MƏDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adına respublika uşAQ


    19. Ümumdünya fəlsəfə günü



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə31/35
tarix31.01.2017
ölçüsü12,77 Mb.
#7089
1   ...   27   28   29   30   31   32   33   34   35

 

290 
 
19. Ümumdünya fəlsəfə günü.  
  
 
 
 
 
 
 
 
 
Ümumdünya  Fəlsəfə  günü  YUNESKO-nun  reqlamentinə  əsasən  2002-ci  ildən 
baĢlayaraq  noyabr  ayının  3-cü  cümə  axĢamı  günü  qeyd  olunur.  Ümumdünya  fəlsəfə 
gününün  yaranmasının  əsas  ideyası  dünyada  baĢ  verən  qlobal  ictimai-mədəni 
dəyiĢiklikləri  müzakirə  etmək  üçün  platforma  tapmaq,  insanları  fəlsəfi  irsə 
yaxınlaĢdırmaq,  məiĢət  təfəkkürünün  aləmini  yeni  ideyalar  üçün  açmaq  və  bu  gün 
cəmiyyət 
qarĢısında  duran  çağırıĢlarla  bağlı  olan  ictimai  müzakirələri 
stimullaĢdırmaqdan ibarətdir. Mütəfəkkirlərin çoxu qeyd edirdilər ki, fəlsəfənin məğzi 
təəcüblənməkdədir.  Və  doğurdan  da,  fəlsəfə  insan  varlıqlarının  özləri  və  yaĢadıqları 
dünya  ilə  maraqlanmağa  olan  təbii  istəkdən  doğulur.  Müdrikliyə  olan  sevgi  qismində 
çixiĢ  edərək,  fəlsəfə  bizi  düĢüncələr  haqqında  düĢünmək,  müxtəlif  fundmental 
həqiqətləri  dərindən  öyrənmək  və  Ģəxsi  nəticələri  çıxarmağı  öyrədir.  Əsrlər  ərzində 
fəlsəfə müxtəlif konsepsiyalar və ideyalar əmələ gətirmiĢ və kritik, müstəqil və yaradıcı 
düĢünməyin  təməlini  qoymuĢdur.  Fəlsəfə günü  YUNESKO-nun  70-dən  çox  ölkəsində 
qeyd olunur. Hər il fərqli mövzulara həsr olunmuĢ bu gündə mütəfəkkirlərin, alimlərin, 
müəllimlərin,  tələbə  və  Ģagirdlərin,  mədəniyyət  və  təhsil  nümayəndələrinin  iĢtiraki  ilə 
müxtəlif  tədbirlər  keçirilir:  fəlsəfi  diskussiyalar,  dəyirmi  masalar,  konfranslar, 
seminarlar, sərgilər və təqdimatlar və s. 
 
 
 
 
 
 
 
 

291 
 
20. Beynəlxalq Uşaq Hüquqlarıının Müdafiəsi günü 
 
                                      “Uşaqlar - bizim sabahkı hakimlərimizdir, bizim                 
                                              dünyagörüşümüzün, əməllərimizin tənqidçiləridir”. 
                                                                                                         Rus yazıçısı 
M. Qorki 
UĢaqların  hüquqlarının  müdafiəsi  ilə  bağlı  BMT 
baĢ  Məclisi  1989-cu  il  noyabr  ayının  20-də 
Konvensiya 
qəbul 
edib. 
Azərbaycan 
bu 
konvensiyanı  1992-ci  il  iyul  tarixli  236  saylı 
qərarına  əsasən  ratifikasiya  edib.  Bu  bayram 
Azərbaycanda da hər il qeyd edilir. Konvensiyanın 
prinsipi  əsasən  uĢaq  Ģəxsiyyətidir.  Konvensiya  bu 
iĢə  qoĢulmuĢ ölkələri uĢaqlara, öz vətəninin sosial-
iqtisadi  həyatında  daha  yaxından  iĢtirak  etmək 
üçün Ģərait yaratmağa çağırır. Burada əsas məqsəd 
uĢaqların  xoĢbəxt  böyümələri,  həmçinin  onların 
rifahı  naminə  göstərilən  hüquq  və  azadlıqlardan 
istifadəni  təmin  etmək,  uĢaqlar  arasında  ayrı-
seçkiliyə yol verməməkdir. UĢaqlar irqindən, dinindən, dərisinin rəngindən, cinsindən, 
mənĢəyindən,  əmlak  vəziyyətlərindən  asılı  olmayaraq  öz  hüquqlarından  istifadə 
etməlidirlər.  Konvensiyada  bu  hüquqlar  müəyyən  formada  qruplaĢdırılmayıb.  Lakin 
Ģərti olaraq bu hüquqları dörd qrupa bölmək olar. Bunlar – yaşamaq, inkişaf, müdafiə 
və  iştirak  hüququ  qrupudur.  Bu  hüquqlar  qrupu  dövlətləri  uĢaqlara  gücləri  çatdığı 
qədər  cəmiyyətin  həyatında  yaxından  iĢtirak  etmək  üçün  Ģərait  yaratmağa,  onların 
Ģəxsiyyət  olaraq  yetiĢməsini  təmin  etməyə  çağırır.  Konvensiyanın  bu  qədər  mühüm  
əhəmiyyət  kəsb  etməsi  bir  də  onunla  izah  olunur  ki,  o,  özündə  gələcəyi  əks  etdirir. 
UĢaqlara məhəbbətlə yanaĢan cəmiyyət onların qabiliyyətlərini tam aça bilməyə Ģərait 
yaratmaqla  onların  azadlıqlarının  təmin  edilməsini  dəstəkləyir.  Ġntelektual,  mədəni, 
əxlaqi  və  mənəvi  qabiliyyətlərini  inkiĢaf  etdirmək  üçün  uĢağa  hər  bir  Ģərait  yaradılır. 
Burada da hər bir ölkənin gələcək taleyi indiki uĢaqların  əlindədir prinsipinə əsaslanır. 
Ölkəmiz isə bu konvensiyaya 1992-ci il iyulun 21-də üzv olmuĢdur. Sonralar isə həmin 
sənədin  müvafiq  protokollarına  qoĢulub  və  bu  konvensiyadan  irəli  gələn  hər  bir 
məsələnin  həllinə  çalıĢılır.  Məlumdur  ki,  uĢaq  hüquqları  konvensiyasının  yerinə 
yetirilməsinə  beynəlxalq  miqyasda  BirləĢmiĢ  Millətlər  TəĢkilatının  UĢaq  fondları  – 
YUNĠSEF  nəzarəti  yerinə  yetirir.  Bu  təĢkilatın  respublikadakı  nümayəndəliyi  təhsil, 
səhiyyə, sahəsində aparılan islahatların təĢkilində yardım edir.  
 
 
 
 
 
 

292 
 
21. Dünya televiziya günü 
 
1999  -  cu  ilin  mart  ayında  BirləĢmiĢ  Millətlər 
TəĢkilatının  aldığı  qərara  əsasən    21  noyabr  Dünya 
televiziya  günü  kimi  qeyd  olunur.  Ġstər  dünyada 
istərsə  də  ölkəmizdə  aparılan  araĢdırmalar  göstərir 
ki,  uĢaqların Ģəxsiyyətinin formalaĢmasında, həyata 
keçirdiyi  uğurlarda  televiziyanın  rolu  böyükdür. 
Bəli, televiziya xəbər, əyləncə və  düĢüncələri ifadə 
etmək üçün ən gözəl vasitədir.  
 
 
 
 
 
30. Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü 
 
Beynəlxalq Ġnformasiya Təhlükəsizliyi Günü artıq 28 
ildir  ki,  dünyada  qeyd  olunur.  Məqsəd  kompyuterdə 
saxlanılan informasiyanın təhlükəsizliyinin təmini, bu 
sahədə  mövcud  olan  müxtəlif  problemlərin    həllinin 
önəmliyini 
istifadəçilərin, 
proqram 
vasitələri 
istehsalçılarının,  o  cümlədən  ictimaiyyətin  diqqətinə 
çatdırmaqdır. 1988-ci il noyabr ayının 30-da ―Morris 
soxulcanı‖  adlanan  ilk  kompyuter  virusu  elmi-
tədqiqat  institutları,  hərbi  idarələr, hətta  Pentaqon  da 
daxil olmaqla, ARPANET-in minlərlə qovĢağının fəaliyyətini iflic vəziyyətinə saldı. Ġlk 
kompyuter  virusunun  vurduğu  ziyan  isə  təxminən  100  milyon  dollar  dəyərində 
qiymətləndirilirdi.    Bu  hadisə  bəĢəriyyətin  kompyuter  təhlükəsizliyi  haqqında 
təsəvvürlərini dəyiĢdi.  Məhz həmin vaxtda mütəxəssislər informasiya təhlükəsizliyinin 
təmini  məsələlərinə  kompleks  yanaĢmanın  zəruriliyi  haqqında  ciddi  düĢünməyə 
baĢladılar.    Müəllifinin  adı  ilə  adlandırılan  bu  virusun  yaradıcısı  –  Robert  Morris 
proqramın kodunun məxfi saxlanılmasına nail olduğu üçün onun bu iĢdə əli olduğunu 
çətin  ki,  kimsə  sübut  edə  bilərdi.  Onun  məqsədi  isə  sırf  tədqiqat  xarakteri  daĢıyırdı.  
Onun atası – Milli Təhlükəsizlik Agentliyinin kompyuter üzrə eksperti isə hesab edirdi 
ki,  oğlu  tutduğu  əməlini  etiraf  etməlidir.  R.Morrisi  5  ilədək  azadlıqdan  məhrumetmə 
cəzası  gözləyirdi.  Lakin  məhkəmə  Kornell  Universitetinin  ―Hesablama  texnikası‖ 
fakültəsinin  aspirantına  güzəĢt  edərək,  ―alim‖ə  üç  il  Ģərti  cəza  kəsdi.  Həmin  ildə 
Kompyuter  Avadanlığı  üzrə  Amerika  Assosiasiyası  30  noyabr    tarixini  Beynəlxalq 
Ġnformasiya Təhlükəsizliyi Günü (Computer Security Day) elan etdi.  
 
 
 
 

293 
 
     Yubilyar yazıçı və şairlər 
6.Şair Tofiq Mahmudun anadan olmasının 85 illiyi (06.11.1931-04.04.1997) 
 
Mehdiyev Tofiq Mahmud oğlu - şair, nasir, tərcüməçi, 
publisist, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin 
üzvü, Azərbaycan komsomolu mükafatı laureatı (1984) 
Tofiq  Mahmud  1931-ci  il  noyabrın  6-da  Naxçıvan  MR 
ġahbuz rayonunda anadan olmuĢdur.  Orta təhsili Bakıda 31 
saylı 
məktəbdə  almıĢ,  sonra 
Azərbaycan 
Dövlət 
Universitetinin filologiya fakültəsini bitirmiĢdir (1949-1954). 
Əmək  fəaliyyətinə  Azərbaycan  Mədəniyyət  Nazirliyinin 
mədəni-maarif  müəssisələri  idarəsində  metodiki  kabinetin  metodisti  kimi  baĢlamıĢ 
(1954), sonra "Azərbaycan müəllimi" qəzeti redaksiyasında xüsusi müxbir (1958-1961), 
"Göyərçin" jurnalı redaksiyasında ədəbi iĢçi olmuĢdur (1961). Ġlk Ģeiri "Kəsməsəm də, 
görməsəm də" 1953-cü ildə "Ġnqilab və mədəniyyət" jurnalında dərc olunmuĢdur. 1976-
cı  ildən  "Göyərçin"  jurnalının  redaktoru  vəzifəsində  iĢləmiĢdir.  Bədii  tərcümə  ilə  də 
məĢğul olmuĢdur. Onun tərcüməsində Xuta Berulavanın "QuĢ südü", Ġsabəy Ġshaqovun 
"Hər  Ģeyi  öyrənmək  istəyən"  kitabları  iĢıq  üzü  görmüĢdür.  Əsərləri  xarici  ölkə 
xalqlarının dilinə tərcümə olunmuĢdur. Azərbaycan Respublikası UĢaq Fondunun Bakı 
Ģöbəsinin sədri, həm də rəyasət heyətinin üzvü olmuĢdur (1989-cu ildən). Azərbaycan 
Yazıçılar  Birliyi  uĢaq  və  gənclər  ədəbiyyatı  Ģurasının  sədri,  keçmiĢ  SSRĠ  Yazıçılar 
Ġttifaqı  uĢaq  və  gənclər  ədəbiyyatı  Ģurasının  üzvü  seçilmiĢdir.  Azərbaycan  Ali  Soveti 
Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilmiĢdir. Tofiq Mahmud 1997-ci il aprelin 
4-də Bakıda vəfat etmiĢdir. ġairin adına "Tofiq Mahmud mükafatı" (hər il ən yaxĢı uĢaq 
Ģeirlərinin müəlliflərinə təqdim olunur) təsis edilmiĢdir. 
Əsərləri:  ―Yola  çıxıram‖  (1959),  ―Mənim  kürəkənim‖  (1959),  ―Dibçək‖  (1962), 
―Buzovna  qayaları‖  (1963),  ―Utancaq  oğlan‖  (1964),  ―Açıqdır  pəncərəm‖  (1966), 
―Alpinistlər‖  (1967),  ―MeĢədə  səs‖  (1969),  ―Ana  qucağı‖  (1971),  ―Qızımın  sualları‖, 
―Dalğalar‖ (1976), ―Ulduzlar, düĢüncələr‖ (1977), ―Pəncərəyə toxunan budaq‖ (1978), 
―Kəpənək gözəlliyi‖ (1980), ―Məhəbbətim sirr deyil‖ (1981),‖Yerə dağılan muncuqlar‖ 
(1983), ―ġən Ģerlər‖(1983), ―Bu iĢıqla qalacağam‖ (1985), ―YağıĢ yağır dənizə‖ (1985), 
―Gecə qapı döyülür‖ (1988), ―Uzaqda ucalan dağlar‖ (1991) və s.  
 
 
 
 
 

294 
 
 
11.Şair Balaş Azəroğlunun anadan olmasının 95 illiyi (11.11.1921-24.04.2011) 
 
Abizadə Balaş Allahbaxış oğlu (Balaş Azəroğlu) — şair, 
ədəbiyyatşünas, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin 
üzvü, filologiya elmləri namizədi (1966), Azərbaycanın xalq 
şairi (1981).  Xidmətlərinə görə "Şərəf nişanı", "Xalqlar 
dostluğu" ordenləri ilə, "21 Azər", "Firdovsi" və digər 
medallarla, iki dəfə Azərbaycan SSR Ali Soveti Rəyasət 
Heyətinin Fəxri fərmanı (1960, 1971),  1996-cı ildə "Şöhrət 
Ordeni" ilə təltif edilmişdir. 
 
BalaĢ  Azəroğlu  1921-ci  il  noyabrın  11-də  Bakı  Ģəhərində  anadan  olmuĢdur.  Orta 
təhsilini  də  burada  almıĢdır.  Məktəbdə  oxuyarkən  ədəbiyyata  böyük  həvəs  göstərərək, 
vaxtının çox hissəsini bədii əsərlər oxumağa sərf etmiĢdir. Məktəbin ədəbiyyat müəllimi 
Cəfər  Rəmzi  bu  sahədə  ona  böyük  təsir  göstərmiĢ,  qəlbində  ədəbiyyata  olan  böyük 
sevgisini  də  o  yaratmıĢdır. Ġlk  mətbu  Ģeiri  "Dnepr"  1937-ci  ildə  Bakıda  çapdan 
çıxmıĢdır. 1938-ci ildə ailəliklə Cənubi Azərbaycanın Ərdəbil Ģəhərinə köçdüklərindən 
burada fars ibtidai məktəbində təhsil alır. Milli azadlıq hərəkatına qoĢulur (1941). Bu da 
onun  yaradıcılığında  siyasi  lirikanın  ön  plana  keçməsində  mühüm  rol  oynamıĢdır. 
Ərdəbildə və  Təbrizdə  ilk  Ģeir  kitabları  (1943,  1945)  dərc  olunmuĢdur.  Bakıda  ADU-
nun fılologiya fakültəsində təhsil alır (1947-1952). Eyni zamanda, Cənubi Azərbaycan 
Yazıçılar  Cəmiyyətinin  sədri  vəzifəsində  çalıĢır.  ADF  MK-nın  orqanı  "Azərbaycan" 
qəzeti  redaksiyasında  ədəbi-bədii  Ģöbənin  müdiri  (1948-1953),  sonra  məsul  redaktor 
(1953-1956),  ADF  MK-da  təbliğat  Ģöbəsinin  müdiri  (1956-1958),  Azərbaycan  Ali 
Partiya  məktəbində  xüsusi  fakültənin  dekanı  (1958-1959)  iĢləyir.  Çoxcildlik 
―Azərbaycan  ədəbiyyatı‖nın  müəlliflərindən  biridir.  Farscadan  dilimizə  çevirdiyi 
Nizaminin ―Yeddi gözəl‖ poemasını, Füzulinin qəzəllərini çap etdirmiĢdir. ġəhriyardan 
tərcümələri  vardır.  Onun  ərəb  əlifbası  ilə  ―SeçilmiĢ  əsərləri‖  (1996,  Tehran) 
buraxılmıĢdır.  24 aprel 2011-ci ildə vəfat etmiĢdir. 
Əsərləri: ―ġeirlər‖ (1948), ―Savalan‖ (1949), ―Mübarizə yollarında‖ (1950),‖Gənclik 
dostlarım‖ (1950), ―Mənim nəğmələrim‖ (1952), ―Səhər Ģəfəqləri‖ (1953), ―Sənətin 
qüdrəti‖ (1955), ―SeçilmiĢ əsərləri‖ (1956), ―Çiçəklənən tarlalar‖ (1954), ―ĠtmiĢ qız 
haqqında dastan‖ (1957), ―Hafizin qəbri üstündə‖ (1959), ―SeçilmiĢ Ģerlər‖ (1959), 
―Əsərləri‖ (1961), ―Elə oğul istəyir vətən‖ (1961), ―Ġki dost‖  (1965), ―Məcnun söyüd‖ 
(1966), ―Savalan əfsanəsi‖ (1967), ―Dünənim, bu günüm, sabahım‖ (1970), ―Ġllərdən 
illərə‖ (1971), ―Yarpaqlar töküləndə‖ (1976), ―Gəl, ay bahar‖ (1983), ―Sinəm Savalan 
dağıdır‖ (1984), ―Bir kürsü istəyirəm‖ (1989), ―SeçilmiĢ əsərləri (iki cilddə)‖(1991) və 
s. 
 

295 
 
 
 12.Şair İbrahim Göyçaylının anadan olmasının 80 illiyi (12.11.1936-24.02.2007) 
 
 
İbrahim  Göyçaylı (tam  adı: Əsgərov  İbrahim  Məhəmməd 
oğlu) — Azərbaycanlı şair; Azərbaycanın Əməkdar İncəsənət 
Xadimi   
 
 
 
Ġbrahim  Göyçaylı 1936-cı  il, noyabrın  12-də Göyçay  rayonunun Alıkənd  kəndində 
anadan  olmuĢdur.  1943-cü  ildə  Göyçay  Ģəhərində  orta  məktəbə  gedib. 1953-cü  ildə 
məktəbi 
bitirdikdən 
sonra 
 Azərbaycan 
Dövlət  Universitetinin   Filologiya 
fakültəsində təhsil alıb (1953-1958). Əmək fəaliyyətinə qəzetdə müxbir kimi baĢlayıb. 
Sonra Azərbaycan  Dövlət  NəĢriyyatında redaktor,  ―Mədəni  ticarət‖,  ―Za  kulturnuyu 
torgovli‖  qəzetlərində  baĢ  redaktor,   Azərbaycan  Televiziya  və  Radio  VeriliĢləri 
ġirkətində  redaktor,  Ģöbə  müdiri,  baĢ  redaktor  kimi  vəzifələrdə  çalıĢıb. 1983-cü 
ildən   2007-ci  ilə  qədər  baĢ  redaktor  müavini  vəzifəsində  fəaliyyət  göstərmiĢdir. 
Ümumilikdə,  Azərbaycan  Dövlət  Radiosunda  40  ilə  yaxın  müddətdə  fəaliyyət 
göstərmiĢ,  radionun  formalaĢmasında  xüsusi  xidmətləri  olmuĢdur.  2006-cı  ildə 
prezident  Ġlham  Əliyevin  qərarına  əsasən  Əməkdar  Ġncəsənət  Xadimi  adına  layiq 
görülmüĢdür.  2007-ci  il, fevral  ayının  24-də,  uzun sürən xəstəlikdən  sonra  70  yaĢında 
vəfat  etmiĢdir.  Yüzdən  çox  Ģerinə  mahnılar  bəstələnib,  tanınmıĢ  sənətkarlar  tərəfindən 
ifa olunub. 
Kitabları: ―Dalğalar qoynunda‖ (1966), ―Yadigar sözlər‖ (1969), ―Gözlərinin iĢığında‖ 
(1973),  ―Qərənfil  iĢığı‖  (1979),  ―Qoymayın  qızları  kədərlənməyə‖  (1982),  ―Ulduzlar 
nədən  danıĢır‖  (1984),  ―Vaxt  soruĢsa‖  (1986),  ―Песня  голубой  вершины.  (Mavi 
zirvənin nəğməsi)‖ (1987), ―Uzaq haraylara isinmir ürək‖ (1991), ―Ümiddən uzun gecə‖ 
(1997), ―Lirika‖ (2001), ―Ümid yeri‖ (2003), ―YaĢadığım bu dünya‖ (2004), ―Fikrimin 
sabahı‖ (2005), ―Ömrümüz su kimi‖ (2005) və s.  
 
 
 
 
 

296 
 
 
23.Yazıçı, ədəbiyyatşünas Aqşin Babayevin anadan olmasının 80 illiyi (1936) 
Aqşin Babayev – Yazıçı-dramaturq, şair, tərcüməçi, pedaqoq, ictimai xadim. 
 
AqĢin  Babayev  Azərbaycan  Dövlət  Universitetinin  filologiya 
fakültəsini  bitirib.  Aspiranturada  oxuyub,  elmlər  doktoru  alimlik 
dərəcəsi,  professor  adı  alıb.  30  kitabın  müəllifidir.  32  il  radioda 
çalıĢıb.  15  il  Milli  Məclisdə  mətbuat  katibi  iĢləyib.  Əməkdar 
jurnalistdir.  "Yusif  Məmmədəliyev",  "Həsən  bəy  Zərdabi", 
"Humay",  "Qızıl  Qələm"  mükafatları  laureatıdır.  2004-cü  ildə 
Azərbaycan  Respublikası  Prezidentinin  sərəncamı  ilə  II  dərəcəli 
dövlət  müĢaviri  rütbəsinə  layiq  görülüb.  A.Babayev  əmək 
fəaliyyətinə 
tələbəykən 
respublika 
radiosunda 
baĢlayıb. 
Türkiyəyə, ərəb ölkələrinə, Ġrana və Cənubi Azərbaycana veriliĢlər 
hazırlayan  redaksiyaların  BaĢ  redaktoru  təyin  edilib.  Əsas  iĢindən  ayrılmadan  10  il 
ingilis,  fransız,  ərəb  və  ispan  dillərində  çap  olunan  "Moskou  nyus"  qəzetinin 
Azərbaycan üzrə xüsusi müxbiri olub. Ölkəmizin ictimai həyatı, mədəniyyəti, incəsənəti 
haqqında  həmin  qəzetin  səhifələrində  yazılar  dərc  etdirib.  Ü.Hacıbəyov,  F.Əmirov, 
Q.Qarayev,  Niyazi,  T.Salahov kimi sənətkarlarımızı xarici ölkə oxucularına tanıtdırıb. 
1976-cı ildə Azərbaycan Dövlət Televiziya və Radio VeriliĢləri Komitəsində respublika 
radiosu  və  xarici  veriliĢlər  üzrə  sədr  müavini  təyin  edilib.  15  il  ərzində  bu  vəzifədə 
çalıĢıb. AqĢin Babayevin ilk hekayəsi 1958-ci ildə "Oktyabr iĢıqları" almanaxında çap 
olunub.  1964-cü  ildə  onun  "Cazibəli  üfüqlər"  adlı  ilk  hekayələr  kitabı  çapdan  çıxıb. 
"HəmiĢəbahar", "Bir parça həyat", "Ağ ulduzlar", "Bir ürəyin hərarəti", "Ayrılıq", "Söz 
gülləsi",  "Dünyanın  axırı"  adlı  kitabların  müəllifidir.  "KiĢilər  az  yaĢadı"  kitabı  isə 
Moskvanın "Sovetski pisatel" nəĢriyyatı tərəfindən 30 min nüsxə tirajla nəĢr edilib. 10 
cilddən  ibarət  "SeçilmiĢ  əsərləri"  iĢıq  üzü  görüb.  AqĢin  Babayev  həm  də  Ģairdir. 
Yeddinci sinifdə oxuyanda "Bahar" adlı ilk Ģeirini yazıb. Sözlərinə mahnılar bəstələnib. 
ġeir kitabına xalq Ģairi Fikrət Qoca ön söz yazıb. AqĢin Babayevin dramaturq kimi ilk 
əsəri  tələbəlik  dövründə  1955-ci  ildə  tamaĢaya  qoyulub.  Sonra  pyesləri  Musiqili 
Komediya, Rus Dram, Gənc TamaĢaçılar, Bələdiyyə, Sumqayıt Musiqili Dövlət Dram 
teatrlarında oynanılıb. Onun ssenarisi əsasında telefilmlər çəkilib. "Xilaskar" və "Oğul" 
pyesləri ulu öndərimiz Heydər Əliyevə həsr edilib. 
Əsərləri: ―Bir parça həyat‖, ―Sünbül ətri‖, ―KiĢilər az yaĢadı‖, ―Ağ ulduzlar‖,  
―HəmiĢəbahar‖, ―Söz gülləsi‖, ―
Xilaskar‖, ―Oğul‖ 
və s. 
Filmoqrafiya: Nekroloq (film, 2001), Dəvətnamə (film, 2003), Yol (2003),  Mükafat 
(film, 2004) 
 
      
 
 

297 
 
24.Ədəbiyyatşünas, tənqidçi Əli Nazimin 110 illiyi (1906-1941) 
 
Mahmudzadə Əliəkbər Mahmud oğlu (Əli Nazim) – 
Azərbaycan sovet tənqidçisi və ədəbiyyatşünası,  
1934-cü ildən AYB-nın üzvü 
 
 
 
 
 
 
Əli  Nazim 1906-cı  ildə Cənubi  Azərbaycanın Təbriz Ģəhərində  dünyaya  gəlmiĢdir. 
Bakıda  pedaqoji  texnikumu  bitirib  Leninqrad  Ġnstitutuna  daxil  olmuĢdur  (1925). 
Moskva  Kommunist  Akademiyasında  aspirant,  elmi  iĢçi,  SSRĠ  xalqları  ədəbiyyatı  və 
incəsənəti  bölməsinin  elmi  katibi  olmuĢdur  (1927-1932).    Azərbaycan  Elmi-Tədqiqat 
Ġnstitutu  ədəbiyyat  Ģöbəsinin  müdiri  və  Ali  Pedaqoji  Ġnstitutda  kafedra  müdiri 
vəzifələrində  çalıĢmıĢdır.  Orta  məktəbin  yuxarı  sinif  Ģagirdləri  üçün  ədəbiyyat 
müntəxabatı tərtib etmiĢ, Hənəfi Zeynallı ilə Ģərikli dərslik də hazırlamıĢdır (1936).  O, 
"Ədəbiyyat  ensiklopediyası"nın  redaktoru,  Azərbaycan  Sovet  Yazıçıları  Ġttifaqı  Ġdarə 
Heyətinin  və  əbədi  mətbuat  orqanı  redaksiya  heyətinin  üzvü  olmuĢdur.  1937-ci  ildə 
həbs olunmuĢ, 10 il müddətinə həbs cəzasına məhkum edilmiĢ, 1941-ci il avqustun 23-
də həbsxanada vəfat etmiĢdir. 1957-ci ildə bəraət almıĢdır.  
Əsərləri:  ―SeçilmiĢ əsərləri‖ (1979) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
       
 
 

298 
 
Xarici ədəbiyyat 
19.Rus şairi, alim, rəssam M.V.Lomonosovun 305 illiyi 
(19.11.1711- 15.04.1765) 
 “ Özünün böyük iradəsini və yüksək dərketmə qabiliyyətini ortaya qoyaraq 
Lomonosov təhsilin bütün sahələrini əhatə edə bildi. Elm yanğısı onun qəlbinin 
ehtirası idi. Tarixçi, natiq, mexanik, kimyaçı, mineraloq, rəssam, o bunların hamısını 
keçdi. Birinci olaraq Vətənin tarixinə baş vurdu, qanunlar işləyir, ..., fabriklər 
yaradır, rəssam kimi mozaika hazırlayır  və ən əsası şeir dilinin mənbələrini hamıya 
göstərir.”                                                                                                
A. S. Puşkin 
 
Mixail Vasilyeviç Lomonosov  dünya səviyyəli birinci rus 
alimi-təbiətşünası, ensiklopediyaçı, kimyaçı, fizik; 
vaxtilə fiziki kimyaya indiki dövrün tərifinə çox oxşayan 
anlayış verib və fiziki-kimyəvi tədqiqatların geniş 
proqramını işləyib. Onun istiliyin molekulyar-kinetik 
nəzəriyyəsi indinin materiya quruluşu barədə təsəvvürlərin 
əsasını qoydu, onun sayəsində bir sıra fundamental fiziki 
qanunlar işləmək mümkün oldu.  Şüşə haqqında elmin 
əsasını qoyub.  
 O, 
cihaz 
nəzəriyyəçisi, coğrafiyaçı, metallurq, geoloq, Ģair, rəssam, tarixçi olub, 
müasir 
rus 
dilinin əsasını qoyub. Rusiya təhsil sisteminin, elm və iqtisadiyyatının inkiĢafına dair bir 
sıra  layihələr  hazırlayıb.  Sonradan  onun  adı  ilə  adlandırılan  Moskva  Universitetinin 
təsisi  təklifini  irəli  sürüb.   M.Lomonosov  özünün  fəaliyyətində  elmin  bütün  əsas 
sahələrini  əhatə  edə  bilib.  Mixail  Lomonosov  ensiklopedik  insan  olduğundan  bütün 
məĢğul  olduğu  elm  sahələri  üzrə  ciddi  tədqiqatlar  apara  bilib.  1761-ci  ildə  apardığı 
tədqiqatlar  zamanı  böyük  rus  alimi  Mixail  Vasilyeviç  Lomonosov Venera planetində 
atmosferin olduğunu  aĢkar  etmiĢdir.  XVIII  əsrdə  Rusiyada  "Coğrafiyanın"  inkiĢafında 
alimlərin  də  xüsusi  əməyi  olmuĢdur.  Əldə  edilmıĢ  müəlumatların  təhlili,  xəritələrin 
ümumiləĢdirilməsi,  ərazilərin  mənimsənilməsi  vacib  vəzifə  idi.  1739-cu  ildə  Rusiya 
Elmlər  Akademiyasında  yaradılmıĢ  ―Coğrafiya‖  departamenti  1745-ci  ildə  "Rusiya 
Atlası"nı  hazırladı.  O,  həmçının  ġimal  dəniz  yolunun,  ġimal  Buzlu  okeanının,  onun 
iqlimi  və  buz  örtüyü,  su  axınlarının,  atmosferin  öyrənilməsi  üçün  böyük  əmək  sərf 
etmıĢdir. Ġqtisadi coğrafiynın yaranması Lomonosovun adı iə bağlıdır. M.V.Lomonosov 
bu elmin inkiĢafının zəruriliyini göstərmiĢ və onun əsas istiqamətlərini vermiĢdir. 1756-
cı ildə Lomonosov ilk dəfə fikir yürütmüĢdür ki, təbiətdə hər hansı bir rəngi yaratmaq 
üçün 3 əsas rəngi (göy, qırmızı, yaĢıl) müəyyən nisbətlə qarıĢdırmaq kifayətdir. Bununla 
da təsvirlərin kompüter kodlaĢdırılması rəngin 3 komponentlik nəzəriyyəsinin əsasında 
qurulmuĢdur.
 
Kitabları: ―Rusiya qrammatikası‖ və s. 

299 
 
 
28.Rus şairi N.Nekrasovun anadan olmasının 195 illiyi (1821-1878) 
Rus  Ģairi,  yazıçısı  və  publisisti,  rus  ədəbiyyatının  klassiki 
Nikolay Alekseyeviç Nekrasov 28 noyabr 1821-ci ildə Podolsk 
quberniyasında anadan olmuĢdur. Görkəmli Ģairin atası istefaya 
çıxmıĢ  hərbçi,  anası  isə  varlı  ailədən  olan  yaxĢı  təhsil  almıĢ 
qadın olmuĢdur. Nekrasovun uĢaqlığı Yaroslav quberniyasının 
QreĢnevo  kəndində,  atasının  malikanəsində  keçmiĢdir. 
Yaroslav  gimnaziyasını  bitirən  Nikolay  Alekseyeviç  atasının 
istəyi  ilə  dvoryan  polkuna  daxil  olmaq  üçün  Sankt-Peterburqa 
gedir.  Lakin  burada  fikrini  dəyiĢir  və  universitetə  daxil  olmaq 
istəyir. Onun bu istəyi atası tərəfindən etirazla qarĢılanır və onu 
bütün  maddi  imkanlardan  məhrum  etməklə  hədələyir.  Buna 
baxmayaraq,  Nekrasov  Peterburq  universitetinə  azad  dinləyici 
kimi qəbul olur. Atası tərəfindən hər cür maddi dəstəkdən məhrum olan Nekrasov çox 
çətinliklərlə  üzləĢir.  Bir  neçə  il  çox  ağır  çətinliklərlə  üzləĢən  Ģair  dərs  verməyə 
baĢladıqdan sonra vəziyyəti bir qədər düzəlir. ġairin erkən yaradıcılığı əsasən romantik 
ruhdadır.  1840-cı  ildə  o,  ―Arzular  və  səslər‖  adlı  ilk  toplusunu  nəĢr  etdirir.  Daha 
sonralar  o,  özünü  nəsrdə  də  sınayır.  1842-ci  ildə  Nekrasov  Belinskinin  dərnəyi  ilə 
yaxınlaĢır.  O,  tezliklə  naĢirlik  fəaliyyəti  ilə  də  məĢğul  olur  və  bu  iĢ  onda  çox  uğurlu 
alınır. 1847-ci ildə o, əsası hələ A.S.PuĢkin tərəfindən qoyulan ―Sovremennik‖ jurnalını 
icarəyə  götürür.  N.A.Nekrasov  ―Dəmir  yolu,  ―Elegiya‖,  ―Rus  qadınları‖,  ―ġair  və 
vətəndaĢ‖,  ―ġaxta,  qırmızı  burun‖,  ―Yolda‖  ―Dobrolyubovun  xatirəsinə‖,  ―Kəndli 
uĢaqları‖  və  s.  əsərlərin  müəllifidir.  Onun  Ģeirləri  əsasən  xalqın  əzabları,  kəndlilərin 
faciəli həyatına həsr olunub. ġair öz yaradıcılığında folklordan, xalq yaradıcılığından da 
məharətlə istifadə edib. 1875-ci ildə Ģair xəstələnir və həkimlər onda bağırsaq xərçəngi 
xəstəliyini  aĢkar  edirlər.  N.A.Nekrasov  1877-ci  il  dekabrın  27-də    uzun  sürən 
xəstəlikdən sonra vəfat edir. 
Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin