Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ


Elə bu zaman İsmayılzadənin kabinetində buruq ustaları ile mü­



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə155/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   ...   151   152   153   154   155   156   157   158   ...   382
Sechilmish eserleri II cild

Elə bu zaman İsmayılzadənin kabinetində buruq ustaları ile mü­
həndislərin gurultulu müşavirəsi gedirdi. Otağı göyümtül tüstü bürü­
düyündən, adamların siması xəyal kimi dumanlı görünürdü. Lakin ha­
mını həyəcana gətirən bu kəsik və ağır hava deyil, iclasın əvvəlində
İsmayılzadənin irəli sürdüyü bir m əsələ idi: ne üçün trest geridə qalır?
N ə yolla trest kəsirdən çıxa bilər?
Çoxları məyus oturmuşdu. Bu hal özü də geridə qalmağın nə də­
rəcədə ağır və dözülməz bir şey olduğunu anlamağa kafi idi. Ancaq
hamı başa düşürdü ki, qaşqabaq sallamaq və köks ötürməklə işlər öz
yoluna düşməyəcək.
N ə üçün trest geridə qalır? - Sual qısa və aydın olduğu üçün, cavab
da eyni dərəcədə qısa və aydın olmalı idi.
İndi danışan gənc mühəndis idi; o ortadan ayrılmış saçlarını yata­
rma sığallayaraq, bütün günahı neft sənayesinə təzə gəlmiş cavanlar­
da görürdü. Onun fikrincə təcrübə və ənənədən məhrum olan bu
gənclər yeni q ü w o deyil, yeni maneə idi.
İki saatdan bəri yalnız “buyurun!” deyə iclasdakılara bir-bir söz
verən və trestə gələndən bəri bütün qazıma işlərində gördüyü qüsur­
ları burada deyilənlərlə tutuşdurub, zehnində müəyyən nəticələr çıxa­
ran İsmayılzadə, bu sözü eşidərkən, özü də qoca buruq ustasından
deyil, tamamilə gənc bir mühəndisdən eşidərkən, soyuqqanlılığım
mühafizə edə bilməyib, yerində doğruldu.
- Bir qədər izah et, yoldaş Fikrət! - dedi.
-* Çünki avariyalar çox vaxt onların diqqətsizliyi, təcrübəsizliyi
üzündən olur. - Gənc mühəndis saçlarının səliqəsi pozulmadığına ta­
mamilə əmin olduğu halda, yenə əlini başından ayırmadı. - Mən holə
fərarilərin ucbatından nə qədər əziyyət çəkdiyimizi demirəm.
İsmayılzadə dodaqları arasındakı papirosun tüstüsündən acışan sağ

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin