Yubilyar yazıçı və şairlər
10.Abbas Zamanovun 105 illiyi (10.10.1911-01.04.1993)
Zamanov Abbas Fəttah oğlu — tənqidçi, ədəbiyyatşünas,
tərcüməçi, mətnşünas, 1982-ci ildən Azərbaycan Yazıçılar
Birliyinin üzvü,
filologiya elmləri doktoru (1968),
professor (1971), Azərbaycanın Əməkdar elm xadimi
(1980), Azərbaycan EA müxbir üzvü (1983), Türk Dil
qurumunun
müxbir
üzvü
(1971),
Səlcuq
Universitetinin (Türkiyə) fəxri doktoru (1988
)
Abbas Zamanov 1911-ci il oktyabrın 10-da Naxçıvan MR
ġərur rayonunun Maxta kəndində anadan olmuĢdur.
Naxçıvan və Bakı Ģəhərlərində uĢaq evlərində yaĢamıĢdır
(1921-1927). Bakı pedaqoji texnikumunu bitirdikdən sonra rəhbər komsomol iĢçisi
kimi çalıĢmıĢdır (1929-1937), iki il "Gənc iĢçi" qəzeti redaksiyasında məsul
redaktorun müavini vəzifəsində iĢləmiĢdir (1933-1934). Sonra "Ədəbiyyat" qəzetində
məsul katib və AzərnəĢrin bədii ədəbiyyat Ģöbəsində müdir (1937-1939) olmuĢdur.
1939-cu ildə Azərbaycan Dövlət Pedaqoji Ġnstitutunun dil və ədəbiyyat fakültəsini
qiyabi bitirmiĢ və oraya müəllimliyə dəvət edilmiĢdir. Ədəbi fəaliyyətə 1937-ci ildə
çap etdirdiyi publisist və elmi-kütləvi məqalələrlə baĢlamıĢdır. Həmin vaxtdan
ölkəmizdə və onun hüdudlarından uzaqlarda XX əsr Azərbaycan ədəbiyyatına dair
elmi-tədqiqat əsərləri müntəzəm dərc olunmuĢdur. "Sabir və müasirləri"
monoqrafıyası Əsəd Behrənginin tərcüməsində Təbrizdə, "Cəlil Məmmədquluzadə"
oçerki Ələkbər Qəhrəmaninin tərcüməsində Tehranda fars dilində nəĢr olunmuĢdur.
Türk Dil Qurumunun (Türkiyə) müxbir üzvü (1971), Konya və Səlcuq
Universitetlərinin (Türkiyə) fəxri doktoru seçilmiĢdir. MətnĢünaslıq sahəsində ciddi
fəaliyyət göstərmiĢ, C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, N.Nərimanov,
S.S.Axundov, S.Hüseyn, H.Nəzərli, S.Ə.ġirvani, S.M.Qənizadə və Q.Zakirin
əsərlərini rus və Azərbaycan dillərində tərtib və nəĢr etdirmiĢdir. O, M.Ə.Sabir,
Cavid haqqında xatirə və məqalələri toplayıb ön sözlə "Sabir xatirələrdə" (1982) və
"Cavidi xatırlarkən" (1982) adı ilə kütləvi tirajla çap etdirmiĢdir. 1 dərəcəli "Vətən
müharibəsi" ordeni, döyüĢ xidmətlərinə görə medalı və bir sıra digər medallarla təltif
edilmiĢdir. 1993-cü il aprelin 1-də Bakıda vəfat etmiĢ, Fəxri Xiyabanda dəfn
olunmuĢdur.
Əsərləri: ―Ġrəli‖ (1943), ―A.ġaiqin həyatı və yaradıcılığı‖ (1956), ‖Müasirləri Sabir
haqqında‖ (1962), ―Sabir və müasirləri‖ (1973), ―Əməl dostları‖ (1979), ―Sabir
gülür‖ (1981), ―Sabir bu gün‖ (1985), ―Cəbhə dəftərindən‖ (1986), ―Bu dünyadan
Rəsul Rza gəlib keçdi‖( 2008), ―Cənubdan səslər. Min bir mahnı‖ (2010).
Tərcümələri (ruscadan): N.Jurba. Aleksey Matrosov 1951, H.Məmmədquluzadə.
Mirzə Cəlil haqqında xatirələrim 1981.
Filmoqrafiya: Bəxtiyar (film, 1942), Sovet Naxçıvanı-Ģərqin qapısı (film, 1949),
Azərbaycan naminə (film, 2005), Zəlimxan dastanı (film, 2007), Mətbuat fədaisi
(film, 2007).
273
13.Ədəbiyyatşünas, folklorşünas Hənəfi Zeynallının 120 illiyi (1896-1937)
H.Zeynallını bir cavidşünas kimi səciyyələndirən onun H.Cavidə dövrün ədəbi-tarixi
kontekstində yanaşa bilməməsidir.O, Cavidin romantizmini, onun estetik idealını doğru
müəyyən etmiş, cavidşünaslığın təməl daşını qoyanlardan biri olmuşdur.
Zeynallı Hənəfi Baba oğlu – müəllim, ədəbiyyatşünas,
Azərbaycan
şifahi
xalq
ədəbiyyatının
ilk
tədqiqatçılarından biri.
Hənəfi Zeynallı 1895-ci ildə Bakıda dəmirçi ailəsində anadan olmuĢdur. 1916-cı ildə
Bakıdakı Politexnik məktəbi bitirmiĢ və elə həmin il müsabiqə imtahanını
müvəfəqiyyətlə verərək Ġmperator Texniki PeĢə məktəbinə daxil olmuĢdur. 1917-ci ildə
fevral inqilabından sonra təhsilini yarımçıq qoymuĢdur. H.Zeynallı 1922-ci ildə
Azərbaycan Dövlət Universitetinə daxil olmuĢ, 1927-ci ildə bitirmiĢ və təyinatını ġərq
fakültəsinin Azərbaycan türk ədəbiyyatı tarixi kafedrasına, sonra isə Azərbaycan
Pedoqoji Ġnstituna almıĢdır. 1930-cu ildə dosent olmuĢdur. 1923-cü ildən Azərbaycan
Dövlət NəĢriyyatının əsas yaradıcılarından biri kimi fəaliyyət göstərmiĢ və oranın baĢ
redaktoru vəzifəsində çaliĢmıĢdır. 1923-1931-ci illərdə AzərnəĢrdə iĢləyərkən o,
―Kommunist‖, ―Maarif və Mədəniyyət‖, ―Ġnqilab və Mədəniyyət‖, ―Maarif iĢçisi‖
jurnallarında əməkdaĢlıq etmiĢ, geniĢ ədəbi publisistik yazılarla çıxıĢ etmiĢdir.
H.Zeynallı 1926-cı ildə yazdığı "Azərbaycan atalar sözləri və məsəllər" (burada 4
minədək atalar sözü və məsəllər toplanmıĢdır), 1928-ci ildə yazdığı ―Türk ədəbiyyatı
üzrə iĢ kitabı‖ əsərlərində folklor, terminologiya və s. ilə bağlı məsələlərə toxunur.
1937-ci il yanvarın 28-də H.Zeynallı Ruhulla Axundovun əksinqilabi qrupunun üzvü
kimi həbs olunub və Azərbaycan SSR CM-nin 72 və 73-cü maddələri üzrə məsuliyyətə
cəlb edilib. H.Zeynallının güllələnməsi haqqında hökm 1937-ci il oktyabrın 13-də
Bakıda icra olunub. 1957-ci il martın 30-da SSRĠ Ali Məhkəməsinin Hərbi
Kollegiyasının qərarına görə 1937-ci il sentyabrın 12-də SSRĠ Ali Hərbi Kollegiyasının
Hənəfi Baba oğlu Zeynallının istintaq iĢi üzrə çıxartdığı hökm dəyiĢdirildi və cinayət
tərkibi olmadığı üçün iĢ xətm edildi.
274
15.Xalq yazıçısı, dramaturq Mirzə İbrahimovun anadan olmasının 105 illiyi
(1911-1993)
“Onun qələmi həmişə cilalı, parlaq kəsərli, heç vaxt qınına salınmayan silahdır. Kənd
olsun, şəhər olsun, müharibə, sülh olsun, ailə ya ictimaiyyət olsun, kütləvi səhnə ya
qəlb aləmi olsun, həyatımızın elə sahəsi yoxdur ki, oraya Mirzənin qələmi nüfuz
etməsin, ədibin səsi, sözü eşidilməsin. O, təbiətən fəal, özünə tələbkar şəxsiyyətdir”.
Mir Cəlal Paşayev
İbrahimov Mirzə Əjdər oğlu (15 oktyabr 1911 – 17 dekabr
1993) — Azərbaycan yazıçısı, dramaturq, ictimai xadim.
Azərbaycan SSR xalq yazıçısı (1961), Azərbaycan SSR Elmlər
Akademiyasının akademiki (1945), SSRİ Dövlət mükafatı
laureatı (1950), Azərb. SSR Dövlət mükafatı laureatı (1965),
Beynəlxalq Nehru mükafatı laureatı (1979). Azərb. SSR
əməkdar incəsənət xadimi (1941). Sosialist Əməyi
Qəhrəmanı (1981), Azərbaycan SSR Ali Soveti Rəyasət
Heyətinin sədri (1954-1958), 1937-1991-ci illərdə SSRİ Ali
Sovetinin deputatı. Azərbaycan Yazıçılar İttifaqı İdarə
Heyətinin sədri (1946-1954), birinci katibi (1965-1975), Azərb.
SSR Maarif naziri (1942-1946). Azərbaycan SSR Ali Sovetinin
deputatı. SSRİ xalq deputatı (1989).
Mirzə Ġbrahimov 1911-ci il oktyabrın 15-də Cənubi Azərbaycanın Sərab Ģəhəri
yaxınlığındakı Evə kəndində anadan olmuĢdur. 1918-ci ildə atası və böyük qardaĢı
ilə Bakıya gəlmiĢdir. Bədii yaradıcılığa da Zabrat fəhlə ədəbiyyat dərnəyinin
üzvlüyündən baĢlamıĢdır. Azərbaycan Yazıçılar Ġttifaqı idarə heyətinin sədri (1946-
1954), birinci katibi (1965-1975), SSRĠ Yazıçılar Ġttifaqı idarə heyətinin katibi (1965-
1975), Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini (1946-1950),
Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin sədri (1954-1958) vəzifələrində
iĢləmiĢdir. Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat Ġnstitutunda direktorluq
etdiyi dövrdə dilçilik və ədəbiyyatĢünaslıq elminin yeni, yüksək səviyyədə tədqiqini
təĢkil etmiĢ, üçcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin yaranmasında ciddi əməyi
olmuĢdur (1946-1954). Sonralar Azərbaycan Yazıçılar Ġttifaqı idarə heyətinin sədri
(1946-1954) və SSRĠ Yazıçılar Ġttifaqı Ġdarə Heyətinin katibi (1965-1975) olmuĢdur.
1993-cü il dekabrın 17-də Bakıda vəfat etmiĢ, Fəxri Xiyabanda dəfn olunmuĢdur.
Əsərləri: ―Qiqantlar ölkəsi‖ (1932), ―Həyat üçün‖ (1934), ‖Həyat (pyes)‖ (1938),
―Böyük demokrat (Molla Nəsrəddin)‖ (1939), ―Həyat və ədəbiyyat‖ (1947), ―Azad‖
(1949), ―Gələcək üçün‖ (1951), ―Böyük dayaq (roman)‖ (1957), ―Mədinənin ürəyi‖
(hekayələr) (1961), ―Murovdağın ətəyində‖ (hekayələr) (1964), ―Pərvanə‖ (1971),
―Pərvizin həyatı‖ (povestlər və hekayələr) (1981), ―Pərvanə‖ (roman) (1984), ―Gələcək
gün‖ (roman) (1984), ―Tufanlara kömək edən bir qələm‖,
―
SeçilmiĢ əsərləri‖ : Ġki cilddə
(2005), ―Əsərləri‖: X cilddə (1983) və s.
Filmoqrafiya: Böyük dayaq (film, 1962)
275
17.Yazıçı Çingiz Ələkbərzadənin anadan olmasının 80 illiyi (1936-1999)
―Vətənini sevən adam idi. Başqa yerə köçməkdən danışmaq belə istəmirdi. Tez-tez
deyəsən Musa Yaqubdan bir misranı deyirdi: “Bəlkə də borcundan çıxmadım,
Vətən…” Mənim atam ilk növbədə kişi olub, mərd olub, heç kimi satmayıb, heç kimə
pislik etməyib. Atamla fəxr edirəm.”
Sevda Ələkbərzadə
Çingiz Ələkbərzadə Əbülhəsən oğlu 1936-cı il oktyabrın 17-də
Bakı Ģəhərində anadan olmuĢdur. Tovuz Ģəhərindəki A.S.PuĢkin
adına Ģəhər orta məktəbini bitirmiĢdir (1955). ADU-nun filologiya
fakültəsində təhsil almıĢdır (1955-1960). Tələbəlik dövründə
"Kökəlməyin sirri" hekayəsi almanaxda dərc olunmuĢdur (1958).
Bundan sonra dövri mətbuatda müntəzəm çıxıĢ etmiĢdir. Əmək
fəaliyyətinə Əli Bayramlı rayonundakı 2 saylı orta məktəbdə
müəllim kimi baĢlamıĢdır (1960). Azərbaycan Dövlət Televiziya və
Radio VeriliĢləri komitəsində son xəbərlər redaksiyasında
iĢləmiĢdir (1961-1966). Ġsmayıllı rayonundakı Ġvanovka kəndində
müəllim (1966-1968), Əli Bayramlı rayonunda "ĠĢıq" qəzeti
redaksiyasında məktublar Ģöbəsinin müdiri (1968-1971), Ġsmayıllı rayonunda
"ZəhmətkeĢ" qəzeti redaksiyasında məktublar Ģöbəsinin müdiri (1971-1972),
Azərbaycan SSR Televiziya və Radio VeriliĢləri komitəsində "Günün səsi" xəbərlər baĢ
redaksiyasında müxbir (1972-1973), "Azərbaycanfılm" kinostudiyasında ssenarist
(1973-1975), "Kirpi" satirik jurnalında ədəbi iĢçi (1976-1979), Azərbaycan Dövlət
Televiziya və Radio VeriliĢləri Komitəsində "Günün ekranı" redaksiyasında
Ģtatdankənar müxbir (1979-1984), ġirvan bölgəsi üzrə xüsusi müxbir (1984-1989)
olmuĢdur. Özbəkistanda keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə
iĢtirak etmiĢdir (1980). Durğunluq dövründə ictimai qüsurları kəskin tənqid etdiyinə
görə həbs edilmiĢdir (1986-1988). Sonra bəraət almıĢ, bədii yaradıcılıqla məĢğul
olmuĢdur. 1999-cu il yanvarın 7-də vəfat etmiĢdir.
Əsərləri: ―Yarpaqlar töküləndə‖ (1964), ―Güllələr dənizdə sönür‖ (1973), ―Qızıl yəhərli
at‖ (1976), ―Çılpaqlı‖ (roman). (1979), ― Vulkan‖ (povest və hekayələr) (1983),
―Öndən‖ ( 1992), ―Qumarbaz‖ (1993), ―Türmə mənim ahımdı‖ (1993) və s.
Filmoqrafiya :Günlərin bir günü (kinoalmanax, 1976),Vulkana doğru (film, 1977)
276
İncəsənət
25.Xalq artisti Nəcibə Məlikovanın anadan olmasının 95 illiyi (1921-1992)
Nəcibə Məlikova 10 iyun 1959-cu ildə Azərbaycan
Respublikasının əməkdar artisti, 1 iyun 1974-cü ildə xalq
artisti fəxri adlarını alıb.
Nəcibə HaĢım qızı Məlikova 25 oktyabr 1921-ci ildə Bakının
Buzovna kəndində doğulub. Ġlk təhsilini kənddə və Bakıda
alıb. Bakı Teatr Məktəbində xalq artisti Fatma
Qədrinin sinfini bitirib (1940-1943). Öz istəyi ilə Gəncə
Dövlət Dram Teatrında iĢləməyə gedib. Burada bir neçə
tamaĢada çıxıĢ edərək Bakıya qayıdıb və təzəcə təĢkil
olunmuĢ Azərbaycan Dövlət Teatr Ġnstitutuna daxil olub.
1951-ci ildə ali məktəbi bitirib. Texnikumda təhsil aldığı
illərdə Milli Dram Teatrının tamaĢalarında epizodlar oynayan
aktrisa 1952-ci ildən (kinolara çəkiliĢlə bağlı kiçik fasilələrlə) yenə bu teatrda iĢləyib.
Nəcibə Məlikova klassik və çağdaĢ Azərbaycan dramaturqlarının, dünya ədiblərinin,
əsasən, dram əsərlərində və bir qədər də komediyalarında rollar oynayıb. Hüseyn
Cavidin "ġeyx
Sənan" (Xumar), "SəyavuĢ" (Firəngiz), Əbdürrəhim bəy
Haqverdiyevin "Pəri cadu" (ġamama cadu), Cəfər Cabbarlının "Aydın" (Böyükxanım),
"1905-ci ildə" (Sona), "Sevil" (Edilya), Mirzə Ġbrahimovun "Həyat" (Atlas), "Kəndçi
qızı" (Ayxanım), Ġlyas Əfəndiyevin "Büllur sarayda" (Qönçə), "Qəribə oğlan"
(Məlahət), Nəbi Xəzrinin "Əks-səda" (Zərifə), "Mirzə ġəfi Vazeh" (Zübeydə), Səməd
Vurğunun "Vaqif" (Xuraman), Maqsud Ġbrahimbəyovun "Kərgədan buynuzu"
(Diləfruz), Sabit Rəhmanın "Əliqulu evlənir" (Yasəmən), "Küləklər" (Firuzə), ġıxəli
Qurbanovun "Əcəb iĢə düĢdük" (Məlahət), Mirzə Fətəli Axundzadənin "Lənkəran
xanının vəziri" (ġölə xanım və Ziba xanım), "Müsyö Jordan və dərviĢ Məstəli Ģah"
(ġəhrəbanı), Aleksandr Ostrovskinin "Cehizsiz qız" (Oqudalova), Hüseyn
Muxtarovun "Kimdir müqəssir?" (Korinkina), Maksim Qorkinin "Zikovlar" (Sofiya
Ġvanovna), Nazim Hikmətin "ġöhrət və ya unudulan adam" (Həkimin arvadı),
"Türkiyədə" (Nazir qızı), Karlo Haldoninin "Məzəli hadisə" (Marianna), Aleksandr
ġirvanzadənin "Namus" (Süsənbər), Fridrix ġillerin "Orlean qızı" (Aqnessa), Lope de
Veqanın "Sevilya ulduzu" (Estrelya) pyeslərinin tamaĢalarında çıxıĢ edib. Nəcibə xanım
kinoda uğurlu rollar yaradıb. Onların arasında "Ögey ana"da Dilarə, "Aygün"də
Aygün, "ArĢın mal alan"da Cahan xala, "Əhməd haradadır?"da Nərgiz xala rollarının
ifası aktrisanın yaradıcılıq nailiyyətləri kimi dəyərlidir. Nəcibə Məlikova məlahətli,
emosional, lirik-dramatik aktrisa idi. Mənən saf qəlbli qəhrəmanları, məhəbbət yolunda
mürəkkəb vəziyyətlərdə gücsüz görünüb kövrələn, ancaq xeyirxah insanların köməyi ilə
mətanətini qoruyub saxlayan personajları uğurla oynayırdı. Aktrisanın yumorunda da
həzin və kövrək lirizm üstünlük təĢkil edirdi. Bakıda 27 iyul 1992-ci ildə vəfat edən
Nəcibə Məlikova ikinci Fəxri xiyabanda dəfn olunub.
Filmoqrafiya: ArĢın mal alan (film, 1965), AxĢam konserti (film, 1948), Ögey ana
(film, 1958), Leyli və Məcnun (film, 1961), Əhməd haradadır? (film, 1963),Topal
Teymur (film, 1983), Üzeyir ömrü (film, 1981), Yollar görüĢəndə... (film, 1979) və s.
277
Milli qəhrəmanlıq zirvəsi
8. Nəsibov Kamil Balədə oğlunun 70 illiyi
Nəsibov
Kamil
Balədə
oğlu — Azərbaycanın
Milli
Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il
tarixli 457 saylı fərmanı ilə Nəsibov Kamil Balədə oğluna
ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı
verilmişdir.
8 oktyabr 1946-cı ildə Laçın rayonunun Bozlu kəndində anadan
olmuĢdur. 1963-cü ildə orta məktəbi Minkənd kəndində bitirmiĢ və ordu sıralarına
çağırılmıĢdır. Üç ildən sonra ordudan tərxis edilərək vətənə qayıtmıĢ, 1973-cü ildə
Azərbaycan Politexnik Ġnstitutuna daxil olmuĢdur. 1992-ci ildə Laçın erməni silahlı
dəstələrinin hücumlarına məruz qaldığı zaman Kamil könüllülərdən ibarət
özünümüdafiə bölüyü yaratmıĢ və özünün komandir olduğu 30 nəfərdən ibarət bu
bölük Sadınlar, Malıbəyli, Xanallar,Suarası kəndlərinin müdafiəsində böyük rəĢadət
göstərmiĢdir. 1992-ci il 29 iyun tarixində Qonaqgörməz yüksəkliyi uğrunda gedən qanlı
döyüĢlərdən birində Kamil Nəsibov snayper gülləsidən ağır yaralanmıĢ, döyüĢçü
dostları onu təhlükəsiz yerə çıxarmaq istəsələr də cəsur komandir etiraz edərək döyüĢ
meydanını tərk etməmiĢ və nəticədə çoxlu qan itirərək həlak olmuĢdur. Kamil
Nəsibov ailəli idi, dörd övladı var. Ağcabədi rayonunda dəfn edilmiĢdir.
Doğulduğu Bozlu kəndindəki Mədəniyyət evi Kamil Nəsibovun adını daĢıyır.
Vətəni sevmək azdır,
Onu qorumaq gərək.
Vətənim demək azdır,
Vətənin olmaq gərək.
Onun adi torpağı,
Ruhdan, candan irəli…
O, anandan qabaqdır,
O, atandan irəli…
Cabir Novruz
278
17. Bayramov Sultanağa Nəhmət oğlu
80 illiyi (17.10.1936-23.08.1993)
Soltanağa Bayramov (ö. 23 avqust 1993-cü il.)—
Azərbaycanın Milli Qəhrəmanı, dövlətçiliyimiz,
suverenliyimiz uğrunda ömrünü qurban
verərək şəhidlik zirvəsini fəth etmiş fateh.
Sultanağa Bayramov 17 oktyabr 1936-cı ildə Lənkəran rayonunun ġürük kəndində
anadan olmuĢdur. Orta təhsilini Astara rayonunda almıĢdır. 1957-ciildə Lənkəranda tibb
məktəbini bitirmiĢdir. Daha sonra təyinatla hərbi hospitalda iĢə baĢlamıĢdır.
1990-cı
illər vətənin çətin günləri idi. Erməni separatçıları müəyyən adamları öz əlaltılarına
çevirərək Azərbaycanı parçalamq istəyirdilər. Vətəninə, xalqına xəyanət edən ―TalıĢ
Muğan Respublikası‖ yaratmaq xülyası ilə yaĢayan bir qrup silahlı 1993-cü ildə
Sultanağa Bayramov çalıĢdığı hospitala basqın edir. Soltanağa burada faciəli Ģəkildə
həlak olur. Lənkəran Ģəhərinin ġəhidlər xiyabanında dəfn olunmuĢdur. Ailəli idi, dörd
övladı var.
Azərbaycan Respubliksaı prezidentinin 24 avqust 1993-cü il tarixli 740 saylı
fərmanı ilə Bayramov Soltanağa Nəhmət oğluna öıümündən sonra ―Azərbaycanın
Milli Qəhrəmanı‖ adına layiq görülmüşdür.
Qəhrəmanlıq nə yalnız
bir yüksəliş deməkdir.
Nə də ulduzlar kimi
parlayıb sönməməkdir.
Sızlarsa da könüllər
Şəhidlərin yasından,
onların arxasından.
Qəhrəmanlıq-içərək
acı ölüm tasından,
irəliyə atılmaq və
sonra dönməməkdir!
Nihal Atsız
279
27.Makeyev İqor Vladimiroviç 45 illiyi (27.10.1971-02.08.1992)
İqor Makeyev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ
müharibəsi şəhidi.
Ġqor Makeyev 27 oktyabr 1971-ci ildə Gəncə Ģəhərində anadan
olmuĢdur. 1979-cu ildə 39 saylı məktəbə getmiĢ, 1987-ci ildə
səkkizinci sinfi bitirmiĢdir. 1990-cı ildə hərbi xidmətə çağırılan
Ġqor əvvəlcə Bakıda, sonra isə Rusiyanın Rostov vilayətində
xidmət edir və burada çavuĢ məktəbində təhsil alır.
Azərbaycanda baĢ verən hadisələr Ġqoru narahat edirdi o,
təhsilini yarımçıq qoyub Gəncəyə qayıdır. Anası onun gəliĢinə etiraz edəndə o,
demiĢdi : "Ana, məni düzgün baĢa düĢ! Mən Azərbaycanda dünyaya göz açmıĢam, ilk
addımlarımı bu torpaqda atmıĢam. Bura mənim vətənimdir. Özümü də bu torpağın
övladı sayıram! Övlad vətəni dar gündə qoyarmı? Mən Azərbaycanı qorumalıyam, yeri
gəlsə onun yolunda canımı da fəda edərəm!" Ġqor Makeyev belə də etdi... O, evdən
xəbərsiz Bakıya gəlir, Daxili ĠĢlər Nazirliyinin qoĢunlarından birinə yazılır, bununla
da onun cəbhə həyatı baĢlayır. 1992-ci il 5 iyun tarixində ermənilər Naxçıvanlı kəndinə
hücuma keçirlər. Ġqor burada onlarla erməni yaraqlısını məhv etdi, ermənilər kəndi
tutsalar da döyüĢçülərimiz əks hücuma keçərək kəndi geri ala bildilər. Ağdərə uğrunda
gedən döyüĢlərdə də o rəĢadətlə vuruĢdu. Ġqorun son döyüĢü 2 avqust 1992-ci il oldu.
"VıĢka" yüksəkliyi uğrunda gedən döyüĢdə o, Nikulin ləqəbli azərbaycanlı ilə birlikdə
pulemyotla ön cərgədə gedərək onlarla erməni quldurunu məhv etdi, 28 nəfərin
mühasirədən çıxmasına imkan yaratdı. Özü isə qəhrəmancasına həlak oldu. Subay idi.
Gəncə Ģəhərinin ġəhidlər xiyabanında dəfn edilmiĢdir. Sadıllı qəsəbəsində
qəhrəmanımızın adına küçə var.
Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı
fərmanı ilə Makeyev İqor Vladimiroviç ölümündən sonra "Azərbaycanın Milli
Qəhrəmanı" adına layiq görülmüşdür.
Bu vətən, bu torpaq mənimdi deyib
Üstündə vüqarla gəzdi şəhidlər.
Əyninə qanından bir köynək geyib
Düşmənin yolunu kəsdi Şəhidlər.
Dursun Musayeva
280
Noyabr
Əlamətdar tarixi günlər və bayramlar
Televiziya və radio günü 06.11.1926
Bakı Metropoliteni iĢçilərinin peĢə bayramı 08.11.1932
Dövlət bayrağı günü 09.11.2005
Ümumdünya Gənclər günü 10.11
Konstitusiya günü 12.11.1995
Beynəlxalq korlar günü13.11.1745
Beynəlxalq Tolerantlıq günü 16.11.1995
DirçəliĢ günü 17.11.1988
Ümumdünya fəlsəfə günü.19.11.2002
Beynəlxalq UĢaq Hüquqlarının Müdafiəsi günü 20.11.1989
Dünya televiziya günü 21.11.1999
Beynəlxalq Ġnformasiya günü 30.11
Dostları ilə paylaş: |