MƏDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adına respublika uşAQ



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə19/35
tarix31.01.2017
ölçüsü12,77 Mb.
#7089
1   ...   15   16   17   18   19   20   21   22   ...   35

17. Tibb işçiləri günü 
Yaxşı sağlamlıq ən böyük var dövlətdən bahadır. 
                                                                                                                  
Latın atalar sözü 
 
 
 
17 iyun tibb işçilərinin peşə bayramı günüdür. 
 
 
 
 
 
 
 
 
 
Ġnsan  üçün  çox  qiymətli  olan,  lakin  çox  vaxt  qayğısına  qalmadığı  ən  böyük  sərvət 
sağlamlıqdır. 
Ġnsan 
sağlamlığının 
keĢiyində 
isə 
tibb 
iĢçiləri 
durur.  
Azərbaycanda  tibbin  inkiĢafı  daha  çox  XX  əsrlə  bağlıdır.  Azərbaycan  Xalq 
Cümhuriyyəti yaradıldıqdan sonra onun həyata keçirdiyi sosial-mədəni tədbirlərdən biri 
də  sağlamlığın  mühafizəsi  ilə  bağlı  olmuĢdur.  Bununla  əlaqədar  olaraq  Nazirlər 
ġurasının 17 iyun 1918-ci il tarixli sərəncamı ilə Səhiyyə Nazirliyi təĢkil olunmuĢdur.  
Ġndi Azərbaycanda öz sənətinin sirlərinə dərindən bələd olan, insanların sağlamlığının 
keĢiyində duran minlərlə səhiyyə iĢçisi vardır. Azərbaycan Respublikasının Ümummilli 
lideri  Heydər  Əliyevin  sərəncamına  əsasən  Azərbaycan  Respublikası  Səhiyyə 
Nazirliyinin  yaradılmasını  nəzərə  alaraq  Tibb  iĢçilərinin  peĢə  bayramı  gününün  təsis 
edilməsi  haqqında  4  iyun  2001-ci  il  tarixli  sərəncamına  əsasən  hər  il  17  iyun 
Azərbaycan Respublikası tibb iĢçilərinin peĢə bayramı günü kimi qeyd olunur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

178 
 
      19.Ümumdünya uşaq futbolu günü 
 
 
 
 
 
 
 
 
 
Ġyunun 19-da Ümumdünya uĢaq futbolu günü qeyd olunur. Bu bayramı BMT gəncləri 
idmana  cəlb  etmək  üçün  təsis  etmiĢdir.  Beynəlxalq  uĢaq  futbolu  günü  BMT-nin  UĢaq 
Fondu UNĠSEF və FĠFA arasında 2001-ci ildə ―UĢaqlara səs verin‖ beynəlxalq hərəkatı 
çərçivəsində imzalanmıĢ saziĢ əsasında iyunun 19-da qeyd olunur. Həmin gün dünyanın 
müxtəlif  ölkələrində  uĢaq  futbol  komandalarının  iĢtirakı  ilə  idman  tədbirləri  keçirilir. 
Futbol dünyanın ən populyar oyunu olaraq qalmaqdadır. Futbolun populyarlığının sirri 
onun  sadəliyində  və  universallığındadır  –  onu  hər  yerdə  oynamaq  mümkündür.  Bütün 
xalqların  və  ölkələrin  uĢaqları  dərisinin  rəngindən  və  sosial  mənsubiyyətindən  asılı 
olmayaraq  futbol  komandalarında  və  ya  azarkeĢlər  kimi  birləĢərək  idman 
meydançalarında, 
stadionlarda 
topun 
ardınca 
qaçmağı 
sevirlər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

179 
 
23.Beynəlxalq Olimpiya Günü.   
 
 
23 iyun 1894-cü il. Beynəlxalq Olimpiya 
Komitəsi tərəfindən təsis edilmişdir.
 
  
Dörd ildən bir böyük səbrsizliklə izlədiyimiz 
Olimpiya Oyunlarının qədim olmaqla yanaşı,  
həm də keşmekeşli tarixi var. 
 
 
23 Ġyun - dünyada Beynəlxalq Olimpiya Günü kimi qeyd olunur. Qədim Yunanıstanda 
əsası qoyulan Olimpiya Oyunları bir növ dinə sitayiĢ, ibadət nəzəriyyəsinə əsaslanırdı. 
Olimpiya Oyunlarında fiziki bacarıq mənəviyyatla, incəsənətlə vəhdət təĢkil edirdi. Bu 
oyunların bərpası təĢəbbüsünü isə XIX-cu əsrin sonlarında fransız ictimai xadimi baron 
Pyer  de  Kuberten  verib.  1894-cü  ildə  Pyer  de  Kuberten  Beynəlxalq  Olimpiya 
Komitəsinin  yaradılması  təklifi  ilə  çıxıĢ  edir.  Həmin  konqresdə  ilk  Olimpiya 
Oyunlarının keçiriləcəyi yer də müəyyən olunub. Beləliklə ilk Oimpiya Oyunları 1896-
cı ildə Yunanıstanın paytaxtı Afina Ģəhərində keçirilib. Üzərində 5 halqa olan Olimpiya 
bayrağının  ideyasına  görə  halqalar  5  qitəni  göstərir:  göy,  sarı,  yaĢıl,  qara  və  qırmızı 
rəngli  halqaların  1-1nə  keçirilməsi  bu  qitələr  arasında  dostluğu  ifadə  edir. Dərisinin 
rəngindən, sosial, siyasi, dini əqidəsindən və idmana aid olmayan digər amillərdən asılı 
olmayaraq bütün qitələrin atletləri arasında vicdanlı, idman mübarizəsinin simvolu kimi 
qəbul edilib. 1992-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsi yaradıldı. 1997-ci ildən 
Milli  Olimpiya  Komitəsinə  Ġlham  Əliyevin  sədr  seçilməsi  isə  Azərbaycanda  olimpiya 
hərəkatına təkan oldu.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

180 
 
23. Dövlət qulluqçularının peşə bayramı 
 
23  iyun  ölkəmizdə  Dövlət  Qulluqçularının  peĢə 
bayramı  kimi  qeyd  olunur.  Dövlət  Qulluqçularının 
peĢə bayramı Prezident Ġlham Əliyevin 2006-cı il 25 
may  tarixli  sərəncamı  ilə  təsis  edilib.  1995-ci  ildə 
qəbul olunan Konstitusiya ölkəmizdə dövlət quruluĢu 
və  idarəçilik  prinsiplərini  təsbit  edir.  Ölkəmizdə 
Dövlət  qulluğu  sahəsində  aparılan  islahatların  ən 
mühüm  nəticələrindən  biri  2000-ci  il  iyulun  21-də 
qəbul  edilən  ―Dövlət  qulluğu  haqqında‖  Qanundur. 
Bu  Qanunla  Azərbaycanda  dövlət  qulluğu  sahəsində  vahid  dövlət  siyasətinin 
formalaĢdırılmasının  əsası qoyulub,  bu  sahədə  kadr siyasətinin  əsas prinsipləri,  dövlət 
qulluqçularının  cəmiyyətdəki  yeri,  onların  hüquq  və  vəzifələri  müəyyənləĢdirilib. 
Respublikamız müasir dünyada qəbul edilmiĢ dövlət idarəetmə sistemlərinə uyğun milli 
dövlət  quruculuğu  istiqamətində  islahatları  uğurla  davam  etdirir.  Bu  islahatlardan 
məqsəd çevik dövlət idarəçilik sisteminin formalaĢdırılması, insan və vətəndaĢ hüquq və 
azadlıqlarının  yüksək  dövlət  təminatına  nail  olunması,  bütövlükdə  Azərbaycanın 
beynəlxalq  aləmə  inteqrasiyası  prosesinin  sürətləndirilməsindən  ibarətdir.  Prezident 
Ġlham  Əliyevin  2005-ci  il  19  yanvar  tarixli  Fərmanı  ilə  Azərbaycan  Respublikasının 
Prezidenti  yanında  Dövlət  Qulluğu  Məsələləri  üzrə  Komissiya  yaradılıb,  onun 
Əsasnaməsi  təsdiq  edilib.  Komissiyanın  əsas  məqsədi  dövlət  qulluğu  sahəsində  qəbul 
edilmiĢ  normativ  hüquqi  aktların  tətbiqinin  təĢkil  edilməsi,  dövlət  qulluğu  üçün 
kadrların  müsabiqə  əsasında  seçilməsi,  yerləĢdirilməsi,  dövlət  qulluqçularının  ixtisas 
hazırlığının artırılması, qanunvericilikdə nəzərdə tutulan siyasətin həyata keçirilməsini 
təmin etməkdir. Ölkədə bu istiqamətdə həyata keçirilən tədbirlər dövlət qulluqçularının 
məsuliyyətini artırmaqla yanaĢı, sivil, demokratik və vətəndaĢ cəmiyyətinin tələblərinə 
cavab  verən  dövlət  idarəçiliyi  sisteminin  qurulmasında  da  mühüm  rol  oynayır.  Ġndi 
ölkəmizdə  fəaliyyət  göstərən  müxtəlif  nazirlik,  komitə  və  digər  qurumlarda  28  minə 
yaxın dövlət qulluqçusu çalıĢır. 10 mindən çox Ģəxs isə dövlət qulluqçusu kimi təqaüd 
alır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 

181 
 
26. Silahlı Qüvvələr günü 
 
 “Güclü dövlətin güclü ordusu olmalıdır. Azərbaycan güclü dövlətdir və Azərbaycanın 
güclü ordusu var. Azərbaycan ordusuna eşq olsun! Yaşasın Azərbaycan!” 
                                                               Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 
 
 
Azərbaycan  Respublikası  Silahlı  Qüvvələri  günü 
—  Azərbaycan  Silahlı  Qüvvələrinin  yaranma 
tarixi kimi qeyd edilən rəsmi bayram.
 
Ġlk  dəfə  Azərbaycan  Respublikası  Prezidentinin 
1992-ci il 18 sentyabr tarixli fərmanı ilə təsis edilmiĢ 
və  1991-ci  ildə  Azərbaycanın  dövlət  müstəqilliyinin 
bərpasından 
sonra 
Azərbaycan 
ordusunun 
yaradılması  barədə  Azərbaycan  Ali  Sovetinin 
qərarının  qəbul  edildiyi  tarix  –  9  oktyabr, 
Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan 
edilmiĢdir.  Azərbaycan  Respublikası  Prezidentinin 
22  may  1998-ci  il  tarixli  Fərmanına  əsasən  həmin 
fərman  qüvvədən  düĢürülmüĢ  və  26  iyun  tarixi 
Azərbaycan  Respublikası  Silahlı  Qüvvələri  günü  elan  edilmiĢdir.  Azərbaycan 
ordusunun  Hüseyn  xan  Naxçıvanski,  Ġbrahim  ağa  Usubov,  Həmid  QaytabaĢı,  Kazım 
Qacar,  Cavad  bəy  ġıxlinski,  Həbibbəy  Səlimov  kimi  generalları  olmuĢdu.  Azərbaycan 
dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz hərbi sahədə ciddi böhranla üzləĢdi. 
Nizami orduya malik olmayan Azərbaycanın qarĢısında duran əsas iĢ Qarabağ uğrunda 
gedən  döyüĢlərdə  vəziyyəti  nəzarət  altına  almaq  idi  ki,  bu  da  çox  çətinliklə  həyata 
keçirilirdi.  Ordunun  maddi-texniki  təminatı  problemlərlə  müĢayiət  edilirdi.  Ancaq 
tədricən  müharibədəki  məğlubiyyətlərin  qarĢısını  almaq  üçün  ölkənin  bütün  imkanları 
milli  ordu  quruculuğuna  səfərbər  edildi.  Könüllü  batalyonlardan  nizami  orduya  doğru 
ilk ciddi addımlar atıldı. Qismən hərbi səfərbərlik və orduya çağırıĢ iĢi yoluna qoyuldu. 
Ölkəmizdə  peĢəkar  ordu  quruculuğunun  əsası  isə  1993-cü  ilin  sonlarında  qoyuldu. 
Məhz  həmin  vaxtdan  ordu  quruculuğuna  elmi  prinsiplərlə  yanaĢıldı,  silahlı  qüvvələr 
pərakəndəlikdən  xilas  oldu,  ordudakı  siyasiləĢməyə  son  qoyuldu.  Heydər  Əliyev 
hakimiyyəti dövründə həm prezident, həm də ali baĢ komandan olaraq, ordunun qüdrətli 
olmasına diqqəti yönəltdi. Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan 
Milli  Ordusu  Hərbi  Hava  və  Hava  Hücumundan  Müdafiə,  Hərbi  Dəniz  və  Quru 
qoĢunlarından  ibarətdir.  Bu  qoĢun  növləri  potensial  rəqiblə  qırıcı  və  bombardmançı 
təyyarələrlə  effektiv  mübarizə  aparmaq  iqtidarındadır.  MDB  çərçivəsində  Azərbaycan 
hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti 
ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları 
da geniĢlənir. 
 
 

182 
 
 
26. Narkomaniya ilə beynəlxalq mübarizə günü 
 
Narkomaniya  ―ağ  ölümdür‖,  həyatdan  üz  çevirməkdir. 
―Narkomaniya‖  və  ―ölüm‖  sözləri  bu  gün  insanların 
təsəvvüründə 
sinonim 
sözlərə 
çevrilib. 
Müasir  dövrümüzdə  insanlıq  üçün  böyük  bəla  olan 
narkomaniya  bütün  dünyada  geniĢ  yayılmıĢdır.  Bu  bəla  ilə 
mübarizə  etmək  bir  o  qədər  asan  deyil.  Narkotik  maddə 
alverçiləri  uĢaqların  çox  olduğu  yerlərdə  olur,  onlara  həmin 
məhsulları  təklif  edirlər.  Pul  qazanmaq  naminə  onlar 
insanları,  xüsusilə  uĢaqları  ölümə  aparan  bu  pis  vərdiĢə 
alıĢdırırlar.  Narkotik  maddələr  müxtəlif  çeĢidlidir.  Daha  çox  yayılanları  isə  xaĢxaĢ, 
tiryək,  marixuana,  heroin,  kokain  və  s.-dir.  Son  illər  kimyəvi  laboratoriyalarda 
hazırlanan  yeni  sintetik  narkotik  maddələr  meydana  gəlmiĢdir.  Bunlar  xüsusilə 
təhlükəlidir, çünki birinci dəfədən adamı özünə alıĢdıra bilir. Narkotiklərdən asılılıq ağır 
xəstəliyə - narkomaniyaya gətirib çıxarır.  
Narkotik  maddələr  insan  sağlamlığına  bərpaedilməz  ziyan  vurur,  fiziki  qüvvələri 
tükəndirir,  bədənin  çəkisi  birdən-birə  azalır,  ümumi  zəhərlənmə  baĢ  verir. 
Narkomaniya  keçici xəstəliklərin  sürətlə  yayılmasına  səbəb  olur.  Narkotik  maddələrin 
bir  çoxu  Ģprislə  qana  ötürüldüyündən  və  narkoman  qrupları  daxilində  eyni  Ģprisdən 
istifadə edildiyindən narkomanlar arasında QĠÇS və baĢqa xəstəliklərə tutulmuĢ insanlar 
çoxdur. Ən dəhĢətlisi odur ki, bir neçə dəqiqə ərzində baĢ beyin zədələnə və bununla da 
yaĢaya-yaĢaya  Ģikəstlik  əmələ  gələ  bilər.  Belə  halda  adam  düĢünmək,  hərəkət  etmək, 
reaksiya  vermək  qabiliyyətini  itirir,  danıĢmaq  və  müxtəlif  əĢyalardan  istifadə  etmək 
imkanından 
məhrum 
olur. 
Bu 
vəziyyət 
illərlə 
davam 
edə 
bilər. 
Narkotik maddələrin gənc nəsillər arasında yayılması təhlükəsini nəzərə alaraq, bir çox 
ölkələr  "Narkotiksiz  gələcək  naminə"  milli  proqramlar  qəbul  edirlər.  Buraya  təhsil 
ocaqlarında,  hüquq  mühafizə  orqanlarında,  təĢkilatlarda  narkomaniyanın  ziyanı 
haqqında maarifləndirilmə kampaniyaları daxildir. Bu kampaniyalar kütləvi informasiya 
vasitələri,  o  cümlədən  internet  Ģəbəkəsi  vasitəsilə  aparılır.  Narkomaniya  ilə  bağlı 
problemləri  daim  ictimaiyyətin  nəzarəti  altında  saxlamaq  məqsədilə  BMT  iyun  ayının 
26-nı Narkomaniyaya və Narkobiznesə qarĢı Beynəlxalq Mübarizə Günü elan etmiĢdir. 
 
 
 
 
 
 
 
 
 
 

183 
 
Yubilyar yazıçı və şairlər 
21.Yazıçı Qərib Mehdinin anadan olmasının 80 illiyi (1936) 
“Qərib Mehdi əsərlərini (kiçik hekayə və yaxud publisist yazıları da) sevgiylə, məxsusi 
isti ilə, nəvazişlə yazır, yox bu azdır; “ədəbi portretlərini” o, daha böyük maraqla, 
sərt-soyuq ağılla rəsm edir.”   
                                                                        H.Zərdabi və ―Qızıl qələm‖ mükafatçısı F. Ruzigar 
Nasir, publisist,  jurnalist 1968
ci ildən Azərbaycan 
Yazıçılar Birliyinin, 1976
cı ildən Azərbaycan 
Jurnalistlər İttifaqının  üzvü Mehdiyev Qərib Qasım oğlu 
çoxsaylı fəaliyyətinə görə 1991
 ci ildə ―Həsən bəy Zərdabi‖, 
―Məmməd Araz‖ ali  ədəbi mükafatına,  bir illik prezident 
təqaüdünə, ―Əməkdar jurnalist‖ adına,  BMT
nin ―Şərəf 
və vicdan‖ ordeninə layiq görülmüşdür.
 
 
 
Mehdiyev Qərib Qasım oğlu 1936
‐cı il iyunun 21‐də  Azərbaycanın   QutqaĢen (indiki 
Qəbələ) 
rayonunun 
Mirzəbəyli  
  
kəndində  
anadan  olmuĢdur.    1943
‐cü 
ildə   Gəncə   Ģəhərinə   köçmüĢ   və   3  saylı  fəhlə
‐gənclər  axĢam  məktəbini  bitirmiĢdir 
(1955).  1956
‐cı  ilildən  bədii  yaradıcılıqla  məĢğuldur.  1958‐ci  ildə   ―Ədəbiyyat 
və   incəsənət‖  qəzetində   ilk  mətbu   əsəri  ―ĠĢığın  qəzəbi‖  adlı  satirik  hekayəsi  dərc 
olunub.  1967
‐ci ildə ―ĠĢıq‖ adlı ilk  kitabı çapdan çıxıb.   Q.Mehdi 39 kitabın, yüzlərlə 
publisist  məqalənin  müəllifidir.  Əsərləri  tərcümə  olunaraq  dünyanın  18  ölkəsində  çap 
edilmiĢdir.  Qərib  Mehdi  insan  xarakterinin  müĢahidəsi  və  təsvirinin  ustasıdır.  Bunu 
onun  bütün  əsərlərində  görürük.  Yazıçı  fərdin  və  mühitinin  astarına  varmaqla  Qərib 
Mehdinin  nasir  qələmi  sanki  peĢənin  sirlərinə  bir  köynək  də  yaxın  olduğunu  təsdiqə 
yetirir.  
 
Əsərləri: ―ĠĢıq‖ (1967), ―Yaralı mərmər‖ (1969), ―Rast‖ (1973), ―Təmiz hava‖ (1980), 
―Qəhqəhə‖ (1993), ―Xatırlanmaq xoĢbəxtliyi‖ (2000), ―Hamını oxumağa çağıran adam‖ 
(2000),  ―Bulanma, könül çayım‖ (2002), ―Göyçəgülü‖ (2002), ―Səbuhinin hekayələri‖ 
(2003), ―Bu qızı eĢit, Ġlahi‖ (2003) və s. 
 
 
 
 
 
 
 
 
 
 
 
 

184 
 
Xarici ədəbiyyat 
14.Amerika yazıçısı H.Biçer-Stounun anadan olmasının 205 iliiyi (1811-1896). 
 
Harriet Biçer Stou 1811-ci il iyunun 14-də Amerikanın 
Ģimalındakı kiçik bir Ģəhərdə-Liçfilddə məĢhur din xadimi 
Layman Biçerin ailəsində dünyaya göz açmıĢdır. Atası 
ABġ-ın az-çox tanınan adamlarından biri idi. Layman 
ailənin uĢaqlarının hamısına yaxĢı tərbiyə və təhsil 
vermiĢ, onların cəmiyyətdə layiqli insan kimi 
yaĢamalarına qayğı və nəvaziĢ göstərmiĢdir. "Xanım 
Biçer Stou" məqaləsinin elə ilk sətirlərində qadınların 
cəmiyyətdəki rolu və mövqeyi yüksək qiymətləndirilir: 
"KiĢilərdə qadınların haqqı çoxdur. Onlar dünyada çox 
yaxĢılıqlar etmiĢlər. MəĢhur qadınlar hər bir vilayətdə və hər bir əsrdə olmuĢlar. Belə ki, 
bunların hər birindən bir əhvalat yazılmıĢ olsa, neçə cild kitab meydana çıxar. Həmin 
qadınlardan ən mötəbərlərindən və bizə bilinməsi lazım olanın biri də ədibə Harriet 
Biçer Stoudur". Stoular ailəsi Nyu-York yaxınlığındakı kiçik bir əyalət Ģəhərində 
yaĢayarkən, Harriet əyalətdəki qara dərili qulların ağır və dözülməz həyatı, Amerika 
zəncilərinin hüquqsuzluqları barədə "Tom dayının daxması" adlı iri bir roman yazmaq 
fikrinə düĢür. Dünya Ģöhrətli ―Tom dayının koması‖ əsəri Ġngiltərədə 35 dəfə nəĢr 
olunmuĢ, 20 dünya xalqları dilinə tərcümə edilmiĢdir. H.B.Stou ibtidai məktəbi 
qurtarandan sonra təhsilini böyük bacısının açdığı məktəbdə davam etdirir. Bu məktəbi 
qurtarandan sonra elə oradaca- Qərbi Qadın Ġnstitutunda müəllimliyə baĢlayır. Onun 
ədəbiyyat aləminə gəliĢi həyatının bu dövrü ilə bağlıdır. Gənc müəllim məktəbyaĢlı 
uĢaqlar üçün hekayələr yazıb, Amerikanın bir sıra mətbu orqanlarında çap olunur. 
Gərgin zehni əməkdən yorulsa da, Harriet Biçer Stou Amerika zəncilərini öz azadlığı 
uğrunda mübarizəyə çağırir, ciddi mütaliə edir, fürsət tapdıqca zəncilərin həyatına aid 
bir-birindən maraqlı yazılar yazırdı. 
H.B.Stonun "Tom dayının koması"  əsərini Azərbaycan dilinə yazıçı Hidayət Orucov 
tərcümə  etmiĢdir.  
 
 
 
 

185 
 
22.İngilis yazıçısı, dünya macəra ədəbiyyatının klassiki Henri Haqqardın anadan 
olmasının 160 illiyi (1856-1925) 
 
 
 
 
Ġngilis  yazıçısı,  dünya  macəra  ədəbiyyatının  klassiki  Henri  Rayder  Heqqard  22  iyun 
1856-cı  ildə  Ġngiltərədə  anadan  olub,  məktəbi  bitirdikdən  sonra  atası  tərəfindən 
Londona,  Xarici  ĠĢlər  Nazirliyində  iĢləmək  üçün  hazırlaĢmağa  göndərilir.  Lakin 
diplomatik  xidmətə  qəbul  edilə  bilməyən  gələcək  yazıçı  1875-ci  ildə  Cənubi  Afrikaya 
gedir və burada katib kimi iĢləməyə baĢlayır. Bir müddət vəkil kimi fəaliyyət göstərir, 
lakin bu iĢ onu cəlb etmir və o, yazmağa baĢlayır. Tarixi, psixoloji, fantastik hekayələr 
yazaraq özünü sınayan Heqqarda Cənubi Afrikada  macəralar haqqında yazdığı  əsərlər 
dünya Ģöhrəti gətirmiĢdir. Bu əsərlərdəki fantastika elementi onların belə geniĢ Ģəkildə 
populyarlıq qazanmasında  əhəmiyyətli  rol  oynamıĢdır.  Heqqardın  populyar  qəhrəmanı 
bəyaz dərili ovçu və macəra axtaran Allan Kvotermeyn onun bir çox əsərlərinin mərkəzi 
personajıdır.  ―Allanın  arvadı‖,  ―Mayvanın  qisası‖,  ―Mari‖,  ―Fırtına  övladları‖, 
Cess‖, ―Beatris‖, ―Kleopatra‖ və s. əsərlərin müəllifidir.  H.R.Heqqard  14 may 1925-
ci ildə vəfat etmiĢdir. 
 
 
 
 
 
 
 

186 
 
Milli qəhrəmanlıq zirvəsi 
6.Sədiyev Vəzir İsa oğlunun 55 illiyi (06.06.1961-19.02.1993) 
Vəzir Sədiyev — Azərbaycanın Milli Qəhrəmanı; 
 Qarabağ müharibəsi şəhidi. 
 
 
 
 
 
  
6 iyun 1961-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunun AĢağı Qullar 
kəndində anadan olmuĢdur. Orta təhsilini Qərbi Azərbaycanda alan Vəzir daha sonra 
Tbilisi Ali Hərbi Artilleriya Məktəbinə daxil olur. 
Vəzir Sədiyev  Əfqanıstan müharibəsində iĢtirak etmiĢdi. O, yüksək səviyyəli xidmətinə 
görə mayor rütbəsi də almıĢdı. DəhĢətli Xocalı soyqırımından sonra könüllü olaraq 
müharibəyə qoĢulmağı qərara alır. Vəzir Laçın, Qubadlı, Füzuli, Ağdərə rayonlarında 
gedən döyüĢlərdə iĢtirak etdi. Milli Orduda artilleriya hissələrinin yaradılmasında onun 
böyük xidmətləri olmuĢdĢur. 1993-cü il 19 fevral Həsənriz kəndi uğrunda gedən 
döyüĢlərdə cəsur komandir Vəzir Sədiyev qəhrəmancasına həlak oldu. Ailəli idi, bir 
övladı qalıb. Bakı Ģəhərinin ġəhidlər xiyabanında dəfn edilib. 
Azərbaycan  Respublikası  prezidentinin 15  yanvar 1995-ci  il  tarixli  262  saylı 
fərmanı  ilə  Sədiyev  Vəzir  İsa  oğluna  ölümündən  sonra  "Azərbaycanın  Milli 
Qəhrəmanı" adı verilmişdir. 
 
 
 
 
Qəhrəman Mehdilərə, 
 
 
 
Həzilərə həsədim, 
                         Cəbhələrdən dönməyən 
                             Atalara həsrətim –  
                            Hərbi andımdır mənim. 
                                                                                  Ələmdar Quluzadə 
 
 
 
 
 
 
 
 
 
 
 

187 
 
 
15.Salahov Şakir Şamil oğlunun 50 illiyi (15.06.1966-28.01.1992) 
 
  
Salahov Şakir — Azərbaycanın Milli Qəhrəmanı. 
 
 
 
 
 
 
Salahov  ġakir  ġamil  oğlu  15 iyun 1966-cı  ildə Xocalı rayonunun  Cəmilli  kəndində 
anadan  olmuĢdur. 1981-ci  ildə Cəmilli kənd  orta  məktəbini  bitirmiĢdir. 1984-cü  ildə 
hərbi  xidmətə  çağırılır. 1986-cı  ildə  xidmətini  baĢa  vurur  və  Xankəndi Daxili  ĠĢlər 
ġöbəsinə  iĢə  qəbul  olunur.  Qarabağ  müharibəsinin  cəsur  döyüĢçüsü  ilk  günlərdən 
erməni 
yaraqlılarının 
hücumlarının 
qarĢısını 
məharətlə 
alırdı. 1991-ci 
il 
26 fevral ermənilər Cəmilli kəndinə  hücum  edəndə  ġakir  xeyli  sayda  qulduru  məhv 
etmiĢdi. 1991-ci  il  23 avqust erməni  quldurları Kosalar-Cəmilli  kəndləri  arasındakı 
"Darlı" adlanan yerdə "UAZ" markalı maĢını atəĢə tutdular. Bu hadisə zamanı üç nəfər 
Ģəhid  oldu.  Erməni  quldurlarını  taparaq  məhv  edən  ġakir  Ģəhidlərin  qanını  yerdə 
qoymadı. 1992-ci  il  28 yanvar Ağdam ġuĢa istiqamətində  uçan  vertolyot  ermənilər 
tərəfindən  vuruldu,  ermənilərə  əsir  düĢməmək  üçün  vertolyotdan  hərkəs  özünü  ataraq 
həlak etdi, onların arasında ġakir Salahov da var idi. Subay idi. Bərdə Ģəhərinin ġəhidlər 
xiyabanında dəfn edilmiĢdir. 
Azərbaycan  Respublikası Prezidentinin 8 oktyabr 1992-ci  il  tarixli  264  saylı 
fərmanı  ilə  Salahov  Şakir  Şamil  oğluna  ölümündən  sonra  "Azərbaycanın  Milli 
Qəhrəmanı" adı verilmişdir. 
 
                                                        Ünvansız ölənləri 
Axı, necə unudum? 
Bir naməlum əsgərin 
Qəbri üstdə sükutum – 
Hərbi andımdır mənim 
                                                                                                              Ələmdar Quluzadə 
 
 
 
 
 

188 
 
Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin