Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ


minən bilsə də, yenə soruşmalı oldu. Qoca iri əllərini bir-birinə sürtə­



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə308/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   ...   304   305   306   307   308   309   310   311   ...   382
Sechilmish eserleri II cild

minən bilsə də, yenə soruşmalı oldu. Qoca iri əllərini bir-birinə sürtə­
rək, qürurla başım qaldınb-saldı:
250 < 2 V
- Sağlığına, bu gün buruğu təhvil verdim, qızım. Yaman vurhavur-
du. Səhərdən trest müdiri, baş incinar da oradaydı. Demə ki, qabaqda
gedən elə təkcə sənin ustan Ramazandır. Keçici bayrağı qonşumdan
alıb m ənə verdilər.
- Doğrudan? - deyə Lətifə, sevincindən parıldayan gözlərini ata­
sından ayırmadı. - Bəs sən deyirdin sabah yox, birisi gün qurtarırsan?
- Yox, qızım, mən dünən qurtarmışam, bu gün Özüm gedib neftçı-
xarma briqadasını başa salırdım. Səhər tezdən güllələmişdilər. Neftin
çıxmağını gözləyirdim.
- Hə, ne oldu, neft gəldi?
Qoca bu sualdan inciyən kimi duruxdu:
- Ay hay, bəs namənə? Amma rəngindən özümün də xoşum gəldi.
Elə bil yenicə süzülmüş beçə balıdır. Qüdrət çox razılıq elədi. Zarafat
deyil, vaxtından düz iyirmi gün qabaq qurtarmışam.
Lətifə tələsik şlyapasının rezinini boğazına keçirib güzgüdən ara­
lananda atası soruşdu:
- Hara gedirsən? İşə? Ay qız, gol sən bu daşı ətəyindən tök. Çox
əziyyət çəkirsən. Sabah m ənə o qədər mükafat verəcəklər ki, pulumu­
zu yığıb-yığışdıra bilməyəcəyik. Hem oxumaq, həm də işləmək səndə
can qoymur axı.
Evdə dəfələrlə təkrar olunmuş bu söhbetin təzələnm əyi Lətifənin
ürəyindən deyildi. O da köhnə cavabım təkrar eləm əyə məcbur oldu:
- Yox, ata, mən buruqdan ayrılmayacağam. Bilirəm, mənim aldı­
ğım maaş sənə lazım deyil, amma mən buruqda çox şey öyrənirəm.
Mühəndis olandan sonra (bu sözləri deyəndə Lətifənin xəyalından
ayn fikirlər keçdi: “Tahirlə bərabər ali məktəbi bitirəndən sonra”),
daha o birilər kimi illərlə təcrübəyə getm əyəcəyəm.
- Yaxşı, indi hara?

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   ...   304   305   306   307   308   309   310   311   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin