MƏDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adına respublika uşAQ


Yubilyar yazıçı və şairlər



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə21/35
tarix31.01.2017
ölçüsü12,77 Mb.
#7089
1   ...   17   18   19   20   21   22   23   24   ...   35

Yubilyar yazıçı və şairlər 
1.Yazıçı Əlisəfa Azayevin anadan olmasının 65 illiyi (01.07.1951) 
 “ 
Əlisəfa Azayev 
 həmişə qələminə və mövzularına sadiqliyi ilə seçilmişdir”. 
                                                                                                 Flora Xəlilzadə 
Azayev Əlisəfa Soltan oğlu – nasir, 1993- cü ildən  
Azərbaycan Yazıçılar Birliyinin üzvü. 
 
 
 
 
 
 
1951-ci  il  iyulun  1-də  Azərbaycanda  Kürdəmir  rayonunun  Qaramahmudlu  kəndində 
anadan olmuĢdur. Orta məktəbi bitirdikdən sonra bir il kolxozda iĢləmiĢdir. M. Ə. Sabir 
adına ġamaxı pedoqoji məktəbində təhsil almıĢdır (1968-1970). Kürdəmir rayonu SüĢün 
kənd  səkkizillik  məktəbində  bir  il  müəllim  iĢlədikdən  sonra  ordu  sıralarında  hərbi 
xidməti borcunu yerinə yetirmiĢdir (1971-1973). Ordudan tərxis olunub Ərəbxana kənd 
orta  məktəbində  müəllim  (1973-1979),  ―Bilik‖  cəmiyyətinin  Kürdəmir  rayon 
təĢkilatının  məsul  katibi  (1979-1982),  orada  xalq  deputatları  soveti  Ġcraiyyə  komitəsi 
təĢkilat  Ģöbəsinin  müdiri  (1982-1995)  iĢləmiĢdir.  Hazırda  ədliyyə  orqanlarında  çalıĢır. 
Azərbaycan  Dövlət  Universitetində  Konstitusiya  hüququ  üzrə  aspiranturada  təhsilini 
davam  etdirmiĢdir  (1992-1996).  Ədəbi  fəaliyyətə  70-ci  illərdən  baĢlamıĢdır.  Dövri 
mətbuatda  vaxtaĢırı  çıxıĢ  edir.  Onun  əsərləri  zəngin  müĢahidə  əsasında  yazılıb. 
Ġnsanlarda  düzlük,  zəhmətsevərlik,  dözümlülük,  özündən  böyüklərə  hörmət,  kiçiklərə 
qayğı göstərmək kimi məziyyətləri tərbiyə etmək məqsədi daĢıyır. Müasirlərinin həyatı, 
arzu və düĢüncələri, üzləĢdikləri bir sıra çətinliklər, həyat həqiqətləri, reallıqlar Əlisəfa 
müəllimin  hekayələrinin  baĢlıca  xüsusiyyətidir.  Çünki  yazıçının  mövzuları,  həm  də 
bədii  imkanları  bir-birini  tamamlayır.  Xüsusilə  də  prokurorluq  və  hüquq  mühafizə 
orqanlarından  yazdığı  silsilə  əsərlər  Əlisəfa  Ağayevin  detektiv  janrda  yazan  peĢəkar 
yazıçı  kimi  səciyyələndirir.  Ə.  Ağayevin  nəsrində  diqqəti  çəkən  bir  məsələ  oxucunun 
ürəyindən  xəbər  verir.  Bütün  qaranlıqların  bağrını  mütləq  iĢıq  yaracaq.    Həqiqət 
qalibdir,  haqq  basılmaz!  Qələmə  aldığı  hər  bir  hadisədə  maraqlı  sujet  xətti  qurmaq, 
oxucunu intizarda saxlamaq, qəhrəmanlarının mənəviyyatını ustalıqla açmağı bacarmaq, 
Ə. Ağayevi oxucularına sevdirən cəhətlərdəndir.   
Əsərləri: ―Yeddi il sonra‖ (1979), ―Çin qızılgülü‖ (1987), ―Gecə yarı sui-qəsd‖ (1991), 
―Kürdəmir Ģəhidləri‖ (1995), ―Sirli qətl‖ (1996), ―Gözlənilməyən hadisə‖ (1996), 
―Amansız qatil‖ (1997), ―Qürbət ellərdə‖ (2000),  ―Əsgər anası‖ (2000), ―Prokuror qızı‖ 
(2001), ―Sahildə qətl‖ (2002), ―Qatarda hadisə‖ (2002), ―Qanlı gündəlik‖(2002), 
―Günahsız məhbus‖ (2003)  və s. 
 
 
 
 

200 
 
9.Yazıçı Şamo Arifin anadan olmasının 80 illiyi (1936) 
 
 
Rəhimov Arif Süleyman oğlu- nasir, 1964- cü ildən 
Azərbaycan Yazıçılar Birliyinin üzvü, geologiya-
mineralogiya elmləri namizədi (1965),  ―Qızıl qələm‖ 
mükafatı laureatı.  
 
 
 
 
ġamo  Arif  1936-cı  il  iyulun  9-da  Qubadlı rayonunun  Əyin  kəndində  anadan  olub.  O, 
geologiya  və  mineralogiya  üzrə  tanınmıĢ  alimdir.  Bakıda  7  saylı  orta  məktəbi 
bitirdikdən  sonra  Azərbaycan  Dövlət  Neft  və  Kimya  Ġnstitutunun  geoloji  kəĢfiyyat 
fakultəsində  təhsil  almıĢdır  (1954-1959).  Azərbaycan  Neft  Sənayesi  Elmi  –  Tədqiqat 
layihə  Ġnstitutunda  kollektor-fəhlə,  texnik,  baĢ  texnik,  mühəndis,  aspirant,  baĢ 
mühəndis,  kiçik  elmi  iĢçi,  baĢ  elmi  iĢçi,  aparıcı  elmi  iĢçi,  eyni  zamanda 
―Azərekspertiza‖  Birliyinin  direktoru  vəzifələrində  iĢləmiĢdir  (1959-2003).  ―Kiçik 
Qafqazın  Ģimal-  Ģərq  dağətəyinin  geotektonik  inkiĢafının  riyazi  üsulla  öyrənilməsi  və 
Mezozoy  çöküntülərinin  neft-qazlılıq  perspektivliyi‖  mövzusunda  namizədlik 
dissertasiyası  müdafiə  etmiĢdir  (1965).  Neft  geologiyasına  dair  50-dək  elmi  əsərin 
müəllifidir. Ədəbi fəaliyyətə 1957- ci ildə  ―Azərbaycan qadını‖ jurnalında çap olunan 
―QoĢa çinar‖ hekayə-əfsanəsi ilə baĢlamıĢdır. Az sonra 1964-cü ildə "Göz dağı" povesti 
və  "Anamın  yuxusuna  girməsin"  romanını  çap  etdirib. Sonuncu  romanı  "Qınamayın 
məni" olub. Dövri mətbuatda əsərləri vaxtaĢırı dərc edilmiĢdir. 90 - cı illərdə baĢ verən 
ictimai siyasi hadisələr haqqında mülahizələri ölkədə və xarici mətbuatda dərc olunmuĢ, 
efirdə  yayılmıĢdır.  1954-cü  ildən  Neft  Sənayesi  Elmi-Tədqiqat  Layihə  Ġnstitutunda 
çalıĢan alim 1995- ci ildə Geoloji- kəĢfiyyat ümumiləĢdirməsi laboratoriyasında aparıcı 
elmi iĢçi iĢləmiĢdir. 
  
Əsərləri: ―Xəzər və neft‖ (1961), ―Göz dağı‖(1964), ―Anamın yuxusuna girməsin‖ 
(1974), ―Qınamayın məni‖ (1992) və s. 
 
 
 
 
 
 
 
 
 
 
 

201 
 
31.Şair, publisist Əlisəttar İbrahimovun anadan olmasının 120 illiyi (1896-1937)  
 
 
 
İbrahimov Əlisəttar Murad oğlu – şair, publisist,  
1934- cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. 
 
 
 
 
 
 
1896-cı  il  iyulun  31-də  Bakı  quberniyasının  Balaxanı  kəndində  anadan  olmuĢdur. 
Ġbtidai təhsilini kənd mədrəsəsində almıĢdır. Ağır vəziyyətə görə təhsilini davam etdirə 
bilməmiĢ,  Balaxanıda  fəhləlik  etmiĢdir.  Azərbaycanda  Sovet  hakimiyyəti  qurulduqdan 
sonra  müxtəlif  vəzifələrdə  çalıĢmıĢdır.  Bakı  Əmək  Birjasının,  Azərbaycan  Fövqəladə 
Komissiyasının  katibi,  Azərbaycan  xalq  sənaye  ticarəti  komissarlığında  Ģöbə  müdiri, 
Azərbaycan  xalq  ictimai  təminat  komissiyasının  müdiri,  Gürcüstan  SSR  Tbilisi 
Ģəhərində ―Yeni kənd‖ qəzetinin redaktoru, Göyçay Rayon Komitəsinin birinci katibi və 
s. vəzifələrdə iĢləmiĢdir. Bədii yaradıcılığa inqilabdan əvvəl baĢlamıĢdır. Ədəbi- tənqidi 
və  publisist  məqalələri  ilə  yanaĢı,  onun  Ģeirləri  dövri  mətbuatda  müntəzəm  çap 
edilmiĢdir. M. Y. Lermontovun ―Mələk‖ Ģeirini ilk dəfə tərcümə etmiĢdir. 1938- ci ildə 
cəza tədbirləri dövründə həlak olmuĢdur. 
  
Əsərləri: ―ġahzadə və dilənçi‖ (1912), ―Ġki güzgü‖ (1913), ―Dirilik suyu‖ (1914), 
―Dəmir pəncə‖ (1923) və s. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

202 
 
Xarici ədəbiyyat 
8.Fransız şairi, təmsilçi Jan de Lafontenin anadan olmasının 395 illiyi.  
(08.07.1621-1695)  
Lafonten təmsilləri təkcə fransız ədəbiyyatının deyil, dünya ədəbiyyatının incisi hesab 
olunur. Süjet xətti real həyatdan və qədim yunan klassikləri Fedr və Ezopdan, hind, 
ərəb nağıllarından götürülmüşdür.
  
 
 
 
 
 
 
 
 
 
 
Fransız  Ģairi,  təmsilçisi  Jan  de  La  Fonten  8  iyul  1621-ci  ildə  Fransada,  ġato-Tyerridə 
anadan  olmuĢdur.  Atası  meĢə  idarəsində  iĢlədiyi  üçün  gələcək  Ģairin  uĢaqlığı  da 
meĢələrdə,  çöllərdə  keçmiĢdir.  1647-ci  ildə  atası  onu  özünün  vəzifəsinə  keçirir  və 
evlənməyə  vadar  edir.    Lakin  La  Fonten  tezliklə  Parisə  köçür,  burada  öz  istedadının 
pərəstiĢkarlarının əhatəsində yaĢayır və çox gec-gec doğma yerləri və ailəsini yad edir. 
Parisdə  böyük  uğur  qazanan  Ģair  Ģahzadə  Konde,  LaruĢfuko,  madam  de  Lafayet  kimi 
görkəmli Ģəxslərlə dost olsa da, saraya yol tapmır. Çünki XIV Lüdovik onu xoĢlamırdı. 
Məhz bu səbəbdən də o, yalnız 1684-cü ildə Fransa Akademiyasının üzvü seçilir.  
1692-ci  ilin  dekabrında  Ģair  xəstələnir  və  həyata  marağını  itirərək  dinə  üz  tutur.  La 
Fonten  1695-ci  ildə  vəfat  edir.  Yaradıcılığının  ilk  illərində  ―Xacə‖  komediyasını, 
―Adonis‖  poemasını,  1664-cü  ildən  isə  ―Nağıllar‖ını  dərc  etdirir.  1668-ci  ildən  onun 
təmsilləri çapdan çıxır. Onun ilk təmsilləri didaktik, sonrakı təmsilləri isə didaktika ilə 
Ģəxsi hisslərinin ötürülməsidir. ―Psixeya və Kupidonun məhəbbəti‖ povestinin, ―Xına 
ağacı haqqında poema‖nın müəllifidir. Lakin o, daha çox təmsilləri ilə tanınır və onun 
bu janrda yazdığı əsərlər dünya ədəbiyyatının incisi hesab olunur.  
 
 
 
 
 

203 
 
22.Rus yazıçısı Sergey Baruzdinin anadan olmasının 90 illiyi (22.07.1926-1991)  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Rus  sovet  yazıçısı  Sergey  Alekseyeviç  Baruzdin  22  iyul  1926-cı  ildə  Moskvada 
anadan  olmuĢdur.  1938-ci  ildə  özünün  ilk  hekayələrini  ―Pioner‖  jurnalında  nəĢr 
etdirən  S.A.Baruzdin  1958-ci  ildə  M.Qorki  adına  Ədəbiyyat  Ġnstitutunu  bitirmiĢdir. 
Əsasən  uĢaqlar  və  gənclər  üçün  əsərlərin  müəllifi  olan  yazıçı  böyüklər  üçün  ―Qət 
olunmuşun  təkrarı‖  romanının,  ―Qadınlar  haqqında  povest‖in,  ―Mən  bizim 
küçəni  sevirəm...‖  adlı  povest  və  hekayələr  toplusunun  müəllifidir.  1965-ci  ildən 
―Xalqlar  dostluğu‖  jurnalının  baĢ  redaktoru  olmuĢdur.  Yazıçının  ―Svetlana 
haqqında‖, ―Bu evi kim tikib‖, ―Yeni həyətlər‖, ―Dünən olanlar‖ və s. kitabları 
var.
 
Sergey  Baruzdinin  uĢaqlar  üçün  yazdığı  əsərlər:  ―Balacalar  ona  yolka 
deyirdilər‖  (tərcümə  edəni  Həsən  Əliyev  və  Mirvarid  Dilbazi),  ―Dəniz  necədir‖    
(tərcümə edəni   G.Həsənzadə), ―On üç yaşında‖, ―Son güllə‖ və s. 
S.A.Baruzdin 4 mart 1991-ci ildə vəfat etmiĢdir.  
 
 
 
 
 
 
 
 
 
 

204 
 
26.İngilis yazıçısı, dramaturq Corc Bernard Şounun anadan olmasının 160  
     illiyi (26.07.1856-02.11.1950)  
“İnsan kərpic kimidir – yandıqca möhkəmlənər. Əgər xoşbəxtliyi təqib edərək, bir 
zaman ona qovuşa bilsəniz, onda öz eynəyini axtaran qoca qarı kimi aşkar 
edəcəksiniz ki, o hər zaman burnunuzun ucunda olub.” 
                                                                                                                Corc Bernard Şou 
 
 Corc Bernard Şou - ədəbiyyat sahəsində ―Nobel‖ mükafatı 
almış və ―Oskar‖-a layiq yeganə insandır. Dövrünün 
görkəmli tənqidçisi, həm də ingiliscə yazan dramaturqlar 
içərisində Şekspirdən sonra ən məşhurudur. Onun hədəfə 
tuş gələn sitatları onun dünya görüşünün bütün dərinliyini 
ortaya qoyur. Corc Bernard Şou irland əsilli tanınmış 
Böyük Britaniya yazıçısı, dramaturq, ədəbiyyat üzrə Nobel 
mükafatı laureatı (1925) 
 
Ġrland  dramaturqu  və  tənqidçisi  Corc  Bernard  ġou  Dublində  doğulmuĢdur.  Janr  və 
forma  baхımından  seçilən  60-dan  çoх  pyesin  müəllifidir.  Yaradıcılığında  sosial 
mövzulara daha çoх diqqət yetirmiĢdir. Özünün də etiraf etdiyi kimi daha çox oxuduğu 
kitabların  ġekspirin, Dikkensin əsərlərinin, ―Min  bir  gecə‖  nağıllarının, Ġncilin təsiri 
altında  formalaĢmıĢdır. Dram  yaradıcılığına  baĢlamamıĢdan  əvvəl  Bernard  ġou  1885-
1890-cı  illərdə  Londonun  ―Uorld‖,  ―Star‖  kimi  populyar  qəzetlərinin  teatr  və  musiqi 
tənqidçisi  olmuĢdu.  Ġngilis  Ģairi  U.Oden  onu  ―bəlkə  də  bütün  zamanların  ən  yaхĢı 
musiqi  tənqidçisi‖  adlandırmıĢdı.  TeatrĢünas  kimi  guĢə  apardığı  ―Saterdey  revyu‖ 
qəzetində  ġou  realist  dramlar  və  Ġbsen  yaradıcılığı  haqqında  məqalələrlə  çıхıĢ  edirdi. 
Onun  ―Ġbsenizmin  mahiyyəti‖  kitabçası  (1891)  həmin  dövrdə  Avropada  populyar  olan 
Norveç  sənətkarı  haqqında  ingilis  dilində  ilk  ciddi  tədqiqat  əsəri  idi.  Məhz  bu  əsərin 
təsiri ilə Ġbseni ingilis səhnəsində tamaĢaya qoyan rejissor T.Qreyn ġounun özünü pyes 
yazmağa  təĢviq  etmiĢdi.  ġounu  dramaturq  kimi  tanıdan  ilk  əsəri  1897-ci  ildə  ABġ-da 
tamaĢaya  qoyulan  ―ġeytanın  Ģagirdi‖  pyesi  oldu.  Müəllif  vətəni  Britaniyadan  əvvəl 
Amerikada Ģöhrət qazandı. 1898 -ci ildə o, əsərlərinin iki cildliyini ―ХoĢa gələn və хoĢa 
gəlməyən  pyeslər‖  adı  altında  çap  etdirmiĢdi.  ―ġeytanın  Ģagirdi‖nin  ardınca  müəllifin 
1903-cü  ildə  ―Kandid‖  pyesi  də  ABġ  səhnəsində  göstərilmiĢdi.  Növbəti  ildə  isə 
Londonun  Kort  teatrında  oynanılan  ―Con  Bullun  baĢqa  adası‖  pyesi  böyük  rəğbətlə 
qarĢılandı.
 
1938-ci ildə ―Piqmalion‖ pyesinin motivləri əsasında çəkilən filmə görə ġou 
həm  də Oskar  mükafatı aldı.  O,  ədəbiyyat  və incəsənət sahəsində  hər  iki  məĢhur 
mükafata layiq görülən yeganə sənət adamı olaraq qalmaqdadır. 
Əsərləri:  ―Kandid‖,  ―YaĢayarıq,  görərik‖,  ―Ġnsan  və  fövqəlinsan‖,  ―Mayor  Barbara‖, 
―Həkim dilemma qarĢısında‖, ―Bayandın milyardları‖ və s.  
 

205 
 
28.Betariks Potterin 150 illiyi (28.07.1866-22.12.1943) 
 
Betariks Potter  - ingilis yazıçısı, illüstrasiyaçısı və alimi. 
 
 
 
 
 
 
Ġngilis uĢaq yazıçısı və rəssamı Elen Beatriks Potter (28 iyul 1866, London – 22 
dekabr  1943,  Nir-Sorey)  uĢaqlıqdan  təbiəti,  heyvanları  sevir  və  böyüdükdən  sonra 
uĢaqlıq  arzusunu  həyata  keçirərək  Londondan  ―Hill-Top‖  malikanəsinə  köçür.  O, 
burada həm təbiətə aid illüstrasiyalar çəkir, həm də onlara hekayələr, nağıllar qoĢurdu. 
Onun yazıçı və rəssam kimi yolu 1902-ci ildən baĢlayır. Məhz həmin il naĢir Frederik 
Uorn  onun  ―DovĢan  Piter  haqqında  nağıl‖  adlı  kitabını  nəĢr  edir.  Daha  çox 
heyvanlardan bəhs edən uĢaq kitablarına üstünlük vermiĢdir. Ən məĢhur əsəri "Dovşan 
Peterin  bütün  macəraları"-dır.  Bundan  sonra  onun  ildə  iki  kitabı  çap  olunmağa 
baĢlayır.    B.Potter  Ġngiltərədə  təbiətin  qorunmasına  ilk  baĢlayanlardan  olmuĢdur.  O, 
müflis  olmuĢ  qonĢularının  fermalarını  almıĢ,  lakin  onların  təsərrüfatla  məĢğul 
olmalarına  imkan  yaratmıĢdır.  Yaziçi  4000  akr  torpaq  və  15  fermanı  Milli  parka 
vəsiyyət  etmiĢdir.  Onun  ―Uxti-Tuxti‖,  ―Dovşan  Piter  və  digər  macəralar‖,  ―Ətli 
piroq haqqında nağıl‖,  ―Üç siçan‖,  ―Dələ Tressi və onun dostları‖, ―Balaca pişik 
Tom  və  onun  dostları‖  və  s.  nağılları  müxtəlif  dillərə  tərcümə  olunmuĢ  və 
ekranlaĢdırılmıĢdır. 
 
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

206 
 
İncəsənət 
15.Holland rəssamı Rembrandtın anadan olmasının 410 illiyi  
(15.07.1606-04.10.1669).  
Holland rəssamı və qrafiki, dünya incəsənətinin ən görkəmli 
nümayəndələrindən biri Rembrandtın adı tarixdə 100 ən çox 
öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. 
 
 
 
 
 
 
 
Dəyirmançı ailəsində doğulmuĢdur. Bir müddət Leyden Universitetində oxumuĢ (1620), 
sonralar  Leydendə  Yakob  van  Svanenburxdan  və  Amsterdamda  Piter  Lastmandan 
rəssamlıq 
dərsləri  almıĢdır.  1625-31-ci  illərdə   Leydendə  iĢləmiĢ, 1632-ci 
ildə Amsterdama köçmüĢdür.  1630-1640-cı  illərin  əvvəlləri  Rembrandt  yaradıcılığının 
uğurlu  dövrü  və  Ģəxsi  həyatının  xoĢbəxt  çağları  olmuĢdur.  Bu  illərdə  portretlər  ustası 
kimi  Ģöhrət  qazanan  Rembrandt  külli  miqdarda  sifariĢ  almıĢ,  yanına  çoxlu  Ģagird 
gəlmiĢdir. Rembrandt (1606-1669) – Dünya rəngkarlığının zirvələrindəndir. Rembrandt 
bir-birinin  ardınca  iri  həcmli  dini  kompozisiyalar  iĢləyir.  Məs.  ―Ġbrahimin  qurban 
kəsilməsi‖  (1635).  O,  tez-tez  Saskiyanı  və  oğlunu  təsvir  edir.  Dünyaya  650  əsər 
bağıĢlayan  rəssam  həyatdan  yoxsulluq içərisində gedir.  Rembrandtın  yaradıcılığı  daha 
çox psixologizmi ilə fərqlənirdi. O, iĢıq-kölgə effektlərinə üstünlük verən rəssam idi. O, 
60-a  yaxın  avtoportret,  300  ofort  və  1000-dən  artıq  rəsmlər  yaratmıĢdır.  Onun  dini  və 
mifoloji mövzudakı əsərlərinə ―Müqəddəs ailə‖, ―Danaya‖nı göstərmək olar. Həyatının 
sonlarında rəssamın yaradıcılığında qəm, küdurət, melanxoliya üstünlük təĢkil edir. Bu 
əhvali-ruhiyyə  rəssamın  ―Yan  Siks‖  rəsmində  daha  çox  hiss  olunur.  Rembrandt 
yaratdığı  portretlərdə  (―Doktor  Tülpün  anatomiya  dərsi‖  (1632),  ―Saskiyanın  portreti‖ 
(1634), ―Saskiya ilə avtoportret‖ (1635) və s.) obrazların səciyyəvi cizgilərini məharətlə 
verə  bilmiĢdir.  Onun  məĢhur  əsərləri:  ―Danaya‖,  ―Gecə  qarovulçusu‖,  ―Müqəddəs 
ailə‖  (
1645
),  ―Xəstələri  dirildən  İsa‖  (
1649
),  ―Xendrikke  pəncərə  önündə‖, 
―Avtoportret‖  (
1652
),  ―Səfil  oğulun  qayıtması‖  (
1668
-
1669
)  və  s.-dir.  Sonuncu  əsər 
rəssamın  yaradıcılığının  sonu,  ―Titusun  portreti‖  (
1656
)  isə  gənc  yaĢında  ölmüĢ 
oğlunun Ģəkli olub, dünya incəsənətində ən gözəl gənc oğlan portretidir.  
 
 
 
 
 
 

207 
 
23.Xalq rəssamı Maral Rəhmanzadənin anadan olmasının 100 illiyi (1916-2008) 
“Maral Rəhmanzadə Azərbaycan təsviri incəsənətinin elə bir simasıdır ki, o hər 
zaman ətrafa işıq saçıb, hər kəsi öz cazibəsində saxlamağı bacarıb. Sağlığında 
əfsanəyə çevrilən Maral xanım əsl Azərbaycan qadını kimi özünü təqdim edib. O, 
əsrlərlə təkmilləşdirilən mövzulara yeni nüanslar gətirməklə təsviri incəsənətdə 
orijinal mövzular açan ilk və demək olar, yeganə qadın rəssam olmağı bacardı.”                                                                                                                                                              
                                                                      
Ġradə Sarıyeva 
Rəhmanzadə  Maral  Yusif  qızı  professional  rəssamlıq  təhsili 
görmüş  azərbaycanlı  qadın  rəssam,  qrafikçi,  Azərbaycan 
Xalq  rəssamı  (1964),  Azərbaycan  Respublikası  Dövlət 
mükafatı  laureatı  (1965),  "Qırmızı  Əmək  Bayrağı"  ordeni, 
"Şərəf  nişanı"  ordeni,  Azərbaycanın  "Şöhrət"  ordeni  ilə 
təltif edilib.   
Məmməd  Səid  Ordubadinin  "Qılınc  və  qələm"  romanına, 
Məhəmməd  Füzulinin  ―Qəzəllər‖inə  və  Nizami  Gəncəvinin 
―Leyli  və  Məcnun‖  poemasına  çəkdiyi  illüstrasiyalar  kitab 
qrafikasının  gözəl  nümunələridir.  Bu  nümunələr  hər  zaman  bizdə  xoĢ  ovqat  yaradıb. 
―Azərbaycanın  aĢıq  və  Ģair  qadınları‖  kitabına  çəkdiyi  bənzərsiz  illüstrasiyalar 
unudulmazdır. Qadın gözəlliyi, zərifliyi, istedadı, əzəməti bu rəsmlərin baĢlıca qayəsini 
təĢkil  edir.  HəmiĢə  diqqət  mərkəzində  olan  və  sevilən,  dəyərləndirilən  Maral 
Rəhmanzadə 1916-cı il iyulun 23-də Bakı Ģəhərində anadan olub. 1930-1933-cü illərdə 
Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda, 1934-1940-cı illərdə Moskva Rəssamlıq 
Ġnstitutunda  oxuyub.  M.Rəhmanzadə  milli  təsviri  sənətin  inkiĢafındakı  böyük 
xidmətlərinə  görə  bir  çox  orden  və  medallara,  o  cümlədən  ―ġöhrət‖  ordeninə  layiq 
görülüb.  ―Dəniz  nefti‖  Maral  Rəhmanzadə  yaradıcılığında  özünü  iĢıqlı  xətlə  göstərir. 
SənətĢünasların  bildirdiyinə  görə,  onu  digərlərindən  fərqləndirən  cəhət  mənzərələrdən  
qrafika,  linoqravür,  sulu  boya,  rəsm  və  portretlərinə  qədər  bütün  iĢlərində  tərənnüm 
etdiyi vətəninə olan hədsiz sevgisi idi. Keçən əsrin ortalarında öz əsərlərində neftçilərin 
ağır  əməyini  əks  etdirən  birinci  qadın  rəssam  da  məhz  Maral  xanım  oldu.  Maral 
Rəhmanzadənin  bütün  iĢlərində  sərt  reallıq  dərin  Ģairanəliklə  heyranedici  ahəngdarlıq 
təĢkil  edir.  Təbii  fəlakətin  gücü  və  gözəlliyinə  heyranlıq  insan  cəsarəti  qarĢısında  baĢ 
əyməklə  əvəz  olunur.  Ġlk  baxıĢdan  onun  qadınlara  çox  da  yaxın  olmayan  mövzuda 
iĢlədiyi  tablolarda  müəllifin  Ģəxsi  iĢtirakı  hiss  edilir  və  məhz  bu  onun  iĢlərinə  qəribə 
energetika  əlavə  edir.  2008-ci  il  mart  ayının  16-da  vəfat  edən  və  Mərdəkan 
qəbiristanlığında torpağa tapĢırılan rəssam uzun və mənalı ömür yaĢayıb.  
Əsərləri: ‖Bizim qızlar‖, ―Mənim bacılarım‖, ―Doğma Vətənim‖, ―Azərbaycan‖, 
―Cəbhə rəfiqələri‖,  ―Qadın ansamblının çıxıĢı‖, ―Haqsızlıq‖, ―Köləlik simvolu‖, 
‖Bizim Xəzərdə‖, ―Yeddi gəmi adası‖, ―Neftin daĢınması‖, ―Neftçilər tankerdə‖, 
―Rezervuar parkı‖, ―GünəĢ Ģüaları‖,‖Fırtınada‖ və ―Ərzaq gətiriblər‖ və s. 
 
 
 
 

208 
 
 
Milli qəhrəmanlıq zirvəsi 
2.Kərimov Kərim Məhəmməd oğlunun 45 illiyi (02. 07.1971-06.05.1992) 
 
Kərim Kərimov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ 
müharibəsi şəhidi.  
Azərbaycan Respublikası prezidentinin 11 sentyabr 1992-ci 
il tarxili 193 saylı fərmanı ilə Kərimov Kərim Məhəmməd 
oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" 
adına layiq görülmüşdür. 
 
 
Kərim  Kərimov 2  iyul 1971-ci  ildə ġərur  rayonunun Qarahəsənli  kəndində  anadan 
olmuĢdur.  Orta  məktəbi  bitirdikdən  sonra  Tümenə  getmiĢ,  Komandir  məktəbinə  daxil 
olmuĢdur.  Azərbaycan  ağır  günlərini  yaĢamağa  baĢladığı  vaxt  Kərim  azərbaycanlı 
gəncləri  toplayaraq  vətənə  qayıtmağı, Qarabağa getməyi  təklif  edir,  beləliklə  15  nəfər 
kursantla 
birlikdə 
vətənə 
qayıdırlar. 
 Biləcəridə 
təlim 
keçdikdən 
sonra  Goranboya yollanırlar. Ġlk gündən cəbhədə "Tümendən gələn zabit" kimi tanınan 
Kərim  bütün  tapĢırıqları  itkisiz  yerinə  yetirə  bilirdi. 1992-ci  il 5  may tarixində  Kərim 
quldurlar  yuvası  TalıĢ  təpəsinə  qalxır,  qızğın  döyüĢdə  40  erməni  qulduru  məhv 
edilir. 1992-ci  il 6  may tarixində  düĢmən  güclü  əks  hücuma  keçir,  onlar  mühasirəyə 
düĢürlər.  Kərim  avtomatını  döyüĢçü  dostuna  verib  qumbaratanla  bir  döyüĢ  maĢınını 
vurur.  Kərim  ikinci  atəĢi  açmaq  istəyəndə  yaralanır,  əsir  düĢməmək  üçün  odlu  siqnal 
fiĢəngini  sinəsinə  sıxır.  Erməni  iĢğalçıları  onun  və  dostlarının  cəsədlərini  götürüb 
aradan  çıxırlar. 12  iyun 1992-ci  ildə  kəndləri  ermənilərdən  təmizləmək  üçün  yeni 
hücumlar baĢlayır. Kərimin atası və əmisi də döyüĢlərdə iĢtirak etməyə baĢlayırlar. 16 
iyun  döyüĢçülərimizin  tutduğu  iki  erməni  əsiri  Kərimin  ferma  yaxınlığında 
basdırıldığını  deyir.  Onun  cəsədi  aĢkar  edildikdən  sonra  Naxçıvana yola  salınır. 5 
may 1992-ci il Goranboy cəbhəsində qəhrəmancasına həlak olmuĢ Kərim 17 iyun 1992-
ci  il  tarixində  doğma  kəndi   Qarahəsənlidə  torpağa  tapĢırılır.  Subay  idi. 
Qarahəsənli kəndində  qəhrəmanımızın  büstü  qoyulub. Goranboy və ġərur rayonlarında 
adına məktəb var. 
                           Hər millətin, hər torpağın öz adı var, öz ünvanı 
                          Yağılara baş əyməyib Azərbaycan qəhrəmanı. 
                         Vahid Vətən himnimizdi Şəhidlərin axan qanı, 
                         Nəsillərə yadigardı, zaman yazdı bu dastanı. 
                        Millətlərə hürriyyətdi, istiqlaldı şüarımız, 
                        Azadlığı, səadəti qorumaqdı qərarımız. 
                                                                                       
 Nəriman Həsənzadə 

209 
 
Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin