Yubilyar yazıçı və şairlər
ġair Tofiq Mahmudun 85 illiyi (06.11.1931-04.04.1997)
ġair BalaĢ Azəroğlunun 95 illiyi (07.11.1921-24.04.2011)
ġair Ġbrahim Göyçaylının 80 illiyi (12.11.1936-24.02.2007)
Yazıçı, ədəbiyyatĢünas AqĢin Babayevin 80 illiyi (23.11.1936)
ƏdəbiyyatĢünas, tənqidçi Əli Nazimin 110 illiyi (24.11.1906-1941)
Xarici ədəbiyyat
Rus Ģairi, alim, rəssam M.V.Lomonosovun 305 illiyi (19.11.1711-1765)
İncəsənət
Xalq artisti Mərziyə Davudovanın 115 illiyi (25.11.1901-06.01.1962)
281
Əlamətdar tarixi günlər və bayramlar
6. Televiziya və Radio günü
“Qarabağ müharibəsi dövründə Azərbaycan həqiqətlərini beynəlxalq arenaya
çıxırılmasında dövlət televiziyasının müstəsna xidməti olmuşdur.”
Ulu öndər Heydər Əliyev
Azərbaycanda hər il 6 noyabr - Radio və
Televiziya ĠĢçilərinin peĢə bayramı günü
kimi qeyd olunur. 1926-cı il noyabrın 6-
da
Azərbaycan
radiosu
fəaliyyətə
baĢlayıb və o gündən sözügedən tarix
radio iĢçilərinin peĢə bayramı günü kimi
qeyd olunur. Azərbaycan Televiziyası
yaranandan
sonra
bu
tarix
təkcə
radionun deyil, həm də teleradionun
yaranma günü kimi qeyd olunmağa baĢlayıb. Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı
ilin 14 fevralında efirə çıxıb. Ġlk veriliĢ günü ekranda mərhum sənətkarımız Nəcibə
Məlikova görünüb və çıxıĢına ―Göstərir Bakı‖ kəlməsilə baĢlayıb. Həmin gün ekranda
«Bəxtiyar» bədii filmi göstərilib. 60 il əvvəl Zaqafqaziya ölkələri arasında ilk dəfə
Bakıda ağ-qara rəngdə göstərən televiziya fəaliyyətə baĢlayıb. Bu gün Azərbaycanda
televiziyanın yaranmasından 90 il ötür. 1956-cı il fevralın 14-də Azərbaycan Dövlət
Televiziya və Radio veriliĢləri Qapalı Səhmdar Cəmiyyəti, yəni, AzTV yayıma
baĢlayıb. Yenicə yayıma baĢlayan televiziya ilk vaxtlar yalnız Bakı və Sumqayıtda
göstərib. Təxminən 1 il sonra isə əhatə dairəsi geniĢlənib, Salyan, Quba, Kürdəmir və
baĢqa rayonlarda da TV-ni seyr etmək mümkün olub. Bütün rayonlara yayımın
gecikməsi isə həmin vaxt teleqüllənin istifadəyə verilməməsi ilə bağlı idi. Sonralar
istifadəyə verilən teleqüllə cəmiyyət üçün yenilik oldu və Azərbaycanda televiziyanın
simvoluna çevrildi. Hündürlüyü 180 metr olan teleqüllə artıq yoxdur. Yeni televiziya
qülləsi inĢa edildikdən sonra köhnəsi hissə-hissə söküldü. Dövlət televiziyası
Azərbaycan teleməkanına texniki uğurlarla yanaĢı yaradıcılıq, telejurnalistikanın
inkiĢafı baxımından da yeniliklər gətirib. Sovet dövründə dövlət televiziyası
Azərbaycan dilinin təbiliğində əvəzsiz rol oynayıb. Azərbaycanın ilk elektron mətbu
orqanı müstəqillik illərində də ciddi iĢlər görüb.
282
8. Bakı Metropoliteni işçilərinin peşə bayramı
Noyabrın 8-i Bakı Metropoliteni iĢçilərinin
peĢə bayramı günü kimi qeyd olunur. Hələ
1932-ci ildə Bakı Ģəhərinin inkiĢafının baĢ
planının
ilkin
variantlarında
yerüstü
nəqliyyatın iĢini yüngülləĢdirmək və Ģəhərin
darısqal küçələrini tramvay, trolleybus və
avtobus nəqliyyatından təmizləmək üçün ən
sürətli və rahat nəqliyyat növünün -
metropolitenin tikintisi qərara alınmıĢdı.
Lakin bir qədər sonra baĢlanan 1941-1945-ci
illər müharibəsi həmin niyyətlərin həyata
keçməsinə mane oldu. Yalnız 1947-ci ildə, dağıdıcı müharibədən 2 il sonra hökumət
layihə-axtarıĢ iĢlərinin aparılmasının baĢlanması barədə qərar qəbul etdi. 1949-cu ildə
metropolitenin tikinti bazasının yaradılmasına, 1954-ci ildə isə birinci xəttin texniki
layihəsi təsdiq olunur və metropolitenin 12,1 kilometrlik xəttinin inĢasına baĢlanır. BaĢ
yolun xətləri dəniz sahilindən 500-700 metr aralı keçərək buxtaya paralel surətdə uzanıb
gedirdi. 1953-cü ildə tikinti iĢləri müvəqqəti dayandırılır və yalnız 1960-cı ildə bərpa
olunur. Bu da Bakı Metropoliteninin istismara verilməsini xeyli gecikdirir. 1966-cı ildə
Bakı Metropoliteni Ġdarəsi yaradılır. 1967-ci il noyabrın 6-da Bakı Ģəhərində
metropolitenin 5 stansiyası fəaliyyət göstərirdi. 1967-ci il noyabrın 25-dən
metropolitenin daimi istismarı və qatarların müntəzəm hərəkəti baĢlandı. Hazırda Bakı
Metropoliteninin 23 stansiyası vardır - ―Həzi Aslanov‖, ―Əhmədli‖, ―Xalqlar dostluğu‖,
―Neftçilər‖, ―Qara Qarayev‖, ―Koroğlu‖, ―Ulduz‖, ―Bakmil‖, ―N.Nərimanov‖,
―Gənclik‖, ―C.Cabbarlı‖, ―Xətai‖, ―28 may‖, ―Nizami‖, ―Emlər Akademiyası‖,
―ĠnĢaatçılar‖, ―20 Yanvar‖, ―Memar Əcəmi‖, ―Sahil‖, ―ĠçəriĢəhər‖, ―Nəsimi‖, ―Azadlıq
prospekti‖ və ―Dərnəgül‖. Bu stansityalardan 14-ü ulu öndər Heydər Əliyevin Bakı
metrosuna böyük diqqət və qayğısı sayəsində tikilərək istifadəyə verilmiĢdir. Ulu
öndərin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident Ġlham Əliyev də
Metropolitenə daim diqqət və qayğı ilə yanaĢır. Məhz dövlətimizin baĢçısının beĢ il
öncə imzaladığı Sərəncam əsasında 8 noyabr Bakı Metropoliteni iĢçilərinin peĢə
bayramı günü kimi təsdiq olunmuĢdur.
283
9. Dövlət Bayrağı günü
“Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur
mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra
Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün
vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq
Cumhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli - mənəvi
dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.”
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan Respublikasının Dövlət bayrağı
Azərbaycan dövlətinin suverenliyi rəmzidir.
Bu gün Azərbaycan Respublikası üzərində
dalğalanan müqəddəs Dövlət Bayrağımız- milli
bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da
Bakıda, Azərbaycan
Xalq
Cümhuriyyəti
Nazirlər ġurasının yerləĢdiyi binada qəbul
edilmiĢdir. Müstəqil Azərbaycanın dövlət
bayrağındakı üç rəngin ifadə etdiyi və XX
əsrin
əvvəllərindəki
milli
istiqlal
ideologiyamızın üç təməl prinsipini təĢkil edən
―Türkçülük,
islamçılıq
və
müasirlik‖
düsturunun müəllifi görkəmli Azərbaycan
mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Azərbaycan Respublikasının dövlət
bayrağından istifadə müstəqil Azərbaycan Respublikası Konstitusiyasının 23-cü və
75-ci maddələri, ―Azərbaycan Respublikasnın Dövlət bayrağı haqqında‖
Azərbaycan Respublikasının Qanunu, eləcə də, həmin Qanunla təsdiq edilmiĢ
―Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə‖ əsasında
tənzimlənir. Azərbaycan Respublikasının Dövlət bayrağının rəngli və sxematik
təsviri adı çəkilən Qanun və Əsasnamə ilə təsdiq edilmiĢdir. Əsasnaməyə görə
Azərbaycan Respublikasının Dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç
üfüqi zolaqdan ibarət düzbucaqlı parça Ģəklindədir: üst zolaq mavi rəngdə, orta
zolaq qırmızı rəngdə, aĢağı zolaq yaĢıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı
zolağın ortasında ağ rəngli aypara və səkkizguĢəli ulduz təsviri vardır.
284
10.Ümumdünya Gənclər günü
“Azərbaycan gəncləri Azərbaycanın gələcəyidir. Qarşımızda duran vəzifələrdən biri
də gəncliyi daha yaxşı hazırlamaqdan, tərbiyə etməkdən ibarətdir. Cəmiyyətin gələcək
tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı
olacaqdır.”
Ulu öndər Heydər Əliyev
10 Noyabr -Ümumdünya gənclər günüdür.
Bu günün qeyd olunması barədə qərar
Ümumdünya
Demokratik
Gənclər
Federasiyası tərəfindən 1945-ci ilin 29
oktyabr Londonda keçirilən konfransda
qəbul
edilib.
Gənclər
təĢkilatlarının
beynəlxalq birliyi özündə siyasi, milli
mənsubiyyətindən asılı olmayaraq bir çox
müxtəlif gənclər təĢkilatını birləĢdirir. Federasiya bütün dünyada sülh, gənclərin
hüquqları, xalqların müstəqilliyi, qabaqcıl gənclərin beynəlmiləl həmrəyliyi uğrunda
mübarizə aparır. Bununla belə müasir dövrdə gənclər bir sıra problemlərlə üzləĢirlər.
Gənclər günü MDB məkanında və ġərqi Avropa ölkələri arasında ilk dəfə olaraq
Azərbaycanda keçirilib. 1996-cı ildən sonra isə bu günü bütün MDB-də geniĢ Ģəkildə
qeyd edirlər. Dünyadakı əmək qüvvəsinin dörddə birini gənclərin təĢkil etdiyi müasir
dövrdə iĢsizlərin yarısı məhz onların payına düĢür. Əmək bazarları gənclərin yaxĢı
perspektivli iĢlərlə təmin etməkdə böyük çətinlik çəkir. Hazırda dünyada 25 yaĢa qədər
olan 3 milyard insan var. Gənclərlə bağlı digər mühüm sənəd 2002-ci ilin 9 aprelində
qəbul edilən ―Gənclər siyasəti haqqında‖ qanundur. Bu qanun Azərbaycan
Respublikasında gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, təĢkilati-hüquqi
əsaslarını müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir. Ümummilli
liderimiz Heydər Əliyevin dediyi kimi, Azərbaycan gəncləri ―Sağlam düĢüncəli
gənclərdir, vətənpərvər gənclərdir, xalqını, millətini sevən gənclərdir.‖ Inanırıq ki, bu
gənclik böyük azərbaycanlı Heydər Əliyevin ideyalarını ölkəmizin baĢçısı Ġlham
Əliyevin rəhbərliyi altında gerçəkləĢdirəcək, inkiĢaf etdirəcək daha iĢıqlı gələcəyə
aparacaq.
285
12.Azərbaycan Konstitusiya günü
“Bizim konstitusiyamız xalqın konstitusiyasıdır. Hər bir vətəndaşın konstitusiyasıdır.
Məqsədimiz xalqımızın mənəviyyatını qorumaq və zənginləşdirməkdir.”
Ulu öndər Heydər Əliyev
Azərbaycan
Respublikasının
Konstitusiya
günü-
Azərbaycan Respublikasının əsas qanununun Azərbaycan
Respublikasının Konstitusiyasının qəbul edilidiyi gün
Hazırkı Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq
referendumu əsasında qəbul edilmiĢdir. Bu Azərbaycan
Respublikasının müstəqilliyi bərpa edildikdən sonra ilk
Konstitusiyası idi.
Konstitusiya (lat. constitutio - "quruluĢ") -
ölkənin əsas sənədi, dövlətin ali hüquqi qüvvəyə malik
hüquqi-normativ aktı, dövlətin siyasi, hüquqi və iqtisadi
əsaslarını və vətəndaĢın hüquqi statusunu müəyyən edir.
Azərbaycanın dövlətinin birinci Konstitusiyası 1921-ci il mayın 19-da I
Ümumazərbaycan
Sovetlər
Qurultayında
qəbul
edilib.
Azərbaycan
SSR
Konstitusiyasının 1921-ci il SSRĠ Konstitusiyasına uyğunlaĢdırılmıĢ yeni redaksiyası
1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib.
Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiĢ son Konstitusiyası SSRĠ
Konstitusiyasına uyğunlaĢdırılmıĢ olsa da müəyyən özünəməxsusluğa malik idi.
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən yeni Konstitusiya layihəsi
üzərində ciddi iĢ baĢlandı. 1994-cü ildə Prezident Heydər Əliyev sədrliyi ilə
Konstitusiya komissiyası fəaliyyətə baĢladı və layihə 1995-ci ildə ümumxalq
müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə
Azərbaycanın Respublikasının ilk Konstitusiyası qəbul olundu. Azərbaycanın yeni
Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir. Konstitusiyaya ilk
əlavə və dəyiĢiklik 24 avqust 2002-ci ildə, son əlavə və dəyiĢikliklər isə 18 mart 2009-
cu ildə referendum yolu ilə edilib. 1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin
sərəncamı ilə 12 noyabr Konstitusiya günü elan edilmiĢdir.
286
13. Beynəlxalq Korlar günü
13 noyabr 1745-ci ildə anadan olmuĢ görkəmli
fransız pedaqoqu Valentin Hayuinin Ģərəfinə bir
çox Avropa ölkələri 13 noyabr tarixini
―Beynəlxalq Korlar Günü‖ kimi qeyd etməklə
mövcud ictimayyətin, dövlət qurumlarının və
vətəndaĢ cəmiyyətinin diqqətini görmə qüsurlu
insanların problemlərinə və onların inteqrasiya
məsələlərinə cəlb etmiĢlər. BirləĢmiĢ Millətlər
TəĢkilatı və Dünya Səhiyyə təĢkilatının
tövsiyəsi ilə 13 noyabr Ümumdünya gözdən əlillər günü kimi qeyd edilir. Ümumdünya
Səhiyyə TəĢkilatının statistik göstəricilərinə əsasən dünya əhalisinin 160 milyonu
gözdən əlildir. Azərbaycanda da beynəlxalq təcrübədə olduğu kimi aidiyyatı dövlət
orqanları tərəfindən gözdən əlil insanların sosial müdafiəsinə, onların təhsil, səhiyyə,
idman, məĢğulluq, sosial adaptasiya, istirahət və bu kimi problemlərinə daha çox diqqət
yetirilir. 5 dekabr 2014-cü ildə F.Köçərli adına Respublika UĢaq Kitabxanasında Gənc
Ana və UĢaqların Maarifləndirilməsi Ġctimai Birliyi, Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
bilavasitə maliyyə və texniki dəstəyi və TĠKA-nın Bakı Ofisinin əməkdaĢlığı
çərçivəsində görmə qabilliyyəti zəif və məhdud uĢaqlar üçün Dil kursları və
Ġnformasiya Mərkəzi açılmıĢdır. Son illər ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan
insanlara dövlət tərəfindən daha çox diqqət artırılıb. Ölkə baĢçısının imzaladığı
sərəncamlar bu təbəqədən olan insanların həyat Ģəraitinin yaxĢılaĢmasında və onların
cəmiyyətə inteqrasiyasında əhəmiyyətli rol oynayır. Həmçinin, bu insanları öz
sıralarında birləĢdirən, onların problemlərini iĢıqlandırıb, həllinə çalıĢan ictimai
təĢkilatların da fəaliyyətləri üçün geniĢ imkan yaranıb.
287
16.YUNESKO-nun yaranmasının 70 illiyi (1946)
16 noyabr BMT-nin humanitar sahə üzrə
ixtisaslaĢmıĢ təĢkilatı olan YUNESKO-nun təsis
edildiyi gündür. Bu qurumun yaranması
haqqında Nizamnamə 1945-ci il noyabrın 16-da
Londonda imzalanmıĢ, bir il sonra 1946-cı il
noyabrın 4-də isə 20 üzv dövlətdən ibarət
təĢkilat rəsmi fəaliyyətə baĢlamıĢdır. Hazırda
195
dövlət
YUNESKO-nun
üzvüdür.
YUNESKO-Azərbaycan əlaqələrinin inkiĢafında
ən mühüm addım ümummilli lider Heydər Əliyevin 1993-cü ilin dekabrında Fransaya
ilk rəsmi səfəri zamanı qurumun Parisdə yerləĢən mənzil-qərargahında baĢ direktor
Federiko Mayorla görüĢü zamanı atılmıĢdır. Ulu öndər Heydər Əliyevin 21 fevral 1994-
cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının YUNESKO üzrə Milli
Komissiyası yaradılmıĢdır. 2005-ci il sentyabrın 15-də isə Prezident Ġlham Əliyev Milli
Komissiya ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalamıĢdır. Azərbaycanla
YUNESKO arasında hazırda sıx əlaqələr mövcuddur. Azərbaycanın birinci xanımı,
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan-YUNESKO
münasibətlərinin inkiĢafında və möhkəmlənməsində məxsusi xidmətləri vardır.
Ölkəmizin mədəni irsinin təbliği, onun mili və regional səviyyədə mühafizəsinin təmin
olunması sahəsində gördüyü əvəzsiz iĢlər buna sübutdur. Ġndiyədək YUNESKO ilə elm,
təhsil, mədəniyyət sahəsində əməkdaĢlığın inkiĢafı üçün mühüm sənədlər imzalanmıĢ,
tədbirlər həyata keçirilmiĢdir. Mehriban xanım Əliyevanın ciddi səyləri nəticəsində
Azərbaycan muğamı YUNESKO tərəfindən bəĢəriyyətin qeyri- maddi irsinin Ģah əsəri
elan edilmiĢ, Qobustan Dövlət Tarixi Bədii Qoruğu ümumdünya irs siyahısına salınmıĢ,
ĠçəriĢəhər Qoruğu YUNESKO-nun təhlükədə olan ümumdünya irs siyahısından
çıxarılmıĢdır. AĢıq sənəti və Novruz bayramı da YUNESKO-nun qeyri-maddi mədəni
irs siyahısında özünə yer almıĢdır. Təsadüfi deyil ki, 2004-cü ilin sentyabrında
Mehriban xanım Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkiĢafına verdiyi
töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki
xidmətlərinə və YUNESKO-nun ideyalarına sadiqliyinə görə bu təĢkilatın xoĢməramlı
səfiri adına layiq görülmüĢdür. Mehriban xanım Əliyevanın təĢəbbüsü ilə Azərbaycanın
ənənəvi klassik musiqisini dünya miqyasında tanıtmaq məqsədilə Bakıda Beynəlxalq
Muğam Mərkəzi tikilərək istifadəyə verilmiĢdir. 2009-cu ilin martında Azərbaycanda I
Beynəlxalq Muğam festivalı keçirilmiĢdir. YUNESKO-nun baĢ direktoru KoiĢiro
Matsura bu münasibətlə ölkəmizə səfər etmiĢdir. Dünyada savadlılığın dəstəklənməsi
üzrə YUNESKO-nun regoinal konfransları silsiləsindən 2008-ci ilin mayında baĢ tutan
―Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxıĢ: tərəfdaĢlıq
əlaqələrinin qurulması və innovativ yanaĢmaların tədbiqinə dəstək‖, həmin ilin
iyununda keçirilən ―Mədəniyyətlərarası dialoqda qadınların rolunun geniĢləndirilməsi‖
və digər tədbirlər bu mərama xidmət edir. Azərbaycanın görkəmli Ģəxsiyyətlərinin və
əlamətdar hadisələrin yubileylərinin YUNESKO çərçivəsində qeyd edilməsi də bu
qurumla əlaqələrin yüksək səviyyəsinin bariz göstəricisi sayıla bilər.
288
16. Beynəlxalq Tolerantlıq günü
“Azərbaycan Qafqazın işıq saçan mayakıdır, tolerant ölkədir və onun nuru dünyanın
hər bir tərəfinə yayılır, insanlığa yol göstərir.”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
16 noyabr tolerantlıq günüdür. Beynəlxalq
Tolerantlıq günü 1995-ci ildə YUNESKO-nun 50
illiyi münasibətilə təsis edilib. Məqsəd qurumun
da nizamnaməsində qeyd olunduğu kimi, dünyada
hamını bir-birinə dözümlülük nümayiĢ etdirərək
mehriban qonĢular kimi yaĢamağa çağırıĢdır.
Azərbaycan indi bütün dünyada həm də
tolerantlıq örnəyi kimi tanınır. Ulu öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın
qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər Azərbaycanı müxtəlif
milli və mədəni dəyərlərin qovuĢma müstəvisinə çevirib. Azərbaycan indi dünyanın
nadir ölkələrindəndir ki, burada bütün millətlər, bütün xalqlar, bütün dinlərin
nümayəndələri bir ailə kimi yaĢayır. Ölkəmizdə dini və milli dözümlülük, tolerantlıq
yüksək səviyyədədir. Prezident Ġlham Əliyevin dindarlarla keçirdiyi görüĢlər, Ramazan
bayramlarında ənənəvi olaraq din xadimləri ilə iftar süfrələrində birgə iĢtirakı və bu
mərasimlərə Azərbaycanda mövcud digər dini icmaların nümayəndələrinin də qatılması
ölkədə tolerant düĢüncənin artıq tam bərqərar olduğunu göstərir. Dövlətin
gücünü əhalinin çoxmillətli olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin və
sivilizasiyaların birgə yaĢayıĢında görən Azərbaycan prezidenti bütün dünyaya göstərir
ki, tolerantlıq Azərbaycan xalqının ruhundadır. Xalqlararası və mədəniyyətlərarası
dialoqu inkiĢaf etdirmək, ona dəstək vermək, bütün insanların gələcəyi naminə
mədəniyyətlərin və dinlərin qarĢılıqlı dialoquna nail olmaq bu gün də dövlət siyasətinin
mühüm tərkib hissəsidir. Tolerantlıq insanlar və icmalar arasında qarĢılıqlı hörmətin
bünövrəsidir və ortaq dəyərlər ətrafında vahid qlobal cəmiyyətin qurulması üçün həyati
əhəmiyyət kəsb edir. Bu bir məziyyət, mənəvi keyfiyyətdir, lakin hər Ģeydən əvvəl
tolerantlıq bir əməldir – baĢqalarına əlini uzatmaq və mövcud fərqlilikləri maneə kimi
deyil, dialoq və anlaĢmaya dəvət kimi qəbul etməkdir. Bəli, Tolerantlıq insanlar
arasında körpülər salmaqla və ünsiyyət üçün yollar açmaqla bu çətinliklərin bir qisminə
cavab verir. Tolerantlıq BirləĢmiĢ Millətlər TəĢkilatının məğzini təĢkil edir. Tolerantlıq
öz-özünə meydana gəlmir. O, öyrədilməli, yetiĢdirilməli və baĢqalarına ötürülməlidir.
Vahid bəĢəriyyət insan müxtəlifliyinin möhtəĢəm zənginliklərinə qarĢılıqlı hörmət
əsasında birlikdə yaĢamaq və birgə iĢləmək deməkdir.
289
17. Milli Dirçəliş günü
“Dirçəliş oyanışdı, yenidən yaranmaq, dünyaya təzədən gəlməkdi. Sözün hər
mənasında dirçəliş mübarizə aparmaq və özünü təsdiq etməkdi. Elə bizim xalqın da
Milli Dirçəliş günü onun özünü təsdiqi idi. XX əsr xalqımızın yaddaşında dövlətçilik,
müstəqillik, ərazi bütövlüyü uğrunda mübarizə əsri kimi qalacaqdır!”
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev
1988-ci
ilin
ilk
günlərində
Ermənistanın
Azərbaycana
qarĢı açıq təcavüzü baĢlandı.
Moskvanın, xüsusən də SSRĠ-nin o vaxtkı
rəhbərliyinin buna biganə münasibətini görən
ermənilər planlı Ģəkildə, Ermənistan hökumətinin
tapĢırığı və göstəriĢilə Ermənistanda yaĢayan 200
mindən
çox
azərbaycanlını
öz
ata-baba
yurdlarından kütləvi surətdə qovdular. Ermənilər
azərbaycanlıları
təkcə
öz
ev-eĢiklərindən
qovmayırdılar, həm də onları cismən öldürür, diri-diri yandırırdılar. Elə həmin ilin
fevral ayında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ixtiĢaĢlar törətdilər.
Onlar Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağı Azərbaycandan qoparıb
Ermənistana birləĢdirməsi haqqında məsələ qaldırdılar. Belə bir vaxtda Azərbaycan
xalqı ayağa qalxdı. Xalq öz etirazını sakit Ģəkildə rəhbərliyə bildirdi. Ġlk zamanlar
Azərbaycan vətəndaĢları Moskvaya, yerli hakimiyyət baĢçılarına inanırdılar. Onların
Ģüarları, gəzdirdikləri portret və bayraqlar bunu sübut edirdi. 1988-ci ilin noyabrın 17-
də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarĢı
apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin
sonu bilinməyən mitinqi baĢlandı. O, vaxt bütün xalq bir yumruq kimi düyünlənmiĢdi.
Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Dekabrın əvvəllərində sovet qoĢunları
tərəfindən ümumxalq mitinqi dağıdıldı. Azərbaycanda bu hadisələr milli azadlıq
hərəkatı kimi qiymətləndirilir və Vətənizmin istiqlaliyyət qazanmasında əsas amil
sayılır. ―Milli dirçəliĢ‖ deyəndə buna yalnız siyasi aspektdən yanaĢmaq olmaz, çünki
milli dirçəliĢ yalnız ictimai baxımdan yox, həm də mədəni-mənəvi əxlaqi dəyərlərin
xalqın özünün təməl prinsipləri üzərində inkiĢaf edən ənənələrinin təcəssümüdür, onun
yaĢadılmasıdır və onun yaĢaması məhz Milli dirçəliĢin təməlidir.
Dostları ilə paylaş: |