinin  ən vacib modelləşdirmə prinsipi kimi tamaşaçının 
həyat dünyasının konstitutiv tipoloji xüsusiyyətlərinə böyük diqqətin qəbul edilməsidir. Hazırda 
bu tələbin həyata keçirilməsi üçün qaydalarıformalaşdırmaq mümkün olmasa da, əminliklə 
demək olar ki, filmin işinin effektivliyi ilk növbədə onun təqdim etdiyi həyat dünyası ilə 
tamaşaçının həyat dünyasını nə dərəcədə yaxın olması ilə müəyyənləşdiriləcək. 
          Sənədli film tam mənada dünyanın konseptual əksi, müəllifin sənədlər əsasında, sənədlər 
vasitəsilə düşüncələridir. Sənədli filmin mühüm xüsusiyyəti onunla bağlıdır ki, onun  kadrı – 
həqiqətin bilavasitə təsbit edilməsinin nəticəsidir. O, real həyat hadisəsini bizə yaxınlaşdırır və 
qiymətləndirmək üçün təklif  edilən həqiqətin özünə bənzyir. Sənədli film özünə sadiq qalaraq 
real hadisənin yeganə mövcud olan obyektiv variantını yaradır. Onun əsas estetik əlaməti məhz 
bundan ibarətdir. 
Mövzu  ideyaya nisbətən daha genişdir. Məsələn bir mövzuya müxtəlif   verilişlər hazırlana 
bilər. İdeya isə hər kəsin fərdi məhsuludur. Ssenarinin əsas fikri, konsepsiyası və müəllif yozumu 
ideyanı müəyyənləşdirərək dramaturji strukturu formalaşdırır. Tamaşaçı üçün maraqlı ekran 
əsəri yaratmaq üçün ekran əsərinin kompozisiya quruluşunun sirlərinə yiyələnmək vacibdir. 
Təbii ki, kompozisiya ssenarinin ideya-estetik məqsədini müəyyən edir. O, ayrı-ayrı hissələri, 
detalları bir-birinə bağlayır, onları bütöv bir vəhdət halına gətirir. Məhz onun sayəsində müəllif 
elementlər arasında harmoniya yarada bilir.  
Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin