277
Gestoz əsasən ilk hamiləlikdə müşahidə olunur və təkrar hamilə-
liklərdə onun tezliyi 15 dəfə azalır. Ürək-damar
sistemi və böyrəklə-
rin xroniki xəstəlikləri də risk faktorları qrupuna aid edilir. Bu xəstə-
liklər arasında arterial hipertenziyaların müxtəlif variantları, qlome-
rulonefrit, şəkərli diabet, birləşdirici toxumanın sistem xəstəlikləri və
vaskulitlər əsas yer tuturlar. Risk faktorları qrupuna həmçinin hami-
ləlik nefropatiyası ilə ağırlaşmış irsiyyəti,
çox gənc yaş və ya gec ha-
miləlik, əkiz hamiləlik, siqaret çəkmək və s. aid edilir.
Hazırda gestoz zamanı endotelinin sistem zədələnmələri, xüsusən
kapillyar endoteli hüceyrələrinin genişlənməsi qeyd olunur. Endoteli zə-
dələnməsi metabolik disfunksiya ilə əlaqədar olur. Damargenəldici, an-
tiaqreqant və antikoaqulyant faktorların (prostasiklin,
azot oksidi, antit-
rombin-3 sintezinin azalması, əksinə vazokonstriktor, proaqreqantların
(endotelin, fibvonektin, tromboksan, Villebrant faktoru və s.) azad ol-
masının artması müşahidə olunur.
Endotelinin disfunksiyası bir çox patofizioloji dəyişikliklər ilə
təzahür edilir:
- damarların pressor faktorlara həssaslığı artır, bu da damarların
mənfəzinin daralmasına
səbəb olur;
- damar divarının keçiriciliyinin artması nəticəsində çoxlu miqdarda
plazma interstisial sahəyə keçir. Bu səbəbdən ödemlər baş verir, damar-
daxili həcm azalır, qan qatılaşır;
- zədələnmiş endoteli hemostazın trombositar həlqəsinin aktivləşmə-
sinə səbəb olur və bu səbəbdən qan laxtalanma sisteminin pozulması
«zənciri» başlanır.
Damar mənfəzinin daralması və hipovolemiya, qanın
özlülüyünün
artması və mikrotrombların əmələ gəlməsi, orqan və toxumaların
perfuziyasının pozulmasına, onların işemiyasına səbəb olur. Hemo-
dinamik dəyişikliklər sistemli şəkil alır, amma preeklampsiyanın kli-
niki mənzərəsi əsasən qan dövranının böyrəklərdə, plasentada, baş
beyində və qaraciyərdə pozulması ilə təzahür edir.
Qeyd olunan patofizioloji proseslərin baş verməsi müxtəlif forma-
da izah olunur. Güman olunur ki, endotelidə funksional
olaraq damar-
278
genəldən və antiaqreqant maddələrin az əmələ gəlməsi nəticəsində
orqanizmin hamiləliyə hemodinamik adaptasiyasının az olmasına sə-
bəb olur. Preeklampsiyanın damarlarında dəyişikliklər olan hamilələr-
də (şəkərli diabet, hipertoniya, birləşdirici toxumanın sistem xəstəlik-
ləri) daha tez-tez rast gəlməsi faktı bu hipotezi bir daha təsdiq edir.
Əksinə, başqa qrup alimlər hesab edirlər ki, ilkin olaraq uşaqlığın
spiral arteriyasının inkişaf edən hamiləliyə adaptasiyası uyğun gəl-
mədiyi üçün plasentar sirkulyator çatışmazlıq baş verir.
İşemiyaya uğramış ciftdə endotelial toksin
qabiliyyətinə malik və
gestoz zamanı endotelial sistemi zədələyən faktorlar hasil olunaraq
qan dövranına ötürülür. Ona görə də bu sindrom hamiləliyin ikinci
yarısında, yəni ciftin qan dövranının tam formalaşdığı dövrdə (adə-
tən 18-22 həftə) baş verir.
Gestoz poliorqan patoloji hal xarakterli sindrom olmaqla əsasən
ürək-damar sistemi, qaraciyər, qanın
laxtalanma sistemi, mərkəzi si-
nir sistemi tərəfindən baş verən ağır pozğunluqlar məcmusudur.
Dostları ilə paylaş: