Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanına layiq
görülmüşdür. Azərbaycan ədəbiyyatını öz əsərləri ilə
zənginləşdirən və ədəbiyyatımızın inkişafında böyük
xidmətlər göstərmiş yazıçılardan biri də nasir və
dramaturq Seyfəddin Dağlıdır. O, həm gözəl bir insan,
həm də bir yazıçı kimi yaddaşlarda xoş xatirələrlə yaşayır.
Seyfəddin Dağlı 1921-ci avqustun 27-də Xızıda dоğulub. Bir müddət "Kоmmunist" və
"Оrdu" qəzetlərində müxtəlif vəzifələrdə çalıĢıb. Dövlət Radiо Kоmitəsində baĢ
redaktоr (1956-1959), sоnra Bakı Telestudiyasının direktоru və sədr müavini
vəzifələrində çalıĢıb. Uzun müddət "Kirpi" jurnalının baĢ redaktоru оlub.
"Azərbaycanfilm"
kinоstudiyasında ssenari redkоllegiyasının üzvü, "Yazıçı"
nəĢriyyatında redaktоr vəzifəsində çalıĢıb. 1948-ci ildə "Dəniz kəĢfiyyatçısı" adlı kitabı
nəĢr edilib. "Adı sənin, dadı mənim", "Aydınlığa dоğru", "Mənziliniz mübarək", "Təzə
gəlin", "Kölgələr pıçıldaĢır" pyesləri, "Bahar оğlu", "MəĢəl", "Kəcil qapısı", "Sabiqlər"
və sair kitabları geniĢ охucu kütləsinin rəğbətini qazanıb.
Pyesləri Akademik Milli
Dram Teatrı, Musiqili Komediya Teatrı, Gənc TamaĢaçılar Teatrında dəfələrlə tamaĢaya
qoyulub. Bir çoxları kimi Seyfəddin Dağlı da yaradıcılığa Ģeirlə baĢlamıĢdı. Sonralar
bunu ardıcıl Ģəkildə davam etdirmədi. Amma Ģeir yazmaqdan əl də çəkmədi. Onun
satirik Ģeirlərindən bəzilərinə musiqi də yazıldı. Bunların içərisində bəstəkar Cahangir
Cahangirovun bəstələdiyi, müğənni Mirzə Babayevin oxuduğu "Çayçı" mahnısı çox
məĢhurdur.
Əsərləri: ―MəĢəl‖, ―Sabiqlər‖, ―Bahar oğlu‖, ―Yay qayğıları‖, ―Nəğməli çanta‖,
―Göyçək oğlan‖, ―Aldada bilməzsən‖, Mənziliniz mübarək‖, ―MəĢəl yanır‖, ―ġirin
duz‖, ―Adı sənin , dadı mənim‖, ―Aydınlığa doğru‖, ―Təzə gəlin‖, ―Kölgələr pıçıldaĢır‖,
―Vergülağa və Absətəli‖, ―Adam yalan danıĢmaz‖, ―ġakərlilər‖, ―Ġpək gül‖, ―Kəcil
qapısı və s.
Filmoqrafiya: Onun bəlalı sevgisi (film, 1980), Qayınana (film, 1978), Adı sənin, dadı
mənim (film, 1980), Gecəniz xeyrə qalsın (film, 1977), Kommunist (film, 1969),
Solmaz bir bahar kimi (film, 1979).
227
27.Şair Qaçay Köçərlinin anadan olmasının 80 illiyi (1936)
Haqdan gəldim yer üzünə haqsız oldum,
Tanrım mənə bəxt vermişdi, baxtsız oldum.
Bir sevgidən taxt vermişdi, taxtsız qaldım.
Mən bilmirdim, nələr varmış yer üzündə,
Yerdən böyük kədər varmış yer üzündə.
Qaçay Köçərli
Qaçay Fərman oğlu ġirinov (Köçərli) 1936-cı il avqustun 27- də Tərtər rayonunun
Köçərli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra sovet ordusu sıralarına
gedib və 1959-cu ildə tərxis olunub. Ordudan tərxis olunduqdan sonra Suraxanıdakı
üçüncü neft mədənində operator köməkçisi iĢləmiĢdir. Daha sonra operatorluq və
Azərbaycan Politexnik Ġnstitutunun avtomobil nəqliyyatının istismarı Ģöbəsində ali
təhsil almıĢdır. Bunun ardınca Binədəki texniki peĢə məktəbində təsərrüfat üzrə müdir
müavini, müəllim, istehsalat təlimi ustası iĢləmiĢdir. Azərbaycan radiosu ilə yaradıcılıq
əlaqələri saxlayıb, əvəzçiliklə müxtəlif redaksiyalarda müvəqqəti iĢləyib, istehsalatdan
ayrılmadan Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmiĢdir.
Azteleradionun pioner və məktəblilər redaksiyasında redaktor, böyük redaktor kimi
çalıĢmıĢdır. Ġlk Ģeri ―Bakı‖ axĢam qəzetində 1960-cı ildə dərc olunub. Ondan sonra
dövri mətbuatda vaxtaĢırı çıxıĢ edib. ―Tək çinar‖ (1970), ―Ömrün Ģüaları‖ (1974),
―GünəĢ ömrü‖ (1979), ―Üzü günəĢə dünyam‖ (1982), ―Dünya sənə oxĢayır, ana‖ (1983)
Ģeir kitablarından sonra – 1984-cü ildə Yazıçılar Birliyinə üzv qəbul edilib. Növbəti
illərdə ―Torpaq qərib olmur‖, ―Qanlı hekayələr‖, ―Səsim Tanrı harayıdır‖, ―Dünya iki
səslidir‖ və s. Ģeir kitabları, 2009-cu ildə ―BeĢik‖ nəĢriyyatının xətti ilə ―Mən və mənim
dünyam‖ silsiləsindən nəzərdə tutulan 8 kitabdan 6-sı – ―Ovsunçu Ġbrahim‖, ―Əmir
Teymur və Aslanın nağılı‖, ―ĠĢıq çəlik‖, ―Gül qızın nağılı‖, ―ZəhmətkeĢ atanın fərsiz
oğulları‖ və ―Qızıl inəyin nağılı‖ iĢıq üzü görüb. Oğlu Elcan ġirinov Qarabağ
döyüĢlərində Ģəhid olub, Bakıda ġəhidlər xiyabanında dəfn edilib.
Əsərləri: ―Tək çinar‖, ―Ömrün Ģüaları‖, ―GünəĢ ömrü‖, ―Üzü günəĢə dünyam‖,
―Dünya sənə oxĢayır, ana‖, ―Torpaq qərib olmur‖, ―Qanlı hekayələr‖ və s.
228
Xarici ədəbiyyat
15.İngilis yazıçısı Volter Skotun anadan olmasının 245 illiyi (1771-1832)
“Volter Skot Avropanın ən yeni sənətinə tarixi və ictimai istiqamət vermişdir. V.Skott
öz romanlarında “tarixin yaylarını açıb göstərir”.
V.Q.Belinski
Valter Skott (15 avqust 1771, Edinburq - 21 sentyabr 1832,
Ebbotsford, Drayboroda dəfn edilmişdir) - Şotlandiya mənşəli
vəkil, şair, yazıçısı, tarixçi, tarixi roman janrının banisi.
Valter Skott dünya ədəbiyyatĢünaslığında tarixi roman janrının
banisi və ustad sənətkarlarından biri hesab edilir. O
gördüyü abidələri, ya da dinlədiyi hekayələri təsvir etdiyi
əhvalatın mərkəzində yerləĢdirərək onları təsiredici və inandırıcı
hadisələr zənciri kimi təsvir edir. Əsərləri avtobioqrafik
xüsusiyyətlər
daĢıyarkən
belə,
universallığını
qoruyub
saxlayır.
V.Skott tarixi mövzularda romanlar yazmamıĢdan əvvəl bu sahədə ətraflı tədqiqatlar
aparmıĢdır. Yazıçı bir-birinin ardınca ―Sonuncu menestrelin mahnısı‖, ―Marmion‖,
―Göl qızı‖, ―Rokbi‖ adlı romantik poemalarını yazır. Xüsusən, ―Sonuncu menestrelin
mahnısı‖ (1805) əsəri müəllifə, qədim ġotlandiyanı çox gözəl təsvir etdiyinə görə böyük
Ģöhrət qazandırdı. Bütün bunların təsviri, poemanın Ģifahi xalq ədəbiyyatı ilə bağlı
olması, Orta əsrlərə böyük maraq V.Skotun poemalarının gələcəkdə onun geniĢ
lövhələri əhatə edən tarixi romanlar yazması üçün bir növ hazırlıq idi. Valter
Skott tarixi sənədlərə, tarixi məna və məzmun daĢıyan faktlara, tarixçilərin keçmiĢi
tədqiq etmək baxımından əldə etdiyi materiallara rəngarəng don geyindirərək, quru və
cansıxıcı görünən bu məlumatları maraqlı və cazibədar etmiĢdir. Ġlk romanı
―Ueverli‖ni 1814-cü ildə nəĢr etdirən V.Skott 28 roman, bir neçə povest və hekayə
yazmıĢdır. Yazıçının romanları mövzusuna görə, 3 qrupa bölünür. Bu romanların bir
hissəsi
doğma vətəni ġotlandiyanın tarixi keçmiĢinə həsr edilmiĢdir.
―ġotlandiya romanları‖ ədəbi silsiləsinə daxil olan ―Ueverli, yaxud altmıĢ il əvvəl‖,
(1814), ―Qay Mannerinq‖ (1815), ―Antikvar‖ (1816), ―Puritanlar‖ (1816), ―Rob Roy‖
(1817) və baĢqalarının adlarını çəkmək olar. V.Skottun digər romanlarında isə
Ġngiltərənin keçmiĢi təsvir edilir. Bu qismə ―Ayvenqo‖ (1819), ―Monastır‖ (1820),
―Rahib‖ (1820), ―Kenilvort‖ (1820), ―Vudstok‖ (1826) əsərlərini aid etmək olar.
V.Skottun romanlarının bir qismi də digər ölkələrin tarixinə həsr edilmiĢdir. Belə
əsərlərə ―Kventin Dorvard‖ və ―Talisman‖ romanları aiddir. Valter Skott 21
sentyabr 1832-ci ildə infaktdan vəfat etmiĢdir.
Əsərləri: ―Ueverli, yaxud altmıĢ il əvvəl‖ (1814), ―Qay Mannerinq və ya Astroloq‖
(1815), ―Antikvar‖ (1816), ―Puritanlar‖ (1816), ―Rob Roy‖ (1817), ―Rahib‖ (1820),
―Monastır‖ (1820), ―Kenilvort‖ (1821), ―Kventin Dorvard‖ (1823), ―Talisman‖ (1825),
‖Maltanın mühasirəsi‖ (1832), ―ġotlandiyanın sərhəd nəğmələri‖ (1800-1803),
―Marmion‖ (1808), ―Göl qızı‖ (1810), ―Rokbi‖ (1813), ―Vaterloo tarlası‖ (1815)
229
27.Amerika yazıçısı Teodor Drayzerin anadan olmasının 145 illiyi (1871-1945)
Teodor Herman Albert Drayzer (ing. Theodore Herman
Albert Dreiser; 27 avqust 1871-28 dekabr 1945) —
ABŞ yazıçısı və ictimai xadimi.
Dünya Ģöhrətli Amerika yazıçısı Teodor Drayzer 27 avqust 1871-ci ildə Ġndiana
Ģtatının Terre-Hote Ģəhərində anadan olmuĢdur. O, ailənin on ikinci uĢağı idi.
Kasıbçılıq, ciddi dini tərbiyə görmüĢ, xəyalpərəst qəlbə malik olan Drayzer yaĢam
uğrunda mübarizə aparmağa uyğunlaĢmıĢdı. Onun 1886-1891-ci illər Çikaqodakı
iĢəmuzd çalıĢması, Ġndiana universitetindəki təhsil illəri (1889-1890), 1892-1895-ci
illərdə Çikaqo, Sent-Luia, Pitsburq və Nyu-York Ģəhərlərinin qəzetlərindəki əmək
fəaliyyəti acı ümidsizliklərə düçar olmuĢdur. H.Spenserin əsərləri ilə tanıĢlıqdan sonra
onun ümidsizlikləri fəlsəfədə təzahür etməyə baĢladı; bu fəlsəfəyə görə insanlar yalnız
və yalnız təbiətin köməksiz qurbanları hesab edilirdi. O, Balzakı "fəth" etdikdən sonra
isə fəlsəfi baxıĢlarının bədii ifadəsini tapdı. Teoder Drayzer 1900-cü ildə "Kerri bacı"
romanını yazdı. Yazıçının ilk irihəcmli bu əsəri heç də ona Ģöhrət yox, rüsvayçılıq və
həqarət gətirdi. 1250 nüsxədə çap edilmiĢ kitabın yalnız 450-si oxucuya yetiĢdi, qalan
nüsxələr isə donduruldu. Yeddi ildən sonra "Kerri bacı" kitabı Ġngiltərədə növbəti dəfə
iĢıq üzü gördü, bestsellerə çevrildi, tənqidçilərin ən yüksək rəyini qazandı, bütün
Avropa dillərinə tərcümə olundu və yalnız bundan sonra ABġ-da nəĢr olundu. Hal-
hazırda isə bu kitabı XX əsr Amerika ədəbiyyatının "vizit kartı" adlandırırlar. 1915-ci
ildən sonra Drayzer hekayə və esselər, tərcümeyi-hal yazmıĢdır; bütün bu əsərlərdə
ictimai qaydaların adi adama göstərdiyi əzici təsiri əks etdirir. Bu ideya onun ən məĢhur
əsəri olan "Amerika faciəsi"nin mövzusunu təĢkil edir. Əsəri həqiqətən baĢ vermiĢ
məhkəmə prosesinin protokoluna əsaslanır: cəmiyyətdə irəli getməyə can atan gənc
adam cinayət törədir və ölüm cəzasına məhkum edilir. Yeri gəlmiĢkən, bu kitabda
əvvəlki Spenser heyranlığı baĢqa dünyagörüĢü ilə əvəz olunur. "Kerri bacı" romanından
sonra Teodor Drayzer "Cenni Herhardt" (1911), "Arzular trilogiyası": " Maliyyəçi "
(1912), "Titan" (1914), "Dözümlülük" (tamamlanmamıĢ, 1947), "Dahi" (1915),
"Amerika faciəsi" (1925), "Dayaq" (1946) romanlarını, publisistik məqalələr və "Vur,
təbil!" pyesini, "Drayzer Rusiyaya baxır" (1928), "Faciəli Amerika" (1931) və
"Məktublar" (1959) publisistik əsərlərini yazmıĢdır. Teodor Drayzer 1945-ci il dekabrın
28-də Hollivudda (Kaliforniya Ģtatı) vəfat etmiĢdir.
Əsərləri: ―Dahi‖, ―Kerri bacı‖, ―Cenni Herhardt‖ və s.
230
İncəsənət
3.Diktor, pedaqoq, xalq artisti Rafiq Hüseynovun anadan olmasının 70 illiyi (1946)
Rafiq Hüseynov - Azərbaycan Respublikasının xalq
artistı.
Rafiq Hüseynov 1946-ci ildə ġuĢa Ģəhərində anadan olub. ġuĢada doğulan Rafiq
Hüseynov Bakıda - ĠçəriĢəhərdə yaĢayarkən atasını çox erkən yaĢlarında itirir, anası onu
və bacısını çətinliklə böyüdür. Orta məktəbi bitirdikdən sonra ĢərqĢünas olmaq
istəyirmiĢ, amma sənədlərini götürmürlər. Ailə vəziyyəti ağır olan 17 yaĢlı Rafiq iĢ
tapmaq məqsidlə Azərbaycan Televiziyasına gəlir. Yalandan televiziyaya vurğun
olduğunu söyləyir. "Nə iĢ versəniz iĢləyəcəm" deyir və onu iĢıqçı iĢinə götürürər. Ġki il
AzTV-də iĢıqçı kimi çalıĢır. Və televiziyaya elə bağlanır ki, buranı tərk etməyi ağlından
belə, keçirmir. Sonradan onu diktorlar müsabiqəsinə dəvət edirlər. Müsabiqədən keçən
Rafiq Hüseynov 1966-cı ilin dekabrında ilk dəfə diktor kimi efirə çıxır. Ġlk efir günündə
həyəcandan çaĢıb mətni o dərəcədə pis oxuyir ki, o zaman televiziyaya ciddi nəzarət
edən Mərkəzi Komitədən zəng edib deyirlər ki, "bu kimdir iĢə götürmüsünüz, onu ordan
rədd edin!". Rafiq Hüseynovu o zaman AzTV-nin sədr müavini iĢləyən mərhum Ģair
Nəbi Xəzri xilas edir və deyir ki, "bu oğlanın gələcəyi var". Tarix Nəbi Xəzrinin
yanılmadığını sübut edir...Mərkəzi Komitədən verilən o göstəriĢdən sonra 7 ay efirə
buraxılmayan gənc Rafiq, ümidsizliyə qapılmır, əksinə, öz üzərində iĢləyərək yenidən
etimad qazanır. Beləcə AzTV-də diktor olaraq qalan Rafiq Hüseynov bütün varlığını
seçdiyi peĢəyə həsr edir. Ġllərdən sonra öz səsiylə tamaĢaçıların sevimlisinə çevrilir...
Fəaliyyəti dövründə Moskvanın ali dərəcəli diktoru səviyyəsinə kimi yüksələn Rafiq
Hüseynov bir müddət AzTV-nin sədr müavini vəzifəsində də çalıĢmağa nail olur...
Filmoqrafiya: ġəki (film, 1977), Ölü zona (film, 1988), Fəryad (film, 1993),
Artilleriyanın "Allah"ı sayılırdı (film, 1996), Ailə (film, 1998) (tammetrajlı bədii film)
– redaktor, Kədərimiz... Vüqarımız... (film, 1998), Nəsrulla Nəsrullayev (film, 1999),
Narahat adam (film, 2005), Biz qayıdacağıq (film, 2007), Top həm düĢər, həm qalxar
(film, 2011), Gün keçdi (film, 2012).
231
7. Xalq artisti, baletmeystr Rəfiqə Axundovanın anadan olmasının 85 illiyi (1931)
Axundova Rəfiqə Hacı qızı (d.7.8.1931, Bakı) — Rəqqasə,
Rəqs
quruluşçusu, Libretto müəllifi, baletmeyster.
Azərbaycan Xalq artisti (1970).
Rəfiqə Axundova 1951-ci ildə Bakı Xoreoqrafiya Məktəbini
bitirmiĢdir. Böyük Teatrda təkmilləĢmə kursu keçmiĢdir
(1951-52, Moskva). Azərb. Opera və Balet Teatrının solisti
olmuĢdur
(1951-71).
1971-ci
ildən
həmin
teatrın
baletmeysteri, 1990-cı ildən baĢ baletmeysteridir. Əsas
partiyaları: AyiĢə və Gözəllər gözəli, Fanni ("Yeddi gözəl",
"Ġldırımlı
yollarla",
Q.Qarayev),
GülĢən
("GülĢən",
S.Hacıbəyov), Gülyanaq ("Qız qalası", Ə.Bədəlbəyli), ġirin
("Məhəbbət əfsanəsi", A.Məlikov), Zarema ("Baxçasaray fontanı", B.Asafyev), Jizel
("Jizel", A.Adan) və s. Əri Maqsud Məmmədovla birlikdə Azərb. Opera və Balet
Teatrında "Xəzər balladası" (1968, T.Bakıxanov), "Qobustan kölgələri" (1969,
F.Qarayev), "Yallı" və "Azərbaycan süitası" (1969, R.Hacıyev), "Ġldırımlı yollarla" və
"Yeddi gözəl" (1975, 1978, Q.Qarayev), "Babək" (1986, A.Əlizadə), "ġelkunçik"
(1988, P.Çaykovski), habelə Novosibirsk Opera və Balet Teatrında "Ġldırımlı yollarla"
(1976) baletlərinin quruluĢunu vermiĢdir. Əlcəzair, Ġsveç, Misir və Belçikada pedaqoq-
baletmeyster iĢləmiĢdir. Əlcəzairdə "Üç inqilab" (1973, R.Hacıyev; M.Məmmədovla
birgə) ilk milli baletini, Malmödə "Muğam" (1975, N.Əliverdibəyov) musiqili
xoreoqrafiya lövhəsini, Qahirədə "Yeddi gözəl" (1979), Antverpendə "Kaleydoskop
(1980, F.Qarayev) baletlərini (hər ikisi M.Məmmədovla birgə) tamaĢaya qoymuĢdur.
"Xəzər balladası", "Qobustan kölgələri" və "Azərbaycan süitası" 1969-cu ildə Parisdə
keçirilən 7-ci Beynəlxalq rəqs festivalında nümayiĢ etdirilmiĢ və Paris Rəqs
Akademiyasının diplomuna layiq görülmüĢdür. 1994-cü ildə "Yeddi gözəl" baletini
Ankarada tamaĢaya qoymuĢdur (M.Məmmədovla birgə). "ġərəf niĢanı" ordeni ilə təltif
edilmiĢdir.
Quruluş verdiyi baletlər (Maqsud Məmmədovla birgə) : Xəzər balladası (1968),
Qobustan kölgələri (1969), Yallı (balet)(1969) xoreoqrafik miniatürü, Ləzgihəngi
(baleti-1969) - xoreoqrafik miniatürü, Azərbaycan süitası (1969), Kaleydoskop (1971),
Muğam (1972) xoreoqrafik miniatürü, Üç inqilab (1973), Ġldırımlı yollarla (1975),
Yeddi gözəl (1978), Babək (1986)
Filmoqrafiya: Doğma xalqıma (film, 1954), AbĢeron ritmləri (film, 1970), Dədə
Qorqud (film, 1975), Qərib cinlər diyarında (film, 1977), Qayınana (film, 1978), Yeddi
gözəl (film, 1982), Bəyin oğurlanması (film, 1986), Bir qəlbin iki dastanı (film, 2001)
və s.
232
19.Aktyor, rejissor İsmayıl Hidayətzadənin anadan olmasının 115 illiyi (1901-1951)
"Məncə, aktyor səhnədə beşmi, onmu, bilmirəm, neçə il yanmalı və oradaca külə
dönüb öz sənətkar ömrünü yaşamalıdır".
Ġ. Hidayətzadə
İsmayıl Hüseyn oğlu Hidayətzadə (19 avqust 1901, Bakı-11
noyabr 1951, Bakı) - Azərbaycan aktyoru. Azərbaycan SSR
Xalq Artisti (1938), "Şərəf Nişanı" və "Qırmızı Əmək
Bayrağı" Ordeni ilə təltif edilmişdir.
Ġsmayıl Hidayətzadə 1901-ci ildə Bakıda dənizçi ailəsində anadan
olub. Ġsmayıl 1909-cu ildən etibarən "Ġttihad" məktəbində
oxumuĢdur. Burada oxuduğu illər Ġsmayıl Hidayətzadənin gələcək
həyatını müəyyənləĢdirir. UĢaqlıqdan canında olan rol oynamaq
həvəsi gündən-günə qüvvətlənir. BaĢa düĢür ki, yaĢadığı ömür səhnənin cazibəsindədir.
Hüseyn Ərəblinskini daha yaxından görməyə, məĢqlərində iĢtirak etməyə müyəssər olan
Ġsmayıl Hidayətzadə onu daha ustalıqla təqlid etməyə baĢlayır. Ġsmayıl Hidayətzadə
məhz bu illərdə böyük səhnəyə gəlir. 1920-ci ildən Dövlət teatrında iĢləyir. Paralel
olaraq, 1921-ci ildə Voronovun teatr studiyasına daxil olur. Teatr studiyası Ġsmayıl
Hidayətzadəyə çox Ģey öyrədir. Öncə, onun həvəskar imicini alt-üst edir. Onu
professional aktyor kimi qəbul etməyə baĢlayırlar. 1926-ci ildə arabir özünü
rejissorluqda sınayır. Bu sınaqlar onu teatr ictimaiyyətinə rejissor kimi tanıdır. 1934-cü
ildə "SiyavuĢ" əsərini səhnələĢdirmək ona tapĢırılır. Teatr tənqidçilərinin bəyəndiyi
"SiyavuĢ"dan sonra Opera və Balet Teatrında "Koroğlu" və "Karmen" operalarını
səhnələĢdirir. Rus Dram Teatrında "1905-ci Ġldə", "Vaqif" tamaĢalarını qoyur. 1938-ci
ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində onun quruluĢ verdiyi
"Koroğlu" və "ArĢın mal alan" tamaĢaları böyük uğur qazanır. Bu, Ġsmayıl
Hidayətzadənin rejissor kimi Ģöhrətini artırır. Moskvadan qayıdandan sonra o, Opera və
Balet Teatrının rəhbəri təyin edilir. Hidayətzadənin müasiri, görkəmli rejissor Tuqanov
onun haqqında belə deyirmiĢ: "O, həmiĢə inandırcı və real idi. Heç bir zaman Ģarja yer
verməyərək, o, bütün tamaĢa boyu tamaĢaçının ürəyinə girməyi və onu öz ardınca
aparmağı bacarırdı. O, heç bir zaman oynamırdı, heç bir Ģtampa yol vermirdi. Onun
oyununda gəncliyə məxsus həssaslıq, ehtiras və qızğınlıqla bərabar sadəlik və təbiilik
var idi." Ġsmayıl Hidayətzadənin Azərbaycan mədəniyyəti qarĢısında xidmətləri yalnız
yaratdığı zəngin rol qalereyası və uğurlu rejissor iĢi ilə tamamlanmır. O, ilk milli
baletimizin - "Qız qalası"nın librettosunu yazıb. Opera studiyası da onun səyi ilə
yaradılıb. Bütün ömrü boyu teatrda çalıĢan sənətkar cəmi-cümlətanı üç filmdə - "Qız
qalası", "Almaz" və "Altıncı duyğu" filmlərində çəkilib. 2001-ci ildə aktyorun 100 illik
yubileyi təntənəli Ģəkildə qeyd edilmiĢdir.
Filmoqrafiya: Qız qalası əfsanəsi (film, 1923), Bismillah (film, 1925), Altıncı hiss
(film, 1935), Almaz (film, 1936) və s.
233
20.Xalq artisti Xan Şuşinskinin anadan olmasının 115 illiyi (1901-1979)
Xan Şuşinski (tam adı: İsfəndiyar Aslan oğlu
Cavanşir; 20 avqust 1901, Şuşa – 18 mart 1979) —
xanəndə,
29.12.1971
Azərbaycan
SSR
Ali
Sovetinin Fəxri Fərmanına, 1943- cü ildən
Azərbaycanın
xalq
artisti
adına
layiq
görülmüşdür.
Xan ġuĢinski 1901-ci ildə avqust ayının 20-i ġuĢa
Ģəhərində anadan olmuĢdur. 16 yaĢında olarkən
ustadı Ġslam Abdullayevlə birgə iĢtirak etdiyi məclisdə təbrizli xanəndə Əbdülhəsən
xanın yolu ilə "Kürd-ġahnaz" muğamını heyrətamiz bir tərzdə ifa etdiyinə görə
müəllimi ona "Xan ġuĢinski" adını vermiĢdir. Xanın bir xanəndə kimi yetiĢməsində,
həmçinin Cabbar Qaryağdıoğlunun və Seyid ġuĢinskinin böyük təsiri olmuĢdur. 1920-ci
illərdə Xan ġuĢinski Bakıya gələrək öz ifaçılıq fəaliyyətini geniĢləndirmiĢdir. Xanın
repertuarında "Mahur-Hindi", "Bayatı-Qacar", "Qatar" muğamları, "Qarabağ Ģikəstəsi",
"Arazbarı", "Heyratı" zərbi muğamları ilə yanaĢı, xalq mahnıları və təsniflər böyük yer
tuturdu. Xan ġuĢinski xalq mahnılarını xüsusi bir Ģövqlə oxuyur, onlara yeni bir çalarlar
aĢılayırdı. 1934-cü ildə Xan ġuĢinski Tiflis Ģəhərində keçirilən Zaqafqaziya xalqlarının
birinci incəsənət olimpiyadasında böyük müvəffəqiyyət qazanaraq, birinci mükafata
layiq görüldü. O, digər ölkələrdə də Azərbaycan musiqi mədəniyyətini yüksək
səviyyədə və layiqincə təmsil etmiĢdir. 1960-cı ildə Azərbaycan Dövlət
Filarmoniyasının nəznində "Muğam studiyası" yaratmıĢ və burada gənc xanəndələrə
muğamın sirrlərini öyrətmiĢdir. O, həmçinin Azərbaycan Dövlət Musiqi Məktəbində
dərs demiĢ, muğam ifaçılarının yeni nəslini yaratmıĢdır. Xan əsl yaradıcı sənətkar kimi
milli musiqi xəzinəsini yeni mahnılarla zənginləĢdirirdi. Bu baxımdan onun "Qəmərim",
"ġuĢanın dağları" mahnıları dillər əzbəri olmuĢdur. Xan ġuĢinski öz yaradıcılığında
bəstəkar mahnılarına da müraciət etmiĢdir. Bu mənada Üzeyir Hacıbəyovun "Qara göz"
mahnısının ilk ifaçısı olmuĢ və mahnını yüksək zövqlə oxuyaraq yaĢatmıĢdır. Xan
ġuĢinski 18 mart 1979-cu ildə vəfat etmiĢdir.
Əsərləri: ―YaxĢı adamın hekayəti.‖ (1976), ―Nəğmələr susmur‖ (1975), ―Səs, söz və
ifaçılıq‖ (1979).
Dostları ilə paylaş: |