401) Hansı yara bərk küt əşyanın təsirindən əmələ gələn yaralara aid deyildir?
A) Sıyrılmış
B) Mişarlanmış
C) Əzilmiş
D) Cırılmış
E) Dişlənmiş
Ədəbiyyat: Şakir Musayev, Məhkəmə təbabəti, Bakı, 2006.
402) Bərk küt əşyanın məhdud düzbucaq kontakt səthinin 90 dərəcə bucaq altında təsiri nəticəsində başda əmələ gələn yara hansı formada olur?
A) Düzbucaqlı formasında
B) Dairəvi
C) Ovalşəkilli
D) Çarpazşəkilli
E) Xəttşəkilli
Ədəbiyyat: Şakir Musayev, Məhkəmə təbabəti, Bakı, 2006.
403) Əsasən yastı kontakt səthi olan bərk küt əşyanın təsiri nəticəsində başda əmələ gələn yara hansı xarakterdə olur?
A) Mişarlanmış
B) Çapılmış
C) Deşilmiş
D) Əzilmiş-cırılmış
E) Kəsilmiş
Ədəbiyyat: Şakir Musayev, Məhkəmə təbabəti, Bakı, 2006.
404) Kənarları qeyri-düz, sıyrılmış, qançırlı, bir qədər soyulmuş morfoloji əlamətlər yaranın hansı xarakterini göstərir?
A) Kəsilmiş
B) Deşilmiş –kəsilmiş
C) Əzilmiş
D) Çapılmış
E) Mişarlanmış
Ədəbiyyat: Şakir Musayev, Məhkəmə təbabəti, Bakı, 2006.
Dostları ilə paylaş: |