846) Məhkəmə-tibbi müayinəni kim aparır?
A) Müstəntiq
B) Məhkəmə-tibb eksperti
C) Müalicə həkimi
D) Vəkil
E) Məhkəmə
Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
847) Kəllə sümükləri və baş beyin zədələnmələri zamanı əmələ gələn xəsarətlərdən hansıları həyat üçün təhlükəlidir?
A) Asteno-nevrotik vəziyyətlə fəsadlaşmış baş-beyin silkələnməsi
B) Baş beyin silkələnməsi
C) Yüngül dərəcəli beyin əzilməsi
D) Alın sümüyünün xarici səhifəsinin çatı
E) Kəllə boşluğuna işləyən yara
Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
848) Ağır dərəcəli şokla nəticələnən onurğa sütununun döş seqmentlərinin zədələnməsi hansı əlamətinə əsasən qiymətləndirilir?
A) İrsi xəstəliklərlə əlaqəliliyinə
B) Əmək qabiliyyətinin cüzi itirilmə faizinə
C) Müalicə müddətinə
D) Ağ ciyər-ürək çatmamazlığı kimi yanaşı xəstəliyin olmasına
E) Həyat üçün təhlükəliliyinə
Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
849) Döş qəfəsinin və ya bir neçə döş fəqərəsinin funksiya pozğunluğu ilə müşayiət olunmayan sınığı və ya sınıq-çıxığı hansı əlamətə əsasən qiymətləndirilir?
A) Xroniki xəstəliklərdən törənməsinə
B) Ümumi əmək qabiliyyətinin dayanıqlı itirilməsi faizinə
C) Peşəkar əmək qabiliyyətinin itirlmə faizinə
D) Həyat üçün təhlükəli olmasına
E) Sağlamlığının uzun müddətə pozulması əlamətinə görə
Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
850) Bədən xəsarətlərinə dair məhkəmə-tibbi ekspertizanın icrası zamanı hansı suallara cavab verilir?
A) Cinsi mənsubluğa dair
B) Yaşın təyininə dair
C) Sağlamlığa zərərvurmanın dərəcəsinə və xarakterinə dair
D) Zöhrəvi xəstəliklərlə bağlılığına dair
E) Xroniki xəstəliklərlə bağlılığına dair
Ədəbiyyat: Şakir Musayev “Məhkəmə təbabəti” Bakı 2006
Dostları ilə paylaş: |