90
v
ə ya digər şəkildə dəyişdirilməsi sayəsində oxucu bədii mətnin
obrazlar al
əminə daha artıq nüfuz edir.
Aktuallaşdırma üslub cəhətdən neytrallaşan ifadələri enerji
il
ə qidalandırır; mətnin məntiqi birliyi dil ünsürlərinin assosiativ
əlaqəsini təmin edir. Mətn strukturunda öz təravəti ilə,
t
əkrarlunmazlığı ilə seçilən aktuallaşdırılmış frazeologizmlər,
idiomatik ifad
ələr obrazlı mahiyyəti ilə fərqlənir, təsvir predme-
tin
ə konkret və subyektiv sənətkar münasibətinin ən fəal
ifad
əçisinə çevrilir. Üslubi cəhətdən neytral səciyyəli dil
vahidl
ərindən fərqli olaraq hazır xəlqi ifadələrə müdaxilə
metaforik
obrazlılığın bünövrəsində dayanır.
B
əzən elə üslubi şərait yaranır ki, tapdanmış ifadə üsulları
şeirdə qarşıda duran bədii vəzifələrin həlli üçün kifayət etmir.
Bel
ə hallarla üzləşən söz sənətkarları həyat materiallarını dolğun
canlandırmaq üçün zəruri olan üsullara – dil faktlarının aktual-
laşdırılmasına üstünlük verir. Potensial yaradcılıq imkanları
müşkül bir problemə çevrilmiş ifadə yeksənəqliyini aradan
qaldırmaqdan ötrü novator deyim tərzi ilə yüksək sənət
meyarlarına cavab verən yollar aşkarlayır. Frazeoloji novatorluq
h
əyat materiallarının bədii dərki zəminində üslubi diapozonunu
genişləndirməklə yanaşı, onun estetik qavrayışına da əməli
xidm
ət edir. Frazeoloji dil faktlarının daxili mənasındakı seman-
tik d
əyişmələr bu imkanlardan maksimum istifadə cəhdləri ilə
müşayiət olunur. Məsələn, B.Vahabzadə «Qızınmadıq istisinə,
kor olduq tüstüsün
ə» ifadəsini «Qisas» adlı şeirində bu cür
aktuallaşdırır:
Dostları ilə paylaş: