393) Dəridə qançırın gec əmələ gəlməsi (üzə çıxması) nədən asılıdır?
A) Zərərçəkənin yaşından
B) Zərərçəkənin hündürlüyündən
C) Xəsarətin yerləşmə dərinliyindən
D) Zərbənin zəifliyindən
E) Zərərçəkənin cinsindən
Ədəbiyyat: Şakir Musayev, Məhkəmə təbabəti, Bakı, 2006.
394) Dəridə qançırın forması travma alətinin formasını əks etdirirmi?
A) Tam əks etdirir
B) Araşdırılmayıb
C) Əks etdirmir
D) Düz əks etdirmir
E) Bəzən neqativ izini əks etdirir
Ədəbiyyat: Şakir Musayev, Məhkəmə təbabəti, Bakı, 2006
395) Qançırın göyümtül rəngini şərtləndirən amil hansıdır?
A) Qansızmada oksihemoqlobinin olması
B) Qansızmada bilirubinin olması
C) Qansızmada methemoqlobinin olması
D) Qansızmada biliverdinin olması
E) Qansızmada hemoqlobinin sərbəst olması
Ədəbiyyat: Şakir Musayev, Məhkəmə təbabəti, Bakı, 2006.
396) Qançırın yaşıl rəngini şərtləndirən amil hansıdır?
A) Qansızmada biliverdinin olması
B) Qansızmada bilirubinin olması
C) Qansızmada hemoqlobinin sərbəst olması
D) Qansızmada methemoqlobinin olması
E) Qansızmada oksihemoqlobinin olması
Ədəbiyyat: Şakir Musayev, Məhkəmə təbabəti, Bakı, 2006.
Dostları ilə paylaş: |