20. ―Qızıl qələmlər‖ ədəbi cəmiyyətinin yarandığı gün.
Azərbaycan Yazıçılar Birliyi Azərbaycan yazıçı və Ģairlərinin, tərcüməçilərinin ən
böyük ictimai təĢkilatıdır. Birliyin əsas vəzifəsi gənc yazarların ədəbi-bədii fəaliyyətinə
əməli dəstək vermək, dünyanın müxtəlif ölkələrində yaĢayan yaradıcı azərbaycanlıları
milli ədəbiyyat ətrafında birləĢdirmək, sənətkar-oxucu əlaqələrini geniĢləndirmək,
Azərbaycan ədəbiyyatını xaricdə təbliğ etməkdir. 1923-cü ildə Azərbaycan yazıçılarını
bir təĢkilatda birləĢdirmək zərurəti meydana çıxarkən bir neçə yazıçı çap etdirdikləri
müraciətdə "Türk ədib və Ģairlər ittifaqı dərnəyi" təsis etdiklərini bildirmiĢlər. Həmin
ədəbi birlik "Ġldırım" adlanırdı. "Qızıl qələmlər" ədəbi cəmiyyəti də təxminən bu
dövrlərdə formalaĢmıĢ, öz ətrafına gənc ədəbi qüvvələri toplamıĢdı. Bu cəmiyyət əsaslı
və ədəbi təĢkilat kimi 1925-ci il dekabrın 25-də Bakıda yaradılmıĢ, ədəbi dərnəkləri öz
ətrafında birləĢdirmiĢdir. 1927-ci il iyul ayının əvvəllərində Azərbaycan yazıçılarının
birinci ümumi yığıncağında bütün ədəbi qüvvələri bir təĢkilat ətrafında birləĢdirmək
qərara alınıb. Beləliklə, Azərbaycan Yazıçılar Cəmiyyətinin müvəqqəti idarə heyəti
yaranıb. 1932-ci ilin aprel ayından Azərbaycan Yazıçılar Cəmiyyətinin yenidən
qurulması haqqında təĢkilati tədbirlər həyata keçirilməyə baĢlayıb və iki ildən sonra
1934-cü il iyunun 13-də Bakıda Azərbaycan yazıçılarının I qurultayında Azərbaycan
Yazıçılar Ġttifaqı yaradılmıĢdır.
310
31. Dünya Azərbaycanlılarının Həmrəyliyi günü
“Bizim hamımızın bir vətəni var. Bu Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə
yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini
unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır.”
Ulu öndər Heydər Əliyev
31
Dekabr
-
Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü - Azərbaycan millətinin birlik
Ģüarının simvolik günüdür. Bu bayram ayrı-ayrı
ölkələrdə yaĢayan azərbaycanlılarla əlaqələr
qurmaq, onlar arasında birlik və həmrəylik
yaratmaq iĢində mühüm rol oynayır. Dünya
Azərbaycanlılarının Həmrəylik gününün qeyd
edilməsi bütün dünya azərbaycanlıları tərəfindən
artıq bir zərurətə və mənəvi ehtiyaca
çevrilmiĢdir. Azərbaycanlıların yaĢadıqları, fəaliyyət göstərdikləri və çoxluq təĢkil
etdikləri Avropa ölkələrində bu tendensiya özünü yüksək səviyyədə göstərir. Bu da
ondan irəli gəlir ki, Avropadakı Azərbaycan diaspor təĢkilatları öz qüvvələrini səfərbər
etməkdə ardıcıldırlar və bu ayrı-ayrı cəmiyyət üzvləri üçün bir araya gəlmək, cəmiyyət
və qurumlar halında birləĢmək baxımından dünyanın sivil nöqtələrindən biri olan
Avropada mühüm əhəmiyyət kəsb edir. 31 dekabr - Dünya Azərbaycanlılarının
Həmrəylik Günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən
qeyd olunur. Azərbaycanlılar minilliklər boyu özlərinin doğma torpağı olan
tarixi Azərbaycan ərazisində
yaĢayaraq dünya sivilizasiyasına böyük töhfələr
vermiĢlər. Müharibələr, inqilablar, hərbi münaqiĢələr, dünyada gedən müxtəlif ictimai-
siyasi proseslər nəticəsində Azərbaycan parçalanmıĢ, azərbaycanlıların bir qismi öz
yurd-yuvalarından didərgin salınmıĢ, deportasiyalara məruz qalmıĢ, bir-birindən ayrı
düĢmüĢdür. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın
axırlarında Naxçıvanda sərhədlərin (SSRĠ-Ġran sərhədləri) dağılması zamanı qoyuldu.
ġimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu
vaxt Ġstanbulda türk dilli xalqların Konfransı keçirilirdi. Konfransda dünya
azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verildi. 1991-ci ilin 16
dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya
azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni
Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə, bütün azərbaycanlılar
üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayram edilir.
Azərbaycanlılar bu gün ilə fəxr edir və onu qürurla qeyd edirlər.
311
Bu tarixi unutmayaq
26. Xankəndinin işğalı günü
Xankəndi
Azərbaycan
Respublikasının ən gənc
Ģəhərlərindən biridir. Arxiv sənədlərində məlumat var ki,
Ģəhər XVIII əsrin sonunda hökmdarların – Qarabağ
xanlığının xanları üçün istirahət yeri kimi salınmıĢdır.
YaĢayıĢ yeri Pənahabaddan (ġuĢa Ģəhərindən) 10 km
məsafədə, yalnız bir məqsədlə – Qarabağ xanlarının
fəaliyyəti üçün maksimum rahatlığın təmin edilməsi
məqsədilə nisbətən yamac yerdə ucaldılmıĢdır. ġəhərin
yeri müəyyən edilərkən onun digər strateji cəhətdən
vacib Ģəhərlərə – Ağdama, Xocalıya, Malıbəyliyə, Kərkicahana və digərlərinə yaxınlığı
nəzərə alınmıĢdır. Digərlərində olduğu kimi, bu gənc yaĢayıĢ məntəqəsində də
azərbaycanlılar məskunlaĢmıĢdır. ġəhərin yaranmasının ilk illərində Ģəhərdə yalnız Xan
öz ailəsi ilə və dəstəsi yaĢayırdı. Xankəndi adı da burdan götürülmüĢdür – ―Xanın
kəndi‖. Sonradan qəsəbə rəsmi olaraq Xankəndi adını almıĢdır. Xankəndi respublikanın
inkiĢaf etmiĢ sənaye mərkəzi idi. Yüngül və yeyinti sənayeləri inkiĢaf etmiĢdi.
Elektrotexnika, avtotəmir və asfalt-beton zavodları, mebel fabrikləri, tikinti materialları,
istehsalat
və
maarifləndirici-istehsalat
kombinatları
fəaliyyət
göstərirdi.
Xankəndi Ģəhəri 1991-ci il dekabrın 25-dən 26-na keçən gecə Ermənistan Respublikası
Silahlı Qüvvələri tərəfindən iĢğal edilmiĢdir. Ġnzibati cəhətdən Xankəndi Ģəhər əhatə
dairəsinə Xankəndi Ģəhəri və Kərkicahan Ģəhər tipli qəsəbəsi daxildir. Sahəsi 8 km²-dir.
Paytaxt Bakıdan 329 km aralıda yerləĢir. Azərbaycan Respublikasının Dövlət Statistika
Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən Xankəndi
Ģəhərinin 53,3 min nəfər, Kərkicahan qəsəbəsinin isə 2 min nəfər əhalisi var idi. Hazırda
erməni silahlı qüvvələrinin nəzarəti altındadır. 1988-ci ildə Ermənistan SSR-dən gəlmiĢ
erməni millətçi emissarlarının təĢkilatçılığı ilə Xankəndində ermənilər Dağlıq
Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana verilməsi tələbi ilə icazəsiz
mitinqlərə baĢladılar. Ġlk mitinq 13 fevral 1988-ci ildə Xankəndinin mərkəzi
meydanında təĢkil olundu. Bundan bir həftə sonra, 20 fevralda Dağlıq Qarabağ Ali
Sovetindəki erməni deputatlar qanunsuz olaraq vilayətin Azərbaycanın tərkibindən
ayrılaraq Ermənistan SSR-ə birləĢdirilməsi məsələsini qaldırdı. Bu, Dağlıq Qarabağın
azərbaycanlı icmasının haqlı narazılığına səbəb oldu. Bundan sonra Sovet rəhbərliyi
vəziyyəti stabilləĢdirmək üçün Xankəndinə Daxili QoĢunların batalyonunu göndərdi.
Həmin aylardan etibarən ermənilərin azərbaycanlılara qarĢı terror hərəkatı baĢlandı.
May ayının 25-dən etibarən isə Vilayət Partiya Komitəsində məsul vəzifədə çalıĢan
azərbaycanlılar iĢdən çıxarıldı. Ġlk olaraq ermənilər 1988-ci ilin 18 sentyabrında
Xocalıya hücum etdilər. Güclü müqavimətlə rastlaĢdıqdan sonra onlar Xankəndində
olan azərbaycanlıların evlərinə basqınlar təĢkil etdilər. 26 dekabr 1991-ci ildən rayon
erməni iĢğalı altındadır.
312
Yubilyar yazıçı və şairlər
5.Şair Əflatun Cəfərlinin anadan olmasının 80 illiyi (05.12.1936)
Ağa qara deyib tərsinə yozma,
Düz yeri yolunu, izini azma.
Qanun keşikçisi, qanunu pozma,
El güclü, sel güclü elə arxalan.
Əflatun Cəfərli 1936-cı ildə dekabrın 5-də Gədəbəy rayonunun Böyük Qaramurad
kəndində anadan olub. API-nin tarix-filologiya fakültəsini bitirib. ―GəlmiĢəm‖ adlı ilk
Ģeiri ―Kirovabad kommunisti‖ qəzetində dərc olunub. Müəllim kimi fəaliyyətə baĢlayıb.
Bakıdakı 120 saylı məktəbdə direktor müavini, 241 və 119 saylı məktəblərdə direktor
vəzifələrində çalıĢmıĢdır. ―Əmək veteranı‖ medalı ilə təltif olunmuĢdur. ―Xatirələr‖,
―Bizdən əvvəl doğulanlar‖, ―Ürək həmiĢə ürəkdir‖, ―Səni çağırıram‖, ―Ġkiyasəmən‖ və
s. kitabların müəllifidir. Gənc yazarlara dəyərli məsləhətlər verir. Jurnalist kimi
fəaliyyət göstərir. 1984-cü ildən Azərbaycan Yazıçılar birliyinin üzvüdür, yaradıcılığını
davam etdirir.
Kitablar: ―Xatirələr‖, ―Bizdən əvvəl doğulanlar‖, ―Ürək həmiĢə ürəkdir‖, ―Səni
çağırıram‖, ―Ġki yasəmən‖, ―Dünya çiynindədir xeyirxahların‖ və s.
313
13.Şair, publisist, dramaturq Abdulla Qurbaninin anadan olmasının 60 illiyi
(1956)
Qurbani Abdulla Novruz oğlu – şair, publisist, dramaturq, nasir, Əməkdar
incəsənət xadimi (2003)
1956- cı il dekabrın 13- də Azərbaycanda Naxçıvan MR ġərur rayonunun Mahmudkənd
kəndində anadan olmuĢdur. Ġbtidai təhsilini burada almıĢ, sonra Culfa rayonunun
Əbrəqunus kənd internat orta məktəbini bitirmiĢdir. Əmək fəaliyyətinə Mədəniyyət
Nazirliyinin nəzdində olan mədəniyyət iĢçilərinin respublika hazırlıq və ixtisasartırma
kursunda baĢlamıĢ, burada bədii rəhbər vəzifəsində çalıĢmıĢdır (1973-1975). Uzaq ġərq
hərbi dairəsində ordu sıralarında xidmət etmiĢdir (1975-1977). Bakıda AĢıq Ələsgər
adına Xalq yaradıcılıq evində kütləvi-tamaĢalar üzrə metodist (1977-1978) iĢləmiĢdir.
M. Əliyev adına Azərbaycan Dövlət Ġncəsənət Ġnstitutunun teatrĢünaslıq fakultəsində
təhsil almıĢdır (1978-1983). Naxçıvan MR ġərur rayonunda tarix diyarĢünaslıq
muzeyində direktor (1983-1989), mədəniyyətĢünaslıq Ģöbəsinin müdiri (1989-1993)
olmuĢdur. Ermənistan daĢnak qoĢunlarının ölkəmizə təcavüzü dövründə könüllü olaraq
milli ordu sıralarında əlində silah Murov dağı döyüĢlərində iĢtirak etmiĢdir (1993-1995).
Hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyində zabit kimi çalıĢır. Bədii
yaradıcılığa kiçik yaĢlarından baĢlamıĢdır. Ġlk qələm təcrübələri rayon qəzetlərində dərc
olunmuĢdur. Sonralar dövri mətbuatda Ģeir, hekayə və publisistik məqalələrlə müntəzəm
çıxıĢ etmiĢdir. 50-dən artıq Ģeirinə mahnı bəstələnmiĢdir. ―DaĢaltı‖ pyesi Bakı
Bələdiyyə teatrında tamaĢaya qoyulmuĢdur.
Əsərləri: ―ġəhidlər dastanı‖ (1992), ―Kərki həsrəti‖ (1992), ―Gültəkin qayası‖ (1993),
Gedin deyin Xançobana‖ (1993), ―Murov dağ karvanı‖ (1994), ―Millətin oyaq gecəsi‖
(1994), ―Ana, Murovdan gəlirəm‖ (1994), ―Koroğlunun Ağdərə səfəri‖ (1995), ‖Vətən
bizə arxalanır‖ (1995), ―Ömrün qırxıncı son baharında‖ (1996), ―Heydər Əliyev
məktəbi‖ (1996), ―General ömrü‖ (1996), ―Mətinlik məktəbi‖ (19960, ―MeĢəli od
içində‖ (1996), ―ġəhidlər danıĢır‖(1996), ―ÇağırıĢa hazıram‖(1997), ―Çilov adası da
səngərdir‖ (1997), ―Ağlı-qaralı dünyam‖ (1997), ―Yurdumuzun ziyası‖ (1997),
―Murovdağ qartallarına‖ (1998), ―Bu kənd sənin kəndindir‖ (1998), ―DaĢ andı‖(1999),
―Ölmək istəyirəm‖ (1999), ―Ömrün davamı‖ (2000) və s.
314
15.Şair Ramiz Rövşənin anadan olmasının 70 illiyi (1946)
Rövşən Ramiz Məmmədəli oğlu — şair, yazıçı, esseist,
kino-dramaturq, tərcüməçi, 1981-ci ildən Azərbaycan
Yazıçılar Birliyinin üzvü.
Ramiz RövĢən 1946-cı il dekabrın 15-də Bakının Əmircan
kəndində anadan olub. Əslən Qubadlı rayonunun Teymur
Müskanlı kəndindəndir. Suraxanı rayonundakı 208 №-li Ģəhər
orta
məktəbində
təhsil
alıb. Azərbaycan
Dövlət
Universitetinin Filologiya fakültəsini (1964-1969), Moskva
Ali Ssenari kurslarını bitirib (1976-1978). Cəfər Cabbarlı
adına
"Azərbaycanfilm"
kinostudiyasında, "Mozalan"
satirik
kinojurnal
studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974-
1975), ssenari redaksiya heyətinin üzvü (1979-1987), kinostudiyanın baĢ redaktoru
(1987-1992) iĢləyib. 1992-ci ildən Azərbaycan Tərcümə Mərkəzinin baĢ redaktorudur.
Bir neçə Ģeir kitabının müəllifidir. Ramiz RövĢənin ssenariləri əsasında çoxlu sayda
bədii və sənədli film çəkilib. ġeir və hekayələri tərcümə edilərək bir sıra
keçmiĢ SSRĠ respublikalarında, eləcə də ABġ-da, Almaniyada, Böyük
Britaniyada, Fransada, PolĢada, Bolqarıstanda, Türkiyədə və Ġranda çap olunub. Ramiz
RövĢən 1997-ci ildə qəbul olunmuĢ Müsavat partiyasının himninin sözlərinin
müəllifidir. Azərbaycan Yazıçılar Birliyi Ġdarə Heyətinin üzvüdür. ‖Babamızın
babasının babası‖ (1981) və ―ġəhərli biçinçilər‖(1985) filmləri onun ssenarisi əsasında
çəkilmiĢdir.
Əsərləri: ‖YağıĢlı nəğmə‖ (1970), ―Göy üzü daĢ saxlamaz‖ (1985)
Tərcümələri: Sergey Yesenin. Qara adam (poema) (2004), Vladimir Mayakovski.
ġalvarlı bulud (poemadan parça); Anam və almanların öldürdüyü bir gecə; Qulaq asın;
Sergey Yeseninə (2005), Aleksandr Blok. ġeirlər. (2005), Marina Svetayeva. Sənin
adın; Yatır yollar yorğunu (Blok haqqında Ģeirlərdən). (2005)
Haqqında olan televiziya verilişləri :Üç çinar yarpağı (film, 1985), Burax gedim, ay
iĢığı (film, 1987), Ağrı (film, 1993)
Mətnlərinin müəllifi olduğu mahnılar :
―BağıĢla‖, ―Pıspısa xanım və Siçan bəy‖, ―Ayrılıq‖, ―Yalquzaq‖, ―Bu ağac öləcək...‖,
―Bilirəm gələn deyilsən‖, ―Səni sevdim sevilmədən‖
Filmlərdə səslənən şeirləri : ―YağıĢ yuyur, gün qurudur‖
Cizgi filmləri: Pıspısa xanım və Siçan bəy, Bulud niyə ağlayır, Kitabi Dədə Qorqud
Basat və Təpəgöz, Lovğa fil balası, Humayın yuxusu və s.
Filmoqrafiya: Yol əhvalatı (1981), Nizami (1982), Evlənmək istəyirəm (1983), Tənha
narın nağılı (1984), Bəyin oğurlanması (1986), Süd diĢinin ağrısı (1987), KiĢi sözü
(1987), Qətl günü (1990), Bəxt üzüyü (1991), Ömür ağacı (2002), Cavid ömrü (2007)
və s.
315
18.Tənqidçi, ədəbiyyatşünas Məmmədəli Əsgərovun anadan olmasının 95 illiyi
(1921-1991)
Əsgərov Məmmədəli Səlimxan oğlu- tənqidçi, ədəbiyyatşünas,
1956- cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
1921- ci il dekabrın 18 - də Bakı Ģəhəri yaxınlığında olan Suraxanı
qəsəbəsində buruq ustası ailəsində anadan olmuĢdur. Suraxanıda
orta məktəbi bitirdikdən sonra M. F. Axundov adına Müəllimlər
Ġnstitutunun ədəbiyyat fakultəsində (1940-1943), eyni zamanda
ADU- nun filologiya fakultəsinin qiyabi Ģöbəsində təhsil almıĢdır
(1940-1945). Ġkinci Dünya müharibəsi dövrü üç ay ön cəbhədə
siravi əsgər kimi alman-faĢist iĢğalçılarına qarĢı vuruĢmuĢ, ağır
yaralandığına görə tərxis olunmuĢdur ( 1942). Bakıda 101 saylı məktəbdə Azərbaycan
dili və ədəbiyyatı müəllimi (1943-1964), ―Azərbaycan gəncləri‖ qəzeti redaksiyasında
ədəbiyyat və incəsənət Ģöbəsinin müdiri (1953-1955), Azərbaycan Müəllimləri
TəkmilləĢdirmə Ġnstitutunda Azərbaycan dili və ədəbiyyatı kabinetinin metodisti (1964-
1969), M. A. Əliyev adına Azərbaycan Dövlət Ġncəsənət Ġnstitutu səhnə nitqi
kafedrasının baĢ müəllimi, müdiri və professor əvəzi (1969-1974) olmuĢdur. Həmin
institutda səhnə nitqi kafedrasının dossenti iĢləmiĢdir (1977- ci ildən). 1991 - ci ildə
vəfat etmiĢdir.
Əsərləri: ―Cəlil Məmmədquluzadənin tədrisi‖ (1954), ―Füzulini məktəbdə necə tədris
etməli‖ (1965), ―Bədii qiraət‖ (1973), ―Səhnə nitqi‖ (1974), ―Natiqlik sənətinin
əsasları‖ (1975) və s.
316
21.Akademik, Sovet İttifaqı Qəhrəmanı, şərqşünas Ziya Bünyadovun
anadan olmasının 95 illiyi (21.12.1921-21.02.1997)
Ziya Bünyadov – şərqşunas, tarixçi, Sovet İttifaqı Qəhrəmanı, Dövlət Mükafatı
Laureatı, əməkdar elm xadimi
― Ziya Bünyadovun xidmətləri çoxdur və onun ən böyük
xidmətlərindən biri də ondan ibarətdir ki, 80-ci illərin
axırlarında - 90-cı illərin əvvəllərində o, bir daha böyük
alim kimi, tədqiqatçı kimi Azərbaycanın açılmamış
arxivlərindən Azərbaycan tarixinin XX əsrə aid
səhifələrini açdı, tədqiq etdi, öz kitablarında, dövri
mətbuatda yazılar verdi və beləliklə də, Azərbaycan
tarixinin orta əsrlərə aid çox mühüm dövrlərini elmi
əsərlərində işıqlandırdı. İlk Azərbaycan Demokratik
Respublikasının yaranması ərəfəsində gedən prosesləri də,
o dövrü də doğru-düzgün tədqiq edənlərdən biri də Ziya
Bünyadovdur”.
Ulu öndər Heydər Əliyev
Ziya Bünyadov 1923-cü il dekabr ayının 21-də Astara Ģəhərində hərbi tərcüməçi
ailəsində anadan olmuĢ, 1941-ci ilin mayında hərbi məktəbi leytenant rütbəsində əlaçı
diplomu ilə bitirmiĢdir. Ziya Bünyadov Ġkinci dünya müharibəsində cəbhədən
Berlinədək vuruĢaraq Ģərəfli döyüĢ yolu keçirmiĢdir. Visla-Oder əməliyyatı zamanı
kapitan Bünyadovun komandanlığı altında 123-cü cərimə rotası Pilitsa çayı üzərindəki
80 metrlik minalanmıĢ körpünü ələ keçirmiĢ və əsas qüvvələr gəlib çıxıncaya qədər bir
neçə saat ərzində onu düĢmənin aramsız hücumlarından qoruyub saxlaya bilmiĢdi. Bu
müddət ərzində 670 nəfər döyüĢçüsü olan rotasından cəmi 47 nəfər sağ qalmıĢdı. 1945-
ci il 27 fevralda Ziya Bünyadova Sovet Ġttifaqı Qəhrəmanı adı verilmiĢdir. Bünyadov
ordudan tərxis olduqdan sonra 1946-cı ildə Moskva ġərqĢünaslıq Ġnstitutuna daxil
olmuĢ, 1950-ci ildə həmin institutun aspiranturasına qəbul edilmiĢdir. 1965-ci ildə SSRĠ
Ali və Orta təhsil Nazirliyi yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona
professor dərəcəsi verilmiĢdir. 1990-cı ildə Azərbaycan EA-nın vitse-prezidenti
seçilmiĢdir. 1991-ci ildə professor Vasim Məmmədəliyevlə birlikdə Quranın azərbaycan
dilinə tərcüməsini baĢa çatdırmıĢdır. Böyük məsuliyyət və zəhmət tələb edən bu iĢə görə
o, Hacı Zeynalabdin Tağıyev adına mükafata layiq görülmüĢdür. 1992-ci ildə o, ümumi
səsvermə yolu ilə yenidən ġərqĢünaslıq Ġnstitutunun direktoru seçilmiĢdir.
Bünyadov 1991-ci ildə ―Gülüstani-Ġrəm‖ əsərini ön söz və Ģərhlərlə çap etdirmiĢ və
1993-cü ildə bu iĢinə görə Abbasqulu ağa Bakıxanov adına mükafata layiq
görülmüĢdür.
Əsərləri: ―Azərbaycan Atabəylər dövləti‖ (1136-1225-ci illər) (1985), ―Azərbaycan
VII-IX əsrlərdə‖ (2007), ―Dinlər, təriqətlər, məzhəblər‖ (ensiklopedik soraq kitabı)
(2007), ―Qırmızı terror‖ (1993), ―XarəzmĢahlar-AnuĢtəkinilər dövləti‖ və s.
317
21.Xalq yazıçısı Süleyman Vəliyevin anadan olmasının 100 illiyi (1916-1996)
Vəliyev Süleyman Vəli oğlu — müasir nəsrimizdə
müharibə mövzusunun görkəmli nümayəndəsidir. Onun
yaradıcılığında Stalin repressiyaları, müharibə mövzusu,
azərbaycanlı döyüşçülərin Avropa müqavimət
hərəkatında iştirakı mövzuları əsas yer tutur. 1939-cu
ildən Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR
Əməkdar mədəniyyət işçisi (04.01.1977), əmək veteranı
(1976), Əməkdar incəsənət xadimi (1987), Müharibə
veteranı (1981).
Vəliyev Süleyman 1916-cı il dekabrın 21-də Bakı
yaxınlığındakı Ramana qəsəbəsində fəhlə ailəsində anadan
olmuĢdur. Süleyman Vəliyevin ―Əmanət kassası‖ adlı ilk
hekayəsi 1932-ci ildə ―Hücum‖ jurnalında çap olunmuĢdur.
Yazıçının 21 yaĢında – 1937-ci ildə yazıb çap etdirdiyi ―Bığlı ağa‖ povesti həmin ildə
―AzərnəĢr‖də ayrıca kitabça Ģəklində çapdan çıxdı. Bu Süleymanı həmiĢəlik ədəbiyyata
bağladı, ədəbi mühitdə tanıtdı. S.Vəliyev Azərbaycan Yazıçılar Ġttifaqında nəsr üzrə
məsləhətçi iĢləmiĢdir. Yazıçı nəsrində Sibiri, müharibə dövrünü və partizanları təsvir
edirdi. 80-ci illərin əvvəllərində yazıçı öz xatirələrini ―Qanadı qırıq quĢ da uçarmıĢ‖ adı
ilə çap etdirdi. Yazıçının Sibir sürgünündə gördüyü həqiqi faciələr bu sənədli povestdə
böyük qüvvə ilə, sənədli dəqiqliklə əksini tapmıĢdı. Əsərdə əksini tapan həyat faktları
bizim ədəbiyyatımız üçün tamam təzə idi, tarixi həqiqətlərin bədii formada bərpası kimi
ədəbi əhəmiyyət kəsb edirdi. Bu romanda yazıçının Ģəxsi faciəsi öz inandırıcılığı ilə
uydurma və bəzəkli müharibə nəsrinin Ģablonlarını təkzib edirdi. 1994-cü ildən
Azərbaycanın Günahsız Siyasi Qurbanlar Assosiasiyasının rəyasət heyətin üzvü idi.
Onun əsərləri keçmiĢ SSRĠ və xarici ölkə xalqlarının dillərinə də tərcümə olunmuĢdur.
Yazıçının bədii yaradıcılığında tərcümə də mühüm yer tutur. Süleyman Vəliyev
Azərbaycan Rəyasət heyətinin fəxri fərmanı (1967-1986), "Xalqlar dostluğu" ordeni
(1984) və medallarla təltif olunmuĢdur. Süleyman Vəliyev 1996-cı il martın 7-də Bakı
Ģəhərində 80 yaĢında vəfat etmiĢdir. Məzarı Ġkinci Fəxri Xiyabandadır.
Əsərləri: ―Bığlı ağa‖ (1937), ―ġor cüllutu‖ (hekayə) (1939), ―Molla MəmiĢ və sandıq‖
(1939), ―Səadət yollarinda‖ (povest, hekayə və oçerklər) (1957), ―ġor cüllutu (hekayə)‖
(1957), ―Əncir ağacı‖ (hekayələr, xatirələr) (1959), ―Mübahisəli Ģəhər (roman)‖ (1962),
―Bir səhənk su‖ (1963), ―Məhəbbət buzu əridir‖ (1964), ―Düyünlər‖ (roman)(1970),
―Gül dəstəsi‖ (1972), ―Mübahisəli Ģəhər‖ (roman və povest) (1974), ―Düyünlər‖
(hekayələr, povestlər, roman) (1978), ―Həyatın dadı‖ (povest və hekayələr)
(1980),‖DaĢlı bulaq‖ (roman) (1987), ―SeçilmiĢ əsərlər‖ (iki cilddə) (1983), ‖Qanadı
sınmıĢ quĢ" da uçarmıĢ‖ (1989) və s.
Dostları ilə paylaş: |