8. Beynəlxalq Qadınlar günü
“Qadın kitaba bənzəyir, onu sevərək və diqqətlə oxumaq lazımdır”
V.Belinski
Qadınların kiĢilərlə bərabər hüquqlu olmaq
uğrunda apardığı mübarizənin təmsili baĢlanğıcı
olaraq, 8 mart 1857-ci ildə ABġ-ın Nyu-York
Ģəhərində geyim sektorunda çalıĢan yüzlərlə
qadının aĢağı maaĢa, uzun çalıĢma saatlarına, eyni
zamanda pis iĢ Ģəraitinə etiraz olaraq tətil etməsi
qəbul edilir. 1908-ci il Nyu-Yorkda 15000 qadın,
daha qısa çalıĢma saatı, daha yaxĢı gəlir və
səsvermə
hüququ üçün nümayiĢ keçirdi.
NümayiĢdə ilk dəfə olaraq dekret icazəsi istəyən
qadınların Ģüarı "Çörək və Gül" idi. Çörək həyat eĢqini, qarın toxluğunu, gül isə daha
yaxĢı rifah həyat tərzini ifadə edirdi. 1909-cu ildə isə Avropadaki qadınlar, fevral ayının
son bazar gününü, fevralın 28-ni ilk qadın günü olaraq keçirdi. 1910-cu ildə 1857-ci il
hadisələrdən 52 il sonra Danimarkanın Kopenhagen Ģəhərində keçirilən Qadın Sosialist
Ġnternasyonalının qurultayında 1857-ci ilin 8 martında Nyu-Yorkda baĢlayan
mübarizənin, qadın hüquqlarının geniĢləndirilməsi və qadın həmrəyliyinin simvolu
olaraq Klara Setkin adlı bir alman sosialist qadını, Amerikada 8 martda yandırılaraq
öldürülən 129 qadın iĢçinin xatirəsinə hər il 8 mart gününü Dünya Qadınlar Günü
olmasını təklif etdi və bu təklifi qəbul edildi. Məhz qadınların kütləvi Ģəkildə
savadlanması, müəyyən hüquqlara malik olması həmin dövrə təsadüf edir. Bəlkə də
buna görədir ki, 8 Mart digər sosializm mənĢəli bayramlardan fərqli olaraq, artıq
müstəqillik qazanmıĢ keçmiĢ SSRĠ respublikalarının təqvimindən bu günə qədər
silinməyib. 1998-ci ildə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi
yaradılıb. Azərbaycan həm də Avropa ġurasının qadınlarla bağlı bürosunda təmsil
olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür. 1995-ci
ildə isə Azərbaycan rəsmi Ģəkildə qadınlara qarĢı münasibətdə ayrı-seçkiliyin bütün
formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoĢulub. Hər il
bayram günü ərəfəsində dövlət baĢçısı 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə
Azərbaycan qadınlarına təbrik ünvanlayır, Azərbaycan qadınlarının bir qrupuna fəxri
adlar verir, digər bir qrupu isə orden və ya medallarla təltif edir.
66
10. Milli Teatr günü
“Çox sevindirici haldır ki, Azərbaycanın böyük tarixə malik olan incəsənəti hər il
yeni istedadlar yetişdirir. Bu, xalqımızın mədəniyyətinin, incəsənətinin zənginliyini
nümayiş etdirir”.
Ulu öndər Heydər Əliyev
XIX əsrin 70-ci illərində Azərbaycanda milli
teatrın yaranması mədəniyyətimizin tarixində
çox böyük hadisə oldu. 1873-cü il martın 10-
da Bakı realnı məktəbinin teatr həvəskarları
truppası tərəfindən M.F. Axundzadənin
"SərgüzəĢti-vəziri-xani Lənkəran" komediyası
tamaĢaya qoyuldu. Bu Ģərəfli iĢdə H. Zərdabi
və N. Vəzirov mühüm rol oynamıĢdılar. Bu
tamaĢa ilə Azərbaycanda milli teatrın əsası
qoyuldu. Azərbaycanda teatr sənəti qədim
ənənələrə malikdir. Xalq arasında müxtəlif meydan tamaĢaları, kukla teatr tamaĢaları
(―Maral oyunu‖, ―Kilimarası‖), bayram tamaĢaları (―Kos-Kosa‖), dini səciyyəli
tamaĢalar (―ġəbih‖) və s. geniĢ yayılmıĢdı. Hələ XVII əsrin ikinci yarısında
Azərbaycanda olmuĢ fransız səyyahı ġarden, Çuxursəd bəylərbəyisinin Ġrəvan
Ģəhərindəki iqamətgahında qonaq olarkən burada ona üç hissəli bir tamaĢa
göstərmiĢdilər. Bu tamaĢa ġardenə o qədər xoĢ təsir bağıĢlamıĢdı ki, onu "ġərqin
operası" adlandırmıĢdı. Milli teatrın inkiĢafında məĢhur xeyriyyəçi-mesenat H. Z.
Tağıyevin böyük xidməti oldu. O, Bakı Ģəhərində ilk teatr binası inĢa etdirdi. Tezliklə
Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev,
Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə ġərifzadə, Mustafa Mərdanov və
baĢqaları kimi yüzlərlə simaları yetiĢdi. Azərbaycanda teatr sənətinin inkiĢafında
Hacıbəyov qardaĢlarının da böyük əməyi olmuĢdur. AXC-nin yaranması milli teatrın
fəaliyyətində də canlanmaya səbəb oldu. Cümhuriyyət hökumətinin bu sahədə
məqsədyönlü addımlarından biri də Azərbaycan Dövlət Teatrının təĢkili oldu.
Bu, Azərbaycan professional teatrının dövlət teatrı statusu alması demək idi. Bu teatrın
pərdələri ilk dəfə 1918-ci il noyabrın 4-də N. Nərimanovun "Nadir Ģah" faciəsinin
tamaĢası ilə açılmıĢdı. Sovet hakimiyyəti illərində Azərbaycanda teatr sənəti daha da
inkiĢaf etdi. Məhz martın 10-u Azərbaycan milli teatrının əsası qoyulan günü
teatrsevərlər Milli Teatr Günü kimi qeyd edirlər.
67
21.Beynəlxalq Meşə Günü
BMT-nin 23-cü Assambleyasının qərarı
ilə 1971-ci ildən keçirilir. Əsas məqsəd
planet sakinlərinin diqqətini meşələrin
qorunması məsələsinə cəlb etməkdir.
BMT-nin BaĢ Məclisi martın 21-ini Beynəlxalq MeĢə Günü elan etmiĢdir 06.01.2013.
BMT-nin BaĢ Məclisinin qərarı ilə 2013-cü ildən etibarən hər il martın 21-də qeyd
ediləcək Beynəlxalq MeĢə Günü meĢələrin və meĢə sahələrinin Yer kürəsində davamlı
inkiĢaf və təhlükəsizlik üçün böyük əhəmiyyət daĢımasına diqqəti cəlb etmək məqsədi
güdür. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı TəĢkilatı BaĢ Məclisin bu qərarını
alqıĢlamıĢ və üzv dövlətləri həmin gün xüsusi tədbirlər, o cümlədən ağacəkmə
kampaniyaları keçirilməsini dəstəkləməyə çağırmıĢdır.Yer kürəsi ərazisinin quru
hissəsinin 31 faizi meĢələrlə örtülmüĢdür. Haqlı olaraq meĢələri planetimizin ağ
ciyərləri adlandırırlar. Yerin ekoloji sistemləri və atmosfer arasında karbon qazı
mübadiləsi prosesində meĢələr mühüm yer tutur. Dünyadakı meĢələrin 13 faizi xüsusi
qorunan təbii ərazilərə aiddir. Son illərdə meĢələrin qırılması, deqradasiya və yanğınlar
nəticəsində Yer kürəsində meĢələrin təhlükəli dərəcədə azalması meylləri bütün
beynəlxalq
birliyi ciddi narahat edir.
68
21.Beynəlxalq Kuklaçı Günü
21.03.2003
21 mart – Beynəlxalq kuklaçı günüdür ((International Day of Puppetry). Bütün dünyada
Beynəlxalq kuklaçı gününün qeyd olunması ideyası məĢhur Ġran kukla teatrı xadimi
Civad Zülfaqarihoya məxsusdur. 2000-ci ildə Maqdeburqda, Beynəlxalq Kukla teatrı
xadimləri ittifaqının XVIII Konqresində (Union Internationale de la Marionnette,
UNIMA) o, bu məsələni müzakirəyə çıxarmıĢdır. Lakin bu bayramın keçirilməsi vaxtı
və yeri haqqında qızğın müzakirələr getsə də, məsələ həll olunmamıĢ qalmıĢdır. Yalnız
iki ildən sonra, UNĠMA-nın Beynəlxalq ġurasının iclasında bayramın tarixi müəyyən
olunmuĢdur. Bütün dünyadan olan kuklaçıların bayramı ənənəsi 2003-cü ilin 21
martında açılmıĢdır. Məhz bu gündən baĢlayaraq kukla teatrının bütün peĢəkarları və
pərəstiĢkarları tərəfindən Beynəlxalq kuklaçı günü qeyd olunur. Ənənəyə görə, həmin
gün kukla teatr və yaradıcı qruplarının əməkdaĢları qeyri-adi kukla tamaĢaları, maraqlı
görüĢlər, konsertlər təĢkil edirlər.
69
21.Beynəlxalq poeziya günü
“İnsanlara şeir qədər, ədəbiyyat qədər güclü təsir edən, insanlırın mənəviyyatına,
əxlaqına, tərbiyyəsinə, fikirlərinin formalaşmasına bu qədər güclü təsir göstərən
başqa bir vasitə yoxdur.”
Ulu öndər Heydər Əliyev
1999-cu ildə YUNESKO-nun 30-cu
iclasında 21 mart beynəlxalq poeziya
günü elan olundu. Bu hadisə xalqımız
üçün ikiqat bayrama çevrildi. Çünki
ruhun musiqisi adlandırılan bəĢəri
poeziyanın ritmik notları ilə baharı,
çiçəklənməyə
hazırlaĢan
ecazkar
təbiəti, saflıq və birlik rəmzi olan əziz
Novruzu salamlamaq doğrudan da əsl
səadətdir. Səadətdir, həm də ona görə
ki, Odlar Yurdumuz, iqtisadi sərvəti ilə zəngin olan anamız Azərbaycan həm də mənəvi
sərvəti ilə məĢhurdur və əsrlərdən bəri də məĢhur olub. Xalqımız Ģeriyyətə və
mədəniyyətə misilsiz töhvələr, nadir söz ustadları, böyük sənətkarlar bəxĢ edib. Odur ki,
Azərbaycanın ürəyi həm də Ģeirlə, poeziya ilə bərabər döyünüb. Zaman ötdükcə, böyük
Səməd Vurğunumuz da məmləkətimizi Ģeir, sənət ocağı kimi sevdirdi. Bu ocağın neçə-
neçə unudulmaz söz sahiblərindən biri olan sevimli ġəhriyar qəlbini, ruhunu Ģeirə, sözə,
poeziyaya bağıĢlayıb dedi:
Şeir mədəniyyət, incəsənətdir,
Incə ruh, incə zövq, incə sənətdir.
O da musiqi tək qəlbin səsidir,
Həyatın ən böyük möcüzəsidir.
Həyatın ən böyük möcüzəsinə, Ģeirə rəsmi tərif versək, əlbəttə, deməliyik ki, Ģeir -
mənzum söz sənətidir. Nəsrdən fərqli olaraq, fikrin vəznli, obrazlı, ritmik, qafiyəli
ifadəsidir. Fransız yazıçısı Anatol Frans haqlı olaraq qeyd edib ki, Ģeirlə insan ruhu
arasında qədim bir ünsiyyət var. Buna görə də insanın sevincli və kədərli anlarında Ģeir
həmiĢə onunladır. Bu məqamlarda Livan yazıçısı və rəssamı Xəlil Cübranın sözləri yada
düĢür: "ġeir qanı axan yaranın və ya gülümsəyən dodaqların nəğməsidir". Rus Ģairi,
Nobel mükafatı laureatı Ġosif Brodski səmimi Ģəkildə bildirib ki, poeziya ən yaxĢı
sözlərin ən yaxĢı düzümü deyil, poeziya dilin adi mövcudluq formasıdır.Ġslam dininin
böyük yaradıcısı, müsəlman aləminin fəxri olan Məhəmməd Peyğəmbər hələ neçə əsr
bundan qabaq daim insanlara tövsiyə edib ki, Ģeir əzbərləyin, çünki Ģeir dili düzəldir,
danıĢığı, nitqi gözəlləĢdirir. Zaman-zaman dahilər "Poeziya sözlərin, ruhun musiqisidir.
Poeziya həyatın çırağıdır" - deyə bu həyatı varlığa yüksək dəyər verib.
70
20-21. Novruz bayramı
“Novruz bayramı xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklük və
yaşam gücü ilə qidalandıran fenomendir. Böyük mənəvi gücə malik olan Novruz
bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının
milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin
oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən
qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı
sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir".
Ümummillilider Heydər Əliyev
Novruz Azərbaycan xalqının zəngin maddi və
mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə
ehtiva edən böyük mədəniyyət hadisəsidir.
Novruzun tərkibi quruluĢca mürəkkəb, məzmunca
dərin və geniĢ əhatəlidir. Müasir dövrümüz üçün
bu bir milli bayramdır. Bu bayrama tarixi inkiĢaf
boyunca baxdığımız zaman onun qədim mədəni
köklərə və mənəvi qaynaqlara bağlı olduğunu
görürük. KeçmiĢdə olduğu kimi, bu gün də
Azərbaycanda, digər türk dövlətlərində və bir çox
qonĢu ölkələrdə Novruz Bahar bayramı kimi qeyd
olunmaqdadır. ―Novruz‖ – hərfi mənada yeni gün deməkdir. Amma, ifadə etdiyi
mərasim semantikasına görə keçidin bitməsi və yeni nizamın baĢlanğıcıdır. Novruza
Bozqurd, Çağan, Ergenekon, Nevruz, Sultan Nevruz, Mart Doqquzu, Novruz və s. də
deyilmiĢdir. ―Novruz‖ anlayıĢı bəzi deyiliĢ fərqlərilə bir çox türk xalqlarının dillərində
iĢlənməkdədir. Novruz haqqında məlumatlara Ömər Xəyyamın ―Novruznamə‖,
Nizamülmülkün ―Siyasətnamə‖, Nizami Gəncəvinin ―Ġsgəndərnamə‖ və b. əsərlərində
rast gəlirik. Qədim dövrlərdə Novruz təkcə xalq bayramı kimi deyil, eyni zamanda,
dövlət bayramı kimi qeyd olunmuĢdur. Tarixi məlumatlara görə, Novruz bayramı bir ay
davam edirdi. Novruz bayramı Ģənliklərində kütləvi gəzintilər, xalq oyunları, yarıĢlar,
rəqs və nəğmələr oxunması, məzhəkəçilərin və kəndirbazların çıxıĢları olurdu. Novruz
bayramında müharibələr və qarĢılıqlı çəkiĢmələr dayandırılır, sülh müqavilələri
bağlanır, hətta dəfn belə növbəti günlərə təxirə salınırdı. Bu bayram o qədər Ģad və Ģən
bir bayram olmuĢdur ki, o günlərdə təkcə təmtəraqlı təntənələr deyil, eyni zamanda,
xəstələrə müstəsna diqqət və qayğı göstərilmiĢ, qohum və dostlara baĢ çəkilmiĢ, qohum
və yaxınların məzarları ziyarət edilmiĢ, bir-birinə qarĢılıqlı inam və simpatiya ifadə
edilərək ümumbəĢəri dəyərlər üstün tutulmuĢdur. Novruzun əkinçilik təqvimi ilə bağlı
olması tarixdən məlumdur. Belə ki, bu bayram Ģimal yarımkürəsində 20-21 martda baĢ
verən yaz bərabərləĢməsi ilə əlaqələndirilir. Təbiətin oyanması, canlanması, bitkilərin
yenidən öz yaĢıl rənginə bürünməsi min illər boyu müĢahidə olunmuĢ və təcrübədə
təsdiqlənmiĢ bir gerçəklikdir. Belə bir yeniləĢmə gününün baĢlanğıcı Ģəmsi-günəĢ
təqviminin ilk ayının ilk gününə (21 mart) təsadüf edir. Buna görə də həmin günü
Novruz (Yeni gün) adlandırıblar.
71
25.―Azərbaycanın Milli Qəhrəmanı‖ fəxri adının təsis edildiyi gün (25.03.1992)
“Azərbaycanın dövlət müstəqilliyi tarixi hadisədir, Azərbaycan xalqının tarixi
nailiyyətidir. Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir və bizim borcumuz
dövlət müstəqilliyini, əldə etdiyimiz milli azadlığı daim qoruyub saxlamaqdır. Bizim
vəzifəmiz bu müstəqilliyi möhkəmləndirməkdən və gələcək nəsillərə müstəqil, qüdrətli
Azərbaycan dövləti çatdırmaqdan ibarətdir.”
Ulu öndər Heydər Əliyev
Azərbaycan Respublikasının ən yüksək fərqlənmə dərəcəsi olan
―Azərbaycanın Milli Qəhrəmanı‖ adı ―Azərbaycanın Milli
Qəhrəmanı‖ adının müəyyən olunması haqqında‖ Azərbaycan
Respublikasının 25 mart 1992-ci il tarixli, 331-XII nömrəli
Qanunu ilə müəyyən olunmuĢdur. ―Azərbaycanın Milli
Qəhrəmanı‖ adı Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq
qarĢısında
müstəsna
xidmətlərə
və
rəĢadətə
görə
verilir.
―Azərbaycanın Milli Qəhrəmanı‖ adı Azərbaycan Respublikasının Prezidenti
tərəfindən onun öz təĢəbbüsü ilə və ya irəli sürülmüĢ vəsatətlərə əsasən verilir.
―Azərbaycanın
Milli
Qəhrəmanı‖
adı
eyni
Ģəxsə
bir
dəfə
verilir.
Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə niĢanı–―Ay-Ulduz‖ medalı
―Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə niĢanını təsis etmək haqqında"
Azərbaycan Respublikasının 7 iyul 1992-ci il tarixli, 201 nömrəli Qanunu ilə təsis
edilmiĢdir. ―Ay-Ulduz‖ medalı "Azərbaycan Respublikasının bəzi qanunvericilik
aktlarında dəyiĢikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 6 fevral 1998-
ci il tarixli, 429-IQD nömrəli Qanununa əsasən ―Qızıl Ulduz‖ medalı ilə əvəz
edilmiĢdir.
72
27.Beynəlxalq teatr günü. YUNESKO və Beynəlxalq Teatr İnstitutunun təşəbbüsü
ilə 1961- ci ildən təqvimə salınıb (27.03.1961)
Bu günün hər il dünyada keçirilməsi ilə bağlı qərar
UNESCO yanında Beynəlxalq Teatr Ġnstitutunun
1962-ci ildə Vyanada keçirilən konqresində qəbul
olunub.
Hər il Beynəlxalq Teatr Günü münasibəti ilə nüfuzlu
incəsənət xadimləri dünya ictimaiyyətinə müraciət
edirlər. Bu ənənənin əsasını qoyan və ilk dəfə dünya
ictimaiyyətinə Teatr Günü münasibəti ilə mesaj göndərən fransalı yazıçı Jan Kokto
(1962-ci il) olub. Teatr yunancadan tərcümədə "tamaĢa yeri" "tamaĢa etmək" sözündən
götürülüb. Teatr incəsənətin bir növü olub, hiss, fikir və emosiyaların tamaĢaçı və ya
tamaĢaçılar qrupuna bir və ya bir qrup aktyor tərəfindən ötürülməsini əks etdirir. Teatr
tamaĢası nümayiĢ olunan bina da teatr adlanır. Hazırda Azərbaycanda yüzlərlə aktyoru
birləĢdirən 27 dövlət teatrı fəaliyyət göstərir. Bu teatrlarda 700-dək aktyor çalıĢır. Ölkə
rəhbərliyi bütün sahələrdə olduğu kimi, teatr sənətinin də inkiĢaf etdirilməsinə xüsusi
diqqət yetirir. Teatr binalarının əsaslı təmiri, incəsənət ustalarının sosial-rifah halının
yaxĢılaĢdırılması istiqamətində atılan addımlar bunun bariz nümunəsidir. Prezident
Ġlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiĢ ―Azərbaycan teatrı 2009-2019-cu
illərdə‖ Dövlət Proqramı bu gün uğurla həyata keçirilir. Proqrama uyğun olaraq Abdulla
ġaiq adına Azərbaycan Dövlət Kukla, Dövlət Rus Dram, Dövlət Gənc TamaĢaçılar,
Dövlət Akademik Milli Dram teatrlarının binalarında yüksək səviyyədə təmir-bərpa,
yenidənqurma iĢləri aparılmıĢdır. Hazırda bu istiqamətdə iĢlər uğurla davam etdirilir.
Ötən illər ərzində respublika teatrları dünyanın 20-dən artıq ölkəsində, o cümlədən
Almaniya, Türkiyə, Rusiya, Belarus, Gürcüstan, Fransa, MərakeĢ, Finlandiya, Ġran,
Misir, Hollandiya, Estoniya, Bolqarıstan, Ukrayna və Ġsveçrədə keçirilən beynəlxalq
tədbirlərdə ölkəmizi ləyaqətlə təmsil ediblər. Eyni zamanda, xarici dövlətlərdən
tanınmıĢ rejissorlar, baletmeysterlər, xoreoqraflar, teatr rəssamları tamaĢa hazırlamaq
üçün Azərbaycana dəvət olunublar. Hər il Beynəlxalq Teatr Günü ilə əlaqədar ölkə
teatrlarında müxtəlif tədbirlər keçirilir, tamaĢalar göstərilir.
73
Tariximizin qan yaddaşı
31. Azərbaycanlıların soyqırımı günü
Bu günün misli keçən il, Allahım, gözdən iraq,
Ermənilər əldə bomba, süngü, xəncərlər, bıçaq,
Kəsdilər evlərdə minlərcə gəlin, arvad, uşaq,
Südəmərlər nizə nukində çalardı əl-ayaq.
Nalə, yalvarmaq bu qövmə hərgiz etməzdi əsər.
Hacı Səlim Səyyah
31 mart Azərbaycanlıların soyqırımı günüdür
Dostları ilə paylaş: |