Kiminsə kəlamı yadında qalıb;
Mən tutqun olanda dillənir balam:
"Günəş güləyəndir,
Ay qaşqabaqlı...
Birisi nənəmdir, birisi babam".
Mənim validolum, - körpəcə nəvəm,
Həniri gəldimi - qəm itkin düşür.
14
O gəldi-çay gəlir, çöl gəlir evə
Gözümə, könlümə gün ilkin düşür
Boyuna boy alım , oda varmağa
Adına ad verim:qeyrət səngəri!
Mən qoca qoruqçu vəzifəsində
Sən ana dilimə sərhəd əsgəri
Suya yönəlməyən, oda varmağa
Qolum, qanadım ol, ey körpə nərim!
Üfüqdən üfüqə od aparmağa
Gözündən qığılcım gözlər gözlərim.
Pitsunda, 2 noyabr. 1983
15
XƏSTƏXANA HƏYƏTİNDƏ
BÜLBÜL OXUYUR
Həkim dostum Cəfər Quliyevə
Xəstəxana həyətində bülbül oxuyur,
Tibb bacısı dönüb baxır əlində dərman.
Nə yaxşı ki, dərdi yoxdur,
Dərmanı yoxdur,
Xəbərsizdi bu dünyanın gedişatından.
Yuva qurub bir ağacın uc budağında,
Layla çalır? Himn oxuyur? -
Sirdən də sirdi...
...Xəstə qoca titrək qalxır öz yatağından,
Bəlkə ölüm bu fürsətdə içəri girdi?
Bülbül ötür,
Bütün səslər kəsir səsini.
Yarpaqlar da bir-birinə ehmal toxunur.
...Xəstəxana həyətində həkim gəzişir,
Xəstəxana həyətində bülbül oxuyur.
Bülbül ötür...
Nə ayırar bülbülü çağdan?
Çalağanı marıqdadır - duyur quşcuğaz.
...Gözüyaşlı qadın çıxır qonşu otaqdan,
Gedən getdi...
Səs ayıltmaz, haray ayıltmaz...
Çalağanlar Yer üzündə səs oğruları,
Sərhədlərdən sərhədlərə ölüm çəkənlər,
Meşə qırıb, dağ uçurub,
Çay, dəniz yarıb,
Yer şarının nüvəsinə nüvə əkənlər...
16
Çalağanlar caynağında ölkələr itər,
Çalağanlar, dimdiyində qanadlı raket!
Ayıq olun
Əqidələr! Millətlər! Dinlər!
Daha yekə vəd verəcək caynağı yekə!
Məqam var ki, göz baxmasa qulaq da daşdı,
Bəzən olur: ən xoş səsi səssizlik udur,
Kim ümidli,
Kim narahat, kimsə təlaşlı...
Bülbül ötür, qəlbimizdən xəbəri yoxdur...
Bu dünyadır:
Biri susdu, yüzü çağlayır:
Son anda da bal dadı var, havanın, suyun,
Təbiətin hikmətinə qulaq bağlayın,
Xəstəxana həyətində bülbül oxuyur...
29 noyabr, 1983
17
XATİRƏLƏR YORDU MƏNİ
Bu ilğımdı - üzü gülər.
Boş vədələr yordu məni.
Yüzü ağlar, yüzü gülər
Xatirələr yordu meni.
Dadı, duzu - doyulmazdı,
İşıq kimi yuyulmazdı,
Duyğu kimi duyulmazdı,
Şirin dillər yordu məni.
Qarlı zirvə, yaxan mənəm,
Öz başıma yağan mənəm.
Qılınc mənəm, qalxan mənəm,
Xatirələr yordu məni.
Qayanın hər üzü qaya,
Qayadan baxmadım aya.
Həsrətim həsrət o taya,
Aylar, illər yordu məni.
Sən bu səmtə yön görmədin,
Kor da gördü, sən görmədin,
Ha yol getdim, son görmədim,
Xatirələr yordu məni.
1983
18
GETDİLƏR
Mərdi yıxılmağa qoymadı mərdlər,
Hayına, sayına yaraq getdilər.
Namərdlər gah qara,
Gah ağ yamaqdı,
Yamaq yaşadılar, yamaq getdilər.
Boylan günəşlərə, tüstülü bacam,
Mənzil haqlamadı hər yüyrək qaçan,
Bəzən gözümüzün qabağındaca
Aramla gedənlər uzaq getdilər.
Qapılma şöhrətlər,
tapılma şanlar,
Kiminə yəhərdi,
Kiminə şallax.
Yüzü haxlayanlar, yüzü aşanlar,
Yenə də dünyadan uşaq getdilər.
Torpağa yar deyən qovuşdu ona,
Var sözü - keşikçi, qoşundu ona,
Susan qələmi də qoşuldu ona,
Vədəsiz getdilər,
Üzü ağ getdilər.
Sentyabr, 1983
19
"ÖZÜNƏ BAX!" DEYİRSƏN
Özümə necə baxım, söylə, atam balası?
Hər gün xeyrə açılmır dünyamızın bal ağzı.
Özünü qəlpə-qəlpə yapmalıdı öz əlin,
Balta əlin kəsmədi,
Kəsməlidi söz əlin.
Ömür elə çevrədi: irəli yox, geri yox.
Yerə təkan verənin:
Heç özünün yeri yox!
Bəzən olur naharın gəlir qoz qabığında.
Ən yaxşı bürüncəyim şirin söz qabığından!
Biri çıxıb çiynimə qoynuna ulduz yığır,
Biri ağlar görəndə göz yaşından duz yığır.
Kəklik tumarlanınca
qırğı vurub yal aşır,
Özümə necə baxım, söylə, atam balası?
Biri səni iynənin ulduzundan keçirir:
"Ol yalandan yalana əriş-arğac keçidi!"
Atamın vəsiyyəti: "əlsizlərə əl uzat,
Göz gərəksiz oldu - tök,
Əl gərəksiz oldu - sat –
Bir qarışqa gücündə bir dəyirman gücü var.
Başı olan baş əyməz!
Kotançı var, cütçü var!
Dövrəmdə vaxt olur ki, neçə dövran rəqs edir,
Tərifi - küləkçidir, Tənqidi - ələkçidir.
Biri işıq daşıyır insanlar arasına,
Biri səfir göndərir ayı mağarasına.
Biri də gördün birisi qapına şüar yazıb:
"Ayın qaranlıq üzü - hədiyyə mağazası".
Sözlü də söz istəyir, Söz bağı - cənnət bağı.
Üzümə min göz baxır - özümə nccə baxım? –
Gövdəmi tumarlayım,
20
Gödənimlə əlləşim...
Özümün ola - ola özümə özgələşim!
Bu yoldur - sınaq yolu,
Dağ yolu - qınaq yolu.
Aylarca keçmək olmur bu bircə varaq yolu.
Burulğandı - qudurğan,
Qudurğandı - burulğan...
Sözümü səsə yazım, səsimi sözə yazım...
Özümə necə baxım, söylə, atam balası?
6 fevral, 1984
21
DAŞ HARAYI
Vaqif Bəhmənliyə
"Xudafərin su altında qalacaq" - dedin:
Yol sökməyin mübarəkdi, yoldaş mühəndis!
Bir qulaq ver: o haraydı, haydı, nərədi...
Daş dilini anlamazsan, ey daş mühəndis!
Uçuracaq, doğrayacaq, neyləyəcəksən,
Öz içinə töküləcək hər daşın qanı.
Səməd Vurğun qəzəbini neyləyəcəksən,
Görəndə ki, alov dili ərşə dayanıb?!
Ucalanı uçurmaqda mahirdi bəşər,
Əl kəsənə yaraq verir əlindən qabaq.
Nə yaxşı ki, insan əli yetmir Günəşə,
Yetə bilsə, min qitəyə parçalayacaq.
Xudafərin söykəndiyi sahillər qaya -
Dikələnə dirək olmaz,
Aşana çiyin.
Gözlülərin gözlərinin qabağındaca
Sualı yox, cavabı yox yiyəsizliyin...
Hacıleylək yuva qurub bir daş qanadda,
Ana quşun bala quşa yadigarıdı,
İnsan qurur, insan yıxır,
Göylərin altda -
Nə yaxşı ki, qurdun-quşun izləri qalır.
O təbiət fəhlələri yo getmir hədər,
Bir az dayan, maşın cənab,
Kəfkirli harın!
Düz körpünün ortasında yükləri, hələ
İş vaxtları qurtarmamış qarışqaların.
22
Bəşər oğlu, heç üzünü tutma göylərə,
Allahları üşütmədi allahsızlığın:
Sənsən doğan,
Haqq səsinə sənsən süd verən,
Sənsən əkən yer üzünə hər haqsızlığı.
Bəlkə daşdan doğulubdur insanlar elə,
İndi-indi çox hikməti ağlım əridir.
Bəlkə sönmüş sandığımız vulkanlar ele
Nə zamansa dəfn olunmuş haqq səsləridir!
Su altında balıqları heyrətləndirər
Yer üstündən tulazlanan abidə-daşlar.
Bu heyrətlər donuqları heyrətləndirər,
Bu daşların görünməmiş vulkanı başlar.
Xudafərin udulsa da, udmaz səsini,
O, paslı bir ox deyildi - çıxdı yayından.
Qulağına daş yamansa Yer kürrəsinin,
Dodaqları çat-çat olar daş harayından...
8 fevral, 1984
23
GƏRƏK BELƏ OLMAYAYDI
Bu nə yazdı, bu nə qışdı - deyə bilmirəm,
Ürəyimdə pöhrələnmiş adın qurudu.
Qoşa idik - milyon idim,
Tənhayam - birəm,
Dilim qarsdı, suyum yandı, odum qurudu.
Dünən iki qumru gördüm bir budaq üstə,
Dimdikləri bir-birinə söykəli idi.
Təbiətin görküydümü o bizə qəsdən?
Yoxsa elə iki mehrin heykəli idi?
Sən özünün dalınca qaç,
Özünü haqla.
Ağılsız baş, ya eləcə bir it kəlləsi...
Qürur odur tən dayana ən uca dağla,
Əsgi odur, onun səsi hardan gələsi...
Biz dünyanı bölməmişdik "sənin-mənimə",
Gözlərimiz bir-birinin oduna şərik!
Ağ qanaddın bəxt adlanan ağ yelkənimə,
Lüğətlərdə dəfn etmişdik riyam, şəri.
Tilsim açar, buxov açar sözün açığı,
Yalan atı cilovladı,
Düz düşər atdan.
İkilikdə qulağına pıçıldadığım
Sözlar indi tikan olur dilimin altda.
Mən yuxuda görmüş idim neçə il əvvəl,
Sən ünvanım sel ağzında uçuq çadırdı.
Yaman gözə şeşələnən buynuz hədəfə
Bu daş çoxdan atılmışdı,
İndi çatırdı.
24
Düyçələdim, sürüklədim ayaqlarımda
Ürəyimdən ürəyinə gedən yolları.
Nə yaxşı ki, yönü uçrum bu çağlarımda
Aylı, günlü, insanlıymış Vətən yolları.
"Gərək belə olmayaydı" deyirəm hərdən
"Gərək", "gərək" - ömür keçdi
Əlli də oldu.
Gərək nədi bu gərəksiz düşüncələrdən?
Elə necə olmalıydı - elə də oldu...
May - iyun, 1984
25
DOSTLAR
QAZSIN MƏZARIMI
Gözlərimə payın yetsə
Gözün aydın, torpaq anam.
Son sözümü, son andımı
Gumuldana-gumuldana,
Dostlar qazsın məzarımı.
Qar odası Kərəmindir,
Bulaq başı Ələsgərin.
Araz üstə sivri duran
Bir qaya da mənim yerim.
Dostlar qazsın məzarımı.
İçi gülər İsmi Dönük
Gözlərindən yaş ələyər,
Məqam tapa, yaş yerinə
Son evimə daş ələyər.
Dostlar qazsın məzarımı.
Halal sözüm, hardasa bir
Halal qəlbə dənim düşdü!
Harda çaşdım, harda aşdım,
Yönsüzlüyə yönüm düşdü...
Dostlar qazsın məzarımı.
Günahlarım çoxsa, yığın,
Büküb qoyun başaltına.
Bəlkə elə başım halal
Baş altdakı daş altına?!
Dostlar qazsın məzarımı.
Sinəm üstə həkk oluna
Xış dəstəyi, bir də qələm...
Öz qəbrimə gülə-gülə
Özüın yenmək istəyirəm,
Dostlar qazsin məzarımı...
Mərdəkan, iyun, 1984.
26
PALID, SƏNİ KİM YIXDI
Ucalmağa göyün dayaz,
Dərinliyə yerin dayaz.
Baş-ayaqdır dərin-dayaz,
Palıd, səni kim yıxdı?
Donqarmla donqar ayı
Qaşovlandı bütün yayı
Boz qaban ağzı dolayı...
Palıd, səni kim yıxdı?
Söykəndiyin qaya dinməz,
Min il tənha qala, dinməz,
Qara fəndgir qara-dinmoz.
Palıd, sənİ kim yıxdı?
Vurulan var, vuran "yoxdu",
Bu tələni quran yoxdu,
And içən var, "Quran" yoxdu
Palıd, soni kim yıxdı?
O namərddir, qorxur hələ
Cəsədinə yaxın gələ.
Baltasızdı ağacdələn...
Palıd, səni kim yıxdı?
Sual səpir sarı simlər
Çiyin dartır "nə bilimlər",
Əgər heçdi bu heç kimlər,
Palıd, səni kim yıxdı?
1984
27
ARAZ DİLİ
Eyham toru tullayanda Araza
Hörmət səddi tapdanmasın arada.
Mən neçə yol danışmışam Arazla...
Hansı dildə danışmışam? -
Bilmirəm!
Quş dilində danışmışam? -
Bilmirəm!
Daş dilində danışmışam? -
Bilmirəm!
Mən neçə yol danışmışam Arazla...
O, dərəyə "Mənim" - deyib
Mən: "Mənim".
Deməmişik: "Mən səninəm", "sən mənim".
Deməmişik: dili birik, yolu bir:
Barı birik, varı birik, yoxu bir.
Yan-yanaşı uzanmışıq dərədə,
Deməyinən: uzunmuşuq dərədən -
Mənim sözüm köpüklənib nahaqdan,
Onun səsi köpüklənib nahaqdan.
Nə yaxşı ki, bunu duyan olmayıb,
Səsimizi qayçılayan olmayıb.
Hər dərəyə sığmaq olar Arazla.
Hara desən axmaq olar Arazla.
Möhürlərə suyu yatmaz Arazın,
Hay aldatmaz, vay aldatmaz Arazı:
Hər yedəyə noxtalanmaz çaydı o,
Üfürməklə laxtalanmaz çaydı o.
Lili təmiz çox ürəyin lilindən.
Döyüş olar, söyüş olmaz dilində,
"Al" deməmiş, gödən çəkib "ver" - demir.
Daşdı - daşır,
Susdu - susur, üzü bir.
Mən də ona Aran çayı deyimmi?
28
Araz dilli, "Ara çayı" deyimmi?
Bəlkə elə demişəm də, bilmirəm.
Hansı ağlın yenişində? –Bilmirəm.
Araz dili nə qılıncdı, nə hədə:
"Mənim" olmaz, "bizim olan" zərrə də.
Səninləyəm, şər oğlu şər, səninlə,
Özü tikan, adı bəşər, səninlə.
Bu sərhəddə çox təzadlar görmüşəm.
Yad doğmalar, doğma yadlar görmüşəm.
Sağsağanlar xalı hörür - görmüşəm,
İt böyürüb, dana hürüb - görmüşəm.
Gəl, haqq sözü bölüşdürək səninlə,
Bölünməzi bölüşdürək səninlə.
Tufanları bölüşdürək səninlə.
Meylin çəkir: bu daşı çat dalına,
Apar, bəlkə papaq oldu dağına.
Meylin çəkir: sərib qurut bu çayı
Qurumasa, daşla, qudurt bu çayı,
Qurtum-qurtum daşıya da bilərsən,
Yatağını qaşıya da bilərsən,
Araz dili nə qılmcdı, nə hədə,
Sənin olmaz bizim olan: zərrə də.
Səninləyəm, sahildə az qurcalan,
Yenə dolub daş-kəsəklə xurcunun.
Bir daş atıb, gəl oyatma min daşı,
Ünvanına alqış yetə bir qaşıq
Araz daşı ələməkdə mahirdi,
Ələyib qum eləməkdə mahirdi.
Mən neçə yol danışmışam Arazla...
Araz dili: ürək dili, göz dili,
Torpaq dili, hava dili, göy dili.
Mən neçə yol danışmışam Arazla...
1985
29
TANRIM, MƏNİ MƏNDƏN QORU
Tanrım, məni məndən qoru bu yaşda:
Hər döngəyə döndərməyim döngəmi,
Boyaqçıdan borc almayım rəngimi,
Zumaçıya pay verməyim cəngimi...
İnsana yad insanlığım göyərsə,
Yaxşı şumda yamanlığım göyərsə,
Köhnə kösöy şeytanlığım göyərsə,
Tanrım, məni məndən qoru bu yaşda.
Döyülməkdən əyilməyim qorxulu,
Bir qədəhdə əriməyim qorxulu,
Bir ipliyə əyrilməyim qorxulu,
Tanrım, məni məndən qoru bu yaşda.
Ağıla hay ulduz axdı, ay axdı,
Ağılsız baş gödənçiyə ayaqdı.
Bədəməl də ha çeynədi, ha yaxdı,
Tanrım, məni məndən qoru bu yaşda.
Bu dəyirman: nahaqqı dən, haqqı dən,
Bölən böldü: nahaqqı tən, haqqı tən,
Nahaqqa tən olan yerdə haqq itən...
Tanrım, məni məndən qoru bu yaşda.
Birdən qəfil yada gəlsə: Dahilik!
İçimdən bir səda gəlsə: Dahilik!
Vay odu ki, əda gəlsə: Dahilik!
Tanrım, məni məndən qoru bu yaşda.
Birdən çaşam; "yeni dəbdi" - desələr,
Hırıltıya: "nə qəh-qəhdi" - desələr,
Qırıltıya "nə cəh-cəhdi" - desələr...
Tanrım, məni məndən qoru bu yaşda.
30
Tapqır bildim, quşqun bildim yaltağı,
Alçağa da alçalan gör alçağı.
Ağlamalı bir məqamdı çal-çağır!..
Tanrım, məni məndən qoru bu yaşda...
Bəla budur: dəmli ola bu dəsgah,
Sonra ipək mənni ola bu dəsgah,
Sonra məzar yonlü ola bu dəsgah...
Tanrım, məni məndən qoru bu yaşda.
Quba,
Digah. 21 iyul, 1986
31
KÖÇƏRİ
Sən də köçərisən, mən də, bilirik,
Deyən yox özünə: "yazıq köçəri".
Göyün dilmancıyıq, yerin diliyik,
Hazır yır-yığışı, hazır, köçəri!
Haqqa ağ olana ağ olmaq azdı,
Vaxtsız həkimləri qayadan asdı.
Ölümün qəbrini ölümə qazdır,
Desinlər yolunu azıb, köçəri!
"Başına ələdik dürr" - deməsinlər,
"Nə səmtə hür desək - hür" deməsinlər
Hər nə desələr də, bir deməsinlər:
Qəbrini ölməmiş qazıb köçəri!
Qucaqlar dünyanı, dünyanı duymaz,
Tamahı, qərəzi, qəsdi uyumaz.
Ərzi yığ gözünə, ay gözüdəymaz,
Əlləri dünyaya açıq köçəri!
Araz and içməyi bacarmayana,
Arazı keçməyi bacarmayana,
Bir qəlbə köçməyi bacarmayana,
Bir kəlmə söz yazıb, Yazıb:" Köçəri"...
24 iyul, 1986
32
ƏLİM ÇATMAZ, ÜNÜM YETMƏZ
Bir də gəldim, bir də gördüm dağları:
Əlim çatmaz, ünüm yetməz...
Gündən-günə yüz nərdivan qurarsam –
Əlim çatmaz, ünüm yetməz.
O zirvədə qar buluddu.. bulud - qar,
O zirvəyə biçilməyə bulud - dar,
Əl eləsəm, əlcək olan buludlar -
Əlim çatmaz,
Ünüm yetməz...
Suda sınıb su sənəyi deyəsən,
Kimsə qırıb bir ürəyi deyəsən...
Havalandı dağ küləyi deyəsən,
Əlim çatmaz,
Ünüm yetməz...
Harayladım-qovuşmadı dağ-dağa,
Daşdan-daşa qol atmadı dağdağan.
İnnən belə şalı vüqara-Şahdağa,
Əlim çatmaz,
Ünüm yetməz...
Yaş artdımı - yağış artır, qar artır,
Xan Kərəməm, son mənzilim qar altı...
Məmməd Araz Arazda son qaraltı –
Əlim çatmaz,
Ünüm yetməz...
27 iyul, 1986
33
QORXU GÜNÜ, İNSAF GÜNÜ
Yüz gündə bircə gün Allahdan qorxun
Olmasa da qorxun, olsa da qorxun.
Sizə üz tuturam, sizi deyirəm,
Ölüm düzlərində şumçu işləyən,
Toxumçu işləyən, suçu işləyən.
Küləkçi işləyən, çənçi işləyən,
Sovrucu işləyən, dənçi işləyən,
Qazmaçı işləyən, daşçı işləyən,
Bütün bu işlərə başçı işləyən:
Bir gündə yüz günah yapdı əliniz,
Yüz gündə bircə gün sarpsın əliniz,
Bir gün əlinizi tutun göylərə,
Bir gün göz qoymayın göydələnlərə,
Bircə gün yudurdun imanınızı.
Verin qalayçıya vicdanınızı.
Yığın bu bir günün qorxu haqqını,
Paylayın aclara toxun haqqını,
Bircə gün qorxun ki, haqq divanı var,
Bütün yarananın yaradanı var.
"Bu qoca dünyanın nərdivanı var".
Endirir qafası boş nazirləri,
Başını itirən baş nazirləri.
Qorxun, çəkəni var ahın, qarğışın,
Yüz gündə bircə gün əldən yapışın,
Sınaq meydanları sınaqsız olsun
Didənlər bircə gün caynaqsız olsun,
Sınaq meydanları sınaqsız olsun.
Bircə gün dəfn etsin şəri, günahı
Bağdad allahıyla, Tehran allahı,
Bircə gün düşünün bölgü nahaqdı –
Ağlar qaradılar, qaralar ağdı.
Ya göydə, ya yerdə, ya qəlbdə-canda,
Bir qorxu yaradın Allah adında.
34
Pislik sərgiləri tərtib edənlər,
Nahaq qan tökəni təltif edənlər
Bircə gün yənəlsin özünə qarşı,
Bir əl balta çalsın bir yamanlığa,
Bir baxtı səsləsin firavanlığa.
Günahlı yüz gündən alın bu günü.
Olsun: Qorxu günü,
Ya İnsaf günü!
Bu bir gün yudurdun imanınızı,
Verin qalayçıya vicdanınızı...
Quba, Digah,
Avqust, 1986
35
SAÇ AĞARTDIM
Saç ağartdım: söz yolunda,
Sevda yolunda.
Təsbeh kimi dənələndim qovğa yolunda,
Yolağasız yolçu gördüm dünya yolunda,
Saç ağartdım,
Saç ağartdım.
Bir ağ üzə üz söykədim, qubarım itdi,
Hansı qəlbə qıfıl asdım - açarım itdi.
Boz dumanla həmdil oldum, qatarım itdi.
Saç ağartdım,
Saç ağartdım.
Qara kölgəm güzgü bilib divara sindi,
Buz sinəmi elə sıxdım, divar isindi.
İsmi Dönük, divar dedim, divar "isim"di...
Saç ağartdım,
Saç ağartdım.
O ürəkmi? Çaylağı boş, dəhnəsi boşdu?
Duz-çörəyi tapdayanın təhnəsi boşdu,
Söz anlamaz boyadımış bayatı qoşdu,
Saç ağartdım, Saç ağartdım.
Dil yalandan damla içsə - düzü ağarmaz,
Göz gülürsə, goz yaşının duzu ağarmaz,
Araz boyu ha daş çapdım - izim ağarmaz...
Saç ağartdım, Saç ağartdım.
1986
36
MƏNSİZ
Yarsıza ki, yar yar olur –
Qədd əyilməz çinar olur,
Təkə yol da çidar olur,
Çıxma, gülüm, yola mənsiz.
Pas atdısa qılınc qında,
Özün qıvrıl, sıyrıl onda.
Bir dəli dağ sıyrımında
Mən qalasız, qala mənsiz.
Zirvəsində qanad açdım,
Ətəyində süfrə açdım.
Qoyub gəldim gözü yaşlı,
Dağlar çətin qala mənsiz.
Bu düzlərdə iz göyərdi,
İz göyərdi - düz göyərdi,
Söz göyərtdi, söz göyərdi,
Çöllər ölü tala mənsiz.
Təkliyimə hayan odur,
Yanan odur, yaman odur.
Mənliyimi qanan odur:
Mənsizliyi qana mənsiz.
1986
37
MÖHTAC OLDUM
Bir türk şərqisindan təsirləndim
Gəlin, gəlin, söz aclanm,
Əlaclarım, illaclarım.
Baxışıma möhtaclartn
Baxışma möhtac oldum.
Hay-harayım genişlendi,
Hər ilməyə söz işləndi.
Hamar yolum cnişləndi,
Yoxuşuna möhtac oldum.
Sonsiz günüm qova təndi,
Kirpiklorim kibritləndi.
Dodaqlarım kilitləndi,
Gülüşünə möhtac oldum.
Sən-ümidə qanad açdım,
Tufamnla qarşılaşdım.
Buludlaşdım, solualaşdım,
Yağışına möhtac oldum.
Ovutdumu incə qəlbim
Yüzcə qəlbi, mincə qəlbi!
Mən Arazam, bircə qəlbin
Alqışma möhtac oldum.
1986
38
BÖYÜKLƏR, UŞAQLAR...
Böyüklər, böyüklər hörür çəpəri,
Uşaqlar, uşaqlar yarır çəpəri.
Böyüklər, böyüklər çəpər boyunca,
Qaratikan akir, gicitkən əkir.
Uşaqlar, uşaqlar çəpər dibində,
Bənövşə axtarır, süsən axtarır.
Böyüklər, böyüklər - çəpər adlayan.
Qonşu kölgəsini əzməyə hazır.
Uşaqlar, uşaqlar biri-birinə,
Çəpar - deşiyindən pişik addadır.
Böyüklər, böyüklər - çəpərdə paya,
Uşaqlar, uşaqlar - çəpərdə qayçı...
Beləcə uşaqdı qonşu böyüklər,
Beləcə böyükdü qonşu uşaqlar.
Nə yaxşı yamanlıq öləziməkdə,
Nə yaxşı, yaxşılıq yanmağındadır.
İnandım: hər uşaq bir od parçası!
İnandım: səngiməz bu od, bu ocaq!
Təbrizlə Naxçıvan arasındakı
Çəpəri yıxan da bunlar olacaq...
1986
39
HƏR GÜN
On beş mərtəbəni duşürük hər gün,
On beş mərtəbəni qalxırıq hər gün.
Beləcə, hər səhər bir yeşik adam,
Beləcə, hər axşam bir yeşik adam.
Dərdimiz-sərimiz yüzmərtəbəli,
İşimiz-qayğımız yüzmərtəbəli...
Kimsə bu get-gəlin ilk pilləsində,
Mən bu qayğıların son qatındayam,
Kağızdan od almaq iddiasında,
Ağızdan ot almaq iddiasında...
Gərdənlər çəkili, baxışlar soyuq,
Sanki xəbərsizik, od qonşusuyuq.
Hava qonşusuyuq, səs qonşusuyuq.
Çox vaxt qol-qoladır, əyilmə, qürur:
Dartılan - dartana minnət də vurur.
Belədi, hər səhər, hər axşam belə:
Belələr içində qalmışam belə.
Aydan xəbərsizik, bata bildimi?
Gündən xəbərsizik, doğa bildimi?
Bulud da sağırmı inək sağanlar!
Yalan yuyulurmu yağış yağanda!
Beləcə hər səhər, hər axşam belə...
Taxtanı, dəmiri tələsdiririk,
Anları gəmirib tələsdiririk,
Polad əritməyə tələsiyən var.
Bina ucaltmağa tələsiyən var.
Tələsən az deyil əl çalmağa da,
Alçağa fıt olub, alçalmağa da.
İlkin dan yerinə xış salmağa da,
Şəri uçurumlara tuş salmağa da.
Tələsir hamının tələsən atı,
Sarı pişiyini dərsə aparan.
Qara pişiyini rəqsə aparan...
Başında dağ boyda yük daşıyan da,
40
Başında bir çəngə tük daşıyan da.
Ən böyük işimiz tələsiməkdir:
Birlikdə ayrıyıq, ayrılıqda bir.
Bizi liftəbaxan ötürür hər gün,
Bir nəğmə oxuyur hamımız üçün:
Ağ qoyun, qara qoyun,
Başını yerə qoyum...
Oxuyur və deyir:
"Bu qədər zurnaçı, züyçü əbəsdir,
Hər adam bir quzu yemləsə bəsdir".
Gözlərdən sırsıra, girov tökülür,
İçdən gülməyən də dodaqdan gülür.
On beş mərtəbəni düşürük hər gün,
On beş mərtəbəni qalxırıq hər gün.
Bu da bir binanın eniş-yoxuşu,
Enəndə qonşuyuq, qalxanda qonşu –
Beləcə hər səhər bir yeşik adam...
Beləcə hər axşam bir yeşik adam:
Kimi od qaldırır çinədanında,
Kimi ot qaldırır çinədanında.
Bircə nəğməsi var liftəbaxanın:
Ağ qoyun, qara qoyun,
Başını yerə qoyum...
1986
41
BU PAYIZ QARI
Tez yağdı, tez yağdı bu payız qarı,
Söndü çox əllərin odu barında.
Nə qəfil seyrəldi dost sıraları,
Dostları ilə paylaş: |