rəhbəri: - Əlbəttə, - deyirdi, - belə təsadüflərin çox faciəli nəticələri olur. Yaxşı ki, yanğın komandası dünən çox məharət göstərdi, fəlakətin qa bağım tez aldı. Ancaq təsəvvür edin ki, belə hallar ya çox uzaqda, ya da dənizdə baş versə, böyük insan tələfatı ola bilər. Çünki komanda özünü yetirənə qədər yanğın qüvvətlənib adamları məhv eləyər, bütün buruğu da korlayar. Bunun üçün də elektrik xətlərini çox diqqətlə yox lamaq, vaxtlı-vaxtinda təmir etmək və əmniyyət cihazlarının sayım artırmaq lazımdır. Diqqət etsəniz, görərsiniz ki, buruqlarda bu cihaz ların sayı çoxdur. Amma Tahir yenə də sual verdi: - O ne üçündür axı? - Yanğın olsa, gərək dərhal tok kəsilsin! - deyə müellmı əmniy yət cihazının dəstəyini aşağı basdı — bax bele... Dem ək rəhbəri onlan buruğun dövrəsində çox gəzdirdi. Sonra pil ləkənlə qülləyə dırmaşdılar. Tahir buradan Lətifegilin evlərini aydın görürdü və gördüyü üçün də saat doqquzu yadından çıxarmırdı... 8
Lətifə Tahirdən ayrılandan sonra evə gəlib, bu iki saatı çox səbir sizliklə gözlədi. Hansı işdən yapışmaq istədisə də bacarmadı. Bu gün səhərdən bəri Tahirlə elədiyi şirin söhbətdən doymamışdı. İndi do yalnız onu düşünür və gələcək münasibətlərini götür-qoy eləyirdi. Ata-anası evdə olmadığından, onun düşüncələrinə heç kəs mane ol murdu. Görüş vaxtına yalnız on-on beş dəqiqə qalmış atası işdən qayıtdı. Lətifə onun bədənnüma güzgüyə düşən əksini görüb, hər iki əlilə saçlarını hörə-hörə geriyə çevrildi. - Atacan, gəldin? Lap yaxşı oldu. Anam qonşudadır. İndi də gəL, sən evdə növbə çək. Qocanın uzun bığlan altından gülümsəyən bozumtul dodaqları onun ne üçünsə çox sevindiyini göstərirdi. Lətifə bunun səbəbini təx