MƏDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adına respublika uşAQ


İngilis yazıçısı H.C.Uellsin anadan olmasının 150 illiyi (1866-1946)



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə27/35
tarix31.01.2017
ölçüsü12,77 Mb.
#7089
1   ...   23   24   25   26   27   28   29   30   ...   35

21.İngilis yazıçısı H.C.Uellsin anadan olmasının 150 illiyi (1866-1946) 
Ġngilis yazıçısı və alimi Herbert Corc Uells uĢaq yaĢlarından elmə və ədəbiyyata böyük 
maraq  göstərmiĢdir.  17  yaĢında  ikən  Kral  Elmi  Cəmiyyətinin  kollecində  təhsil  alan 
Herbert  25  il  sonra  bu  cəmiyyətin  prezidenti  seçilmiĢdir.  Biologiya  və  fiziologiya 
doktoru  Herbert  Uells  yazdığı  bədii  əsərlərdə  öz  elmi  biliklərindən  məharətlə  istifadə 
etmiĢdir. Onun qələmə aldığı "Görünməz adam", "Zaman  maĢını", "Yatan oyananda", 
"Doktor  Moronun  adası"  dünya  elmi-fantastik  ədəbiyyatının  Ģah  əsərləri  sayılır.  O, 
həmçinin  ―Kips‖,  ―Havada  müharibə‖,  ―Tono  Bens‖,  ―Azad  edilmiĢ  dünya‖  və  s. 
romanların  müəllifidir.  1905-ci  ildə  yazıçı  ―Müasir  Utopiya‖  roman-traktatı  ilə 
marksizmə  qarĢı  çıxmıĢdır.  1920-ci  və  1934-cü  illərdə  SSRĠ-yə  gəlmiĢ,  Vladimir  Ġliç 
Leninlə olan görüĢlərindən sonra ―Rusiya zülmət içində‖ adlı kitabını yazmıĢ, burada o, 
V.Ġ.Lenini  ―Kremlin  xəyalpərəsti‖  adlandırmıĢdı.  ―Doktor  Moronun  adası‖  əsərində 
Sakit  okeanda  qəzaya  uğramıĢ  gəminin  sağ  qalan  sərniĢinlərindən  birinin  10  ay  bu 
dəhĢətli adada yaĢamağa məhkum olmasından, onun baĢına  gələn qorxulu hadisələrdən 
bəhs olunur. 
Kitablar: ―Görünməz adam‖, ―Vaxt maĢını‖, ―Doktor Moronun adası‖, ―Dünyaların 
müharibəsi‖, ―Yatan oyananda‖, ―Kips‖, ―Havada müharibə‖, ―Tono Bens‖, ―Azad 
edilmiĢ dünya‖ və s. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

254 
 
İncəsənət 
24.Xalq artisti Əminə Yusifqızının anadan olmasının 80 illiyi (1936) 
 
Əminə Yusifqızı  (24.9.1936, Bakı) - aktrisa, Azərbaycanı
xalq artisti (1998), Cəfər Cabbarlı mükafatı (2010) laureatı. 
Əminə Yusifqızı 24 sentyabr 1936-cı ildə Bakıda doğulub. Hələ 
məktəb yaĢlarında ikən Gənc TamaĢaçılar Teatrında bir çox 
maraqlı çıxıĢları ilə yadda qalıb. Dram Teatrında (1964-1974), 
Dublyaj, səsləndirmə sahəsində də fəaliyyətləri mövcuddur. 
Bədii qiraət ustası kimi tanınır. M.F.Axundov adına Pedaqoji 
Rus Dili və Ədəbiyyatı Ġnstitunu bitirmiĢdir (1961). Azərbaycan 
Dövlət Gənc TamaĢaçılar Teatrının (1958-1964), Azərbaycan 
Milli Dram Teatrının (1964-74) aktrisası olmuĢdur.  
Rolları: Qulu ("Anacan", Y.Əzimzadə), Səbirə ("Son məktub", 
R.Ġsmayılov), Humay ("Komsomol poeması", Ġ.CoĢğun; Səməd Vurğunun eyniadlı 
poeması əsasında), Ülkər ("Söz yarası", Q.Rəsulov), Əliman ("Ana tarla", Çingiz 
Aytmatov), Esse ("ġeytanın Ģagirdi", Bernard ġou) və s. 1974-cü ildən 
"Azərbaycanfilm" kinostudiyasında iĢləmiĢdir. "ġərikli çörək", "Sən nə üçün 
susursan?", "Bizim küçənin uĢaqları", "Musiqi müəllimi" və s. filmlərdə, televiziya 
tamaĢalarında çəkilmiĢdir. 
Filmoqrafiya:  Ad  günü  (film,  1977),  Alma  almaya  bənzər  (film,  1975),  Alman 
klinikasına Ģəxsi səfər (film, 1988), ArĢın mal alan (film, 1965), Arxadan vurulan zərbə 
(film, 1977), Bakıda küləklər əsir (film, 1974), BayquĢ gələndə (film, 1978), Bəxtəvər 
(film, 1984), Bəyin oğurlanması (film, 1986), Bir ailəlik bağ evi (film, 1978), Bir cənub 
Ģəhərində  (film,  1969),  Birisigün,  gecəyarısı...  (film,  1981),  Bizim  küçənin  oğlanları 
(film,  1973),  Bulud  niyə  ağlayır?  (film,  1973),  Burulğan  (film,  1986),  Cazibə  qüvvəsi 
(film,  1964)(film,  kinoalmanax),  Dairə  (film,  1989),  Dədə  Qorqud  (film,  1975),  Ən 
vacib  müsahibə  (film,  1971),  Əzablı  yollar  (film,  1982),  Gənc  qadının  kiĢisi  (film, 
1988),  Gilas  ağacı  (film,  1972),  Həsən  Əbluc  (film,  1999),  Həyat  bizi  sınayır  (film, 
1972),  Heydər  Əliyev.  Ġki  əsrin  fenomeni  (film,  2002),  Xatirələr  sahili  (film,  1972), 
Xüsusi  buraxılıĢ  (film,  1983),  Ġnsan  məskən  salır  (film,  1967),  Ġstintaq  (film,  1979), 
Kitabi  Dədə  Qorqud.  Səkrəyin  dastanı  (film, 1990),  Qanun  naminə  (film, 1968),  Qatır 
Məmməd  (film, 1974),  Qayınana  (film, 1978),  Qətl günü  (film,  1990),  Qeybdən gələn 
səs  (film,  2002),  Qızıl  uçurum  (film,  1980),  Qızıl  qaz  (film,  1972),  Mən  ki  gözəl 
deyildim  (film,  1968),  Mən  mahnı  qoĢuram  (film,  1979),  Mənim  əziz  atam  (1970), 
Möcüzələr adası (film, 1963), Nizami (film, 1982), O qızı tapın (film, 1970), Od içində 
(film,  1978),  Onu  bağıĢlamaq  olarmı?  (film,  1959),  Onun  bəlalı  sevgisi  (film,  1980), 
Özgə  ömür  (film,  1987),  Park  (film,  1984),  Prima  (film,  1992),  Rəngli  yuxu  (film, 
1982),
 
Sən niyə susursan? (film, 1966), Süd diĢinin ağrısı (film, 1987), ġahid qız (film, 
1990), ġərikli çörək (film, 1969), Üzeyir ömrü (film, 1981) və s.  
 

255 
 
25.Müğənni Xanlar Haqverdiyevin anadan olmasının 110 illiyi (1906-1980) 
Haqverdiyev Xanlar Məmməd oğlu - (1906-1980) — müğənni (lirik-dramatik 
tenor). Azərbaycan (1956) və Türkmənistan (1939) əməkdar artisti. 
 
Xanlar  Məmməd  oğlu 1906-cı  ildə ġuĢa  qəzasının Seyidli kəndində  anadan  olmuĢdur. 
Azərbaycan  Dövlət Konservatoriyasının vokal  Ģöbəsində  oxumuĢdur  (1928-31). 1931- 
62  illərdə  (fasilələrlə)  Azərbaycan  Opera  və  Balet  Teatrının  solisti  olmuĢ,  ―Leyli  və 
Məcnun‖  operasında  Məcnun  və  Ġbn  Səlamın,  ―Əsli  və  Kərəm‖  operasında  Kərəmin 
partiyalarını  ifa  etmiĢdir.  Azərbaycan  səhnəsinin  unudulmaz  Məcnunlarından  biri  də 
Xanlar  Haqverdiyev  olub.  Bu istedadlı  sənətkar  "Leyli və  Məcnun"  operasında bir sıra 
partiyaların  ifaçısı  kimi  yadda  qalıb.  Böyük  məhəbbət  və  məharətlə  can  verdiyi  
Məcnun  isə   bu   unudulmaz   sənətkarın  yaradıcılığında  zirvə  sayılırdı.  O, 
Məcnun rolunda öz dəst-xətti  ilə  seçilən  aktyorlardan  biri  olub.  1945-ci  ildə  Üzeyir 
Hacıbəylinin  yubiley  gecəsində  Xanlar  Haqverdiyevin  mərasimdə  çatdırdığı  Məcnun 
rolu Üzeyir Hacıbəylini də valeh edib. Hətta sonralar məhz bu rolundakı yaxĢı ifasına 
görə  dəfələrlə  rejissordan,  teatr  rəhbərliyindən  təĢəkkür  alıb.  1938-1942-ci  illərdə 
Türkmənistan  Opera  və  Balet  Teatrında  ―Koroğlu‖  operasında  Koroğlu  rolunda  çıxıĢ 
etmiĢdir.
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

256 
 
3.Xalq artisti Yaşar Nurinin anadan olmasının 65 illiyi (03.09.1951-22.11.2012) 
Yaşar Nuri  azərbaycanlı aktyor, komik, psixoloji və 
dramatik rolların məharətli ifaçısı; (1981) Azərbaycan SSR-
in Əməkdar Artisti fəxri adı; (1991) "Yaramaz" filmindəki 
Maşallah roluna görə Azərbaycan Respublikasının Dövlət 
Mükafatı; (1996) "Qızıl dərviş" mükafatı;  (2005) 
Azərbaycan Respublikası Prezidentinin I dərəcəli mükafatı;  
(2010) Cəfər Cabbarlı mükafatı; (2011) "Şöhrət" ordeni; 
(2012) Milli Kino Mükafatı; Azərbaycanın Xalq Artisti; 
Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı. 
YaĢar  Nuri 1951-ci  il   sentyabr  ayının  3-də Bakıda tanınmıĢ 
aktyor  Məmmədsadıq Nuriyevin  ailəsində dünyaya gəlmiĢdir. 
Səhnəyə ilk dəfə on bir yaĢında Azərbaycan Dövlət Musiqili Komediya Teatrında "Toy 
kimindir?"  (dramaturq Məhərrəm  Əlizadə)  tamaĢasında  Tapdıq  rolunda  çıxmıĢdır. 
Məktəbli  vaxtlarında  dövlət  televiziyasının  "Yelkən"  veriliĢinin  aparıcılarından 
olmuĢdur. Bundan baĢqa o, "Buratino", "QaranquĢ", "Pioner" uĢaq veriliĢi-teatrlarında 
müntəzəm iĢtirak etmiĢdir. Müxtəlif dram dərnəklərinə getmiĢ, 26-lar adına mədəniyyət 
sarayı xalq teatrının tamaĢalarında çıxıĢ etmiĢdir. Teatr aktyoru kimi görkəmli sənətkar 
olan  YaĢar  Nuri  həm  də  məĢhur  kino  ustası  idi.  Onun  böyük  populyarlıq  qazandığı 
çoxlu  ekran  obrazları  var.  Əlliyə  yaxın  bədii  filmə  çəkilib, Azərbaycan  Dövlət 
Televiziyasında   hazırlanmıĢ  yüzdən  çox  tamaĢada,  bədii  kompozisiyada,  satirik 
səhnəciklərdə iĢtirak edib. Onun əsasən baĢ rolları ifa etdiyi teletamaĢalar televiziyanın 
fondunda  daimi  sənət  nümunələri  kimi  qorunur.  Aktyor  nəinki  televiziya,  həmçinin 
radio  və  kinostudiyanın  dublyaj  sektoru  ilə  də  əməkdaĢlıq  etmiĢ,  radioda  "Sabahınız 
xeyir",  "GülüĢ  axĢamı"  yumoristik  veriliĢlərinin,  radio  tamaĢalarının  iĢtirakçısı 
olmuĢdur.  "Azərbaycanfilm"  kinostudiyasında  isə  saysız  hesabsız  yerli  filmləri 
səsləndirmiĢ,  əcnəbi  filmləri  dublyaj  etmiĢdir.  YaĢar  Nuri  cəsarətli  aktyor  kimi  qəliz 
rəqs  nömrələrini,  muğam  və  ya  estrada,  yaxud  aĢıq  musiqisi  üzərində  qurulan  satirik, 
dramatik, psixoloji, komik, karnaval estetikasına uyğun obrazların ifasında uğur qazana 
bilmiĢdir. Səhnədə həmiĢə canlı, təravətli, ürəklərə yol tapmıĢdır. Aktyor  özünü  həm 
kinoda, 
həm 
də 
teatrda 
rejissor 
kimi 
sınamıĢdır. 
Teatrda 
 Ġsi 
Məlikzadənin  
"Subaylarınızdan  görəsiniz"  əsərinə  quruluĢ  vermiĢ,  kinoda 
isə "Spasibo" filmini  çəkmiĢdir.  YaĢar  Nuri  uzun  sürən  xəstəlikdən  sonra   22 
noyabr   2012-ci  ildə Bakı Ģəhərindəki  Dövlət  Gömrük  Komitəsi  Tibbi  Xidməti 
Ġdarəsinin Mərkəzi Gömrük Hospitalında vəfat etmiĢdir. 
 
 
 
 
 

257 
 
Milli qəhrəmanlıq zirvəsi 
18.Məmmədov Seymur Qəhrəman oğlunun 45 illiyi (18.09.1971-01.04.1992) 
Azərbaycan  Respublikası  prezidentinin  11  avqust  1992-ci  il 
tarixli  131  saylı  fərmanı  ilə  Məmmədov  Seymur  Qəhrəman 
oğluna  ölümündən  sonra  "Azərbaycanın  Milli  Qəhrəmanı" 
adı verilmişdir.
 
 
 
 
            
18  sentyabr 1971-ci  ildə Füzuli  Ģəhərində  dünyaya  göz  açmıĢdır. 1978-1988-ci  illərdə 
burada  2  saylı  məktəbdə  təhsil  almıĢdır. 1988-ci  ildə  Azərbaycan  Politexnik  Ġnstituna 
daxil olmuĢdur. 1991-ci ildə hərbi xidmətə çağırılır.  
Hərbi  xidmətini Almaniya   və Ukraynada keçirir.  Seymur  Məmmədov  ordudan  tərxis 
edilən kimi  könüllü olaraq  özünümüdafiə  batalyonuna  yazılır. Seymur  bir  neçə kəndin 
azad  edilməsində,  əsirlərin  geri  alınmasında  əsl  qəhrəmanlıq  göstərmiĢdir. 1992-ci  il 1 
aprel Seymurun  son  döyüĢü  oldu. Məlikcanlı kəndi  uğrunda  gedən  döyüĢlərdə  hər 
birində  10  erməni  döyüĢçsüsü  olan  15  dayaq  nöqtəsi  məhv  edildi.  Həmin  döyüĢdə 
snayperlə  vurulan  Seymur  20  yaĢında  qəhrəmancasına  Ģəhid  oldu.  Subay  idi.  Bakı 
Ģəhərinin ġəhidlər xiyabanında dəfn edilib. Oxuduğu məktəb onun adını daĢıyır. 
 
Hər millətin, hər torpağın öz adı var, öz ünvanı, 
Yağılara baş əyməyib Azərbaycan qəhrəmanı. 
Vahid Vətən himnimizdi Şəhidlərin axan qanı, 
Nəsillərə yadigardı, zaman yazdı bu dastanı. 
Millətlərə hürriyyətdi, istiqlaldı şüarımız, 
Azadlığı, səadəti qorumaqdı qərarımız. 
                                                                                                            Nəriman Həsənzadə 
 
 
 
 
 
 
 
 

258 
 
20.Qurbanov Arif Vəliş oğlunun 50 illiyi (20.09.1966-26.09.2009) 
 
Arif Vəliş Oğlu Qubadov - Azərbaycanın Milli Qəhərmanı. 
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il 307 
saylı fərmanı ilə Qubadov Arif Vəliş oğlu "Azərbaycan Milli 
Qəhrəmanı" adına layiq görülmüşdür. 
 
 
Arif  Qubadov 20  sentyabr 1966-cı  ildə Cəlilabad rayonu  Əliqasımlı  kəndində  anadan 
olmuĢdur. 1983-cü  ildə Əliqasımlı kənd  orta  məktəbini  bitirmiĢdir.  1984-cü  ildə  hərbi 
xidmətə  çağırılmıĢdır. Ermənistan  Respublikasının  torpalaqlarımıza  hücum  etməsi  və 
iĢğalçılıq  siyasəti  onu  da  bir  azərbaycanlı  kimi  narahat  etmiĢdir.  1992-ci  ildən Milli 
Ordu sıralarında  Arif  Qubadovun  Ģərəfli  döyüĢ  yolu  baĢlamıĢdır.  Arif  ata-baba 
yurdlarımızdan  biri  olan Naxçıvanın Sədərək bölgəsində  döyüĢə  atılmıĢdır.  Onun 
komandirlik  etdiyi  tağım  erməniləri  geri  oturtmuĢ  və  onlarla  erməni  quldurunu  məhv 
etməklə yanaĢı, düĢmənin çoxlu sayda zirehli texnikalasını da sıradan çıxarmıĢdır.  
1993-cü  ildə  Arif   Ağdam   cəbhəsinə  göndərilmiĢdir. Əfətli, Yusifcanlı kəndləri 
ermənilərdən  onun  rəhbərliyi  ilə  təmizlənmiĢdir. 1993-cü  ilin  avqustundan  cəsur 
döyüĢçünün 
sorağı  
Füzuli  
cəbhəsindən 
gəlmiĢdir. 
 Əhmədbəyli, AĢağı 
Kürmahmudlu və Yuxarı  Kürmahmudlu, Alıxanlı kəndləri  Ģəxsən  Arifin  komandirliyi 
ilə  ermənilərdən  azad  edilmiĢdir.  O, 1994-cü  ildə Tərtər və Ağdərə rayonlarında  da 
rəĢadətlə  döyüĢmüĢdür.  Arif  Qubadov 1996-cı  ildə Bakı  BirləĢmiĢ  Komandirlər 
Məktəbini, 2003-cü  ildə  isə Azərbaycan  Respublikası  MTN  Akademiyasının  sərhəd 
qoĢunları  bölməsini  bitirmiĢdir.  Ailəli  idi,  dörd  övladı  var.  Azərbaycanın  Milli 
Qəhrəmanı,  ehtiyatda  olan  polkovnik-leytenant  Arif  Qubadov  43  yaĢında  Türkiyədə 
müalicə olunduğu Gülhanə Hərbi Tibb Akademiyasında 26 sentyabr 2009-cu ildə vəfat 
etmiĢdir. 
 
Neçə gizli sərvət yatır qucağında , 
Neçə ölkə od aparır ocağından . 
Azadlığın al rəmzi var bayrağında 
Bayrağına canım qurban , Azərbaycan ! 
 
                                                                                                                Nəriman Həsənzadə 
 
 
 

259 
 
29.Yusifov Zakir Tofiq oğlu (29.09.1956-11.10.1992) 
Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il 
tarixli 457 saylı fərmanı ilə Yusifov Zakir Tofiq oğluna 
ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı 
verilmişdir. 
 
 
 
29  sentyabr 1956-cı  ildə Bakı  Ģəhərində  doğulmuĢdur. 1974-cü  ildə  194  saylı  məktəbi 
bitirir  və  Mülki  Təyyarəçilik  məktəbinə  daxil  olur. 1977-ci  ildə  təhsilini  baĢa  vurur 
və Yevlaxda iĢə  baĢlayır.  AN-2  təyyarəsinə  komandir  təyin  edilir. 1988-ci  ildə Bakı 
Dövlət  Universitetinin hüquq  fakültəsinin  qiyabi  Ģöbəsini  bitirir.  Respublika  ilk  hərbi 
vertalyot eskadrilyasının yaradılması olduqca çətin bir iĢ idi. Zakir bu iĢin öhdəsindən 
gəldi.  Hərbi  təlimlər  və  ardınca Qarabağa uçuĢlar.  Bu  uçuĢlardan  ən  uğurlusu 11 
aprel oldu.  Ġlk  dəfə  hərbi  vertolyotla  havaya  qalxan  Zakir  Yusifov Füzuli-
Xocavənd istiqamətində  uğurlu  uçuĢ  edə  bildi.  O,  döyüĢ  tapĢırığını  baĢa  vurur  və  geri 
dönür.  
Cəsur  komandir  Zakir  yüzdən  artıq  uçuĢlar  edərək  erməni  yaraqlılarının  xeyli  zirehli 
texnikasını  məhv  etmiĢdi.    O, Füzuli, Xocavənd, Tərtər, Ağdərə, ġuĢakənd səmalarında 
əsl  qəhrəmanlıq  səhifələri  yazır. 11  oktyabr 1992-ci  il  növbəti  uçuĢ  zamanı  onun 
vertolyotu  ermənilər  tərəfindən  vurulur.   Səfiyan kəndi  istiqamətdə  uçarkən  vurulan 
vertolyotun  heyəti  həlak  olur.  Ailəli  idi,  iki  övladı  qalıb.  Bakı  Ģəhərinin ġəhidlər 
xiyabanında dəfn edilib. Vaxtilə oxuduğu 194 saylı məktəb və Bakının küçələrindən biri 
qəhrəmanımızın adını daĢıyır. 
 
Başım üstdə məğrur-məğrur dalğalanan 
Bayrağına canım qurban , Azərbaycan ! 
Ruhuma büt , cismim üçün vətən olan 
Torpağına canım qurban , Azərbaycan ! 
 
                                                                                                                    Nəriman Həsənzadə
 
       
 
                                                                                                                                                                                
 
 
 

260 
 
30.İbrahimov Mirələkbər Mirələsgər oğlunun 55 illiyi (30.09.1961-05.03. 1994) 
 
Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il 
tarixli 203 saylı fərmanı ilə kapitan İbrahimov Mirələkbər 
Mirələsgər oğlu ölümündən sonra "Azərbaycanın Milli 
Qəhrəmanı" adına layiq görülmüşdür. 
 
 
 
30  sentyabr 1961-ci  ildə Qərbi  Azərbaycanın Vedibasar  mahalının Xalisa kəndində 
doğulmuĢdur.  Birinci  sinfə burada getmiĢ,  sonra Bakı  Ģəhərinə köçmüĢlər.1978-ci ildə 
Bakı Ģəhərindəki 158 saylı orta məktəbi bitirmiĢ və hərbi xidmətə getmiĢdir. Daha sonra 
Bakıda  153  saylı  orta  məktəbdə  ibtidai  hərbi  hazırlıq  müəllimi  iĢləmiĢdir. 
Qarabağda ermənilərin  törətdikləri  ağılasığmaz  vəhĢiliklər  Mirələkbəri  bərk  narahat 
edirdi.  O,  könüllü  olaraq  cəbhəyə  göndərilməsini  xahiĢ  edir.  1993-cü  ildə  onu  yenicə 
yaradılmıĢ Yasamal taboruna  komandir  təyin  edirlər.  Mirələkbər  öz  taboru  ilə Füzuli 
rayonunun Kürdmahmudlu, AĢağı  Seyidəhmədli kəndləri  uğrunda  gedən  döyüĢlərdə 
qəhrəmancasına  vuruĢur.  Onun  son  döyüĢü   5  mart 1994-cü  ildə  olur.  Mənfur  erməni 
quldurları  iki  kəndi  iĢğal  etdir.  Əks  hücuma  keçən  cəsur  komandirin  taboru  kəndləri 
azad edir. Bu döyüĢdə faĢist ermənilərin gülləsinə tuĢ gələn Mirələkbər qəhrəmancasına 
Ģəhid olur. Evli idi, bir övladı yadigar qalıb.  Bakı Ģəhərinin ġəhidlər xiyabanında dəfn 
edilmiĢdir. Vaxtilə dərs dediyi 153 saylı orta məktəb qəhrəmanımızın adını daĢıyır. 
 
Oğulları igid aslan 
Əməlləri şanlı dastan. 
Səndən ötrü keçib candan 
Ulu babam – Azərbaycan! 
O tarixdi daş qalalı 
Bərəkətli gen tarlalı 
Şirin, şəkər, bal laylalı 
Mənim anam – Azərbaycan! 
 
                                                                                                        Məmməd Hacızadə 
 
 
 
 

261 
 
Oktyabr 
Əlamətdar tarixi günlər və bayramlar 
Beynəlxalq Ahıllar günü 01.10.1993  
Beynəlxalq Musiqi günü 01.10.1975 
Müəllimlər günü 05.10.1994 
Ümumdünya poçt günü. 09.10.1974  
Yanğınsöndürənlərin peĢə bayramı 10.10.2002 
Azərbaycan Dövlət Müstəqillik günü 18.10.1991 
Energetiklərin peĢə bayramı 20.10.2004 
Beynəlxalq Məktəb kitabxanaları günü 22.10.1999 
BirləĢmiĢ Millətlər TəĢkilatı günü 24.10.1945 
Bu tarixi unutmayaq  
Xocavənd rayonunun iĢğalı günü 02.10.1992 
Zəngilan rayonunun iĢğalı günü 30.10.1993 
Yubilyar yazıçı və şairlər 
Tənqidçi, ədəbiyyatĢünas Abbas Zamanovun 105 illiyi (10. 10.1911-1993) 
ƏdəbiyyatĢünas, folklorĢünas Hənəfi Zeynallının 120 illiyi (13.10.1896-1937) 
Xalq yazıçısı, dramaturq Mirzə Ġbrahimovun 105 illiyi (15.10.1911-1993) 
Yazıçı Çingiz Ələkbərzadənin 80 illiyi (17.10.1936-1999) 
İncəsənət 
Xalq artisti Nəcibə Məlikovanın 95 illiyi (25.10.1921-1992) 
Milli qəhrəmanlıq zirvəsi 
Nəsibov Kamil Balədə oğlu  (08.10.1946-29.06.1992) 
Bayramov Sultanağa Nəhmət oğlu (17.10.1936-23.08.1993) 
Makayev Ġqor Vladimiroviç (27.10.1971-02.08.1992) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

262 
 
OKTYABR 
Əlamətdar tarixi günlər və bayramlar 
 
1. Beynəlxalq Ahıllar günü 
YaĢadığımız  cəmiyyət  hamı  üçündür.  Gənclər,  orta 
nəslin  nümayəndələri,  hətta  ahıllar  da  cəmiyyətdə 
gedən  inkiĢaf  proseslərində  iĢtirak  etməlidirlər. 
YaĢlıların 
həyat 
təcrübəsindən, 
bilik 
və 
bacarıqlarından  bəhrələnmək  isə  nəsillər  arasında 
körpü  yaratmaq,  varislik  əlaqəsini  bərpa  etmək 
baxımından çox zəruridir. Cəmiyyətdə yaĢayıb ondan 
kənarda qalmaq olmaz. Ahılların məĢğulluğu, onların 
inkiĢaf prosesinə cəlb edilməsi, həm də sosial-iqtisadi durumun yaxĢılaĢması deməkdir. 
BMT-nin inkiĢaf proqramında son illər ərzində ahıllar problemi geniĢ yer tutur. 2002-ci 
ilin  aprelində  Ġspaniyanın  paytaxtı  Madrid  Ģəhərində  BMT-nin  ahıllar  üzrə  II 
Ümumdünya məclisində belə bir fikir səsləndi ki, yaĢlılar da cəmiyyətin bərabərhüquqlu 
vətəndaĢlarıdır,  onlara  ehtiram  göstərmək  yüksək  insani  keyfiyyətdir.  Adı-sanı,  nəcib 
əməlləri ilə tanınan, bəlkə də heç tanınmayan, lakin ləyaqətlə yaĢayan, həyat təcrübəsi 
ilə yeni nəsillərə nümunə olan ahıllar, həqiqətən, hörmətə layiqdirlər. Qocaların sərvəti 
onların həyat təcrübəsidir. Onlara qulaq asıb, dediklərinə əməl etməklə bu sərvətə sahib 
olmaq  mümkündür.  Ümummilli  liderimiz  Heydər  Əliyev  kimi  yaĢa  dolmuĢ  görkəmli 
siyasətçi və dövlət xadimi öz ölkəsini müvəffəqiyyətlə idarə etmiĢdir. Bu fakt bir daha 
sübut  edir  ki,  yaĢlı,  ahıl  insanların  təcrübəsi  əvəzolunmazdır.  BMT-nin  BaĢ  Məclisi 
1992-ci ildə Ahılların müdafiəsi ilə bağlı Qətnamə qəbul etmiĢdir. Həmin Qətnamənin 
prinsiplərinə uğun olaraq hər il oktyabr ayının 1-i Beynəlxalq Ahıllar Günü kimi qəbul 
edilmiĢ,  həmçinin  1999-cu  il  Beynəlxalq  Ahıllar  ili  elan  olunmuĢdur.  Bu  məsələyə 
Respublikamızda  da  ciddi  diqqət  yetirilir.  2001-ci  il  iyunun  22-də  "Ahıllara  sosial 
xidmət  haqqında"  Azərbaycan  Respublikasının  Qanunu  qəbul  edilmiĢdir.  Qanuna 
əsasən  ölkədə  70  yaĢına  çatmıĢ  Azərbaycan  Respublikası  vətəndaĢları,  habelə 
Azərbaycan Respublikasında daimi yaĢayan əcnəbi və vətəndaĢlığı olmayan Ģəxslər ahıl 
sayılır. 1993-cü ildən baĢlayaraq hər il oktyabr ayının 1-i Respublikamızda "Beynəlxalq 
Ahıllar  Günü"  kimi  qeyd  olunur.  Həmin  günün  keçirilməsində  məqsəd  ahıl 
vətəndaĢların  sosial  problemləri  ilə  tanıĢ  olmaq,  ehtiyaclarını  müəyyənləĢdirərək 
imkanlı müəssisələr, təĢkilatlar və qeyri-hökumət təĢkilatları ilə birlikdə əməli tədbirlər 
görməkdən ibarətdir. Beynəlxalq Ahıllar Günü ərəfəsində bütün dünyada olduğu kimi, 
Respublikamızın Ģəhər və rayonlarında icra hakimiyyətləri, əmək kollektivləri, ictimai 
təĢkilatlar  və  qeyri-hökumət  təĢkilatları  rayon  ərazisində  yaĢayan  ahıl  vətəndaĢların 
ehtiyaclarını  öyrənərək  onlar  üçün  bayram  süfrələri,  ərzaq  bağlamaları  təĢkil  edir, 
müxtəlif xeyriyyə, Ģəfqət və mədəni-kütləvi tədbirlər həyata keçirirlər.  
 
 
 

263 
 
Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin