Qan axıtmaq, sonra, sonra
Su axtarmaq - qan yumağa?!
"Mənim" - deyib o torpağı,
Əkmək, sonra mərmi səpmək,
Çox qəribə davadı bu.
Çox qəribə məntiqi var
bu qırğının
Çox qəribə sualı var
Cavabı yox bu qırğının,
Cavabı yox...
10 yanvar, 1995
176
QOLUZORLULARA NİFRƏTİM VAR
Bütün qoluzorlulara nifrətim var:
Boyhı olsun, aiçaq olsıın,
Lətli olsun, qıvraq olsun,
Çinli olsun, çinsiz olsun,
Dinli olsun, dinsiz olsun...
Bütün qoluzorlulara nifrətim var,
İnsan ölüı,
Yurd dağılır göz qabağında,
Ölən niyə yaranmışdı?
Bu yurd niyə qurulmuşdu?
Körpə niyə doğulmuşdu?
Deyəmmədik - sən də, mən də.
Öldürənin böyründəcə sən də vardın,
Mən də vardım şeytanla bir.
Sözə baxın: şeytan insan öldürürdü
insanla bir.
Şeytanın da, insanın da
Birgə təlim keçdiyini
Özüm gördüm öz gözümlə.
İnsanın başında şeytan papağı,
Şeytanın başında insan papağı.
Özləri beləcə dəyişmişdilər;
Aylarla beləcə döyüşmüşdülər.
İnnən belə deyin görüm:
Öldürən kim, ölən kimdi?
Deyin görüm: qıran kimdi?
Quran kimdi? Bölən kimdi?
Bütün qoluzorlulara nifrətim var...
Ürəyimdə bir içimlik məhəbbət qalıb,
Ürəyimdə bir udumluq mərhəmət qalıb...
Qoyun ölüm öz dərdimlə, siz Allah!
24 yanvar, 1995
177
SƏNƏ İNANIRAM
Nə dona girsə de ilandır, ilan,
Lənət ağına da, qarasına da,
Nə dildə danışsa, - şeytandı, şeytan,
Lənət bozuna da, alasına da.
Bunu mən demirəm, babalar deyib:
Qurdunan yoldaş ol, çomağı bərk tut;
Göz qırpdın qapacaq o üzə gülən,
Az oldu yaltaqdı, çox oldu cəllad.
"Böyüklər" dalında gizlənə bilən
Fərqi yox kişidi, fərqi yox arvad.
İçində gizlənər eşik görkəmi;
Sümsünər it kimi, sinər qurd kimi,
"Böyüklər" dalında görünməz onlar.
Beləcə, kiçilər "böyük olanlar"
Beləcə böyüməz kiçik olanlar.
Ayaq yalayanlar.- küçük olanlar,
Kiçiklər zənciri böyük əlində,
Yüz səmtə qısqırdar yeri gələndə.
Yüz yol söz verildi, and da içildi,
Unutduq: "bu itlər girəvəcildi",
Çevrildin, qefildən qapacaq səni,
Qapıb öz baltanı çapacaq səni,
Hələlik bu düşüb baxtımıza, bu,
Hələlik doğrudur bu acı doğru.
Ayıq olmalıyıq hər yerdə ayıq,
Süfrədə, yataqda, səngərdə ayıq,
Mən ayıq, sən ayıq, sərkərdə ayıq...
O kimdi dəm olan özgə yasından?
O kimdi haqsızı haqlı eləyən?
Ayını təzdirib mağarasından;
"Bu mənim tarixi muzeyim..." – deyə!
İçər sağlığına bir məkri varsa,
Yoluna bir qucaq təbriklə çıxar.
178
Süfrəndə yağlıca bir tikə görsə,
Ağzında dişinə şərikli çıxar.
Bundan da betərdi öz olanımız,
Əyri olanlardı düz olanımız.
Bundan da betəri: bölgəbazlarıq,
Badələr dalında ölkəbazlarıq.
Qeyrətdən güc alar gücü az ölkə,
Ölkə yox, ölgədir qoranmaz ölkə.
Bu, mənim vəzifəm: əli qələmdə,
Bu, mənim vəzifəm: sözü kürsüdə...
Bu, sənin vəzifən: əli tətikdə,
Bu, sənin vəzifən: gözü üfüqdə...
Başımın üstündə müqəddəs Quran,
Sənə inanıram, ölkə rəhbəri.
Sənə inanıram, keşikdə duran
Ayıq Vətən oğlu, Vətən əsgəri!
8 may, 1995
179
HARA GEDİRƏM, BİLMİRƏM
Hara gedirəm, gedirəm,
Bilmirəm, hara çıxır bu yol.
Hardan keçib, hara aşsara,
Uçrumlara çıxır bu yol.
Bu nə mənzildi sonu yox,
Özündən bir səmtə yönü yox.
Əgər budursa yeni yol
Hara çıxır, hara bu yol?
Bəlkə dağlı, düzlü yanan,
Səsli yanan, sözlü yanan;
Kül altında gizli yanan
Ocaqlara çıxır bu yol.
Çox analar ağlar qalıb,
Sinələrdə dağlar qalıb,
Əlim yetməz çağlar qalıb,
O çağlara çıxır bu yol.
Bilməm bilən varmı bilə
Bilə hara çıxır bu yol?
Bilməm görən varmı görə,
Görən hara çıxır bu yol.
24 may, 1995
180
"QOŞUL MƏNƏ GEDƏK..." DEDİN
- Gəl qoşul mənə, gəl gedək.
- Necə gedək? Hara gedək?
- Hara? Özüm də bilmirəm.
Bəlkə hara gəldi gedək,
İnsan yeyir bir-birini,
İnsan didir bir-birini.
Gedək...
köhnə mağarada
Bəlkə qalır köhnə adam,
Bəlkə hələ ağlı qalan
Köllə qalır mağarada.
Kəllə qalır,
İnsan çıxıb ağlı kəsik,
Bəlkə tapaq, bəlkə deyək:
Mağaradan çıxan insan:
Ağlın qalıb mağarada.
"Qayıt, ağlı kəsik adam!
Qayıt, ağlına sahib ol,
Qayıt, qan tökməyi yadırğa!
Odun sönüb mağarada
Qayıt, dünyanı yandırma!" –
Gedək, dedim, gedək, vallah,
Beş-on insan qalır hələ,
Kif atıbdı çox ağıllar,
Gedək ağıl dalısınca...
22 avqust, 1995
181
AD GÜNÜMƏ
Heç gün çatmaz bu gün mənim ad günümə,
Nəvələrim gəlmişdilər ad günümə.
Nəvələrim Toğrul, Tuncay - nəvələrim
Ürəyimin hayına hay - nəvələrini!
Bu gün mənim qapım açıq,
Qəlbim açıq;
Yer üzündən qorxu qaçıb,
Ölüm qaçıb.
Yerüzündən qovulubdu aclıq, qəhər;
Astanamda aylı gecə, nurlu səhər...
Nəvələrim gəlmişdilər ad günümə,
Gəlmişdilər ağ günümə, şad günümə.
Bu gün bütün yamanlıqlar qolu bağlı,
Bu gün bütün nadanlıqlar qolu bağlı .
Bü gün bütün uşaq payı uşaqların,
Yer üzünün günü, ayı uşaqların:
Qəhqəhələr ağ işıqdı, ağ sulardı,
Arzular da buxov bilməz arzulardı.
Nəvələrim gəlmişdilər ad günümə...
Baş qaldırıb onlar gələn yola baxdım,
Onlar baxan göyə baxdım, yerə baxdım.
Yerdən qalxan oda baxdım, külə baxdım,
Aya baxdım, günə baxdım.
Allah, uşaq taleyinə bomba yağır,
Yanır uşaq təbəssümü, uşaq səsi.
Allah, uşaq gülüşünü oddan qoru,
Allah, uşaq oyununu oddan qoru,
Allah, uşaq nəfəsini oddan qoru.
Allah, uşaq nəğməsini oddan qoru.
Nə yaxşı ki, həsadlərin yolu bağlı,
Nə yaxşı ki, qibtələrin yolu bağlı.
Nə yaxşı ki, yalan dillər laldı bu gün,
Qaçanlar da ayaq altda qaldı bu gün.
Nəvələrim gəlmişdilər ad günümə...
oktyabr, 1995
182
YOXDU SÖZÜM, YOXDU DAHA
Vallah, sözüm tükənibdi,
Vallah, sözüm yoxdu daha.
Adam var daşla danışır,
Quru ağacla danışır.
Mən bilməm nədən danışım,
Bilməm nəyinən danışım,
Buxovlu atnan danışım,
Südsüz inəynən danışım?
Qurdnan-qoyunnan danışım,
Ya bunlar arasında
Gedən oyundan danışım...
Vallah sozüm tükənibdi.
Diri sözü dildən qapıb
Samanlığa təpənləri,
Görmürəm, görə bilmirəm.
Təpib, təpib
Üstünə su səpənləri
Görmürəm, görə bilmirəm.
Zaman sürür köhlənini,
Sürür bələdan-bələya.
Nə zaman samanı saxladı,
Nə saman zamanı saxladı,
Nə qapan qapanı saxladı,
Nə yaman yamanı saxladı.
Bircə ovuc dənim vardı,
Qapıb nəyəsə qatdılar,
Qapıb kiməsə satdılar.
Adam var daşla danışır,
Quru ağacla danışır.
Bircə ovuc dənim vardı,
Dənliyə tökülmədi,
Torpağa əkilmədi.
Daha mən nədən danışım?
Vallah sözüm tükənibdi
8 dekabr, 1995
183
KƏLBƏCƏR QAÇQINLARINA
Yüz də desək, min də desək
cavab budu:
O torpağı biz uduzduq,
Sənli, mənli, biz uduzduq;
Keçməzliyə keçid olan,
Çəhlimlərin açarını,
Qıfıllanmış yarğanların,
Uçrumların açarını
Biz özümüz uduzduq.
Hər qalası səngər olan,
Hər qayası əsgər olan
Dərələri biz özümüz uduzduq.
Dəlidağa söykənmədik,
Ona sınıq vüqar qoyub gəldik.
İtmiş qürur qoyub gəldik.
Ormanları, talaları biz uduzduq.
Günahı var çəlik tutan qocanın da,
Günahı var:
Yuınruq boyda daş gətiran uşağın da.
Çox döyüşü döyüşmədən uduzduq.
Günahkarıq, biz hamımız günahkar.
Alimi də, şairi də,
Çobanı da günahkar.
Lap iti də, pişiyi də günahkar.
İndi daha əl axtarma,
İndi daha ətək gəzmə!
Əlin də var, ətəyin də.
Öz əlindən, ətəyindən
Yapış, qardaş, yapış sən,
Göydən sizə əl uzatmaz mələklər.
dekabr, 1995
184
ÇOX TƏZƏLƏR KÖHNƏLİR
Sözümüz, nəğməmiz köhnəlir, ey dad!
Qələmdən kağıza düşən andaca.
Daşatdı sevgi də, atüstü toy da
Köhnəlir gözümün qabağındaca.
Alanın əli yox, satanın malı,
Min şübhə doğulur, heyrət doğulmur.
Təzə söz boğazda tıxanıb qalır,
Doğru doğulmursa, - sənət doğulmur.
Elə bil ilhamın yolu bağlıdır;
Ha gözlə, qayıdıb dalınca gəlməz.
Zaman ağlağanı belə ağladırİlham
perikdisə ölüncə gəlməz.
İllərlə babalar düşmədi atdan,
Zamanla bu sayaq üz-üzə durduq.
Yığılıb qırmızı bayrağın altda
Yasin oxuyurduq, himn oxumurduq.
Son böyük yazığı xırda millətin,
Sən yığıb nəyin var - bir bənd edəydin.
Yamanın yaxşıya peyvəndi çətin,
Yaxşını yamana peyvənd edəydin.
İllər həsrətinə dözən şerimiz,
Köhnəldi nə yaxşı, susdu nə yaxşı.
Arazdan, Təbrizdən yazan şerimiz,
Köhnəldi nə yaxşı, susdu nə yaxşı.
Qəm hələ nə yanğı, dəmi duyan yox;
Soluxmuş kədəri kim oxuyacaq?
Nimdaş fikirlərə yiyə duran yox,
Cındır nəğmələri kim oxuyacaq!
185
Şüar yazmağınan çörək qazanan,
Çəpik çalmağınan mənsəb haqladı;
Yenə də haqsızdır haqqa qızınan,
Yenə də haqlını qış qucaqladı.
Bu boyda varlığa yalançı dedim,
Hər alqı-satqıya yalan açıqdı.
Nə qədər vədləri yığıb ələdim –
Ələdim, hamısı yalana çıxdı.
Qartal nəfəsidir sözün nəfəsi,
Duyğusuz ürəkdə bayquş uluyur,
Zamanın gözləri mizan-tərəzi,
Çəkin var, yükün var, səsin var, buyur...
9 may, 1996
186
GECİKDİ
Mən tale-bəxt oyununda naşıyam,
Bu torpağın yumruq boyda daşıyam.
Ünvanıma işıq yükü daşıyan,
Xoş xəbərlər, xoş diləklər gecikdi.
Kimə qəmdi, kimə dəmdi bu çağım.
Oyan, könlüm, bu son andı, çal-çağır:
Hanı cərrah, hanı cərrah bıçağı? –
Ağızucu deyəcəklər: "gecikdi..."
Yer düzələr, yox düzəlməz bu kərki;
Vədəsində getməlidi gedərgi,
Mənası yox, nə xahişin, nə ərkin,
Mən tələsdim, gələcəklər gecikdi.
19 iyun, 1996.
Quba-Digah
187
GÖYDƏN DÖRD ALMA DÜŞDÜ
Nağıl istəyirəm, şirin bir nağıl,
Nağıl istəyirəm, təzə bir nağıl.
Köhnə nağılları yeyib qurtardıq
Köhnə nağılları içib qurtardıq:
Bir az duzlu idi, bir az da şirin.
Üç alma düşmədi nağıldan sonra,
Heç alma düşmədi nağıldan sonra.
Xəlbirlə su dartan divlər - görmədik;
Fillər məğlub oldu qarışqalara,
Şirlər təslim oldu qarışqalara,
Dovşan tələsinə canavar düşdü!
İnsan cələsinə sərçə - görmədik;
Üç alma düşmədi göydən - görmədik;
Heç alma düşmədi göydən – görmədik.
Bu il nağılçılar göylə danışıb:
Dörd alma düşəcək nağıldan sonra.
Tələsin, tələsin nağılçı dostlar;
Nağıl dinləyənlər siz də tələsin,
Göyün də vədinə inanmaq olmaz:
Nağıl qurtarmamış düşsə almalar...
Onda nağılçıya kim inanacaq!
Heç alma düşmədi göydən bəlkə də...
Bir şirin nağıl da bitəcək belə.
Üç alma düşəcək, üç alma göydən;
Dörd alma düşərsə, biri bizimdi...
188
İNSAN YALAN DANIŞIR
Qara sözlə, ağ sözün
Yeri dəyişik düşür;
Yalançının dilindən
Söz düşür - düşük düşür, -
İnsan yalan danışır...
İnsan yalan danışır -
Zaman yalan danışır;
Zaman yalan danışır,
İnsan yalan danışır.
Zaman uda bilmir bu yalanları,
Bəzən duya bilmir bu yalanları,
Zaman yuya bilmir bu yalanları,
Zaman küləklərə qoşur yalanı,
Üfüqlər illərə qatır yalanı,
Qara, ağ yalanı, çopur yalanı.
Hardandı bu qədər yalan doğanlar?
Yalanı doğan var!
Boğan da varmı?
Elin zirzəmili ürəkləri bir,
Qalxın ağ gəmili ürəklərə bir.
Yalan tarlasıdır bəy yalanları,
Göy-göy də biçirik göy yalanları.
Qorxun, yalançılar, qorxun yalandan,
Qorxun həm satandan, həm də alandan,
Açıbdı ağzını əjdaha kimi,
Gələr dalımızca - haraya getsək.
Kəsər qarşımızı harda dayansaq,
Dönər dar dalana haraya dönsək.
Dönər ağ yastığa qara qalanlar,
Nə qədər istəsən başını qoy yat;
"Sözdür", nə satan var, nə də alan var,
Özün al, özün sat, özünü aldat.
Bəzən yalançıya gülər yalanlar,
Böyürər, mələyər, hürər yalanlar.
189
Qorxun, yalançılar, qorxun yalandan.
Qorxun, həm satandan, həm də alandan.
Qorxuram bir səhər sökülməyə dan,
Haşa yalançıdan, haşa, bu dünya,
Qorxuram bu yalan ağırlığmdan
Qopub məhvərindən, aşa bu dünya.
1995-1996
190
MİKAYIL ŞEİR OXUYUR...
Mikayıl Mirzənin əlli yaşı tamam oldu. O, Azərbaycanın xalq artisti,
böyük aktyordur, millət vəkilidir, ictimai xadimdir, sənət müəllimidir.
Bunları hamısı məlumdur. Mən şair olduğum üçün onun çoxsahəli
fəaliyyətinin bir qanadından - poeziya qanadından danışmaq istəyirəm, onu
alqışlamaq istəyirəm, onu dinləmək, dinləmək istəyirəm.
Məncə, Mikayılı bir dəfə dinləyən kəs sonra uzun zaman özünü, öz içini
dinləməyə bilmir, çünki Mikayılın oxuduqları yalana, böhtana: riyakarlığa,
nadanlığa qarşıdır, onları daşiyanlara qarşıdır; onlara şillədir, qılıncdır
Mikayılın şeirləri. Onları dinləməmək mümkün deyil...
Doğruya, ədalətə yön tutan insan zəkasıdır Mikayılın müraciətləri; əbədi
işıq, sabahın nuruna çağırışdır. "Mən kiməm" sualına cavabdı. "Təlikdən
barmağını çək" nidasıdır Mikayılın səsi.
Onun söz qalası qaynaqdı yerə,
Onu söz qayası güclüdü gücdən.
Özündan qaçmağı bacaran deyil,
Özünə dönməyi öz əlindədir.
Deyirəm: yüz ildi, yüz əlli ildi,
Dünyanın damına çıxıb Mikayıl,
Yalanla doğrunun səddini çəkir,
Haqq ilə nahaqqın səddini çəkir.
Yığıb söz daşları, söz qayaları,
Vurub bəbəyinə biganələrin,
Atır qulağına eşitməzlərin,
Atır ürəyinə ürəksizlərin.
Mikayıl şeir oxuyur:
Sərhəd xətti ayıqdır.
Daş, qaya da ayıqdır,
Ağaclar da ayıqdır.
Əsgər gözləri ayıq,
Əsgər barmağı ayıq,
Əsgər nəfəsi ayıq,
Əsgər silahı ayıq.
Mikayıl şeir oxuyur...
Bəzən də belədi, belədi dünya
Nəinki damına çıxanı görmür,
191
Damında saçını yolanı görmür,
İnsana daş atan insanı görmür.
Hatta bacasından düşəni görmür,
Hətta qapısından girəni görmür.
Üzünə şapalaq vuranı görmür.
Bəzən də belədi, belədi dünya
Onu uçurana heykəl ucaldır.
Onu ucaldana "yaxşıca" zindan.
Dünyanın qaranlıq zindanlarına
Üsyandı Mikayıl, üsyandı, üsyan...
Dünyanın qaranlıq zindanlanın,
Bir təkandan, bir həmlədən uçuran
Nəğmələr oxuyur Mikayıl.
Cəsarətlər birliyi
birləşib hünər olur,
Hünərlər birliyində
Hamı bir nəfər olur.
Şəhid məzarlarının
baş daşı səngər olur,
Ölkə beş qat böyüyür,
Olkə səfərbər olur:
Mikayıl şeir oxuyur...
8 yanvar, 1997
192
XOŞ GÖRDÜK, ALA SAĞSAĞAN!
Səsin gəlcək susdu meşə,
Bülbül köçdü dal budağa.
Qur-qurumı gölməçədə
Tezcə uddu göy qurbağa.
Tülkü baxırdı tələdə
Yağlı ətə marağınan,
Çaşdı - aşdı öz xoşuna
Ov itinin marığına.
Bəd xəbəri yayan kimi
Çəkilərsən bazarına,
Gizdilinpaç oynayarsan
Kətanköynək qozlarınan.
Qarğa gördün - qarıldarsan,
Qırğı gördün - qırıldarsan,
Sərçə gördün - nərildərsən;
Xoş gördük, ala sağsağan!
Deyirlər xoş xəbərlisən
Yağlı bağırsaq olanda.
Eyvanlarda qurut dolu
Köhnə dağarcıq olanda.
İndi yoxdu qurut qoyan,
Sürü dağda, biz aranda.
Xəbərdən olmaz xəbərin
Ayılar palıd qıranda.
Yerin uca budaq ucu,
Çərəzin ətcəbalalar,
Qaranquşlar səndən qaçıb
Damda, tavanda balalar...
Zəy dilini nahaqca gəl
Batırma, bala sağsağan!
Xoş gördük, qoca hiyləgər,
Xoş gördük, ala sağsağan!..
Pitsunda, 1980
193
YAZI MASAM
Səninçün darıxdım, ay yazı masam!
Səninçün darıxdım bu dağlar üstə.
Nə qədər qayadan, daşdan da yazsam,
Dincəlmək istədim yarı saralmış,
Yarı nəfəsimdən yanıb qaralmış,
Yan ağ, səpəli varaqlar üstə.
Balaca, dördbucaq, ağac dünyama
İstədim fikrimi heşan eləyəm,
Bu ağac dünyama,
bu tac dünyama
Sinəmi söykəyib tufan eləyəm.
Min xallı-boyalı mənzərə gördüm.
Kükrəyib çağlamaq istədim.
Susuz və kirasəsiz bir dərə gördüm,
Hönkürüb ağlamaq istədim.
Bir masa axtardım dirsəklənməyə,
Bir qələm axtardım ürəklənməyə.
Masa göstərdilər daşdan yonulu,
Ən nadir, ən ağır ağacdan yonulu,
İstəsəm çiynimə çay bağlardılar
İlham almağa
İstəsəm sinəmə ay bağlardılar,
İlham almağa
Qorxdum: bu aləmə qəlbim susana,
O nəm bucaqdakı dostum qısqana.
Dağlar da ərkimdən inciməz yəqin,
Qayalar masamdan min yol gözəldir.
Yastı qayalara masam deyənin
İlhamı bəlkə də həllənc düzəldir.
Mənim yazı masam - arı pətəyim,
Özüm də, fikrim də min el dolaşır.
Mənim söz çiçəyim, duyğu çiçəyim,
Onda mayalaşır, onda ballaşır,
Şuşa, avqust, 1970
194
QOCA ƏMİM BELƏ DEDİ
Kitabdan da, yaddaşdan da qayadı möhkəm,
Bu qayalar sirr bilir ki, - Loğman da bilmir.
Bir haray çək,
bu dağlarda qalsın harayın.
Könül səsi könüllərdə yaşamalıdır.
Kişilərdən haray qalıb,
ad qalıb bizə.
Nakişinin səpdiyi dən qum bitiribdi.
Sən arabir bu yerlərə özgə kimi gəl.
Qərib yolçu donunda gəl.
Şər qarışanda:
Gör atının yedəyini tutan olurmu!
Varsa, demək, bu yerlərdə kişilər ölmür.
Qoca əmin bu dağlardan dağ ömrü alıb.
Sən arabir bu yerlərə söz almağa gəl;
Söz çəkməyə sözdən düzgün tərəzi yoxsa,
Etibarın "para", "bütün" çeşidi yoxsa,
Dul arvadin çəpərinə daş atan yoxsa,
"Üç ayaqlı uşaqlara" sataşan yoxsa,
Bulaqları övlad kimi qoruyan varsa,
Dağ çayını nənə kimi qoruyan varsa,
Demək, burda qoca əmin yaşayır hələ,
Demək, burda kişi ölür, kişilik ölmür...
24 dekabr, 1973
195
TƏK OLANDA
Tək qalmaq istərəm,
Tək qalmaq, hərdən.
Özümə çəkiləm bayquşdan betər:
Dartmalar, didmələr, deyinmələrdən
Qulağım dolubdur,
daşıbdı, yetər...
Sanaram bir axşam düşüncəm duru,
Gör necə çırpınıb nccələnmişəm.
Bir də görürəm ki, üz-üzə dunıb
Mən Özüm özümdə neçələnmişəm.
Ələnər başıma min sual-yağış,
Sualkeş də mənəm,
Cavabkeş də mən.
Bəzərəm Xəyyamlar cavab tapmamış
İdrak "neyçinlər"i, "niyolor"ındən.
Çiynimdə on yüngül yük olanda da
Sığmıı- fikirlərim bir qəlbə, vallah...
Tək ola bilmirəm tək olanda da,
Qərib insanam, Qəribə, vallah...
Noyabr, 1970
196
İSTİSU LÖVHƏLƏRİ
Günəş elə bil ki, zirvədə yatır,
Baxib bir lövhəyə, heyran qalmışam:
Dağın zirvəsində gün-günortadır,
Dərənin dibini haqlayır axşam.
Bir parça buludda bir dəniz yükü,
Külək uğultusu qış nəğməsidir.
Tərtərin ən ağır, ən əziz yükü
Gül-çiçək ətridir, quş nəğməsidir.
Vəhmi dağ titrədir sel nərəsinin,
Bir çayın səsinə bir dərə dardır.
Yarğanda uzanan qar tirəsinin
Nəhəng bir timsaha oxşarı vardır.
Kölgə var uyuyur qaya dibində,
Elə ömürlük də uyuyacaqdır.
Uzaqda alışan bir kibritin də
Qoxusu burnunda duyulacaqdır.
İstisu, iyul, 1968
197
SƏNİN ETİBARIN...
Sənin də etibarın bura qədərmiş?, heyif...
Dözümünün dözümü çatmadı sənə qədər.
Mən aldadım özümü;
Qəzaya-qismət deyim,
Sən aldat ki, özünü, "naxışdı yanlış qədəm"...
Kimsə bilməz kim olub ilk yolçusu bu yolun,
Xəyanət sellə yaşıd,
Boranla-qarla yaşıd...
Bilmirəm bu kəlamı kim yonub,
Yaxşı yonub:
Qohum badalağından cəllad bıçağı yaxşı!
Üzünün üzü gülür, astan qapqaradır,
Orda bir ağ kölgəni
Bir qara kölgə udur.
Kölgələr tulaşında təzə kölgə yaranır:
Nə ülfət duyğuludur,
Nə hörmət duyğuludur!
Dil felə qoşulanda baş əldə diyircəkdi,
Dilin behişt vədləri -
Bihuşdan olarmış.
Bir qarış səddimizi gör zaman
hara çəkdi...
Zirvə qarı bildiyim -Güney qarı olarmış. Şərəfli tanımıram
Şərəf tapdaya bilə,
Alçaqlardır-
Alçaqlıq axtaran ucalara.
Deyin ki: "göyərçindən, leyləkdən ismət dilə,
Bir qəlbi viran qoyub, bir qəlbə uçanlara".
198
Ələdim, dənələdim ötən günləri bir-bir,
Harayından dikəldim:
Ərlərin, ərənlərin.
Bir xatirə təsbehə zor-güclə düzə bildim.
Yadıma gələnləri,
Yanıma gələnləri...
İlk qədəmdə öpüşdü, son qədəmdə tüpürcək,
Bir qeyri mükafatın olacaqmı, nə deyim?..
Peşə süpürmək isə,
Axtar qızıl süpürgə...
Sənin də etibarın bura qədərmiş, heyif!
May- iyun, 1984
199
GÜNƏŞ GÜNÜ
Əkinçi, səpinçi gününə yaxın,
Dəmirçi, kömürçü gününə yaxın,
Bu günü qoparaq il budağından,
Elə adisinin, elə bozunun.
Süpürüb qarını, silib tozunu
Yuyub gözümüzdə, sözümüzdə biz
Sərib qurudub da sinəmizdə biz,
O günə ad verək, ad - Günəş günü,
Əkək ağlımıza, yaddaşımıza.
Bir gün salam verək, - İşığın aydın!
Töhfəmiz olmasın işıqdan ayrı.
Bir gün işıqlansın zirzəmilər də,
Üzü gülər olsun gözü nəmlər də.
O gün;
Birinci and yeri qoy Günəş olsun,
Bir yola çıxacaq iki istəyin...
Son dəfə baxdığı qoy Günəş olsun
Əlacsız xəstənin, ağır xəstənin.
İşıq xərcləməyək cinayətlərə,
İşıq xərcləməyək xəyanətlərə,
Çörəyo nur qataq, suya nur qataq,
Söhbətə nur qataq,
Sözə nur qataq!
İşıq çaparları meydanı açaq,
Ulduzlar tökülsün tamaşasına.
A şair, qurutma yaranı duzla,
Qaralıq gətirmə sən ağ şerinə.
Bir işıq ilinə gələn ulduzlar
Yüz işiq ilinə dönməz yerinə.
Dünyamız o qədor qatı dumanda:
Gözləri tor bağlar ulduzların da.
Bir günün nurunu yığsaq bir yerə,
Bəs edər ən tutqun planetlərə.
Bu bir gün
O qədər xoş olsun, o qədər işıq
O qədər mülayim, o qədər ilıq...
200
Pis sözlər küllənsin söz küllüyündə,
Pis günlər utansın pis günlüyündən...
Haylayıb Nazimin cocuqlarını,
Bir gün onlara da işıq içirdək.
Bir gün heyrətimiz tuşlansın göyə,
Dünyada nə vardır heyrətdən böyük?
Qıraq raketlərin qanadlarını,
Kürsüdən endirək diplomatları.
Dartıb hədə-qorxu nazirlərinin
Yarımçıq saxlayaq çıxışlarını,
Onların parlament alqışlarını
Dostları ilə paylaş: |