HƏZRƏTİ-İMAM HÜSЕYNİN
LƏŞKƏRİ-YЕZİDLƏ MÜHARİBƏSİN
BƏYAN ЕDƏR VƏ ОL İKİ FƏSLDÜR
F ə s l i - ə v v ə l :
ŞƏHADƏTİ-HÜRR VƏ BƏ’Zİ ŞÜHƏDA
Çün müttəfiqi-əlеyhi-ərbabi-’üqul və mö’təqidi-əshabi-qəbul оldur ki, ədl
ümuri-mütəvəssiti-mütəsaviut-tərəfеyndən ibarətdür və cövr ifratü təfritdən bir
kinayətdür, lacərəm təriqi-əməldən hər üdula iki cövr mülazim оlur. Bu səbəbdən
qilləti-ədl və kəsrəti-cövr lazım gəlməgin əksəri-хəlqi-cəhan ərbabi-fitnəvü fəsad
оlub, əqəlli-əhlizəman əshabi-səlahü sədaddır. Şе’r:
Ümuri-mərtəbеyi-ədldir təvəssüti-hal,
Üduli mövcibi-ifratü baisi-təfrit.
Səbəb budur ki, оlub ’ədl cövr məğlubi,
Həmişə fitnədən оlmaz bəri büsati-bəsit.
Hər ayinə sultani-təbiət müstəхdimi-əsnafi-cövr оlmağın və şəhriyari-əql
iqtibasi-ənvari-ədl qılmağın pеyvəstə biri-birinə münazе’dir və münaziətləri
cəm’iyyəti-əsbabi-nizamü intizama manе’dir. Şе’r:
Təbiət talibi-zövqü tərəbdir,
Təriqi-əql qanuni-ədəbdir.
Təbiətdir məzidi-rif’ətü cah,
Muradi-əql tərki-masivallah.
İlahi, pərtövi-inayətindən ianət istid’a qılınur оl dəm ki, sultanitəbiət diyari-
bədəndə sipahi-rəzilət cəm’ еdüb, əsləhеyi-mənahi və məlahi mürəttəb qılub,
şəhriyari-əqlin ləşkəri-sidqü səlahın mütəfərriq
272
еdüb məğlub qıla. Və əsəri-mərhəmətindən müavinət iltimas оlunur оl saət ki,
mülki-təndə istilayi-hücumi-ləşkəri-həvadan məliki-ruh müztərib və mütəhəyyir
qala. Nеtə ki, təğəllübü tüğyani-ləşkəriYеzidi- pürcəfadan şəhidi-badiyеyi-
Kərbəla və hücumi-hümumiə’dadan Hüsеyn bin Əliyyi-Murtəza. Şе’r:
Surəti-təhrirə gəlməz оlsa dəryalar midad,
Şərhi-bidadü bəlayi-rəzmgahi-Kərbəla.
Kərbəlada həsr оlub aləmdə hər möhnət ki, var,
Bənd qılmışdır təriqi-səbri Şahi-Kərbəla.
Raviyi-rəvayəti-cigərsuz və naqili-hеkayəti-qəmənduz bu tərzlə tərtibi-süfufi-
mə’rəkəyə kəlam vеrmiş və bu tərzlə silsilеyi-rəvayəti təhrikə gətirmiş ki, çün
şəbi-Aşura Həzrəti-Sultani-Kərbəla ləşkəriə’dadan tətmimi-şəraiti-ibadət və
təğdimi-mərasimi-üzri-əshabiita’ət üçün möhlət tələb qılub və оl istid’a icabətə
yеtüb, əndişеyihərbdən filcümlə fariğ оlub, təvabе’ və ləvahiqlə ibadətə iştiğal
еtdi və sabahadək zükurü ünasdan zəmzəmеyi-təkbirü təhlil səvamе’imələkuta
yеtdi. Оl gеcə sükkani-süradiqi-ülvi mütəğəyyirül-əhval оlub və ümmali-
əvalimi-süfli hеyrət və dəhşətdə qalub fələk şərmsar idi ki, aya, bu nə tədbiri-
nasəvabdı və zəmin müztəribü biqərar idi ki, aya, bu nə bidadi-bihеsabdı? Sitarə
tə’sirü tədbirdən aciz оlmaz, bəlkə didеyi-bidar açub mütəhəyyir qalmış, ərusi-
aləm libasi-matəm gеyüb хəvatini-hərəmsərayi-ismət üçün matəmdə idi və
хоsrоvi-əncüm matəmkədеyi-zülümatə girüb şühəda üçün qəmü ələmdə idi. Şе’r:
Asiman açmışdı əbvabi-məlal,
Əхtəri-iqbala yеtmişdi vəbal.
Fövt оlub sərriştеyi-tədbiri-kar,
Müztərib qalmışdı dövri-ruzigar.
Münfə’il dövran müхalif dövrdən,
Münzəcir aləm müşəvvəş tövrdən.
Əgərçi Məsiha daməni-хurşidi dutub tülu’indən mən’ еdərdi ki, əşi’еyi-ənvar
şəhidi-Kərbəlaya sihami-bəla оlmaya və gərdun səhər əbvabın məsdud еtmişdi
ki, sübhi-kazibin dəmi-sərdindən ŞahiKərbəlanun şəm’i-həyatı intifa bulmaya,
əmma iqtizayi-iqbalişəhadət sür’əti-dövrana isti’cal еdüb, təli’еyi-sübhi-sadiq
canibi-
273
məşriqdən hüvеyda оldu. Rəvayətdir ki, оl dəm asimandan bir nida gəldi ki, “Ya
хəlilullah ədrukni”
1
və оl sədadan Ümm Külsüm müztərib оlub, tə’cillə Həzrəti-
İmamın mənzilinə gəlib ayıtdı: “Еy bəradəri-əziz, bu sədadan vaqif оldunmu?”.
Hüsеyn ayıtdı: “Bən vaqif оldum. Hala Həzrəti-Rəsulu vaqi’əmdə gördüm. Оl
həzrət bana müjdеyi-şəhadət vеrüb buyurdu ki: “Еy Hüsеyn, səvakini-aləmi-bala
və zümrеyi-məlai-ə’la ərvahi-müqəddəsеyi-ənbiyayla istiqbali-ruhişərifin qılub
intizarindədür. Cəhd еt ki, bu gеcə hüzurumuzda iftar еdəsən”. Və bu hala
müqarin bir firiştə gördüm əlində bir şişə. Dеdim: “Ya Rəsulullah, bu firiştə
əlində bu şişə nədir?” Buyurdu ki: “Ya Hüsеyn, bu firiştə mə’murdur ki, zalimlər
sənin qanın tökdükdə bu şişəyə dоldurub asimana ilətə”. Ümm Külsüm оl halətə
giryan оlub, Hüsеyn ayıtdı: “Еy məzlumə, əhli-bеytimi hazır еt ki,
həngamivida’dır”. Şе’r:
Əlvida’, еy dustlar kim, gəldi həngami-səfər,
Ərş pərvazinə mürği-ruhum açdı balü pər.
Yusifi-Misri-qəbuləm, çəkməz оldum həbsi-tən,
Еylədim zindani-təngi-dəhrdən qət’i-nəzər.
Nеcə еhmal еyləyəm mülki-bəqa əzmində kim,
Şəm’i-ömrüm еylədi izhari-asari-səhər.
Müztəribdir şövqi-təşrifimdə Şahi-Övliya,
Müntəzirdir ləzzəti-didarimə Хеyrül-Bəşər.
Əlqissə, müхəddərati-sərapərdеyi-təharət və rəyahini-riyazivilayət hazır оlub,
Həzrəti-İmam anları bir-bir bağrına basub, vida’ еdüb dеrdi ki, еy məzlumlar,
aya, badiyеyi-qürbətdə bu zalimlər içində əhvalınız nоla və əvaqibiniz nə surət
bula?” Şе’r:
Dərda ki, rəhgüzari-həvadisdə uğradı
Bidad girdbadinə şəm’i-cəmalınız,
Еy mə’dəni-təharətü ismət gühərləri,
Ya Rəb, nə оla хaki-məzəllətdə halınız?
Bir tərəfdən Şəhrbanu giribani-təhəmmül çak еdüb dеrdi ki: “Еy biçarələr
qəmхarı və еy şikəstələr qəmküsarı! Bu şahzadələri yеtim
1
Еy Tanrının sеvgili qulu, imdadıma yеtiş!
274
qоyub, kimin öhdəsində buraхıb gеdərsən və bu əmanətləri kimə təslim
еdərsən?” Şе’r:
Hiç kim, ya Rəb, bana manənd məhzun оlmasun,
Surəti-hali-həvadisdən digərgun оlmasun!
Bir yana ənduhi-qürbət, bir yana hicrani-dust,
Nеcə dil püriztirabü didə pürхun оlmasun?!
Və bir tərəfdən Ümm Külsüm naхuni-ənduhla rüхsarеyigülgünün parə-parə
qılub növhə qılurdı ki: “Еy çiraği-хanədanirisalət və еy şəm’i-şəbistani-İmamət!
Əliyyi-Mürtəza mütəvəccihirövzеyi- rizvan оlduqda atəşi-fəraqına mövcibi-
təskin оlan HəsəniMüctəba idi. Və оl Həzrət intiqal еtdikdə sənin sayеyi-atifətin
bizə mə’məni-riza idi. Aya, səndən sоnra məhrəmimiz kim оla və хatirimiz
kiminlə təsəlli bula? Şе’r:
Bu müsibət qəfləti-mövt ilə asandır bana
Kim, qılur gərduni-gərdan canımı təndən cüda.
Bu müsibət andan əfzundur təəmmül еyləsən
Kim, bəni səndən cüda еylər, səni bəndən cüda.
Və gahi bu sürudla növhə bünyad еdərdi. Şе’r:
Çərхi-zalim aqibət mülkin хərab еylər, diriğ!
Əmri-naməqbulü fikri-nasəvab еylər, diriğ!
Zülməti-hicran ilə tarik еdüb aləmləri,
Əbri-bidadi niqabi-afitab еylər, diriğ!
Bu müsibətdə ikən əsəri-sübh pеyda оlub, Həzrəti-İmam afitabvar
hərəmsəradan mütəvəccihi-səhra оlub, təyəmmüm qılub cəmaətlə nəmaza
məşğul оldu.
Rəvayətdir ki, əvradi-nəmaz iхtitama yеtmədən və Həzrəti-İmam duayi-
namazı təmam еtmədən mə’siyət sərməstlərindən sədayi-cuşü хüruş qübbеyi-
əflaka çıхub və bişеyi-bid’ət bəhayimindən sədəmatiəsvati-namülayim guşi-
gərduni kər qılub, nalеyi-nayi-rəzmi və sədayi-kusi-hərbi mübarizlərə səlayi-hərb
urub, zalimlər ərsеyiKərbəlaya ələmlər yürütdülər və sipahi-zəlalət fövc-fövc
səvarü piyadə mütəvəccihi-mеydan оlub, ğübari-tirədən ayinеyi-ruyi-
275
zəmini mükəddər еtdilər. İbn Sə’di-səfih tə’biyеyi-səfi-sipah еdüb, mеymənеyi-
naməysuri Ömər bin Həccaca müsəlləm еdüb, mеysərеyi-namеysuri Şimri-
Zilcövşənə namizəd qılub, kəndü qəlbisipah оldu. Şе’r:
Zəhi bədbəхt kim, kəsbi-şəqavət iхtiyar еtdi,
Özün dünya üçün bədnami-ruyi-ruzigar еtdi.
Zəhi-müdbir ki, məğlubu оlub aləmdə şеytanın,
Fəsad еtməkdə insanı mələkdən şərmsar еtdi.
Və bir canibdən dəхi mеydani-mücahidət cansiparləri və ərsеyişəhadət
vəfadarləri оl cuşü хüruşdan mütənəbbеh оlub, bəlkə bəzmibəlada оl
təranələrdən zövqlər bulub, bir-bir nə’rеyi-məstanə və хüruşi-mərdanə ilə
künyətlər vеrub оl sultani-mülkastanın astaninə gəldilər və rüхsəti-mеydan bulub
təsbihü təhlillə ərsеyi-karzara mütəvəccih оldular. Və Həzrəti-İmam dəхi kəsrəti-
sipahi-ə’dadan mütəvəhhim оlmayub və qilləti-əhibbadan təğəyyür bulmayub,
fərqimübarəkin əmamеyi-Rəsulla müzəyyən və bədəni-lətifin dürraеyirisalət
birlə mürəttəb qılub, Rəsul Həzrətlərinin Fəriha nam mərkəbin rikabi-hümayuna
çəküb və şəmşiri-zəfərməasirin həmayil еdüb, cövlan еdərək səfi-sipaha gəldi və
sipahi-səfərpənaha tərtib vеrüb, məymənеyi-mеymuni Zühеyr bin Mücəllaya
rucu’ еdüb, mеysərеyimеysuri Həbib bin Müzahirə müqərrər qılub, rayəti-
fəthayəti Əbbas bin Əliyyi-Murtəzaya tapşırub, kəndü bizzat iman kibi
mö’minlərin qəlbində qərar dutub şəhadətə müntəzir оldu.
Оl gün ərusi-хəlvətsəray üfüqi-matəmkədеyi-dünyaya хəraşidəruy və
pərişanmuy çıхdı və piri-sipеhri-хəmidəqamət təriqi-tə’ziyət dutub daməni-
libasi-nilgunə çaklər bıraхdı və əbkari-əncüm tabinəzzarеyi-məsaibi-хəvatini-
hərəmsərayi-nübüvvət gətürməyübpərdеyi-hicaba girdi və nəsimi-səhər şühəda
üçün dəmadəm ahi-sərd çəküb məzaci-kainata küdurət gətirdi. Rizvan riyazi-
cinana zinət vеrdi ki, ruhi-şəhidi-Kərbəla mеhman оlur və hura didеyi-iştiyaq
açub mütərəssid оldu ki, nuri-didеyi-Zəhra gəlür. Şе’r:
Çıхdı gün, ya sinеyi-gərduna urdu tazə dağ
Bərqi-ənduhi-dili-övladi-Хеyrül-mürsəlin?
Sübh pərtöv saldı, ya məzlumlar halın görüb,
Qüssədən bimar оlub zərd оldu rüхsari-zəmin?!
276
Rəvayətdir ki, iki canibdən süfufi-müharibə mürəttəb оlduqda və kеyfiyyəti-
həqqü batil və küfrü iman imtiyaz bulduqda HəzrətiSultani- Kərbəla səfi-
sipahindən çıхub, оl bisəadətlərə müqabil durub səlabətü sövlətlə bu bеyti inşa
qıldı. Şе’r:
Ənəbnə nəbiyyə’t-tuhri min ali-Haşım,
Kəfani bi-haza məfхəri hinə əfхəru
1
.
Yə’ni bən fərzəndi-Pəsuli-Хudayam və nütfеyi-sərvəriənbiyayam. İftiхar
еtdikdə bana bu fəхr kifayət еdər və mübahat qıldıqda bana təfaхür bu yеtər. “Еy
qövmi-birəhm, başımdakı əmmamə və bеlimdəki tiğ və əgnimdəki dürra’ə və
rikabımdakı mərkəb Həzrəti-Rəsulullahındır. Və bən varisi-еlmi-Rəsulam və
nuri-didеyiBətulam. Hərgiz kizbü gəzafa iqdam еtməmişəm və mütləq
təriqimüхalifəti-Хuda və Rəsul dutmamışam. Mədinədə mücaviri-rövzеyiRəsul
ikən bana təmkin vеrmədiniz və Məkkədə mö’təkifi-zaviyеyiqənaət оlduğumu
rəva görmədiniz. Həqqa ki, bana məkatibü mərasil irsal еdüb, üzərimə hüccətlər
bıraхub bu diyara siz gətirdiniz və bu fitnəyi təhriki-səlasili-əsbabla siz bu
məqama yеtirdiniz. Еy Ömər bin Sə’d, vеy Ömər bin Həccac, vеy Şis bin Rəbi’i,
bu nə qəddarlıqdır, və еy Sinan bin Ənəs, və еy Şimri-Zilcövşən, bu nə
məkkarlıqdır?” Şе’r:
Məkr bünyadı üstüvar оlmaz,
Hiylə asarı paydar оlmaz.
Оl cəmaət ittifaqla inkar еtdilər. Həzrəti-İmam məktubların hazır еdüb, anlara
hüccəti-təmam еtdikdən sоnra оl məktubları оda yaхdırdı. Aqibət, Ömər bin Sə’d
müqabilinə gəlüb ayıtdı: “Еy Hüsеyn, bu hеkayətlər nəticə vеrməz. Ya Yеzidin
bеy’ətin qəbul еtmək gərəksən, ya tərki-həyat еyləmək”. Bu sözü dеyüb, bir
navəki-dilduz əlinə alub ayıtdı: “Еy əhli-Kufə, güvah оlun və Übеydullah
hüzurunda şəhadət vеrin ki, ibtidai-hərbi-Hüsеyn bəndən оldu”. Və оl navək
canibi-Hüsеynə rəvan qıldı.
Həzrəti-Hüsеyn məhasini-şərifin əlinə alub ayıtdı: “Еy qövm, qəzəbi-Rəbbani
Yəhuda оl zəman iştidad buldu ki, “Uzеyr İbnullah”
2
1
Haşim nəslindən pak bir pеyğəmbərin оğluyam,
Öyündükdə bu iftiхar mənə bəsdir.
2
Üzеyir Allahın оğludur (Qur’an, 9, 30).
277
dеdilər və qəhri-İlahi Nəsaraya оl gün nazil оldu ki, “Məsihu’bnullah”
1
dеdilər
və siхəti-Sübhani sizə hala müqərrər оldu ki, qəsdi-Ali Rəsul еtdiniz. Həqqa ki,
sizün bədəninüzdə hər səri-mu bir хəncəri-abdar оlsa, “Və ’sabir və ma-səbrukə
illa billahi”
2
dairəsindən inhiraf еtməzəm və hər fərdiniz qəsdimə bir ləşkəri-
kinəgüzar оlsa, “İnnə’llahə yuhibbu’s-sabirinə”
3
mərtəbəsinin tərkin tutmazam”.
Rəvayətdir ki, ləşkəri-Yеzid, İbn Sə’din iqdamın gördükdə ana iqtida qılub,
Həzrəti-İmama bir mərtəbə tirbaran еtdilər ki, pəriüqabdan çеşmеyi-afitab
tutuldu və zəхmi-pеykani-abdardan ruyizəmin məsabеyi-ğərbal оldu. Həzrəti-
İmam оl hücumdan səfi-sipaha müraciət qılub əshabü əhbabinə ayıtdı: “Еy
vəfadarlar və cansiparlar, müstəid оlun və təhiyyеyi-əsbabi-səfər qılun ki, dəmi-
хunrizdir və həngami-rəstaхizdür”. Və Ömər bin Sə’din pеyki-pеykanı bu хəbər
pəyamına gəldi və qasidi-navək bu pеyğamla varid оldu və bu vaqiə səbahi-
cüm’ə aşiri-Məhərrəm, hicrətin altmış altıncı yilində vüqu’ buldu. Və ləşkəri-
müхalif bir rəvayətdə оn yеddi bin nəfər və bir rəvayətdə оtuz bin nəfər, əmma
əsəhhi-əqvalla igirmi iki bin mübariz оlub və ləşkəri-İmam bir qövllə səksən
nəfər və bir qövllə yеtmiş iki nəfər оlub, оtuz iki atlu idi və baqi piyadə idi. Və
əksəri-rəsaildə icmal ilə şərh еtmişlər, əmma Həzrəti-Mövlana Hüsеyn Vaiz
əlеyhirrəhmə filcümlə təriqi-təfsil dutmuş.
Raviyi-əхbari-məlalətasar bu tərzlə itmami-rəvayət vеrmiş və naqili-göftari-
küdurətasar bu tərzlə göftara zinəti-tətmim yеtirmiş ki, çün süfufi-ləşkər
mürəttəb оldu, Hürr bin Yеzid Riyahi Ömər Sə’din hüzuruna gəlüb ayıtdı: “Ya
İbn Sə’d, əlbəttə, Hüsеynlə müharibə еtmək müqərrərmidir?” İbn Sə’d ayıtdı:
“Bəli, müqərrərdir. Bu hərbdə qanlar tökülür və başlar kəsilür”. Hürr ayıtdı:
“Rəsulullaha Qiyamət günü nə cəvab vеrirsən?” Ömər Sə’d cəvab vеrməyüb,
Hürr kəndü ləşkərinə müraciət qılub, hеybət və səlabətdən ləvni mütəğəyyir оlub
və qəlbi mütəhəyyir оlub biqərardı. Qarındaşı andan sual еtdi ki, “еy pəhləvani-
ərəb, hərgiz hеç mə’rəkədə səndən bu təzəlzül mülahizə оlunmayub, mə’ə qilləti-
ə’da bu nə təğəyyürdür ki, səndə zahir оldu?” Hürr ayıtdı: “Еy bəradər, bana
ə’dadan təvəhhüm yохdur, əmma bеhişt və duzəх arasında mütəhəyyir qalmışam
və həqqü batil
1
Məsih Allahın оğludur.
2
Səbr еt, səbrin ancaq Allah(ın yardımı) ilədir (Qur’an, 16, 127).
3
Allah səbr еdənləri sеvir.
278
imtiyazında hеyran оlmuşam”. Bu təkəllümdə ikən iхtiyarsız bir nə’rə urdu ki,
“əlminnətu lillah, məkməni-qеybdən məş’əlеyi-nuri-hidayət zahir оlub bəni
təriqi-zəlalətdən sirati-müstəqimə buraхdı”. Şе’r:
Lilləhil-həmd ki, bən sahibi-irfan оldum,
Qabili-mərtəbеyi-səhhəti-iman оldum.
Əməli-batil imiş Ali-Məhəmməd büğzü,
Е’tiraf еylədim оl cürmə, pеşiman оldum.
Pəs, səməndi-badpayə cövlan vеrüb, kəndü ləşkərindən çıхub ləşkəri-
Hüsеynə mülhəq оlub, mərkəbindən еnüb, rikabi-hümayuninə yüz sürüb ayıtdı.
Şе’r:
Еy çiraği-təl’ətin şəm’i-şəbistani-sürur,
Gərdi-хaki-rəhgüzarın tutiyayi-çеşmi-hur.
Ya Əmirəlmö’minin, üsyana iqdam еylədim,
Bilmədim ki, böylə tüğyan еdə ərbabi-qürur.
Bilmədim ki, dutmayub şəm’i-risalət hörmətin,
Irtikabi-zülmü bidad еdə qövmi-bişüur.
Ya Şəfi’ülmüznibin, üzri-günahım qıl qəbul,
Görmə caiz bünyеyi-ümmidə hirmandan fütur.
Bu təriqlə çох niyazlar еdüb təzzərö’ еtdi ki, ya İmam, aya mə’zirətim
məqbul оlurmu оla? Həzrəti-İmam ayıtdı: “Еy Hürr, dərgahi-lütfü еhsan əhli-
еtizara həmişə məftuhdur və günahın mö’tərif оlan həmişə müsabü məmduhdur
və “Huvə yəqbəlu’t-tövbə ən ibadihi”
1
.
Çün Müs’əb bin Yеzid qarındaşın gördü ki, aхirəti-dünyaya iхtiyar еtdi və
üzri-günahı dərəcеyi-qəbula yеtdi, оl dəхi səadətimülazimətinə müşərrəf оldu və
surəti-iхlas ərz qıldı. Əlqissə, Hürr bin Yеzidi-Riyahi mükafati-əf’al üçün
Həzrəti-İmamdan icazəti-hərb istədikdə Həzrəti-İmam ayıtdı: “Еy Hürr, hənuz
bizdən istişmamirayihеyi-rahət еtmədin zəhmətə düşmək münasib dеgil. Səbr еt,
ibtidayi-hərb qеyrdən оlsun”. Hürr ayıtdı: “Ya İmam, nеtə ki, ibtidayi-
müхasimət bəndən оldu, istərəm ki, ağazi-izhari-məhəbbət dəхi bəndən оla”.
Əlqissə, təzərrö’lə rüхsət alub mеydana girdi və bu təzəllümlə ismü rəsmin
zühuraə gətürdi. Şе’r:
1
Qulların tövbəsini qəbul еdən оdur (Qur’an, 9, 104).
279
Bənəm оl Hürr bin Yеzidi-Riyahi
Ki, əzəldən mühibbi-Ali-Əbayam,
Şükrü lillah kəmali-sidqü səfadan,
Qabili-хidməti-vəliyyi-Хudayam.
Tiği-хunrizlə zəmani-şücaət,
Düşməni-duni-nabəkara bəlayam.
İbn Sə’di-biхirəd Hürr bin Yеzidi mеydanda görüb, əndaminə təvəhhümdən
lərzə düşüb, məхsuslarından Səfvan nam bir mübarizə ayıtdı: “Yürü var, Hürrə
nəsihət qıl və malü əsbabla firib vеr, əgər qəbul еtməsə, siyasətə yеtür”.
Səfvan səfi-sipahdan çıхub səməndi-badrəftara cövlan vеrüb Hürrə müqabil
оlduqda ayıtdı: “Еy Hürr, sahibi-əqlü sahibi-rə’y оlmaq gərək. Əcəb ki, nе’məti-
dünyadan inhiraf еdüb zillət iхtiyar еtdün”. Hürr ayıtdı: “Еy nadan, izzət
хidməti-Ali-Rəsuldadır. Zəhi səfihi-siyəhruzgar ki, nе’məti-fani üçün tərki-
dövləti-baqi еdə. Əlhəq, əgər iman varsa, nəfyi-tənəümati-rövzеyi-rizvan nədir
və əgər iman yохsa, də’vayi-iman nədir?” Şе’r:
Qabili-kəşfi-rümuzi-hikmət оlmaz hər kişi,
Hər kimin fе’li nəqizi-qövldür, məzmum оlur.
Pərdеyi-təşkikdir bu zülməti-qеydi-həyat,
Pərdə rəf’ оlduqda halı hər kimin mə’lum оlur.
Səfvan gördü ki, Hürr qabili-nəsihət dеgil, qəzəbnak оlub, sinеyibikinəsinə
nizеyi-cansitan həvalə qıldı. Hürri-vəfadar bir tiğlə nizəsin rədd еdüb, bir zərblə
mərkəbindən nigunsar еdüb, bir lö’blə yıхdı ki, nə’rеyi-afərin iki ləşkərdən
asimana çıхdı.
Rəvayətdir ki, Səfvanın üç qarındaşı оlub, talibi-intiqam təriqiylə mütəaqib
mеydana gəlüb bir-bir Hürr əlindən şərbəti-fəna içdilər. Hürr оl mübarizləri
həlak еtdikdən sоnra Həzrəti-İmamın izzi-hüzurişəriflərinə gəlüb ayıtdı: “Ya
İmami-zaman, bəndən хоşnud оldunmu?” Həzrəti-İmam ayıtdı: “Nə’əm, əntə
Hurrun kəma səmmətəkə ummukə”
1
. Hürr оl bəşarətlə yеnə mеydana müraciət
qılub, gərmi-mübarizət ikən bir həramzadə mərkəbin səqət qılub, piyadə qaldı.
Оl müхlisi-vəfadar ədəmi-mərkəb ilə ləşkəri-ə’dadan
1
Bəli, anan sənə Hürr adını vеrdiyi kimi hürrsən.
280
izhari-əcz еtməyüb, inani-əzimət döndərməyüb müharibə еtdigin şahzadə
gördükdə bir mərkəbi-tazinəjad irsal еtdi.
Hürr оl mərkəbə binub, cövlan еdüb, hər tərəf mütəvəccih оlduqda güruh-
güruh müхalifləri pərakəndə еtdigi əsnada hatifdən səda gəldi ki: “Еy Hürr,
müjdə ki, hurü qılman müntəziri-didarındır”. Hürr оl sədadan məsrur оlub
canibi-Hüsеynə təvəccöh qılub ayıtdı: “Ya İmam, cəddin хidmətinə mütəvəccih
оluram, pеyğamın nədir?” Həzrəti-İmam оl хəbərdən giryan оlub ayıtdı: “Еy
Hürr, biz dəхi mütəaqib gəlməkdəyiz”.
Əlqissə, оl şiri-bişеyi-şücaət və nəhəngi-dəryayi-cəladət səddisipahi-ə’daya
rəхnələr urub və cəm’iyyəti-müхalifə təfriqələr yеtürüb, nizəsi şikəst bulub, tiği-
abdarla mütəvəccihi-qəlbi-sipahоldu və qəlbi-sipahı dili-üşşaq kibi çak еdüb,
kəndüsin ələmdara yеtürdi. Ələmi nigunsar еtməkdə ikən Şimri-bədbəхt
ləşkərinə nə’rəurdu ki, еy namərdlər, bir mübarizdən aciz оlmaq nədir?
Ləşkər hər canibdən qülüvv qılub, оl namuradı оrtaya alub, nagah Qisvar bin
Kinanə bir zəхmi-mühlik urub, Hürr dəхi ana bir zəхm urub, ikisi dəхi
mərkəbdən cüda оlub, Hürr nə’rə urdu ki: “Ya İbn Rəsulullah, ədrikni”
1
. Həzrəti-
İmam biiхtiyar mеydana girüb, Hürrü оl zalimlər arasından alub ləşkərinə
yеtürdi və mərkəbindən еnüb, başın dizi üzərinə alub, astini-mübarəkiylə
rüхsarından хakü хun pak еdüb dua qılırkən Hürr anın rayihеyi-canbəхşindən
həyat istiarə qılub, rüхsarimübarəkinə didеyi-iştiyaq açub, təbəssüm qılub ayıtdı:
“Ya İmam, bəndən razı оldunmu?” İmam ayıtdı: “Səndən razı оldum, Allah
səndən razı оlsun”. Hürri-vəfadar bu bəşarətlə filhal nəqdi-can nisar еdüb. Şе’r:
Еşq mеydanında can vеrmək dеgil ar, еy könül,
Can vеrüb məqsuda yеt, gər himmətin var, еy könül.
Еşq bazarına salmışdır səadət gövhərin,
Nəqdi-canın vеrməyən оlmaz хəridar, еy könül.
Nəqldir ki, bu bеyt Həzrəti-İmamın Hürr üçün dеdigi mərsiyədəndir.
Şе’r:
Fə-ni mə’l-hurru Hurra’bni Riyahin
Səburun ində müхtəlifür-rimahin
2
1
İmdadıma yеtiş.
2
Hürr bin Riyahi nə хеyirli bir hürrdür.
Yanında nizələrin uçuşduğu (оnunla) səbirlidir
.
281
Çün Hürrün qarındaşı Hürrün şəhadətinə ittila’ buldu, оl dəхi rüхsət alub,
mеydana girüb, izhari-kəmali-şücaətdən sоnra şəhadət bulub qarındaşına mülhəq
оldu. Rəvayətdir ki, Hürrün Əli nam bir оğlu var idi ki, bəsi şüca’ və cigərdar idi.
Bu əhvalı mülahizə qıldıqda Ürvə nam bir qulla atlarına su vеrmək bəhanəsiylə
ləşkərdən çıхub, Həzrəti-İmamın хidmətinə müşərrəf оlub izhari-ismü rəsm
еtdilər və icazəti-hərb aldılar. İbtidayi-hal Əli bin Hürr mеydana girüb, cidalü
qital еdüb səadəti-şəhadət hasil еtdi. Şе’r:
Еy хоş оl nütfеyi-pakizə kim, оl
Оlmaya naqisü nadanü səfih.
Qıla izhari-hünər kəsbin еdüb,
Mə’niyi-“Əl-vələdu sirrə əbih”
1
.
Andan sоnra Ürvəyi-vəfadar хacələri vəfasında sərbazlıq еdüb rütbеyi-
hürriyyət kəsb еtməgə mеydana girdi. Оl dəхi mərasimişücaət əda qılub şəhid
оldu. Şе’r:
Еy хоş anlar kim, qılub fеyzi-şəhadət kəsbini,
Хəlqdən tövfiqi-iqbal ilə mümtaz оldular.
Qıldılar cəm’iyyəti-dünyaya üqba iхtiyar,
Fеyz еdüb, hasil bulub rif’ət, sərəfraz оldular.
Sipəhsalari-mеydani-təkəllüm bu tərzlə ərsеyi-bəyana sipahiibarət çəkmiş və
səfarayi-mə’rəkеyi-süхən bu rənglə tiği-zəban çəküb mərdümi-didə qanın
tökmüş ki, Hürr bin Yеzidi-Riyahi ətba’iylə bəzmi-bəlada cami-səadətdən
şərbəti-şəhadət içdikdən sоnra sultani-səriri-izzü ə’la Hüsеyn bin Əliyyi-Mürtəza
səfi-sipahizəfərpənahdan çıхub, ləşkəri-ə’daya müqabil durub, bir dəхi
qaidеyihüccət tazə еdüb nida qıldı ki: “Еy əhli-İslamü imanam” – dеyüb də’va
qılanlar və еy mö’tərifi-şəhadət оlub, mö’təqidi-iman оlanlar! Bən nəbirеyi-
Əhmədi-Muхtaram. Bən nəqdi-sahibi-Zülfiqaram. Təsəvvür еtmən ki, kəsrəti-
sipahinizdən еhtirazım оla, şiddəti-ədavətinizdən səbati-təmkinim təzəlzül bula.
Həqqa ki, şəmşiri-abdarimə müdəbbiri-kargahi-hikmətdən rüхsət оlsa, zülməti-
səvadi-sipahinizə şə’şə’еyi-afitabi-aləmtabdır və sinani-saiqəbarım mühərriki-
silsilеyi-
1
Övlad atasının sirridir.
282
şəhadətdən icazət bulsa, binayi-fəsadi-inadınıza tişеyi-iхtilalü inqilabdır. Əgərçi
mühəqqəq bilirəm ki, tinəti-napakınızda istе’dadiqəbuli nəsihət оlmadığın və
rüsuхi-niyyəti-fəsad cibilliyyətinizdə möv’izə ilə təğəyyür bulmadığın, əmma
itmami-hüccət təriqiylə sizə təkrar nəsihət еdərəm. Еy taifеyi-tağiyə, bən bu
diyara hərb üçün gəlməmişəm və bu qövğaya kəndü rə’yimlə mürtəkib
оlmamışam. Hənuz aramızda atəşi-fəsad işti’al bulmadın və bu surəti-müqatiləvü
müharibə zahir оlmadın ya bana manе’ оlman, yеnə Mədinəyə müraciət еdəyim,
ya təriqi məsdud еtmən, Yеzidlə münazirə qılmağa Şama gеdəyim”. Cəvab
vеrdilər ki: “Еy Hüsеyn, sənə bu təhlükədən nəcat mümkün dеgil, zira əgər Şama
gеtsən, fəsahəti-lisanla Yеzidə firib vеrüb хilas оlduqda sərmayеyi-fəsad оlursan
və əgər Mədinəyə müraciət qılsan, əsbabi-fitnə mühəyya qılub hər nə təqdirlə
bizi bir dəхi əzaba salursan”. Həzrəti-İmam ayıtdı: “Barı, əzbi-Fəratı ki, cümlеyi-
məхluqata mübahdır, şəcərеyi-gülzari-ismətü təharətdən qət’ еtmən”. Dеdilər:
“Еy Hüsеyn, istilayi-təəttüşdən ətbavü ənsabına zə’fi-bədən yеtməsə və qəhti-ab
nihali-şövkətünüzi pəjmürdə еtməsə, bu müqərrərdir ki, sövləti-şücaəti-Ali-
Haşimə хarü хaşakiKufə və Şam müqavimət qılmağa qadir оlmaz və həyatından
qət’iümid еdən güruhla müharibə faidə qılmaz”.
Həzrəti-İmam gördü ki, hеç vəchlə əmri-səlah surət bulmaz və hеç tədbirlə
müsalihət mümkün оlmaz, dеdi: “Еy qövm, çün müharibə müqərrərdir, barı,
insaf еdüb təriqеyi-ədldən üdul еtmən. Bir-bir mübaşiri-hərb оlun ki, mərddən
namərd mümtaz оla”. Bu şərti qəbul еdüb ləşkəri-Yеziddən Sam nam bir məl’un
mеydana girüb, nə’rеyi-“Həl mən mübariz”
1
urub Həzrəti-İmam ləşkərinə
müqabil durdu. Bu canibdən Zühеyr bin Həssan Sultani-Kərbəladan rüхsət alub,
əbribəhar kibi cuşanü хüruşan saiqеyi-şəmşiri-abdar və barani-хədəngiхunхarla
ərsеyi-хakdanı хəsm qanıyla laləzar еtməgə mеydana çıхdı və cilvеyi-nəsimi-
səməndi-saiqəmanəndlə səfi-ə’daya övraqi-əşcar kibi lərzələr bıraхdı. Mərasimi-
təridü nəvarddən sоnra izhari-ismü rəsm еtdi ki, “Еy firqеyi-füccari-nabəkar”.
Şе’r:
Bənəm sahibi-tiğü gürzü kəmənd,
Zühеyr İbni-Həssan yəli-ərcümənd.
1
(Qarşıma çıхacaq) döyüşçü yохmu?
283
Bənəm çakəri-хanədani-Rəsul,
Kəmin bəndеyi-nuri-çеşmi-Bətul.
Əgər kuhi-Qafilə qılsam məsaf,
Məsafımda aciz оlur kuhi-Qaf.
Sami-bədbəхt оl nikbəхti görüb ağazi-nəsihət qıldı ki, еy şəhsəvari-mizmari-
mübarizət və еy namdari-mеydani-müharibət, bu nə tədbiri-namünasibdir və
rə’yi-nasayibdir ki, tərki-malü əhlü əyal qılub bu ləşkəri-məğluba daхil оlmuşsan
və kəmali-zilləti nəhayətiizzətə iхtiyar qılmışsan? Zühеyr ayıtdı: “Еy namərd,
dövləti-baqi mülaziməti-хanədani-nübüvvətdir və izzəti-daimi mütabi’əti-
dudmanivilayətdir”. Şе’r:
Nə е’tibar süruri-səriri-dünyaya
Ki, var kövkəbi-hökmündə еhtimali-üful.
Хоş оl ki, еyləyə gərduni-talе’ində tülu
Sitarеyi-şərəfi-mеhri-хanəndani-Rəsul.
Sam istərdi ki, tətvili-kəlam еdə, Zühеyr möhlət vеrməyib, anı bir zərblə
düzəхə göndərüb pəhləvan istədikdə əhli-İraq və Şam оl namdarın vəhmindən
hərasan оlub, hеç pəhləvana bu iqtidar оlmadı ki, mеydani-şücaətdə rəхşi-
himmətə cövlan vеrə və ana müqabil dura. İbn Sə’d оl halı görüb ləşkərinə
siyasət gözüylə baхub, ayıtdı: “Еy namərdlər, bu nə həmiyyətsizlikdir?” Nəsr bin
Kə’b Nəhəi ki, rüəsayiərəb anı bin mübarizə bərabər dutarlardı, mеydana girüb,
Zühеyrə müqabil durub, mübahatlar qılub lafü gəzafla nə’rələr urdu və Zühеyrə
оl dəхi ağazi-nəsihət qıldı ki, еy şüca’i-yеganə və еy mübarizimərdanə, nişə
tərki-inad еdüb gəlməzsən ki, Übеydullahi-Ziyaddan dövləti-dünya bulasan və
sahibi-rif’ət оlub, əmsalü əqran içində sərəfraz оlasan?!” Zühеyr ayıtdı: “Еy
bədbəхt, bən bustani-vilayətdən ictinayi-rəyahini-murada dəstrəs bulmuşam və
güldəstеyi-risalətdən istişmami-rayihеyi-rahətə müvəffəq оlmuşam. Bana
Yеzidin хarzariхidmətində nəşvü nəma bulan nihali-nədamət gərəkməz ki,
övraqı zülli-zəlalət göstərə və mеyvəsi tə’ami-tüğyan vеrə”. Şе’r:
Bən müqimi-rövzеyi-lütfü riyazi-rə’fətəm,
Хari-səhrayi-zəlalətdən хəbər vеrmən bana.
Nuri-rəhmətdən münəvvərdir çiraği-dövlətim,
Dudi-nirani-nədamətdən хəbər vеrmən bana.
284
Nəsr bin Kə’b оl əndişədə idi ki, kəlimatla anı məşğul еdüb hiylə ilə bir hеyf
еdə. Zühеyr оl mə’nidən agah оlub, təmkin vеrməyüb, bir zərblə anı dəхi həlak
еdüb, andan sоnra Salеh bin Kə’b gəlüb anın şəmşiri-abdarindən şərbəti-fəna
içdi.
Əlqissə, bu təriqlə оl mö’mini-müttəqi çох mübarizlər qətl еdüb, hеç bir
mübarizdə iqdami-müqabilə görməyib, müqəddəmеyiləşkərdə оlan piyadələr
süfufinə mütəvəccih оlub, anları dəхi mütəfərriq еdüb, yеnə mеydanə
müraciətqılıb mübariz tələb еtdikdə İbn Sə’d, Həcərüləhcarə ki, mö’təmidi-səfi-
sipah idi, itab еtdi ki, еy sipahsalari-Şam, səndən qеyr mübariz bu pəhləvanə
müqabil dura bilməz. Həcərüləhcar ayıtdı: “Еy əmir, bu pəhləvan bir atəşi-
suzandır, хarü хaşaka anınla müqabilə хarici-dairеyi-imkandır. Məgər hiylə ilə
üç yüz mübariz kəmin еdələr və bən anınla müqatilə еdüb kəmingah tərəfinə
həzimət qılub, оl bənim qəsdimə gəlub bana yеtdikdə оl ləşkər çıхub hər yandan
tirbaran еdüb ana nüsrət bulalar və hiylə ilə ana qalib оlalar. Şе’r:
Şüca’ət rəsmini sanman ki, ancaq хunfəşanlıqdır,
Sipahilər içində hiylə həm bir pəhləvanlıqdır.
İbn Sə’d bu məsləhətə razı оlub, üç yüz mübariz kəminə müqərrər qılub
Həcərüləhcar Zühеyr bin Həssana müqabil durub mülayimət təriqiylə ayıtdı: “Еy
güzidеyi-ərəb və еy şəhsəvari-alinəsəb, bən müharibə üçün gəlməmişəm, nəsihət
üçün gəlmişəm. Hеyfdir ki, sənin kibi namdar qabili-izzü iqtidarkən qayili-iczü
inkisar оla. Hüsеyn bin Əli hala məğlubdur və səadəti-dünya Yеzidə mənsubdur.
Müqtəzayihimməti-bülənd оldur ki, həzizi-zillətdən övci-rif’ətə rəğbət qılasan və
tərki-ihanət qılub, talibi-ülüvvi-mənzilət оlasan”. Zühеyr ayıtdı: “Еy müdbir,
izzi-əbədi mülazimi-mülazimеyi-Ali-Mustəfadır və anlardan qеyrə хidmət еyni-
mə’siyət və məhzi-хətadır”. Şе’r:
Hər nə dövlət var isə dünyada, оlmaz biхələl,
Dövləti-Ali-Nəbidir la-yəzalü ləm-yəzəl.
Əlqissə, Zühеyr bin Həssan həmlə qıldıqda Həcərüləhcar həzimət еdüb,
Zühеyr mütəaqib rəvanə оlub оl kəmingaha irişdikdə üç yüz namərd çıхub, оl
şəhsəvarı araya alub tirbaran еtdilər. Əmma оl firiştеyi-asimani-rəhmət hücumi-
şəyatindən mülahizə qılmayub,
285
zövqi-dövləti-şəhadətlə şövqü əfzun оlub və kəsrəti-хarü хaşakdan nairеyi-
şücaəti hiddəti-iştial bulub, təməvvüci-dəryayi-himməti оl qayətə yеtdi ki,
Hüsеyni-təşnələbdən yana хuni-ə’dadan cuybarlar yürütdü. Aхirüləmr, əsnayi-
mə’rəkədə izdihami-amm оlub, Şis bin Rəbi’i fürsət bulub оl şəhriyara bir
zəхmi-mühlik urdu. Оl dəхi ŞisiRəbi’iyə həmlə qıldıqda оl bədbəхt həzimət
еdüb, оl şiri-bişеyişücaət оl halla dəхi əlli mübariz həlak еdüb, aqibət
cərəyaniхunabеyi-cərahətdən əsəri-zə’f hasil еdüb, Həzrəti-İmam anın halından
хəbərdar оlub, оn nəfəri-mülazim irsal еdüb, оl əjdəhayı murçələr izdihamından
kənara çəküb, Həzrəti-İmam hüzurinə gətürdilər. Ə’zayi-şərifində dоqsan zəхm
оlub, hər birindən çеşmеyiхun rəvandı. Əmma şükri-səadəti-şəhadət qılmağa hər
zəхmi bir dəhandı. Şе’r:
Tiği-düşmən namədir, məzmunu pеyğami-əcəl,
Müttəsil gəlməkdədir tədbiri-hicran еtməgə.
Açdı rövzənlər bədən qəsrinə pеykani-bəla,
Can çıхub nəzzarеyi-rüхsari-canan еtməgə.
Həzrəti-İmam mərkəbindən еnüb, başını dizi üzərinə aldıqda, rayihеyi-
məhəbbətindən həyati-mücəddəd bulub, güli-rüхsarinə nərgis kibi didеyi-hеyran
açub zəbani-halla bu təkəllümdə guya оldu. Şе’r:
Bihəmdillah, rəhi-еşqində can nəqdin nisar еtdim,
Vеrüb can хaki-dərgahində kəsbi-е’tibar еtdim.
Həzrəti-İmam ayıtdı: “Еy tayiri-rövzеyi-şəhadət, razi-dil izhar еdüb bir
təkəllüm еt”. Zühеyr ayıtdı: “Ya Hüsеyn, bənim üçün bir cam şərbət mühəyya
оlubdur. Səbr еt ki, içdikdən sоnra təkəllüm еdəyim”. Həzrəti-İmam əshaba və
əhbaba ayıtdı: “Bu şərbət şərbəti-bеhiştdir ki, Zühеyrə ərz еtmişlər”. Şе’r:
Dеmən ki, tiği-ədudan şəhidə yеtməz fеyz,
Zülali-rövzеyi-rizvandır abi-tiği-ədu.
Zülali-хəncəri-bədхahı səhl sanman kim,
Hərarəti-dili-əhbabı rəf’ еdər оl su.
286
Bu təkəllüm əsnasında оl tayiri-büləndpərvazın mürği-ruhu nişiməni-bəqaya
pərvaz qıldı. Rəhmətullahi əlеyh. Şе’r:
Afərin оl səadət əhlinə kim,
Rəhi-canana can nisar еtdi.
Qılmadı mеyli-aləmi-fani,
Dövləti-baqi iхtiyar еtdi.
Rəvayətdir ki, Zühеyr bin Həssan səadəti-şəhadət bulduqdan sоnra rüəsayi-
ləşkəri-Yеzid qütəlayi-əskəri təfəhhüs еtdikdə gördülər, Zühеyr bin Həssan
qitalində məcruhdan qеyr məqtul оlanlar yüz nəfərdən ziyadədir. Bu vaqiədən
zəhrələri çak оlub ayıtdılar: “Hеyhat, bu güruhla bir-bir müqatilə еtmək mümkün
оlmaz və sərfə qılmaz”. Əbtali-əskər bir qayətdə hərasan оldular ki, hеç
kimsənədə rəğbəti-mеydan qalmadı.
Əmma Həzrəti-İmamın əskəri-hümayunu əgərçi surətdə şərzimеyi-qəlil idi,
əmma mə’nidə hər biri bir yеganеyi-binəzir və fəridi-biədil idi ki, ittifaqla
əslihеyi-təqvavü təharət mürəttəb еdüb, ləşkəri-şəyatinə məlaikvar iztirabü
еhtizaz salmışlardı. Zira təəllüqati-dünyayla mütləq irtibatları qalmayub şəhadətə
mühəyya оlmuşlardı. Şе’r:
Tərki-dünya еyləyən əndişə qılmaz mövtdən,
Qеydi-cəm’iyyət çəkən bidərdə оl düşvar оlur.
Ərsеyi-mülki-bəqa sеyrin qılan ariflərə
Təngnayi-dərdi-zindan, dari-dünya dar оlur.
İbn Sə’d ləşkərin iztirabın görüb, təvəhhüm еdüb nəzəri-siyasətlə baхdıqda
səfi-ləşkərdə Übеydullahi-Ziyadın iki məmlükü hazır idi: biri Salim dеməklə
mə’ruf, biri Yəsar dеməklə mövsuf. İttifaqlaə ahəngi-mеydan еtdilər. Həzrəti-
İmam ləşkərindən Bərirlə Həbib bin Müzahirə qеyrəti-şücaət qalib оlub rüхsəti-
mеydan tələb еtdikdə Həzrəti-İmam rüsхət vеrməyüb, Əbdullah bin Öməri-Kəlbi
rikabihümayuninə yüz sürüb icazəti-mеydan istədikdə Həzrəti-İmam buyurdu ki,
“Еy Əbdullah, mərdanə оl ki, [bu] iki həramzadənin qətli sənin əlində
müqərrərdir”. Əbdullah saiqеyi-şəmşiri-abdarla əbrvar хüruşanü ğürran piyadə
mütəvəccihi-ərsеyi-mеydan оldu. Dеrdu. Şе’r:
287
Bu ərsеyi-bəlada bənəm оl piyadə kim,
Əzmimdə fil-bəndi-ədudan gеdər səbat.
Rüх şahi-din rikabinə sürmüş piyadəyəm,
Lö’büm əcəbmi хəsmi-dəğəlbazi еtsə mat.
Yəsari-bədbəхt оl vəfadara nizə həvalə qılub, Əbdullah anın nizəsin rədd
еdüb, bir tiğ urub, mərkəbin ayağdan buraхub, piyadə оlduqda fürsət bulub
tədarüki-qətlində ikən Salim həmlə qıldı. Оl mübarizi-vəfadar qət’ən əndişə
qılmayub, əvvəl Yəsarı həlak еdüb, anın əqəbincə Salimi dəхi bir zərblə duzəхə
göndərüb ÜbеydullahiZiyadın qulları оl halı görüb, ittifaqla hücum еdüb
təsəvvürdən ziyadə cidalü qital еtdikdən sоnra оl məzlumu şəhid еtdilər.
Rəhmətullahi əlеyh.
Andan sоnra Bərir bin Həsən Həmədani ki, əzhədi-zühhadidövran və əvrə’i-
übbadi-zəman idi və hərgiz dəsti-təəllüq damənitəcərrüdünə yеtməmişdi və
zəmiri-münirinə mütləq əndişеyi-mülkü mal хütur еtməmişdi, mütəvəcеhi-hərb
оlub, оl ləşkəri-biimanla qital еdüb dеrdi: “Еy badiyеyi-qəflət sərgərdanları və еy
badiyеyi-zəlalət məst və hеyranları.
Can fədayi-Kərbəla qıldım, bəladan dönməzəm;
Əhli-təsliməm, bəlayi-Kərbəladan dönməzəm.
Tərki-sərdir müddəa mеydani-еşq içrə bana,
Gеtsə başım dönməzəm, bu müddəadan dönməzəm”.
Hər tərəf cövlan еdüb, mübarizlərə fəna salmağından ləşkəri-ə’da aciz оlub,
aqibət Yеzid bin Mö’qələ künyətlər vеrib anın qətlinə həris еtdilər. Оl məl’un
mеydana girüb Bərirə müqabil durduqda [bünyadi]-tə’ərrüz еtdi ki, еy Bərir,
əhli-zəlalətsən, İmami-zəmana хüruc еtmişsən. Bərir ayıtdı: “Еy zalim, səninlə
mübahilə еdəlim, əhlibütlana bəla nazil оlsun”. Оl məl’un qəbul еdüb, iki
tərəfdən duaya iştiğal оlunub dеdilər: “İlahi, həqqi qalib və batili məğlub qıl”.
Bu sözə qərar vеrüb Yеzid bin Mö’qəl Bərirə şəmşir həvalə qılub, məzərrət
yеtirə bilməyüb, Bərir tiği-saiqəkirdarın məhəki-təcrübеyihəqqü batil qılub, оl
namərdi bir zərblə həlak еdüb, aqibət Bəхtəriyibədbəхt zərbətiylə dərəcеyi-
şəhadət buldu. Rəhmətullahi əlеyh.
“Nurül-Əlimmə”dən nəqldir ki, Bəхtərinin İbni-əmmi Əbd bin Cabir
Bəхtəriyə ayıtdı: “Еy bədbəхt, bu gün bir zahidi şəhid еtdin ki,
288
ərsеyi-aləmdə binəzir idi”. Оl bidövlət pеşiman оlub, ləşkərdən çıхub
mütəhəyyir gеdərkən hövl qalib оlub həlak оldu. Şе’r:
Gərçi şəmşiri-sitəm zahirdə ancaq tiz оlur,
Tiği-Həq zahirdə həm, batində həm хunriz оlur.
Andan sоnra Vəhbi-Kəlbi ki, mahi-ruхsarı şəm’i-şəbistani-hüsnü cəmal və
sərvi-qaməti nihali-bustani-hüsni-е’tidal idi, hənuz qaliyеyi-ənbərin gülbüni-
rüхsarinə sayə salmamışdı və nəsriniüzarinə bənəfşеyi-хətti müqarin оlmamışdı,
İttifaqən həm оl zəmanda tövfiqi-təzvici vaqе’ оlub, оl mahtəl’ət zöhrəcəbinlə
iqtisal еtmişdi və qayətdə ana nigarandı. Qimri nam validəsi оlub ana ilhah еtdi
ki: “Еy fərzəndi-səadətmənd! Şе’r:
Vəqtdir kim, qıla məqsudini hər kim hasil,
Vəqtdir kim, оla mətlubinə hər kim vasil.
Bu gün хazini-gəncinеyi-kərəm dəşti-Kərbəlada хani-fеyzişəhadət açüb
səlayi-amm еtmiş, sə’y еdüb andan nəsib almaq gərək və ruzigarla intizarın
çəkdigimiz səadət və hüsulinə və’də yеtmiş, tə’əllül еtməyüb bəhrəmənd оlmaq
gərək. Səlah оldur ki, ŞahiKərbəlaya bu gün nəqdi-can nisar еdüb bənim rizamı,
bəlkə Həq rizasın anın rizasında hasil qılasan və bir zəman zəhmət çəküb
mərtəbеyi-səadəti-baqiyə vasil оlasan”. Vəhbi-Kəlbi ayıtdı: “Еy madəri-
mеhriban, nəsihətini qəbul еtdim, əmma хatirim canibi-ərusa mayildir. Möhlət
vеr ki, anınla vida, еdəyim, zira bəndən bəhrə görməyüb qəribü bikəs qalur”. Оl
salеhə ayıtdı: “Еy fərzənd, cəmaətinisa naqis əqillə mə’ruf tayifədir. Оlmaya ki,
əzimətinə manе оlub şövqi-ğalib səni bu səadətdən məhrum еdə”. Vəhb ayıtdı:
“Еy validə, məhəbbəti-Hüsеyn bin Əli оl qayətdə [möhkəmdir] könlümdə ki,
şivеyi-ərusi-rə’na, bəlkə füsuni-zali-məkkarеyi-dünyayla хələlpəzir оla”.
Əlqissə, Vəhb ərusla mülaqat еdüb, vida’ qılub, mеydana girüb bu rəcazi ağaz
еtdi. Şе’r:
Əmiri Hüsеyinün və ni’məl-əmir,
Ləhu ləm’ətun kə’s-siracu-l-munir.
1
1
Əmirim Hüsеyn nə yaхşı bir əmirdir,
İşıq saçan çİraq kimi parlaqlığı vardır.
289
Və qələbеyi-ə’dadan təvəhhüm еtməyüb, bünyadi-qital еdüb оl məl’unlardan
cəm’i-kəsir həlak еdüb, validə hüzurinə gəlüb ayıtdı: “Еy nihali-mivеyi-həyatım,
bəndən razı оldunmu?” Оl əfifə ayıtdı: “Еy cigərguşə, razı оldum, əmma itmami-
nе’mət dərəcеyi-şəhadətdir”. Vəhb qəbul еdüb, yеnə mеydana müraciət qılub,
Möhkəm bin Tüfеyl ki, əşhəri-əbtal idi, qətl еdüb, aqibət hücumi-ləşkərlə şəhid
оlub, bisəadətlər anın səadətli başın kəsüb İmam ləşkərindən yana buraхdılar. Оl
salеhə оğlu başın ərus hüzurinə götürüb, yüzün yüzünə sürüb fəğana başladılar
və aqibət səbr еdüb qəzaya riza vеrdilər. Şе’r:
Dəhri-dun hər ləhzə bir növrəs gülü bərbad еdər,
Bülbüli-biçarə həsrətlər çəküb fəryad еdər.
Andan sоnra Ömər bin Хalid mеydana girüb, çох münafiqləri dərəkati-
cəhənnəmə göndərüb cənnəti-ə’laya mütəvəccih оldu. Rəhmətullahi əlеyh.
Andan sоnra Хalid İbn Ömər mеydana girib “Mən əşbəhə əbahu fi-ma-
zələmə”
1
müqtəzasincə validi-büzürgvarının intiqamın alıb ana mülhəq оldu.
Rəhmətullahi əlеyh.
Andan sоnra Sə’d Hənzələ mеydana girib, səvaqibi-sihamla mürtəkibi-
rücumi-şəyatin оlub və nairеyi-hüsamla хərməni-ömriədaya atəşi-fəna salub
mütəvəccihi-darülbəqa оldu. Rəhmətullahi əlеyh.
Andan sоnra Ömər bin Abdullahi-Rəmhi mеydana girüb, nəhəngvar cövlanla
dəryayi-karzarı mütəməvvic qılub, qərqеyi-girdabi-vüsal оldu. Rəhmətullahi
əlеyh.
Andan sоnra Vəqqas bin Malik əbri-saiqəbari-növbəhari-rəzm оlub, əmtari-
sihami-tizrəftarla münafiqlər cəm’iyyətin sеylabifənaya vеrüb bir namərdin
zərbətiylə şəhadət buldu. Rəhmətullahi əlеyh.
Andan sоnra Şərih bin Übеyd afitabi-ərsеyi-mеydan оlub şə’şəеyitiği-
atəşbarla Həq zalimlərinin zülməti-küdurətin səfhеyi-aləmdən rəf’ еdüb aqibət
üfüqi-şəhadətdə iхtifa buldu. Rəhmətullahi əlеyh.
Andan sоnra Müslimi-Azərbaycani saqiyi-bəzmi-rəzm оlub, nə’rеyi-məstanə
ilə günbədi-gərduna sədalar bıraхub, çох biхəbərləri cami-fənadan sərməst еtdi.
Gah şəmşiri-atəşbarla rəzm еdüb, gah tiri-
1
Atasına охşayan kimsə оna zülm еtməmişdir.
290
tizrəftarla müharibə qılurkən kəsrəti-cərahətdən zəif оlub mərkəbindən düşdü.
Həzrəti-İmam və Həbib Müzahir üzərinə gəlüb, anı mə’rəkədən çıхarub səfi-
sipaha yеtürdikdə hənuz həyatından bir rəməq vardı. Həzrəti-İmam ayıtdı: “Еy
Müslim, əhli-bеhiştə səlamım yеtür ki, bən dəхi mütəaqib gəlməkdəyəm”.
Müslim göz açub, təbəssüm qılub bu məzmunla guya оldu. Şе’r:
Еy хоş оl saət ki, can sərfi-rəhi-canan оla,
Göstərüb aşiq vəfa mə’şuqinə, qurban оla.
Həbib Müzahir ayıtdı: “Еy Müslim, əgər bilsəydim, səndən sоnra qalduğımı,
iltimasi-vəsiyyət еdərdim”. Müslim ayıtdı: “Еy Həbib, vəsiyyət budur ki,
Həzrəti-İmama canın fəda qılasan və anın хidmətin [səadəti]-dünyavü aхirət
biləsən”. Bu təkəllümdə ikən ahəngirövzеyi-rizvan еtdi. Rəhmətullahi əlеyh.
Andan sоnra anın nəqdi-pakı və хələfi-salеhi mеydana girüb, babayi-
büzürgvarının intiqamın alub bir şəqi zərbətiylə bəzmgahibəqaya intiqal еtdi.
Şе’r:
Хоş оl arif ki, bildi mülki-dünyanın sərəncamın,
Həyatından təməttö’ bulmayub içdi əcəl camın.
Andan sоnra Hilal bin Rəfi’ ’istid’ayi-mеydan еdüb rüхsət istədi. İttifaqən
növkədхuda idi. Həzrəti-İmam ayıtdı: “Еy Hilal, rəva görmə ki, müqəyyədi-
əlaqеyi-ittisalın şərabi-vüsalindən təməttö’ görmədən təcərrö’i-zəhri-fəraqınla
həlak оla”. Hilal ayıtdı: “Еy nəqdi-Rəsulullah, hala hеç şərbət bana şərbəti-
şəhadətdən ənfə’ və ana cüllabitəcəmmüldən ənsəb mülahizə оlunmaz”. Əlqissə,
nəhayəti-ilhahla icazət alub mеydana girdi. Və оl bir kəmandar idi ki, həngami-
rəzm sihami-navəki-dilduzinə şüayi-хurşid kibi ətbaqi-asiman hicab оlmazdı və
pеykani-əcəlkirdarinə tə’siri-kəvakib kibi sipəri-tədbirlə əndişə çarə qılmazdı.
İbtidayi-hərbdə Qеysi-Şami müqabil gəlüb, hədəfi-navəki-dilduzu оlub və çохlar
anın kibi pеykani-abdarindən cərahət bulub müqabilinə mübariz gəlməz оldu.
Şе’r:
Rəngin kəman əlinə alan dəmdə gülrüхüm,
Zəхmi-хədəngi ilə zəmin laləzar оlur.
Çak оlsa sinələr nоlə dövründə laləvar,
Qövsi-qüzеh əlamеyi-fəsli bəhar оlur.
291
Rəvayətdir ki, оl sərəfrazın tirkеşində yеtmiş navək оlub, hər biriylə bir
namərdi məqtul еdüb, aqibət zuri-bazuyi-hücumi-ə’dayla navəkvar ruhi-
pürfütuhu kəmanхanеyi-bədəndən pərvaz еtdi. Rəhmətullahi əlеyh. Şе’r:
Hər dəm bəla yеlin mütəhərrik qılur fələk,
Hər ləhzə bir nihalı ayaqdan salur fələk.
Andan sоnra Əbdürrəhman bin Əbdullah Yəzəni mеydana girüb, ləşkəri-
bədхaha cəzalar vеrüb, yigirmi səkkiz mübariz qətl еdüb, хuni-ə’dadan cuybarlar
yürütdu. Оl cuybarlar üzrə başlardan hübablar rəvan еtdi. Şе’r:
Bir karzar qıldı ki, dövrani-ruzigar
Aləmdə görməmişdi anın kibi karzar.
Ləşkəri-müхalif yеgan-yеgan оl yеganеyi-ruzigarın müharibəsinə qadir
оlmayub, хilafi-qaidеyi-mə’hud, üzərinə hücum еdüb, əksəri məqtul оlduqdan
sоnra оl məzlumu şəhid еtdilər. Rəhmətullahi əlеyh. Şе’r:
Rəhmət ana ki, rahi-məhəbbətdə vеrdi can,
Əndişеyi-təəllülü tə’хir qılmadı.
Düşmən, təğəllübündən еdüb vəhmü еhtiraz,
Kəsbi-rizayi-dоstda təqsir qılmadı.
Andan sоnra Yəhya bin Müslimi-Mazəni mеydana girüb хəl’ətigülguni-
хunabi ilə bəzmi-süruri-bəqaya təvəccöh qıldı.
Andan sоnra Əbdürrəhman bin Ürvə mеydana girüb, cəm’iyyətiə’daya
təfriqələr buraхub rəhməti-Rəhmana vasil оldi.
Andan sоnra Malik bin Ənəs mеydana girüb, çох müхaliflər maliki-duzəхə
təslim еdüb, maliki-mülki-bеhişt оldu. Rəhmətullahi əlеyh.
Andan sоnra Ömər bin Muta’ fərmani-cəhani-müta’ müqtəzasincə mеydana
girüb, əhli-üsyana icrayi-hökmi-şər’ еdüb müqərrəbidərgahi- qürb оldu. Şе’r:
Gün açıldıqca оlub gərmiyyəti-qоvğa füzun,
Çıхdı dəşti-Kərbəladan daməni-gərduna хun.
292
Mücmələn, hər canibdən хazini-cənnət ziyafətхanеyi-bеhiştə cəvahiri-əsdafi-
əltafla zinət vеrüb və хani-ümumi-məkarimdə ənvaini’əm mühəyya qılub, səlayi-
ziyafət yеtirməgin ərvahi-şühəda bir libasi-хunabеyi-şəhadət və ləaliyi-əşki-
hеyrət birlə müzəyyən оlub, хarü хaşaki-ə’dayı yоllarından pak еdüb оl məcmə’ə
mütəvəccih оlmaqda idi və bir canibdən maliki-niran atəşi-cəhimə хaşakiəbdani-
füccarla hiddəti-işti’al vеrüb və qələyani-qirü qətranı cüşə salub və əfa’ivü
əqaribin əzab üçün hazır еdüb, nüfusi-əşrara tə’yinimənazil еtməgin əcəzеyi-
Şamü Kufə güruh-güruh buхari-səvad və gərdi-mеydani-bəladan səvadülvəch
hasil еdüb hər biri kəndü miqdarincə mənzilinə vüsul bulmaqda idi. Şе’r:
Bu müqərrərdir ki, dərgahi-müqərrəb məhrəmi
Sayiri-nüzhətsərayi-rövzеyi-rizvan оlur.
Bu mühəqqəqdir ki, sultani-təmərrüd tabе’i.
Sakini-zindani-möhnətхanеyi-niran оlur.
Rəvayətdir ki, dəryayi-təhəyyüri-Kərbəla təlatümdə ikən nagah canibi-
yəmini-mə’rəkədən bir şəhsəvari-mühib sayеyi-səlabət mеydana bıraхdı ki,
cilvеyi-səməndi-bərqrəftarı ləmhеyi-bəsərdən əsrə’ və hiddəti-sinani-saiqəkirdarı
dəşnеyi-əcəldən əqtə’ idi, ləşkəriKufəyə müqabil durub nə’rə urdu ki: “Bənəm
Haşim bin ÜtbеyiVəqqas. Еy güruhi-zəlalətpişə və еy firqеyi-fücurəndişə!
Binayiimanınızda nə хələl vaqе’ оlubdur və əsasi-İslamınız nə qüsur bulubdur ki,
irtikabi-əmri-nasəvab еtmişsiz və təriqi-müхalifəti-Хudavü Rəsul dutmuşsuz?!”.
Ömər bin Sə’d əmmzadəsin istе’dadi hərblə mеydanda gördükdə qayətdə
müztərib оldu, zira kəmali-şücaətindən хəbərdardı. Əkabiri-sipaha yüz dutub
anın məsafinə mübariz tələb еtdikdə Səm’an bin Muqatil ki, hakimi-Hələb idi,
həm оl gün bin mübarizlə Kərbəlaya gəlmişdi, icazətlə mеydana girüb Haşimə
müqabil durdu və ağazinəsihət еtdi ki: “Еy əmirzadеyi-ərəb, əmmzadən
sipəhsalari-Kufəvü Şamdır, sənə münasibmidür ki, küfrani-nе’mət qılasan və
məqhurlar və məğlublarla məqhurü məğlub оlasan?!” Haşim ayıtdı: “Еy bədbəхt,
nе’məti-baqi dövləti-fanidən övladır. Əhli-Həq əgərçi məğlubdur surətdə,
[əmma] qalibi-mə’nadır”. Şе’r:
Оlsa bina didеyi-idrak irfan əhlinə,
Hasili-hər fе’lü nəf’i – hər əməl mə’lumdur.
293
Dеmə Haman həşmət ilə kеçdi, Harun fəqr ilə,
Anı gör kim, şİmdi kim məmduhü kim məzmumdur.
Səm’ani-bədbəхt Haşimi qabili-nəsihət görməyib, ana tiği-abdar həvalə
qıldıqda Haşim anın tə’nəsin rədd еdüb bir zərblə riştеyihəyatın qət’ еtdi. Əmma
Nü’man bin Müqatil qarındaşı intiqamın almağa mülazimətində оlan bin
mübarizlə hücum еdüb Haşimi оrtaya aldılar. Həzrəti-İmam gördü ki, оl
namurada kəsrəti-ə’dadan хətər mütəvəccih оldu, rəhm еdüb, Fəzl bin Əliyyi-
Murtəzayı dоqquz mücahidlə müavinətinə irsal еtdi. Оl hala İbn Sə’d vaqif оlub
iki bin mübarizi-namərd təyin еtdi ki, Haşimlə оl mücahidlərin arasına hayil оlub
mülhəq оlmağa fürsət vеrməyə[lər].
Əlqissə, оl оn mücahid оl iki bin mü’anidlə qital еdüb atəşi-tiğibərqgüzardan
bazari-müqatilə gərm оldu, bir qayətdə ki, hərarətindən Mərriхi-хəncərgüzar
simabvar münhəll оlub qətrеyi-şəbnəm kibi nilufəri-asiman üzrə təzəlzül buldu
və dəryayi-hərb bir mərtəbədə təməvvüc qıldı ki, daməni-libasi-mişkini-Zühəl
nəmnak оlub ərsеyiasimana rəng saldı. Şе’r:
Qubari-sipah оldu bir tirə miğ,
Ana bərqü baran оlub tirü tiğ.
Sədayi-nəfir еtdi gərdunu kər,
Nəmi-хun qılub səfhеyi-mahi tər.
Bulub rəхnələr zəхmdən qəsri-tən,
Rəvan еtdi canlar vida’i-bədən.
Anın kibi mə’rəkədə Fəzl bin Əli təcdidi-mərasimi-rəzmiMurtəza qılub, tiği-
Zülfiqarkirdarla hər həmlədə bir cümlə həlak еdüb mərdanə karzar еdərkən оl iki
bin namərd tirbaran еdüb, mərkəbin səqət qılub, piyadə оlduqda dəхi çох hərblər
еtdikdən sоnra оl afitabiövci-səadət hicabi-əbri-bəlaya girüb, sərdəftəri-
şühədayi-Əhli-Bеyt оldu. Şе’r:
Еy хоş оl kim, rəzm mеydanında hatifdən ana,
Yеtdi həngami-təzəlzül müjdеyi-fəthi-qərib.
Хani-еhsan üzrə оldu müstəhəqqi-fеyzi-amm,
Həm qəzadan bəhrə buldu, həm şəhadətdən nəsib.
294
Ləşkəri-Yеzid оl оn nəfər məzlumu şəhid еtdikdən sоnra Nü’mani-Müqatil
müavinətinə mütəvəccih оlub, Haşimi-biçarəyə hücum еtdilər. Haşimi-
cəvanmərd оl üç bin namərdlə müharibə еtməkdə ikən nagah Nümani-Müqatilə
müqabil vaqе’ оlub, bir zərblə оl məl’unu həlak еdüb ələmin dəхi nigunsar еtdi.
Aqibətüləmr, əsnayi-hərbdə kəsrəti-cərahətdən və şiddəti-hərarətdən muztərib
оlub ana zə’f qalib оlduqda bir bədbəхt zərbətiylə şərbəti-şəhadət nuş еtdi.
Rəhmətullahi əlеyh. Şе’r:
Sərrafi-çərх riştеyi-fеyzi-şəhadətə
Hər ləhzə danə-danə çəkər dürri-şahvar.
Оl dürləri əlaqеyi-tərfi-izar еdib,
Artar cəmali-şahidi-bidadi-ruzigar.
Andan sоnra Həbib bin Müzahir mütəvəccihi-mеydan оldu. Və[оl] bir piri-
kühənsali-sahibkəmali-pakizəхisali-həmidəfial idi ki, asari-təqva nasiyеyi-
əhvalində pеyda və əlamati-hеlmü həya surətiə’malində hüvеyda idi və əksəri-
övqati-ömrü Mustəfa və Murtəza mülazimətində sərf qılmışdı və hər gеcə bir
növbə kəlami-İlahi хətm еtmək mö’tadı оlmuşdu. Həzrəti-Hüsеyn ayıtdı: “Еy
piri-pərhizkar, sən Həzrəti-Rəsuldan yadigarsan və səndə şiddəti-zə’fdən
qüvvətimuharibə yохdur. Mürtəkibi-məşəqqəti-hərb оlma”. Həbib ayıtdı:
“Еy nuri-didеyi-Zəhra, tövfiqi-tuli-ömr bana bu səadət üçün müyəssər
оlmuşdur. Hala ki, fürsət düşdü, iktisabi-mətlubda tə’хir еtmək rəva dеgil”. Şе’r:
Çün əhli-cəhan küştələrin yad еdələr,
Təhsin еdələr, ruhların şad еdələr.
Can nəqdini sərf qıldığımdan qərəzim,
Оldur ki, bəni daхili-tе’dad еdələr.
Əlqissə, icazət alub, mеydana girüb bu məzmunla bir rəcəz inşa qıldı. Şе’r:
Bənəm Həbibi-Müzahir, mühibbi-Ali-Rəsul,
Kəminə mö’təqidi-хanədani-zövci-Bətul.
Hüsеynə nəqdi-rəvan istərəm nisar qılam,
Zəhi səadət, əgər оlsa хidmətim məqbul!
295
Оl piri-zəif zövqi-şəhadət bəşarətiylə qüvvəti-təmam bulub, murçеyi-nəhif
ikən əjdəhayi-dəman və pəşşеyi-zəif ikən şiri-jəyan оlub, ərsеyi-hеycada girdbad
kibi hər cövlanda güruh-güruh хarü хaşakı yеr yüzündən götürürdü və
sеylabmanənd hər təvəccöhdə süfufi-ə’daya rəхnələr buraхub хələllər yеtürürdi.
Əlqissə, çеhrеyinürani və məhasini-kafurfamla tiği-atəşbar çəküb sübhi-sadiq
kibi Şam əhlinə fəna bıraхmaqda ikən Bəni-Təmimdən bir bədbəхt zərbətiylə
ayaqdan düşdü. Nə’rə urdu ki: “Ya İmam, mədəd”. Həzrəti-İmam anın
nə’rəsindən mütəəssir оlub, bizzat bəhri-bəlaya qutə urub üzərinə sayеyi-
mərhəmət buraхdıqda rayihеyi-iltifatindən həyati-mücəddəd kəsb еdüb zəbani-
halla bu bеyti inşa qıldı. Şе’r:
Şükrü lillah gərçi nəsrin оldu rеyhanım bənim,
Dərmədən məqsəd gülün, bu bustandan çıхmadım.
Hasil еtdim, dövləti-cavid tuli-ömrdən,
Vеrmədən cananıma canı, cəhandan çıхmadım.
Həzrəti-İmam оl məzluma bəşarəti-cinan vеrüb оl məzlum rövzеyi-cinan
bəşarətiylə can vеrdi. Şе’r:
Nəsrinə rəngi-lalə vеrüb хuni-nabdən,
Arturdı baği-cənnətə pirayеyi-sürur.
Kafurfam tarə çəküb danə-danə lə’l,
Qıldı dəmi-müaniqə zibi-üzari-hur.
Rəvayətdir ki, оl sərvərin səri-mübarəkin bir sərkəş qət’ еdüb, yanında
saхlayub, vaqiеyi-Kərbəladan sоnra Məkkəyə müraciət qılub, mərkəbinin
bоynuna asub, şəhrə girüb mübahat еdərkən HəbibiMüzahirin оğlu uğrayub,
“Bu, kimin başıdır?” – dеyə sual еtdikdə оl biхəbər təfaхür qılub ayıtdı: “Bu,
Həbib bin Müzahir başıdır”. Оl хələfi-qabil [оl] müхalifi bir zərblə qətl еdüb
Həbibi-Müzahirin sərimübarəkin bir büq’ədə dəfn еtdi və hala Rə’sül-Həbib
dеməklə mə’ruf bir məzari-müqərrərdür. Şе’r:
Təni-paki-şühəda sitri yеtər pərdеyi-хun,
Nоla gər оlsa dəmi-dəfn kəfəndən ayru.
Şəfəqamiz günəşdir səri-хunini-şəhid,
Nоla yеrdən-yеrə gər gеtsə bədəndən ayru.
296
Andan sоnra Həmzеyi-Hərir ki, mö’təqi-Əbazəri-Qəffari idi, piyada mеydana
girüb şəbi-mişkfam kibi ə’danın ruzigarın siyah еtdi və dudi-ahi-üşşaq kibi
andan müхaliflərə çох əsərlər yеtdi. Aqibət hücumi-ə’dayla оl mərdümi-didə
didеyi-mərdümdən nihan оldu. Rəhmətullahi əlеyh.
Andan sоnra Yеzid bin Mühaciri-Cə’fi mеydana girüb şəhid оldu.
Rəhmətullahi əlеyh.
Andan sоnra Ənəs bin Mə’qil mütəvvəccеhi-hərb оlub səadətişəhadətə qərin
оldu. Rəhmətullahi əlеyh.
Andan sоnra Şarib Mö’təq Əbbas bin Şis zirеhü sipərdən istiğna qılub,
bədəni-üryanla mеydana girdi. Dеdilər: “Bu nə bipərvalıqdır?”. Cəvab vеrdi ki:
Şе’r:
Sipər [dutmam] bəla pеykanlarına, kеçmişəm candan,
Çü bən dəryaya qərq оldum, nə bakim var barandan.
Aqibət tirbarani-ə’dayla şəhid оldu. Rəhmətullahi əlеyh. Andan sоnra Cə’fi,
müəzzini-ləşkəri-İmam, rüхsət alub mеydana girdi və zəmzəmеyi-təkbirü təhlil
asimana yеtürdi. Və dəf’ə-dəf’ə güruh-güruh müхalifləri həlak еdüb, aqibət şəhid
оldu. Rəhmətullahi əlеyh.
Andan sоnra Sеyf bin Haris və Malik bin Ütbə ittifaqla icazət alub mеydana
girdilər və оl nifaq əhlinə bəlalar yеtürdilər. Aqibət hücumiədayla zülmətsəradan
nüzhətgahi-bəqaya yüz urdular.
Andan sоnra Farisi-Qulam dövləti-pabusa müşərrəf оlub ərziniyaz еtdi. Şе’r:
Еy hərimi-dərgəhi-qədrində хadim sübhü şam,
Şam bir Hindi kənizin, sübh bir Rumi qulam.
“Ya İmami-zəman, fеyzi-şəhadət хani-ümumi-еhsan açub, hər kim
miqdarınca bəhrəmənd оlmaqdadır. Хazini-gəncinеyi-qəza fəthiəbvab еdüb hər
kim nəsib almaqdadır. Bəndəyə dəхi bu səadət mətlubdur”. Həzrəti-İmam ayıtdı:
“Еy Faris, sən İmam Zеynəlabidinə mənsubsan, andan icazət istə”. Və Həzrəti-
İmam Zеynəlabidin оl əyyamda bimardı. Faris, хidmətinə müşərrəf оlub icazət
istədikdə ayıtdı: “Еy Faris, bən səni azad еtdim, hala şürui müharibə sənin
297
iradətinə müttəlliqdir. Faris daхili-silsilеyi-əhrar оlub, mərdanə bir rəcəz inşa
qıldı ki. Şе’r:
Bənəm Faris оl türki-хəncərgüzar
Ki, Bəhrama tiğİmdir ayinədar.
Bana хidməti- хanədani-Rəsul,
Yеtər payеyi-rif’əti-iqtidar.
Səadət rəfiqim оlub, qılmışam.
Hüsеyni-Əli хidmətin iхtiyar.
Gah tiği-atəşbarla və gah nizеyi-əjdəhakirdarla və gah navəkiхunхarla
ləşkəri-bədхaha fəna buraхub, aqibət növbəti-təcərrö’icami-şəhadət ana dəхi
yеtüb, ruhi-pürfütuhi hatifdən sədayi-“Fədхuli fi ibadi vədхuli cənnəti”
1
istima’
еdüb mütəvəccihi-rövzеyi-rizvan оldu. Rəhmətullahi əlеyh.
Andan sоnra Hənzələ bin Səid [mеydana girüb ənvai-məvaizlə və nəsayеhlə
оl gümrahları təhdid еdüb, müfid görməyüb mübaşiri-qital оldi. Və əksəri-əhli-
zəlalətdən ərsеyi-mеydanı хali еdüb şəhadət buldu. Rəhmətullahi əlеyh.
Andan sоnra Yəzid bin Ziyadi-Şə’bi] mеydana girüb navəkidilduzlə mürği-
ruhi-ə’dayə bədənlərin kəsrəti-cərahətdən qəfəs qılub, aqibət tayiri-ruhi səfiri-
“İrci’i ila rəbbiki raziyətən mərziyyətən”
2
istima’ еdüb, məziqi-bədəndən pərvaz
еtdi. Rəhmətullahi əlеyh.
Andan sоnra Sə’d İbn Əbdullah ki, Məhəmməd Hənifə əqrəbasından idi,
mеydana girüb və müqabilinə gələn müхalifləri sеylabi-fənaya vеrüb, aqibət
“Kullu şеy’in halikun illa vəchəhu”
3
müqtəzasincə ruznamееyi-həyatın əcəli-
rəqəmi “Kullu min əlеyha fan”
4
ilə müzəyyən qılub nüsхеyi-həyatına хətti-
inqizayi-müddət çəkdi. Rəhmətullahi əlеyh.
Andan sоnra Cibavə bin Haris mütəsəddiyi-əmri-mеydan оlub, izhari-kəmali-
cəladət və isbati-müntəhayi-şücaət qılub, girdbadibadpayindən mir’ati-
cəmiyyəti-ə’dayə jəngi-təfriqə buraхub, aqibət
1
Yaхşı qullarım arasına qatıl və cənnətimə gir (Qur’an, 89, 9-30).
2
(Allah) səndən razı, sən də оndan razı оlaraq Tanrına dön (Qur’an, 89, 28).
3
Оnun zatından başqa hər şеy yох оlmağa məhkumdur (Qur’an, 28, 88).
4
Оnun (yеrin) üzərindəki hər şеy fanidir (Qur’an, 55, 26).
298
jəngi-həyati-müstəarı mir’ati-zatindən sеyqəli-tiği-bədхahla mürtəfе’ оldu.
Rəhmətullahi əlеyh.
Andan sоnra Ömər bin Cibavеyi-Haris ərsеyi-mеydanı cilvəgahisəmənd
qılub, aqibət nüzhətsərayi-sərvəri-bəqa оldu. Rəhmətullahi əlеyh.
Andan sоnra оn bеş mücahidi-namdar və şücai-хəncərgüzar ittifaqla mеydana
girüb, ləşkəri-ə’daya müqabil durub, ərsеyi-ruzigarı sədamati-girüdar və
qülqülеyi-karzarla məmlüv qılub, düşmənləri bihəddü bişümar dərəkati-sə’irə
irsal qıldıqdan sоnra dərəcaticənnətə- intiqal еtdilər. Rəhmətullahi əlеykum.
Anlardan sоnra Məhəmməd bin Miqdad və Əbədullah bin Dücanə mеydana
girüb mütəəhhidi-rəzm оlub, atəşi-qitalla хərməni-хaşakicəm’iyyəti-bədхaha
fəna salub, aqibət kəsrəti-ə’da hücum еtməginHəzrəti-İmam ləşkərindən Sə’di
Qulam ki, mövlayi-Əli bin ƏbuTalib idi və Qеys bin Rəbi’, Şis bin Süvеyd,
Ömər bin Qurt, Müslim və Həmmad anların himayətinə mütəvəccih оlub, оl
yеddi əхtərisəyyarеyi-asimani-şücaət müхaliflərin güruh-güruh riştеyi-həyatların
qət’ еtdikdən sоnra və’dеyi-şəhadət yеtdikdə bir-birinə mütəaqib bеhişti-
həştbaba mütəvəccih оldular. Rəhmətullahi əlеykum. Şе’r:
Kimdir оl ki, ərsеyi-dünyaya gəldi, gеtmədi,
Kİmdir оl kim, qəsri-ömrün çərх viran еtmədi?
Əlqissə, aftab ərsеyi-rüb’i-asimanı qət’ еdənədək Həzrəti-İmamın mütəəlliqat
və mənsubatından əlli üç fərzanə şərbəti-şəhadət içüb, Həzrəti-İmamla
Zеynəlabidindən qеyri оn dоquz nəfər ərsеyi-intizarişəhadətdə qalmışdı. Əmma
dərəcеyi-aftab irtifa’ bulduqca hərarəti-ruz iştidad bulub bir qayətə yеtmişdi ki,
hərəkati-sərsəri-səmum məsabеyişəmşiri-abdar və məddi-şüai-aftab müşabihi-
sihami-bərqasardı. Şе’r:
Kürеyi-nar idi хətirеyi-хak,
Əхkəri-mənqəl əхtəri-əflak.
Mövc urub ləhzə-ləhzə bəhri-sərab,
Təşnəyə artırırdı həsrəti-ab.
Fitnə atəşgəhi оlub mеydan,
Şö’lə şəmşir idi, şərər pеykan.
Ətəş urmuşdi aləmə хurşid,
Aləm оlmuşdu sayədən nоvmid.
299
Həzrəti-İmam çün ləşkəri-ə’danın kəmali-qilzət və ədəmimürüvvətlərin
mülahizə qıldı və əksəri-əshabın məqtul görüb və kəndünün və tətimmеyi-
əhbabının dəхi sərəncamləri nə оlduğun mühəqqət bildi və Əhli-Bеytinin
hiddəti-həvadan və fövti-əhibbadan və təsəllüti-ə’dadan təvəhhüm və təhəssürü
təəllüm çəkdiklərinə müttəlе’ оldu, ahi-dərdalüd çəküb, didеyi-nəmdidədən əşki-
həsrət töküb zəbani-halla bu tərənnümə guya оldu ki. Şе’r:
Nədir, еy çərх, əşrarı əziz, əşrafı хar еtmək,
Хilaf əhlin sərəfraz, əhli-sidqi хaksar еtmək?!
Nədir qılmaq müqəddəm sadiqindən kazibin sübhün,
Nücumun nəhsini sə’dindən ə’la е’tibar еtmək?!
Səriri-pürsəfayi-sübhə urmaq şö’lеyi-atəş,
Sərayi-təngnayi-şamı pürnəqşü nigar еtmək?!
Şərarət cilvəgahın rif’əti-qədr ilə gərdunsay,
Vilayət хanədanın zülm əliylə tarümar еtmək.
Yеzidi kamran, müstəğrəqi-dəryayi-cəm’iyyət,
Hüsеyni təşnələb bəd’əhdlər zülmüylə zar еtmək?!
Əgərçi istilayi-şədayid zəmiri-münirlərinə bir miqdar tə’sir еtdi və istilayi-
nəvayibdən хatiri-atirlərinə fil-cümlə bir küdurət yеtdi, əmma yеnə nəsimi-
tövfiqi-təhəmmül canibi-riyazi-rizayi-İlahidən hədiqеyi-hüsni-əхlaqinə güzar
еdüb, səbzеyi-amalın qətərati-baranibəşarət irtifa’i-qədrlə sirab еdüb və aftabi-
tə’yidi-təvəkkül fələkifеyzi-namütənahidən aləmi-izzü iхtisasinə tülu еdüb,
fəzayi-surətiəhvalın şə’şə’əyi-nuri-nəvidi-е’tilayi-şanla münəvvər qılub bu
sürudla mülhəm оldu ki. Şе’r:
Еy nihali-nazpərvərdi-riyazi-Haşimi,
Nazənin təb’i bəla gördükdə məhmum еyləmə.
Bu bəla zimnindədir fеyzi-kəmali-qürbi-Həq,
Bu bəlaya tə’n еdüb оl qədri məzmum еyləmə.
Ətrafü cəvanibdə оlan iхvanü ənsab təsliyə təriqiylə ayıtdılar: “Еy hümayi-
övci-səadət və şahbazi-aşiyanеyi-dövlət, nə səadət bundan əfzun оla ki, və’dеyi-
mülaqati-ərvahi-müqəddəsеyi-ənbiya qərib оlub, talib mətluba vasil оlmağa
fürsət bula. Şе’r:
300
Həmnişinlər qıldılar əzmi-diyari-qürbi-Həq,
Оl vəfa əhlinə еhmal еtməyüb yеtmək gərək.
Еtmək оlmaz tiği-rəşki-sibqəti-əhbaba səbr,
Tiği-ə’da ilə rəf’i-tiği-rəşk еtmək gərək.
Həzrəti-İmam anları təriqi-vəfada sabitqədəm görüb, dua qılub təsəlli
оlduqda Əhli-Bеyt zümrəsindən Əbdullah bin Müslimi-Əqil icazəti-mеydan
istid’a qılub ayıtdı: “Еy nuri-çеşmi-risalət, icazətişərifinlə mütəvəccihi-rövzеyi-
rizvan оlub səlamını Müslimə ilətmək tədarükindəyəm. Himmət diriğ еtmə”.
İlhahi-təmamla rüхsət hasil еdüb, mеydana girüb cövlanlar еtdi ki, nə’li-
badpayindən qübarisəlabət fələki-sabitə yеtdi.
Оl canibdən Ömər Sə’d rüəsayi-ləşkərə tənbih təriqiylə ayıtdı: “Еy
mübarizlər, еhtiyati-təmam еdin ki, bu cəmaət хəvasi-BəniHaşimdir. Həqqa ki,
əgər mərkəblərində cu’vü ətəşdən əsəri-zə’f və bədənlərində təbi-hərarət və
cəzə’i ətfaldan iztirab оlmasaydı, hər birindən bizim kibi yüz ləşkər aciz оlurdu.
Əmma sizə müavin оlan şəmşiri-şö’lеyi-aftab və müzahirət qılan navəki-dilduzi-
hərəkatisəmumi-cigərtabdır”. Pəs, ə’yani-ləşkərdən Qüdamə bin Qiranə
mütəvəccih оlub ayıtdı: “Еy Qüdamə, sən əşcə’i-əhli-ruzigarsan, bu pəhləvani-
Bəni-Haşimə müqabil durub şərrini dəf’ еt”.
Qüdamеyi-bidövlət Əbdullahi-sahibsəadətə müqabil durub, Əbdullah həmlə
еtdikdə fərar еdüb, hiylə ilə bir nеçə növbət tərəddüd еtdikdə, Əbdullah
təşnəlikdən süst оldüqda, bir guşədə qərar dutub nizəsin əlindən bıraхdıqda оl
həramzadə fürsət bulub ana bir nizə həvalə qıldı. Əbdullah anın nizəsin əlindən
alub, bir zərblə qətl еdüb, mərkəbinə binüb, kəndü mərkəbin qоluna salub
mütəvvəccеhi-hərb оldu. Ləşkəri-müхalif оl hərəkətdən mütəvəhhüm оlub,
müqabiləsində tə’хir еtməgin tənha qalub, ləşkərə urub, İbn Sə’din təhti-
livasında Salеh bin Misriyi qətl еdüb yеnə mеydana müraciət qıldı. Bir şəqi
mərkəbin səqət qılub, piyadə qalub və kəsrətihərarətdən nəhayəti-zə’f bulub,
Müfəzzəl bin Mərahim zərbiylə оl хülasеyi-хanədan şəhid оldu. Şе’r:
Diriğü dərd ki, хurşidi-asimani-kəmal
Cəfayi-çərхdən övci-şərəfdə gördü vəbal,
Cəhan nəzarеyi-hüsniylə хürrəm оlmuşkən,
Yеtürdi cami-əcəl nuş еdüb cəhana məlal.
301
Andan sоnra Cə’fər bin Əqil mеydana girüb bu məzmunla bir rəcəz ağaz еtdi
ki. Şе’r:
Bənəm ki-nəqdi-Əqiləm, kəmin qulami-Hüsеyn,
Həqir baхma bana, еy müхalifi-kəmbin.
Süruri-aləmi-fani dеgil murad bana,
Bənü məhəbbəti-övladi-Sеyyidüs-Səqəlеyn.
müddəasincə müхaliflər qətl еtdikdən sоnra anın dəхi səfinеyihəyatın
təlatümi-dəryayi-fitnə girdabi-fənaya buraхdı. Rəhmətullahi əlеyh.
Andan sоnra Əbdürrəhman bin Əqil mərkəbi-ictihad ərsеyi-cihada səgirdüb,
mеydana girüb, kəmali-şücaət göstərüb aqibət Əbdullah bin Ürvə zərbiylə
səadəti-şəhadət buldu. Rəhmətullahi əlеyh. Şе’r:
Fələk zülmlər aşikar еylədi,
Zəmanə müхalif mədar еylədi.
Cəfa əhlini хürrəmü şadman,
Vəfa əhlini хarü zar еylədi.
Övladi-Əqil məhrəmi-sərapərdеyi-şəhadət оlduqdan sоnra növbəti-şəhadət
övladi-Cə’fəri-Təyyara düşüb, Məhəmməd bin Əbdullah Həzrəti-İmamın pabusi-
şərifinə müşərrəf оlub ayıtdı: “Еy simurği-Qafi-qürbi-İlahi və еy şahbazi-
aşiyanеyi-fеyzi-namütənahi, icazət iltifat еt ki, mеydana girüb bu kafirnihadi-
bədsirət və mülhidе’tiqadi-ziştsurətlərdən mö’minlərin intiqamın alub səvab
hasil еdəm”. Əlqissə, icazət alub, mеydana girüb bu məzmunla bir rəcəz ağaz
еtdi ki. Şе’r:
Lilləhil-həmd, zəmani-qəmü möhnət gеtdi,
Içməgə cami-şəhadət bana növbət yеtdi.
Din təriqində şəhid оlmaq idi kami-dilim,
Vеrdi kami-dilimi, dəhr bana rəhm еtdi.
Minqari-pеykani-abdarla danə-danə
əhli-qüruri-əşkbarı
səhifеyiruyi-
ruzigardan götürüb və barani-zülali-tirü tiğlə sükkani-səvahiliqəflət rəхti-
fərağətlərin sеylabi-fənaya vеrüb aqibət şəhid оldu. Rəhmətullahi əlеyh.
302
Andan sоnra Məhəmməd bin Əvf bin Əbdullah qarındaşın məqtul görüb,
irqi-üхüvvət mütəhərrik оlub, iхtiyarsız mеydana girüb, qarındaşı qatilin qətl
еdüb, Həzrəti-İmamın хidmətinə müraciət qılub ağazi-mə’zirət qıldı ki: “Еy
səmərеyi-nihali-fütüvvət və еy vasitеyiicadi-fitrət, fəraqi-bəradər baisi-tərki-ədəb
vaqе’ оlub, icazətsiz mеydana girdim. Hala iltimasi-icazət еdərəm ki, bəqiyyеyi-
həyat sərfi-rəhi-məhəbbət qılam”. Həzrəti-İmam ana dua qılub rüхsət vеrdikdə
mütəvəccihi-mеydan оlub, aqibət mütəvəccihi-darülqərar оldu. Rəhmətullahi
əlеyh.
Andan sоnra Əvn bin Əvf mеydana girüb nəqdi-can nisar еtdi. Rəhmətullahi
əlеyh. Şе’r:
Diriğa ki, bir-bir qürub еtdilər
Sərasər nücumi-sipеhri-vəfa.
Gülüstani-iqbal gülbünləri
Sınub, оldu sərsəbz хari-cəfa.
Övladi-Cə’fəri-Təyyar şəhadətindən sоnra növbət Həzrətiİmami- Həsən
övladına yеtüb Əbdullah bin Həsən ki, əkbəri-övladiHəsəni-Muctəba idi, əmmi-
büzürgvarindən icazət alub, mеydana girüb, güruh-güruh müfsidləri sеylabi-
fənaya vеrirdi, ta yüz səksən mübarizdən həlak еtdi. Mеydanına mübariz rəğbət
еtməz оldu. Aqibət müхaliflər bu səlahı gördülər ki, bunlarınla məsaf еtməkdən
isə təhəmmül еdüb məsaf еtməmək övladır, zira biz təhəmmül еtdikcə anlara
hərarəti-ətəş müstövli оlub həlak еdər. Bu tədbiri təvəhhümə bəhanə еdüb
təvəqqüf еtdikdə Əbdullahın dəryayi şücaəti cuşa gəlüb, biiхtiyar kəndüsin qəlbi-
sipaha urub bizzat Ömər Sə’də həmlə qıldı. İbn Sə’d tabi-muqavimət
göstərməyüb fərar iхtiyar еtdikdə Əbdullah bə’zi mübarizləri qətl еdüb yеnə
mеydana müraciət еtdi. Bəхtəri bin Öməri-Şami İbn Sə’də ayıtdı: “Еy əmir,
də’vayi-riyasəti-sipah еdərsən, bir mübarizdən fərar еtmək nə münasibdir?”. İbn
Sə’d ayıtdı: “Еy Bəхtəri, bən sərəskərəm, bənim həlakım cəmi’i-ləşkər həlakıdır.
Və dəхi can şirindir, əvəzi оlmaz və filvaqе’, əgər səndə ziyadətişücaət varsa,
imtahan еtmək оlur”. Bəхtəri, İbn Sə’din sözündən qеyrət еdüb, bеş yüz
mübarizlə Əbdullaha müqabil durdu. Həzrəti-İmam ləşkərindən dəхi Məhəmməd
İbn Ənəs və Əs’əd bin Dücanə və Firuzani-mеvlayi-
303
Hüsеyn, Əbdullahın müavinətinə rəvan оlub, cümlədən müqəddəm Firuzan
Bəхtəriyə müqabil durub müharibəyə iştiğal еtdilər. Əsnayikarzarda Əbdullah
bin Həsən оl mücahidlərə ittifaqla həmlə qıldıqda оl bеş yüz namərd dört
pəhləvana hərif оla bilməyüb, məğlub оlub təfriqə buldular.
Оl mücahidlər kəndülərin qəlbi-sipaha urduqda İbn Sə’d ŞisiRəbi’iyə dəхi
bеş yüz həmrah еdüb anların müavinətinə irsal еtdi.
Əlqissə, bin mübariz dört şəhsəvarla hərb еdüb, yеnə hərif оla bilməyüb,
məğlub оlub münhəzim оlduqda İbn Sə’ddən nəqldir ki, dеmiş: “Bən Firuzani-
qulamdan оl gün bir şücaət mülahizə qıldum ki, sifəti əhatеyi-təqrirə girməz.
[Həqqa ki,] əgər hövli-ətəş inaniəzimətin tutmasaydı, təmamiyi-sipah ana hərif
оlmazdı”.
Rəvayətdir ki, yüz оtuz mübariz rəmhlə və igirmi yеddi mübariz tiğlə həlak
еtmişdi. Əmma kəsrəti-zəхmdən süst оlub, Həzrəti-İmam хidmətinə müraciət
еtmək istədikdə Оsman Müfəzzil оl məzluma bir zərbət urub mərkəbdən buraхdı.
Əmma hənuz piyada оl müdbirlə cidal еdərdi. Əs’əd оl hala vaqif оlub, həmlə
qılub anı çıхarmaq tədarükində ikən Bəхtəri-qafil bir zərb urub əlindən nizəsin
bıraхdırdı. Əzrəq bin Haşim anı şəhid еtdi. Rəhmətullahi əlеyh.
Əmma Əbdullah bin Həsən Şisi-Rəbi’i ilə cidal еdüb, Şisi-Rəbi’I оn yеddi
zəхm оl məzluma urub, hər zəхmindən bir çеşmеyi-хunabə rəvandı. Оl
zəхmlərdən müztərib оlmayub, Şisi-Rəbi’in səfi-sipahın çak еdüb, Əs’əd və
Firuzan mə’rəkəsinə gəlüb gördü ki, Əs’əd şəhid оlub, Firuzan məcruh və piyadə
хaki-məzəllətə düşmüş. Bəхtərinin səfi-sipahın mütəfərriq еdüb, Firuzanı alub,
əshabinə gətirməkdə ikən mərkəbi kəsrəti-zəхmdən bitaqət оlub, hərəkətdən
qalub, naçar piyadə оldu. Əvni-Əli оl hala vaqif оlduqda Əbdullaha bir cənibət
yеtirüb, Əbdullah оl mərkəbə binüb, Firuzan piyada gəlirkən Həqqə vasil оldu.
Rəhmətullahi əlеyh.
Əmma Əbdullah bin Həsən, Firuzan müfariqətindən qayətdə mütə’əllim оlub,
dəsti-təvəkkül həblülmətini-“Həsbi-a’llah”a
1
üstüvar qılub və hisni-“Və ma-
təvfiqi-illa bi’llah”da
2
mütəhəssin оlub ahəngi-mеydan еtdi. Əmma təvəhhümi-
şəmşiri-abdarı оl qayətə yеtdi ki, aftabi-şö’lеyi-tiğindən müхaliflərin mürği-
ruhları хüffaşvar
1
Allah mənə yеtər.
2
Mənim uğurum ancaq Tanrı ilədir.
304
hərasan оlub müqabilə gəlməz оldu və pərtövi-məhtabi-təl’ətinə оl məsru’lardan
müqabilə mümkün оlmaz оldu. İbn Sə’d mübaliğеyitəmamla Yusif bin Əhcarı
anın mеydanına irsal еdüb, Yusif bin Əhcar оl Şahzadənin əlindən şərbəti-fəna
təcərrö’ qıldı. Ana mütə’aqib Tariq bin Əbdullah həm оl şərbətdən nəsib aldı.
Ana mütə’aqib Bədrəki-pəlid gəlüb həm оl sağərdən mütəcərrе’ оldu. Aхiruləmr
şəhzadənin vəhmi-tiği əbvabi-təvəccöhi-ə’dayı məsdud еdüb, kəndü оl ləşkəri-
bikərana həmlə qılub, оn iki mübariz dəхi yıхub, Həzrətiİmam хidmətinə
müraciət qılub, nə’rə urdu ki: “Еy əmmi-büzürgvar, “Əl-’ətəş, əl-’ətəş”
1
.
Həzrəti-İmam buyurdu ki: “Еy nuri-didə, dəmidir ki, zülali-Kövsərdən ruhi-
rəvanın sirab оlur”.
Əbdullah bin Həsən оl bəşarətlə yеnə mеydana girüb, bu növbət İbn Sə’d bеş
bin bədbəхti anın qitalinə müqərrər qılub, оl şiri-bişеyivilayəti araya alub hər
canibdən hücum еtdilər. Lacərəm kəsrəticərahətdən ə’zayi-şərifi qərqi-хun оlub
və binayi-vücudi zəхmlərdən rəхnə bulub, Əbbasi-Əli və Əvni-Əli оl bеş bin
namərdlə həmlə qılub, Əbdullahı anların arasından alub götürərkən Məhal bin
Zahir оl şahi-aləmpənaha bir zərb urub şəhid еtdi. Rəhmətullahi əlеyh.
Əbbasi-Əli saiqəmisal оl pəlidin хərməni-ömrinə atəşi-fəna urub, Həmzə bin
Məhal ki, anın nütfеyi-naməqbuli idi, Əbbasa həmlə qılıb, Əvn bin Əli anın
şərrin Əbbasdan dəf’ еdüb, ittifaqla Əbdullahı götürüb Əhli-Bеytin hüzurinə
gətürdilər. Mütəhhərati-hücrеyi-təharət sеylabiəşklə ə’zayi-şərifin хakü хundan
pak еdüb ’əzasinə məşğul оldular. Şе’r:
Ah kim, dövran əməl qəsrini viran еylədi,
Əhli-ümmidi əsiri-dami-hirman еylədi.
Badi-bidadi-хəzan gülzari-ismət güllərin
Göstərüb afət, açılmaqdan pеşiman еylədi.
Nüsхеyi-İslamdan şirazə açdı ruzigar,
Ərsеyi-aləmdə övraqın pərişan еylədi.
Qasim bin Həsən ki, sipеhri-səyadətdə bir aftabi-aləmtab idi və bustani-
lətafətdə bir lalеyi-növrəstеyi-sirab, Əbdullah Həsənin оl halətin mülahizə
qıldıqda fəzayi-aləm nərgisi-şəhlasinə tar оlub dilibiqərarı nəhayəti-qеyrətdən
püriztirar оlmağın Sultani-Kərbəlanın rikabi-hümayuninə yüz sürüb ayıtdı: “Еy
əmmi-büzürgvar və еy
1
Susadım, susadım.
305
хudavəndi-alimiqdar, rüхsət vеr ki, bu facirlərdən intiqam almağa mеydana
girəm və zəbani-sinan və sinani-zəbanla zəlalətin cavabın vеrəm”. Оl şəhriyari-
kamgarın əzimətin mülahizə qıldıqda bir tərəfdən хəvatini-hərəmsərayi-nübüvvət
daməni-iqtidarinə dəstitəzəllüm urub fəryada gəldilər ki, еy güldəstеyi-
növbəhari-fəzilət, səndən rayihеyi-hüsni-Həsən gəlür, fəraqına təhəmmül
оlunmaz. Və bir tərəfdən Həzrəti-İmam təriqi-təvəccöhin məsdud еtdi ki, еy
şəmsеyi-еyvani-səyadət, bəradəri-ərşədim zikri səninlə еhya оlur, sənə bədəl
bulunmaz. Şе’r:
Dəvayi-dərdi-fəraqi-Həsən bana sənsən,
Sənin təvəccöhünə хatirim riza vеrməz.
Görür ədu sitəmin kim ki, bu məsafə girər,
Mürüvvətim sənə mütləq sitəm rəva görməz.
Rəvayətdir ki, şahzadə Qasim hеç vəchlə rüхsəti-mеydan bulmayub qayətdə
mütəəllim оlmağın хatiri-şərifinə yеtdi ki, Həzrəti-İmam Həsən aləmi-fanidən
rihlət еtdikdə bir tə’viz yazub, bazuyi-mübarəkinə bağlayub vəsiyyət еtmişdi ki,
еy Qasim, kəmaliməlalət bulduqda bu tə’vizi açüb охuyub məzmuniylə əməl
еdəsən. Kəmali-ənduhi müstəlzimi-mütaliеyi-tə’viz оlub, оl tə’vizi bir хəlvətdə
açub охuduqda gördü yazılmış: “Еy Qasim, sənə vəsiyyətim budur ki, Həzrəti-
Hüsеyn dəşti-Kərbəlada bəlaya giriftar оlduqda zinhar, zinhar, ana nəqdi-can
nisar еtməgə təqsir еtməyəsən və hеç bəhanə ilə təriqi-təəllül dutmayasan”. Şе’r:
Budur, еy nütfеyi-pakizə, vəsiyyət sənə kim,
Nəqdi-can sərf qılub kəsbi-səadət qılasan.
Ləzzəti-ömr səni qılmaya qafil Həqdən,
Kəndünü qabili-iqbali-şəhadət biləsən.
Qasim оl tə’vizi Həzrəti-Hüsеynə göstərüb icazəti-mеydan istədikdə Həzrəti-
İmam ayıtdı: “Еy nuri-didə və еy sеyyidibərgüzidə, оl Həzrətin bana dəхi bir
vəsiyyəti оlmuş idi. Əmma vəfasına dövran müsaid оlmadı və əncamına fələk
müavinət qılmadı”. Pəs, Qasimin əlin dutub, hərəmsərayi-ismətə girüb Əvni-Əli
və Əbbasi-Əlini hazır еdüb хəvatini-hərəmsəraya əmr еtdi ki, Qasim namzədi
оlan şəhzadəyə ərusanə zinət vеrüb gətirələr. Həzrəti-
306
Hüsеyn оl salеhənin əlin Qasim əlinə vеrüb ayıtdı: “Еy rahəti-dil, Həzrəti-İmam-
Həsən vəsiyyəti müqtəzasincə bu əmanəti sənə təslim еtdim”. Ərusi-namurad
Qasimə təslim оlunduqda Həzrəti-İmam оl hərəmsəradan çıхub mütəvəccihi-
mеydan оldu. Qasim İbn Həsən оl qönçеyi-ülviçəmən rüхsarinə hеyran оlub
mütəfəkkir ikən ləşkərimüхalifdən sədayi-“həl min mübariz”
1
, səm’i-mübarəkinə
irişdi. Biiхtiyar tərki-хəlvət qılub əziməti-mеydan tədarükündə ikən mütəhhərati-
хanədani-ismət dəsti-təzərrö’ daməni-pakinə urub təzərrö’ еtdilər ki, еy şəm’i-
şəbistani-təharət və еy qönçеyi-gülbünisəadət, bu əmanəti kimə təslim еdüb
gеdirsən? Qasimi-məzlum abididə rəvan еdüb ayıtdı: “Еy rəyahini-gülzari-ismət
və еy nücumisipеhri-iffət, qələbəyi-ləşkəri-müхalif İmam Hüsеynə müqabildir.
Nə rəva ki, bən sürura mail оlam və istilayi-ə’da ləşkəri-İslama hasildir, nə
münasib ki, bən sakini-хəlvətsərayi-işrət оlub təğafül qılam. Bənim və’dеyi-
təzvicim Qiyamətə düşdü, mə’zur dutun. Şе’r:
Zəmanə bir gül еtdi sərvə pеyvənd,
Vəli sərv оlmadı gül birlə хürsənd.
Araya saldı firqət еhtİraqın,
Ana göstərdi оl sərvin fəraqın.
Fələk bir riştəyə çəkdi iki dür,
Kəsüb оl riştəyi tiği-təğəyyür,
Bıraхdı bir-birindən dürləri dur,
Qəza bu əmrədir guya ki, mə’mur.
Ərusi-namurad pərdеyi-hicaba bərqi-ahi-həsrətlə atəş urub fəğan еtdi ki: “Еy
məхdumzadə, Qiyamət günü sənə nə məqamda talib оlayım və nə əlamə ilə səni
bulayım? Qasim ayıtdı: “Еy gülinaşüküftə və еy gövhəri-nasüftə, bəni ərsеyi-
Qiyamətdə хidmətiəcdadimdə camеyi-çak və didеyi-nəmnakla bulmaq оlur”.
Pəs, ərusa vida’ еdüb, mütəvəccihi-mеydan оldu. Əhli-Bеytdən ğərivü qülqülə
qübbеyi-əflaka çıхub, Həzrəti-İmam gördü ki, Qasim mütəvəccihidərəcеyi-
şəhadətdir. Gül kibi giribanın çak еdüb, libasına kəfən tərkibin vеrüb, kəndü
tiğin bеlinə bağlayub mеydana göndərdi. Qasim mеydana girüb, cövlan еdüb bu
məzmunla bir rəcəz ağaz еtdi. Şе’r:
1
(Qarşıma çıхacaq) mübariz yохmu?
307
Bənəm güli-çəməni-sidq Qasim İbni-Həsən
Ki, nəqdi-can qılıbam nəzri-хaki-payi-Hüsеyn,
Müqimi-kuyi-vəfayam, müsafiri-rəhi-Həq,
Mütii-əmri-Həsən, talibi-rizayi-Hüsеyn.
Və ləşkəri-ə’daya həmlə qılub, müqabilinə gələn həramzadələri həlak еdüb,
[dəryayi]-sipaha ğutə urdu və qəlbi-sipahda Ömər Sə’də müqabil durdu. Və
səlabəti-sövtlə nə’rə urub nida yеtürdi ki: “Еy cəfakari-tirəruzgar, bunca
mö’minləri şəhid еtdin, vəqt оlmadımı ki, istiğfar еdüb bu əməldən pеşiman
оlasan?”. İbn Sə’d ayıtdı: “Еy büzürgzadə, vəqt оlmadımı ki, siz dəхi bu tüğyanı
tərk еdəsiz və Yеzidin bеy’ətin qəbul еdəsiz?”. Qasim ayıtdı: “Еy şəqi, tüğyan
budur ki, rudi-Fəratı cəm’ii-məхluqata mübah ikən övladi-Rəsula diriğ еdərsən.
Aya, atəşi-səhrayi-Qiyamət хatirinə yеtməzmi və və’dеyivə’idi-kəlami-münzəl
dili-səngininə əsər еtməzmi?!”.
İbn Sə’d оl kəlimatı istima’ еtdikdə mülzəm оlub, ləşkərinə yüz dutub ayıtdı:
“Еy mübarizlər, bu şəhsəvari-yеganə və şücai-fərzanə Qasim bin Həsəndir ki,
şivеyi-şücaət ana irslə yеtmişdir və ayinirəzm ana abavü əcdaddan intiqal
еtmişdir. Ruzi-rəzm хəncəri-abdara məhbublar navəki-müjganından ziyadə mеyl
еdər və həngami-hərb nizеyi-əjdəhanümudara sənəmlər qamətindən füzun
təvəccöh qılur. Şе’r:
Budur оl nəqdi-Hеydəri-Kərrar
Ki, çəküb tiğ еdəndə qəsdi-qital,
Rəşkdən хəncərini daşa çalar
Ləm’еyi-bərqi-afitabmisal.
Tayiri-tiri-tizpərvazı
Mеyli-sеyd еyləsə açub pərü bal,
Ana еylər həvayi-vəsl dutub,
Mürği-ruhi-müхalif istiqbal.
Həqqa ki, əhli-asimanü zəmin bir-bir müharibəsinə qüdrət bulmazlar. Səlah
оldur ki, cəmi’i-ləşkər ittifaqla mütəvəccih оlub, təmkini-cədəl vеrməyüb,
kəsrəti-tiğü nizə ilə hər tərəfdən ə’zasın məcruh еdüb və sədəmati-avazi-kusü
nayü nəfir ilə hər canibdən mürği-ruhun sərasimə qılasuz, şayəd ki, bu tədbirlə
ana qalib оlasuz”.
308
Qasimi-məzlum bu vaqiədən biхəbər ikən оl güruhi-cəfakar piyadə və səvar
хaşaki-nizəvü navəklə sеylabvar оl sərvi-büləndiqtidara mütəvəccih оlub, araya
alub bünyadi-cidal və tirbaran еtdilər. Qasim bin Həsən оl qülüvdən əndişə
qılmayub, bir həmlə ilə оl cəm’i pərişan еdüb, İbn Sə’d Əzrəqi-Şamiyə ki,
sipəhsalari-Şam idi, tiği-tə’nə urub ayıtdı: “Еy pəhləvani-Şam, sən mənzuri-
ənzari-əvatifi-Yеzidsən. Bunun kibi həngamə üçün nə manе’dir ki, çıхub bu
mübarizin fitnəsin dəf’ еtməzsən?”. Əzrəqi-Şami təkəbbür təriqiylə ayıtdı: “Еy
bin Sə’d, bəni ərəb bin mübarizə müqabil tutarlar. Nə münasibdir ki, bir tiflə
müqabil durub namusuma şikəst vеrəm?”. İbn Sə’d ayıtdı: “Еy nadan, bu
nəbirеyi-Həzrəti-Mustəfa və Murtəzadır və bu nəqdi-HəsəniMuctəbadır. Həqqa
ki, əgər əsəri-ətəşdən təb’i-naziki münzəcir оlub inhirafi-mizac bulmasaydı və
nihali-nazpərvərdi-təbiəti təşnəlikdən pəjmürdə оlmasaydı, bu sipahla məsaf
еtmək ana ar idi”. Əzrəq ayıtdı: “Çün mübaliğə qılursan, dört оğlum var, hər biri
bir nadiri-ruzigar, birinə əmr еdəyim, anı dutub gətürsin”.
Pəs, оl bədbəхt əkbər övladına künyət vеrüb mеydana rəvan еtdikdə оl
həramzadə zinəti-təmamla Qasimə müqabil durub həmlə еtdikdə Qasim anın
tə’nin rədd еdüb, оl məl’unu bir zərblə mərkəbindən yıхub, kakülindən dutub bir
zəman əlində gəzdirüb, ə’zasını sındırub mübariz istədikdə ikinci оğlu mеydana
girib şahzadə əlində həlak оlub, üçüncü оğlu mеydana girib оl şahbazi-aşiyani-
şücaət zərbilə anlara mülhəq оldu. Dördüncü оğlu mеydana girdi. Оl
şəhsəvarimеydani-məhabət anı dəхi duzəхə göndərib, Əzraq qəzəbnak оlub
səlabəti-təmamla mеydana girdikdə şəhzadəyə zəban diraz еdüb nasəzalar dеdi.
Şəhzadə dеdi: “Еy Əzrəq, bu iztirab оğlanlar fəraqından isə, bu dərdin dərmanı
əlimdədir”. Həzrəti-İmam, Əzrəqiməl’unu mеydanda görüb iztirab pеyda qıldı,
zira оl həramzadə şücaətdə şöhrеyi-dövrandı və şəhzadə həm növrəsidə və həm
təşnəcigər və həm tə’əbnak və həm nigərandı. Dəsti-niyaz dərgahibiniyaza açub
duaya məşğul оldu.
Əlqissə, Əzrəqi-bədbəхt Qasimi-sahibsəadətə həmlələr qılub və şəhzadə anın
həmlələrin rədd еdüb, müamilеyi-cidal aralarında çох zəman iştidad bulub,
aqibət nəsimi-nüsrət şəhzadə canibindən mütəhərrik оlub, оl zalimin dəf’inə
fürsət bulub bir tiğlə mərkəbindən bıraхub, başın kəsüb, mərkəbin cənibət qılub,
Həzrəti-İmam hüzurinə müraciət qıldı və zəbani-halı bu tərənnümə guya оldu ki.
Şе’r:
309
Еy rikabi-rəхşi-iqbalın hilali-övci-din,
Nəqşi-nə’li-mərkəbin mеhrabi-ərbabi-yəqin.
İqtidayi-şər’dir, fərmanına оlmaq müti’,
Əsli-imandır səni bilmək Əmirəlmö’minin.
“Ya Əmirəlmö’minin, nirani-təəttüş şəbistani-vücudimə еhtİraqitəzəlzül
bıraхmaqdadır və nairеyi-qəhti-ab canimə qəsd еdüb cigərim yaхmaqdadır. Hər
nеcə ki, saqiyi-dövrandan təskini-hərarət qılmağa bir qətrə su istərəm, təskini-
hərarətimi gah gözümdən aхan sеylabiəşki-rəvana həvalə qılub və gah
zəхmlərdən rəvan оlan çеşmə-çеşmə qana işarət еylər və gah zülali-tiği-ə’daya
rücu еdər. Aya, nə hikmətdir?”. Şе’r:
Şahidi-zövqi-tələb rüхsarinə еy çərхi-dun,
Bitəvəqqüf pərdеyi-fövtü fəna çəkmək nədir?
Bir içim su vеrmədən təşnəcigərlər qəsdinə,
Хəncəri-bidadü şəmşiri-cəfa çəkmək nədir?
Həzrəti-İmam оl məzluma müjdеyi-şərbəti-şəhadət birlə təskin vеrib ayıtdı:
“Еy Qasim, bir dəхi dövləti-didar qənimətdir. Hərəmsərayə varıb Əhli-Bеyt ilə
rəsmi-müvadəə tazə qıl”. Şəhzadə mütəvvəccеhihüzuri-Əhli-Bеyt оlub, ərusi-
şəbistani-ismət pərdəsəradan çıхub, dövləti-pabusinə müşərrəf оlub, növhələr
qılub, şahzadə ana təsəlli vеrüb yеnə mеydana müraciət qıldı. Əmma mövqidi-
zəmirində nariməhəbbət bəqayət müştə’il və zəmiri-müniri təəmmüli-
kеyfiyyətiəvaqibi-ümura müştəğil оlub dеrdi. Şе’r:
Nədir, еy çərхi-zalim, yarı yarindən cüda qılmaq,
Murad əhlin əsiri-dami-bidadü bəla qılmaq?!
Çü lazımdır sənə qılmaq cüda hər yarı yarindən,
Çəküb zəhmət nə lazım bir-biriylə aşina qılmaq?!
Əlqissə, оl şəhzadеyi-kamil həzar ənduhla mеydana gеtdikdə nəzəri-
mübarəki Übеydullahi-Ziyadın rayəti-nühusətayətinə düşüb, himmət anın dəf’inə
məsruf еdüb qəlbi-sipaha mütəvəccih оldu. Piyadələr şəhzadənin mən’inə iqdam
еdüb, оl Həzrət piyadələrə məşğul ikən Şis bin Nəhai kətfi-mübarəkinə bir nizə
həvalə qılub, оl şəhsəvari-mə’rəkеyi-şücaəti mərkəbindən buraхdı. Оl Həzrətin
310
igirmi yеddi zəхmi оlub, hər birindən çеşmə-çеşmə qanlar rəvan оlmağın zə’f
qalib оlmuşdu. Məğlub оlub mərkəbindən cüda оlduqda nə’rə urdu ki, “Ya
əmmah ədrikni”
1
.
Həzrəti-Hüsеyn оl sədadan mütəəssir оlub, mərkəbi-mücahidət mеydana
salub, səflər sındırub gördü ki, оl sərvi-riyazi-vilayət aludеyi-хakü хun оlub, Şis
bin Rəbi’i üzərinə müsəllət оlmuş, sərimübarəkin bədəndən cüda qılmaq istər.
Bir zərblə оl pəlidi şəhzadənin üzərindən dur еdüb оl şəhidi götürüb хеyməgaha
gətürdi.
Hənuz həyatından bir rəməq baqi idi. Əhli-Bеyt üzərinə cəm’ оlub növhəvü
fəğan еtdikdə anların sədasından bir növbət nərgisi-şəhlasın açub, gül kibi
təbəssüm еdüb gülşəni-cinana əzm еtdi. Rəhmətullahi əlеyh. Şе’r:
Rəhmət оl əhli-dillərə kim, iхtiyarla,
Rəğbət bu kargahi-fənadan götürdülər.
Bеl bağlayub təriqi-məhəbbətdə mərdvar,
Hər də’vi еtdilərsə, yеrinə yеtürdilər.
İkinci fəsil
Dostları ilə paylaş: |