990) Aşağıdakılardan hansı həkim səhvinin təsnifatına aid deyil?
A) Taktiki
B) Müalicəvi
C) Təşkilatı
D) Səhlənkarlıq
E) Diaqnostik
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə-tibbi ekspertiza və onun imkanları. III cild, Bakı, 2009
991) Aşağıdakı hərəkətlərdən hansı tibbi fəaliyyətlə bağlı qanunvericilikdə nəzərdə tutulan cinayət tərkibini yaradır?
A) Xuliqanlıq etmə
B) Özünü öldürmə həddinə çatdırma
C) İşgəncə vermə
D) Qanunsuz abort etmə
E) Döymə
Ədəbiyyat: Azərbaycan Respublikası. Cinayət Prosessual Məcəllə. Bakı, 2009.
992) Həkimlər hansı halda xəstəyə kömək göstərmədikdə məsuliyyətə səbəb olur?
A) Xəstədə yoluxucu xəstəlik olduqda
B) Kömək etməyə borclu olan həkim tərəfindən üzürlü səbəblər olmadan xəstəyə tibbi yardım göstərilməməsi nəticəsində xəstənin sağlamlığına Ağır və ya Az ağır zərər dəydikdə
C) Xəstənin bədənində cüzi ağrılar olduqda
D) Xəstə tibb müəssisəsində qeydiyyatda olmadıqda
E) Xəstə Azərbaycan vətəndaşı olmadıqda
Ədəbiyyat: Azərbaycan Respublikası. Cinayət Prosessual Məcəllə. Bakı, 2009.
993) İş materialları üzrə məhkəmə-tibbi ekspertizanın əsas obyektlərinə hansı sənəd aid deyil?
A) Klinik anatomik konfransın protokolu
B) Meyitə baxış protokolu
C) Hadisə yerinin müayinə protokolu
D) Ambulator və stasionar xəstənin tibbi kartası, həkim arayışları
E) Xəstənin tərcümeyi halı
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə-tibbi ekspertiza və onun imkanları. III cild, Bakı, 2009.
994) Tibb işçilərinin peşə vəzifələrinin pozulmaları ilə bağlı ekspertizalarda əsas məqsəd nədir?
A) Diaqnozun dəqiqləşdirilməsinin müəyyənləşdirilməsi
B) Tibb işçilərinin peşə səviyyəsinin qiymətləndirilməsi
C) Xəstəxananın maddi-texniki vəziyyətinin qiymətləndirilməsi
D) Müalicənin gedişatının qiymətləndirilməsi
E) Tibbi yardım zamanı tibb işçilərinin fəaliyyətinin fəsad və ya arzuolunmayan ağırlaşmalarla birbaşa səbəbli əlaqənin təyini
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
995) Həkim sirrini təşkil edən məlumatların vətəndaşın və ya onun qanuni nümayəndəsinin razılığı olmadan açıqlanmasına hansı halda yol verilmir?
A) İstintaq araşdırılması zamanı
B) Məhkəmənin sorğusu olduqda
C) Səhhətinə görə öz iradəsini bildirmək qabiliyyətində olmadıqda
D) İnfeksion xəstəlikdən kütləvi yoluxma qorxusu olduqda
E) Müayinə və müalicə məqsədilə səhhəti ilə bağlı öz iradəsinin bildirmək qabiliyyətində olduqda
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə-tibbi ekspertiza və onun imkanları. III cild, Bakı, 2009.
Dostları ilə paylaş: |