333
BÖYRƏK XƏSTƏLİKLƏRİ ZAMANI PƏHRİZLƏR
Böyrək xəstəlikləri zamanı orqanın ifrazat funksiyasının pozulduğu
və böyrək çatışmazlığı baş verdiyi üçün pəhriz
seçimi xəstəliyin xüsu-
siyyətindən və böyrək funksiyasının pozulma dərəcəsindən asılıdır.
Kəskin nefrit. Dietoterapiyanın əsas prinsipi xörək duzunun, züla-
lın, ətin və balığın ekstraktiv maddələri,
meyvə və tərəvəzin efir yağ-
larının kəskin şəkildə məhdudlaşdırılmasından ibarətdir. Qəbul olunan
mayenin miqdarı ya ötən gün ərzində ifraz olunan sidiyin miqdarına
bərabər olmalı, ya da ondan 0.3-0.4 l çox ola bilər. Kəskin nefritin ağır
gedişli formasında oliqo-anuriya və ödemlər müşahidə edildikdə
xəstəyə yemək və maye qəbulu tam məhdudlaşdırılır: «aclıq və
susuzluq» ilə müalicə aparılır. Sonra 2-3
günə şəkər günləri təyin
edilir: 150 q və 1.5-2 stəkan limonlu, açıq çay 4-5 dəfəyə verilir. Orta
ağırlıqlı nefritlərdə şəkər günləri xəstəliyin ilk günlərindən tətbiq
edilir. Başqa karbohidrat – kartof, qarpız, kompot,
üzüm yüngülləş-
dirmə pəhrizləri istifadə olunur. Yüngülləşdirmə günlərində xəstələrə
maye verilmir. Sonra xəstə 3-4 günə 7 a stoluna keçirilir. Sonrakı
dövrdə xəstənin vəziyyətinin yaxşılaşdığı təqdirdə - ödemlərin, yüksək
atreial hipertenziyanın azalması, qanın
və sidiyin analizlərinin
yaxşılaşması baş verdikdə 10 gün ərzində 7 b stoluna və sonra 7 stola
keçməyə imkan yaradır. 7 pəhrizlərin hamısında xörək duzu məhdud-
laşdırılır, zülalsız
çörək istifadə olunur, rasion vitaminlərlə zəngin-
ləşdirilir. Pəhrizin enerji qiyməti yağlar və karbohidratların hesabına
doldurulur, amma kəskin nefrit allergik xəstəlik oldugu üçün şəkərin
miqdarı məhdudlaşdırılır. Orqanizmin tam natrium və xlor ehtiyatları
tükəndikdə, iştahasızlıq, zəiflik, ürəkbulanma baş verdikdə 20-25
gündən sonra yeməyini duzlamaq üçün xəstəyə gündə 3-5
q xörək
duzu verilir. Yeməklərin dadını yaxşılaşdırmaq üçün qida turşuları,
ədviyyatlar, souslar və natriumsuz xüsusi duzlar icazə verilir.
Xroniki nefrit zamanı böyrəklərin funksiyaları tədricən pozulur.
Xəstəlik simptomsuz keçə bilər, yaxud da ödemlər,
arterial hiperten-
ziya, proteinuriya və xroniki böyrək çatışmazlığı müşahidə oluna bi-
334
lər. Nefrotik sindrom ilə müşayiət olunan xroniki nefrit xüsusi bir
forma təşkil edir.
Remissiya dövründə olan xroniki nefrit zamanı ödemlər, arterial hi-
pertenziya, xroniki böyrək çatışmazlığı və sidiyin müayinəsində bö-
yük dəyişikliklər olmadıqda 7
pəhriz stolu, xörək duzunun gündəlik
qəbulu bir qədər azaldılmaqla (6-10 q) təyin olunur. Ayda iki dəfə
yüngülləşdirmə günləri (karbohidratlar verilir,
xörək duzu məhdudlaş-
dırılır) təyin olunur. Xəstəliyin kəskinləşməsi dövründə 7 a pəhrizə
keçilir, yüngülləşmə günləri (şəkər, düyü, kompot, meyvə, tərəvəz,
kartof) təyin edilir. Nefrotik sindrom və xroniki böyrək çatışmazlığı
zamanı xüsusi pəhrizdən istifadə olunur.
Dostları ilə paylaş: