İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyul 2015-ci il.
11
"İNKLÜZİV CƏMİYYƏTLƏRDƏ BİRGƏYAŞAMA: ÇAĞIRIŞ VƏ MƏQSƏD"
IV QLOBAL BAKI FORUMUNUN AÇILIŞINDA
İLHAM ƏLİYEVİN NİTQİ
Hörmətli xanımlar və cənablar.
Hörmətli qonaqlar.
Əvvəlcə hamınıza Azərbaycana “Xoş gəlmisiniz” deyirəm, sizi yenidən görməyimə çox
şadam. Eyni zamanda, şadam ki, Bakı Qlobal Forumu yaxşı ənənəyə çevrilir.
İlk öncə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Şurasına və həmsədrlər xanım Vayra
Vike-Freyberqaya və cənab İsmail Serageldinə təşəkkürümü bildirmək istərdim ki, onların böyük
töhfəsi sayəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qısa bir zamanda dünya miqyaslı
beynəlxalq təsisata çevrilib.
Bu gün biz beynəlxalq gündəlikdə duran geniş məsələləri müzakirə edəcəyik. Əlbəttə,
müzakirələrin mövzuları hamımız, bütün bəşəriyyət üçün çox əhəmiyyətlidir. Lakin əminəm ki,
Forumda iştirak edən qonaqlar öz dəyərli fikir və ideyaları ilə dünyada sülh, təhlükəsizlik və
proqnozlaşdırıla bilmə naminə bu işə töhfələrini verəcəklər. Hər bir beynəlxalq forum, onun
səviyyəsi əsas etibarilə tədbir iştirakçılarının səviyyəsindən asılıdır. Burada, qonaqlarımız
arasında 50-dən artıq hazırkı və sabiq dövlət və hökumət başçıları, görkəmli siyasətçilər, ictimai
xadimlər və mütəxəssislər vardır. Bu isə bizim bu gün və sabah aparacağımız müzakirələrin
səviyyəsini nümayiş etdirir.
Sonuncu dəfə ötən ilin yazında görüşümüzdən bu günədək dünyada vəziyyət dəyişmişdir.
Hamımız bunun şahidiyik və təəssüf ki, dəyişikliklər müsbət məcrada olmamışdır. Dünya daha
da sakit və təhlükəsiz olması əvəzinə, daha da təhlükəli olmuşdur. Bizim regionda da vəziyyət
kəskin şəkildə dəyişmişdir. Mövcud münaqişələr həll edilməmiş qalır, bununla yanaşı, yeni
münaqişələr, yeni qarşıdurma və təhlükə bölgələri yaranmışdır. Bu səbəbdən hesab edirəm ki,
dövlət və hökumət başçıları, siyasətçilər olaraq biz gərginliyin azaldılmasıüçün rolumuzu
oynamalıyıq. Çalışmalıyıq ki, əməkdaşlıq, qarşılıqlı anlaşma və hörmət üçün zəmin yaransın.
Əks təqdirdə, gələcəkdə vəziyyət pisləşməkdə davam edəcək.
Yaxın Şərqdə və Avropanın müəyyən yerlərindəki vəziyyət, qaçqın böhranı– bunlar son
illərin reallıqlarıdır. Odur ki, IV Qlobal Bakı Forumunun əsas məqsədlərindən biri bu
məsələlərin müzakirəsidir və xüsusilə də iştirakçıların səviyyəsi, onların beynəlxalq məsələlərə
töhfələri, təcrübə və biliklərini nəzərə alsaq, bunların hamısı yaranmış vəziyyətdən çıxış yolunun
tapılmasına yardım edə bilər.
Düşünürəm ki, hamımız vahid məqsəd - əməkdaşlıq, qarşılıqlı anlaşma, sabitlik və sülhün
təşviqi ətrafında birləşmişik. Çünki biz bir-birimizlə bağlıyıq. Bəzən adama elə gələ bilər ki,
televiziya vasitəsilə izlədiyimiz qorxulu hadisələr yad bir planetdə baş verir. Lakin reallıqda bu,
qonşuluqda baş verir və qaçqın böhranı nümayiş etdirdi ki, biz bir-birimizlə əlaqəliyik. Hər bir
əməl, addım və ya digər dövlətlərin daxili işlərinə müdaxilə mütləq həmin müdaxiləni edənlər
üçün çətinliklər yaradacaqdır.
Hesab edirəm ki, bugünkü reallıqların ibrət dərsi məhz budur. Biz bir-birimizə ehtiram
nümayiş etdirməli, seçimə, ərazi bütövlüyünə və gələcəklə bağlı planlara hörmətlə yanaşmalıyıq.
Bunların hamısı təmasda olmaq üçün zəruridir. Çünki əsas məqsədimiz gərginliyin və mövcud
təhlükələrin azaldılmasıdır.
Bu il Azərbaycan müstəqilliyinin 25-ci ildönümünü qeyd edəcək. Bu illərdə, xüsusilə
müstəqilliyin ilk illərində biz vətəndaş müharibəsi, humanitar böhran, işğal, təcavüz, iqtisadi
12
çətinliklər və deyərdim, iqtisadi iflasdan əziyyət çəkmişik. Azərbaycan terror hücumlarının
hədəfinəçevrilmişdir. 1990-cı illərin əvvəlində erməni terror təşkilatları dəfələrlə mülki
vətəndaşlara qarşı terror aktları törətmişlər. Bu gün təəssüf ki, Ermənistan və Azərbaycan
arasında olan münaqişə həll olunmamış qalır.
Müstəqillik illərindəölkəmizin böyük uğurlara nail olaraq, müasir, sabit, proqnozlaşdırıla
bilən, özünü təmin edən dövlətəçevrilməsinə baxmayaraq, bu münaqişəöz həllini tapmalıdır.
Onun üçün həll olunmalıdır ki, 1 milyondan artıq azərbaycanlı qaçqın vəməcburi köçkün
evlərinə qayıtsın, zorakılığa son qoyulsun və regionumuzda sülh bərqərar olunsun. Belə olmadığı
halda bütün ölkələr əziyyət çəkəcəkdir. Azərbaycanın tarixi və hüquqi ərazilərini işğal edən
Ermənistan bundan bəhrələnə bilməmişdir. İqtisadi çətinliklər, təcridolunma, miqrasiya və
yoxsulluq həmin təcavüzün və işğalın nəticəsidir.
Dağlıq Qarabağ Azərbaycanın tarixi və hüquqi bir parçasıdır. Bütün beynəlxalq birlik
Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bu münaqişə nəticəsində 1
milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, bizə qarşı etnik
təmizləmə aparılmışdır. Ərazimizin 20 faizinin işğalı hələ də davam etməkdədir. Beynəlxalq
təşkilatlar, xüsusilə də BMT və onun Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycanın
işğal edilmişərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən çoxsaylı qətnamələr
qəbul etmişdir. Təəssüf ki, bu qətnamələr həyata keçirilməmişdir.
Düşünürəm ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının mexanizmi
məsələsi xüsusi mövzu kimi müzakirə edilməlidir. Bəzən Təhlükəsizlik Şurasının qətnamələri bir
neçə saat və ya gün içərisində icra edilir. Bizə gəldikdə isə, artıq iyirmi il keçir. Bu, siyasi
iradənin, xüsusilə də həmin qətnamələri qəbul edən dövlətlərin siyasi iradəsinin olmamasının
təzahürüdür.
Bu gün danışıqlar prosesi davam edir və burada hər hansı bir uğur yoxdur. Bunun başlıca
səbəbi isə Ermənistanın sülh istəməməsidir. Onlar işğal edilmişərazilərin özlərinin qeyri-qanuni
nəzarətində saxlanılmasını və status-kvonun dəyişməz olaraq qalmasını istəyirlər. Bu isə
mümkünsüzdür – status-kvo dəyişməlidir. Danışıqlar prosesində həmsədrlik edən üçölkə -
Təhlükəsizlik Şurasının daimi üzvü olan üç dövlət dəfələrləçıxış edərək status-kvonun
qəbuledilməz və dəyişməli olduğunu bəyan etmişdir. Buna nail olmaq üçün Ermənistan işğal
edilmiş əraziləri tərk etməli və işğala son qoymalıdır. XXI əsrdə hər bir nöqteyi-nəzərdən, istər
siyasi, istər hüquqi, istərsə də humanitar baxımdan qonşu dövlətin ərazisinin işğalı və danışıqlar
prosesinin əngəllənməsi tamamilə anormal haldır.
Hesab edirəm ki, münaqişənin həlli üçün ilk olaraq Azərbaycan daha da qüdrətli
olmalıdır və proses davam edir. İkincisi isə beynəlxalq ictimaiyyət, xüsusilə də bu münaqişə ilə
məşğul olmaq mandatına sahib dövlətlər siyasi iradə nümayiş etdirməli və təcavüzkarı işğala son
qoymağa məcbur etməlidirlər. Necə ki, biz bunu dünyanın bir çox yerlərində görürük -
təcavüzkar dayandırılır, cəzalandırılır, sanksiyalara məruz qalır və işğala son qoyulur.
İşğal edilmiş ərazilərimizdə hər şey darmadağın edilmişdir. ATƏT oraya iki dəfə
faktaraşdırıcı missiya göndərmişdir və hər iki halda onların hesabatları real vəziyyəti əks
etdirmişdir. Bu, bizə də məlumdur. Bizim bütün tarixi abidələrimiz, məscidlərimiz,
məzarlıqlarımız dağıdılmışdır. Bu gün biz tez-tez televiziya kanallarında Yaxın Şərqdə tarixi
abidələrin məhv edilməsi ilə bağlı reportajlar izləyirik. İyirmi il bundan öncə eyni hadisələr
Azərbaycanın işğal edilmişərazilərində baş vermişdir. Fərq ondan ibarətdir ki, o zaman
beynəlxalq ictimaiyyət və media bu mövzuya o qədər dəəhəmiyyət verməmiş, bəlkə də həmin
məlumatlara çıxış əldə edə bilməmişdir. Ancaq mahiyyət dəyişmir – eyni məsələ və eyni
yanaşma. Bu isə regionun sülh və təhlükəsizliyi baxımından çox qorxulu məsələdir. Çünki
təcavüzkar cəzalandırılmadığı halda o, yeni bir ssenari planlaşdıracaq.
1990-cı illərin əvvəlindəüzləşdiyimiz bu vəziyyətə və humanitar böhrana baxmayaraq,
Azərbaycan uğurla inkişaf etmişdir. Yeri gəlmişkən deyim ki, həmin vaxt adambaşına düşən
qaçqın sayına görə ən yüksək göstərici bizdə idi – 1 milyondan artıq insan doğma torpaqlarında
qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. O zaman bizim əhalimizin sayı təqribən 8
milyona bərabər idi. Yəni, biz humanitar böhranın öhdəsindən gəlməyi bacaran ölkəyik.
13
O vaxtkı Azərbaycan bugünkü Azərbaycandan fərqli idi. Yoxsul, müstəqilliyini yeni
bərpa etmiş, iqtisadiyyatı bərbad vəziyyətdə və sənayesi dağılmış olan ölkənin gələcək ilə bağlı
perspektivləri yox vəziyyətində idi. Əsas məqsədimiz dövlətimizi qurmaq, güclü iqtisadiyyat
yaratmaq, ölkəni xarici sərmayələr üçün açmaq və dünyanın bazar iqtisadiyyatı sisteminin tərkib
hissəsinə çevrilməkdən ibarət idi.
Biz buna nail ola bildik. Bu gün ölkə sabitdir və biz islahatları davam
etdiririk.Azərbaycanda siyasi və iqtisadi islahatlar paralel şəkildə aparılır. Bütün fundamental
azadlıqlar təmin edilir – söz azadlığı, toplaşma azadlığı, dini azadlıq, media azadlığı. Bizdə azad
internet mövcuddur. Son iyirmi ildir ki, senzura ləğv olunub və vətəndaşlarımızın 70 faizdən
çoxu internet istifadəçisidir. Siyasi azadlıqlar iqtisadi islahatlarla dəstəklənir.
2004-2014-cü illərdə Azərbaycan iqtisadiyyatı dünyanın ən sürətlə inkişaf edən
iqtisadiyyatı olmuşdur. Biz işsizlik və yoxsulluğu kəskin şəkildə azaldaraq 40 faizdən 5 faizə
endirməyə müvəffəq olmuşuq. İqtisadiyyatımız daha da rəqabət qabiliyyətli olmuşdur və Davos
İqtisadi Forumunun hesablamalarına əsasən rəqabət qabiliyyətinə görə Azərbaycan iqtisadiyyatı
dünyada 40-cı yerdədir.Biz əsas infrastruktur layihələrini, o cümlədən insanlarımızın yaşayış
standartlarını yaxşılaşdırmaq üçün sosial infrastruktur layihələrini icra etmişik və bununla da
həm də sərmayələr üçün daha münbit şərait yarada bilmişik.
Adambaşına düşən birbaşa xarici sərmayəyə görə biz ən qabaqcıl mövqelərdəyik.Bu, ilk
növbədə neft-qaz sahəsinə yatırılmış sərmayələr idi. Hazırda isə biz qeyri-neft sektoruna
sərmayəçilər cəlb etməyə çalışırıq. Neft və qazdan asılılığımızın azaldılması islahatlarımızın
tərkib hissəsi olmuşdur və bunun nəticəsində bu gün neft-qaz sahəsi bizim ümumi daxili
məhsulun təqribən 30 faizini, büdcə gəlirlərimizin isə 50 faizini təşkil edir. Məqsədimiz neft və
qazdan asılılığımızı tamamilə aradan qaldırmaqdır.Bu yaxınlarda dediyim kimi, Azərbaycan
üçün postneft dövrü artıq başlamışdır. Ona görə yox ki, biz hasilatı azaltmışıq.Neftin qiyməti
kəskin şəkildə - dörd dəfə aşağı düşmüşdür. Bu səbəbdən tamamilə yeni bir vəziyyət yaranır və
dünyanın heç bir ölkəsi buna hazır deyildi. Heç kəs təsəvvür edə bilməzdi ki, bir ilin içində
qiymət bu dərəcədə kəskin şəkildə aşağı düşsün. Bu səbəbdən biz bu vəziyyətin mənfi
nəticələrinin aradan qaldırılması üçün fəal və səmərəli işləməli olduq. Hazırda bizim maliyyə
vəziyyətimiz yenidən sabitdir, proqnozlaşdırıla biləndir və məlumat vermək istərdim ki,
büdcəmizdə neftin barrelinin qiyməti 25 dollar səviyyəsində nəzərdə tutulmuşdur. Bu isə hər
hansı bir iqtisadi çətinliyə qarşı bir növ zəmanət deməkdir.Bizim Neft Fondunda böyük
vəsaitlərimiz var ki, bu, yaranmış vəziyyətdən minimum riskləçıxmağımıza imkan verir.
Eyni zamanda, bu vəziyyət bizi islahatlarla bağlı daha da səmərəli işləməyə məcbur edir
və artıq islahatların böyük hissəsi tətbiq edilməkdədir. Bu islahatlar Beynəlxalq Valyuta Fondu
tərəfindən də dəstəklənir – yəni, biz düzgün yoldayıq. Hazırda biz iqtisadiyyatımızın
şaxələndirilməsi məsələsi ilə məşğul oluruq və iqtisadi inkişafın yeni sahələrini müəyyən
edirik.Onlardan biri bizim illərdir ki, çalışdığımız, lakin beynəlxalq birlik üçün tamamilə yeni
sahə olan nəqliyyat infrastrukturunun yaradılmasıdır. Biz Azərbaycana gələcəkdə bu regionda
güclü mövqeyə malik olmağa imkan verəcək nəqliyyat infrastrukturu şəbəkəsi yaradırıq.
Bizim coğrafi mövqeyimiz çox əlverişlidir. Bu səbəbdən nəqliyyat infrastrukturuna, o
cümlədən dəmir yollarının, hava və dəniz limanlarının inşasına yatırılan sərmayələr sayəsində
biz nəqliyyat infrastrukturlarının kəsişmə nöqtəsinəçevrilirik. Artıq Şərq-Qərb nəqliyyat dəhlizi
fəaliyyətə başlamışdır vəümid edirəm ki, bu il biz Azərbaycan, Gürcüstan və Türkiyə dəmir
yollarının birləşdirilməsini başa çatdıracağıq. Beləliklə, Avropa və Asiya yeni, ən qısa nəqliyyat
marşrutu əldə edəcəkdir. Çindən Avropaya gedən ilk konteyner qatarı artıq Azərbaycan
ərazisindən keçmişdir. Bu, müasir infrastruktura malik olan yeni İpək Yoludur və biz bu
marşrutu daha da cəlbedici etmək üçün tərəfdaşlarımıza vahid tariflərin tətbiqini təklif etmişik.
Qonşularımız və tərəfdaşlarımızla birgəçalışdığımız daha bir layihəŞimal-Cənub
nəqliyyat dəhlizidir ki, onun sayəsində yüklər Pakistandan Hindistana, daha sonra İrana, oradan
Azərbaycan ərazisindən Rusiyaya və Şimali Avropaya nəql ediləcəkdir. Azərbaycan müasir
infrastruktura sərmayə qoyur vəümid edirəm ki, tezliklə bu marşrutdan istifadə olunmağa
başlanacaqdır.Yəni, bütün bu marşrutlar bizim ərazidən keçir. Təbii ki, bu, Azərbaycanın
14
geosiyasi əhəmiyyətini artırır və gələcəkdə bizəölkəmizin inkişafına sərf ediləcək əlavə gəlirlər
gətirəcəkdir.
Əlbəttə, iqtisadiyyatımız üçün enerji sektoru öz önəmini saxlayır və bu gün enerji
təhlükəsizliyi baxımından onun əhəmiyyəti artmaqdadır. Ötən ayın sonu - fevralın 29-da biz
Bakıda, həmin bu zalda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ikinci iclasını keçirmişik.Biz
bu layihəni XXI əsrin layihəsi adlandırırıq. Bu, bir meqalayihədir və bu gün Avropada həyata
keçirilən ən iri infrastruktur və enerji layihələrindən biridir. Onun təşəbbüskarı Azərbaycandır və
Azərbaycan burada həm də təşkilatçı və sərmayəçi qismində aparıcı rol oynayır. Layihənin
dəyəri 45 milyard dollara bərabərdir və bu işdə biz müxtəlif dövlət vəşirkətlərdən ibarət güclü
komanda yaratmışıq.
Həmin Məşvərət Şurasının yaradılmasında əsas məqsəd səylərimizin əlaqələndirilməsi və
layihənin cədvəl üzrə icrasını təmin etməkdən ibarətdir. Bu layihə bir neçə mərhələdən
ibarətdir.“Cənub” qaz dəhlizinin dörd elementi var. Azərbaycanın nəhəng qaz yatağından hasil
olunan qaz öz aralarında birləşmiş 3500 kilometr uzunluğunda üç qaz boru kəməri vasitəsilə
Bakını İtaliyanın limanları ilə birləşdirəcəkdir.
Əlbəttə, bu, nəhəng sərmayədir və bu layihənin əlaqaləndirməyə ehtiyacı vardır. Fevralın
29-da məhz bu zalda 11 dövlətin və Avropa Komissiyasının iştirakı ilə Bəyannamə
imzalanmışdır ki, orada Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində
mühüm və strateji rolu vurğulanmışdır. Biz həqiqətən də müxtəlif ölkələrdən ibarət komanda
yaratmışıq və kəmərin marşrutu boyu yerləşən ölkələrin adlarını sadalamaq istərdim –
Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya “Cənub Qaz
Dəhlizi” layihəsinin üzvləridir. Daha iki dövlət – Xorvatiya və Monteneqro da Bəyannaməni
imzalamışlar vəəminəm ki, qarşıdan gələn illərdə onlar da heyətimizə qoşulacaqlar.Bəyannaməni
imzalayanlar sırasında ABŞ və Böyük Britaniya hökumətlərinin yüksək səviyyəli nümayəndələri
və Avropa Komissiyasının vitse-prezidenti də olmuşdur.Yəni, bu 12 imza onu nümayiş etdirir ki,
“Cənub” qaz dəhlizi artıq reallıqdır.
Bu, enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi və azad rəqabət layihəsidir.Zənnimcə,
bütün enerji layihələri məhz bu şəkildə icra edilməlidir. Bizim əsas məqsədimiz bu layihəni başa
çatdırmaqdır və onu kommersiya layihəsi kimi həyata keçirməkdir. Bəzən enerji təhlükəsizliyinə
aid olan məsələlər həddindən artıq siyasiləşdirilir və biz bunun əleyhinəyik. Siyasət və enerji bir-
birindən ayrı olmalı, enerji siyasi alət kimi istifadə edilməməlidir.Həmçinin onun bu şəkildə
istifadə edilməsi, biznes fəaliyyətinə müdaxiləsi dəçətinliklər yaradır.
Bu layihə sayəsində Azərbaycan bundan sonra onilliklər ərzindəöz təbii sərvətlərini ixrac
edəcək və bazarları şaxələndirəcək. Avropa üçün isə bu, ehtiyac duyacağı qazın yeni mənbəyi
deməkdir və bununla avropalı istehlakçıların tələbatı təmin ediləcəkdir. Baxmayaraq ki, bu gün
biz dünyada iqtisadi çətinliklərin şahidi oluruq, ancaq bu, müvəqqətidir və neftin qiyməti uzun
müddət belə aşağı səviyyədə qalmayacaqdır. İqtisadi artım fəallığı yüksəldəcək və Avropanın
təbii qaza olan tələbatı yalnız artacaqdır.Burada hər kəs üçün yer olacaqdır.Düşünürəm ki,
lüzumsuz rəqabətin olmamasıüçün istehsalçılar da səylərini əlaqələndirməlidir.Həm
istehsalçıların, həm də istehlakçıların öz məqsədləri var.
“Cənub Qaz Dəhlizi” layihəsində biz istehsalçı, istehlakçı və tranzit dövlətlər arasında
balans yaratmağa nail olmuşuq.Yəni, burada uduzan tərəf yoxdur və bu səbəbdən o, olduqca
uğurla inkişaf edir. Bu qədər iştirakçıların olduğu, qısa bir zamanda və neftin qiymətinin aşağı
olduğu bir vaxtda milyardlar tələb edən belə bir nəhəng layihənin həyata keçirilməsi böyük
çağırışdır.Enerji təhlükəsizliyi şübhəsiz ki, siyasi gündəlikdə əsas yer tutacaq. Hesab edirəm,
“Cənub” qaz dəhlizi vasitəsilə göstərdiyimiz nümunə nümayiş etdirir ki, enerji ilə siyasəti
ayıranda uğur əldə oluna bilər.
Bu il Azərbaycanda “Multikulturalizm ili”dir. Müxtəlif etnik köklərə, dinlərə malik
insanlar əsrlər boyu Azərbaycanda sülh, əmin-amanlıq şəraitində yaşamışlar və biz bununla fəxr
edirik. Fərəhlənirik ki, müstəqillik illərində bu müsbət meyil daha da
güclənmişdir.Multikulturalizm və dini dözümlülük Azərbaycanda dövlət siyasətidir. Eyni
15
zamanda, bu, cəmiyyətdə olan əhval-ruhiyyənin təcəssümüdür.Bu isəçox vacibdir ki, həmin
sahədə dövlət siyasəti vəümumi ab-hava bir-birindən fərqlənmir.
2008-ci ildə biz “Bakı prosesi”nə start verdik və ilk dəfə İslam Əməkdaşlıq Təşkilatına
üzv olan dövlətlərin mədəniyyət nazirlərini Avropa Şurasına üzv olan dövlətlərin mədəniyyət
nazirlərinin Bakıda keçirilən toplantısına dəvət etdik. “Bakı prosesi” artıq bir reallıqdır.Biz
Azərbaycanda multikulturalizm dəyərlərini təşviq edən çoxsaylı beynəlxalq tədbirlər
keçirmişik.Dünya dini liderlərinin zirvə görüşü, bir neçə dəfə Mədəniyyətlərarası Dialoq Forumu
və Beynəlxalq Humanitar Forum təşkil etmişik.Təqribən bir aydan sonra biz BMT-nin
təşkilatçılığı ilə Azərbaycanda Sivilizasiyalar Alyansının 7-ci toplantısını keçirəcəyik.
Azərbaycanın bu sahədəki təcrübəsi aparıcı beynəlxalq təşkilatlar və beynəlxalq birlik
tərəfindən yüksək qiymətləndirilir.Bu, multikulturalizmin yaşadığını, onun gələcəyinin olmasını
sübut edir, sadəcə siyasətçilər, ictimai rəyə təsir etmək iqtidarında olanlar, o cümlədən media
nümayəndələri daha məsuliyyətli olmalıdırlar.Hesab edirəm ki, bu məsələdə medianın rolu daha
müsbət olmalıdır.Təəssüf ki, bir çox hallarda biz xəbərlərdə qarşıdurma, qaçqın böhranı və
bunlarla bağlı kadrlar görürük.
Bu yanaşma yalnız təcridolunmaya gətirir. Biz buna imkan verə bilmərik.Çünki qeyd
etdiyim kimi, biz bir-birimizlə bağlıyıq və eyni planetdə yaşayırıq. Artıq şahid olduğumuz kimi,
Avropa ilə Yaxın Şərq arasındakı məsafə o qədər də böyük deyil.Yəni, məsafə insanların
sığınacaq tapmaq vəöz ailələrini xilas etmək naminə oralara üz tutmağın qarşısını almır.Odur ki,
multikulturalizmin müsbət nümunələri üzərində dayanmaqla, bu dəyərlərin təşviqi hamımıza
yardımçı olar. Çünki gələcəkdə heç bir ölkə və millət təcrid olunmuş vəziyyətdə yaşaya bilməz.
Biz bir-birimizə bağlıyıq. Dünya ölkələrinin mütləq əksəriyyətinin əhalisi çoxmillətli
vəçoxdinlidir. Biz bununla fəxr etməliyik.
Ötən ay biz müsəlman dünyasının ən müqəddəs məkanlarından olan İmamzadə Dini-
Tarixi Kompleksinin yenidənqurma və bərpadan sonra açılışında iştirak etdik. Yeri gəlmişkən,
bu kompleks Gəncədə, Nizami Gəncəvinin vətənində yerləşir. Azərbaycan xalqı bu abidəni VIII
əsrdən bəri qoruyur. Ərazidə yeni məscid də inşa edilmişdir və mən Azərbaycanın müxtəlif
bölgələrindən olan insanları ora dəvət etmişdim. Orada mənimlə yanaşıçıxış edənlərin arasında
Azərbaycanın müxtəlif dini icmalarının rəhbərləri olmuşlar – Azərbaycan müsəlmanlarının,
Azərbaycanın Rus Pravoslav kilsəsinin, yəhudi icmasının və Azərbaycanın Katolik kilsəsinin
rəhbərləri. Onlar bu tədbirdə yalnız iştirak etməmiş, həm çıxış etmiş və həm də yeni inşa edilmiş
məscidi ziyarət etmişlər. Bu işlər bizim ölkədə belə qurulub. Bu, bizim cəmiyyətimizə, xalqımıza
və dünyaya olan mesajımızdır.
Bir neçə ay bundan öncə Azərbaycanın ən böyük məscidində sünni vəşiə müsəlmanlar bir
yerdə namaz qılmışlar və bunu vəhdət namazı adlandırmışlar. Bu da bir daha real vəziyyəti əks
etdirir. Burada nə müsəlman icması daxilində, nə də, ümumiyyətlə, cəmiyyətimizdə fərq
qoyulmur. Bu, Azərbaycan reallığıdır, bizim ən böyük sərvətlərimizdəndir və uğurlu
inkişafımızın zəmanətidir. Çünki bu konsensus, bu birlik olmadan biz uğur əldə edə bilmərik.
Biz daha da böyük nailiyyətlər əldə etməkdə, ölkəmizi müasirləşdirməkdə davam etmək
istəyirik. Biz buna yalnız dostluq və multikulturalizm kimi birgə dəyərlərəəsaslanaraq nail ola
bilərik.Ötən il Azərbaycan ilk Avropa Oyunlarına, 2012-ci ildə“Eurovision” mahnı müsabiqəsinə
ev sahibliyi etmişdir. Bakı İslam Mədəniyyəti Paytaxtı elan edilmişdir və gələn il biz İslam
Həmrəylik Oyunlarını təşkil edəcəyik. Azərbaycan Avropa Şurasının və eyni zamanda, İslam
Əməkdaşlıq Təşkilatının üzvüdür. Bu, mədəniyyətlər, ənənələr, dinlər arasında körpüdür və bu,
bizim məsuliyyətimizdir. Biz bu rolu ilk öncəöz ölkəmizin uğurlu gələcəyi və regionda sabit
proqnozlaşdırıla bilən vəziyyətin yaradılması naminə oynayırıq.
Əminəm ki, proqramın vacib mövzularıüzrə müzakirələr regionumuzda və dünyada
müsbət inkişafa böyük töhfə olacaqdır. Forumun işinə uğurlar diləyirəm. Təşəkkür edirəm.
1
*
http://www.president.az/articles/18227
16
Məryəm Əlizadə
Sənətşünaslıq üzrə elmlər doktoru, professor
Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universiteti
AZƏRBAYCAN MULTİKULTURALİZMİ VƏ TEATR
Multikulturalizm nədir?
Multikulturalizm bir neçə icmanın mədəniyyətinin eyni bir toplumda yan-yanaşı yaşamasını
və birgə mövcudluğunu bildirən bir anlayışdır. Termin iki mənada işlədilir: təsviri və normativ.
Təsviri məqsədlə istifadə olunan terminə adətən adi mədəni müxtəliflik faktı aid olur: o,
ümumilikdə konkret məkanın demoqrafik quruluşuna, bəzən məktəb, biznes, məhəlli, şəhər və
yaxud millət səviyyəsində təşkilatlanmaya tətbiq edilir.
Normativ termin olaraq, o, bu təyinatı və ya onun institusionallaşdırılmasını dəstəkləyən
ideologiya və siyasətə aiddir; bu mənada, multikulturalizm insan həyatının zəngin naxışlarıyla
bol və insanların öz şəxsiyyətlərini istədikləri şəkildə ifadə etmək arzusunun yer tapdığı sərbəst
bir cəmiyyətdir. Multikulturalizm çox vaxt mədəni assimilyasiya anlayışları ilə müqayisə edilir
və “metal əridilən soba” deyil, “salat qabı”, yaxud “mədəni mozaika” kimi təsvir olunur.
Multikulturalizm tərəfdarları multikulturalizmi tolerant cəmiyyətdə insanlara öz yerlərini
tapmağa icazə verən və sosial məsələlərə daha yaxşı uyğunlaşan ədalətli sistem kimi görürlər.
Onlar deyirlər ki, mədəniyyət vahid bir irq, yaxud vahid bir din üzərində qərarlaşmayıb; o,
dünya kimi dəyişkən çoxsaylı amillərin nəticəsidir.
Multikulturalizm əleydarları tez-tez mübahisə edirlər ki, multikulturalizm idealı müxtəlif
mədəniyyətlərin birgəyaşayışıdır, onların bir-birinə qarşılıqlı təsir göstərib bir-birini inkişaf
etdirməsidir, yoxsa bu, arzunun reallıq kimi təqdim olunmasıdır. Çünki multikulturalizmi qəbul
etməyənlər deyirlər ki, mədəniyyətlər arasında fərqlər var, qalır və qalacaq və bu
mədəniyyətlərin paradoksları da qalacaq. Iddia olunur ki, əvvəlcə özlərinin başqalarına
bənzəməyən mədəni dərkinin sinonimi kimi qavranılan Milli Dövlətlər tətbiq etdikləri
multikulturalizmə uduzur və nəticə olaraq da “sahib millət”in mədəniyyətinə ziyan dəyir.
Dünya və multikulturalist universal dəyərlər sistemi prinsipi başqasının mövcudluğunu qəbul
etməyə əsaslanır. Belə ki, çoxmədəniyyətli dəyərlər sistemi min illər ərzində harmoniya
şəraitində yaşayan müxtəlif irqlərin, etiqadların, fərqli kasta və etnosların olduğu cəmiyyətlərdə
uzun əsrlər boyu çiçəklənir. Bu, müxtəlif etnosların, müxtəlif dillərin və müxtəlif inancların
harmoniya şəraitində birgəyaşayışıdır ki, burada zəif təbəqələr və azlıqlar əhalinin çoxluq təşkil
edən hissəsiylə tamamilə təhlükəsizlik şəraitində ömür sürürlər. Bu, varlılarla yoxsulların
birgəyaşayışıdır. Əslində, multikulturalizm hər bir millətə özünəməxsus sima və xarakter verir.
Beləliklə, bu birgəyaşayış bəzi dəyərləri ümumiləşdirərək gündəlik həyatda əridir. Bu dəyərlər
insanların həyatda qalmasını təmin edəcək mübarizə və arzulardan ibarətdir. Bu mübarizələrdən
keçərək cücərən dəyərlər toxuma bənzəyir: o, qadağaları, inancları, həmçinin dilləri özündə
cəmləşdirirərək bütün qalan dünya ilə də öz içi və məzmunu ilə paylaşır. Multikulturalizm
müxtəlif torpaqlardan gələn çoxlu axınların bəşəriyyətin böyük mirasını yaratmaq üçün
töküldüyü ümumi bir çayı xatırladır. Buna görə də qatqısız mədəniyyətə xas millət, xalis millət,
yaxud xalis irq tədricən yayğınlaşır və mədəniyətin səciyyəsinin özü başqa təyinat qazanır, daha
geniş anlam kəsb etməyə başlayır.
Teatr mədəniyyət çarxını fırladan millərdən biridir. Əgər teatr multikulturalist universal
dəyərlər sistemi çərçivəsində nəzərdən keçirilirsə, onda biz əvvəlcə fikrimizi mədəniyyətlə bağlı
bu mühüm tezisdə cəmləməliyik, sonra isə konkret olaraq diqqətimizi teatra yönəltməliyik: çünki
teatr mədəniyyətlə bağlı müzakirələrdən kənarda qala bilməz. Bu fikri daha da genişləndirsək
qeyd olunmalıdır ki, mədəniyyət özü siyasi nəzəriyyə və siyasi təcrübədən təcrid oluna bilməz.
Beləliklə, bu mədəniyyət çarxının milləri çoxdur və onlardan hər biri çarxın müəyyən
istiqamətdə müəyyən məqsədə doğru hərəkət etməsi üçün güc və impuls verir. Çarxın müxtəlif
milləri dillər, sənətlər, memarlıq, musiqi, rəngkarlıq, folklor tarixi, teatr, məişət və s. kimi qəbul
17
edilə bilər. Bütün bu müxtəlif millər çarxı irəli apararkən bəşəriyyətin ən önəmli xüsusiyyətlərini
multikulturalist dəyərlərə qovuşdurur.
“Multikulturalizm” anlayışının Azərbaycan humanitar elminin tezaurusuna daxil olduğu və
elmi dairələrdə aktivcəsinə işlədildiyi tarix təqribən son on ili özündə ehtiva edir. Lakin bu
anlayış olmadan da, onun ətrafında diskussiyalar aparılmadan da azərbaycanlılar hələ çox-çox
illər bundan öncə mədəniyyətin multikültürəl bir durumunda yaşayırdılar və indi də yaşayırlar.
Azərbaycan çoxsaylı xalqların məskunlaşdığı bir ölkədir: yəhudilər, ruslar, yəhudilərdən dönmə
tatlar, talışlar, tatarlar, türklər, ləzgilər, avarlar, udinlər, gürcülər burada həmişə sərbəst ömür
sürüblər, özlərinə güzəran qurublar, öz mədəniyyətlərini, yəni öz dillərini, inanclarını, adətlərini,
mətbəxlərini qoruyub saxlayıblar. Bu ölkədə milli azlıqlardan, onların hüquqlarından və
problemlərindən danışılsa da, əslində, heç bir azsaylı xalqın nümayəndəsi özünü azlıqda olan
birisi kimi dərk eləməyib, hiss eləməyib. Adi bir misal çəkim: biz əksər hallarda ünsiyyətdə
olduğumuz adamın hansı millətdən olduğuna, əgər milli nişanələr qabarıq tərzdə nəzərə
çarpmırsa, fikir vermirik, heç bunu bilmirik də və bunu soruşmuruq da. Çünki Azərbaycanda
böyük əksəriyyət sərbəstcəsinə azərbaycanca danışır və bu dili öz ana dili kimi qavrayır. Talış,
ləzgi, tat, tatar Azərbaycan ədəbiyyatını öz ədəbiyyatı, Azərbaycan teatrını öz teatrı bilir və
bundan narahatlıq keçirmir.
Lakin bununla belə Azərbaycanda yaşayan azsaylı xalqların teatrları da mövcuddur. Qaxda
Azərbaycan Dövlət Gürcü Dram Teatrı, Qusarda Azərbaycan Dövlət Ləzgi Dram Teatrı, Bakıda
hələ 1921-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrı fəaliyyət göstərir. Hətta Azərbaycanda
80-ci illərdə “Beserer” eksperimental yəhudi teatr-studiyası da teatr prosesinə qoşulmuşdu.
Ancaq həqiqət budur ki, bu teatrların heç birinin, təbii ki, Rus Dram Teatrını çıxmaq şərtilə,
Azərbaycan teatr mühitinə, Azərbaycan teatr prosesinə mühüm təsiri olmayıb və yoxdur da:
onların heç biri öz yaradıcı aktivliyi, yaradıcı energetikası, axtarış potensialı ilə seçilmir. Mən bu
barədə, bunun səbəbləri haqqında çox düşünmüşəm, cavabını müxtəlif sosio-kulturoloji
problemlərin müstəvisində axtarmışam və problemin mahiyyətinə əməllicə yaxınlaşmışam.
Sovet dönəminə qayıtsaq, görəcəyik ki, əslində, Azərbaycan Dövlət Rus Dram Teatrı bütün
millətlərin teatrı olub. Rus Dram Teatrı həm yəhudilərə, həm ləzgilərə, həm də türklərə, eləcə də
digər milli azlıqların nümayəndələrinə, eyni dərəcədə açıq və doğma olub, birləşdirici funksiya
daşıyıb. Hətta bu gün Rus Dram Teatrında çalışan etnik rus tapmaq çətindir: orada yaradıcı
fəaliyyətlə məşğul olanlar etnik yəhudilər, etnik ləzgilər, etnik türklər, etnik avarlardır ki, sərbəst
şəkildə rusca danıışırlar. Əgər elə isə onda Rus Dram Teatrı kimin teatrıdır: bəlkə bu rus teatrı
yox, artıq rusdilli teatr kateqoriyasına aiddir? Bəlkə elə bu səbəb ucbatından milli azlıqlar öz
teatrlarına münasibətdə təşəbbüssüzdürlər? Axı bu milli azlıqların əksəriyyəti özünü daha çox
rus dilində tanıyıb tapa bilir, əlbəttə ki, keçmiş SSRİ-dən qalmış bir miras, bir yadigar kimi.
Hərçənd problemin başqa bir tərəfi də var. Məsələn, müasir ləzgilər, talışlar Azərbaycan
ədəbiyyatını, Azərbaycan teatrını elə öz ədəbiyyatları, teatrları sayırlar və bu sahələrdə də aktiv
məşğul olurlar. Belə olduğu zaman milli azlıqların öz teatrlarını yaratmasına ehtiyac qalırmı?
Mənə elə gəlir ki, qloballaşma dövründə bu artıq o qədər də aktual deyil. Və multikulturalizm,
əslində, XX əsrinXXI yüzilə ötürdüyü sınaqdan çıxarılma bir problemdir.
Əlbəttə, bu qısa məruzəmdə mən birmənalılığa heç də iddialı deyiləm. Hər halda bu mənim
hissi qavrayışımdır və multikulturalizm bir problem kimi teatrdan o illərdə də, indi də yan ötüşüb
gedir.
Dostları ilə paylaş: |