gözünü qıyıb, o biri gözü ilə altdan yuxan Fikrətə baxırdı. O gənc mü həndisin məhz hansı uşaqlan nəzərdə tutduğunu bilmək istəyib soruşdu: - N ecə məgər, belələri çoxdurmu? - Çox deyilsə, az da deyildir. - Misal göstərə bilərsinizmi? - M əsələn, 155— ci buruqdan qaçan Tahir Bayramlı... Bir tərəfdə sakit oturub mürgü döyən usta Ramazan (o, uzun sürən iclaslarda söylənən xeyirsiz nitqlərdən yorulub həm işə mürgüləndi) bu 2
130 Ç j V
sözləri əv v əlcə yuxuda eşitdiyini güman etdisə də, birdən ayılıb yaxşı tanıdığı cavan mühəndisin də bu xüsusda danışdığını görəndə söz is tədi: - Olarını, bir-iki kəlmə? - Buyurun, usta. M ən qurtardım, - deyə gənc mühəndis çəkilib 1 yerində oturdu. Usta Ramazan nitq söyləm ək üçün söz istəmirdi. Ona görə də ye rindən qalxmadı. Yalnız bircə sual verdi: - Dem əli, Tahir istirahət vaxtında vağzala gedib-qayıtmaqla bu yekəlikdə trest geridə qaldı? Gənc mühəndis, Ramazanın bircə cümləsilə yarım saatdan bəri de diklərinin puça çıxdığını görüb, pərt halda yenə əlini saçlarına çəkdi. İsmayılzadə ayağa qalxdı: - M əncə m əsələ aydındır, - dedi. - Yoldaşlar birinci suala cavab verdilər. Ancaq əsil sualı - nə yolla trest kəsirdən çıxa bilər? - sualı nı isə tamam unutdular. Fikrət yoldaş məni bağışlasın, əlbəttə, geri liyin səbəbi cavanlar deyil. Men, şəxsən, çağırdığım müşavirələrdə bütün trest işçilərinin əm əli təkliflərini yazıb götürmüşəm. İlk partiya təşkilatlarında da bu m əsələ ciddi surətdə müzakirə olunmuşdur. Trestin kommunistləri geriliyin səbəbini Fikrət yoldaşın dediyi kimi gənclərdə deyil, ümumiyyətlə pis İşləməyimizdə görürlər. Onlann da dediklərini, bax buraya qeyd eləm işəm. - Qüdrət uzun bir bloknot