MƏDƏNİYYƏT: problemlər və perspektiVLƏR



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə4/20
tarix29.01.2020
ölçüsü1,5 Mb.
#30337
1   2   3   4   5   6   7   8   9   ...   20
konf2


Литература
 
1.  Бадалбейли У. «Мотивы Низами в европейской литературе», «Язык и литература», 
ISSN, 1038, 1(35), электронная версия, БГУ, 2003 
2.  Гаджиев  А.  Проблемы  изучения  Aзербайджанского  ренессанса. Проблемы 
Азербайджанского Ренессанса. Сбор.соч. – Б., 1984, с3-24. 
3.  Горнунг Б. В. Существовал ли "Ренессанс XII века"? // Историко-филологические 
исследования: Сб. статей к 75-летию акад. Н. И. Конрада. М.: Наука, 1967.  
4.  Конрад Н. И. Запад и Восток. М., 1966.  
5.  Лосев А. Ф. Эстетика Возрождения. М., 1978.  
6.  Мец А. Мусульманский Ренессанс. 
М.: Наука, 1966
 
7.  Пиков Г.Г. Из истории европейской культуры. - Новосибирск, 2002 
8.  Проблемы Азербайджанского Ренессанса. Сбор.соч. Баку: Элм,1984 
9.  Тагиева 
Р. 
Искусство 
азербайджанского 
ковроткачества 
в 
контексте 
межцивилизационного диалога. Кавказ и глобализация, 2009, №1-2, с. 153-159 
10. Шуази О. Всеобщая история архитектуры, Т-2, М.,Эскмо,2008 
11. Kuban D. Osmanlı mimarisi. İst. 2007 
 
Nigar Hüseynova  
Azərbaycan Dillər Universiteti 
fəlsəfə üzrə  fəlsəfə doktoru 
 
MƏDƏNİYYƏT   FƏLSƏFƏSİNDƏ  MİLLİLİK  İLƏ 
 ÜMUMBƏŞƏRİLİYİN   VƏHDƏTİ  VƏ  NİSBƏTİ   PROBLEMİ 
 
Fəlsəfə tarixində millilik və ümumbəşəriliklə bağlı məsələlərin təhlili geniş sosial-siyasi 
və iqtisadi proseslərin fonunda getmiş, bu da tədqiqatçıların mövqeyinə  əsaslı  şəkildə  təsir 
etmişdir. Fəlsəfə tarixindən məlum olduğu kimi, ümumbəşərilik lap qədim dövrlərdən etibarən 
kosmosentrik, teosentrik və yaxud antroposentrik əsaslarda formalaşıb inkişaf etmişdir. Qeyd 

 
27
edək ki, dövlətlərin formalaşması, milli mədəniyyətlərin təşəkkülü zamanı sosial amillərin təsiri 
altında  şüurda kütləviləşmə baş vermişdir. Çox ehtimal ki, antroposentrizm meylləri insan 
cəmiyyətinin həyatında kütləviləşmə hallarının artması ilə əlaqəlidir. 
Tarixi inkişaf nəticəsində  ərazilər üzrə aparılan tarixi bölgü zamanı formalaşmış siyasi 
birliklər, yəni dövlətlər inkişaf etdikcə, xalqların sosial-iqtisadi və  mənəvi inkişafında da yeni 
meyllər xeyli dərəcədə güclənmişdir.  Əgər  əvvəlki  ənənəvi cəmiyyətlərdə adətlərin rolu, 
ənənələrin insanların mənəviyyatlarına təsiri güclü idisə, kapitalizm şəraitində bu rolu yeni həyat 
tərzi, yeni dövlət ideologiyası oynamağa başladı. Nəticədə millilik kimi mənəvi sosial hadisə 
meydana gəlmişdir. 
Beləliklə, millət kimi etnososial birliyin tarix meydanına gəlməsinin səbəbi cəmiyyətdə 
baş verən sosial-iqtisadi və siyasi proseslər idi. Aydındır ki, millilik və ümumbəşərilik kimi 
kateqoriyalar məzmunca fərqli olsalar da, sosial şərait, tarixi inkişaf burada qarşılıqlı təsir üçün 
də şərait yaradırdı. 
“Millət” anlayışının formalaşma tarixi və onun müasir vəziyyəti, yəni sosial elmlər 
paradiqmasında tutduğu mövqe heç də onun sabitliyinə  və möhkəmliyinə  dəlalət etmir. İndiyə 
qədər insan cəmiyyəti tarixində bir çox tarixi birlik formaları mövcud idi və  həmin birlik 
formalarının bəziləri XIX əsrdən “millət” kimi təşəkkül tapmış, sonrakı  təkamül yolunu 
keçmişlər. Təsadüfi deyildir ki, “millilik” və “ümumbəşərilik” anlayışları fəlsəfə tarixində adətən 
insan probleminin tərkib hissəsi kimi təhlil olunmuşdur. Hal-hazırda insanın dəyəri və imkanları 
o qədər artmışdır ki, artıq bu, yeni sosial məkan—zamanda hüdudlarında, yeni mənəvi 
dəyərlərdə, yeni siyasi birliklərdə, millətlərdə öz ifadəsini taparaq, başlıca xüsusiyyətlərini 
nümayiş etdirə bilmişdir. 
 
Maşide Niğmet Memiş  
ADMİU- doktorant- Türkiyə 
 
                   AZƏRBAYCAN  TÜRKİYƏ MƏDƏNİ ƏMƏKDAŞLIĞINDA   
                                            MUZEYLƏRİN ÜNSİYYƏTİ 
 
 Azərbaycan Türk əməkdaşlığının tarixi çok dərin köklərə malikdir. Azərbaycan və 
Türkiyə arasındakı əlaqələr uzun bir keçmişə dayanmaktadır.Ortak mənşə, dil, din birliyi, bənzər 
mədəniyyət,  ənənə  və adətləri bu əlaqələri zəruri edən başlıca faktörlerdendir.Türkiye və 
Azərbaycan, tarixlərinin  ən çətin dövrlərində bir-birinə  dəstək oldular.1918-ci ildə Nuru Paşa 
komutanlığındaki Türk Qafqaz ordusunun uzun mübarizə  və müharibələr verərək Bakı'nü 
qurtarması Azərbaycan üçün əhəmiyyətli bir dövr nöqtəsi oldu.  
İnsanlığın ilk günlərindən bu yana mədəniyyət və sənət strukturları  maraq, hətta ehtiras 
kimi romantiklik, estetik, dinsellik, didaktik olduğu qədər güc və  zənginlik simvolu olaraq 
yaradılmış, ya da toplanmıştır. Bu qiymətli obyektlər güclə birlikdə əl değiştirmiştir.Değerli və 
əhəmiyyətli görülən bu obyektlər qorunma ehtiyacını da birlikdə daşımaxdadır.Bu qoruma həm 
fiziki güclərə  həm də  oğurluq və başqa risklere qarşı doğmuştur. Buna görə, bu obyektlər, 
sarayların xəzinələrində, dini məkanların  ən müqəddəs yerlərində saklanmışdır.Toplumun 
bilinçlenmesiyle birlikdə bu qiymətli obyektlərin kimə aid olduğu fikri gedərək müzakirə 
edilməsi gəlmiş, sonunda bunların, insanların xüsusi marağını aradan qaldırıcı  və kefinə 
çıxarılmış obyektlər olmadığı, insanlığın və  cəmiyyətin məlumatına təqdim edilməsi fikri, 
bunların xalqın görebilcegi yerlərdə sərgilənməsi düşüncəsi doğurmuş və toplanan bu obyektlər 
müzeciligin doğulmasına səbəb olan bir fikri və faktı gündəmə gedirmişdir. Muzeyciliğin müasir 
ölçüsü isə obyektə olduğu qədər insanada yönelmiştir. Bunu insanın  şüuruna yerləşdirməyi 
məqsəd qoymuşdur. 
   Azərbaycan Türkiyə ortaq mədəniyyətinin araşdırılmasında muzeylerin  rolu iki ölkə 
arasında tarixi köklərimizin adət və ənənələrimizin qorunması saxlanması və muzeylərin xalqa 
çatdırılması  və yaşadılması möhümdür. Azərbaycan və Türkiyə  əlaqələrində siyası, elm, 
mədəniyyət, və muzeylerle bağlı öz dəyərlərimizə sahib çıxmaq, gələcək nəsillərə bunları 

 
28
çatdırmaq, və yaşatmakdır.Türkiyə-Azərbaycan münasibətləri yüksək mənəvi dəyərlər üzərində 
qurulub. Bu dəyərlərin qiymətini yaxşı bilməli, onu gözümüz kimi qorumalı və gələcək nəsillərə 
ötürməliyik. Unutmayaq ki, Türkiyə Azərbaycan, Azərbaycan da Türkiyə üçün çox vacib 
ölkələrdir. Türkiyə-Azərbaycan münasibətləri hazırda strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək, 
sıx qarşılıqlı əməkdaşlıq şəraitində davam etməkdədir.  
  Mədəniyyətlərimiz arasındakı tarixi və  mədəni-mənəvi körpü yəni təfəkkür işığında nəzərdən 
keçirilməsi, araşdırılıb xalqa çatdırılması  və  dəyərlərimizi öyrənilməsi ve siyasi, mədəni,  əlmi, 
ələqalərin artması  və xususiylə muzəylərlə bağlı, iki ölkə arasında müqavələrin bağlanması 
qarşılıqlı  əlmi araşdırmaların və  tətqiqatların aparılması, və  əlmi mübadilənin rəallaşması  əsas 
məqsədlərdən birini kəps ədir. 
 
Günəş Cəbrayılova  
ADMİU-doktorant 
 
DEMOKRATİYA VƏ İSLAM 
 
 
İslamda  əxlaq sevgi, şəfqət, mərhəmət, təvazökarlıq, fədakarlıq, tolerantlıq və sülh 
anlayışları əsasında qurulmuşdur. Burada demokratiya, aşkarlıq, insan hüquq və azadlıqları və s. 
kimi humanist çağırışlar vardır. “Qurani-Kərim”in “Bəqərə” surəsinin 256-cı ayəsində deyildiyi 
kimi “Dində məcburiyyət yoxdur. Artıq doğruluq azğınlıqdan ayırd edildi. Hər kəs Taqutu inkar 
edib Allaha iman gətirsə, o, artıq  ən möhkəm bir ipdən yapışmış olur. Allah eşidəndir, biləndir.”  
 
İslam dini demokratik ənənələrə  əsaslanaraq cəmiyyətin  siyasi xəttinə  və sosial-mənəvi 
tələbinə çevrilmişdir.  İslami müstəvidən baxdıqda aydın olur ki, hər bir cəmiyyət üzvünün 
ictimai və fərdi azadlıqlardan bəhrələnmək hüququ vardır.     
 
“İslam  əxlaqını tanımayan və ya yeni tanış olan bəzi insanlar İslamı yanlış  mənbələrdən 
öyrəndikləri üçün yanlış önmühakimələrə  və fikirlərə sahib olurlar. Bu insanlar heç bir 
doğruluğu olmadığı halda, İslamın azadlıqlarına mane olacağına, sənət və elmə zərər vuracağına 
inanırlar. Halbuki, İslam insanlara ibadət, fikir və söz azadlığı  təmin edən, onların hər cür 
haqqını himayə altına alan və insanlara gerçək azadlıq verən bir dindir. Quranda bildirilən "Əgər 
səni yalançı hesab etsələr, de: "Mənim əməlim mənə, sizin əməliniz isə sizə aiddir. Siz mənim 
etdiyim əməldən uzaqsınız, mən də sizin etdiyiniz əməllərdən uzağam" (Yunis surəsi, 41) ayəsi 
uca Allahın qullarına demokratiyanı  əmr etdiyi ayələrdən biridir. Bu ayədə heç kimə  təzyiq 
edilməməsinin, hər kəsin fikir və inanc azadlığına sahib olmasının  əhəmiyyəti çox açıq ifadə 
olunub.”  
 
İslam Azərbaycanda VII əsrdən tədricən yayılmağa başlamışdır. Azərbaycanın Rusiya 
imperiyasına ilhaq edilməsindən sonrakı dövr ölkənin islamlaşmasının yeni mərhələsi kimi 
nəzərdən keçirilə bilər. Bu mərhələnin  ən səciyyəvi xüsusiyyəti hökumətin müsəlman din 
xadimlərini  ələ almaq və özünə tabe etmək məqsədilə xristianlıqdakı kilsə strukturuna bənzər 
islam dini qurumu yaratmaq siyasəti ilə bağlıdır. Cənubi Qafqaz şiə  və sünni məhəmmədi 
ruhanilər idarəsi haqqında  Əsasnamə" Dövlət  şurasının təqdimatı ilə Rusiya çarı  tərəfindən 5 
aprel 1872-ci ildə təsdiq edildi. İdarənin təşkilində rus provaslav kilsəsinin quruluş prinsipi əsas 
götürülmüşdü. Cənubi Qafqazda 2 müsəlman inzibati orqanı - müftinin başçılığı ilə Sünni ruhani 
idarəsi (müftilik) və şeyxülislamın sədrliyi altında Şiə ruhani idarəsi (şeyxülislamlıq) yaradıldı. 
Azərbaycan Demokratik Respublikası (1918-1920) yaranana qədər cənubi Qafqaz 
müsəlmanlarının dini işləri bu iki idarə tərəfindən tənzim edilmişdir. 1918-ci il dekabrın 11-də 
şeyxülislam Məhəmməd Pişnamazzadə  vəzifəsindən istefa verir. ADR sosial təminat və dini 
etiqad işləri naziri Musa Rəfibəyovun əmri ilə həmin vəzifəyə axund Ağa Əlizadə təyin edilir. 
Bu dövrdə islamı rasionallaşdırmaq, müasirləşdirmək meylləri güclənir. 1920-ci ildə 
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra mayın 15-də Dini etiqad işləri nazirliyi və 
Şeyxülislamlıq təsisastı buraxılır, müsəlman din xadimləri təqiblərə  məruz qalır, məscidlərin 
əksəriyyəti bağlanır. 1943-cü ildə faşist Almaniyasına qarşı mübarizədə dinin imkanlarından 
istifadə  məqsədilə Zaqafqaziya müsəlmanlarının dini qurumunun yaradılması  məqsədəuyğun 

 
29
hesab edilir. Zaqafqaziya müsəlmanlarının I qurultayı 25-28 may 1944-cü ildə Bakıda keçirilir 
və mərkəzi Bakıda olmaqla Cənubi Qafqaz Müsəlmanları Ruhani İdarəsi yaradılır. 1944-cü ildən 
cənubi Qafqazda müsəlmanların dini təşkilatlanmasındakı dualizm aradan qalxır. Cənubi Qafqaz 
Müsəlmanları Ruhani İdarəsi vahid mərkəz olur və  şeyxülislam tərəfindən idarə olunur, müfti 
İdarə sədrinin birinci müavini sayılır və sünniməzhəb müsəlmanların şəriətlə bağlı məsələlərini 
tənzim edir. Hazırda bu idarə Qafqaz Müsəlmanları İdarəsi kimi dövlət qeydiyyatından keçərək 
fəaliyyət göstərir və islam təmayüllü digər dini icmaların tarixi mərkəzi hesab olunur. 
        SSRİ dağıldıqdan sonra sovet məkanında mövcud olan bütün müsəlman dini təşkilatları 
böhrana məruz qaldığı, parçalandığı halda, Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi öz 
fəaliyyət dairəsini daha da genişləndirmişdir. 1998-ci ildə Bakıda Qafqaz müsəlmanlarının 10-cu 
qurultayı keçirilmişdir. Qafqaz Müsəlmanları  İdarəsinin Gürcüstanda və Dağıstanda da 
nümayəndəlikləri açılmışdır. Qafqaz Müsəlmanları  İdarəsi beynəlxalq islam təşkilatları ilə 
əlaqəsini ardıcıl  şəkildə  təmin edir, qonşu müsəlman ölkələri ilə dini zəmində  sıx  əlaqələr 
yaradır. Bu gün həmin idarə öz səlahiyyətləri çərçivəsində Azərbaycanda İslam dini icmalarına 
rəhbərlik edir, şəriət qayda-qanunlarının düzgün yerinə yetirilməsinə nəzarət edir. 
 
Zaman-zaman panislamizm, fanatizm, ehkamçılıq, avamlıq, daha nələr-nələr damğası ilə 
islami dəyərlərdən faydalanmayan cəmiyyət, nəhayət ki, dövlət müstəqilliyinin əldə edilməsi ilə 
xalqımızın mənəvi-əxlaqi dəyərlər sistemində islamın layiq olduğu yeri tutmasına səbəb 
olmuşdur. 
        Demokratik təfəkkürün qərarlaşdığı indiki şəraitdə islam dini konseptual təhlili göstərir ki, 
islamda bugünkü anlamda demokratiyaya zidd heç bir çağırış yoxdur. Azərbaycan 
Respublikasının Prezidenti İlham  Əliyevin  İslam Konfransı  Təşkilatının Gənclər Forumundakı 
(İstanbul, 3 sentyabr 2006) çıxışında islam həmrəyliyinin zəruri olduğunu qeyd edilmişdir.  
       Müasir dövrdə demokratiya və İslamın qarşılıqlı əlaqə və təsirindən danışarkən, qeyd etmək 
lazımdır ki, demokratiya sosial-siyasi hadisə olaraq, mənəvi proseslərə, o cümlədən, dini 
mənəvi-əxlaqi proseslərə də fəal təsir göstərir. İslam dini Azərbaycan xalqının  mənəviyyatının 
ayrılmaz bir hissəsidir. Məhz buna görə də bu xalq  dünyəvi dəyərlərlə yanaşı, islami dəyərləri, 
onun mütərəqqi ənənələrini yaşatmağa və daha da inkişaf  etdirməyə çalışır.   
 
Cavid Ələkbərli  
ADMİU - doktorant 
 
 
İSPANİYA VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏLƏRİNİN ORTAQ CƏHƏTLƏRİ 
 
 
Qloballaşan dünyamızda ölkələrarası  mədəni  əlaqələrin qurulmasının inkişafı dövründə 
müxtəlif məkanda yaşayan xalqların mədəniyyət və mentalitetlərindəki ortaq bağları müəyyən 
etmək Azərbaycan mədəniyyətşünaslığının prioritet vəzifələrdəndir. Bu mövzuda araşdırmaların 
aparılması həm Azərbaycan, həm də xarici ölkələrin mədəniyyətşünaslıqları üçün çox vacibdir. 
Qərb və  Şərq mədəniyyətlərinin elementlərini özündə birləşdirən Azərbaycan və  İspaniya 
mədəniyyətlərinin uzlaşan bağlarını göstərmək Azərbaycan mədəniyyətşünaslığının  ən aktual 
məsələlərindən birini təşkil edir. 
Hər iki ölkənin çoxqatlı mədəniyyətinə bir sıra xalqların təsiredici amili və paralel olaraq, 
Roma imperiyası  və  Ərəb xilafəti mədəni təbəqəsinin bu ölkələrin mədəniyyətinə yeriməsi 
gerçəkliyi nəzərə alınarsa, Azərbaycan və İspaniya mədəniyyətlərinin ortaq bağlarını araşdırmaq 
məsələsi  əsas məqsəd olaraq qarşıya çıxır. Qarşıya qoyulan məqsədə çatmaq üçün hər iki 
mədəniyyətin istiqamətlərini və inkişaf mərhələlərini göstərmək, bu mədəniyyətlərin 
formalaşlamasına təsir göstərən amilləri üzə  çıxarmaq və  əldə olunacaq nəticələrin gələcəkdə 
ölkələr arasında qurulacaq münasibətlərə  təsiri perspektivlərini tapmaq araşdırmanın  əsas 
vəzifələrindəndir. 

 
30
Dünya mədəniyyətinə zəngin tövhələr vermiş Azərbaycan dünyanın mədəni proseslərində 
aktiv fəaliyyətinin əsas məqsədi beynəlxalq arenada özünü bu sistemin bir parçası olaraq tanıda 
bilməkdir. Azərbaycan Respublikasının müvafiq hökumət qurumları beynəlxalq mədəni 
əlaqələrin qurulması  və inkişaf etdirilməsini ölkəmizin mövcud qanunvericilik aktlarına uyğun 
həyata keçirirlər. Mədəniyyəti ilə  zəngin olan İspaniya tarixən dünyanın həm siyasi , həm də 
mədəni həyatında böyük rol oynamışdır. Bir çox mədəniyyətlərin təsiri altında formalaşan 
İspaniya mədəniyyəti öz zənginliyi ilə bir çox ölkələrin mədəniyyətlərinə  təsir etmişdir. 
Rəngarəngliyi fərqlənən mədəni irsə malik olan İspaniya Yunesko obyektlərinin sayına görə 
dünyada III yeri tutur. Əfsuslar olsun ki, bu cür zəngin maddi və  mədəni irsə malik olan bir 
Avropa ölkəsi ilə bir çox sahələrdə sosial - mədəni və iqtisadi münasibətlər arzuolunan 
səviyyədə deyil. 
Tədqiqat obyektini araşdırdıqda aydın olur ki, tarixən həm Azərbaycan, həm də 
İspaniyaya böyük imperiyaların təsiri olmuşdur. Bunlardan hər iki mədəniyyətə daha 
nəzərəçarpacaq təsir göstərən, eyni zamanda onları daha zəngin edəni ərəb amili olmuşdur. Eyni 
zamanda qaraçı və yəhudi kimi etnoslar da sözügedən məkanda yaşamışlar. İspaniyanın cənub 
vilayətlərinin mədəni həyatına daha çox təsir edəni isə qaraçı etnosu olmuşdur. 
Mövzunun seçilməsinin  əsas səbəblərindən biri budur ki, hər iki ölkənin tarix və 
mədəniyyətlərində açıq-aşkar oxşarlıq vardır. Bunu biz tədqiqat obyektində göstərilən xalqların 
mətbəxi, musiqisi və tarixən yaşadıqları  məşəqqətli tarixi proseslər səbəbindən müxtəlif 
sahələrdə çalışan sənətkarların sənət əsərlərindən görə bilərik. 
Azərbaycanın və İspaniyanın qədim və orta əsrlər tarixini araşdırdıqda aydın olur ki, bu 
ölkələrin mədəni həyatı  həm müxtəlif,həm də oxşar proseslər yaşamışdır. Buna görə bu 
mədəniyyətlər zənginliyi, çoxçalarlığı  və çoxçeşidliyi ilə seçilirlər. Azərbaycan və  İspaniya 
mədəniyyətlərinin ortaq cəhətlərini göstərməyi  əsas məqsəd olaraq götürərkən, bu araşdırmada 
diqqət İspaniya mədəniyyətinə yönəlmişdir. 
Bu mövzu haqqında danışarkən musiqi alətlərindən söz açmaq vacibdir. Belə ki, həm 
Azərbaycanın musiqi rəmzlərindən biri olan tar alətinin , həm də ispan gitarasının bəzi 
tədqiqatçılara görə kökləri eyni mənbədən qaynaqlanır(4). Sübut olunmuşdur ki, e.ə. 1400-cü 
ildə gitaraya bənzər dördsimli alət Suriya və Kiçik Asiyada məskunlaşan hetlər tərəfindən ifa 
olunmuşdur. Ümumilikdə bu nəzəriyyəyə  əsasən söyləmək olar ki, ispan gitarası ilk öncə 
hetlərin tanburu, sonra yunanların kitarası , daha sonra isə romalıların sitarasından  əmələ 
gəlmişdir. Duglas Harper öz əsərlərində yazır ki, “dütar”-fars dilində “ikitelli”, "setar" - "üçtelli", 
"çahartar" - "dördtelli", "pənctar" - "beştelli", "şeştar" - "altıtelli" deməkdir. Daha sonra 
setar/sitara sözü yunanların vasitəsilə Avropaya kitara –kifara biçimində  gətirilərək “gitara” 
adlanmışdır. 
Şərqin musiqi alətlərinin və gitaranın tarixini araşdırarkən məlum olur ki, bu alətlərin 
kökləri mənşəcə bir-birinə çox yaxındırlar. Yalnız bu alətlərin adlarında “tar” hissəsinin olması 
təsadüfi hal deyil. Odur ki, həm Azərbaycan tarının , həm ispan gitarasının eyni köklərdən 
qaynaqlanması məsələsi diqqətlə araşdırılmalı və belə bir məqama xüsusii diqqət yetirilməlidir 
ki, gitara qadom Şərq mədəniyyətinin nümunəsidir. 
Hər iki ölkəni ziyarət etmək imkanı əldə edən turistlər orta əsrlərdə inşa olunan şəhərlərin 
memarlıq nöqteyi nəzərindən nə qədər də bir-birinə yaxın olduğunun şahidi olurlar. Bu ortaqlığı 
hər iki ölkədə orta əsrlərdə dominantlıq edən islam amili ilə əlaqələndirmək olar. Bu şəhərlərin 
özünü nümayiş etdirmək xüsusiyyəti yoxdur. Belə ki, orta əsr müsəlman  şəhərlərinin enli 
küçələri olmur. Bu şəhərlərin sonsuz, dar küçələri vardır. Bunun səbəbi insanların dini inancları 
idi ki, müsəlmanlar öz evlərini daha gizli, sirli saxlamalı və cəmiyyəti müxtəlif növ böhtanlardan 
qorumalı idi. 
Burada xüsusilə qeyd etməli olduğumuz elemenlərdən biri ərəb hamamlarıdır. Bu 
hamamlardan keçmişdə bir yerə yığışmaq , ticarət və d. məsələləri müzakirə etmək üçün istifadə 
olunurdu. Hamamlar tikilərkən  İslam dininin ruhuna uyğun olaraq inşa olunmuşlarr. Yuxarı 
təbəqəyə məxsus olan şəxslər üçün özəl hamamlar, saray əyanlarının isə saraya yaxın yerdə şəxsi 

 
31
hamamları var idi. İspaniyada  ən tanınmış hamamlardan Qranada şəhərində yerləşən “El 
banyuelo” və yaxud “Banyo del Moqal” adlı hamamdır.(3) 
Baxmayaraq ki, xalça sənəti Azərbaycanda daha qədimdən mövcud olmuş, İspaniyanın da belə 
bir  ənənəyə malik ola bilməsi bizi daha yaxın edir. İspanca xalçaya “alfombra”, ərəbcədən al-
khumra sözündən götürülmüşdür. Artıq X əsrdən başlayaraq burada düyünlü xalçalardan istifadə 
olunmağa başlayır. İbn Havqal yazır ki,” Orta Şərqdən ayrı Əndəlisdə düyünlü xalçalar istehsal 
olunur. Bu xalçalar Mursia şəhərinin eyni adlı Mursia məhəlləsində hazırlanır.”(1) 
Dini amilin xalqların mədəniyyətləri üzərindəki təsiri millətlərin mədəniyyətlərini 
araşdırarkən hər zaman mədəniyyətşünas və kulturoloqlar tərəfindən nəzərə alınmışdır.  İslam 
dini Hindistandan tutmuş Pireney yarımadasına kimi , xristian dini isə demək olar ki, bütün 
qitələrdə yayılmışdır. Odur ki, hər iki mədəniyyət müxtəlif dövrlərdə bu iki dinin təsirində 
olmuşdur. Bu oxşarlığın izlərini hər iki mədəniyyətinin memarlığı , musiqisi və mentalitetində 
aydın görə bilərik. 
Bütün qeyd etdiklərimizi nəzərə alaraq mövzunun mədəniyyətşünaslığımıza və iki ölkə 
arasındakı  gələcək münasibətlərinə müsbət təsiri aydındır. Daha öncə qeyd etdiyimiz kimi, 
müstəqilliyini yenicə  əldə etmiş ölkəmiz üçün dünya arenasında nüfuzu olan ölkələrlə 
münasibətlərin qurulub inkişaf etdirilməsi ən mühüm məsələlərdən sayıla bilər. 
 
Ədəbiyyat: 
 
1.Alfombras espanolas //
http://ge-iic.com/files/textiles/cristina_partearroyo.pdf
 
2.El arte arabe en Espana. http://www.adurcal.com/enlaces/cultura/zona/historia/arabe/arte.htm 
3.Lacultura del agua en al-Andalus// 
http://digitalcollections.sit.edu/cgi/
 
4.Tar. 
https://az.wikipedia.org/wiki/Tar
 
Günel Baxışova  
ADMİU-doktorant 
 
AZƏRBAYCANDA MƏDƏNİYYƏTLƏRARASI  DİALOQ  
 MULTİKULTURALİZMİN ŞƏRTİ KİMİ 
 
 
                                                      "Biz Azərbaycanda çalışırıq ki, yaşadığımız bölgədə regional 
əməkdaşlıq inkişaf etsin, millətlərarası münasibətlər daha da 
                    yaxşılaşsın, dinlərarası dialoq güclənsin" 
 
                                                                                                                    Prezident İlham Əliyev 
 
      Yaşadığımız zaman mədəniyyətlər və dinlər arasındakı yaxınlaşmanın  dilə  gətirilərək, 
dialoqların  qurulduğu,bunun nəticəsində mədəni -dini fərqliliklər üçün xoşgörünün  axtarıldığı 
və birarada  sülh şəraitində yaşaya bilmək üçün maksimum səylərin göstərildiyi bir zamandır.Biz 
 insanlar  fitrətən elə yaradılmışıq ki,digər insanlarla əlaqə qurmağa və onları anlamağa 
ehtiyacımız olur. Dünya tarixini  bu baxımdan həm də  dinləri və  mədəniyyətləri  əhatə edən 
bəşəri dialoqlar , münasibətlər  tarixi  kimi də dəyərləndirə bilərik.  
      "Dialoq çağı" deyilən indiki vaxtda bunun vacibliyi daha çox hiss edilir. Dialoqun iki faydası 
var: Birincisi,fərqli qrup və mədəniyyətlərin maddi və mənəvi dəyərləri ilə tanış olmaq, ikincisi 
isə, məlumat və təcrübə mübadiləsində olmaq . 
     Mədəniyyətlərarası dialoq  mühitində müvəffəqiyyətli olmaq üçün  beynəlxalq anlayışları, 
siyasətləri tanımaq və digər mədəniyyətlərin  xüsusiyyətlərinin  öyrənilməsi vacibdir. Maraqlısı 
da odur  ki, mədəniyyətlərarası dialoqda  müvəffəqiyyətin təməli həmçinin, insanların  ilk öncə  
öz mədəniyyətlərinə qarşı həssaslıq göstərməsinə əsaslanır. 

 
32
     Aparılan  müxtəlif araşdırmalar nəticəsində  mədəni müxtəlifliklərin fərqində olan, bu 
fərqliliklərə hörmət göstərən və mədəni müxtəlifliyi qarşılıqlı anlaşma  yolu ilə üstünlüyə çevirə 
bilən ölkələrin müvəffəqiyyət əldə etdiyi görünür. 
     Multikultural  cəmiyyətlərdə  rəvan inkişaf  halları yaşanır və dövlətin beynəlxalq aləmdə 
təhlükəsizliyi  yüksək səviyyədə  təmin oluna bilir. Çoxmədəniyyətli mərkəzə çevrilmə 
mədəniyyətlərin qarşılıqlı    şəkildə qovuşmasına və  hər  bir mədəniyyət tərəfindən islah 
olunmasına səbəb olur. Mədəniyyətlərin qarışması zamanı xalqların nümayəndələri  müsbət 
dəyərləri, üstün cəhətləri qəbul etməklə    əksər hallarda  öz mədəniyyət stereotiplərindən azad 
olurlar və islah olunurlar (6,19) Burada fərqli dinlərdən insanlar, paylaşdıqları ortaq bir ictimai 
mühitdə plüralizm anlayışı içində həyatın ortaq istiqamətlərini və ya ədalət, sülh, insan hüquqları 
kimi cəmiyyətin ciddi məsələlərini birlikdə həll etmənin yollarını axtara bilirlər.Bu cür görüşlər 
sayəsində  mədəniyyətlər arasındakı qarşılıqlı xidmətin yayılması  və müsbət  niyyət və 
səmimiyyət alış-verişinin artması səbəbiylə həyatın "insani" istiqamətləri ortaya çıxır. 
      Dünyada  gedən proseslər bugün bu məsələləri: sülh şəraitində birarada yaşama, 
mədəniyyətlərarası dialoqun vacibliyini  gündəmə yenidən gətirmişdir.  
    Bu  gün  özündə  mədəniyyətlərin, sivilizasiyaların, konfessiyaların qarşılıqlı münasibətlərini 
əhatə edən humanitar məsələlər həssaslıqla yanaşmanı  tələb edir. Mədəniyyətlərin dialoqu 
dünyada sabitliyin qorunması,problemlərin qarşısının alınması, həll edilməsi baxımından çox 
əhəmiyyətlidir.  
      Son  zamanlarda  dünyada  digərlərinə qarşı dözümsüzlükdən qaynaqlanan  qaynar nöqtələr 
formalaşmağa başlamışdır. Müharibələr, toqquşmalar  üçün zəmin formalaşır, milli, dini 
zəmində qarşıdurmalar baş verir, məzhəb zəminində qardaş qanı tökülür. Bu problemlərin  
kökündə eyni məxrəcə gələrək, dialoq qura bilməmək, bir sözlə “dialoqsuzluq”dayanır.  
   Qloballaşma millətlərin dünya sisteminə inteqrasiyasının sürətləndirilməsinə təsir edir, müasir 
nəqliyyat vasitələrinin və iqtisadi əlaqələrin inkişafı ilə güclənir,kütləvi informasiya vasitələrinin 
insanlara təsirini gücləndirir. Bu xalqlar arasında mədəni kontaktların genişlənməsinə imkan 
verir və insanların miqrasiya proseslərini güclənidirir (1,20). 
    Fərqli mədəniyyətlərin  mövcudluğunun qorunması, mədəni müxtəlifliyin zənginliyini dərk 
etmək, qarşılıqlı inam və anlaşma şəraitində mədəni əməkdaşlığa hörmətlə yanaşma, qloballaşma 
dövründə    mədəniyyətlər və dinlərarası dialoqun davam etdirilməsinə    zəmin yaradır. Mədəni 
müxtəlifliyin tanınması ilə bağlı BMT  Konvensiyasına qoşulan Azərbaycan Respublikası 
mədəniyyətlərarası dialoqun zəruriliyini dərk edərək  Şərq və  Qərb  ölkələri arasında mədəni 
əməkdaşlığın genişləndirilməsinə  rəvac verməkdədir (3,82).  
       Müstəqillik  əldə etməyimizlə başlayan bu qısa, lakin uğurlu yolda multikulturalizm 
Azərbaycan dövlətinin milli-mənəvi, ümumbəşəri, humanist  dəyərlərə söykənən siyasi kursuna 
çevrilmişdir.Multikulturalizm siyasəti-ölkənin demokratik inkişafının, insanların hüquq və 
azadlıqlarının müdafiə olunmasının tərkib hissəsi, ölkədə etnik-mədəni dəyərlərin qorunmasına 
və inkişaf etdirilməsinə yönələn bir siyasət kimi,  multikultural təhlükəsizlik –  milli 
təhlükəsizliyin mühüm komponenti kimi nəzərdən keçirilir.  
       Çoxmədəniyyətlilik həm də dövlətlər  ətrafında möhkəm  əsaslı  sərhədləri, sanki, arxayın 
sərhədləri (təhlükəsiz sədləri) meydana gətirir.Xalqların qarışması  nəticə etibarilə dövlətlər  
arasında məcburi barışıqları yaradır və qarşılıqlı güzəştləri  meydana gətirir. (6, 20 ) 
       Baxmayaraqki, bu termin günümüzdə nisbətən yeni sayılır,ancaq tarix boyu Azərbaycanda 
multimədəniyyətlik  mövcud olmuşdur. Burada əsrlər boyu milli mənliyini, dəyərlərini qoruyan 
digər xalqlara hörmətlə yanaşılmışdır.  
    Azərbaycan Respublikasında kompakt şəkildə müxtəlif etnosların  nümayəndələri yaşayır və 
onların hər biri öz maddi və mənəvi  mədəniyyətini, dilini, tarixi yaddaşını, mentalitetini, etnik 
özünüdərketmə  və etnopsixologiyasını qoruyub saxlayan unikal  xüsusiyyətlərin daşıyıcılarıdır 
(4). Azərbaycanın milli mədəniyyətinə    müvəffəqiyyətlə inteqrasiya olan müxtəlif xalqların 
nümayəndəlləri harmonik inkişaf edirlər. Azərbaycan mədəniyyətlər və dinlərarası 
münasibətlərin durumu, еtnik-milli-bəşəri müstəvilərin ahəngdar mövcudluğu baхımından  
dünyada örnək оla bilər".(2, 257) 

 
33
       Bu  gün  "azərbaycançılıq" milli həyatın, konfessiyaların harmoniyasının çoxəsrlik  ənənəsi, 
ölkədə yaşayan bütün millətlərin və etnik qrupların qardaşlığı, qarşılıqlı əlaqə və təsirinin tarixi, 
onların ümumi taleyi və müstəqil Azərbaycanın bütövlüyü uğrunda birgə mübarizəsinin tarixi 
təcrübəsidir (8, 15). Bu, həmçinin  bizim özünəməxsusluğumuzun tərkib hissəsidir. 
    Azərbaycan dünyəvi,sivil bir dövlət olaraq həmişə dini  ekstremizmə qarşı  çıxmış, dini 
dözümsüzlüyü pisləmiş  və bu sahədə başqa dövlətlərlə  əməkdaşlıq etmiş  və etməkdədir. 
Azərbaycan terrorizmə,dini ekstremizmə qarşı mübarizə  aparan ölkələrlə əməkdaşlığa üstünlük 
verir (3, 68)  
       Mədəniyyətlərarası dialoq anlayışının  əslində dünya üzərindəki mədəni müxtəlifliyin 
fərqində olmasının bir nəticəsi kimi ortaya çıxdığı görülməkdədir.İnsan  bildiyi və vərdiş etdiyi  
şeylərin xaricinə  çıxmağa hər zaman müsbət baxmaz ,bilmədiyi,tanımadığı ilə   dost olmaqda 
tərəddüdlər  yaşayar.Halbuki, dünya getdikcə qlobal bir kənd halını almaqdadır. Artıq ayrı irq, 
din və mədəniyyətlərdən insanlar eyni məkanda yaşamaqdadır. Bu səbəblə multikultural həyata 
uyğunlaşmaq və müxtəlif mədəniyyətlərdən insanlarla dialoq qurmağımız gözlənilən prosesdir.     
Nəticədə  həm mədəniyyətlərarası, həm də dinlər arası  əlaqələr vasitəsi ilə ortaya çıxacaq 
yaxınlaşmalar  fərqli mədəniyyət və  ənənələrə  mənsub insanların bir-birlərini rədd və inkarı 
buraxıb,bir-birlərini qəbul etməyə yanaşmalarına və dini inanclarına daha uyğun bir mühit 
formalaşdırmalarına səbəb olacaq. Bu cür yanaşmaların ən əhəmiyyətli faydası  tolerantsızlıqdan 
tolerantlığa,qınamaqdan şəfqətli olmağa, düşmənçilikdən humanist dostluğa, rəqabətdən  birliyə, 
kompromisə, ədavətdən xilas olunmağa  və xaosdan nizamlı həyat tərzinə  götürməsidir. 
   Azərbaycan bu istiqamətdə dünyaya mühüm töhfə verir.Nəinki öz ölkəsindəki mədəni–dini 
müxtəlifliklə  cəmiyyət-dövlət arasında qurulan təqdirəlayiq dialoq mühiti, multikultural 
siyasətinin uğuru, o cümlədən dünyanın digər ölkələri ilə , nüfuzlu təşkilatları ilə qurulan dialoq  
təkcə Azərbaycan üçün deyil, bütün region, dünya üçün əhəmiyyətlidir. Bu gün dünya 
ictimaiyyətində “mədəniyyətlərarası dialoq” amilini gücləndirmək təşəbbüslərinin genişlənməsi 
Azərbaycana beynəlxalq arenada daha möhkəm nüfuz və etibar qazandırır. Azərbaycan 
müsəlman ölkəsi olsa da,burada həm islam, həm xristan, həm də digər dinlərin tarixi mədəni 
irsinə böyük hörmətlə yanaşılır.Bu baxımdan Azərbaycanın heç bir tərəddüd etmədən dünyanın 
dörd bir tərəfində dilaoqa cəhd göstərməyə tam mənəvi haqqı çatır (10).  
     Azərbaycanın dinlərarası dialoq və  əməkdaşlıq sahəsində nadir təcrübəsi ölkə xaricində  də 
yüksək qiymətləndirilmiş  və tanınmışdır.Bunun bariz nümunəsi kimi Roma-katolik Kilsəsinin 
başçısı II İohann Pavel 2003-cü ilin mayında Bakıda olarkən dediyi fikirləri xatırlatmaq 
kifayətdir: “Azərbaycan üç müxtəlif dinin dinc yanaşı yaşadığı nadir bir ölkə və dini dözümlülük 
baxımından sabit cəmiyyətdir. Bu stabillik gərgin əməyin, ölçülüb-biçilmiş çox incə bir siyasətin 
və möhkəm iradənin nəticəsidir. Bu milli adət-ənənələrə, mənəvi-dini dəyərlərə ölkə 
rəhbərliyinin münasibəti fonunda yaranmış əlverişli şəraitin təbii təzahürüdür” (4).  
     Dövlət müşaviri Kamal Abdulla çıxışlarının birində qeyd edib ki, Heydər  Əliyev Fondunun 
düşünülmüş, sistemli fəaliyyətində multikulturalizmin mühüm aspektlərindən biri olan 
mədəniyyətlərarası  əlaqələrin möhkəmlənməsi istiqaməti xüsusi yer tutur.Fondun Prezidenti, 
Azərbaycanın birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı  səfiri Mehriban 
Əliyevanın təşəbbüsü ilə keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun 
genişləndirilməsi”, “Qloballaşma şəraitində mədəniyyətlərin rolu”, “Çoxmədəniyyətli dünyada sülh 
şəraitində birgəyaşama”, “Azərbaycan – tolerantlıq məkanı” layihələrini xüsusi qeyd etmək olar. 
     Mehriban  xanım  Əliyevanın rəhbərlik etdiyi Heydər  Əliyev Fondu hər bir layihəsi ilə 
müxtəlif xalqlar arasında humanizm, həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin bərqərar 
olmasına öz töhfəsini verir. Uğurla həyata keçirilən “Tolerantlığın ünvanı Azərbaycan” layihəsi 
çərçivəsində ölkədəki məscid, kilsə, sinaqoqlarda təmir-bərpa işləri aparılmışdır. Bundan başqa, 
Bakıda yəhudi uşaqları üçün təhsil kompleksinin istifadəyə verilməsi, Fransada bir sıra 
kilsələrin, müqəddəs Roma katakombalarının bərpasında iştirakı, Həştərxanda Müqəddəs Knyaz 
Vladimirə abidənin ucaldılması da məhz ayrı-ayrı xalqların və konfessiyaların qarşılıqlı hörmət 
və dostluq münasibətlərinin genişləndirilməsinə xidmət edir (4).   

 
34
     Prezidentin dediyi kimi dözümlülüyün və tolerantlığın yüsək səviyyədə olması faktdır  və bu 
güc mənbəyidir:“Hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyidir ”.Bu sözlər Prezident  
İlham Əliyevin strateji mövqeyini dəqiq nümayiş etdirir. Həmin mövqeyə görə, çox zəngin  tarixi 
və mədəni irsi,dini  və sosial tolerantlıq ənənələri  olan  Azərbaycan hazırda, mədəniyyətlərarası 
dialoq  dünya mədəniyyətlərin və siviliyasiyaların qarşılıqlı təsiri məkanına uğurla  transformasiya 
olunur, özünün zəngin təcrübəsini dünya  ictimaiyyətinə təklif edir (7,121).   
        Azərbaycanın yüksək təşəbbüskarlığı ilə paytaxtımızda təşkil edilən çoxsaylı mötəbər 
beynəlxalq tədbirlər Bakını artıq regionun təkcə diplomatik deyil, həm də multikulturalizm 
mərkəzinə çevirmişdir.Respublikamız son illərdə Beynəlxalq Humanitar Foruma, İslam 
Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransına, Ümumdünya 
Mədəniyyətlərarası Dialoq Forumuna, Dünya Dini Liderlərinin Zirvə görüşünə, Krans Montana 
Forumuna,Davos Forumuna, III Qlobal Bakı Forumuna,habelə ilk Avropa Oyunlarına və digər 
beynəlxalq tədbirlərə uğurla evsahibliyi etmişdir (9). 
        2014-cü ildə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər 
üzrə Dövlət Müşavirliyi Xidmətinin,Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Azərbaycan 
Respublikasının Prezidenti yanında Bilik Fondunun yaradılması, multikulturalizm sahəsində ən 
optimal model seçilən Azərbaycan nümunəsinin öyrənilməsi məqsədilə Avropa ölkələrində 
“Azərbaycan multikulturalizmi” fənninin tədrisinə başlanılması ölkə başçımızın hər zaman 
müstəqil,  şəffaf və dürüst siyasət tərəfdarı olduğunu bir daha təsdiq edir. 2016-cı il 
Azərbaycanda "Multikulturalizm ili" elan olunması   dövlətin hümanizmə, birgəyaşayış 
ənənlərinə verdiyi önəmi əks etdirir (5) .  
   Azərbaycanda hər bir milli azlıqlara verilən dəyər humanizm sistеminə əsaslanmaqla  həm ölkə 
daхilində, həm də    başqa  хalqlar və  mədəniyyətlər arasında bərabərlik, dоstluq, qarşılıqlı 
anlaşma, qarşılıqlı еtimad, qarşılıqlı hörmətə millət olaraq verdiyimiz dəyərin göstəricisidir. 
 
 
Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin