MƏDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adına respublika uşAQ



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə28/35
tarix31.01.2017
ölçüsü12,77 Mb.
#7089
1   ...   24   25   26   27   28   29   30   31   ...   35

1.Beynəlxalq Musiqi günü 
 
“Bəstəkarlar  öz  əsərlərini  yaradarkən,  unutmamalıdırlar  ki,  bizim  yaradıcılığımızı 
xalq  qiymətləndirir.  Çünki  xalq  yalnız  yaradıcı,  yalnız  bəstəkar  deyildir,  xalq  eyni 
zamanda misilsiz tənqidçi və musiqi əsərlərinin ən yaxşı “istehlakçısıdır”, xalq musiqi 
əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.   
 
 
İlk gözəl nəğmə və rəqs melodiyalarının yaradıcısı xalq özüdür. Bizə bu gün nümunə 
olan  xalq  nəğmələri  əsrlərdən  bəri  işlənə-işlənə  yaradılmış  və  yalnız  bizim 
zəmanəmizdə həqiqi bədii formalar almışdır.”
  
                                                                                                                                        Üzeyir Hacıbəyli
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                        
BəĢəriyyətin  musiqi  ilə  tanıĢlığı  çox 
qədim  dövrlərdən  baĢlayıb.  Afrika 
mağaralarında  aĢkar  edilmiĢ  qayaüstü 
rəsmlərdə  əlində  musiqi  aləti  tutmuĢ 
insanlar 
təsvir 
ediliblər. 
Musiqi 
intəhasız,  heç  bir  ölçüyə  sığıĢmayan 
gücə  malikdir.  Yer  üzündə  az  adam 
tapılar  ki,  musiqiyə  laqeyd  qalsın.  Bir 
çox 
məĢhur 
bəstəkarlar 
daxili 
dünyalarını,  duyğularını,  istək  və 
arzularını ifadə etmək üçün musiqidən 
istifadə  ediblər.  Onların  adı  məhz 
musiqinin  qüdrəti  sayəsində  tarixə  və  gələcək  nəsillərin  yaddaĢına  yazılıb. 
Musiqi heç vaxt qocalmır. Ġnsanlara bəxĢ edilən bu ilahi nemət bəĢəriyyət var olduqca 
yaĢayacaq. Beynəlxalq Musiqi Günü UNESCO-nun qərarı ilə 1975-ci il oktyabrın 1-də 
təsis  edilmiĢdir.  Bu  bayram  hər  il  bütün  dünyada  ən  yaxĢı  musiqiçilərin  və  incəsənət 
kollektivlərinin  iĢtirak  etdikləri  möhtəĢəm  konsert  proqramları  ilə  qeyd  olunur.  Həmin 
gün dünya musiqi xəzinəsinin qeyri-adi, bənzərsiz inciləri ifa edilir. 2000-ci ildə isə Çin 
arxeoloqları  2  min  illik  tarixi  olan  musiqi  alətləri  muzeyini  aĢkara  çıxarmıĢlar. 
Azərbaycanda da musiqinin tarixi çox qədimlərə gedib çıxır. Qobustandakı qavaldaĢ daĢ 
dövründə  yaĢamıĢ  insanların  istifadə  etdikləri  musiqi  alətidir.  Qobustan  qayalarında 
qədim Azərbaycanın ―Yallı‖ rəqs səhnələri təsvir olunmuĢdur. Bu rəqsin uğurlu ov üçün 
ovsun mərasimi olduğu vurğulanmıĢdır. Görünür, Azərbaycan dilinin musiqi dili olması 
da buradan qaynaqlanır. 
 
 
 
 
 
 
 

264 
 
5. Müəllimlər günü 
 
" Hər birimizdə müəllimin hərarətli    qəlbinin bir  zərrəciyi vardır. Məhz müəllim 
doğma yurdumuzu  sevməyi, hamının rifahı namınə vicdanla işləməyi  müdrikliklə və 
səbirlə bizə öyrətmiş və öyrədir. Gələcək gənclərin, gənclər isə müəllimlərin 
əsəridir!!!” 
                                                                                                
Ulu öndər
 
Heydər Əliyev. 
 
Hər il oktyabrın 5-i Müəllimlər günü kimi qeyd olunur. 
 5  oktyabr  1966-cı  ildə  YUNESKO  və  Beynəlxalq  Əmək 
TəĢkilatının  birgə  təĢkilatçılığı  ilə  çağırılan  konfransda 
müəllimlərin  peĢə  fəaliyyətinin  Ģərtlərini  təyin 
edən ―Müəllimlərin statusu haqqında‖ adlı ilk 
beynəlxalq 
sənəd 
imzalanmıĢdır.  1994-
cü  ildən isə həmin tarix YUNESKO tərəfindən 
Ümumdünya  Müəllimlər  Günü   kimi  təsis 
edilmiĢdir.  Bu  günün  qeyd  olunması  müəllimlərin 
cəmiyyətdəki mövqeyi, təhsil və inkiĢafdakı roluna diqqət çəkməyi nəzərdə tutmuĢdur. 
Hal-hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu 
halda,  bəzi  ölkələrdə  müxtəlif  tarixlərdə  ayrıca  olaraq  milli  səviyyədə  ―Müəllimlər 
günü‖ qeyd edilir. Məsələn, müxtəlif əlamətdar hadisələr əsasında Albaniyada 8 mart, 
Cənubi Koreyada 15 may, Argentinada 11 sentyabr, Çində 28 sentyabr, Özbəkistanda 1 
oktyabr,  Türkiyədə isə 24  noyabr  tarixlərində Müəllimlər  günü qeyd  olunur.  Müstəqil 
Azərbaycanda  isə  bu  tarix  1993-cü  il  oktyabrın  5-də  rəsmiləĢdirib.  Beynəlxalq 
Müəllimlər günü həyatını xalqın iĢıqlı gələcəyinə həsr edən müqəddəs peĢə sahiblərinin 
bayramıdır. ―Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada 
müəllimdən Ģərəfli ad tanımıram‖- deyən ümummilli lider Heydər Əliyev Azərbaycana 
rəhbərlik  etdiyi  bütün  illərdə  müəllim  əməyini  yüksək  qiymətləndirib,  onlara  böyük 
hörmətlə 
yanaĢıb, 
təhsil 
iĢçilərinin 
maddi 
vəziyyətinin, 
rifah 
halının 
yaxĢılaĢdırılmasının  qayğısına  qalıb.  Ölkəmizdə  son  illərdə  təhsilin  inkiĢafı  ilə  bağlı 
həyata  keçirilən  kompleks  tədbirlər,  Prezident  Ġlham  Əliyevin  bu  amili  dövlət 
siyasətinin  mühüm  prinsipləri  sırasına  daxil  etməsi,  təhsil  iĢçilərinə   hərtərəfli  qayğı 
dövlətin  öz  gələcəyini  daha  etibarlı  və  inamlı  görmək  əzmindən  xəbər  verir.  Ġlham 
Əliyevin  ―UĢaqlar  yaxĢı  məktəblərdə  oxumalı,  müəllimlər  də  yaxĢı  məktəblərdə 
iĢləməlidirlər‖ fikri artıq  realllığa çevrilib.  Ən Ģərəfli sənət müəllim sənətidir. Çünki bu 
günümüzün  həkimini,  polisini,  vəkilini,  kompyuter  mühəndisini,  memarını  hətta, 
müəllimini  belə  müəllim  yetiĢdirir.  Əgər  müəllim  olmasa  bu  sadalanaların  hec  biri 
olmaz.  Günlər  keçir,  illər  illərə  calanır,  insan  çox  Ģeyi  unudur.  Lakin  heç  zaman  ilk 
müəllim yaddan çıxmır, xatirədən silinmir. Axı insana elm qapısının açarını ilk müəllim 
təqdim edir, onu əsrarəngiz bir dünya ilə müəllim qovuĢdurur. 
 
 
 

265 
 
9.Ümumdünya Poçt Günü 
 
 
 
 
 
 
 
Oktyabr ayının 9-da bütün dünyada poçt sahəsi iĢçilərinin peĢə bayramı - Ümumdünya 
poçt  günüdür.  Ümumdünya  Poçt  Ġttifaqının  (ÜPĠ)  XIV  konqresinin  qərarı  ilə 
Ümumdünya  poçt  günü 1874-cü  ildə ittifaqın  yaranması  günü  qeyd  olunur.  9 oktyabr 
1974-cü ildə Ġsveçrədə 22 ölkənin nümayəndəliyi ilə BaĢ Poçt Birliyinin əsasını qoyan 
―Bern saziĢi‖ imzalanıb. Bu gün  BPĠ-yə üzv olan 191 ölkənin hamısında qeyd olunur. 
1978-ci  ildə  birliyin  adı  dəyiĢdirilərək  Ümumdünya  Poçt  Ġttifaqı  adlandırılır.  Hal-
hazırda  ÜPĠ-nin  tərkibində  189-dan  çox  ölkə  var.  Ümumdünya  Poçt  Günü  hər  il  9 
oktyabr  tarixindən  etibarən  bir  həftə  ərzində-  ―Beynəlxalq  məktub  həftəsi‖  adı  altında 
keçirilir.  Azərbaycan  1993-cü  ilin  aprelində  ÜPĠ  üzvlüyünə  qəbul  olunub.  Bu  hadisə 
respublikanın  poçt  sahəsi  üzrə  fəaliyyətinin  geniĢlənməsinə  böyük  imkanlar  yaradıb. 
Azərbaycanda  poçt  sahəsini  ―Azərpoçt‖  Birgə  Müəssisəsi  təmsil  edir.  21-ci  əsrin 
sonunda  SSRĠ-nin  dağılması  və  respublikamızın  müstəqillik  əldə  etməsi  ilə  poçt 
rabitəsinin  inkiĢafında  da  yeni  mərhələyə  start  verilib.  Respublikada  poçt  və  elektrik 
rabitəsinin  təĢkili  və  xidmətlərin  göstərilməsi  "Azərpoçt"  Ġstehsalat  Birliyi  tərəfindən 
həyata keçirilməyə baĢlayıb.  
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

266 
 
10.Yanğınsöndürənlərin peşə bayramı 
 
2002-ci  il  oktyabr  ayının  5-də  ümummilli  liderimiz 
Heydər  Əliyev  hər  il  oktyabr  ayının  10-nun 
―Yanğınsöndürənlərin peĢə bayramı günü‖ kimi qeyd 
olunması haqqında Sərəncam imzalamıĢdır.  
Həmin  tarixdən  etibarən  hər  il  oktyabrın  10-u 
yanğınsöndürənlərin  peĢə  bayramı  kimi  qeyd  olunur. 
XX 
əsrin  əvvəllərində  yaradılan  Azərbaycan 
yanğından  mühafizə  xidmətinin  əsas  inkiĢaf  dövrü 
ötən əsrin 70-ci illərinə təsadüf edir.  Zəngin siyasi və 
idarəçilik 
təcrübəsinə, 
fenomenal 
rəhbərlik 
qabiliyyətinə  malik  olan  ümummilli  lider  Heydər  Əliyevin  ikinci  dəfə  hakimiyyətə 
qayıdıĢından sonra ölkəmizdə yanğın təhlükəsizliyi sahəsi daha sistemli Ģəkildə inkiĢaf 
etməyə  baĢladı.  Yanğından  mühafizə  xidmətinin  maddi-texniki  və  normativ-hüquqi 
bazası  möhkəmləndirildi,  kadr  ehtiyatının  yaradılmasına,  Ģəxsi  heyətin  peĢəkarlığının 
artırılmasına  xüsusi  diqqət  yetirildi.  1997-ci  ildə  ―Yanğın  təhlükəsizliyi  haqqında‖ 
Azərbaycan  Respublikası  Qanununun  qəbul  olunması  yanğın  təhlükəsizliyi  və  dövlət 
yanğın  nəzarəti  sisteminin  təĢkilinin  hüquqi  əsaslarını  və  prinsiplərini  müəyyən 
etmiĢdir.  Sonrakı  dövrlərdə  də  Azərbaycanın  yanğın  təhlükəsizliyi  xidməti  inkiĢafda 
olmuĢ,  yanğından  mühafizə  sistemləri  təkmilləĢdirilmiĢ,  Ģəxsi  heyətin  sosial-məiĢət 
Ģəraiti  yaxĢılaĢdırılmıĢdır.  Azərbaycanda  Yanğından  Mühafizə  Xidməti  1918-ci  ildə 
yaradılıb.  Böyük  tarixi  yol  keçmiĢ  Azərbaycan  yanğınsöndürmə  xidmətinin  fəaliyyəti 
indi  bütün  ölkəni  əhatə  edir.  Qarabağ  müharibəsində  24  yanğınsöndürən  Ģəhid  olub, 
onlardan 2-si Milli Qəhrəmandır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

267 
 
18.Azərbaycanın Dövlət Müstəqilliyi günü  
 
“Azərbaycanın  dövlət  müstəqilliyi  əbədidir,  dönməzdir  və  bizim  qarşımızda  duran 
vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” 
                                                                                                                           
                                        Ulu öndər Heydər Əliyev 
  
XX  ərin  sonlarında  SSRĠ-nin  dağılması  ilə 
yaranan  tarixi  Ģərait  nəticəsində  Azərbaycan 
dövlət müstəqilliyini bərpa etmiĢdir. Nəhayət, 
1991-ci  il  oktyabrın  18-də  Ali  Sovetin 
sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi 
haqqında  Konstitusiya  Aktı  qəbul  edilib.  
1991-ci 
il 
dekabrın  29-da  ümumxalq 
referendumunda  məsələ  müzakirəyə  çıxarılıb 
və  əhalinin  95%-i  səsvermədə  iĢtirak  edərək 
ölkənin  müstəqilliyinə,  suverenliyinə  və 
istiqlaliyyətinə  səs  verib.    Azərbaycanın  müstəqilliyi  bərpa  olunandan  sonra  dövlət 
bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib. Tarix dəfələrlə sübut edib ki, 
müstəqilliyi  qoruyub  saxlamaq  onu  qazanmaqdan  qat-qat  çətindir.  Tale  elə  gətirdi  ki, 
Azərbaycan  bir  əsrdə  iki  dəfə  müstəqillik  əldə  etmək,  özünün  suveren  dövlətini 
yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkiĢmələr 
və  beynəlxalq  təminatın  olmaması  səbəblərindən  itirildi.  1918-ci  ildə  qurulmuĢ 
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaĢadı.  Ġkinci tarixi imkan bir də 70 il sonra 
yarandı.  Sovet  imperiyasının  dağılması  Azərbaycan  xalqına  öz  milli  müstəqilliyini 
bərpa  etmək  imkanı  verdi.  1991-ci  il  oktyabrın  18-də  Azərbaycan  Respublikası  Ali 
Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" 
qəbul  olundu.  Bu  mühüm  tarixi  sənədlə  xalqımız  uzun  illərdən  bəri  həsrətində  olduğu 
azadlığına qovuĢdu. Müstəqilliyi elan edilmiĢ Azərbaycan Respublikası çox mürəkkəb 
tarixi   Ģəraitdə  fəaliyyət  göstərməyə  baĢladı.  Onun  müstəqilliyini  dünya  dövlətləri 
tanıdı.  Azərbaycan  Respublikasını  ilk  olaraq  1991-ci  il  noyabrın  9-da  Türkiyə 
Azərbaycanın  BMT-yə  üzv  qəbul  olunması  ilə  (2  mart  1992)  onun  beynəlxalq  aləmdə 
de-fakto  tanınmasına  baĢlandı.  Ġndi  müstəqilliyimizin  siyasi  və  iqtisadi  sütunları 
getdikcə  möhkəmlənir.  Xalqın  öz  dövlətçiliyi  sarıdan  heç  bir  narahatçılığı  yoxdur. 
Müstəqilliyin taleyini müəyyənləĢdirən  əsas amillər qorunub saxlanır, inkiĢaf etdirilir. 
Dövlətçiliyin  möhkəmləndirilməsinə,  iqtisadiyyatın  inkiĢafına,  milli-mənəvi  dəyərlərin 
qorunub saxlanılmasına eyni dərəcədə diqqət yetirilir. Azərbaycan bu gün həm siyasi, 
həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib.  Ġqtisadi artım 
tempinə  görə  ölkəmiz  nəinki  regionda,  həm  də  dünyada  lider  mövqeyə  çatıb.    Ulu 
öndərimiz demiĢdir: Müstəqilliyimiz dönməzdir, sarsılmazdır, əbədidir.  
 
 
 
 

268 
 
20.Energetiklərin peşə bayramı 
 
Azərbaycan Respublikasının Prezidenti cənab 
Ġlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli 
Sərəncamı ilə hər il oktyabrın 20-si ölkəmizdə 
energetiklərin peĢə bayramı kimi qeyd edilir.  
Məqsədyönlü enerji siyasəti dövlətin milli 
təhlükəsizliyinin təmin edilməsində və iqtisadi 
inkiĢafında çox mühüm əhəmiyyətə malikdir. 
Müstəqillik illərində də ümummilli liderimiz 
ölkəmizdə enerji təhlükəsizliyinin təmin 
olunmasını diqqət mərkəzində saxlamıĢ, bu 
sahənin maddi-texniki təchizatı xeyli gücləndirilmiĢdir.  Bu gün ölkə Prezidenti cənab 
Ġlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələri, o cümlədən elektrik enerjisi 
üzrə proqramlar hazırlanaraq  uğurla icra edilir. Regionların sosial-iqtisadi inkiĢafı 
dövlət proqramlarının uğurla həyata keçirilməsi iqtisadiyyatın hərəkətverici qüvvəsi 
olan elektrik enerjisi sistemində də böyük nailiyyətlərin əldə olunmasına geniĢ imkanlar 
yaratmıĢdır. Bu ordenli-titullu mütəxəssislər gələcəkdə estafeti gənclərə vermək üçün 
sabahın daha müasir elektrik avadanlıqlarını bacarıqla idarə edə biləcək gənc 
energetiklər nəslinin yetiĢdirilməsinə də xüsusi diqqət və qayğı göstərirlər. 
Energetiklərin Ģərəfli peĢə bayramı ərəfəsində onların hər biri xüsusi təbrikə və 
təĢəkkürə layiq olduqlarını fədakar əməkləri ilə bir daha təsdiq etməkdədirlər. 
 
22. Beynəlxalq Məktəb Kitabxanaları günü 
“Hər  bir  cəmiyyətdə  savadlı  şəxs  müəllimə  hörmət  etməli,  cəmiyyətin  həyatında 
oynadığı rolu qiymətləndirməlidir.”                                
                                                                                             
Ulu öndər Heydər Əliyev
 
 
 
Beynəlxalq 
Məktəb 
Kitabxanaları  günü 
YUNESKO-nun  təĢəbbüsü  ilə  1999-cu  ildən 
etibarən qeyd olunur. Ġlk dəfə bu günün qeyd 
olunmasını Beynəlxalq Məktəb Kitabxanaları 
Birliyinin  prezidenti  BlanĢ  Vullz  elan  edib. 
2005-ci  ildə  bu  bayramın  rəsmi  statusunu 
birliyin 
yeni 
prezidenti 
Piter 
Cenko 
təsdiqləyib.  
2008- ci ildən bu günün qeyd olunması aylığa 
çevrilib (22 oktyabr – 22 noyabr). Bu isə hər 
bir  məktəb  kitabxanasına  ay  ərzində  ən  münasib  tarixi  seçərək  bayramı  qeyd  etməyə 
imkan verir. 
 
 

269 
 
 
24.Birləşmiş Millətlər Təşkilatı günü (1945) 
  
Millətlər  Cəmiyyəti  1927-ci  ildə  arbitraj  və 
təhlükəsizlik  üzrə  xüsusi  komissiya  yaratdı.  Həmin 
dövrdə  Millətlər  Cəmiyyətinin  üzvü  olan  bütün 
ölkələr  yeni  müharibənin  alovlanmasına  yol 
verməmək üçün təntənəli Ģəkildə and içdilər. Ancaq 
andın mətni son dərəcə qeyri-müəyyən idi: dünyada 
heç  bir  ölkə baĢqa  ölkəyə  hücum  edib  müharibəyə 
baĢlaya bilməzdi. Tələb belə idi: bütün müharibələr 
müdafiə  xarakteri  daĢımalı  idi.  Buna  baxmayaraq 
1939-cu  ildə  Almaniya  Çexoslovakiya  və  PolĢaya  soxuldu.  Bununla  da  Ġkinci  Dünya 
müharibəsi  baĢlandı.  Bu,  Millətlər  Cəmiyyətinin  dağılması  demək  idi.  Ġkinci  Dünya 
müharibəsi  (1939-1945)  baĢa  çatanda  dünya  xalqları  bir  daha  qətiyyətlə  dedilər: 
"Müharibə  olmasın!"  Bu  dəfə  müharibə  60  milyon  insanın  həyatına  son  qoymuĢdu. 
Əbədi  sülhü  bərqərar  edib  möhkəmləndirən  yeni  beynəlxalq  birliyin  yaradılması 
zərurəti meydana çıxdı. BirləĢmiĢ Millətlər TəĢkilatı beynəlxalq sülhü və təhlükəsizliyi 
qorumaq  və  möhkəmlətmək,  eləcə  də  dövlətlər  arasında  dinc  əməkdaĢlığı  inkiĢaf 
etdirmək məqsədi ilə  müstəqil dövlətlərin könüllü birləĢməsi nəticəsində təĢkil edilmiĢ 
beynəlxalq  təĢkilat  oldu.  BMT-nin  Nizamnaməsi  1945-ci  ilin  aprelində  ABġ-ın  San-
Fransisko  Ģəhərində  keçirilən  konfransda  50  dövlətin  nümayəndəsi  tərəfindən 
imzalanmıĢ  və  həmin  ilin  24  oktyabrında  qüvvəyə  minmiĢdir.  Odur  ki,  24  oktyabr 
beynəlxalq aləmdə BMT Günü kimi qeyd olunur. Beynəlxalq sülhün və təhlükəsizliyin 
qorunması üçün əsas məsuliyyət BMT-nin Təhlükəsizlik ġurasının üzərinə düĢür. BMT-
nin  Təhlükəsizlik  ġurasından  əlavə,  əsas  orqanları  bunlardır:  BaĢ  Məclis,  Ġqtisadi  və 
Ġctimai ġura, Qəyyumluq ġurası, Beynəlxalq Məhkəmə və BMT BaĢ katibinin baĢçılıq 
etdiyi  Katiblik.  BMT  sistemində  15  ixtisaslaĢdırılmıĢ  təsisat  da  vardır.  BMT-nin 
iqamətgahı Nyu-Yorkda yerləĢir. Azərbaycan Respublikası 1992-ci il martın 2-də BMT-
nin  üzvlüyünə  qəbul  olunmuĢdur.  2000-ci  ildə  BMT  üzvlərinin  sayı  189-a  çatmıĢdır. 
BMT yarandığı vaxtdan bəri onun yeddi baĢ katibi olmuĢdur: Treqvi Li (Norveç), Daq 
Hammarskold  (Ġsveç),  U  Tan  (Birma),  Kurt  Valdhaym  (Avstriya),  Havyer  Peres  de 
Kuel  (Peru),  Butros-Butros  Qali  (Misir),  Kofi  Annan  (Qana).  BMT-də  rəsmi  olaraq 
ingilis,  ərəb,  çin,  fransız,  rus  və  ispan  dilləri  iĢlənir.  BMT-nin  münaqiĢə  zonalarında 
yerləĢdirmək  üçün  müxtəlif  ölkələrin  hərbiçilərindən  təĢkil  olunmuĢ  və  "mavi 
dəbilqəlilər"  adlanan  sülhməramlı  qoĢun  kontingenti  də  vardır.  Ermənistan  ordusunun 
torpaqlarımızı  iĢğal  etməsi  məsələsi  dörd  dəfə  BMT-də  müzakirə  olunmuĢ,  bu  iĢğalı 
pisləyən və iĢğal olunmuĢ əraziləri qeyd-Ģərtsiz tərk etməyi tələb edən 822, 853, 874 və 
884 №-li qətnamələr qəbul edilmiĢdir. Təəssüf ki, BMT-nin bu qətnamələri indiyədək 
yerinə  yetirilməmiĢ  qalıb.  Beynəlxalq  birliyin  sanksiyalarına  məruz  qalmayan 
təcavüzkar isə bu qətnamələri yerinə yetirməkdən imtina edir. 
 
 

270 
 
Bu tarixi unutmayaq 
2. Xocavənd rayonunun işğalı günü 
“Düşmən Azərbaycana məqsədli şəkildə vurduğu bu ziyanın əvəzini mütləq alacaq, 
Qarabağ torpağı düşmən tapdağı altında qalmayacaq!” 
                                                                                                  
Ulu öndər Heydər Əliyev 
2  oktyabr  Xocavənd  rayonunun  Ermənistan  Silahlı 
qüvvələri  tərəfindən  iĢğal  edildiyi  tarixdir. 
Xocavənd  rayonu  1991-ci  ildə  Martuni  və  Hadrut 
rayonlarının  bazasında  yaradılıb.  Ərazisi  1458 
kvadrat kilometr olan rayonda 1 Ģəhər, 2 qəsəbə, 81 
kənd  olub.  Xocavəndin  azərbaycanlılar  yaĢayan 
Tuğ və Salakətin kəndləri 1991-ci il oktyabrın 30-
da, Xocavənd kəndi noyabrın 19-da, Naxullu kəndi 
isə 1992-ci il yanvarın 9-da iĢğal edilib. 1992-ci il fevralın 17-də isə ermənilər rayonun 
Qaradağlı  kəndinin  dinc  sakinlərinə  qarĢı  əsl  soyqırım  aktı  həyata  keçiriblər.  Hər 
tərəfdən  əlaqəsi  kəsilən  Qaradağlıya  hücum  edən  ermənilər  kəndi  yandıraraq,  dinc 
sakinlərə amansızlıqla divan tutublar. 800 nəfərdən çox sakini olan kənddə iĢğal zamanı 
118  nəfər  əsir  götürülüb,  33  nəfər  güllələnib.  Erməni  cəlladları  öldürülənləri  və 
yaralıları bir yerdə təsərrüfat quyusuna tökərək üstünü torpaqlayıblar. Ümumilikdə, əsir 
götürülənlərdən 68 nəfər öldürülüb, 50 nəfər böyük çətinliklərlə əsirlikdən azad edilib. 
Kənddə  200  ev,  bir  mədəniyyət  evi,  320  yerlik  orta  məktəb  binası,  25  çarpayılıq 
xəstəxana  binası  və  digər  obyektlər  dağıdılıb.  1992-ci  il  oktyabrın  2-də  rayonun 
Əmirallar, Muğanlı və Kuropatkin kəndləri, 1993-cü il iyulun 23-də GünəĢli, avqustun 
20-də  Xətai  kəndləri Ermənistan  Silahlı qüvvələri  tərəfindən  iĢğal  edilib  və  yandırılıb. 
DüĢmənə qarĢı mərdliklə vuruĢan xocavəndlilərin 145 nəfəri Ģəhid olub. Özünəməxsus 
təbii  sərvətləri, abidələri  olan qədim  yaĢayıĢ  məskənlərindən sayılan  Xocavənd son  20 
ildə ermənilər tərəfindən talanıb, abidələr dağıdılıb, zəngin təbii meĢələr qırılaraq məhv 
edilib, nadir bitki və ağac növlərinin kökü kəsilib. Prezident Ġlham Əliyevin tapĢırığı ilə 
Qaradağlı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində 
son illər xeyli iĢ  görülüb. 2008-ci il  oktyabrın 4-də Beyləqan rayonunda  xocavəndlilər 
üçün salınan qəsəbənin açılıĢında iĢtirak edən Prezident Ġlham  Əliyev demiĢdi ki, ―bu 
faciə  haqqında  hamı  bilməlidir.  Artıq  Qaradağlı  faciəsindən  bəhs  edən  ‖Soyqırım  - 
Qaradağlı‖  adlı  film  çəkilib,  bu  istiqamətdə  tədbirlər  indi  də  davam  etdirilir. 
Xocavəndlilər  ona  da  inanırlar  ki,  Prezident  Ġlham  Əliyevin  məqsədyönlü  siyasəti, 
qətiyyəti sayəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqiĢəsi həll olunacaq, 
iĢğal  altında  olan  bütün  ərazilərimiz  azad  ediləcək,  qətlə  yetirilən  günahsız  insanların 
qanı  yerdə  qalmayacaq.  ĠĢğal  altdakı  torpaqlarımızın  azad  olunması  onların  ruhuna 
rahatlıq bəxĢ edəcək. 
 
 
 
 
 

271 
 
30.Zəngilan rayonunun ermənilər tərəfindən işğalı günü (1993) 
“Zəngilanda Azərbaycan xalqının milli mədəniyyətini əks etdirən tarixi abidələr 
var. Azərbaycan xalqının həyatını əks etdirən tarixi hadisələr baş vermişdir. 
Zəngilanda keçmiş əsrlərdə də xalqımızın çox hörmətli, dəyərli insanları 
yaşayıblar, yaradıblar və beləliklə də Zəngilan həm öz təbiətinə görə, həm o torpaq 
üzərində insanların qurduqlarına, yaratdıqlarına görə və bugünkü nəsillərə 
çatdırdıqları  irsə görə Azərbaycanın qiymətli bir diyarıdır, qiymətli bir hissəsidir. ” 
Ümummilli lider Heydər Əliyev 
 Zəngilan  ərazisi  ən  qədim  insanların  yaĢayıĢ 
məskənlərindən 
hesab 
olunur. 
Bölgə 
ərazisində  mövcud  olan  bir  neçə  mağara 
(Əsgülüm və Süsən dağlarında) burada ibtidai 
insanların  yaĢayıĢından  xəbər  verir.  Ancaq 
rayon  kimi  Zəngilan  rayonu  1930-cu  ildə 
təĢkil  olunmuĢdur.  Rayonun  sahəsi  707  kv. 
km.,  əhalisi  isə  35.351  nəfər  olmuĢdur. 
Rayonda  bir  Ģəhər,  bir  Ģəhər  tipli  qəsəbə,  bir 
qəsəbə,  81  kənd  var  idi.  Mərkəzi  Zəngilan 
Ģəhəridir.  XX  əsrin  sonu  Azərbaycan  xalqının  tarixinə  faciələrlə  dolu  bir  dövr  kimi 
yazıldı.  Təqvimimizdə  daha  bir  qara  günün  sayı  artdı  –  29  Oktyabr  (1993-cü  il) 
Zəngilan müharibə alovunun qasırğasını 1990-cı ildən daha tez-tez hiss etməyə  baĢladı. 
Ermənilər  dəmir  yolunu  bağlayır,  qatarları  saxlayır,  adamları  girov  götürürdülər. 
Xronoloji ardıcıllığa qısa nəzər yetirək: 1992-ci ilin yanvar ayının sonunda ermənilərin 
Zəngilana  mütəĢəkkil  hücumları  baĢlayır.  Fevralın  1-də  GünqıĢlaq,  Qazançı,  Dərəli  və 
Vejnəli  kəndinə  basqın  edirlər.  Evlərə  od  vururlar.  Beləliklə,  bu  kəndlər  ermənilərin 
nəzarəti  altına düĢür.  2  həftə  sonra  Qazançı  və  Dərəli  kəndləri  azad  edilsə  də  Seyidlər 
kəndi mühasirədə qaldı. Bundan sonra ermənilərin növbəti hücumu iyunun 29-da oldu. 
Çox  ağır  və  qanlı  döyüĢlər  iki  saat  çəkdi.  Artıq  iyulun  6-da  düĢmən  rayon  mərkəzini 
atəĢə  tutur.  Bütün  yayı  Zəngilanın  kəndləri  və  rayon  mərkəzi  düĢmən  atəĢinə  məruz 
qalır. Bir müddət fasilə verdikdən sonra oktyabrın 20-də ermənilərin döyüĢ təyyarələri 
rayon  mərkəzini  bombalayır.  Dekabrın  10-da  Seyidlər  kəndi  yenidən  ermənilər 
tərəfindən  iĢğal  olunur.  Beləliklə  də,  1992-ci  ilin  sonuna  Zəngilanın  13  yaĢayıĢ 
məntəqəsi,  bir  çox  strateji  yüksəklikləri  düĢmənin  əlinə  keçir.  Bununla  da  rayonun 
iĢğalının  əsası  qoyulur.  Zəngilanda  nəyimiz  qaldı?  ZƏNGĠLAN  boyda  VƏTƏN; 
Dünyada II, Avropada I Nadir Çinar meĢələri;Torpaq üzərində olan bütün var-dövlət; 67 
məktəb, 56 kitabxana, 34 klub, 9 mədəniyyət evi, 7 xəstəxana, 6 iri dəmir yol stansiyası, 
2  Ģərab  zavodu,  Konserv  zavodu,  dəmir  yol  deposu...  Hazırda  Zəngilan  rayonunun 
məcburi 
köçkünləri  Bakıda  və  respublikamızın  43  rayonunda  müvəqqəti 
məskunlaĢmıĢdır.  Zəngilan  rayonunda  erməni  təcavüzü  nəticəsində  Milli  Ordunun  33 
nəfər  döyüĢçüsü  qəhrəmancasına  həlak  olmuĢ,  7  nəfər  polis  iĢçisi  itkin  düĢmüĢdür. 
Zəngilan  200  nəfərdən  çox  Ģəhid  vermiĢ,  12800  uĢaq  zərər  çəkmiĢ,  395  uĢaq  yetim 
qalmıĢdır. 44 nəfərin aqibəti bəlli deyil, 127 nəfər isə müharibə əlilidir 

272 
 
Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin