MəHƏRRƏm hüseynov poetik frazeologiYA



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə34/68
tarix02.01.2022
ölçüsü0,93 Mb.
#40440
1   ...   30   31   32   33   34   35   36   37   ...   68
frazeoloji

Başı daşdan-daşa dəymiş qocanın. 
Günahı qəddini əymiş qocanın 
Ülvi m
əhəbbətə əlvidasıdır (65, 122). 
 
Söz  yox  ki,  kamil 
şeir  gərgin  yaradıcılıq  işinin  nəticəsidir, 
dilin  bütün  üslubi 
laylarını  duymaq,  onu  məqamında  işlədə 
bilm
ək  hər  bir  qələm  sahibinin  ilkin  vəzifəsidir.  Şeir  mətni 
müxt
əlif  dil  vahidlərinin  elə  sintezidir  ki,  burada  hər  bir 
linqvistik  vahidin  spesifik 
işlənmə  məqamları  və  bədii  yükü 
vardır. Ayrı-ayrı dil ünsürlərinin qarşılıqlı əlaqəsi və təsiri nəti-
c
əsində kontekstin bədii tutumu təmin olunur. Göstərilən nümu-
n
ələrdəki  frazeoloji  vahidlərin  yaratdığı  üslubi  ab-hava  poetik 
ovqatın  özünəməxsusluğunu  təmin  edir.  Bütövlükdə  kontekstin 
uğuru  frazeoloji  birləşmələrin  ifadəlilik  imkanlarının  inadla 
axtarılması  sayəsində  aşkarlanmışdır.  Söz  sənətkarlarının  idio-
matik t
ərkiblərə bu cür ciddi əhəmiyyət verməsi də məhz onların 
üslubi özün
əməxsusluğu ilə əlaqədardır. 
Frazeoloji  birl
əşmələr  şeirdə  canlı  danışığın,  şifahi  nitqin 
mühüm  s
əciyyəvi  keyfiyyətlərini  özündə  mühafizə  etmək 
iqtidarındadır.  Bədii  mətndə  ifadəlilik  imkanlarının  genişliyi, 
emosionallıq-ekspressivlik  yaratma  keyfiyyəti,  heç  şübhəsiz, 
frazeoloji  birl
əşmələrin  də  payına  düşür.  Milli  koloritin  şeir 
nitqind
ə danışıq prosesindəki qədər effektli olmasında frazeolo-
gizml
ər  real  şəkildə  təcəssüm  etdirmə  imkanlarına  yiyələnə 
bilirl
ər.  Çünki  hissi-emosional  təsir  bu  dil  vahidinin  ən  önəmli 
poetik m
əziyyətidir. 
Frazeoloji  birl
əşmələr  şeirdə  bədii  nitq  atmosferi  yaradır. 
Üslubi 
aydınlığı və təbiiliyi ilə bərabər bədii mətndə iştirak edən 
ünsürl
ərin  sistemliliyində,  təsvirin  müfəssəlliyində  aparıcı 
mövqey
ə keçir. 


          
 
 
86 
B
ədii  məzmunun  lirik  təqdimatı  fonunda  frazeoloji 
materiallar 
asanlıqla sığala gəlir, şairin yaradıcılıq prizmasından 
keçib  r
əngarəng semantik-üslubi çalarlarla bəzənir. Söz ustaları 
bu  spesifik dil materia
lının üslubi tələbini duyduğu üçün onlara 
s
ənətkarlıq meyarı ilə yanaşıb məzmun dərinliyinin gözəl forma-
sını yaradır. 
Frazeoloji  birl
əşmələrin  şeirdəki  mütəhərrikliyini  təmin 
ed
ən bir cəhət də milli dil faktlarının bədii yaradıcılıq dərəcəsi 
il
ə  bağlıdır.  Frazeologizmlər  şeirdə  milli  lüğətin  üstünlüyünü 
t
əmin etməklə mətni yeni ab-hava ilə təravətləndirir. Belə olan 
t
əqdirdə frazeoloji birləşmələrin bədiiləşdirici izləri daha da də-
rinl
əşir,  obraz  olduqca  siqlətli  görünür.  Bu,  şeir  dlinin  yüksək 
inkişaf həddinə qalxması, mükəmməl səviyyəsi deməkdir. 
Ümid qönç
ələrim sarala qaldı, 
Çiç
əkli yazımı nəsə apardı. 
N
ə qatdı başımı, necə qatdısa 
Q
əfil saqqızımı necə apardı (56, 84). 
 
Palaza bürünüb ell
ə sürünən 
Düşünmək qisməti xeyirmi, şərmi? 
Alçaqlar v
ətənin üstünə düşsə, 
V
ətəndən onlara bir şey düşərmi? (108, 93) 
 
Sevins
əm, qarnını sancı doğrayır, 
Güls
əm, gülüşümü ağzımdan qapar. 
İstər söz yazımla üzümü yuya, 
İstər göz yaşımda mirvari tapa (54, 324). 
M
əlum olduğu kimi, şeir dilində canlı danışıq dilinə məxsus 
üslubi  çalarlar  çox  güclüdür  v
ə bu, janr səviyyəsində üzə çıxan 
poetik bir 
faktdır. Frazeoloji birləşmələrə poetiklik prizmasından 
yanaşanda  bu  amil  özünü  hiss  olunacaq  dərəcədə  qabardır. 
Misrala
rın  sxemində  dinamik  imkanlı  linqvistik  vahidlər  kimi, 
frazeoloji t
ərkiblər də mətnin bədii-üslubi bünövrəsində dayanır 
v
ə  şeirn  obrazlı  mahiyyətini,  bədii  məzmununu  qavrama 


          
 
 
87 
prosesin
ə  təkan  verir.  Obrazlaşdırma  əməliyyatındakı  fəallığı 
frazeoloji  birl
əşmələrə  imkan  verir  ki,  digər  dil  faktlarını  da 
h
ərəkətə  gətirsin  və  onların  obrazlı  vahidə  çevrilməsi  prosesini 
başa  çatdırsın.  Beləliklə  də  onlar  obrazlı  anlayışların  daha  da 
canlan
dırılmasında orijinal deyim tərzi müəyyənləşdirir. 
 
Yox, 
düşə bilmsirəm 
 
 
t
əzə eşqə mən. 
Dem
ə hicran məni 
 
 
tutardan 
salıb. 
Dönüy
əm bir para 
 
 
sev
ənlər kimi. 
Əlim ətəyinə 
 
 
yapışıb qalıb. 
Ya 
ətyini kəs, 
 
 
 
ya da 
əlimi (68, 72). 
G
ələcək günün nigarançılığı: 
İnsanlara bir doyumluq çörək, 
Bir içimlik su 
çatacaqmı? 
Yer üzünün 
yığın-yığın insanı 
Köhn
əliyin, mənəmliyin, 
F
ənalığın, qəzəbin, kinin 
Daşını atacaqmı? (96, III, 291) 
 
Bu  poetik  nümun
ələrdə  frazeoloji  birləşmələrin  nümayiş 
etdirdiyi  dil 
saflığı, üslub gözəlliyi xüsusi bir təravət bəxş edir. 
T
əbiilik,  sabit  söz  birləşmələrn  poetik  yatımından  doğan  hiss-
h
əyəcan şeirlərə xalq ruhu hopdurur. Deyim tərzində xəlqi ifadə 
formala
rının  səmimiliyi,  təsirliliyi  oxucu  qəlbinə  və  yaddaşına 
d
ərin  izlər  buraxır.  Xalqın  xarakteri,  düşüncə  tərzi  poeziya 
s
ənətində  məhz  bu  ifadələrin  vasitəsilə  əks  olunur.  Frazeoloji 
t
əsvir  vasitələrinin  dəqiqliyi  dilimizin  tükənməz  qaynaqlarının 
qüvv
ət  və  qüdrətinin  əyaniləşməsidir.  Obrazlı  təfəkkürün  adi 


          
 
 
88 
danışıq frazeologiyası şəklində təzahürü onun ahəng və məlahət-
li s
əslənmə keyfiyyətlərində daha da qabarır. 
Canlı  danışıq  dilinin  zəngin  xəzinəsindən  alınmış  bitməz-
tük
ənməz frazeoloji materialların bədii imkanları şeir nitqində o 
zaman  poetik 
tapıntılarıa  çevrilir  ki,  onlar  söz  sənətkarının 
ideya-estetik 
ideallarını  səmimiyyətli  təcəssümü  olsun,  şairin 
poetik  m
əqsədini ifadə etməkdə etibarlı vasitə kimi özünü doğ-
rultsun.  T
əcrübə  göstərir  ki,  frazeologizmlərlə  orijinal  deyim 
t
ərzi  məzmunun  daha  dolğun  ifadə  təravətinə  yol  açır.  Çünki 
m
əzmun nə qədər mənalıdırsa, dil də bir o qədər yığcamdır, fikir 
n
ə qədər dərin və aydındırsa, dil də bir o qədər təbii və rəvandır. 
Bu ba
xımdan fikri və hissi təsvirin mahiyyətinə varmaq, yüksək 
ideya-b
ədii  meyarlara  yiyələnmək  üçün  frazeoloji  birləşmələr 
üslubi  keyfiyy
ət  baxımından  ən  münasib  linqvistik  materialdır. 
H
əqiqi  poetik  yaradıcılıq  frazeoloji  birləşmələrin  laylarına  elə 
nüfuzetm
ə prosesidir ki, bu, şair üçün indiyə qədər istfadə olun-
ma
mış  vasitələrini  aşkarlamaq,  dilin  frazeoloji  xəzinəsini  bü-
tünlükd
ə səfərbərliyə almaq, onların potensial imkanlarını açmaq 
fürs
ətidir. 
Doğrudan  da,  frazeoloji  birləşmələrin  sıxlığı  ilə  seçilən 
misralarda lirik vüs
ət hakimdir. Forma çalarlarında milli koloriti 
rövn
əqləndirməkdə  onların  misilsiz  rolu  vardır,  çünki  onlar  öz 
yaranışından  şeriyyət  üstündə  köklənmişdir.  Güclü  kolorit  və 
poetik  göz
əllik  frazeoloji  birləşmələrin  daxili  xislətindədir  və 
ona  gör
ə  də  şairin  yaradıcılıq  taleyinin  müəyyənləşməsində, 
onun 
yazı  tərzinin  yeniləşməsində,  bədii  yetkinliyin 
yaranmasında böyük xidməti vardır. 
Varlığın  şairanə,  bədii  idarkı  frazeoloji  dil  materiallarının 
daxili  mahiyy
ətindən  qidalanır.  Sənətkarlıq  meyarı,  bədii  sənət 
ölçül
əri  ilə  düzgün  uyğunlaşdırıldıqda  onlar  lirik  təhkiyənin 
t
əbiiliyini  təmin  edir.  Şeirin  ifadə  tərzindəki  kamillik,  bədii 
formasınakı bütünlük də öz mayasını bu keyfiyyətli poetik baş-
lan
ğıcdan götürür. 
 


          
 
 
89 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin