şünondə Tahirin ürəyi gizildədi və ona elə gəldi ki, Lətifənin özü, ki tablarda tesvir olunan bəzi qızlar kimi, hərdəmxəyaldır v ə onun məhəbbətinə o qədər də bel bağlamaq olmaz. Tramvay sürətim artırdıqca, onun da fikri iti-iti işləm əyə başlayır dı: “Yox, yox, mən Özümdən başqa hamım günahkar hesab eləməkdə haqsızam. Əlbəttə haqsızam. Lətifə no üçün hərdəmxəyal olsun? Bəlkə o yalnız mehribanlığından belə gülərüzlüdür? Bəlkə no mən, no do Cəmil ona xoş gəlmirik?..” Tahirin gözləri vaqonun pəncərəsi qarşısından görünən dənizə baxır, amma təsəvvüründə yalnız və yalnız Lətifə dolanırdı. O yenə dü şünür, yenə həyəcanlanırdı: “Bəlkə məndə bəyəniləsi bir şey tapmır?..” Bu anda onun qulağına bir səs dəydi: - Axı o qəhrəmandır, adi adam deyil... Tahir bu sözü deyən qıza baxdı. O da Lətifə kimi gözəldi. O da xurmayı hörüklərini döşündən aşağı sallamışdı. Onun dolğun sifətin də, boyasız, lakin nazik çəhrayı dodaqlarında Lətifəni xatırladan incə, bir qədər də istehzalı görünən bir təbəssüm oynayırdı. Qız yanındakı oğlana deyirdi: - Belə qəhrəmanı yalnız o deyil, hamı sevir!.. Tahir hələ kənddə ikən neft qəhrəmanı olmaq ilə çırpındığı gün ləri, Bakıya da məhz bu məqsədlə gəldiyini, amma o vaxtdan bəri elə gözə dəyən bir iş görmədiyini fikirləşəndə, ürəyinin giziltisi daha da artdı və onun alnından soyuq tər damcıları axdı: “Bəlkə elə Lətifə də meni buna görə sevmirmiş?” Tramvay çalxalanıb dayandıqda, onun fikir sapı qırıldı. O nə üçün və hara gəldiyini yadına salanda, bir qədər ürəyi sakitləşdi v ə axşam nə təhər olsa Lətifə ilə danışmaq qərarına gəldi: “Qoy nə deyir-desin, məni biabır da eləsə ürəyimdəkilori açıb ona söyləyəcəyəm ”. 129 O V