844) Bunlardan hansı bədən xəsarətlərinin təyinində kriteriya kimi götürülür?
A) Xroniki xəstəliklər
B) Subyektiv əlamətlər
C) Ümumi əmək qabiliyyətinin müxtəlif dərəcədə itirilməsi
D) Xəstənin şikayətləri
E) Anomaliyalar
Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
845) Məhkəmə-tibbi müayinənin məhkəmə-tibbi ekspertizadan fərqi nədədir?
A) Məhkəmə-tibbi müayinə sənədlər əsasında, ekspertiza isə zərərçəkənin müayinəsi əsasında icra edilir
B) Məhkəmə-tibbi ekspertiza qərar əsasında, məhkəmə-tibbi müayinə isə göndəriş (təliqə) əsasında icra edilir
C) Müayinə aktı qərar əsasında, ekspert rəyi isə zərərçəkənin ərizəsi əsasında tərtib olunur
D) Məhkəmə-tibbi müayinə aktı iki hissədən, məhkəmə-tibbi rəy isə üç hissədən ibarət olmaqla tərtib olunur
E) Müayinə zamanı ekspertə AR CM-nin 297-ci maddəsində nəzərdə tutulan məhsuliyyəti barədə xəbərdarlıq elan olunur, ekspertiza apararkən isə elan olunmur
Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
Dostları ilə paylaş: |