Mehman ağayev



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə151/186
tarix25.12.2016
ölçüsü3,18 Mb.
#2834
1   ...   147   148   149   150   151   152   153   154   ...   186
Ürək-damar sistemi. Gestozun əsas kliniki təzahürlərindən biri ar-
terial hipertenziyadır – AT 140/90 mm c.süt. və ondan yüksək olma-
sıdır. İlk növbədə və daha çox diastolik təzyiq yüksəlir. Hipertoniya 
proqress edir və ya kriz xarakteri daşıyır. AT adətən gecələr yüksəlir, 
170/110 mm c.süt. səviyyəsinə çatır və ondan yüksəlir. Bəzən arte-
rial hipertenziyanın kəskin ağırlaşmaları – hipertenziv ensefalopati-
ya, beyinə qansızma, sol mədəcik çatışmazlığı, ağciyər ödemi ilə
gözün tor qişasının laylanması  və s. müşahidə edilir. Adətən, hə-
yəcan, bədən vəziyyətinin dəyişməsi AT-nin yüksəlməsinə  səbəb 
olur. Bunun səbəbi damar tonusunun anormal artmasıdır. Sağlam qa-
dınlarda olan damar reaksiyalarının normal hamilələrdə itməsi xarak-
terikdir. Hamilə qadınlara angiotenzin-II və başqa pressor faktorların 
infuziyası AT yüksəltmir.  Əksinə, angiotenzin infuziyasına qarşı 
pressor reaksiyanın saxlanması, gestozun erkən əlamətlərindən sayıl-
malıdır. Klinik məqsədlər üçün «çevrilmə» testi (roll-over test), izo-
metrik yükləmə testi, soyuq testi istifadə olunur.  


 
279
Gestoz zamanı angiopatiyanı endotelinin vəziyyətini göstərən bə-
zi qan zərdabı faktorlarının təyin olunması yolu ilə  də  təyin etmək 
olar (prostasiklin, endotelin, endotelial relaksasiya edən faktor, fibro-
nektin və s.) 
Gestozdan ölmüş qadınların təşrihi zamanı ürəkdə subendokardial 
qansızmalar aşkar olunur. Bu növ dəyişikliklər  şok zamanı müşahidə 
olunduğu üçün analoji hal bu sindromda hipovolemiya ilə əlaqələndiri-
lir. Həqiqətən də gestoz zamanı damar divarının keçiriciliyinin artması 
nəticəsində dövr edən qanın (DEQ) həcminin azalması müşahidə olu-
nur, bunu da hematokritin 36% artıq olmasına görə təyin etmək olur. 
Damar keçiriciliyinin artması nəticəsində ödemlər müşahidə olu-
nur. Ödem bədənin bütün hissələrində – üzdə, əllərdə, topuqlarda bə-
rabər yayılır. Gündəlik diurez azalır, bədən çəkisi sürətlə artır (həftə-
də 500 q-dan çox), susuzluq baş verir. 
Böyrəklər. Gestoz zamanı böyrəklərin zədələnməsi müxtəlif növ 
ola bilər. Yumaqcıq kapillyarlarının endotelisinin şişməsi nəticəsində 
onların mənfəzinin daralmasına səbəb olan qlomerulyar – kapillyar 
endotelioz tipik dəyişikliklərdən sayılır. Bu geri qayıdan proses olub, 
doğuşdan sonra keçir və gestozun bütün əlamətləri də yox olub keçir. 
Ağır nefropatiyalarla doğuşdan sonra aparılan böyrək biopsiyala-
rında fokal-seqmentar qlomerulyar hialinoz (FSQH) tapılır. FSQH 
nefropatiyanın səbəbi və ya nəticəsi olması haqda fikir müzakirə edi-
lir. Onun inkişaf mexanizmləri arasında endotelioz, yumaqcıqdaxili 
hipertenziya və hiperkoaqulyasiya güman olunur. FSQH tapılan xəs-
tələrin 20-30%-də arterial hipertenziya müşahidə olunur, proteinuri-
ya olmur, ya da minimal olur. Amma hamiləlikdən sonra müşahidə 
olunan FSQH xroniki qlomerulonefrit və şəkərli diabetdə müşahidə 
olunan analoji dəyişiklikdən daha xoş xassəlidir. 
Gestozun ağır gedişi zamanı fibrinoid nekroz və böyrəklərin pa-
yarası arteriyalarının sklerozu da müşahidə oluna bilər. Bu dəyişik-
liklər kəskin və ağır hipertenziyanın təsirindən baş verir. Doğuşdan 
sonrakı dövrdə payarası arteriyaların sklerozu olan xəstələrin 75%-
ində davamlı, bədxassəli hipertenziya müşahidə edilir. Belə güman 


 
280
etmək olar ki, «hipertoniya xəstəliyi», «hipertonik forma xronik qlo-
merulonefrit» maskası altında hamiləlikdən sonra müşahidə olunan 
arterial hipertenziya FSQH və payarası arteriyaların sklerozunun nə-
ticəsidir. Tək-tək hallarda böyrək zədələnməsi hamiləlikdən sonrakı 
dövrdə sürətli proqressedən bədxassəli qlomerulonefrit tipli gedişə 
də malik ola bilər. 
Hamiləlik zamanı böyrək zədələnməsinin əsas klinik əlaməti pro-
teinuriyadır. Proteinuriya qeyri-selektivdir, 0,3 q/gündən yüksək sə-
viyyədə olur. Bəzi halda 3-dən 15-ə qədər, hətta 50 q/l səviyyəsinə 
çata bilər. Proteinuriya çox sürətli artdığına görə hipoproteinemiya 
(qanda albuminin – 25 q/l-dən aşağı olması) inkişaf etməyə vaxt tap-
madığı üçün ilk günlər ödem olmaya bilər. 
Nefrotik (hipoproteinemik) ödemlər damar mənşəli ödemlərə nis-
bətən daha massiv olub, topuq və oma nahiyəsində görünür, hətta as-
sit və hidrotoraks baş verə bilər. Ödem sindromunun inkişafı oliqu-
riya və yumaqcıq filtrasiyasının sürətinin azalmasına səbəb olur. 
Gestoz zamanı böyrəklərin zədələnməsinin əlamətlərindən biri də 
qan zərdabında sidik turşusunun 6,0 mq %-dən çox olmasıdır. Bu 
erkən əlamət olub, böyrəklərin perfuziyasının pisləşməsi nəticəsində 
baş verdiyi güman olunur. 
Gestoz ağırlaşması kimi müşahidə olunan kəskin böyrək çatış-
mazlığı kəskin kanalcıq nekrozu və bəzən kəskin kortikal nekroz nə-
ticəsində inkişaf edir. 

Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin