MƏDƏNİYYƏT: problemlər və perspektiVLƏR



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə12/20
tarix29.01.2020
ölçüsü1,5 Mb.
#30337
1   ...   8   9   10   11   12   13   14   15   ...   20
konf2


 
Pərviz  Fərhadov 
ADMİU- magistrant 
 
 
HACI  XANMƏMMƏDOV  YARADICILIĞININ MİLLİ  ÜSLUB XÜSUSİYYƏTLƏRİ 
 
 Azərbaycan Respublikasının Xalq artisti, professor Hacı Xanməmmədovun yaradıcılığı 
Azərbaycan musiqi mədəniyyəti tarixində bir hadisədir. Bəstəkarın yaradıcılığı bir sıra elmi 
əsərlərin tədqiqat obyekti olmuşdur. Lakin onun təkrarsız, özünəməxsus musiqi dilinin milli 
qaynaqları xüsusi olaraq araşdırılmamışdır .  
Hacı Xanməmmədovun musiqi dilinin formalaşmasında klassik ənənələrin, XX əsr musiqisinin 
və  əlbəttə ki, şifahi  ənənəli Azərbaycan musiqisinin rolu olduqca böyük idi. Bütün bunları öz 
yaradıcılıq süzgəcindən keçirm Hacı Xanməmmədov milli musiqi üslubunu həm obrazların bədii 
məzmunu baxımından zənginləşdirmiş, həm də musiqi dili və ilk əvvəl melodika kimi mürəkkəb 
və müstəqil sahəyə yenilik gətirmişdir. Hacı Xanməmmədovun yaradıcılığı üçün milli məqam və 
ritmintonasiya modellərinin özünəməxsus  şəkildə  təfsiri xasdır. Onun musiqisi parlaq milli 
semantikası ilə seçilir. Bəstəkarın təkrarsız yaradıcılıq üslubu ənənəvi Azərbaycan musiqisində 
əsrlərdən bəri formalaşmış janr tipogiyası, sabitləşmiş melodik-intonasiya formullar, 
ritmintonasiya kompleksləri sintez şəklində təmsil olunmuşdur. 
Hacı Xanməmmədovun melodikasında milli üslub elementlərinin təzahür formalarının 
qaynaqları haqqında danışarkən mütləq Ü. Hacıbəylinin yaradıcılığı qeyd olunmalıdır. Məlum 
olduğu kimi, milli musiqi təfəkkürünün səciyyəvi xüsusiyyətləri ilk dəfə yüksək bədii səviyyədə 
məhz Ü. Hacıbəylinin əsərlərində təzahür etmişdir. Səciyyəvidir ki, Hacı Xanməmmədovun öz 
əsərlərində xalq musiqisinin qanunauyğunluqları ilə yanaşı, həmçinin Ü. Hacıbəylinin 
özünəməxsus üslubunun fərdi ünsürlərinə də arxalanırdı. 
 

 
83
        
Musiqi folklorunu, aşıq və muğam sənətini dərindən mənimsəyən  Hacı Xanməmmədov 
artıq özünün ilk əsərlərində xalq musiqisinin səciyyəvi məqam və ritmin tona.  
 
 
Lamiyə Səlimova  
ADMİU- magistrant 
 
AZƏRBAYCANDA ESTRADA TEATRININ İNKİŞAF TƏMAYÜLLƏRİ (1990-2013) 
 
 
Biz estrada sənətinin janr köklərini araşdırarkən musiqi, rəqs, nağıl, dastan, rəvayət, şeir, 
qəzəl, meyxana, pantomima, kəndirbazlıq, gözbağlayıca, dərvişlik, təlxəklik və s. ifaçılıq 
üslublarında görürük. Adlarını  çəkdiyimiz bu estrada nömrələrində el şənlikləri, kütləvi 
mərəkələr yaranmış və yüz illər boyu bu forma, üslub yaşayıb inkişaf etmişdir. Biz burada misal 
olaraq Qaravəlli tamaşalarını göstərə bilərik. Bu tamaşanın iştirakçıları müasir estrada sənətinin 
müxtəlif janr növlərinin nümayəndələri idi.  
Estrada janrının yaranma tarixini təlxəklərə daha çox bağlayırlar. Çünki, təlxəklər də öz 
dövrlərində şahların, qulların qarşısında çıxış edərək, dövrün bütün eybəcərliklərini tamaşaçılara 
təqdim edir, onları zahirən güldürsələr də, daxilən düşünməyə vadar edirdilər.  
Estrada janrı özündə istər təlxəkliyi, istər sehrbazlığı, müğənniliyi, siyasətçini, həkimi, 
müəllimi, fəhləni, körpə və yaşlını təlqin edir. Estrada aktyoru bütün peşələrdən xəbərdar olmalı, 
öz oyununda hər  şeyi dəqiqliklə icra etməlidir. Bu aktyorlar lazım gələrsə  rəqqas, musiqiçi, 
molla, süpürgəçi, barmen də olmalıdırlar və  hər obraza bir şirinlik, duzluluq qatmağı lazımi 
şəkildə bacarmalıdırlar.  
Azərbaycanda bu sənətin inkişafı son əsrə daha çox təsadüf edir. Son dövrlərdə bu sənətə 
böyük maraq və diqqət var. 
Estrada janrı tamaşaçılara zövq verir, tamaşaçı bu janrda olan konsertləri, tamaşaları 
səbirsizliklə gözləyir. Çünki, bu tamaşalarda həm gülüş və kədər, həm də rəqs, musiqi, parodiya 
və digər nüanslar var. Bu da tamaşaçının ləzzətlə izləyib dincələcəyi bir tamaşadır.  
Estrada sənətinin səyyar dəstəsi kimi qaravəlli oyunlarını  şamil etmək olar. Qaravəlli 
ifaçıları  kəndbəkənd,  şəhərbəşəhər gəzərək kəvsəc (qışa hazırlıq), mehrican (məhsul yığımı) 
bayramlarında iştirak edirdilər.  Ələsgər Nağıyev bu barədə yazır: “İctimai-əxlaqi qüsurları 
qamçılayan meydan teatrının ifaçıları bəzi vaxtlarda günün vacib məsələlərinə də toxunurdular. 
Şəhər və kəndləri gəzib məclislər quran, tamaşa göstərən Qaravəlli xalq teatrının dəstəsinə daxil 
olan personajlar bunlar idi: kəndirbaz, gözbağlayıca, aşıq, sazəndə, xanəndə, təlxək və 
başqaları”. 
Mahmud Allahverdiyev isə yazır: “Qaravəlli” tamaşalarında göz bağlayıcılar, akrobatlar 
fəal iştirak etmiş, rəqqas və  rəqqasələr rəqs etmiş, eyni zamanda buraya çoxcəhətli,  şən 
məzhəkələr (farslar), lətifələr onun tərkibinə daxil olmuşdur. “Qaravəlli” tamaşalarını zurnaçı və 
aşıq dəstələri müşayiət edir və  bəzən tamaşadan  əvvəl akrobatlar və hoqqabazların məzəli 
oyunları göstərilir, rəqs, lirik şeir, gözbağlayıca səhnələri də özünə mühüm yer tuturdu”. 
 
Ədəbiyyat: 
 
1.  Allahverdiyev M.Q. Azərbaycan xalq teatr tarixi. Bakı: Maarif, 1978, 235 s.; 
2.  Cəfərov C.H. Azərbaycan teatrı. Bakı: Azərnəşr, 1974, 315 s.; 
3.  Əlizadə M.Ə. “Teatr: Seyr və sehr...” Bakı: Elm, 1998, 251 s.; 
4.  Əlilicanzadə Q. Milli estrada sənətinin təşəkkülü tarixindən (Qədim və erkən orta əsrlər). 
Bakı: Təknur, 2012, 190 s.; 
5.  Rəhimli İ.Ə. Xalq oyun tamaşaları. Bakı: Qapp-Poliqraf, 2002, 240 s. 
 

 
84
Sevinc Qarayeva  
ADMİU- magistrant 
 
AFAQ MƏSUDUN “O MƏNİ SEVİR” PYESİNİN TƏHLİLİ 
 
Teatr prosesinin bir parçası olan hər hansı bir teatr tamaşası  və yaxud bu tamaşanın 
ədəbi əsası funksiyasını yerinə yetirən pyes yalnız sənət əsəri deyil, həm də çağdaş gerçəkliyin 
bir parçasıdır.  Əgər dramaturgiya dəyişən gerçəkliklə ayqlaşmayıb, onun nəbzini tuta bilməsə, 
çağdaş problemlərə  səhnə obrazları vasitəsi ilə reaksiya verməyi bacarmasa, dövrün, zamanın 
ruhunu əks etdirə bilməsə, müasirlərinin ideal və arzularını, yaşantılarını, iztirablarını cəlbedici 
formada səhnəyə  gətirməkdən ötrü yollar tapmasa, aktuallığını itirər, öz yaşam hüququndan 
məhrum olar. 
Afaq Məsudun pyesləri  əsasında hazırlanan tamaşalar milli teatrımızın həyatında adi 
tamaşalar deyil. Onların hər biri yeni sənət qələbəsindən, yeni istedadların kəşfindən, yeni 
rejissor yozumundan, kamil aktyor ifasından, ümumiyyətlə, milli teatr sənətimizin yeni-yeni 
nailiyyətlərindən xəbər verir. Afaq Məsudun pyesləri  əsasında hazırlanmış tamaşalar milli 
teatrda aktyor yaradıcılığında yeni üslubun təməlini qoymaqla, yeni nəsil aktyorların 
formalaşmasına zəmin yaratdı.  
 Afaq 
Məsud Azərbaycan səhnəsinə canlı obraz, səmimi insan nəfəsi, bəşəri probemlərə 
insani münasibətlər prizmasından baxmaq, həzin, kövrək, lirik, dramatik dil, zamanın nəbzini 
tutan tempo-ritm və əsrin dramatik, konfliktli, təzadlı dinamikasını gətirdi.  
 
Afaq Məsud insan psixologiyasını incəliklə araşdıraraq tamamilə yeni keyfiyyətli 
obrazların formalaşması üçün səhnə priyomlarından ustalıqla istifadə edir. Çünki o, 
dramaturgiyanı  dərindən bilir. Onun pyeslərində psixologizm olduqca çoxdur. Dramaturji 
metoda, teatr sənətinin sirlərinə  dərindən bələddir. Ona görə  də  hər dəfə tamaşaya qoyulmaq 
üçün teatra təqdim etdiyi əsərin istər mövzusu, istərsə  də süjeti orijinal olur, bir-birini təkrar 
etmir.  
Afaq Məsudun “Can üstə”  əsərində olduğu kimi, “O məni sevir” pyesində  də söhbət 
ölümdən gedir. Amma burda məkan sırf virtual qata – insanın daxilinə köçürülür və ölümə 
kənardan yox, içəridən baxılır, ruh quşunun bədən qalasını tərk etməsi prosesinin birbaşa daxili 
mexanizmi açılır. “O məni sevir” bədən kultundan qurtulub özünü ruh kimi dərk etməyə 
başlayan bir qadının daxili əzabları haqqında ağrılı hekayətdir.  
Pyesdə cəmi üç obraz var: kişiyə olan sevgini ilahi eşqə, kəsrət aləmini vəhdətə dəyişən 
Ayom qadının ruhunu, dünyəvi istəklərə meylli Ayna isə  bədənini təmsil edir. Bu ikisinin 
arasında qalan və  bədənə – Aynaya meylli Abd kişi başlanğıcının rəmzidir. Pyesin konflikti 
Ayom-Ayna – ruh-bədən çəkişməsi üstündə qurulub. Olaylar Ayna və Abdın birləşib Ayomu 
öldürməsiylə nəticələnir. Lakin ruhun bu məğlubiyyəti – ölüm Afaq Məsudun təfsirində illüzyor 
dünyanın mənəvi diskomfortundan xilasın yeganə yolu və demək həm də  qələbədir. Digər 
tərəfdən, Ayna-Abd tandemi Ayomu öldürməklə öz ölümlərinə  də qol çəkir və final, əslində, 
heç-heçə qurtarır. Pyesin doğurduğu  ən ümumi qənaətlər çoxqatlı  və iç-içədir: ruhumuzu 
öldürməklə biz özümüzü də qətl edirik; bu yalan dünyada nə məğlubiyyət var, nə qələbə, onun 
yeganə  həqiqəti isə ölümdür. Beləliklə, A.Məsud çağdaşlarından fərqli olaraq, öz həqiqətini 
mistikada tapır. Rejissor Vaqif İbrahimoğlunun “O məni sevir” pyesi əsasında quruluş verdiyi 
eyniadlı tamaşa tamaşa «Yuğ» Teatrının sayca 66-cı tamaşası olaraq teatrın yeni yaradıcı 
istiqamətlərinin təzahürü kimi dəyərləndirilə bilər. Sözügedən istiqamət yeni teatr düşüncəsi
psixosof poetikasının təməli kateqoriyalarının səhnə ekvivalentlərinin realizəsi ilə 
müəyyənləşdirlir.Bir dramaturq kimi Afaq Məsud «Yuğ» Teatrının yaradıcı inkişafında yaxından 
iştirak etməsinə görə «Teatrın müəllifi» sayılmaqdadır. Onun «Can üstə» pyesinin «Yuğ»da 
səhnələnməsi əməkdaşlığın ilk uğurlu örnəyi olub. Afaq Məsudun «O məni sevir» pyesini çağdaş 
ədəbiyyatımızın uğurlu nümunələrindən biri kmi dəyərləndirmək olar. Sakral mətləbləri, 
sosiopsixoloji düyünləri və arxetipik mənaları özündə ehtiva edən pyes insanın mənəvi 
təkmilləşmə probleminə tamamilə orijinal bir mövqedən yanaşmış, ruhsal, mənəviyyatımızdan 

 
85
ötrü sivri məsələləri yeni sənət düşüncəsi zəminində işıqlandırmışdır. Tamaşada Ayom obrazını 
teatrın əməkdar artisti Sonaxanım Mikayılova, Aynanı Təranə Ocaqverdiyeva, Abd obrazını isə 
Vaqif  İbrahimoğlu özü ifa edirdi. Vaqif İbrahimoğlu rejissor kimi tamaşada insan və zaman 
fəlsəfi probleminin mənəvi (ruhsal) aspektinin önə çıxarılmasını nəzərdə tuturdu.   
 
Emil Mirzəyev  
ADMİU- magistrant 
 
SEVDA İBRAHİMOVANIN FORTEPİANO ƏSƏRLƏRİNİN TƏHLİLİ 
 
 
 Fortepiano musiqisi sahəsində S.İbrahimova kiçik həcmli əsərlərdən tutmuş konsertə qədər 
müxtəlif səpkili əsərlər yaratmışdır. Bəstəkarın fortepiano üzrə bəstələrinin siyahısına kiçik həcmli 
əsərlər – “Prelüdlər”, “Etüdlər”, “Uşaq lövhələri”, “Pyeslər”, “Əhval-ruhiyyələr”, “Azərbaycan 
təranələri”, “Məhəbbət işığı” silsilələri daxildir. Adlarını sadaladığımız fortepiano üçün pyeslər 
məcmuələri ilk növbədə kiçik yaşlı uşaqlar və məktəblilər üçün nəzərdə tutulmuşdur. Bu əsərlər 
gənc və peşəkar pianoçuların tədris proqramlarında, konsert repertuarlarında mühüm yer 
tutur.S.İbrahimovanın yazdığı bu pyeslər  şagirdləri milli lad-intonasiyanı daha diqqətlə  və 
dərindən qavramağa cəlb edir. Bu pyeslərdə  gənc pianoçuların elementar ifaçılıq qabiliyyətinin 
formalaşması  məhz milli musiqi intonasiyaları  əsasında aparılır. Qeyd etmək lazımdır ki, 
Azərbaycan bəstəkarlarının yaradıcılığında xalq musiqisindən istifadə yolları  hələ dahi bəstəkar 
Üzeyir Hacıbəyli tərəfindən qoyulmuş  və onun ənənələrini davam etdirən bəstəkarlar tərəfindən 
davam etdirilmişdir. Bu keyfiyyətləri S.İbrahimovanın yaradıcılığında və bilavasitə fortepiano 
əsərlərinin timsalında da izləyə bilərik. S.İbrahimovanın həm müstəqil, həm də müxtəlif 
silsilələrdə  cəmlənmiş fortepiano pyeslərini araşdırarkən, onları iki yerə bölmək olar: birincisi, 
xalq mahnı  və  təsnif melodiyalarının işləmələrindən ibarət pyeslər (“Azərbaycan təranələri” 
məcmuəsi və ayrı-ayrı xalq mahnı  işləmələri), ikincisi, milli musiqi intonasiyaları  və ladlar 
əsasında yazılmış orijinal pyeslər (“Uşaq lövhələri”, “Muğam sədaları”, “Əhval-ruhiyyələr” 
silsilələri və s.). S.İbrahimovanın fortepiano yaradıcılığında mövzu baxımından şifahi ənənəli milli 
musiqi irsi  ilə  dərindən bağlı olan “Azərbaycan təranələri” silsiləsi diqqəti cəlb edir. Bu silsilə 
xalq mahnı və təsniflərinin mövzuları əsasında fortepiano üçün 15 pyesdən ibarətdir.Bəstəkar üçün 
yaradıcılıq laboratoriyası olan bu fortepiano pyesləri onun musiqi üslubunun əsas xüsusiyyətini
xalq musiqi irsinə dərin tellərlə bağlılığını üzə çıxarır.   
      “Azərbaycan təranələri” məcmuəsinə daxil olan 15 pyesin hər biri müəyyən bir xalq 
mahnısının və ya təsnifin melodiyası əsasında yaradılmışdır. Həmin mahnının adı pyesin adında öz 
əksini tapır. Bu kimi pyeslərdə xalq mahnısının və ya təsnifin melodiyası bütövlükdə saxlanılır. 
Eyni zamanda, Xüsusi pedaqoji hazırlıq kursu üzrə Müntəxəbatın VI bölməsində verilmiş ayrı-ayrı 
xalq mahnı  və  təsnif melodiyalarının fortepiano üçün solo və ansambl şəklində  işləmələri də bu 
qəbildəndir. S.İbrahimovanın lirik xalq mahnılarının və  təsniflərin işləmələri  əsasında yaratdığı 
pyeslərin xarakteri, musiqi dilinin xüsusiyyətləri öz ilkin mənbəsinə çox yaxındır. Azərbaycan lirik 
xalq mahnıları öz məzmununa görə  rəngarəng, poetik və gözəldir. Tərənnümün  əsas obyektləri 
olan insan və  təbiət bu mahnılarda eyni poetik vüsətlə  vəsf olunur. Bunlarda insani hisslərin 
çoxobrazlı çalarları təbiət obrazları ilə sıx əlaqədə açılır. Lirik mahnıların böyük qismini məhəbbət 
və ailə  həyatı mövzuları  təşkil edir. Bu mahnıların  əsas qəhrəmanları  gənc qız və  oğlandır. 
Məhəbbət mövzusunda olan mahnıların  əsas məzmununu sevənlərin hiss və duyğuları, cəfa və 
iztirabları təşkil edir. Məlumdur ki, lirik xalq mahnıları və təsniflər bədii məzmun və musiqi ifadə 
vasitələrinə görə yaxınlıq təşkil edir. Bu səbəbdən onların geniş inkişafa malik melodikası, 
ritmikası, lad əsası və forması rəngarəng və zəngindir. Lirik mahnılarda və təsniflərdə adətən, aşiq-
məşuqun məhəbbət hissləri ilə yanaşı, lirik əhval-ruhiyyə yaradan romantik vasitələr – gözəlin 
zahiri görünüşü, təbiət vəsf olunur. Aylı gecə, çeşmə başı, ulduz, durna gözlü bulaq, qara gözlü 
ceyran, qızıl gül, ahu kimi gözlər, qara xal, qara tellər, qara zülflü kimi bədii təsvir və bədii ifadə 
vasitələrinin köməyi ilə lirizm və poetizm ön plana keçir.  

 
86
 
                                                             Aysel Şərifova 
ADMİU- magistrant 
 
AZƏRBAYCANDA XALÇA FABRİKLƏRİNİN SON 20  İLDƏ OLAN FƏALİYYƏTİ  
HAQQINDA MƏLUMAT 
 
 
Azərbaycanda xalçaçılıq sənəti çox qədim zamanlardan meydana gəlmişdir.Burada 
xammal bazasının olması  və  təbii  şərait xalçaçılığın inkişafı üçün əlverişli  şərait yaratmışdır. 
Azərbaycan Sosialist Respublikası zamanı xalçaçılıq sənayesinin inkişafına görə bütün ittifaqda 
ən öndəydi.Belə ki, respublikada bir neçə böyük,ittifaq miqyaslı xalçaçılıq fabrikləri fəaliyyət 
göstərirdi ki, bu fabriklərdə  təkcə 1986-cı ildə 4 milyon 287 min kv.metr xalça 
toxunmuşdur.Müqayisə üçün deyə bilərəm ki,bu gün Azərbaycanda çox az  xalçaçılıq sexi qalıb 
və  fəaliyyət göstərir.Hal-hazırda Azərbaycanda "AzərXalça" Elmi Yaradıcılıq  İstehsalat 
Birliyi,"Azər-İlmə MMC,"Şəki-İpək"Açıq Səhmdar Cəmiyyəti və s. Azərbaycan xalça sənət 
ənənələrini yaşadır,inkişaf etdirir və bütün dünyada satışı vasitəsi ilə təbliğinə çalışır.
 
         85-ilə yaxındır fəaliyyət göstərən "AzərXalça" EYİB  əllə toxunan xalça və xalça 
məmulatlarının istehsalı üzrə ixtisaslaşmışdır."AzərXalça"nın baş direktoru,bu müəssisəni bu 
günə kimi ayaqda saxlayan Əlisafa Nuriyevdir. “AzərXalça”nın  təkcə Bakıda 6 sexi var. 
Nardaran,Zabrat,Binə,Hökməli və Lökbatanda həmçinin Azərbaycanın səfalı guşələrində 
Qəbələ,Dəvəçi,Qazax,Quba,Yardımlı,İsmayıllının Lahıc kəndindəki sexlərində  də bir-birindən 
gözəl xalçalar toxunub ərsəyə  gətirilir. "AzərXalça" nın sex və emalatxanalarında toxunan 
xalçalarda ənənəvi naxış, göl və rənglərdən ustaların yaradıcı şəkildə etdiyi dəyişmələr klassik 
xalça kompozisiyalarının sayını artırıb zənginləşdirir.İçərişəhərdə ki,sexdə isə xüsusi ilə portret 
xalçalar sifarişlə toxunur.Portret təsvirli xalılar, adətən,sıx 70x70 sm toxunur. Bu da rəsmin 
dəqiq, real təsvirini təmin edir. “AzərXalça” ilə yanaşı müasir dövrdə xalçaçılığın ocağına 
çevrilmiş “Azər-İlmə” MMC-nin adını  çəkmək yerinə düşərdi.Əməkdar  İncəsənət 
xadimi,professor V.Muradovun qurucusu olduğu “Azər-İlmə” 1994-cü ildən  fəaliyyətə başlayıb 
və bu müəssisənin  məhsulları ABŞ, Almaniya, Avstriya, İngiltərə,  İtaliya, Yaponiya və 
Rusiyada keçirilən satış-sərgilərdə xüsusi mükafatlara layiq görülüb. Naxışların incəliyi və 
yüksək sıxlığı, tərtibatın orijinallığı ilə seçilən xalçaların istehsal prosesi bütün beynəlxalq 
standartlara cavab verir. İplər ancaq təbii boyalarla boyanır, eskizlər milli naxış və çeşnilərdən 
götürülür.“Azər-İlmə”nin nəzdində fəaliyyət göstərən “Xalçaçılıq Tədris Mərkəzi” nin məqsədi 
isə Azərbaycanda qədim ənənələrə malik xalçaçılıq sənətinin qorunub saxlanmasıdır. 
      Azərbaycanda xalçaçılığın inkişafı regionlardada davam etdirilir.Bunlardan biri də  Şəkidə 
fəaliyyət göstərən “Şəki-İpək” ASC dir.  1932-ci ildən  fəaliyyət göstərən müəssisədə 2002-ci 
ildən İpək xalça istehsalına başlanılıb və bu iş indidə davam edir.İstehsalatda qədim Azərbaycan 
çeşnilərindən,Quba,Şirvan,Qarabağ  məktəblərinin və s.xalçaların nümunələrindən istifadə 
olunur.Xalçanın toxunma sıxlığı 50-70 mm.dir.Lakin artıq  sexdə  həm də  yun  xalçaların 
toxunmasına başlanılıb. Sözsüz ki, bazarda ipək xalçalara da tələbat var, amma yun xalçalar azı 
10 dəfə ucuz olduğu üçün daha çox satılır. Bu nöqteyi-nəzərdən, “Şəki-İpək” ASC-nin xalça 
sexində istehsal, toxunacaq yun xalçaların hesabına yəqin ki dəfələrlə arta bilər. 
      Beləliklə sonda,xalça üzərində dünyaya gəlib onun üzərində iməkləməyə başlayan, sonda da 
xalça arasında bir dünyadan digərinə köçən xalqın həyatında bu sənət növünün bu cür geniş 
yayılması, inkişafı və hələdə unudulmaması təbii ki bir qanunauyğunluqdur. 
 
 

 
87
Anar Yusubov  
ADMİU- magistrant 
 
ZAKİR    BAĞIROVUN   KAMANÇA  VƏ  ORKESTR  ÜÇÜN  
KONSERTİNİN  ÜSLUB  XÜSUSİYYƏTLƏRİ 
 
 
Keçən əsrin əvvəllərindən yetişərək yol gələn böyük bir bəstəkar nəsli musiqi tariximizə 
misilsiz töhfələr bəxş edib. Belə görkəmli  şəxsiyyətlərdən biri də  bəstəkar, professor Zakir 
Bağırov olub.  
Bəstəkar musiqinin müxtəlif janrlarına müraciət etmişdir. Onun yaradıcılığına üç opera, o 
cümlədən "Aygün", "Qoca Xattabıç", iki musiqili komediya - "Qaynana", "Kəndimizin səsi", bir 
uşaq baleti, fortepiano ilə simfonik orkestr üçün, tar ilə simfonik orkestr üçün, kamança ilə simfonik 
orkestr üçün konsertlər, xalq çalğı alətləri orkestri üçün süitalar, kamera-instrumental əsərlər, mahnı 
və romanslar, bədii və sənədli filmlərə, dram tamaşalarına yazılmış musiqi xüsusi yer tutur. Zakir 
Bağırovun istedadı xüsusilə "Qaynana" musiqili komediyasında öz parlaq təcəssümünü tapmışdır.  
Zakir Bağırovun musiqi folklorumuzun toplanması və nota salınması sahəsində fəaliyyəti 
də çox önəmlidir. O, 1935-ci ildə ilk dəfə olaraq görkəmli bəstəkarımız Tofiq Quliyevlə birlikdə 
tarzən Mansur Mansurovun ifasında "Rast", "Digah" və "Segah-zabul" muğamlarını nota yazmış 
və çap etdirmişdir. 
Görkəmli bəstəkarın yaradıcılığında opera janrı da xüsusi yer tutub. Onun 1972-ci ildə 
Səməd Vurğunun eyni adlı  əsəri  əsasında yaratdığı "Aygün" operası musiqi mədəniyyətimizin 
gözəl nümunələrindən sayılır. Zakir Bağırov bir çox teatr tamaşalarına və kinofilmə musiqi 
yazmışdır. "Ağ  qızıl ustaları", "Aygün", "Bərəkətli torpaq", "Nizami", "Sədaqət yolu ilə", 
"Təbiətin dostları", "Quba bağlarında", "Bizim Azərbaycan" kimi bədii və  sənədli filmlərin 
musiqisi məhz Zakir Bağırova məxsusdur. 
Bəstəkarın "Kəndimizin mahnısı" musiqili komediyası da çox maraqlı mövzudan bəhs 
edir. Burada ictimai mühitdə baş verən eybəcərliklərin qarşıdurma səviyyəsinə gəldiyi, Qəfiyev 
və Brilyantovun kənddə diletant səviyyədə konsert təşkil etməsi və bununla bağlı komik 
epizodlar verilir. 
Zakir Bağırovun bəstələdiyi konsertlər içərisində onun kamança və simfonik orkestr üçün 
yazdığı konserti xüsusi yer tutur.  
 Bu 
əsər Azərbaycanda geniş yayılmışdır və 1970-80-ci illərdə yazılmasına baxmayaraq 
bu günkü günədək həvəslə ifa edilir, dinləyicilərin rəğbətini qazanır.  
 Ümumiyyətlə, XX əsrin 70-80-ci illərində Azərbaycan musiqi mədəniyyəti öz inkişafının 
yeni, daha coşğun mərhələsinə daxil olmuşdur. Bəstəkarın bu konserti Azərbaycanda kamança 
üçün konsertin professional bəstəkarlıq məktəbinin ilk nümunələrindəndir.  
 Geniş auditoriyanın rəğbətini qazanmış bu əsər 2000-ci ilin may ayında Türkiyənin 
Mimar Sinan Universiteti Dövlət Konservatoriyasının professoru Saim Akçılın dirijorluq 
müşayiəti, 22 ölkədən 40 musiqiçinin qatıldığı Karadeniz orkestrinin, o cümlədən Azərbaycanın 
tanınmış kamança ifaçısı, mərhum  Ədalət Vəzirovun solistliyi ilə ilk dəfə olaraq Diyarbakırda 
səsləndirilmişdir.  
 
Bəstəkar öz yaradıcılıq bacarığından konsert janrında məharətlə istifadə etmişdir. Belə ki, 
o yalnız kamança üçün deyil, həm də tar, klarnet və fortepiano ilə simfonik orkestr üçün 
konsertlər bəstələmişdir. Göründüyü kimi, bəstəkar yazdığı bu konsertlərdə simfonik konsert 
janrını müxtəlif orkestr və xalq musiqi alətlərinə yaxınlaşdırmış, onların çulğalaşdığı inteqrativ 
cəhətləri açıb göstərməyə çalışmışdır. Elə məhz bu cəhət bəstəkarın konsert yaradıcılığında əsas 
məqsəd kimi qarşıya qoyulmuş  və yüksək peşəkar bəstəkarlıq prinsipləri ilə  həll edilmişdir. 
Bəstəkarın kamança və simfonik orkestr üçün konsertində alətin səs imkanları müxtəlif üsullarla 
əks olunur. Alətə  məxsus olan ifaçılıq xüsusiyyətlərini bəstəkar yüksək səviyyədə  həll etməyə 
çalışmışdır. Konsertin ifaçılıq xüsusiyyətlərinin təhlilinə gəldikdə isə, onu qeyd etmək lazımdır 
ki, təhlil bəstəkarın faksimile variantlı əlyazmasına istinadən aparılmışdır.  

 
88
Rəşidə Məmmədova 
ADMİU- magistrant 
 
ESTRADA NÖMRƏLƏRİ 
 
 
Müasir Azərbaycan teatrında estrada nömrəsinin struktur özəlliklərinin üslub problemləri 
göz önündədir. Bu gün biz estada janrının əvvəlki dövrlərə nisbətən inkişafını hiss etsək də, bu 
elə də geniş təşəkkül tapmış janr deyil. Bildiyimiz kimi estrada janrı digər janrlardan tamamilə 
fərqli, seçilən növdür. Biz televiziyadan tanıdığımız KVN (“Bakılı oğlanlar”), “Bu şəhərdə” kimi 
aktyorların yaratdıqları qruplardan ibarət estrada aktyorlarının çıxışlarını daima izləyirik. Bu 
qruplar xalqın bir növ “güzgü”sü rolunu oynayaraq, parodiya vasitəsilə müxtəlif obrazlar 
yaradırlar. Burada bir rejissorun işiylə digərinin işi arasındakı fərq olduqca böyükdür. Estradanın 
imkanları olduqca geniş  və müxtəlifdir. Buna görə  də “estrada” deyəndə, hərə öz həvəs və 
marağına, zövqünə uyğun incəsənət növündən istifadə edir. Kimlərsə “estrada” səhnəsini bir 
müğənninin çıxışı, kimlərsə  rəqqasların, balet cütlüyünün, musiqi ansamblının, sirk 
nömrələrinin, klounların çıxış meydanı kimi qəbul edir. Ümumiyyətlə “estrada” – latın sözü 
olub, “strata” – hazırlanmış meydança deməkdir. Küçə  və meydanlarda kütlələr qarşısında öz 
istedad və bacarıqlarını nümayiş etdirməyə  can atanlar, onları seyr edən tamaşaçılardan 
seçilmək üçün özlərinə bir qədər hündürlüyü olan kiçik meydança – səhnə düzəltməyə başladılar. 
Bu da ona görə idi ki, tamaşaçılar, onları hər tərəfdən görmək imkanı əldə edə bilsinlər. Həmin 
bu hündür meydança da “estrada” adlanır.  
Tədqiqatın məqsədi estrada üslublarını araşdırmaq, estrada janrında çıxış edən aktyor və 
rejissor kollektivinin yaradıcılığını geniş elmi-nəzəri  şəkildə  vəziyyətini araşdırmaq, 
nəzəriyyəçilərin, magistrların, dissertanların ixtiyarına elmi şəkildə estrada nömrəsinin struktur 
özəlliklərinin bədii həllini verməkdir. 
Tədqiqat işinin  əsas vəzifələrindən biri odur ki, magistr estrada janrında tamaşalar 
hazırlayan rejissorların yaradıcılığını araşdıraraq, onların üslublarının tədqiqat obyektinə 
çevirsin, fərqli və oxşar cəhətləri müxtəlif aspektlərdən təhlil etsin. Elmi iş magistrın qarşısında 
böyük məqsədlər qoyub. Məqsəd estrada nömrəsinin struktur özəlliklərinin təhlil edilməsidir. 
Bizdə bildiyimiz kimi bu janr geniş təşəkkül tapmadığına görə bu janrın araşdırılması çətindir.  
Bu məqsəd biz bu janrda fəaliyyət göstərən, bu sənətə böyük töhfələr bəxş etmiş rejissor və 
aktyor kollektivinin yaradıcılığını elmi şəklə salaraq, nəzəri bir iş ortaya çıxartmaqdır.  
Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin