Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı
ilə Nəsirov Yalçın Canhəsən oğluna ölümündən sonra "Azərbaycanın Milli
Qəhrəmanı" adı verilmişdir.
Yandır haqqın məşəlini, aləm nura dönsün,
Çıxsın yağı düşmən önünə, ərlər öyünsün,
Üçrəngli bayrağı qaldır, dünyada görünsün.
Çal cəngini, olsun yağının bağrı qızıl qan,
Azərbaycan, türkün Vətəni, can sənə qurban.
Ələkbər Sadiq
31
Fevral
Əlamətdar tarixi günlər və bayramlar
Gənclər günü 02.02.
Hərbi Hava Qüvvələri Günü 14.02.1992
Beynəlxalq kitab bağıĢlayan gün. 14.02.
Beynəlxalq ana dili günü 21.02.2000
Bu tarixi unutmayaq
Xocalı faciəsinin 24-cü ildönümü 26.02.1992
Yubilyar yazıçı və şairlər
ġair Əbdülbaqi Fövzinin (Yusifzadə) 115 illiyi 12.02.1901-07.01.1956
ġair, dramaturq Nəriman Həsənzadənin 85 illiyi 18.02.1931
Azərbaycan alimi, ensiklopediyaçı Nəsirəddin Tusinin 815 illiyi (1201-1274)
Tənqidçi, tərçüməçi Ġshaq Ġbrahimovun 95 illiyi (21. 02. 1921-05.07.1987)
UĢaq dramaturgiyasının banisi, yazıçı Abdulla ġaiqin 135 illiyi (24.02.1881-1959)
ġairə Ağabəyim Ağanın 235 illiyi (25.02.1781-1831)
Yazıçı Firuz Sadıxzadənin 85 illiyi (25.02.1931-1995)
Xalq yazıçısı Əli Vəliyevin 115 illiyi (27. 02. 1901-02.02.1983)
Xarici ədəbiyyat
Özbək Ģairi ƏliĢir Nəvainin 575 illiyi (09.02.1441-1501)
Ġngilis uĢaq yazıçısı Eleanor Farconun 135 illiyi (1881-1965)
Tatar Ģairi Musa Cəlilin 110 illiyi (15.02.1906-25.08.1944)
Rus uĢaq Ģairi A.L.Bartonun 110
illiyi (17.02.1906-1982)
Alman filoloqu, folklorçu, nağılçı Vilhelm Qrimin 230 illiyi
(24.02.1786-16.12.1859).
Azərbaycanın tanınmış elm adamları
Lütfi Rəhim oğlu Ələsgərzadənin 95 illik yubileyi (02.02.1921)
İncəsənət
Bəstəkar, ictimai xadim Geyhun Hacıbəyovun 125 illiyi (03. 02.1891-1962)
Tarzən, xalq artisti Bəhram Mansurovun 105 illiyi (12.02. 1911-1985)
Xalq artisti Əliabbas Qədirovun 70 illiyi (13.02.1946-08.03.2006)
Xalq artisti Sofiya Hüseynovanın 90 illiyi (17.02.1926-30.06.2015)
Xalq rəssamı Böyükağa Mirzəzadənin 95 illiyi (21.02.1921-03.11.2007)
Rejissor, xalq artisti ġəmsi Bədəlbəylinin 105 illiyi (23.02.1911-24.05.1987)
Xalq rəssamı Oqtay Sadıqzadənin 95 illiyi (24.02.1921)
Xalq artisti Səkinə Ġsmayılovanın 60 illiyi (24.02.1956)
Milli qəhrəmanlar zirvəsi
Kərimov BəĢir Bəylər oğlu (02.02.1976-17.03.1995)
32
Fevral
Əlamətdar tarixi günlər və bayramlar
2.Ümumrespublika Gənclər günü
“Azərbaycan gəncləri Azərbaycanın gələcəyidir.”
Ulu öndər Heydər Əliyev
“Gənclik, əlbətdə, başqa nemətdir,
Unudulmaz böyük səadətdir...‖
Hüseyn Cavid
1 Fevral 1997-ci il tarixdə forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu
qəbul edən Heydər Əliyev "2 fevral - Azərbaycan gənclər gününün elan edilməsi
haqqında" Sərəncam imzalayıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral
Azərbaycanda Gənclər günü kimi təntənəli Ģəkildə qeyd olunur. Azərbaycanda əsası ulu
öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti mövcuddur və indi
həmin siyasət daha qətiyyətlə həyata keçirilir. Bu gün ölkəmizin hər yerində
Azərbaycan gəncləri öz bayramlarını böyük uğurlarla qeyd edirlər. Ulu öndərin gəncliyə
və gənclərə etimadı indi öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti
mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaĢayır. Prezident Ġlham Əliyev ulu öndərin
gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkiĢafı,
vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların
problemlərinin həlli istiqamətində görülən iĢlər, gənclər təĢkilatlarının formalaĢması və
inkiĢafı üçün yaradılan Ģərait və imkan böyük diqqətin nəticəsidir. Ġndi ölkəmizdə
dövlət qeydiyyatından keçən 170-dən çox gənclər təĢkilatı fəaliyyət göstərir, minlərlə
gənc lider yetiĢir.
Ölkəmizin aparıcı partiyası olan Yeni Azərbaycan Partiyasının
Gənclər Birliyinin gördüyü iĢlər də diqqəti xüsusilə cəlb edir.
Azərbaycan gənclərin
xarici ölkələrdə təĢkilatlanması da uğurla gedir. Bu gün gənclərimiz Avropa və
dünyanın otuzdan çox nüfuzlu beynəlxalq gənclər təĢkilatında təmsil olunur və bununla
da beynəlxalq gənclər hərəkatının fəal tərkib hissəsinə çevrilirlər. Beləliklə,
Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu
siyasət sağlam və intellektual nəslin formalaĢmasına xidmət edir. Bütün bunlar isə
Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.
33
14.Beynəlxalq kitab bağışlama günü (14.02.)
14 Fevral - Beynəlxalq kitab bağıĢlama günü (International Book Giving Day) –
təqvimdə ən gənc bayramlardandır. Bu gün, uĢaqlara kitab bağıĢlayan və onlarda kitaba
məhəbbət yaradan bütün insanları birləĢdirir. Bu bayram 2012-ci ildə özünü meydana
gəlməsində ABġ-da məĢhur Delightful Children’s Books uĢaq kitabı saytının yaradıcısı
Emmi Brodmura borcludur. Bu ideyanı ona balaca oğlu vermiĢdir. O, anasından
soruĢmuĢdur ki, niyə insanların bir-birinə kitab bağıĢladığı xüsusi gün yoxdur. Öncə
Emmi Brodmur Ġnternet Ģəbəkəsində müxtəlif insanlara bu təĢəbbüsdə iĢtirak etmək
təklif etmiĢdir. Mövcud olduğu iki il ərzində bu təĢəbbüs bütün dünyada dəstək qazanır
və indi də yeni iĢtirakçılar cəlb etməkdə davam edir. Bu əlamətdar günün yayılmasında
məĢhur müəlliflərin, bloqqerlərin və uĢaq yazıçılarının dəstəyi mühüm rol oynamıĢdır.
Hər il minlərlə həm oxunmuĢ, həm də yeni kitablar dünyanın bütün istiqamətlərinə yola
düĢür və uĢaqlarda kitaba məhəbbət, böyüklərdə isə bağıĢlamaq, hədiyyə etmək sevinci
yaradır.
34
14. Hərbi Hava Qüvvələri günü
Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa Qayıbov olub. O,
Birinci Dünya Müharibəsində almanlara qarĢı keçirilən
hava əməliyyatlarında fəal iĢtirak edib və indiki Belarus
ərazisində gedən döyüĢlərdən birində həlak olub. 1992-ci
ildən Azərbaycanda HHQ ilə bağlı islahatlar dövrü
baĢlanıb. Həmin il bu qurumun strukturu milliləĢdirilib.
General-mayor Rail Rzayev HHQ-nin komandanı təyin
edilib. Bir qədər sonra HHQ Hava Hücumundan Müdafiə
QoĢunları ilə birləĢdirilib. General-leytenant rütbəsi alan Rail Rzayev Hərbi Hava
Qüvvələri və Hava Hücumundan Müdafiə QoĢunlarının (HHQ və HHMQ) komandanı
kimi fəaliyyətini davam etdirib. 1994-cü ildə - atəĢkəs müqaviləsi imzalandıqdan sonra
Azərbaycanda baĢlanan hərbi islahatlar prosesinin özəyini məhz HHQ və HHMQ təĢkil
edib. Səbəb aydındır – iĢğal altında olan Azərbaycan əraziləri yüksək relyefə malikdir
və bu əraziləri iĢğaldan qurtarmaq iĢində qırıcıların, hərbi təyyarələrin və hava
hədəflərini vuracaq texnikaların əvəzi yoxdur. 1997-ci ildə Azərbaycanın Ali Hərbi
Təyyarəçilik Məktəbi ilk milli hərbi təyyarəçilərimizin buraxılıĢına baĢlayıb. Beləliklə,
2005-ci ildən Azərbaycanda müdafiəyə ayrılmıĢ vəsaitlərin əhəmiyyətli hissəsi məhz
HHQ və HHMQ-nin dirçəldilməsinə sərf edildi. 1995-ci ildə - Azərbaycanın illik hərbi
büdcəsinin 80-90 milyon dollara yaxın olduğu dövrdə HHQ və HHMQ-yə təxminən bir
neçə milyon dollar vəsait ayrılırdısa, 2008-ci ildə bu rəqəmin az qala hərbi büdcənin 15
faizini əhatə etməsi ilə bağlı ehtimallar səslənib. Bu isə 1 milyard 500 milyon manatlıq
hərbi büdcənin təxminən 250 milyon manatı deməkdir. Proqrama uyğun olaraq, 2008-
2010-cu illər ərzində HHQ-nin aviaparkının modernləĢdirilməsi aparılacaq və HHQ-nin
aviaparkı təxminən 50%-dək müasir döyüĢ təyyarələri hesabına yeniləĢdiriləcək.
Xatırladaq ki, Azərbaycan və NATO arasında imzalanmıĢ Fərdi TərəfdaĢlığq üzrə
Əməliyyat Planı (ĠPAP) çərçivəsində H.Z.Tağıyev qəsəbəsindəki hərbi aerodrom
modernləĢdirilib. Eyni zamanda hərbi aerodromlarda uçuĢların təhlükəsizliyini təmin
etmək məqsədilə xüsusi avadanlıqlar quraĢdırılıb, texniki təminat binaları yenidən
tikilib və təmir edilib, aerodromun texniki təminatı, paraĢüt-desant xidməti və əyləc
paraĢütlərinin yığılması binalarının inĢasına baĢlanılıb. Hazırda Azərbaycan HHQ-nin
pilotları MDB məkanında ən çox uçuĢlar keçirmiĢ pilotlar sayılır. Azərbaycan pilotları
əsasən Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində hazırlanır, Türkiyə, Ukrayna,
ABġ və digər ölkələrin müvafiq ixtisasartırma kursları və təlimlər keçirlər. 1992-ci ilin
sentyabrında verilən fərmana əsasən 14 fevral - Azərbaycan Hərbi Hava Qüvvələri
günü kimi qeyd olunur. Azərbaycanın ikinci müstəqilliyi dövründə – 1992-ci ilin
aprelin 1997-ci ildə Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi ilk milli hərbi
təyyarəçilərimizin buraxılıĢına baĢlayıb. Beləliklə, 2005-ci ildən Azərbaycanda
müdafiəyə ayrılmıĢ vəsaitlərin əhəmiyyətli hissəsi məhz HHQ və HHMQ-nin
dirçəldilməsinə sərf edildi. 2008-2010-cu illər ərzində HHQ-nin aviaparkı
modernləĢdirilib.
35
21.Beynəlxalq Ana Dili günü
“Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük sərvətidir.”
Ümummillilider Heydər Əliyev
“Ey türk oğulları, vətənin bir ovuc torpağını dünyanın var-dövlətinə, dilimizin bir
sözünü ləl cavahirata dəyişməyin.”
Şah İsmayıl Xətai
Beynəlxalq Ana Dili Günü UNESCO-nun 1999-cu il noyabr tarixində keçirilən BaĢ
konfransının 30-cu sessiyasında təsis edilib və 21 fevral 2000-ci ildən dil və mədəniyyət
rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd edilir. Dil hər bir millətin maddi və
mənəvi irsini qoruyan və inkiĢaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan
öz ana dilini yaxĢı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin
zənginləĢməsində, dünyagörü-Ģünün geniĢlənməsində, mükəmməl təhsil almasında, öz
soydaĢları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin
özünəməxsusluğunu qorumaqla yanaĢı, tərcümə vasitəsilə baĢqa xalqların mədəni irsi
ilə tanıĢ olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır. Dünyada məhv olmaq
təklükəsi ilə üzləĢən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana dili
günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, inkiĢaf
etdirmək hüququ olduğunu bir daha xatırladır. Dil ünsiyyət vasitəsidir, millətin simasını
səciyyələndirən amillərdən biri, bəlkə də birincisidir. O, hər hansı bir xalqın varlığının
təzahürü, onun milli sərvəti, qan yaddaĢıdır. Xalqın taleyi, onun mənliyi, mənəviyyatı
və mədəniyyəti olan dil cəmiyyətin təĢəkkülü və inkiĢafı ilə birgə yaranır, tərəqqi edir.
Millətin dilinin dövlət statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik, tarixin
qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir.
Bu dil, - tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil, - əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub nəsillərə biz də hədiyyə verək.
B. Vahabzadə
36
Tariximizin qan yaddaşı
26.Xocalı faciəsi (1992)
Ümumi itkilər
613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə
məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq
valideynlərindən birini itirdi, 1275 xocalılı əsir,
150 xocalılı itkin düşdü.
Xocalı soyqırımı-1992-ci il fevralın 25-dən 26-na keçən
gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-
cı motoatıcı alayının iĢtirakı ilə Xocalı Ģəhərini iĢğal
edərkən, etnik azərbaycanlılara qarĢı baĢ vermiĢ soyqırımdır.
Bu faciə Dağlıq Qarabağ münaqiĢəsi zamanı baĢ vermiĢ ən
dəhĢətli
hadisələrdən
biridir. Bu soyqırım zamanı
Azərbaycan xalqı yüzlərlə Ģəhid vermiĢdir. 1992-ci il
fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı
qüvvələri SSRĠ dövründən Xankəndi Ģəhərində yerləĢən 366-cı motoatıcı alayın zirehli
texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı Ģəhərini iĢğal etdi. Hücumdan əvvəl,
fevralın 25-i axĢam Ģəhər toplardan və ağır artileriyadan Ģiddətli atəĢə tutuldu. Nəticədə,
fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan
Ģəhərdə qalmıĢ təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi
ilə Ģəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən Ģəhəri tərk edən 2500
Xocalı sakinindən 613-ü düĢmən gülləsinə tuĢ gəlib qətliamın qurbanı oldu. Bu
soyqırım nəticəsində 63-ü uĢaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər
Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uĢaq hər iki valideynini,
130 uĢaq valideynlərindən birini itirdi. DüĢmən gülləsinə tuĢ gəlib yaralanan 487
nəfərdən 76-sı uĢaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düĢdü. Dövlətin və əhalinin
əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan
vuruldu. 1994-cü ildən ümummilli liderimiz Heydər Əliyevin təĢəbbüsü ilə Azərbaycan
hökuməti və parlamenti erməni millətçilərinin azərbaycanlılara qarĢı törətdikləri
cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətləri bütün miqyası və
dəhĢətləri ilə dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırmaq, bunların
soyqırımı siyasəti kimi tanınmasına nail olmaq üçün ardıcıl tədbirlər görmüĢdür.
Məqsəd Xocalı faciəsinə beynəlxalq hüquqi, siyasi qiymət verilməsinə, onun
təĢkilatçılarının, ideoloqlarının və icraçılarının dünya ictimaiyyətinin gözündə ifĢasına
və cəzalandırılmasına nail olmaq idi. Bu, bir tərəfdən Xocalı müdafiəçilərinin və
Ģəhidlərinin ruhu qarĢısında bizim insanlıq və vətəndaĢlıq borcumuz idi.
37
Yubilyar yazıçı və şairlər
12.Şair Əbdülbaqi Fövzinin (Yusifzadə) anadan olmasının 115 illiyi (1901-1956)
Yusifzadə Əbdülbaqi Nəsir oğlu -(12.02.1901 – 07.01.1956) — şair, 1938-ci
ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü
1901-ci il fevralın 12-də Azərbaycanın ġamaxı qəzasında (indiki ġamaxı Ģəhərində)
dəmirçi ailəsində doğulmuĢdur. Ġbtidai təhsilini ġamaxıda rus-tatar məktəbində almıĢdır
(1911-1916). 1918-ci ildə ailəliklə Gəncəyə köçmüĢlər. Burada əvvəlcə tütün fabrikində
iĢləmiĢ, sonra Gəncə müəllimlər seminariyasına daxil olmuĢdur (1919). Əksinqilabi
qiyam nəticəsində seminariya müvəqqəti bağlanmıĢdır (1920). 1921-ci ildə Ģagird
komitəsinin sədri olmuĢdur. Gəncə qəza icraiyyə komitəsində müxtəlif vəzifələrdə, həm
də savadsızlığın ləğvi sahəsində çalıĢmıĢdır (1921-1924). Təhsilini davam etdirmək
üçün Bakıya göndərilmiĢdir. Əvvəlcə fəhlə fakültəsində oxumuĢ, sonra pedaqoji
texnikuma dəyiĢilmiĢdir (1924-1928). Eyni zamanda , yazıçı S.S.Axundovun müdirlik
etdiyi 19 nömrəli 1 dərəcəli orta məktəbdə müəllim iĢləmiĢdir. 1926-cı ildə "Gənc qızıl
qələmlər" cəmiyyətinin üzvü olmuĢdur. Azərbaycan Proletar Yazıçıları Birliyi 1928-ci
ildə onu Moskvaya, V. Bryusov adına ali ədəbiyyat kurslarına göndərmiĢdir. Əvvəcə 1
Moskva Dövlət Universitetinin ədəbiyyat fakültəsində, sonra Dövlət Redaksiya-
NəĢriyyat institutunda təhsil almıĢ, orada kursu bitirmiĢdir (1928-1933). AzərnəĢrdə
bədii ədəbiyyat Ģöbəsində redaktor iĢləmiĢdir (1933-1941). Azərbaycan Radio
VeriliĢləri Komitəsində "Son xəbərlər" redaksiyasında məsul redaktor, sədr müavini,
uĢaq Ģöbəsində məsul redaktor, ədəbi-dram Ģöbəsinin məsul redaktoru, sonra redaktoru
iĢləmiĢdir.
Ədəbi
fəaliyyətə
1920-1922-ci
illərdən
baĢlamıĢdır.
"Gəncə
seminariyasında" adlı ilk tənqidi məqaləsi "Dilxor" təxəllüsü ilə "Əxbar" qəzetinin
1920-ci il payız nömrələrində çap olunmuĢdur. 1922-ci ildə "Yeni Gəncə" qəzetində
"Eynək" Ģerini "Salik" təxəllüsü ilə dərc etdirmiĢdir. Ġstər "Yeni fikir" qəzeti, "Qızıl
Ģəfəq" və "Dan ulduzu" jurnallarında (Tiflis dövri mətbuatı), istərsə də "Komsomol",
"Pioner", "Maarif iĢçisi", "Ġnqilab və mədəniyyət" jurnallarında, "Kommunist", "Yeni
yol", "Gənc iĢçi" qəzetlərində Ģeir və hekayələrini ġahid, xüsusən ġirvani təxəllüsləri ilə
çap etdirmiĢdir. Onun Simferopolda Krım tatarlarının dilində çap edilən "Ġleri" ("Ġrəli")
jurnalında, "Yeni dünya", "YaĢ qüvvət" ("Gənc qüvvə") qəzetlərində də yazıları çap
olunmuĢdur. "Tamara" adlı ilk pyesi Bakı və Gəncədə 1923-1924-cü illərdə fəhlə
klubunda tamaĢaya qoyulmuĢdur. Bakıya köçdükdən sonra əsərlərini Fövzi təxəllüsü ilə
dərc etdirmiĢdir. Əsas janrı poeziya olsa da, hekayə və pyeslər də yazmıĢdır.
V.Mayakovski, M.Lermontov, A. Qaydar və b. sənətkarlardan tərcümələr etmiĢdir.
Xidmətlərinə görə üç medalla təltif olunmuĢdur. 1956-cı il yanvarın 7-də Bakıda vəfat
etmiĢdir.
Əsərləri: ―Qadın intiqamı‖, ―Üfüqlər qızaranda‖, ―Həyatdan səslər‖, ―Qaçay‖ və s.
38
18.Şair, dramaturq Nəriman Həsənzadənin anadan olmasının 85 illiyi (18.02.1931)
Nəriman Həsənzadə olduqca həssas bir şairdir. O, bir qartalın uçuşunda, bir lalənin
duruşunda, bir körpənin baxışında bütün kainatı, ictimai aləmi və məna dolu
həyatımızı görmək istəyir.”
Xalq yazıçısı Mir Cəlal Paşayev
Həsənzadə Nəriman Əliməmməd oğlu — şair, dramaturq,
Azərbaycan Yazıçılar İttifaqının üzvü (1954), Filologiya
elmləri namizədi (1965), Azərbaycanın əməkdar incəsənət
xadimi (1981), Azərbaycan Respublikası Ali Sovetinin
deputatı (1990-1995), Azərbaycanın xalq şairi (2005), "İlin
şairi" makafatı laureatı (2010).
Nəriman Həsənzadə 1931-ci il fevralın 18-də Qazax (indiki
Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub. 1949-cu
ildə H.Zərdabi adına Kirovabad Dövlət Ġnstitutunun filologiya
fakültəsinə daxil olmuĢdur. 1953-cü ildə həmin Universiteti
bitirmiĢdir. Azərbaycan Yazıçılar Ġttifaqı onu Moskvadakı Ġkiillik ədəbiyyat kursuna
göndərir. Buranı bitirdikdən sonra Qorki adına Ədəbiyyat Ġnstitutuna daxil olur. BeĢ il
burada təhsil alıb, Bakıya qayıdır. Hazırda Azərbaycan Milli Aviasiya Akademiyasının
humanitar fənlər kafedrasının müdiri vəzifəsində çalıĢır, dosentdir. Müstəqil
Azərbaycan Respublikasının "ġərəf" ordeni (2011) ilə təltif olunmuĢ və Fərdi prezident
təqaüdünə layiq görülmüĢdür. ―Kayseri poeziya günləri‖ndən (Türkiyə, 2009) Ģair
yüksək təəssüratlar və ödüllərlə qayıtmıĢdır. N. Həsənzadə ilin Ģairi elan olunmuĢ, ona
―Uğur – 2009‖ diplomu verilmiĢdir.
Kitabları: ‖Dostlar gözləyir məni‖ (1956), ‖Qız ürəyi‖ (1957), ‖Haradasan‖ (1959),
‖Qaraca Çobanın hekayəti‖ (1960), ―Sizdən ayrılmadım‖ (1961), ‖Könlüm Ģer istəyir‖
(1964), ‖Yadına düĢəcəyəm‖ (1966), ‖Niyə demədiniz‖ (1970), ‖Mənim gecəm-
gündüzüm‖ (1973), ‖Zümrüd quĢu‖ (1976), ‖Sən bağıĢladın‖ (1979), ‖Bir az möhlət
istəyirəm ömürdən‖ (1981), ‖Fikir eləmə‖ (1982), ‖Kimin sualı var?‖ (1984), ‖Nabat
xalanın çörəyi‖ (1986), ‖SeçilmiĢ əsərləri‖ (1987), ‖Mənim nigahımı pozdu təbiət‖
(1989), ‖Bütün millətlərə‖ (1991), ‖Taleyin töhfəsi‖ (1993), ‖Gəlimli-gedimli dünya‖
(1995), ‖Pompeyin yürüĢü‖ (1995),‖Poylu beĢiyim mənim‖ (2007), ‖Nəriman‖ (2009),
‖SeçilmiĢ əsərləri‖ (2010), ‖Nuru PaĢa‖ (2010).
Poemaları: ―Nəriman‖, ‖Zümrüd quĢu‖, ‖Kimin sualı var?‖, ‖Atabəylər‖, ‖Pompeyin
Qafqaza yürüĢü‖, ‖Midiya sarayı‖, ‖Bəyanət‖, ‖Həsrət‖, ‖Vətənsiz‖, ‖Heybədə gəzən
Ģeir‖, ―ġahid ol, günəĢ‖, ‖Rəsul Həmzətova məktub‖, ‖ġəhid atası ġərif qağaya
məktub‖, ‖Qafqaz‖, ‖Cavid‖, ‖Qaçaq Kərəm‖, ‖Səfirə‖, ‖Xarı bülbül‖ və s.
Povesti: Nabat xalanın çörəyi
Filmoqrafiya: Nəriman Həsənzadə (film, 2006), Qəmbər Hüseynli (film, 2007),
Mən Hüseyn Arifəm... (film, 2010) və s.
Dostları ilə paylaş: |