MƏDƏNİYYƏT: problemlər və perspektiVLƏR



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə15/20
tarix29.01.2020
ölçüsü1,5 Mb.
#30337
1   ...   12   13   14   15   16   17   18   19   20
konf2


Ləman Mirzəbəyova  
ADMİU- magistrant 
 
 
XALQ TAMAŞALARINDA SƏHNƏ REALİZMİ VƏ EKSSENTRİK OYUN ÜSULLARI 
 
Azərbaycan xalq dramları və tamaşaları insanlar arasında xeyir əməlləri təlqin edərək, 
insanları mənən gözəlləşdirməyə xidmət etmiş, insanları şən əhval ruhiyyəyə kökləmişdir. Bütün 
kütləvi tamaşalarda istifadə olunan güləş, cıdır oyunları insanlarda təkcə şən əhval yaratmamış, 
eyni zamanda onların fiziki vərdişlərini inkişaf etdirmiş. Gücün, qüvvətin qüdrətini açıb 
göstərmişdir.  
Realizm xalq yaradıcılığında çox qədim zamanlardan özünü göstərməyə başlamışdır. 
Çünki elə bir xalq yoxdur ki, onun incəsənəti,ədəbiyyatı, bədii təfəkkürü tamamilə realizmdən 
uzaq olsun. Bütün dövrlərdə hər bir xalqın mədəniyyəti bu və ya digər dərəcədə həyatdan, real 
varlıqdan qidalanmış və bəhrələnmişdir. Hətta mifoloji, mistik sujetlərdə belə real insan həyatı, 
insan təsəvvürlərinin real vəziyyəti təsvir olunmuş və real varlığı əks etdirməyə meyl olmuşdur. 
Realizm, təkcə, bədii təsvir vasitələri, obrazlar seçmək, kompozisiya yaratmaq, sujet qurmaq 
üsullarını deyil, həmçinin, yaradıcının dünyagörüşünü, ideallarını, həyata və varlığa 
münasibətinin də mahiyyətini əks etdirir. 
Azərbaycan xalq teatrı yarandığı gündən realist özəllik daşımış  və  əməkçi təbəqələrlə 
bağlı olmuşdur. Xalq teatrının repertuarını müəyyən etik məzmunlu kiçik tamaşalar (farslar) 
təşkil etmişdir.  Əsasən Azərbaycan məişət nağıllarında realistik özəllikləri görürük. Məişət 
nağılları daha çox inandırıcı, real hadisələrdən bəhs edir və ailə-məişətlə bağlı olur. Real 
qəhrəmanlarla bağlı olan məişət nağılları bu xüsusiyyətlərinə görə realist nağıl da adlanır. 
Qəhrəman şər qüvvələrlə mübarizədə sehrli qüvvələrin köməyilə deyil, öz diribaşlığı və bacarığı 
sayəsində qalib çıxır. "Daşdəmirin nağılı" realist nağıllardan hesab edilir, Burada Daşdəmirə 
sehrli qüvvələr deyil, müəllimi Mirzə Möhsün və padşah qızı Nardam xanım kömək edirlər. 
Onun silahı biliyidir. Ağıllı və qorxmaz Daşdəmir bağban oğlu olsa da, əsərin sonunda zülmkar 
adamlara qalib gəlir. Bu nağıllar təkcə uşaqlara deyil, böyüklərə də bir örnəkdir. “Əkəndə yox, 
biçəndə yox, yeyəndə ortaq qardaş”, “tənbəl qardaş” nağıllarında da realstik özəllikləri müşahidə 
edirik.  
Əsaslı olaraq deyə bilərik ki, tamaşada baş verən hadisələr səhnə realizmi ilə öz bədii  əksini 
tapmasa o tamaşa sevilməz, baxılmaz. Həyatilik səhnə üçün önəmli  şərtdir. Ekssentrila tamam 
ayrı bir qoldur. Və ekssentrik oyunlarda da səhnə realizmi olmalıdır. Realizmi qabartmaq üçün 
ekssentrik oyun üslubundan istifadə olunur. Ekssentrik oyun üslubunda obraz yerə  yıxıldıqdan 
sonra üç dəfə dövrə vurur.  Səhnə realizminə uyğun tamaşada isə bir dəfə şillə vurularsa sadəcə  
yerə yıxılar. Ekssentrik oyun üsullu oyunlar xalq  tamaşalarına rəng qatır.   Həmçinin bu üsulda 
yerində istifadə etmək lazımdır. Bu tip oyunlar komik obrazlar üzərindəqurulmalı, tamaşaçını 
güldürməyə   yönəlik olmalıdır. Eksentrik sözünün anlamı teatrda kəskin səs, zidd görüşlər, qeyri 
adi və çox gülməli üsullar əsasında olan səhnə plastikasıdır. Eksentrik tamaşada çox qəribə, 
qeyri-adi nömrələr, eksentrik kostyumlar,  eksentrik dekorasiya , eksentrik aktyor ifası, eksentrik 
rəqs müşahidə edə bilərik. Eksentrik aktyor ifasında çərçivə yoxdur, belə ifada biz həqiqətə 
uyğun olmayan səhnə  hərəkətləri ilə qarşılaşa bilərik. Ekssentrik aktyor səhnəyə ekssentrik 
girişlə gəlir.    Ekssentrik oyun üslubuna misal olaraq şəbih tamaşalarını göstərmək olar. Şəbih 
tamaşalarında məkan surətlə dəyşir, şəhərlər, çaylar şərti üsullarla tamaşaçılara təqdim olunurdu. 
Şəbihlərdə realizm,  xarakterlərin bədii ifadəsi qətiyyən nəzərə alınmırdı. Meydan aktyorları 
tamaşaçılarda eybəcər mənəviyyatlı insanlara qarşı  kin,  nifrət hissi oyatmaq üçün  onların zahiri 
görünüşlərini  ifrat dərəcədə dəyişdirdilər . Onları topal, boynu əyri, ayaqları qısa təsvir edrdilər. 

 
102
Geyimlərini  gülünc vəziyyətə salırdılar.  Demək olar ki, bu ekssentrik üslubun yaranması üçün 
müəyyən başlanğıc olmuşdur. Ekssentrik  üslubun  ilkin nümunələri  isə elə oyunlarla bərabər 
yaranıb.  Qədim insanlar təbii fəlakətlərdən, həyatda baş verən bədbəxtliklərin qarşışında aciz 
qaldıqda onlar əlacı sehr, əfsun, caduda görürdülər. Özlərindən miflər, xilaskarlar  yaradır, 
onların cildnə girirdilər və özləridə bilmədən tamaşa sənətinin ilk ünsürlərini yaratmışlar. Zaman 
keçdikcə, insanların  düşüncə tərzləri dəyişkcə bu ünsürlər teatr tamaşasına çevrilir.  Eksentrik 
tamaşada çox qəribə, qeyri-adi nömrələr, eksentrik kostyumlar,  eksentrik dekorasiya , eksentrik 
aktyor ifası, eksentrik rəqs müşahidə edə bilərik. Eksentrik aktyor ifasında çərçivə yoxdur, belə 
ifada biz həqiqətə uyğun olmayan səhnə  hərəkətləri ilə qarşılaşa bilərik. Ekssentrik aktyor 
səhnəyə ekssentrik girişlə gəlir.    
        Görünür,    ekssentrik  oyun  üsulları iki yerə ayırlır. Birincisi sehr, əfsunla bağlı oyunlar. 
İkincisi qeyri-adi hərəkətlər, güc tətbiq edilən oyun və yarışmalar.  Sehrli oyunlar qədim  
nağıllardan yaranmışdır.Nağıllarda cildini dəyişib dondan-dona girməyin, nağıl qəhrəmanlarının 
sehrli o biri dünya varlıqları ilə qarşılaşmasının müxtəlif  nümunələrinə rast gəlirik. Qədim insan 
tam əmindir ki, onu əhatə edən real aləmdən başqa, bir sehrli dünya da var. Bu sehrli dünya ya 
yerin altında, ya dəryaların dərinliyində, ya da göyün yeddi qatındadır. Divlər, göygöz kosalar, 
yeddi başlı  əjdahalar, quru kəllələr, zümrüd quşları, yel qanadlı atlar, pəri donlu balıqlar və s. 
sehrli dünyaya məxsus varlıqlardır. Onlardan bir qismi şəri, bir qismi   isə xeyiri təmsil edir. 
Xeyiri və  şəri təmsil etməsindən asılı olmayaraq, O biri dünyaya məxsus varlıqların qeyri-adi 
gücü, yenilməz qüdrəti olur. 
İfaçılıq baxımından ekssentrik oyun üslubuna ən yaxın oyun “hoqqa” komediyasıdır. 
“Hoqqa” – oyun,kələk mənasını verir ki, bu da işin adıdır. Sürpriz xarakteri daşıyan bu oyun-
mərasimlər bu gün sirklərdə rast gəldiyimiz bəzi oyunların  əsasını  təşkil etmişdir.Bu oyunu  
dərvişlər də göstərib.  Hoqqa oyunu öz üslub tərzinə görə şamanların məharətli yamsılamalarına 
çox bənzəyir və onların oyunları arasında qırılmaz bir bağ vardır. Şamançılığın müəyyən izləri 
hoqqa oyununun tərkibində özünü göstərir, həmçinin başqa xalq tamaşalarında da şamançılıq 
ənənələrini görmək mümükündür. Hoqqa oyunçuları tamaşalarda oyun çıxarmaq, 
gözbağlayıcıqla məşğulolmaqla bərabər, müxtəlif heyvan və quşların timsalında xəsis, 
düşüncəsiz  insanları, harın,  ədalətsiz din xadimlərini yamsılayır, onları gülüş  hədəfinə 
çevirirdilər. 
Səhnə realizmi olan tamaşalarda obrazlar, onların həyat tərzləri həyatda olduğu kimi, yəni 
düzgün, bəzək-düzəksiz təsvir olunur.  Ekssentrik tamaşalarda isə ona hər cür qeyri-real təsvirlər  
qatılır. 
 
Ədəbiyyat: 
 
1.  Mirzə  İbrahimov. Aşıq poeziyasında realizm. Bakı: 1966; 
2.  Mahmud Allahverdiyev. Qaravəlli tamaşaları. Bakı: İşıq, 1976; 
3.  Ilham Rəhimli Azərbaycan teatrı, xalq-oyun tamaşaları. Bakı: Qapp-poliqraf, 2002; 
4.  Azərbaycan xalq ədəbiyyatından seçmələr (qaravəllilər, oyunlar və xalq tamaşaları). Bakı: 
Şərq-Qərb, 2005  
 
Səbinə Abdullayeva  
ADMİU- magistrant 
 
 
AZƏRBAYCAN  XALÇAÇILIĞI 
 
 
Azərbaycan dünya xalçaçılıq sənətinin  ən qədim vətənlərindən biridir. Hələ eramızdan 
500 il əvvəl yunan filosofu Ksenofan bu yerlərdə yaşayanların xalçaçılıq və boyaqçılıqla məşğul 
olduqlarını qeyd etmişdir. Mingəçevir rayonunda aparılan arxeoloji qazıntılar zamanı I-VII 
əsrlərə aid qəbirlərdən xalça tikəsinin tapılması bu sənətin eramızdan sonra da davam etdiyini 

 
103
göstərir. IX-X əsrlərdə yaşamış  ərəb tarixçiləri, coğrafiyaşünaslar,  ərəb və fransız səyyahları 
Təbriz, Gəncə,  Şamaxı,  Ərdəbil, Urmu, Muğan, Mərənd, Bərdə, Naxçıvan və s. Azərbaycan 
şəhərlərində istehsal edilən xalı, xalça və digər xalça məmulatı, xovsuz xalçalar və bir çox başqa 
əl işləri barədə məlumat vermişlər.  
 Görkəmli Azərbaycan  şairləri Nizami Gəncəvi, Xaqani Şirvani, Qətran Təbrizi və 
başqalarının öz şerlərində xalı və xalça haqqında verdikləri təsvirlərdən məlum olur ki, XII əsrdə 
də Azərbaycan xalçaçılığı öz inkişafını davam etdirmişdir.  
 Tarixi 
sənədlərə görə monqol hökmranı Qazan xan Azərbaycanda toxutdurduğu 
xalılardan həm Təbriz  şəhərindəki sarayının bəzəyində istifadə etmiş, həm də başqalarına 
hədiyyə göndərmişdir.  
 XIII-XIV 
əsrlərdə baş vermiş müharibə və qırğınlara baxmayaraq xalq ustaları bu milli 
sənəti qoruyub saxlaya bilmişlər. 
 XV-XVII 
əsrlərdə vahid Səfəvi dövlətinin yaranması ilə  əlaqədar xalçaçılıq da yeni 
inkişaf mərhələsinə  qədəm qoymuşdur. Azərbaycan xalçaçılığının “qızıl dövrü” adlanan bu 
əsrlərdə toxunmuş xalılardan bir neçəsi nadir sənət incisi kimi indi də saxlanılmaqdadır. 
XVIII  əsrdə baş vermiş feodal müharibələrinə  və dağıntılara baxmayaraq xalq ustaları 
xalçaçılığı inkişaf etdirmişlər. Bu dövrdə Gəncə, Təbriz, Quba və Şamaxı şəhərlərində, Ərdəbil 
və Urmuda, Bakının Xilə  qəsəbəsində xalça emalatxanaları olmuş  və bunlar öz fəaliyyətlərini 
XIX əsrdə də davam etdirmişlər.  
Azərbaycan xalçaçılığı çoxəsrli inkişaf yolu keçmiş və bu zaman bir sıra qonşu xalqların 
sənət və  mədəniyyətinə  təsir göstərmiş, eləcə  də onların elmi və  bədii nailiyyətləri ilə 
zənginləşmişdir. Azərbaycan xalçaçılığının dünya şöhrətli nümunələri, onun orijinal milli 
naxışlarıdünya xalçaçılıq xəzinəsinə misilsiz incilər kimi daxil olmuşdur. Hazırda Azərbaycan 
xalçalarına Ermitajda, Topqapı, Viktoriya və Albert, Metropoliten və dünyanın digər 
muzeylərində rast gəlmək olar.  
Xalq dekorativ-tətbiqi sənətinin mühüm sahəsi olan xalçaçılıq tarixi inkişaf yolu 
keçərkən ictimai quruluşların tərəqqi və  təkamülə qarşı törətdikləri məhdudiyyətlər 
çərçivəsindən kənara çıxa bilməmiş, bu sahədə ölkənin bütün maddi imkanlarından və xalq 
yaradıcılığından tam istifadə edilməmişdir.  
İndiyə qədər Azərbaycan sənətşünasları və alimləri tərəfindən xalçaçılığın tarixi inkişaf 
yolu, bədii xüsusiyyətləri,  əmtəəşünaslıq və etnoqrafik cəhətləri tədqiq edilmiş  və bunun 
nəticələri qismən nəşr olunmuşdur. Xalq dekorativ-tətbiqi sənətinin bu mühüm sahəsinin elmi-
tədqiqat səviyyəsinə yüksəldiyi hazırkı dövrdə onun texnoloji xüsusiyyətlərinin də  hərtərəfli 
öyrənilməsi zərurət doğurur. 
 
 
Fəridə Salahlı 
ADMİU- magistrant 
 
 
AZƏRBAYCANDA GƏNC QRAFİK VƏ DİZAYNERLƏRİN  
YARADICILIQ XÜSUSİYYƏTLƏRİ 
 
Hələ  qədim zamanlardan qrafik dizayn mövcud idi. Lakin o, qrafik dizayn adı kimi 
tanınmırdı. Qədim Yunanıstanda əhalinin kütləvi toplaşdığı yerlərdə plakatlara yazı yazaraq onu 
yüksək səslə oxuyurdular.Qrafik dizayn həmdə bu günümüzdə reklam adı ilə tanınır.Reklam 
fransız sözü olub  “qışqırmaq” mənasını verir. Reklamın kütləvi hal alması Quttenburqun çap 
maşınını ixtira eləməsindən sonra baş verdi. Lakin bu dövrdə reklam-dizayn işlərinə fikir 
verilmirdi. Sonralar fotoaparat qurğusunun ixtirası reklam-dizayn işlərinin vüsət almasına səbəb 
oldu.Ticarətdə reklamdan daha çox istifadə olunur. Bunun səbəbi ondadır ki, reklam vasitəsilə 
satış stimullaşdırılır. Kommersiya fəaliyyətinin ayrılmaz hissələrindən biri də reklamdır. Ölkə 
iqtisadiyyatının inkişafında reklamın rolu danılmazdır. Beləki, bazar iqtisadiyyatı şəraitində olan 

 
104
ölkələrdə  əsasən özəl sektor inkişaf etmişdir. Özəl sektorda əsas yeri isə sahibkarlıq fəaliyyəti 
tutur. Sahibkarlar öz mal və xidmətlərini satmaq üçün ilk növbədə onları tanıtmalıdırlar. Bunun 
üçün isə  ən gözəl vasitə reklamdır. Ona görə  də reklam iqtisadiyyatın ayrılmaz hissəsidir. 
Müəssisənin gəlirlərinin artmasında reklamın rolu az deyildir. Lakin reklamı elə hazırlamaq 
lazımdır ki, o, əhali kütləsinə çata bilsin. Reklamı hazırlayarkən ilk növbədə əhali auditoriyası 
öyrənilməlidir. Auditoriyalar bir-birindən fərqlənirlər. Həmçinin reklam hazırlanarkən, onun 
dizayn işinə xüsusi önəm verilməlidir. Reklam-dizayn işinin təşkili firma və şirkətlərə müəyyən 
gəlir gətirir. Reklam-dizayn işi elə təşkil olunmalidir ki, o, insanların zövqünü oxşaya bilsin və 
özünə alıcı kütləsi toplasın. Reklamın digər üstünlüyü də ondan ibarətdir ki, xarici çöl reklamı 
şəhərin ümumi görünüşünə xüsusi gözəllik gətirir. Beləki, müasir texnologiyaların vasitəsilə  
reklam şitlərində həm müxtəlif  rəngərlə işıqlandırma  reklam elanlarına xüsusi  gözəllik verir, 
həm də monitorlar vasitəsilə televiziya reklamları  şəhərlərin küçələrində göstərilir.Bildiyimiz 
kimi  İqtisadiyyatın  ən vacib ünsürlərindən biri də reklamdır. Hər hansı bir müəssisə öz 
məhsullarıni daha çox satmaq məqsədilə  həmin məhsulların reklamını  işləyib hazırlamaq üçün 
reklam agentliklərinə müraciət edirlər. Bu məhsulun insanlara daha yaxşı çatdırılması məqsədilə 
həmin məhsulun reklamını vizual baxımdan daha gözəl yəni, onun dizaynını elə  işləyib 
hazırlamaq lazımdır ki, bu reklam insalara daha yaxşı məlumat versin və insanlar həmin məhsulu 
daha çox almağa başlasınlar. Deməli qrafik-dizayn işinin mahiyyəti hər hansı bir məhsulun 
reklamının daha yaxşı hazırlanması və onun satışının artmasından ibarətdir. 
 
 
Nigar Məmmədova  
ADMİU- magistrant 
 
 
BAKI ŞƏHƏRİNDƏ POLŞA MEMARLARININ MEMARLIQ ABİDƏLƏRİ 
 
Qələmə alınan elmi işdə əsas məqsəd Bakı şəhərində Polşa memarları tərəfindən salınmış 
memarlıq abidələrinin elmi-nəzəri şəkildə təhlil olunması idi. Elmi işin adından da mövzusundan 
da göründüyü kimi biz burada polşa memarlıq nümunələrini araşdırmış, polşa memarlarının 
yüksək səviyyəli memarlıq işlərinin nəzəri şəkildə təhlilinə çalışmışıq.  
Nəzərə çarpacaq hallardan biri kimi onu qeyd edək ki, ümumiyyətlə Azərbaycanın zəngin 
neft yataqlarının olması, zəngin təbiəti, gözəl adət-ənənələrinin olması hər zaman maraq oyadıb. 
O illərdə qərb və şərq alim və memarları ölkəmizə böyük maraq göstərmiş, öz yaradıcılıq işləri 
ilə ölkəmizdə özlərinin tanınmasına böyük həvəs göstərmişlər. 
XIX əsrin sonu XX əsrin əvvəllərində Bakıda bir çox ölkələrdən gəlmiş memarlar fəaliyyət 
göstərirdilər ki, onların sırasında polşadan gəlmiş memarlar da gözə çarpmaqda idi. 
Memarlıq və  şəhərsalma Azərbaycanda sənaye kapitalizminin formalaşması ilə  sıx 
bağlılıqda inkişaf edirdi: binaların yeni növləri ortaya çıxır, keçmiş nisbətdə daha geniş  və 
maraqlı planlaşdırma həlli ilə şəhərlər yaranırdı. Şərqlə Qərbi qovuşduran Azərbaycanda hər iki 
sivilizasiyaya məxsus mədəniyyət elementləri əksini tapıb. Bu elementlər özünü memarlıqda da 
büruzə verir. XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakıda neft burumu ilə yanaşı, tikintidə də 
vüsət almışdı. Nəticədə bu gün də öz möhtəşəmliyini qoruyub saxlayan, dünyanın  ən müxtəlif 
memarlıq üslublarına xas tikililər meydana gəldi. Bakının mərkəzində vaxtilə neft milyonçuları 
tərəfindən tikdirilən, yaşı bir əsri ötmüş bu möhtəşəm binalar illər keçməsinə baxmayaraq öz 
cazibədarlığını qoruyub saxlayıb.    Neft  sənayesinin surətli inkişafı yerli və Avropa 
sənayeçilərinin Bakıda təmərküzləşməsinə  təkan verdi. Hacı Zeynalabdin Tağıyev, Musa 
Nağıyev,  Şəmsi  Əsədullayev, Murtuza Muxtarov, Nuru Əmiraslanov, Teymur bəy Aşurbəyov, 
İsa bəy Hacınski, Hacı Mustafa Rəsulov, habelə Nobel qardaşları, Rotşild,  Şibayev və 
başqalarının neft səhmdar cəmiyyətləri meydana gəldi.  
Elmi işin araşdırılmasında əsas məqsəd Bakıda Polşa memarlarının memarlıq abidələrinin 
araşdırılması, onların özünəməxsusluğunu, səciyyəvi özəlliklərini müəyyən etməkdir.  

 
105
Biz mövzunun aktuallığından danışarkən onu da qeyd edək ki, elmi işdə biz Bakı şəhərində 
yaradılmış memarlıq abidələri geniş şəkildə araşdırılacaq, təhlil ediləcəkdir. 
Qələmə alınan dissertasiya işində biz Polşa memarlarının o dövrdə ölkəmizdə yaratdıqları 
memarlıq işlərinə nəzər salacaq, onlar haqqında öz fikir və düşüncələrimizi müxtəlif nümunələr 
vasitəsilə bildirəcəyik.  
 
Aqil Suleymanov  
ADMİU- magistrant 
 
 
 
 “ŞUR” MUĞAMININ LAD ƏSASININ TƏHLİLİ 
 
Şur məqamının nəzəri  əsasları - səsqatarının quruluşu, istinad pilləsi və s. məsələlər 
Üzeyir Hacıbəylinin “Azərbaycan  хalq musiqsinin əsasları”  əsərində  və  Məmməd Salеh 
İsmayılоvun “Azərbaycan  хalq musiqisinin məqam və muğam nəzəriyyəsinə aid оçеrklər” 
əsərində dоlğunluqla işlənilmişdir. Biz həmin mənbələrə əsaslanraq, “Şur” muğamının not yazı 
variantları üzrə lad-məqam əsasını təhlil еtməyə çalışmışıq. 
 Ü.Hacıbəyliyə görə, şur ladının səsqatarı 1t-1/2t-1t fоrmulası üzrə qurulmuş üç bərabər 
tеtraхоrdun qovuşuq (zəncirli) üsulla birləşməsindən əmələ gəlir. Bu səsqatarında IV pillə (оrta 
tеtraхоrdun I pilləsi) ladın mayəsidir. Bu səsqatarı ardıcıl хalis kvartalar sırasından ibarətdir. 
Üzеyir Hacıbəyli, həmçinin  şur ladının pillələrinin vəzifəsini göstərmiş,  еyni zamanda 
tam və yarım kadansların qurulduğu pillələri üzə  çıхartmışdır. Tam kadans mayə pilləsində 
qurulur, mayəyə  qоnşu pərdələrlə  yuхarıdan, aşağıdan və bilavasitə sıçrayış yоlu ilə də еnmək 
оlar.  
Yarım kadanslara isə üst aparıcı  tоn, üst mеdianta, üst kvarta və üst kvinta vasitəsilə 
düşmək  оlar. Burada, həmçinin, lad pillələrinin sıçrayış imkanlarını  əks etdirən cədvəl də öz 
əksini tapmışdır. 
Ü.Hacıbəyli “Azərbaycan xalq musiqisinin əsasları”  əsərində  şur ladında melodiyaların 
bəstələnməsi yollarını da göstərmişdir. O, melodik hərəkətin  əsas xüsusiyyətlərini, dayaq 
pillələrini üzə  çıxararaq,  şurda yazılmış melodiya nümunəsini təqdim edir. Həmin melodiya 
aşağıdakı bölmələrdən ibarətdir: “Mayeyi-şur”, “Zəmin-xara”, “Şur-şahnaz”, “Bayatı-kürd”, 
“Hicaz”, “Səmayi-şəms”, “Nişibi-fəraz”. Bu bölmələrin adları muğamın  şöbələrinin adlarına 
uyğundur. Melodiyanın bölmələrinin kadensiya xüsusiyyətləri və dayaq-istinad pillələri də 
muğam şöbələri ilə üst-üstə düşür. 
Muğam melodiyasının təhlilində Ü.Hacıbəylinin elmi-nəzəri müddəalara əsaslandığımız 
üçün  şur ladında bəstələdiyi mеlоdiyanın bölmələrinin dayaq-istinad pillələrini qeyd etməyi 
məqsədəuyğun sayırıq: 
“Mayеyi-şur” - IV pilləyə istinad оlunur; yarım kadans VII pillədə dayanmaqla əmələ 
gəlir, cümlələrin sonluğu mayə ilə qurtarır. 
“Zəmin-хara” - VI pilləyə istinadən qurulur və mayədə bitir; 
“Şur-şahnaz” - VII pilləyə istinadən qurulur və mayədə tamamlanır;  
“Hicaz” - VIII və VII pillələrə istinad еdir; bu şöbə bir qayda olaraq, mayənin 
kvintasından başlanır və mayənin üst kvartasında yarım kadans verilir və sonda baş kökə 
qayıdılır. 
“Bayatı-Kürd” - VIII pilləyə istinadən qurulur və kvinta kökünə yönəlmə оlur; “Bayatı-
kürd”də  səciyyəvi cəhət mayənin kvintasından sərhəd tonuna sıçrayış edilməsidir. Bu halda 
mayənin kvintası öz vəzifəsini dəyişərək, yeni “Şur” ladının mayəsi vəzifəsini görür, pərdələrin 
əlavə olunması hesabına səsqatarının genişlənməsi imkanı əldə edilir. 
“Səmayi-şəms” - “Mayeyi-şur”un bir оktava yuхarı  təkrarıdır və  əsərin  ən yüksək 
nöqtəsidir; bundan sonar başlanğıc nöqtəyə, yəni “Mayeyi-şur”a enmək tələb olunur.  
 “Nişibi-fəraz” – zirvədən enən hərəkətlə mayədə tamamlanır. 

 
106
Bu məsələ M.İsmayılovun da diqqət mərkəzində olmuşdur. M.İsmayılоvun tədqiqatına 
əsasən, şur məqamı istinad pillələrinin çохluğuna görə bütün məqamlardan fərqlənir. 
 
 
Fəridə  Salahlı 
ADMİU- magistrant 
 
 
AZƏRBAYCANDA  GƏNC  QRAFİK  VƏ  DİZAYNERLƏRİN  
YARADICILIQ  XÜSUSİYYƏTLƏRİ 
 
İqtisadiyyatın  ən vacib ünsürlərindən biri də dizayndır. Hər hansı bir müəssisə öz 
məhsullarıni daha çox satmaq məqsədilə həmin məhsulların reklam dizayn;n; işləyib hazırlamaq 
üçün reklam agentliklərinə müraciət edirlər. Bu məhsulun insanlara daha yaxşı çatdırılması 
məqsədilə  həmin məhsulun reklamını vizual baxımdan daha gözəl yəni, onun dizaynını elə 
işləyib hazırlamaq lazımdır ki, bu reklam insalara daha yaxşı məlumat versin və insanlar həmin 
məhsulu daha çox almağa başlasınlar. Deməli qrafik-dizayn işinin mahiyyəti hər hansı bir 
məhsulun reklamının daha yaxşı hazırlanması  və onun satışının artmasından ibarətdir.Qrafik-
dizayn işi həmçinin dükanların xarici görünüşünü gözəlləşdirirsə  həmin dükan və marketlərin 
müştərilərini artırır. Belə ki. əgər obyekt  dükandırsa, onun çöl tərəfindən vitrin və divarlarına 
hər hansı bir ərzağın şəkli vurulur və həmin ərzaq barədə əhaliyə müsbət fikir aşılayır. Bu zaman 
əhali məhz həmin ərzaqdan almaq istəyirlər. Beləliklə də, market sahibi daha çox gəlir götürmüş 
olur. Ümumiyyətlə reklam-dizayn işinin bir çox rolu vardır. Statistika göstərır ki, reklamda 
dizayn nə qədər zövqlə işlənərsə, onda həmin reklam daha çox kütlə toplamış olar. Buna misal 
olaraq “Coca-cola” şirkətinin reklamlarını göstərmək olar. Bu şirkətin istər xarici çöl reklamı, 
istərsə də televiziya reklamı xüsusi zövqlə işlənib hazırlanır, onun dizaynı olduqca mükəmməl 
olur. Bu da əhalidə qeyri-iradi olaraq həmin şirkətin məhsullarına maraq yaradır. 
      Bəzi reklamlar var ki, onların dizaynı olduqca primitivdir. Bu da insanlarda maraq yaratmır. 
Beləliklə həmin reklamın heç bir rolu olmur. Əksinə maliyyə itkisinə səbəb olur. 
        Əsasən dizayn və reklamın təşəkkül tapması eyni səbəbdən baş verdi. Onların tam 
formalaşması XIX əsrin 2-ci yarısında baş verdi. 
          Bu  əsasən onunla əlaqədardı ki, bu dövrdə texnikanın inkişafı  və yeni texnologiyaların 
yaranması ilə əlaqədar mal və xidmətlərin kütləvi istehsalı baş verdi və bu məhsullar bir-birinə 
keyfiyyət və forma baxımından oxşayırdılar. Reklam-dizayn işinin təşəkkül tapması iləəlaqədar 
bu məhsulları  əhaliyə tanıtdılar. Bu dövrdə reklam və dizayn işləri inkişaf etməyə başladı. 
Avropada, daha dəqiq desək Böyük Britaniyada ilk dəfə olaraq  reklamdan gəlir əldə edən“Daily 
Mail” adlı qəzet çıxdı. 
 
Murad Əmiraslanov 
ADMİU- magistr  
 
KİNOREJİSSURADA ÜSLUB PROBLEMLƏRİ 
 (XX əsrin 60-70-ci illəri) 
 
 
Biz bu mövzu üzərində  işləyərkən, müxtəlif  əsərlərə ayrı-ayrı ssenaristlər tərəfindən 
yazılmış kinossenarilərə  də  nəzər salaraq, onları  tədqiqatçı gözü ilə araşdırmağı qarşımıza 
məqsəd qoymuşuq. Tədqiqatın  əsas məqsədi kimi kinorejissorluğun  əsas vəzifələri, 
incəsənətimizə kinorejissorların verdiyi töhfələri çözələyəcəyik. Bizim əsas məqsədimiz 
kinorejissorluğun üslub problemlərini araşdırmaqla yanaşı, tanınmış rejissorlarımızın kino 
yaradıcılığını təhlil etməkdir.  
Tədqiqatın əsas məqsədini aşağıdakı kimi sıralamaq olar: 

 
107
Kinonun yaranma tarixinə  nəzər salaraq, dünya kinosunun azərbaycana inteqrasiyasını 
araşdıracağıq; 
Azərbaycan kinosunun qlobal problemlərinə toxunaraq, təhlil edəcəyik; 
Azərbaycan kinorejissorlarının üslub problemlərinə nəzər salacağıq; 
Azərbaycan qadın kinorejissorları haqqında geniş  məlumat verəcək, onların incəsənətə 
verdikləri töhfələri sıralayacağıq; 
Tədqiqatın elmi yeniliyi bu sahədə çox az sayda yazılmasıdır. Biz bu elmi işimizi geniş 
şəkildə işləyərək biz, kino tarixinin yaranmasına toxunacaq, kinonun azərbaycana inteqrasiyasına 
nəzər salacaq, kinonun uzun illər  ərzində keçdiyi mərhələləri sıralayacaq, kinorejissorların 
xronoloji ardıcıllığını verəcəyik. Bundan başqa azərbaycan kinolarından bəhs edəcək, bu 
kinoların müasir dövrdə nə qədər aktual olmasını fikirlərimizlə izah edəcəyik. Azərbaycan kino 
sənətində kino tarixini məşhur kinoşünaslarımız daima araşdırma obyekti ediblər. Son dövrlərdə 
Aydın Dadaşov, Aydın Kazımov və digərləri hətta teatrşünas alimimiz İlham Rəhimli də kinoyla 
bağlı geniş elmi-publisist məqalələri ilə  mətbuatda çıxış etmişdir. Kino tarixinin araşdırılması 
olduqca uğurlu işdir. Amma biz bu gün təkcə kino tarixinə deyil, eyni zamanda kinorejissorluğun 
üslub problemlərinə toxunacağıq. Qələmə aldığımız bu işin elmi yeniliyini aşağıdakı kimi 
sıralamaq olar: 
Kinonun dünyada və azərbaycanda tutduğu mövqe nəzmə çəkilərək, təhlil ediləcək; 
Kinorejissorlarımızın kinoya verdikləri uğurlu töhfələr sıralanacaq, onların yaradıcılıq 
yoluna geniş şəkildə nəzər salınacaq; 
Kinorejissorluğun üslub problemləri janrından asılı olmayacaq bütün janrlı filmlərin 
əsasında öz əksini tapacaqdır; 
Kinonun müasir problemləri, kinorejissorluğun inkişaf mərhələsinin bu günkü səviyyəsi 
geniş şəkildə tədqiq olunacaq; 
Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin