Şair E. Ağayev
Avqustun 31-i Qubadlı rayonunun erməni
qəsbkarları tərəfindən iĢğalı günüdür. Rayon
1993-cü ildə erməni iĢğalçılarının əlinə keçib.
Sahəsi 80250 hektar olan, Zəngəzur dağları ilə
Dağlıq Qarabağ silsiləsi arasında yerləĢən
Qubadlı rayonu inzibati vahid kimi 1933-cü ildə
yaradılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən
bildiriblər ki, rayon ərazisində müxtəlif növ
ağaclardan ibarət 13160 hektar dövlət meĢə fondu mövcud idi. Qubadlı rayonunda
1500-1600 illər ərzində salınmıĢ nadir növlərdən olan 10-dan artıq iri diametrli ağaclar
təbiət abidəsi kimi qorunurdu. Dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləĢən və
sahəsi 20 min hektar olan, zəngin flora və faunaya malik Qubadlı Dövlət Təbiət
Yasaqlığında nəsli kəsilməkdə olan bir çox heyvan və quĢ növləri mühafizə olunurdu.
Məlumatda deyilir ki, erməni iĢğalçıları rayon ərazisində geniĢ sahələri əhatə edən
qiymətli ağac növlərindən ibarət meĢələri, böyük ehtiyata malik yeraltı sərvətləri,
mineral maddələrlə zəngin su mənbələrini istismara məruz qoyub, özünün qeyri-adi
flora və faunası ilə seçilən təbiət guĢələrini dağıdıblar. Qubadlı rayonunda 61
ümumtəhsil məktəb, 84 kitabxana, 12 mədəniyyət evi və 44 klub, 7 avtoklub əhaliyə
xidmət edib. Rayonda 2 uĢaq-musiqi məktəbi də fəaliyyət göstərib. Ümumilikdə iĢğal
nəticəsində rayonda olan 6988 yaĢayıĢ evi, 1080 kənd təsərrüfatı obyekti, 32 rabitə, 86
səhiyyə, 180 mədəniyyət, 6 sənaye müəssisələri, 650 km avtomobil yolları, 9 körpü, 2
su anbarı, 150 kilometr magistral su xətləri, 4830 km elektrik xətləri, 165 kilometr
magistral qaz boru xətti, 146 idarə, müəssisə binaları, 18 dəyirman, 4 su nasos
stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformator dağıdılmıĢ, 13365 hektar
meĢə sahəsi iĢğal altında qalmıĢdır. Ermənilər 5 mindən çox nadir eksponat saxlanılan
Qubadlı tarix-diyarĢünaslıq muzeyini də talan ediblər. 4-cü əsrə aid ―Gavur
dərəsi‖ndəki ibadətgah, 5-ci əsrə aid ―Qalalı‖ və ―Göyqala‖ abidələri, 14-cü əsrdə
tikilmiĢ ―Dəmirçilər‖ Türbəsi, Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin,
Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr hazırda
iĢğal altındadır. Erməni təcavüzü zamanı Qubadlı 5 il müddətində 238 Ģəhid verib, 146
nəfər əlil olub.
219
Yubilyar yazıçı və şairlər
10.Yazıçı Əlisa Nicatın anadan olmasının 80 illiyi (10.08.1931)
Əlisa Nicatın " Mirzə Şəfi" romanı böyük Azərbaycan şairi Mirzə Şəfi Vazeh
haqqında bioqrafik əsərdir. Roman "sənətkar və zaman " konsepsiyasının bir növ
bədii ifadəsi təsiri bağışlayır.
Əlisa Nicat — Azərbaycan yazıçısı,
Fəlsəfə elmləri üzrə fəxri doktor
Əlisa Nicat 1936-cı il avqustun 10-da Lerik rayonunun Zuvand
mahalının Yuxarı Gədik kəndində doğulub. 1955-ci ildə Lənkəran
Ģəhərinin 3 saylı orta məktəbini bitirib. 1957-ci ildə Azərbaycan
Dövlət Universitetinin filologiya fakültəsinin kitabxanaĢünaslıq
Ģöbəsinə daxil olub, 1963-cü ildə oranı tamamlayıb. 1955-ci ildə
―Ədəbiyyat və incəsənət‖, ―Bircə söz‖ adlı ilk Ģeiri çap olunub. 1959-cu ildə yazmağa
baĢladığı "QızılbaĢlar" romanını dövrün yaratdığı əngəllər ucbatından yalnız 1983-cü
ildə ―Yazıçı‖ nəĢriyyatında çap etdirə bilib. 1961-ci ildə ―Gecəniz xeyrə qalsın,
ulduzlar‖ adlı ilk hekayəsi, 1964-də ilk Ģeirlər kitabı olan "Yay axĢamı", 1970-ci ildə isə
"Bir qız, üç çinar" adlı ilk hekayələr kitabı nəĢr edilib. 1967-1969-cu illərdə Azərbaycan
radiosunun "Gənclik" və "Ġncəsənət" redaksiyalarında, ardınca ―Ekran‖ telefilm
birliyində fəaliyyət göstərib. 1973-1983-cü illərdə ―Elm və həyat‖ jurnalında redaktor
və Ģöbə müdiri vəzifəsində çalıĢıb. 1983-1990-cı illərdə Lənkəranda yaĢayıb və bu
dövrdə ―ZərdüĢt‖, ―Əsarət bayramı‖, ―Gərəksiz‖ povestlərini qələmə alıb, Plutarxın
―Makedoniyalı Ġskəndər‖ (1982), Məhəmməd Tahirin ―ġeyx ġamil‖ (1983) kitablarını
tərcümə edib. 1987-ci ildə povest və hekayələrin toplandığı ―Qəbilə baĢçısı‖ kitabı,
1990-cı ildə ―Gəncəli müdrik‖ romanı çap edilib. SSRĠ-nin süqutundan və müstəqilliyn
əldə edilməsindən sonra 1993-1994-cü illərdə "Turan" jurnalını nəĢr etdirib. Müstəqillik
dövründə ―Nağıllara dönən tarix‖ (1993), ―Ruhların söhbəti‖ (1994), ―Dünya
sərkərdələri‖ (1995), ―Dünya filosofları‖ (1995), ―Kədər Ģərabı‖ (1997), ―Dünya
tarixçiləri‖ (1998), ―Yüz böyük Azərbaycanlı‖ (1999), ―Karvan‖ (2000), ―Tarixin
qürubu‖ (2009) kitabları çap edilib. Eyni zamanda bu dövr ərzində ölkənin tanınmıĢ
mətbu orqanlarında çalıĢıb. 1999-cu il aprelin 28-də AMEA-nın Bəhmənyar adına
Fəlsəfə və Hüquq institutunun elmi Ģurasının qərarı ilə Əlisa Nicata səmərəli elmi və
elmi-maarif fəaliyyətinə görə fəlsəfə elmləri üzrə fəxri doktor adı verilib. Qocaman
fəlsəfə doktorunun bütün külliyyatı 50 cilddən ibarətdir.
Əsərləri: ―Sasanilərin sonu‖, ―Ehramlar‖, ―Sarsılmaz Mir Cəfər‖, ―Mələklər və
Ġblislər‖, ―Rza xan‖, ‖QızılbaĢlar‖, ‖Fenomen‖, ‖Satrap və demokrat‖, ‖Artakserks və
Midya türkləri‖, ‖Əsrin mənzərəsi‖, ‖Gilan‖, ‖ġirvan‖, ‖Təbriz‖, ‖Çaldıran‖, ‖100
böyük azərbaycanlı‖, ‖Sirli xəzinə‖, ―Yay axĢamı, ―Çənlibel‖, ―Bir qız, üç çinar‖,
―Qırmızı buludlar‖, ―Nəğməyə dönmüĢ ömür‖, ―Gəncəli müdrik‖ və s.
220
10.Yazıçı, tərcüməçi Aydın Abdullayevin anadan olmasının 70 illiyi (1946-1995)
Abdullayev Aydın Ələkbər oğlu – nasir, tərcüməçi, 1986-cı ildən Azərbaycan
Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990).
1946- cı il avqustun 10-da Azərbaycanın ġuĢa Ģəhərində qulluqçu ailəsində anadan
olmuĢdur. Bakıdakı 44 saylı orta məktəbi bitirdikdən sonra ADU- nun ĢərqĢünaslıq
fakultəsində təhsil almıĢdır (1964-1970). Misir və Yəmən Ərəb Respublikasında Dövlət
Təhlükəsizliyi Komitəsində, Milli Təhlükəsizlik Nazirliyi sistemində (1974-1993),
Azərbaycan Respublikası Ali Sovetində çalıĢmıĢdır (1994- cü ildən).
Ədəbi fəaliyyətə 1966-cı ildən ―Göyərçin‖ jurnalında dərc olunan ―Təəccüblənmə,
Elxan‖ adlı hekayəsi ilə baĢlamıĢdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxıĢ
etmiĢdir. Bədii tərcümə ilə də ardıcıl məĢğul olmuĢdur. Xidmətlərinə görə dörd medalla
təltif olunmuĢdur. 1995- ci il dekabrın 15- də Bakı Ģəhərində vəfat etmiĢdir.
Əsərləri: ―Nübar‖ (1980), ―Dağlar o dağlar deyil‖(1984), ―Gərək belə görüĢməyəydik‖
(1988) və s.
Tərcümələri:‖Qrim qardaĢları‖ (1980), M. Steyqa ―Arxadan gələn addım səsləri‖
(povest) (1981), Ġ. Pivovarova ―Üç minus və ya 5 ‖A‖ sinfində əhvalat (1982), K.
ÇilaĢvili ―Bizim ev‖ (1982), Y. Korçak ―Kral I Matius‖ (1986), K. Sayan ―Taxta
baĢmaqlar‖, ―Stendal ―Qırmızı və qara‖ (1995) və s.
221
12.Yazıçı Ələviyyə Babayevanın anadan olmasının 95 illiyi (1921-2014)
“Məndən soruşsalar ki, Elmi bədii ədəbiiyat əsəri necə olur? Mən deyərdim ki,
Ələviyyə Babayevanın əsərlərini oxuyun.”
Əkrəm Cəfər
Babayeva Ələviyyə Hənifə qızı — nasir, tərcüməçi, ssenari
müəllifi; 1951-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi (1979).
Ələviyyə Babayeva 1921-ci il 12 avqustda Bakıda anadan
olmuĢdur. Orta məktəbi bitirdikdən sonra ADU-nun fılologiya
fakültəsində təhsil
almıĢdır.
Ədəbi
fəaliyyətə 1936-cı
ildə ―Ədəbiyyat qəzeti‖ndə dərc olunmuĢ ―Ġki həyat‖ adlı
hekayəsi ilə baĢlamıĢdır. Hekayə, povest və romanlar yazmaqla yanaĢı, müasir rus
ədəbiyyatından tərcümələr etmiĢdir. A.Qaydarın ―Uzaq ölkələr‖ (1950), V.Biankinin ―Ġz
ilə‖ (1947), ―Ayı balası‖ (1959), ―Qırmızı təpə‖ (1963), K.Paustovskinin ―Oğru piĢik‖
(1951), V.Q.Korolenkonun ―Satın alınmıĢ uĢaqlar‖ (1962), Y.Sotnikin ―Əcaib quĢ‖
(1964), V.Astafyevin ―Ulduz xəzanı‖ (1970), Y.ÇaruĢinin ―Nikitanın oyuncaqları‖
(1984) və b. onun tərcüməsində kütləvi tirajla çap olunmuĢdur. ―Azərbaycan qadını‖
jurnalında məsul katib (1951-1973), ―Gənclik‖ nəĢriyyatında müasir ədəbiyyat
Ģöbəsinin
müdiri
(1973-1976),
sonra
baĢ
redaktor
(1976-1985)
olmuĢdur. Moskvada Azərbaycan ədəbiyyatı ongünlüyündə, həmçinin Azərbaycanın bir
çox yerlərində ədəbi tədbirlərdə iĢtirak etmiĢdir. Azərbaycan Yazıçılar Birliyinin qəbul
komissiyasının üzvü, tərcümə seksiyasının rəhbəri olmuĢdur. 23 sentyabr 2014-cü ildə
vəfat etmiĢdir.
Əsərləri: ―Mənim müəlliməm‖ (1950), ―Hekayələr‖ (1951), ―Tək ağac‖ (1957), ―Kənd
yolları‖ (1958), ―Payızda‖ (1960), ―Mən tək deyiləm‖ (1962), ―Kənd yollarında
səyahət‖ (1962), ―Yenə bahardı‖ (1963), ―Kölgə‖ (1964), ―Tut ağacı‖ (1967), ―Süsən
sünbül‖ (1968), ―Hörüklər‖ (1968), ―Povestlər‖ (1969), ‖Adamlar və talelər‖ (1973),
―Böyürtkən mürəbbəsi‖ (1971), ―Sehirli pillələr‖ (1974), ―Hardasan dost, harda‖
(1977), ―Səni axtarıram‖ (1985), ―Küləyin tərkində‖ (1983), ―Yanar su‖ (1986), ―Anadil
ağlayırdı‖ (1987), ―Açar‖ (1991), ―SeçilmiĢ əsərləri‖ (iki cilddə), ―Darıxıram a dağlar‖
(povestlər), ―Əlvida‖ (roman) (1994), ―Bəlkə sabah olmadı‖ (roman) (1996),
―Rəngbərəng yuxular‖ (publisist povest) (2000), ―Son döngə‖ (roman) (2000), ―Dəli
Sona‖ (roman) (1998), ―Cırtdan Ģəhərdən qaçıb‖ (povest və hekayələr) (2001) və s.
Filmoqrafiya: Dınqıl, sazım, dınqıl (film, 1976), SehrlənmiĢ küpə (film, 1979)
222
12.Xalq şairi Qabilin anadan olmasının 90 illiyi (1926-2007)
"Qabilin Nəsimi haqqında yazdığı mənzum roman mənim yaxşı xatirimdədir.
Doğrudan da, o çox böyük iş idi və Qabil bu işi gördü. Bu həqiqətən, dövlət
mükafatına layiq bir əsərdir. Çünki Nəsimi haqqında belə böyük, sanballı, dərin
fəlsəfi fikirlərlə dolu olan mənzum roman yazmaq hər adamın, şairin, yazıçının işi
deyil. Qabil bunun öhdəsindən gəldi".
Ulu öndər Heydər Əliyev
Qabil Allahverdi oğlu İmamverdiyev — Azərbaycan
Respublikasının Xalq Şairi. 1949-cu ildən AYİ-
nin üzvü, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1976),
Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi (1984).
"Şöhrət" ordeni (1996), "İstiqlal" ordeni (2006), "Əmək
igidliyinə görə" medalı, Azərbaycan Ali Soveti Rəyasət
Heyətinin Fəxri Fərmanı (1980), Ədəbiyyat Fondunun Rəsul
Rza mükafatına layiq görülmüşdür (1998).
Qabil
Ġmamverdiyev 12 avqust 1926-ci ildə Bakı Ģəhərində anadan
olmuĢdur. Azərbaycan Dövlət Pedaqoji Ġnstitutunun nəzdində olan hazırlıq kursunda
orta təhsil alıb, institutun dil və ədəbiyyat fakültəsinə daxil olmuĢdur (1944-
1948). Moskvada Maksim Qorki adına Ədəbiyyat Ġnstitutu nəzdində olan ikiillik ali
ədəbiyyat kurslarında müdavim olmuĢdur. "Azərbaycan" jurnalı redaksiyasında Ģeir
üzrə ədəbi iĢçi, baĢ redaktorun müavini (1975-1979) vəzifələrində iĢləmiĢdir.
AYB Ağsaqqallar ġurasının sədri olmuĢdur. Daim poetik duyğularla qəlbində Vətəninə,
millətinə tükənməz məhəbbəti olan Qabil böyük ictimai hisslər, duyğularla, gərgin
zəhməti və yaradıcılıq axtarıĢları, canlı həyat müĢahidələri ilə vicdanla xalqına xidmət
etmiĢdir. Böyük çağdaĢ Ģairimizi xalqa sevdirən bu cəhətlər içərisində ən baĢlıcası Qabil
poeziyasına uğur gətirən cəhət- yüksək vətəndaĢlıq mövqeyinin bu poeziyada güclü
Ģəkildə poetik doğruluqla ifadə edilməsidir. Qabilin dillər əzbəri olan atalar sözü, zərb
məsəllər kimi əks-səda verən misraları, rübailəri, beytləri, ayrı-ayrı Ģeirləri bunu
deməyə əsas verir. Xalqının, millətinin problemlərini bir an da olsun nəzərindən
qaçırmayan, zamanın nigaran suallarına cavab verməyə çalıĢan Qabil Ģeirləri 60 illik bir
dövrdə Azərbaycan xalqının ictimai- siyasi həyatının bədii salnaməsidir. Qabil 4
aprel 2007-ci ildə Bakıda vəfat etmiĢdir.
Əsərləri: ―SeçilmiĢ əsərləri‖ (2004), ―Mənim mavi Xəzərim‖ (1959), ―Ömrüm
boyu‖ (1962), ―Nəsimi‖ (1980) (I-III kitab), ―Ömrün həbləri‖ (1989), ―Ġlahi
qisməti‖ (2001), ―Dostlarım, tanıĢlarım‖ (2002), ―Səhər açılır‖, ―Bol məhsullu tarlada‖,
―Küləkli havalarda‖, ―VətəndaĢ sərniĢinlər‖, ―Nağaraçı‖, ―Təmizlik‖ və s.
Filmoqrafiya: Qabil (film, 2001)
223
18.Ədəbiyyatşünas Kamil Vəliyevin anadan olmasının 70 illiyi (1946)
“Milli özünüdərk prosesində anadilli ədəbiyyatın varlığı mühüm şərtdir. Və belə bir
ədəbiyyat qabaqcıl qayələrin ifadəsinə çevrildikdə, xalqın duyğularını real şəkildə əks
etdirəndə öz yüksək vəzifəsini həyata keçirmiş olur.”
Kamil Vəliyev
Vəliyev Kamil Nəriman oğlu— filologiya elmləri doktoru
Kamil
Vəliyev
Nəriman
oğlu 18
avqust 1946-cı
ildə Cəbrayıl rayonunda anadan olmuĢdur. 1965-ci ildə orta
təhsilini baĢa çatdırmıĢdır. 1970-ci ildə ADU-nun filologiya
fakültəsini fərqlənmə diplomu ilə bitirmiĢ və həmin il universitetdə
müəllimliyə
baĢlamıĢdır. 1988-ci
ildə professorluq dərəcəsi
almıĢ, 1988-1999-cu illər arasında universitetdə Azərbaycan
dilçiliyi kafedrasına rəhbərlik etmiĢ, Böyük Elmi ġuranın üzvü
olmuĢdur. 1990-cı ildə Konya Səlcuq Universitetinin fəxri doktoru adını almıĢdır. 1991-
1992-ci illərdə Ġzmir Universitetində, 1999-2000-ci ildə ġimali Kiprin Doğu Ağdəniz
Universitetində dərs demiĢdir. Türkiyənin nüfuzlu elmi təĢkilatlarından Türk Dil
Qurumunun, Atatürk Kültür Mərkəzinin və Türk Folklor Qurumunun fəxri üzvüdür.
Azərbaycan Yazıçılar Birliyinin, Ali Attestasiya Komissiyasının ekspertlər Ģurasının
üzvü olmuĢdur. 30 kitabın, 500-dən çox məqalənin müəllifidir. Dünyanın 20-dən artıq
ölkəsində elmi konfranslarda çıxıĢ etmiĢdir. 1993-cü ildə Azərbaycan Respublikası BaĢ
nazirinin müavini vəzifəsində iĢləmiĢdir. 1998-ci ildə elmi araĢdırmalarına
və Azərbaycan ilə Türkiyə arasındakı
münasibətlərin
inkiĢafına
görə
Türkiyə
Respublikası prezidentinin fərmanı ilə Türkiyə Cümhuriyyəti "ġərəf və Ləyaqət niĢanı"
ilə təltif edilmiĢdir. 2002-ci ildə xidmətlərinə görə Türkiyə Nazirlər Kabineti yanında
Türk ƏməkdaĢlıq və ĠnkiĢaf Agentliyinin, Türk Dil Qurumunun mükafatlarını
almıĢdır. 2004-cü ildə Bilkənd Universiteti və Türk Mədəniyyətinə Xidmət
Vəqfi tərəfindən dünyaca məĢhur dörd elm və mədəniyyət xadimi ilə birgə
mükafatlandırılmıĢdır. Həmin il Qırğızıstanda Çingiz Aytmatov Akademiyasının fəxri
üzvü seçilmiĢdir. 2006-cı ilin dekabrında Türk Dil Qurumunun, Konya Səlcuq
Universitetinin, Karaman Bələdiyyəsinin, Hüseyn Qazi Vakfının və BaĢbakanlıq
yanında
Avraziya
Mərkəzinin
ödüllərini
almıĢdır.
Hazırda
Türkiyənin
Ġstanbul Yedditəpə Universitetində dərs deyir və Azərbaycan-Avrasiya AraĢdırmaları
Mərkəzinə rəhbərlik edir. Ailəlidir, iki oğlu var.
Əsərləri:
Böyük mütəfəkkir M. F.Axundzadə ―Fikir karvanı‖ (1984) və s.
224
19.Şair Camal Yusifzadənin anadan olmasının 75 illiyi (1941)
"Camal Yusifzadənin şeirləri mənə sadəliyi, sözlərin təbii duyumu ilə Sabirin "Gəl,
gəl, a yaz günləri", "Dərsə gedən bir uşaq" şeirini xatırlatdı. Belə şeirlər çox olsun.
Bu şeir nəğmə adlanır. Bu, doğrudan da, nəğmədir. İndi bir Fikrət, bir Cahangir, bir
Seyid lazımdır ki, onu musiqi dilində səsləndirsin. Mənim fikrimcə, Camal uşaqlar
üçün yaxşı şeirlər yaza bilər."
Xalq şairi Rəsul Rza
Bağırov Camal Yusif oğlu - şair, dramaturq, nasir,
1978-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1979).
Camal Yusifzadə 1941-ci il avqustun 19-da Lənkəran Ģəhərində anadan olmuĢdur. Orta
məktəbi bitirdikdən sonra Bakıda ADU-nun tarix fakültəsində təhsil almıĢdır (1960-
1965). Tələbəlik illərində bədii yaradıcılığa baĢlamıĢ, ilk Ģerini 1963-cü ildə Lənkəranda
çıxan "Leninçi" qəzetində dərc etdirmiĢdir. Sonra Bakıda Azərbaycan Sovet
Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor vəzifələrində iĢləmiĢdir (1966-
1972). ―Ədəbiyyat və incəsənət‖ qəzeti redaksiyasında teatr, kino və musiqi Ģöbəsində
ədəbi iĢçi, sonra Ģöbə müdiri olmuĢdur (1972-1990). Televiziya və Radio VeriliĢləri
ġirkətində ədəbi dram veriliĢləri baĢ redaksiyası baĢ redaktorunun müavini olmuĢdur
(1991-1998). 1998-ci il-dən həmin Ģirkətdə Azərbaycan Telefilm Yaradıcılıq Birliyinin
baĢ redaktorudur. Onun ―Dağlar arxasız olmur‖, ―Ġtil getlər‖, ―Kim dəli, kim ağıllı‖,
―Ölümü köynəkdən keçirən oğul‖, ―Sabaha ömür payı qazananlar‖ və s. pyesləri
tamaĢaya qoyulmuĢdur. Camal Yusifzadənin doqquz kitabı çapdan çıxıb. Onun həm
erudisiyasına, həm insani əxlaqına, həm də sözə sədaqətinə heyran olmamaq mümkün
deyil.
Əsərləri: ―Lənkəran nəğməsi‖ (1970), ―Atlılar, qanadlılar‖ (1975),‖Yol içində milyon
seçdik‖ (1980), ―Payızdan gələnlər‖ (1983), ‖Ümiddən keçən yol‖ (1988), ―Küləyi
döymək olmaz‖ (1993) və s.
Filmoqrafiya:AbĢeron lövhələri (film, 2004), Ağaxan (film, 2006), Ana duasından
baĢlanan yol (film, 2001), AĢıq Məhəmməd Sadaxlı (film, 2003), AĢiqlər (film, 2008)
AtəĢgah (film, 2001), Ayna (film, 2000), Azərbaycan çayı (film, 2003), Azərbaycan
çinisi (film, 2000), Azərbaycan üzümü (film, 2002), Bakı SOS UĢaq Kəndi (film, 2001)
BaĢmaq (film, 2001), Bir ocağın nuru (film, 2001), Bizim qəribə taleyimiz (film, 2005)
Çiçi xalçaları (film, 2002), Çinarlı Ģəhərin generalları (film, 1999), Dan ulduzu, tale
ulduzu (film, 2001), DaĢları dindirən alim (film, 2001), Dədə Qorqud axtarıĢında (film,
2000), DədəgünəĢ (film, 2000), DönüĢ (film, 1999), Əsrin Ģahidi (film, 2002), Əzizə
Cəfərzadə (film, 1999), Əzvay (film, 2005), Firəngiz Əlizadə. Lüsern-99 (film, 1999).
225
26.Yazıçı, dramaturq Əzim İsmayıllının anadan olmasının 80 illiyi (1936)
İsmayıllı Əzim İsfəndiyar oğlu – nasir, dramaturq,
ədəbiyyatşünas, 1973- cü ildən Azərbaycan Yazıçılar Birliyinin
üzvü, Jurnalistlər Birliyinin üzvü (1962), ―Araz‖ ali ədəbi
mukafat laureatı.
1936- cı il avqustun 26-da Azərbaycanda Ġsmayıllı rayonundakı Lahıc qəsəbəsində
ziyalı ailəsində anadan olmuĢdur. Ġsmayıllı Ģəhərində 1 saylı orta məktəbi bitirmiĢdir
(1954). Azərbaycan Dövlət Universitetinin jurnalistika Ģöbəsində təhsilini davam
etdirmiĢdir (1954-1960). Əmək fəaliyyətinə Azərbaycan Dövlət Televiziya və Radio
VerliĢləri redaksiyasının satira və yumor Ģöbəsində Ģtatdankənar müxbir, eyni zamanda
―Elm‖ nəĢriyyatında korrektor kimi baĢlamıĢdır (1960). Bədii yaradıcılığa 50-ci illərdən
baĢlamıĢdır. Ġlk hekayəsi ―Qocalıqda yorğalıq‖ 1957-ci ildə ―Gənclik nəğmələri‖
almanaxında dərc olunmuĢdur. Bundan sonra dövri mətbuatda vaxtaĢırı çıxıĢ etmiĢdir.
Tbilisidə ―Merani‖ nəĢriyyatının buraxdığı ―ÇeĢmə‖ (1980) ədəbi məcmuəsinin
tərtibçisi və müəlliflərindən biridir. Əzim Ġsmayıllı Gürcüstanda yaĢayıb-yaradan
azərbaycanlı yazıçıların Gürcüstan Yazıçılar Ġttifaqı nəzdində yaranmıĢ ―Dan Ulduzu‖
ədəbi birliyinə rəhbərlik etmiĢdir (1985- ci ildən). Eyni zamanda ―Dan ulduzu‖ ədəbi
toplusunun tərtibçisi və redaktorudur (1987-1989-1990). ―XX əsrin 30-40-cı illərində
Gürcüstanın Azərbaycan mətbuatında ədəbiyyat məsələləri― mövzusunda tədqiqatla
məĢğul olmuĢdur. Bir sıra elmi məqalələri qəzet və jurnallarda dərc olunmuĢdur. ―Bir
cüt bənövĢə‖, ―Ölülər və dirilər‖, ―Kölgələr iĢıqlanır‖, ―Göz dağı‖, ―Gizli düĢmən‖ və
sair pyes və ssenariləri vardır. Türkiyədə Əski Ģəhərdə Yunis Ġmrənin 750 illik yubileyi
münasibəti ilə keçirilən konqresdə Atatürk qızıl medalına, ―Araz‖ ali ədəbi mükafatına
layiq görülmüĢdür. Beynəlxalq Anamur poeziya festivalının qalibidir. Əsərləri xarici
ölkə xalqlarının dillərində nəĢr olunmuĢdur. Xidmətlərinə görə 2 medalla təltif
edilmiĢdir.
Əsərləri: ―Nəfəs‖ (1966), ―Qanlı qaya‖ (1989), ―Dünənki anım‖ (1989) və s.
226
27.Yazıçı, dramaturq Seyfəddin Dağlının anadan olmasının 95 illiyi (1921-1983)
“Ötən əsrin ortalarında “yandırdığı “Məşəl”in odu elə sönməz oldu ki, onun hər
parçasından qopan qığılcım bu yazıçını sevən oxucuların qəlbinə nur kimi axdı. Bir
vaxt bu dünyada var olmuş Seyfəddin Dağlını unudulmağa qoymadı. Əslində, bu işıq
payı unudulmaz yazıçının Vətənə, torpağa, millətə bağlı ürəyinin sevdiyi insanlara
əbədi ərməğanı oldu.”
Flora Xəlilzadə
Yazıçı, dramaturq Seyfəddin Dağlı 26.08.1981- ci ildə
Dostları ilə paylaş: |