Ədəbiyyat:
1. Станиславский К. С. Собр. соч. в 8-ми т., т. 7. М., «Искусство», 1960,с. 433.
2. Станиславский К. С. Собр. соч., т. 1, с. 280.
3. Станиславский К. С. Собр. соч., т. 1, с. 333.
4. Станиславский К. С. Собр. соч., т. 1, с. 335.
5. Станиславский К. С. Собр. соч., т. 1, с. 336.
6. Станиславский К. С. Собр. соч., т. 1, с. 337.
7. Цит. по кн.: Чушкин Н. Н. Гамлет — Качалов. На путях к героическому театру. Из
сценической истории «Гамлета» Шекспира, М., «Искусство», 1966. с. 14.
8. Цит. по кн.: Чушкин Н. Н. Гамлет — Качалов. На путях к героическому театру. Из
сценической истории «Гамлета» Шекспира, с. 12.
9. Юткевич С. Золотая лестница английского мастера. — «Театр», 1985, № 8, с. 139 –
140.
10. Юткевич С. Золотая лестница английского мастера. — «Театр», 1985, № 8, с. 140.
11. Эйзенштейн С. М. Избр. произв. в 6-ти т., т. 5. М., «Искусство», 1968, с. 37.
12. Козинцев Г. Пространство трагедии. Л., «Искусство», 1973, с. 143
13. Козинцев Г. Пространство трагедии. Л., «Искусство», 1973, с. 143.
Günay Hüseynova
ADMİU- magistrant
E.ZOLYA VƏ A.ANTUANIN “AZAD TEATR”I
XIX
əsrin 60-cı illərində Fransada yaranmış naturalizm cərəyanı onun nəzəriyyəsini
işləyib hazırlamış fransız yazıçısı E.Zolyanın adı ilə bağlıdır. Bir sıra fransız realistləri yazıçıdan
obyektivlik, elmilik və s. tələb edirdilər. 1880-cı ildə E.Zolya naturalizmin ədəbi manifestini
"Eksperimental roman" adı ilə çap etdirdi. Bu romanı yazmaqla o, elmi tədqiqat metodlarını
ədəbiyyata gətirdi. E.Zolya zəmanəsində inkişaf edən elmin nəticələrindən ədəbi yaradıcılıqda
istifadə etməyə çağırırdı. Burada eksperiment anlayışı canlı müşahidəni əks etdirirdi. Belə
müşahidə konkret və fərdi faktın həm bədii, həm də elmi mənasını ortaya qoyurdu. E. Zolya
canlı müşahidə aparmaqla şaxtaçıların həyatını öyrənmiş, ona uğur gətirən və dünya
ədəbiyyatında görkəmli yer tutan ən yaxşı əsərlərindən birini – “Jerminal” romanını yazmışdır.
E.Zolya – ictimai yazıçıdır. Əmək və kapital mövzusu onu həyatı boyu düşündürmüşdü.
Xalqın taleyi, sosial və əmək problemləri daim yazıçını narahat etmiş , o, Fransız ədəbiyyatı
tarixində ilk dəfə təkcə istismarın , haqsızılqların deyil, fəhlələrin həyat və əməyinin dəhşətli
şərtlərini, onların kapitalizmə qarşı mübarizəsini də parlaq şəkildə təsvir etmişdir.
E.Zolyanın yaradıcılığı və ictimai fəaliyyəti kapitalizmin ünsüpləri tərəfindən kəskin hücuma
məruz qalırdı. Ətrafdakı basqılar yazıçını sarsıdırdı. Dramaturqun amansız realizmi, kitablarının
antikapitalist istiqaməti, ifşaedici publisistikası kapitalizmin müdafiəçiləri tərəfindən ona olan
düşmən münasibətin başlıca səbəbləri idi.
115
Yazıçının əməksevər xalqa böyük marağı var idi. Məhz buna görə də onun romanlarının baş
qəhrəmanları kütlədir. E.Zolyanın yaradıcılığında fəhlə sinfi mövzusu yüksələrək sinfi mübarizə
probleminə çevrilir. Bu, bilavasitə dramaturqun dünyaya baxışı , onun yaradıcılıq üsulunun
yeniliyi ilə bağlıdır. Yazıçı-realist öz romanlarında fəhlələrin ağır həyatının və yorucu əməyinin
əsas səbəbinin kapitalist quruluşunda olduğunu göstərir.
A.Anuan Fransız səhnəsində böyük islahatlar etmiş, kommersiya teatrına qarşı çıxmış,
səhnədə mövcud olan köhnəlikləri aradan qaldırmağa çalışmışdır. O, aktyor işinə, eyni zamanda
səhnənin quruluşuna xüsusi diqqət yetirmiş və tamaşaları yeni tərzdə qurmağa müvəffəq
olmuşdur.
A.Antuan 1887-ci ildə yaratdıği “Azad teatr”ı müasir dramaturq laboratoriyası hesab edirdi.
Bu teatrda əsasən yeni dramaturgiya tətbiq olunurdu. Fransız müəlliflərinin 67 yeni pyesi ilk
dəfə məhz “Azad teatr” da səhnəyə qoyuldu. Əsərlərin süjeti aydın, obrazlar olduğu kimi
verilirdi. A. Antuan bir çox məşhur teatrların yararsız hesab etdikləri pyeslər üzərində də
işləyərək, bu pyeslərə yeni quruluş verib tamaşaya qoyurdu. Rejissor bu teatra rəhbərlik etdiyi 10
il ərzində fransız və xarici müəlliflərin 124 əsərini səhnələşdirmişdi. Bunlardan 83 tamaşada o,
həm də aktyorluq etmiş, müxtəlif səpgili obrazlar yaratmışdır.
Bildiyimiz kimi E.Zolyann ədəbi irsinin əsasını dram janrı təşkil edir. Dram janrını səhnə
sənətinin inkişafının təzahürü kimi qəbul etmək daha düz olar. E.Zolya dramaturqiyası Fransada
yeni rejissura işinin ilk yaradıcısı A.Antuanın teatr təfəkkürünə, sənət konsepsiyasına, rejissor
yaradıcılığının prinsiplərinə daha yaxın olub. Odur ki, A.Antuan E.Zolya yaradıcılığına daha
çox müraciət etmiş və yazıçının əsərləri A.Antuanın rejissurasında orijinal səhnə təcəssümü
tapmışdı.
E.Zolya və A.Antuan – hər ikisi teatrın inkişafı, gələcəyi üçün çalışmışlar.Sənətin inkişafı
üçün əllərindən gələni etmişlər. Qarşılarında bir məqsəd var idi: teatrın yaşaması üçün heç nəyi
əsirgəməmək...
Vüsalə Muradova
ADMİU- magistrant
AZƏRBAYCANDA FORTEPİANO YARADICILIĞININ YARANMASI
XIX əsrin sonu XX əsrin əvvəli Azərbaycan musiqisində əlamətdar bir mərhələdir. Məhz
bu dövrdə ölkəmizdə yüksək peşəkarlığı ilə, orijinal musiqi üslubu ilə seçilən bəstəkarlıq
məktəbi yaranmışdır. Bildiyimiz kimi, bəstəkarlıq məktəbinin əsasını görkəmli Azərbaycan
bəstəkarı Üzeyir Hacıbəyli qoymuşdur. Ölkəmizdə Üzeyir Hacıbəyli məktəbinin təsiri altında
professional bəstəkarlar “ordusu” yaranmışdır. Ondan sonrakı bəstəkarlar hamısı bilavasitə onun
davamçıları olmuşlar və klassik professional bəstəkarlıq sənətinə yiyələnmişlər.
XX
əsrin gətirdiyi yeniliklər incəsənətdə və musiqidə köklü dəyişikliklər etmişdir və
Azərbaycan musiqi tarixi hərəkətində iki konteksti – həm Şərq, həm də Qərb axtarışlarında
inkişafa başlayır. Şərq-Qərb ənənələrindən yeni nəsil bəstəkarlar da yararlanmış, öz
münasibətlərini bildirmişlər. Bununla yanaşı, bir çox tədqiqatçılarımız araşdırmalarında xüsusi
olaraq Avropa musiqisinin milli professional bəstəkarlıq məktəbində, yəni Avropa janrlarında
milli ənənəvi prinsiplərin interpretasiya problemlərini tədqiq etmişlər. Onlardan Karaqiçeva,
E.Abasova, R.Həsənova, F.Əliyeva, T.Seyidov, S.Aşumova, R.Səfərəliyeva, R.Məmmədova və
başqalarının araşdırmalarına nəzər sala bilərik.
Bildiyimiz
kimi
Azərbaycan musiqisi yaşlı nəsil bəstəkarlarının yaradıcılıq fəallığı, yeni
nəsil bəstəkarların meydana gəlməsi, bütün janrlarda uğurların qazanılması ilə seçilir.
Azərbaycan fortepiano bəstəkarları – Asəf Zeynallı, Tofiq Quliyev, Arif Məlikov,Maestro
Niyazi, Qara Qarayev, Rauf Hacıyev, Vasif Adıgözəlov, Aqşin Əlizadə, Firəngiz Əlizadə, Fərəc
Qarayev, Rəhilə Həsənova və başqalarının əsərləri XX əsr dünya fortepiano musiqi
mədəniyyətinin ayrılmaz hissəsinə çevrilmişdir. Onlar öz əsərlərində dahi Üzeyir bəyin yaratdığı
116
milli lad-intonasiya və metroritmik xüsusiyyətlərdən ustalıqla istifadə etmişlər. Dahi bəstəkarın
araşdıraraq yazdığı “Azərbaycan xalq musiqisinin əsasları” elmi əsərində səs qatarlarının
qurulmasında kvarta, kvinta konsekventliyi, artırılmış sekundanın, tetraxordların dörd birləşmə
üsulu gələcəkdə bəstəkarların fortepiano əsərlərində istifadə edə biləcəkləri mühüm örnəkdir.
Müasir bəstəkarlarımız da həmçinin hal-hazırda öz əsərlərində Azərbaycan xalq musiqisinin əsas
cəhətləri olan səs sistemi, tetraxordların birləşmə üsulları, Azərbaycan ladları səs qatarının
qurulma qaydaları və azərbaycan ladlarının əmələgəlmə qaydalarından yararlanırlar.
Tədqiqatımızın mövzusu olan fortepiano əsərlərinin interpretasiya məsələsinin
tədqiqində, ümumiyyətlə, fortepiano məktəbinin formalaşmasında əhəmiyyətli etaplardan biri
olaraq Bakıda klassik rus məktəbinin pedaqogikasının ən yüksək ənənələri ruhunda tərbiyə almış
çox istedadlı musiqiçilərin yetişdirilməsini qeyd etməyi lazım bilirik. Məhz Üzeyir bəyin səyi
nəticəsində Respublikamıza Moskvadan, Sankt-Peterburqdan, Saratovdan qeyri-azərbaycanlı
musiqiçilər dəvət olunmuşdur. Onlardan Respublikamızda fortepiano məktəblərindən birinin
yaradıcısı olan M.Brenner, musiqişünas-nəzəriyyəçi N.S.Çumakov və bir çox musiqiçilərimizi
yetişdirən B.İ.Zeydmanın adlarını çəkə bilərik. Azərbaycan fortepiano məktəbinin inkişafında
M.Brenner, Q.Şaroyevlə yanaşı K.Səfərəliyevanın da böyük rolu olmuşdur.
Müasir
Azərbaycan fortepiano əsərlərinin forma və bəstəkarlıq üslublarının
xüsusiyyətlərinin nəzəri-təhlilinə əhəmiyyət verilməsi şübhəsizdir və həmin əsərlərdə obraz-
emosional məzmununun interpretasiyasını təşkil edən bütün musiqi-ifadə vasitələri böyük maraq
göstərir.
Sözügedən əsərlərin miqyaslı və çoxşaxəli təhlili vasitəsilə Azərbaycan bəstəkarlarının
müasir dövrdə fərdi yaradıcılıq üslublarına xas olan ümumi və fərqli interpretasiya yanaşmaları
və fortepiano ifaçılığı aspektində xüsusi tədqiq edilməsini vacib sayırıq. Burada Arif Məlikov,
Vasif Adıgözəlov, Aqşin Əlizadə, Xəyyam Mirzəzadə, Firəngiz Əlizadə, Sevda İbrahimova,
Rəhilə Həsənova, Məmməd Quliyev, Sərdar Fərəcov, Elnarə Dadaşova və digər bəstəkarların
fortepiano əsərlərini xüsusi olaraq qeyd etmək lazımdır. Həmin əsərlərin sırasında janr
müxtəlifliyi baxımından, silsiləvi janrların və digər forma və janrlarda muğam
improvizasiyalılığı və milli lad-intonasiyalarının səciyyələndirilməsi tədqiqatımızda nəzərdə
tutulur. Xarakter xüsusiyyətləri, melodik hərəkətdə fasilələri, sərbəst təfsir imkanı, formanın
sərbəst şərhi, orijinal metroritmik rəngarəngliyinin interpretasiya baxımından təhlil edilməsi
gözlənilir.
Müasir Azərbaycan musiqisi öz inkişafında bir sıra vacib mərhələlərdən keçmişdir və
müasir fortepiano musiqi sənətinə gələn bəstəkar nəslinin nümayəndələrindən hər biri ayrı-
ayrılıqda özünəməxsusluğu ilə fərqlənirlər və müasir bəstəkarlarımızın hər birinin özünəməxsus
dəstxətti vardır.
Şəhla Abbasova
ADMİU- magistrant
MİLLİ DEKORATİV-TƏTBİQİ SƏNƏTDƏ ORNAMENT TƏSVİRLƏRİ VƏ
ONLARIN MÜXTƏLİFLİYİ
Azərbaycan incəsənti qədim tarixə malikdir. Əsrlər boyu müxtəlif dəyişikliklərə,
təcavüzlərə məruz qalsa da, nəticədə öz orijinallığını və vacibliyini qoruyub saxlaya bilmişdir.
Azərbaycan incəsənətinin əsas qollarından olan dekorativ-tətbiqi sənətlər toplumu müxtəlif
istiqamətlərdə inkişaf edərək bu günümüzə gəlib çıxmışdır. Dekorativ tətbiqi sənətin bir neçə
növü var - bu növlərdən biri olan
ornament sənəti əsasında elmi işimizi qələmə alırıq. Elmi işimiz Milli Dekorativ Tətbiqi
sənətdə ornament təsvirləri və müxtəlifliyi adlanır. Ornament sənəti bildiyimiz kimi istər milli
geyimlərdə, kəlağıyalarda, istərsə də xalça palaz sənətində öz əksini tapıb. Bu sənətin tətbiqi və
araşdırılması üçün müxtəlif geyim mədəniyyətinə, xalça sənəti tarixinə nəzər salınmalı,
117
ornamentlərin işlənmə prinsipi, forma və quruluşu, mənaları, naxış yaddaşı kimi bütün amillər
geniş şəkildə araşdırılmalı, təhlil edilməlidir.
Elmi işin aktuallığından danışarkən qeyd etmək lazımdır ki, ornament sənəti bu başlıq
altında ilk dəfə olaraq qələmə alınır, burada biz ornament sənətinin yaranma tarixinə nəzər
salacaq, ornamentlərin növləri və mənalarını çözələyəcəyik. Ornament sənəti elə də asan və tez
qavranılan sənət deyil. Burada hər bir ornamentin tarixçəsinə, keçdiyi mərhələlərə,
dəyişikliklərə, tarix və mühitə nəzər salınır, bütün xırdalıqlar təhlil edilir. Əks təqdirdə hər bir
ornamentin mənasını anlamaq mümkün olmaz.
Milli geyimlərdə işlənən ornamentlər, xalça sənətində işlənən ornamentlər, xalça naxış
yaddaşı bir-birindən tamamilə fərqlənir, hər birinin öz mənası və tarixi var. Elmi işin aktuallığı
da məhz bundadır ki, biz bu amillər ayrı-ayrı fəsil və yarımfəsillərdə geniş şəkildə araşdıracaq,
ornamentlərin milli geyim və xalça sənətindəki təbliğini və inkişafını təhlil edəcəyik.
Bildiyimiz kimi ornament sənəti qədim tarixə malikdir və buradakı təsvirlərin müxtəlifliyi,
forma və məzmunca dəyişkənliyi magistrantı işi dəqiq və incəliklərinə kimi araşdırmağa vadar
edir. Əks təqdirdə biz bu işin təhlilini verə bilməz, məqsədimizi oxucuya və nəzəriyyəçi
xalçalılara düzgün çatdıra bilmərik.
Mövzu aktualdır və bu gün bizə ornament sənətinin hərtərəfli araşdırımasına, mənalarının
açılmasına, təsvirlərin tarixinə nəzər salmağa şərait yaradır. Xalça sənətinə nəzər salarkən bir
çox alimlərin, nəzəriyyəçi və xalçaçıların bu sahədə çoxlu sayda kitablar qələmə aldığını
müşahidə edirik. Böyük alim, xalçaçılıq sənətinin atası hesab edilən Lətif Kərimov xalça
sənətinin bütün element və təsvirlərinin mənasını, ornamentlərin müxtəlifliyini araşdırmış, uzun
illər bu sahədə bütün suallara cavab axtarmış, xalça sənəti üçün zəngin töhfələr vermişdir. Lakin
bu gün ornament sənətinin özünün tam və bitkin formada elmi işdə araşdırılması bizim öhdəmizə
düşüb. Bizdə bu gün mövzunu əhatə edəcək fəsil və yarımfəsillər əsasında öz fikirlərimizə
aydınlıq gətirəcək, ornament sənətinin tarixi köklərini təhlil edəcəyik.
Ədəbiyyat:
1. Abdullayev E. Dağlıq Qarabağ problemi beynəlxalq huquq mustəvisində. Bakı, 2004.
2. Əzizbəyova.P.Ə. Azərbaycan tikmələri. Moskva. “İskustvo”, 1971.
3. Əfəndiyev R. Azərbaycanın bədii sənətkarlığı dunya muzeylərində (Azərbaycan, rus və
ingilis dillərində). Bakı, 1980.
4. Əfəndiyev R. Azərbaycan dekorativ - tətbiqi sənətləri (orta əsrlər) (Azərbaycan və rus
dillərində). Bakı, 1976.
Leyla Səfərova
ADMİU- magistrant
YAŞAR NURİ – MİLLİ TEATRIMIZIN YENİ NƏSLİNİN MODERATORU
Azərbaycan sənət tarixində onun adı qızıl hərflərlə keçəcək. Dünənin yaddaşından
süzülüb gələn daş yaddaşında da və sabahın sürət əsrindəki elektron informasiya arxivlərində də
bu sənətkarın adı fəxrlə səslənəcək. O, min il əvvəli də, yüz min il sonranı da öz əsrarəngiz
ifalarıyla yaşamışdı.
O, zamanın fövqündəki sənətkarıydı. O, Azərbaycan teatr və kino ifaçılığı sahəsinə yeni
nəfəs gətirmiş, onu zənginləşdirmiş və özündən sonrakı nəsillərə əmanət saxlamış böyük
sənətkardı. O, Yaşar Niridi. O, “əsl aktyor necə olmalıdı?” sualına yaşadığı, oynadığı, qurub-
yaratdığı ömür səhifəsiylə cavab vermiş əvəssiz şəxsiyyətdi.
Hər bir səhnə əsərində həmin tamaşanın, həm də ayrı-ayrı personajın kulminasiya nöqtəsi
olur. Yaşar personajın seyrçiyə tanış (doğma, yaxın, anlamlı...) etdikdən sonra bir növ onu da,
118
özünü də tamaşanın "əsas sualına", kulminasiya sualına hazırlaşdırmağa başlayır. Onun
məqamı yetişəndə isə pauzaya, gərgin mənalı sükuta əl atır.Hər hansı tamaşanın hər hansı
epizodunda səhnədə Yaşarın oynadığı obraza sual veriləndə Yaşar bir anlığa donur. İlkin
məqsədi budurki, qoy seyrçi də sualı tam dərk eləsin... Sonra sanki özünə varır, susur. Bununla
seyrçiyə cavabı "proqnozlaşdırmağa" imkan verir.Cavabı "tapır" (hərçənd bir aktyor kimi onu
öncədən rolunun mətnin də bilirdi!..), yöndaşına cavab verməyə hazırlaşır. Hətta deməyə də
başlayır, amma... Amma birdən sözünü kəsir.Bu yerdə salona dönür, sanki camaatı özünə şahid
tutur. Nəfəsini saxlayan seyrçinin "səbri tükənməyə" bir an qalanda xüsusi vurğuyla cavabını
deyir. Bundan sonra bir neçə dəqiqə səhnədə heç nə baş vermir, yöndaşları yerlərindəcə donub
gülüş (və ya alqış) tufanının səngiməsini gözləyirlər. Yaşarın özü isə bu zaman ifadəli pozada
"donub" bic-bic nəzərlərlə seyrçisinə baxır ki, bəs, gördünüz də, biz sizinlə eyni "dalğada"
düşünüb eyni qənaətə gəlirik. "Pauzanı saxlamaq" fəndinin konkret zaman ölçüsünü bir kimsə
təyin edə bilməz. Yalnız və yalnız aktyorun özü fitri duyğusuna arxalanıb sükutun uzunluğunu
təyin, təmin və davam etdirə bilir.Yaşar Nuri bütün bu sadalanan xüsusiyyətləri özündə
birləşdirməyi bacarırdı və bunun üçün teatrın, eyni zamanda kinonunun udulmazları adını qazana
bilib.Yaşar Nuri bizi güldürmək üçün dünyaya gəlmişdi. Gəlmişdi ki, həyatımızdakı qüsurların,
eybəcərliklərin, cəmiyyətimizdəki fırıldaqçıların, müftəxorların, şikəst əxlaq və düşüncə
sahiblərinin ünvanlarını bizə göstərsin. Onları gülüş hədəfinə çevirməklə öz tamaşaçısını zahiri
gülüşdən daxili həyəcana, ciddi düşüncəyə dəvət etsin. Böyük aktyorluq istedadına, qeyri–adi
improvizə qabiliyyətinə, situasiyalara uyğun səhnə hərəkətlərinə, səs tonuna, danışıq manerasına
malik olan Yaşar Nuri milyonların sevimlisinə çevrilmişdi. Yaşar Nuri Azərbaycan teatr və kino
salnaməsinin ən parlaq ulduzlarından biri kimi sənət tarixinin yaddaşında əbədi yaşayır. Əllidən
artıq filmdə, yüzdən artıq müxtəlif səpkili tamaşalarda təkrarsız rolları ilə öz tamaşaçılarına
gülüş bəxş edən aktyor olmuşdu.
Nəsimi Əliyev
ADMİU- magistrant
AZƏRBAYCAN İNCƏSƏNƏTİNİN İNKIŞAFINDA
AVROPA DİZAYN MƏKTƏBİNİN ROLU
Azərbaycanda incəsənət sahəsində son dövrlərdə böyük irəliləyişlər var. Azərbaycan
incəsənəti hər zaman avropaya istinad edib, orada olan yenilikləri mənimsəməyə çalışmışdır.
Dizayn sənəti qədim tarixə malik olsa da, bizim ölkədə olduqca gənc yaşlarını yaşayır.
Dizayn sənəti elə bir sahədir ki, burada məişətdə istifadə olunan bütün avadanlıqlar əhəmiyyət
kəsb edir. Dizaynın inkişafı, genişşaxəli tədrisi üçün cəmiyyətin yararlana biləcəyi bütün
avadanlıqlar labüd rol oynayır. Müasir dövrdə olduqca zəngin material növü mövcuddur.
Demək olar ki, bir avadanlığın yüzə yaxın növündən dizaynerlər öz sənətlərində müxtəlif
tərəfdən yararlana bilərlər.
Dizayn sənətinin yaranması, inkişafı keçdiyi mərhələlər respublikamızda da maraqlı
şəkildə gözə çarpır. Dizayn sənəti inkişafa başladığı gündən etibarən cəmiyyətin bütün təbəqələri
tərəfindən böyük maraqla qarşılanaraq, ətraf-mühitin gözəlləşməsi, maraqlı dekorlarla qaydaya
salınması diqqətəlayiq hesab olunub. Dizayn sənətinin formalaşması, inkişafı ölkəmizə
Avropanın müxtəlif ölkələrindən gəlmiş, zaman dəyişidikcə, zövqlər, fikirlər müxtəlif formaya
düşərək, sənət aləmində də gözəlliklərin fərqli dizaynlarla meydana gəlməsinə şərait yaradıb.
Dizayn sözü dövrümüzdə elə də köhnə söz deyil. İngilis sözü olan dizayn rəsm mənasını
verir, sonralar bu işlə məşğul olanlara da dizayner adı verirlər. Dizayn sözü ətrafında da uzun
illər mübahisələr olub. Bəziləri deyib ki, bu söz dövrün ruhuna uyğun gözəl əşyalar yaratmaq
mənasını verir. Digərləri isə belə hesab edirdilər ki, incəsənətdə mümkünsüz və əlçatmaz
nəsnələri adi əşyalara çevirmək dizayndır.
Avropada yaranmış dizayn sənəti sonralar bütün ölkələrə yayılaraq inkişaf edib, formalaşır.
Dizayn sənəti hər ölkədə həmin dövlətin adət-ənənələri, vərdişləri əsasında formalaşaraq inkişaf
119
edir. İstər Şərqdə, istərsə də Qərbdə dizayn sənətinə böyük maraq olmuş, cəmiyyətin zövqlə
işlənmiş mədəniyyət nümunələrinə diqqəti nəzəri cəlb etmişdir. Bildiyimiz kimi dizayn sənətində
müxtəlif və çoxsaylı növlərin birliyi təşkil edilir. Dizayn sənəti istər Avropada, istərsə də
ölkəmizdə bütün sahələrdə müxtəlif formalarda özünü əks etdirərək, inkişaf edib. Dizayn sənəti
dünyanın demək olar ki, bütün sahələrinə sirayət edərək, fərqli-fərqli dekorları ilə bir-birindən
seçilən məkanlar üçün parlaq, cazibədar və rahat şərait yaratmışdır. Dizayn sənəti də digər
sənətlər kimi bir neçə növə bölünərək inkişaf etmiş, formalaşmışdır. Bu növlərin arasında hay-
tek, roman üslubu, modernizm və s. misal göstərmək olar. Dizayn sənətinin növləri memarlıq
sənətinə nisbətən daha genişdir.
Dizayn sənəti heç də göründüyü kimi asan sənət deyil. Hər bir ölkənin öz mentaliteti
əsasında hazırlanan otaqlar, ofislər, evlər, məktəb və restoranlarda əsas meyar kimi gözəllik,
rahatlıq və cazibədarlıq nəzərdə tutulur.
Günel Soltanzadə
ADMİU- magistrant
TOFİQ BAKIXANOVUN FORTEPİANO YARADICILIĞI
Azərbaycan kamera instrumental musiqisinin yaradıcılarından olan, Respublikanın xalq
artisti, professor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, “Şöhrət” ordenli
bəstəkar Tofiq Bakıxanovdan danışarkən onun Azərbaycan musiqisinə verdiyi əvəz olunmaz
inciləri qeyd etməmək mümkün deyil.
Tofiq Bakıxanov öz yaradıcılığı ilə musiqi sənətinə yenilik gətirən bəstəkarlardan biridir.
Müasir tədqiqatçılar üçün onun yaradıcılığının tədqiqi, onun müasir musiqi mədəniyyətinin
müəyyən sahəsində olan inkişafındakı rolunun öyrənilməsi məsələsi aktual məsələlərdəndir. Tofiq
Bakıxanov həyatı və yaradıcılığı haqqında saysız-hesabsız məqalələr yazılmış, yaradıcılığına dair
tətqiqatlar aparılmışdır. Bu da onun Azərbaycan musiqisi tarixində özünəməxsus yeri olduğunun,
çoxmərhələli yaradıcılığanda nailiyyətlərə müvəffəq olduğunun göstəricisidir.
Tofiq Bakıxanovun yaradıcılığından danışarkən qeyd etmək olar ki, Azərbaycanda fortepiano
məktəbi üçün kifayət qədər məhsuldar olan bəstəkar bu sahədə xeyli irəliləyişlər etmişdir. Onun
fortepianonun müşayəti ilə müxtəlif alətlər üçün yazmış olduğu əsərlər fortepiano musiqisi
aspektində yeni mərhələlər açaraq mükəmməl bir versiya yaratmış yaradıcılıq nümunələrindəndir.
Tofiq Bakıxanov yaratdığı əsərlərdə muğamdan istifadə etmişdir. Tofiq Bakıxanov
ümumiyyətlə öz yaradıcılığında muğama geniş yer ayırmışdır. Bu da təsadüfi deyildir. O,
görkəmli muğam ifaçısı, tarzən Əhməd Bakıxanovun ailəsində dünyaya göz açaraq böyüyüb
boya-başa çatmışdır. O, atasından xalq musiqimizi, muğamlarımızı mükəmməl öyrənmiş və
yaradıcılığı boyu onlarda bəhrələnmişdir. Qərb və Şərq musiqisinin üslubundan bəhrələnən
bəstəkar yaratdığı instrumental əsərlərlə muğamın vəhdətinə nail olmuşdur. Beləliklə o,
Azərbaycan musiqisinin inkişaf mərhələsində yeni, parlaq bir səhifə açmışdır.
Kamera instrumental musiqisi Tofiq Bakıxanovun yaradıcılığında xüsusi yer tutur. Onun
fortepiano ilə müşayətlə skripka, fleyta və violençel üçün yazdığı əsərlər texniki və nəzəri
cəhətdən mükəmməl işlənmiş əsərlərdir. Qeyd edim ki, Tofiq Bakıxanovun yaratdığı əsərlər
özünün ahəngdarlığı, obrazlılığı, ritmikliyi ilə diqqəti cəlb edir.
Tofiq Bakıxanov “Humayun”, “Rahab”, “Şahnaz”, “Dügah” simfonik muğamların, saysız
kamera-insrumental əsərlərin, kamera vokal əsrlərin, romansların və mahnıların
müəllifidir. Buna nümunə olaraq skripka və fortepiano üçün dörd sonatasını, viola və fortepiano
üçün üç sonatasını, violençel və fortepiano üçün üç sonatasını göstərmək olar. Tofiq Bakıxanov
70-ci illərdə kamera-instrumental musiqisinə müraciət edərək skripka, violonçel və fortepiano
üçün üç trio bəstələmişdir. Bəstəkarın bu üç triosu ifaçılıq baxımından diqqəti cəlb edir.
120
Qeyd edim ki, Tofiq Bakıxanovun yaratdığı əsərlər hazırda konsert repertuarlarında, tədris
proqramlarında geniş istifadə olunmaqdadır. Onun yaratdığımükəmməl əsərlər tarixi əhəmiyyətə
malik olmaqla yanaşı müasir dövrümüzün də təlabatına uyğundur.
Dostları ilə paylaş: |