MƏDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adına respublika uşAQ


Azərbaycan  SSR  Ali  Sovetinin  Fəxri  Fərmanına  layiq



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə24/35
tarix31.01.2017
ölçüsü12,77 Mb.
#7089
1   ...   20   21   22   23   24   25   26   27   ...   35

Azərbaycan  SSR  Ali  Sovetinin  Fəxri  Fərmanına  layiq  
görülmüşdür.  Azərbaycan  ədəbiyyatını  öz  əsərləri  ilə 
zənginləşdirən  və  ədəbiyyatımızın  inkişafında  böyük 
xidmətlər  göstərmiş  yazıçılardan  biri  də  nasir  və 
dramaturq  Seyfəddin  Dağlıdır.  O,  həm  gözəl  bir  insan, 
həm də bir yazıçı kimi yaddaşlarda xoş xatirələrlə yaşayır.
  
 
 
Seyfəddin Dağlı 1921-ci avqustun 27-də Xızıda dоğulub. Bir müddət "Kоmmunist" və 
"Оrdu"  qəzetlərində  müxtəlif  vəzifələrdə  çalıĢıb.  Dövlət  Radiо  Kоmitəsində  baĢ 
redaktоr  (1956-1959),  sоnra  Bakı  Telestudiyasının  direktоru  və  sədr  müavini 
vəzifələrində  çalıĢıb.  Uzun  müddət  "Kirpi"  jurnalının  baĢ  redaktоru  оlub. 
"Azərbaycanfilm" 
kinоstudiyasında  ssenari  redkоllegiyasının  üzvü,  "Yazıçı" 
nəĢriyyatında redaktоr vəzifəsində çalıĢıb. 1948-ci ildə "Dəniz kəĢfiyyatçısı" adlı kitabı 
nəĢr edilib. "Adı sənin, dadı mənim", "Aydınlığa dоğru", "Mənziliniz mübarək", "Təzə 
gəlin", "Kölgələr pıçıldaĢır" pyesləri, "Bahar оğlu", "MəĢəl", "Kəcil qapısı", "Sabiqlər" 
və  sair  kitabları  geniĢ  охucu  kütləsinin  rəğbətini  qazanıb.
 
Pyesləri  Akademik  Milli 
Dram Teatrı, Musiqili Komediya Teatrı, Gənc TamaĢaçılar Teatrında dəfələrlə tamaĢaya 
qoyulub.  Bir  çoxları  kimi  Seyfəddin  Dağlı  da  yaradıcılığa  Ģeirlə  baĢlamıĢdı.  Sonralar 
bunu  ardıcıl  Ģəkildə  davam  etdirmədi.  Amma  Ģeir  yazmaqdan  əl  də  çəkmədi.  Onun 
satirik Ģeirlərindən bəzilərinə musiqi də yazıldı. Bunların içərisində bəstəkar Cahangir 
Cahangirovun  bəstələdiyi,  müğənni  Mirzə  Babayevin  oxuduğu  "Çayçı"  mahnısı  çox 
məĢhurdur. 
Əsərləri:  ―MəĢəl‖,  ―Sabiqlər‖,  ―Bahar  oğlu‖,  ―Yay  qayğıları‖,  ―Nəğməli  çanta‖, 
―Göyçək  oğlan‖,  ―Aldada  bilməzsən‖,  Mənziliniz  mübarək‖,  ―MəĢəl  yanır‖,  ―ġirin 
duz‖, ―Adı sənin , dadı mənim‖, ―Aydınlığa doğru‖, ―Təzə gəlin‖, ―Kölgələr pıçıldaĢır‖, 
―Vergülağa  və  Absətəli‖,  ―Adam  yalan  danıĢmaz‖,  ―ġakərlilər‖,  ―Ġpək  gül‖,  ―Kəcil 
qapısı və s.  
Filmoqrafiya: Onun bəlalı sevgisi (film, 1980), Qayınana (film, 1978), Adı sənin, dadı 
mənim  (film,  1980),  Gecəniz  xeyrə  qalsın  (film,  1977),  Kommunist  (film,  1969), 
Solmaz bir bahar kimi (film, 1979). 
 
 

227 
 
27.Şair Qaçay Köçərlinin anadan olmasının 80 illiyi (1936) 
 
 
Haqdan gəldim yer üzünə haqsız oldum, 
Tanrım mənə bəxt vermişdi, baxtsız oldum. 
Bir sevgidən taxt vermişdi, taxtsız qaldım. 
Mən bilmirdim, nələr varmış yer üzündə, 
Yerdən böyük kədər varmış yer üzündə. 
 
                                                                                                 Qaçay Köçərli 
Qaçay  Fərman  oğlu  ġirinov  (Köçərli)  1936-cı  il  avqustun  27-  də    Tərtər  rayonunun 
Köçərli  kəndində  anadan  olub.  Orta  məktəbi  bitirdikdən  sonra  sovet  ordusu  sıralarına 
gedib  və  1959-cu  ildə  tərxis  olunub.  Ordudan  tərxis  olunduqdan  sonra  Suraxanıdakı 
üçüncü  neft  mədənində  operator  köməkçisi  iĢləmiĢdir.  Daha  sonra  operatorluq  və 
Azərbaycan  Politexnik  Ġnstitutunun  avtomobil  nəqliyyatının  istismarı  Ģöbəsində  ali 
təhsil almıĢdır.  Bunun ardınca Binədəki texniki peĢə məktəbində təsərrüfat üzrə müdir 
müavini, müəllim, istehsalat təlimi ustası iĢləmiĢdir. Azərbaycan radiosu ilə yaradıcılıq 
əlaqələri saxlayıb,  əvəzçiliklə  müxtəlif redaksiyalarda müvəqqəti iĢləyib, istehsalatdan 
ayrılmadan  Azərbaycan  Dövlət  Universitetinin  filologiya  fakültəsini  bitirmiĢdir. 
Azteleradionun  pioner  və  məktəblilər  redaksiyasında  redaktor,  böyük  redaktor  kimi 
çalıĢmıĢdır.  Ġlk  Ģeri  ―Bakı‖  axĢam  qəzetində  1960-cı  ildə  dərc  olunub.  Ondan  sonra 
dövri  mətbuatda  vaxtaĢırı  çıxıĢ  edib.  ―Tək  çinar‖  (1970),  ―Ömrün  Ģüaları‖  (1974), 
―GünəĢ ömrü‖ (1979), ―Üzü günəĢə dünyam‖ (1982), ―Dünya sənə oxĢayır, ana‖ (1983) 
Ģeir  kitablarından  sonra  –  1984-cü  ildə  Yazıçılar  Birliyinə  üzv  qəbul  edilib.  Növbəti 
illərdə  ―Torpaq  qərib  olmur‖,  ―Qanlı  hekayələr‖,  ―Səsim  Tanrı  harayıdır‖,  ―Dünya  iki 
səslidir‖ və s. Ģeir kitabları, 2009-cu ildə ―BeĢik‖ nəĢriyyatının xətti ilə ―Mən və mənim 
dünyam‖  silsiləsindən  nəzərdə  tutulan  8  kitabdan  6-sı  –  ―Ovsunçu  Ġbrahim‖,  ―Əmir 
Teymur  və  Aslanın  nağılı‖,  ―ĠĢıq  çəlik‖,  ―Gül  qızın  nağılı‖,  ―ZəhmətkeĢ  atanın  fərsiz 
oğulları‖  və  ―Qızıl  inəyin  nağılı‖  iĢıq  üzü  görüb.  Oğlu  Elcan  ġirinov  Qarabağ 
döyüĢlərində Ģəhid olub, Bakıda ġəhidlər xiyabanında dəfn edilib. 
Əsərləri: ―Tək çinar‖, ―Ömrün Ģüaları‖, ―GünəĢ ömrü‖, ―Üzü günəĢə dünyam‖,   
―Dünya sənə oxĢayır, ana‖, ―Torpaq qərib olmur‖, ―Qanlı hekayələr‖ və s. 
 
 
 
 
 
 
 
 
 

228 
 
Xarici ədəbiyyat 
15.İngilis yazıçısı Volter Skotun anadan olmasının 245 illiyi (1771-1832) 
“Volter Skot Avropanın ən yeni sənətinə tarixi və ictimai istiqamət vermişdir. V.Skott 
öz romanlarında “tarixin yaylarını açıb göstərir”. 
                                                                                                                                      V.Q.Belinski 
Valter Skott  (15 avqust 1771, Edinburq - 21 sentyabr 1832, 
Ebbotsford, Drayboroda dəfn edilmişdir) - Şotlandiya mənşəli 
vəkil, şair, yazıçısı, tarixçi, tarixi roman janrının banisi. 
Valter  Skott  dünya  ədəbiyyatĢünaslığında tarixi roman  janrının 
banisi  və  ustad  sənətkarlarından  biri  hesab  edilir.  O 
gördüyü   abidələri,  ya  da  dinlədiyi   hekayələri  təsvir  etdiyi 
əhvalatın  mərkəzində  yerləĢdirərək  onları  təsiredici  və  inandırıcı 
hadisələr  zənciri  kimi  təsvir  edir.  Əsərləri  avtobioqrafik 
xüsusiyyətlər 
daĢıyarkən 
belə, 
universallığını 
qoruyub 
saxlayır. 
V.Skott tarixi mövzularda  romanlar  yazmamıĢdan  əvvəl  bu  sahədə  ətraflı  tədqiqatlar 
aparmıĢdır.  Yazıçı  bir-birinin  ardınca  ―Sonuncu  menestrelin  mahnısı‖,  ―Marmion‖, 
―Göl  qızı‖,  ―Rokbi‖  adlı  romantik  poemalarını  yazır.  Xüsusən,  ―Sonuncu  menestrelin 
mahnısı‖ (1805) əsəri müəllifə, qədim ġotlandiyanı çox gözəl təsvir etdiyinə görə böyük 
Ģöhrət  qazandırdı.  Bütün  bunların  təsviri, poemanın  Ģifahi  xalq  ədəbiyyatı  ilə  bağlı 
olması,  Orta  əsrlərə  böyük  maraq  V.Skotun poemalarının  gələcəkdə  onun  geniĢ 
lövhələri  əhatə  edən  tarixi romanlar yazması  üçün  bir  növ  hazırlıq  idi.  Valter 
Skott tarixi sənədlərə,  tarixi  məna  və  məzmun  daĢıyan  faktlara,  tarixçilərin  keçmiĢi 
tədqiq  etmək  baxımından  əldə  etdiyi  materiallara  rəngarəng  don  geyindirərək, quru  və 
cansıxıcı  görünən  bu  məlumatları  maraqlı  və  cazibədar  etmiĢdir.  Ġlk  romanı 
―Ueverli‖ni 1814-cü  ildə  nəĢr  etdirən  V.Skott  28  roman,  bir  neçə povest və  hekayə 
yazmıĢdır.  Yazıçının  romanları  mövzusuna  görə,  3  qrupa  bölünür.  Bu  romanların  bir 
hissəsi 
doğma  vətəni   ġotlandiyanın  tarixi   keçmiĢinə  həsr  edilmiĢdir. 
―ġotlandiya romanları‖  ədəbi  silsiləsinə  daxil  olan  ―Ueverli,  yaxud  altmıĢ  il  əvvəl‖, 
(1814),  ―Qay  Mannerinq‖  (1815),  ―Antikvar‖  (1816),  ―Puritanlar‖  (1816),  ―Rob  Roy‖ 
(1817)  və  baĢqalarının  adlarını  çəkmək  olar.  V.Skottun  digər  romanlarında  isə 
Ġngiltərənin  keçmiĢi  təsvir  edilir.  Bu  qismə  ―Ayvenqo‖  (1819),  ―Monastır‖  (1820), 
―Rahib‖  (1820),  ―Kenilvort‖  (1820),  ―Vudstok‖  (1826)  əsərlərini  aid  etmək  olar. 
V.Skottun  romanlarının  bir  qismi  də  digər  ölkələrin  tarixinə  həsr  edilmiĢdir.  Belə 
əsərlərə  ―Kventin  Dorvard‖  və  ―Talisman‖  romanları  aiddir.  Valter  Skott   21 
sentyabr 1832-ci ildə infaktdan vəfat etmiĢdir. 
Əsərləri:  ―Ueverli,  yaxud  altmıĢ  il  əvvəl‖  (1814),  ―Qay  Mannerinq  və  ya  Astroloq‖ 
(1815),  ―Antikvar‖  (1816),  ―Puritanlar‖  (1816),  ―Rob  Roy‖  (1817),  ―Rahib‖  (1820), 
―Monastır‖ (1820), ―Kenilvort‖ (1821), ―Kventin Dorvard‖ (1823), ―Talisman‖ (1825), 
‖Maltanın  mühasirəsi‖  (1832),  ―ġotlandiyanın  sərhəd  nəğmələri‖  (1800-1803), 
―Marmion‖ (1808), ―Göl qızı‖ (1810),  ―Rokbi‖ (1813),  ―Vaterloo tarlası‖ (1815) 
 
 

229 
 
27.Amerika yazıçısı Teodor Drayzerin anadan olmasının 145 illiyi (1871-1945) 
 
 
Teodor Herman Albert Drayzer (ing. Theodore Herman 
Albert Dreiser; 27 avqust 1871-28 dekabr 1945) 
 ABŞ yazıçısı və ictimai xadimi. 
 
 
 
 
Dünya  Ģöhrətli  Amerika  yazıçısı  Teodor  Drayzer   27  avqust 1871-ci  ildə Ġndiana 
Ģtatının Terre-Hote Ģəhərində  anadan  olmuĢdur.  O,  ailənin  on  ikinci  uĢağı  idi. 
Kasıbçılıq,  ciddi  dini  tərbiyə  görmüĢ,  xəyalpərəst  qəlbə  malik  olan  Drayzer  yaĢam 
uğrunda  mübarizə  aparmağa  uyğunlaĢmıĢdı.  Onun  1886-1891-ci  illər Çikaqodakı 
iĢəmuzd  çalıĢması, Ġndiana  universitetindəki  təhsil  illəri  (1889-1890),  1892-1895-ci 
illərdə  Çikaqo,  Sent-Luia,  Pitsburq  və  Nyu-York  Ģəhərlərinin  qəzetlərindəki  əmək 
fəaliyyəti  acı  ümidsizliklərə düçar  olmuĢdur. H.Spenserin  əsərləri  ilə  tanıĢlıqdan sonra 
onun ümidsizlikləri fəlsəfədə təzahür etməyə baĢladı; bu fəlsəfəyə görə insanlar yalnız 
və yalnız təbiətin köməksiz qurbanları hesab edilirdi. O, Balzakı "fəth" etdikdən sonra 
isə  fəlsəfi  baxıĢlarının  bədii  ifadəsini  tapdı.  Teoder  Drayzer  1900-cü  ildə  "Kerri  bacı" 
romanını yazdı. Yazıçının ilk irihəcmli bu əsəri heç də ona Ģöhrət yox, rüsvayçılıq və 
həqarət  gətirdi. 1250  nüsxədə  çap  edilmiĢ  kitabın  yalnız  450-si  oxucuya  yetiĢdi, qalan 
nüsxələr isə donduruldu. Yeddi ildən sonra "Kerri bacı" kitabı Ġngiltərədə növbəti dəfə 
iĢıq  üzü  gördü,  bestsellerə  çevrildi,  tənqidçilərin  ən  yüksək  rəyini  qazandı,  bütün 
Avropa  dillərinə  tərcümə  olundu  və  yalnız  bundan  sonra  ABġ-da  nəĢr  olundu.  Hal-
hazırda isə bu kitabı XX əsr Amerika ədəbiyyatının "vizit kartı" adlandırırlar. 1915-ci 
ildən  sonra  Drayzer  hekayə  və  esselər,  tərcümeyi-hal  yazmıĢdır;  bütün  bu  əsərlərdə 
ictimai qaydaların adi adama göstərdiyi əzici təsiri əks etdirir. Bu ideya onun ən məĢhur 
əsəri  olan  "Amerika  faciəsi"nin  mövzusunu  təĢkil  edir.  Əsəri  həqiqətən  baĢ  vermiĢ 
məhkəmə  prosesinin  protokoluna  əsaslanır:  cəmiyyətdə  irəli  getməyə  can  atan  gənc 
adam  cinayət  törədir  və  ölüm  cəzasına  məhkum  edilir.  Yeri  gəlmiĢkən,  bu  kitabda 
əvvəlki Spenser heyranlığı baĢqa dünyagörüĢü ilə əvəz olunur. "Kerri bacı" romanından 
sonra  Teodor  Drayzer  "Cenni  Herhardt"  (1911),  "Arzular  trilogiyası":  " Maliyyəçi " 
(1912),  "Titan"  (1914),  "Dözümlülük"  (tamamlanmamıĢ,  1947),  "Dahi"  (1915), 
"Amerika  faciəsi"  (1925),  "Dayaq"  (1946)  romanlarını,  publisistik  məqalələr  və  "Vur, 
təbil!"  pyesini,  "Drayzer  Rusiyaya  baxır"  (1928),  "Faciəli  Amerika"  (1931)  və 
"Məktublar" (1959) publisistik əsərlərini yazmıĢdır. Teodor Drayzer 1945-ci il dekabrın 
28-də Hollivudda (Kaliforniya Ģtatı) vəfat etmiĢdir.      
Əsərləri: ―Dahi‖, ―Kerri bacı‖, ―Cenni Herhardt‖ və s. 
 

230 
 
İncəsənət 
3.Diktor, pedaqoq, xalq artisti Rafiq Hüseynovun anadan olmasının 70 illiyi (1946) 
 
Rafiq Hüseynov -  Azərbaycan Respublikasının xalq 
artistı. 
 
 
 
 
 
Rafiq  Hüseynov 1946-ci  ildə ġuĢa Ģəhərində  anadan  olub.  ġuĢada  doğulan  Rafiq 
Hüseynov Bakıda - ĠçəriĢəhərdə yaĢayarkən atasını çox erkən yaĢlarında itirir, anası onu 
və  bacısını  çətinliklə  böyüdür.  Orta  məktəbi  bitirdikdən  sonra  ĢərqĢünas  olmaq 
istəyirmiĢ,  amma  sənədlərini  götürmürlər.  Ailə  vəziyyəti  ağır  olan  17  yaĢlı  Rafiq  iĢ 
tapmaq  məqsidlə  Azərbaycan  Televiziyasına  gəlir.  Yalandan  televiziyaya  vurğun 
olduğunu söyləyir. "Nə iĢ versəniz iĢləyəcəm" deyir və onu iĢıqçı iĢinə götürürər. Ġki il 
AzTV-də iĢıqçı kimi çalıĢır. Və televiziyaya elə bağlanır ki, buranı tərk etməyi ağlından 
belə, keçirmir. Sonradan onu diktorlar müsabiqəsinə dəvət edirlər. Müsabiqədən keçən 
Rafiq Hüseynov 1966-cı ilin dekabrında ilk dəfə diktor kimi efirə çıxır. Ġlk efir günündə 
həyəcandan  çaĢıb  mətni  o  dərəcədə  pis  oxuyir  ki,  o  zaman  televiziyaya  ciddi  nəzarət 
edən Mərkəzi Komitədən zəng edib deyirlər ki, "bu kimdir iĢə götürmüsünüz, onu ordan 
rədd  edin!".  Rafiq  Hüseynovu  o  zaman  AzTV-nin  sədr  müavini  iĢləyən  mərhum  Ģair 
Nəbi  Xəzri  xilas  edir  və  deyir  ki,  "bu  oğlanın  gələcəyi  var".  Tarix  Nəbi  Xəzrinin 
yanılmadığını  sübut  edir...Mərkəzi  Komitədən  verilən  o  göstəriĢdən  sonra  7  ay  efirə 
buraxılmayan  gənc Rafiq,  ümidsizliyə  qapılmır,  əksinə,  öz  üzərində  iĢləyərək  yenidən 
etimad  qazanır.  Beləcə  AzTV-də  diktor  olaraq  qalan  Rafiq  Hüseynov  bütün  varlığını 
seçdiyi  peĢəyə  həsr  edir.  Ġllərdən  sonra  öz  səsiylə  tamaĢaçıların  sevimlisinə  çevrilir... 
Fəaliyyəti  dövründə  Moskvanın  ali  dərəcəli  diktoru  səviyyəsinə  kimi  yüksələn  Rafiq 
Hüseynov bir müddət AzTV-nin sədr müavini vəzifəsində də çalıĢmağa nail olur... 
Filmoqrafiya: ġəki (film, 1977), Ölü zona (film, 1988), Fəryad (film, 1993), 
Artilleriyanın "Allah"ı sayılırdı (film, 1996),  Ailə (film, 1998) (tammetrajlı bədii film) 
– redaktor, Kədərimiz... Vüqarımız... (film, 1998), Nəsrulla Nəsrullayev (film, 1999), 
Narahat adam (film, 2005),  Biz qayıdacağıq (film, 2007), Top həm düĢər, həm qalxar 
(film, 2011),  Gün keçdi (film, 2012). 
 
 
 

231 
 
7. Xalq artisti, baletmeystr Rəfiqə Axundovanın anadan olmasının 85 illiyi (1931) 
 
Axundova  Rəfiqə  Hacı  qızı (d.7.8.1931,  Bakı)  —  Rəqqasə, 
Rəqs 
quruluşçusu,  Libretto  müəllifi,  baletmeyster. 
Azərbaycan Xalq artisti (1970).  
 
Rəfiqə  Axundova  1951-ci  ildə  Bakı  Xoreoqrafiya  Məktəbini 
bitirmiĢdir.  Böyük  Teatrda  təkmilləĢmə  kursu  keçmiĢdir 
(1951-52,  Moskva).  Azərb.  Opera  və  Balet  Teatrının  solisti 
olmuĢdur 
(1951-71). 
1971-ci 
ildən 
həmin 
teatrın 
baletmeysteri,  1990-cı  ildən  baĢ  baletmeysteridir.  Əsas 
partiyaları:  AyiĢə  və  Gözəllər  gözəli,  Fanni  ("Yeddi  gözəl", 
"Ġldırımlı 
yollarla", 
Q.Qarayev), 
GülĢən 
("GülĢən", 
S.Hacıbəyov),  Gülyanaq  ("Qız  qalası",  Ə.Bədəlbəyli),  ġirin 
("Məhəbbət  əfsanəsi",  A.Məlikov),  Zarema  ("Baxçasaray  fontanı",  B.Asafyev),  Jizel 
("Jizel",  A.Adan)  və  s.  Əri  Maqsud  Məmmədovla  birlikdə  Azərb.  Opera  və  Balet 
Teatrında  "Xəzər  balladası"  (1968,  T.Bakıxanov),  "Qobustan  kölgələri"  (1969, 
F.Qarayev), "Yallı" və "Azərbaycan süitası" (1969, R.Hacıyev), "Ġldırımlı yollarla" və 
"Yeddi  gözəl"  (1975,  1978,  Q.Qarayev),  "Babək"  (1986,  A.Əlizadə),  "ġelkunçik" 
(1988, P.Çaykovski), habelə Novosibirsk Opera və Balet Teatrında "Ġldırımlı yollarla" 
(1976) baletlərinin quruluĢunu vermiĢdir. Əlcəzair, Ġsveç, Misir və Belçikada pedaqoq-
baletmeyster  iĢləmiĢdir.  Əlcəzairdə  "Üç  inqilab"  (1973,  R.Hacıyev;  M.Məmmədovla 
birgə)  ilk  milli  baletini,  Malmödə  "Muğam"  (1975,  N.Əliverdibəyov)  musiqili 
xoreoqrafiya  lövhəsini,  Qahirədə  "Yeddi  gözəl"  (1979),  Antverpendə  "Kaleydoskop 
(1980,  F.Qarayev)  baletlərini  (hər  ikisi  M.Məmmədovla  birgə)  tamaĢaya  qoymuĢdur. 
"Xəzər  balladası",  "Qobustan  kölgələri"  və  "Azərbaycan  süitası"  1969-cu  ildə  Parisdə 
keçirilən  7-ci  Beynəlxalq  rəqs  festivalında  nümayiĢ  etdirilmiĢ  və  Paris  Rəqs 
Akademiyasının  diplomuna  layiq  görülmüĢdür.  1994-cü  ildə  "Yeddi  gözəl"  baletini 
Ankarada tamaĢaya qoymuĢdur (M.Məmmədovla birgə). "ġərəf niĢanı" ordeni ilə təltif 
edilmiĢdir. 
Quruluş verdiyi baletlər (Maqsud Məmmədovla birgə) : Xəzər balladası (1968), 
Qobustan kölgələri (1969), Yallı (balet)(1969) xoreoqrafik miniatürü, Ləzgihəngi 
(baleti-1969) - xoreoqrafik miniatürü, Azərbaycan süitası (1969), Kaleydoskop (1971), 
Muğam (1972) xoreoqrafik miniatürü, Üç inqilab (1973),  Ġldırımlı yollarla (1975), 
Yeddi gözəl (1978),  Babək (1986) 
Filmoqrafiya: Doğma xalqıma (film, 1954), AbĢeron ritmləri (film, 1970),  Dədə 
Qorqud (film, 1975), Qərib cinlər diyarında (film, 1977), Qayınana (film, 1978), Yeddi 
gözəl (film, 1982),  Bəyin oğurlanması (film, 1986),  Bir qəlbin iki dastanı (film, 2001) 
və s. 
 
 

232 
 
 
19.Aktyor, rejissor İsmayıl Hidayətzadənin anadan olmasının 115 illiyi (1901-1951) 
"Məncə, aktyor səhnədə beşmi, onmu, bilmirəm, neçə il yanmalı və oradaca külə 
dönüb öz sənətkar ömrünü yaşamalıdır".
                                               Ġ. Hidayətzadə                                                                                                                   
İsmayıl Hüseyn oğlu Hidayətzadə (19 avqust 1901, Bakı-11 
noyabr 1951, Bakı) - Azərbaycan aktyoru. Azərbaycan SSR 
Xalq Artisti (1938), "Şərəf Nişanı" və "Qırmızı Əmək 
Bayrağı" Ordeni ilə təltif edilmişdir. 
Ġsmayıl Hidayətzadə 1901-ci ildə Bakıda dənizçi ailəsində anadan 
olub.  Ġsmayıl  1909-cu  ildən  etibarən  "Ġttihad"  məktəbində 
oxumuĢdur. Burada oxuduğu illər Ġsmayıl Hidayətzadənin gələcək 
həyatını  müəyyənləĢdirir.  UĢaqlıqdan  canında  olan  rol  oynamaq 
həvəsi gündən-günə qüvvətlənir. BaĢa düĢür ki, yaĢadığı ömür səhnənin cazibəsindədir. 
Hüseyn Ərəblinskini daha yaxından görməyə, məĢqlərində iĢtirak etməyə müyəssər olan 
Ġsmayıl  Hidayətzadə  onu  daha  ustalıqla  təqlid  etməyə  baĢlayır.  Ġsmayıl  Hidayətzadə 
məhz  bu  illərdə  böyük  səhnəyə  gəlir.  1920-ci  ildən  Dövlət  teatrında  iĢləyir.  Paralel 
olaraq,  1921-ci  ildə  Voronovun  teatr  studiyasına  daxil  olur.  Teatr  studiyası  Ġsmayıl 
Hidayətzadəyə  çox  Ģey  öyrədir.  Öncə,  onun  həvəskar  imicini  alt-üst  edir.  Onu 
professional  aktyor  kimi  qəbul  etməyə  baĢlayırlar.  1926-ci  ildə  arabir  özünü 
rejissorluqda sınayır. Bu sınaqlar onu teatr ictimaiyyətinə rejissor kimi tanıdır. 1934-cü 
ildə  "SiyavuĢ"  əsərini  səhnələĢdirmək  ona  tapĢırılır.  Teatr  tənqidçilərinin  bəyəndiyi 
"SiyavuĢ"dan  sonra  Opera  və  Balet  Teatrında  "Koroğlu"  və  "Karmen"  operalarını 
səhnələĢdirir.  Rus  Dram  Teatrında  "1905-ci  Ġldə",  "Vaqif"  tamaĢalarını  qoyur.  1938-ci 
ildə  Moskvada  keçirilən  Azərbaycan  mədəniyyəti  günlərində  onun  quruluĢ  verdiyi 
"Koroğlu"  və  "ArĢın  mal  alan"  tamaĢaları  böyük  uğur  qazanır.  Bu,  Ġsmayıl 
Hidayətzadənin rejissor kimi Ģöhrətini artırır. Moskvadan qayıdandan sonra o, Opera və 
Balet Teatrının rəhbəri təyin edilir. Hidayətzadənin müasiri, görkəmli rejissor Tuqanov 
onun haqqında belə deyirmiĢ: "O, həmiĢə inandırcı və real idi. Heç bir zaman Ģarja yer 
verməyərək,  o,  bütün  tamaĢa  boyu  tamaĢaçının  ürəyinə  girməyi  və  onu  öz  ardınca 
aparmağı  bacarırdı.  O,  heç  bir  zaman  oynamırdı,  heç  bir  Ģtampa  yol  vermirdi.  Onun 
oyununda  gəncliyə  məxsus  həssaslıq,  ehtiras  və  qızğınlıqla  bərabar  sadəlik  və  təbiilik 
var  idi."  Ġsmayıl  Hidayətzadənin  Azərbaycan  mədəniyyəti  qarĢısında  xidmətləri  yalnız 
yaratdığı  zəngin  rol  qalereyası  və  uğurlu  rejissor  iĢi  ilə  tamamlanmır.  O,  ilk  milli 
baletimizin  -  "Qız  qalası"nın  librettosunu  yazıb.  Opera  studiyası  da  onun  səyi  ilə 
yaradılıb.  Bütün  ömrü  boyu  teatrda  çalıĢan  sənətkar  cəmi-cümlətanı  üç  filmdə  -  "Qız 
qalası", "Almaz" və "Altıncı duyğu" filmlərində çəkilib. 2001-ci ildə aktyorun 100 illik 
yubileyi təntənəli Ģəkildə qeyd edilmiĢdir. 
Filmoqrafiya: Qız qalası əfsanəsi (film, 1923),  Bismillah (film, 1925),  Altıncı hiss 
(film, 1935),  Almaz (film, 1936) və s.  

233 
 
20.Xalq artisti Xan Şuşinskinin anadan olmasının 115 illiyi (1901-1979) 
Xan  Şuşinski  (tam  adı:  İsfəndiyar  Aslan  oğlu 
Cavanşir; 20 avqust 1901, Şuşa – 18 mart 1979) — 
xanəndə, 
29.12.1971 
Azərbaycan 
SSR 
Ali 
Sovetinin  Fəxri  Fərmanına,  1943-  cü  ildən 
Azərbaycanın 
xalq 
artisti 
adına 
layiq 
görülmüşdür. 
Xan  ġuĢinski  1901-ci  ildə  avqust  ayının  20-i  ġuĢa 
Ģəhərində  anadan  olmuĢdur.  16  yaĢında  olarkən 
ustadı  Ġslam  Abdullayevlə  birgə  iĢtirak  etdiyi  məclisdə  təbrizli  xanəndə  Əbdülhəsən 
xanın  yolu  ilə  "Kürd-ġahnaz"  muğamını  heyrətamiz  bir  tərzdə  ifa  etdiyinə  görə 
müəllimi  ona  "Xan  ġuĢinski"  adını  vermiĢdir.  Xanın  bir  xanəndə  kimi  yetiĢməsində, 
həmçinin Cabbar Qaryağdıoğlunun və Seyid ġuĢinskinin böyük təsiri olmuĢdur. 1920-ci 
illərdə  Xan  ġuĢinski  Bakıya  gələrək  öz  ifaçılıq  fəaliyyətini  geniĢləndirmiĢdir.  Xanın 
repertuarında "Mahur-Hindi", "Bayatı-Qacar", "Qatar" muğamları, "Qarabağ Ģikəstəsi", 
"Arazbarı", "Heyratı" zərbi muğamları ilə yanaĢı, xalq mahnıları və təsniflər böyük yer 
tuturdu. Xan ġuĢinski xalq mahnılarını xüsusi bir Ģövqlə oxuyur, onlara yeni bir çalarlar 
aĢılayırdı. 1934-cü ildə Xan ġuĢinski Tiflis Ģəhərində keçirilən Zaqafqaziya xalqlarının 
birinci  incəsənət  olimpiyadasında  böyük  müvəffəqiyyət  qazanaraq,  birinci  mükafata 
layiq  görüldü.  O,  digər  ölkələrdə  də  Azərbaycan  musiqi  mədəniyyətini  yüksək 
səviyyədə  və  layiqincə  təmsil  etmiĢdir.  1960-cı  ildə  Azərbaycan  Dövlət 
Filarmoniyasının  nəznində  "Muğam  studiyası"  yaratmıĢ  və  burada  gənc  xanəndələrə 
muğamın  sirrlərini  öyrətmiĢdir.  O,  həmçinin  Azərbaycan  Dövlət  Musiqi  Məktəbində 
dərs demiĢ, muğam ifaçılarının yeni nəslini yaratmıĢdır. Xan əsl yaradıcı sənətkar kimi 
milli musiqi xəzinəsini yeni mahnılarla zənginləĢdirirdi. Bu baxımdan onun "Qəmərim", 
"ġuĢanın  dağları"  mahnıları  dillər  əzbəri  olmuĢdur.  Xan  ġuĢinski  öz  yaradıcılığında 
bəstəkar mahnılarına da müraciət etmiĢdir. Bu mənada Üzeyir Hacıbəyovun "Qara göz" 
mahnısının  ilk  ifaçısı  olmuĢ  və  mahnını  yüksək  zövqlə  oxuyaraq  yaĢatmıĢdır.  Xan 
ġuĢinski 18 mart 1979-cu ildə vəfat etmiĢdir. 
Əsərləri: ―YaxĢı adamın hekayəti.‖ (1976), ―Nəğmələr susmur‖ (1975), ―Səs, söz və 
ifaçılıq‖ (1979). 
Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin